Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-21/2020 18.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən X6 oğlunun, Müdafiəçi iştirakı ilə 18 avqust 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxx 1972-ci ildə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs müəyyən olunmamış vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 260,56 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı üzərində daşıyaraq saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 11:00 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhəri ərazisində saxlanılaraq İsmayıllı rayon polis şöbəsinə gətirmiş, saat 12:00 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin içəri tərəfinə yerləşdirdiyi bir ədəd sellofan bağlamada gizlədərək saxladığı 260,56 qram çəkidəki həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə evə odun gətirmək üçün İsmayıllı şəhərinin çıxışı istiqamətindəki meşəlik əraziyə getmişdir. Orada gəzərkən bir ədəd sellofan bağlama tapmışdır. Həmin bağlamanı açdıqda içərisində başqa bir bağlama çıxmış, həmin bağlamanı da açdıqda içərisində quru vəziyyətdə olan marixuana olduğunu görmüşdür. Marixuanadan istifadə etdiyi üçün gələcəkdə özü istifadə etmək məqsədi ilə həmin narkotik vasitəni İsmayıllı şəhərindəki (keçmiş İsmayıllı kəndi) evinə gətirərək damda gizlətmişdir. Evdə onunla birlikdə yaşayan bacısı oğlunun görə biləcəyindən ehtiyatlanıb həmin narkotik vasitəni başqa bir yerdə gizlətmək qərarına gəlmiş və bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 11:00 radələrində gizlətdiyi marixuananı gödəkçəsinin altında gizlədib şəhər bazarına tərəf getməyə başlamışdır. Bu zaman İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və qanunsuz olaraq narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bilmişlər. Onlar barəsində olan əməliyyat-axtarış tədbiri qərarı ilə onu tanış edərək üzərinə baxış keçiriləcəyini bildirmiş və polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. O, ərizəsi əsasında müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur.Saat 12:00 radələrində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şöbənin növbətçi hissəsinin qarşısında videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş əşya vardırsa təqdim etməyini demişlər. O, gödəkçəsinin altında gizlətdiyi içərisində qurudulmuş marixuana olan bir ədəd sellofan bağlamanı təqdim etmişdir. Polis əməkdaşları tərəfindən sellofan bağlama açılmış və həmin kütləni nə olması, haradan əldə etməsi, nə məqsədlə üzərində saxlaması soruşulmuşdur.O,həmin kütlənin marixuana olduğunu, özünə məxsus olduğunu, meşədən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. İçərisində marixuana olan sellofan bağlama çəkilərək çəkisi müəyyən edilmişdir. Bundan sonra həmin sellofan bağlama qablaşdırılmış və üzəri baxışda iştirak etmiş şəxslər tərəfindən imzalanaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Tapdığı marixuananı öz istifadəsi üçün saxlamış, həmin vasitəni satmaq məqsədi olmamışdır. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid, İsmayıllı rayon polis şöbəsinin İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2 oğlu ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna dair şöbəyə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar xx xxxx 2020-ci il tarixdə saat 12:00 radələrində o və İsmayıllı RPŞ-nin digər polis əməkdaşları Təqsirləndirilən şəxs İsmayıllı şəhər bazarın yaxınlığında olduğu barədə məlumat alaraq həmin yerə getmişlər. Orada Elburus saxlanılmış, özlərini Elburusa təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bilmişlər. Onlar Təqsirləndirilən şəxs barəsində olan əməliyyat-axtarış tədbiri qərarı ilə tanış edərək üzərinə baxış keçiriləcəyini bildirmiş və polis şöbəsinə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 12:00 radələrində şöbənin növbətçi hissəsinin qarşısında müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs videokameradan istifadə etməklə videoçəkiliş aparılacağı və fotoşəkillərin çəkiləcəyi bildirilərək razılığı alınmışdır. Şəxsi axtarışdan əvvəl polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan olunmuş kütlə olduğu halda təqdim edilməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin işəri hissəsindən sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Həmin bağlama açıldıqda içərisində yaşıl rəngli kəskin iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Həmin bitki kütləsinin nə olması, haradan əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə Elburusdan soruşulduqda o, kütlənin marixuana olduğunu, özünə məxsus olduğunu, meşədən tapdığını bildirmiş, narkotik vasitəni öz istifadəsi üçün saxladığını bildirərək satışı ilə məşğul olmadığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Axtarış davam etdirilmiş, lakin Elburusun üzərindən başqa qanunla qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Aşkar edilmiş sellofan bağlamanın içərisindəki kütlə ilə birlikdə çəkisi müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şаhidlər İsmayıllı RPŞ-nin digər əməkdaşları X5, X3 və X4 şahid Müşfiq Soltanov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. “Şəxsi axtarış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə saat 12:00-dan saat 12:35-ə dək İsmayıllı RPŞ-nin inzibati binasında növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışdan öncə Təqsirləndirilən şəxs videokameradan istifadə etməklə videoçəkiliş aparılacağı və fotoşəkillərin çəkiləcəyi bildirilərək razılığı alınmış və Təqsirləndirilən şəxs əynindəki gödəkçənin işəri hissəsindən sellofan bağlamanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bağlama açıldıqda içərisində yaşıl rəngli kəskin iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Axtarış davam etdirilmiş, lakin Elburusun üzərindən başqa qanunla qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Məhkəmə Eksperizası Mərkəzinin Şəki Regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 151 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri sözləri yazılaraq imzalanmış zərfin içərisində bir ədəd sellofan torbada, təmiz çəkisi – 260,56 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitə qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi- 260,56 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq-260,51 qram olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 ( otuz dörd ) manat 55 ( əlli beş) qəpik təşkil edir. X11 İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məcburi ambulator məhkəmə narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 171 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İsmayıllı rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsinin Poliklinika şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 106 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 260,51 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçının xx xxxx 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçı tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:25-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 10:50-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. xx xxxx 2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində ( İsmayıllı rayonu keçmiş İsmayıllı kəndi) qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, barəsində yaşayış yeri üzrə yaşadığı müddətdə şikayət daxil olmamışdır. xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş videodiskə baxış keçirilmişdir. Diskə baxılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən yer İsmayıllı RPŞ-nin inzibati binasında növbətçi hissəsinin qarşısıdır. Axtarışda polis əməkdaşları və Təqsirləndirilən şəxs müdafiəçisi iştirak edir. Axtarışdan öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya vardırsa təqdim edilməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin işəri hissəsindən sellofan bağlamanı çıxarıb polis əməkdaşlarına təqdim edir. Həmin bağlama açıldıqda içərisində yaşıl rəngli kəskin iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar edilir. Axtarış davam etdirilir, lakin Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş digər əşya aşkar edilmir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxszərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni növ cinayət əməlini törətməyə görə məhkum olunmasını onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il 06 (altı) ay müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbs edilməli, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək onun həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan bir ədəd ağ rəngli kağız zərfdəki 260,51 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qaniuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki penitensiar müəssisəsi müəyyən edilsin və qərarın surəti həmin müəssisəyə göndərilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan bir ədəd ağ rəngli kağız zərfdəki 260,51 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 34 ( otuz dörd ) manat 55 ( əlli beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ( keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-21/2020
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-21/2020
18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver