Məhkəmə qərarları › İş №1(037)-21/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-21/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-21/2021 01.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Zərərçəkmiş şəxslər Qurbаnоv Qurbаn Dursun oğlu və Sərхаnlı Şahin Şаhin oğlunun iştirakı ilə 01 aprel 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1981-ci ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, İsmayıllı şəhəri N.Səmədov küçəsi, ev 12-də qeydiyyatda olmaqla orada yaşamış, Şəki Apelyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 1(107)-219/2020 nömrəli qərarı ilə üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərində çəkilməmiş 01 (bir) 08 (səkkiz) ay 20 (iyirmi) gün dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, 23 fevral 2021-ci il tarixdən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 ilə İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən “Turan” kafesində görüşərkən sonuncunun özünün Fövqəladə Hallar Nazirliyinin X18 Xidmətinin İsmayıllı rayon X9 yanğın söndürən vəzifəsinə düzəlməsinə köməklik etməsi barədə müraciəti ilə əlaqədar etibarından sui-istifadə etməklə 6000 (altı min) manat pul müqabilində həmin məsələni müsbət həll edə biləcəyini yalandan vəd verib Zərərçəkmiş şəxs2 aldatmış və xx xxxxxx 2019-cu il tarixdə “Turan” kafesində Zərərçəkmiş şəxs2 inandırmaq üçün onun şəxsiyyət vəsiqəsi və digər sənədlərinin surətlərini, habelə xeyli miqdar təşkil edən 6000 (altı min) manat məbləğində pulunu alıb ələ keçirərək həmin pulu öz şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 qəsdən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X18 Xidmətinin Şimal-Qərb regional idarəsinin X18 şöbəsinin inspektoru vəzifəsində daxili xidmət kapitanı rütbəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək təkrаrən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin iyul ayının dəqiq tarixi müəyyən edilməyən günündə Zərərçəkmiş şəxs1 ilə İsmayıllı şəhəri ərazisində görüşərkən etibarından sui-istifadə etməklə 8000 (səkkiz min) manat pul müqabilində sonuncunun oğlu X14 Hallar Nazirliyinin X18 Xidmətinin İsmayıllı rayon X9 yanğın söndürən vəzifəsinə düzəldə biləcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 inandırmaq üçün oğlu Faiq Qurbanova məxsus şəxsiyyət vəsiqəsi və hərbi bileti sonuncudan almış, bu məqsədlə Zərərçəkmiş şəxs1 2019-cu ilin iyul ayının dəqiq tarixi müəyyən edilməyən günündə İsmayıllı rayon X11 Hissəsinin inzibati binasında 6000 (altı min) manat, 2019-cu ilin dekabr ayının dəqiq tarixi müəyyən edilməyən günündə İsmayıllı rayonunun İvanovka kəndi ərazisində 1000 (min) manat, bir neçə gün sonra İsmayıllı şəhəri, Cavanşir küçəsində 500 (beş yüz) manat, xx xxxxxx 2019-cu il tarixdə isə İsmayıllı bazarın qarşısında 500 (beş yüz) manat pulu alıb öz şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pulunu alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrаrən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, əvvəllər daxili xidmət kapitanı rütbəsində Fövqəladə Hallar Nazirliyinin X18 Xidmətinin Şimal-qərb regional idarəsinin X18 şöbəsinin inspektoru vəzifəsində işləmişdir. xx xxxxxx 2019-cu il tarixdə öz arzusu ilə xidmətdən azad edilmişdir. 2019-cu ilin iyul ayında dəqiq tarixini xatırlamadığı günündə İsmayıllı şəhərində tanışı Tofiq Hacıyevlə rastlaşmışdır. Tofiqin yanında Zərərçəkmiş şəxs1 adlə bir şəxs olmuşdur. Tofiq bir müddət əvvəl ona qohumunun oğlunun işə düzəlməsi ilə əlaqədar xahiş etmiş və həmin görüşdə ona “sənə işə düzəlmək istəyən qohumum budur” deyə bildirmişdir. Qurbanla tanış olmuş və söhbət zamanı Qurban oğlu Faiqi yanğınsöndürən kimi İsmayıllı rayon X9 işə düzəltməyini xahiş etmişdir. Qurbandan Faiqin hərbi xidmət keçib-keçmədiyini soruşduqda Qurban oğlunun hərbi xidmət keçdiyini demişdir. O, Qurbana oğlunu 8000 (səkkiz min) manat müqabilində işə düzəldə biləcəyini, pulun 6000 manatını ilkin alacağını, qalan 2000 manatını hissə-hissə verməli olduğunu demişdir. Qurban onunla razılaşmış və bir həftə sonra, 2019-cu ilin noyabr ayının tarixini xatırlamadığı günündə Qurbanla İsmayıllı şəhərində görüşmüşdür.Qurban onun avtomobilinə əyləşmiş və 6000 manat pulu ona vermişdir. O, Qurbana pulun qalan hissəsini özü zəng etdikdə verməsini bildirmişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə Qurbana zəng edərək İsmayıllı şəhəri Cavanşir küçəsində görüşmüş, bu zaman Qurban ona 1000 manat pul vermişdir.Dekabr ayının ortalarında yenə Qurbana zəng edərək X1 binasının yaxınlığında görüşmüş, həmin vaxt Qurban ona 500 manat pul vermişdir. Qurban pulun qalan 500 manatını xx xxxxxx 2019-cu il tarixdə İsmayıllı şəhəri mərkəzi bazarın yaxınlığında ona vermişdir. Qurbandan ümumilikdə 8000 manat pul almış və lakin Faiqi yanğınsöndürən kimi işə düzəltməkdən ötrü hər hansı bir iş görməmişdir. xx xxxxxx 2019-cu il tarixdə işdən azad olunmağı barədə əmri verilmiş, bundan 1-2 gün sonra dəqiq dəqiq tarixini xatırlamadığı gündə tanışı X6 ilə söhbəti zamanı Rauf ona qohumu Şahini İsmayıllı rayon X9 yanğınsöndürən kimi işə düzəltməyini demişdir. Kamilə 6000 manat müqabilində qohumunu işə düzəldə biləcəyini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə İsmayıllı şəhərindəki “Turan” kafesində Kamillə görüşmüş, bu zaman Kamilin yanında qohumu Zərərçəkmiş şəxs2 və Şahinin anası Xuraman da olmuşdur. Onlar kafedə otaqlardan birində əyləşərək söhbət etmişlər. Söhbət zamanı Şahin İsmayıllı rayon X16 hissəsinə yanğınsöndürən kimi işə düzəlmək istədiyini demişdir. Şahinə onu bu işə düzəldə biləcəyini bildirmiş və məsələnin həlli üçün 6000 manat pul verməli olduqlarını demişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 15:00 radələrində onlarla həmin kafedə görüşmüş və bu zaman Şahin ona 6000 (altı min) manat pul vermişdir. Şahindən hərbi biletini və şəxsiyyət vəsiqəsini almış, sənədlərin surətini çıxardıqdan sonra qaytaracağını demişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs2 sənədlərini özünə qaytarmışdır. Şahinə üç aya, uzağı isə altı ay ərzində işinin düzələcəyini və işə çıxacağını demiş, ancaq reallıqda Şahinin işə düzəlməsi üçün hər hansı bir iş görməmiş, pula ehtiyacı olduğundan məqsədi Qurbanın və Şahinin pulunu ələ keçirmək olmuşdur. Məhkəmə proseslərinin gedişində qohumları vasitəsi ilə zərərçəkmiş şəxslərə dəymiş ziyanının bir hissəsini ödəməyə cəhd etmiş, lakin zərərçəkmiş şəxslər ondan verdikləri pulun hamısını bir yerdə qaytarıılmasını tələb edərək təklif edilən bütün variantları rədd etmişlər. O, törətdiyi cinayət əməllərini etiraf edir, əməlindən peşman olmuşdur. Himayəsində iki azyaşlı uşağı vardır, ailəsində ondan başqa işləyən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Qurbаn Qurbаnоv və Şahin Sərхаnlının ona qarşı mülki iddia tələblərinə dair münasibət bildirərək göstərdi ki, o, hər iki iddianı qəbul edir və təmin edilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs Qurbаn Qurbаnоv ifadə verərək göstərdi ki, oğlu Faiq hərbi xidmətdən gələndən sоnrа onu işə düzəltmək istəmişdir. 2019-cu ilin iyul ayında qohumu Tofiqlə söhbət edərkən ona oğlunu işə düzəltmək istədiyini bildirmişdir. Tofiq X18 Xidmətinin Şimal-qərb regional İdarəsinin X18 şöbəsində tanışı Təqsirləndirilən şəxs işlədiyini, həmin şəxsin vasitəsilə oğlunu işə düzəldə biləcəyini demişdir. Tofiq onun xahişi ilə Vüqara zəng etmiş və İsmayıllı şəhəri ərazisində Vüqarla görüşmüşlər. O, Vüqarı əvvəllər tanımamışdır. X19 Nazirliyinin kapitan rütbəli xidməti geyimində olmuşdur. Tofiq onu Vüqarla tanış edib oğlu X20 Nazirliyinə yanğınsöndürən kimi işə düzəltmək istədiyini bildirmişdir. Vüqar ondan oğlunun hərbi xidmət keçib-keçməməsini, yaşını və boyunu soruşmuşdur. Oöğlu barədə məlumatları Vüqara dedikdən sonra Vüqar oğlunun işə düzəlməsi üçün 8000 manat pul veriləcəyini, pulun 6000 manatını ilkin, qalan 2000 manatını isə 2-3 ay sonra verməyini demişdir. Vüqarla razılaşıb ondan ayrılmış, səhəri gün Faiqlə birlikdə 6000 manat pulu, Faiqin hərbi biletini və şəxsiyyət vəsiqəsini götürüb Vüqarın iş yerinə, Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayonunda yerləşən yanğınsöndürmə hissəsinə getmişlər. Vüqar xidməti geyimində və kapitan rütbəsində onları qarşılayaraq xidməti iş otağına aparmışdır. Vüqarın oğlunu işə düzəldəcəyinə inanmış və xidməti iş otağında Vüqara 6000 manat pulu, Faiqə məxsus şəxsiyyət vəsiqəsini və hərbi bileti vermişdir. Vüqar Faiqi uzağı altı ay müddətində İsmayıllı rayonunda yanğınsöndürmə hissəsinə yanğınsöndürən kimi işə düzəldəcəyini, əvvəlcədən həkim komissiyasından keçəcəyini, bu barədə əvvəlcədən xəbər edəcəyini demişdir. Pulun qalan 2000 manatını özü istədiyi vaxtda verməli olduğunu demişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində Vüqar ona zəng edərək qalan 2000 manat pulu hissə-hissə ona verməyini bildirmişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində, dəqiq xatırlamadığı günündə axşam saat 18:00 radələrində İsmayıllı rayonu İvanovka kəndinin girişində Vüqarla görüşmüş və ona 1000 manat pul vermişdir. Vüqar qalan 1000 manat pulu da ona verməyini demişdir. 2019-cu ilin dekabr ayının ortalarında, dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı şəhəri mərkəzi bazarın qarşısında Vüqara 500 manat vermişdir. Sonuncu dəfə isə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində bazarın qarşısında Vüqara 500 manat vermişdir. Həmin vaxt Vüqar ona Faiqin x xxxxxx 2020-ci il tarixdən işə çıxacağını bildirmişdir. Faiqin işinin düzəlmədiyini görərək Vüqarla əlaqə saxlamış, o müxtəlif bəhanələr gətirərək Faiqin 2020-ci ilin fevral ayından işə çıxacağını bildirmişdir. Həmin vaxt da gəlib çatmış, Faiqin işə düzəltmədiyini gərərək Vüqarın onları aldatdığını başa düşmüşdür. Həmin vaxtdan xx xxxxxxxx 2020-ci il tarixədək Vüqarla mütəmadi əlaqə saxlayıb ya pulunu qaytarmasını, ya da Faiqi işə düzəltməsini bildirmişdir. Vüqar nə pulunu qaytarmış, nə də Faiqi işə düzəltməmişdir. Buna görə də polis şöbəsinə ərizə ilə müraciət edərək baş verənlər barəsində məlumat vermişdir. Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməlləri nəticəsində ona vurduğu ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs еtibаrındаn istifаdə еdərək ona məxsus olan 8000 (səkkiz min) mаnаtını dələduzluq yоlu ilə ələ kеçirmişdir. Buna görə də Təqsirləndirilən şəxs qarşı mülki iddia tələbi ilə müraciət edərək ona dəymiş 8000 (səkkiz min) manat maddi ziyan məbləğinin və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, cəmi 8030 (səkkiz min otuz) manat məbləğinin təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə prosesinin gedişatında təqsirləndirilən şəxsin qohumları tərəfindən ona virilmiş ziyanın yarısını ödəmək istəmiş, lakin o, pulunun tam şəkildə qaytarılmasını tələb edərək təkliflərdən imtina etmişdir. Təqsirləndirilən şəxs ondan aldığı pulu tam şəkildə ödəyərsə təqsirləndirilən şəxsdən şikayəti olmayacaqdır. Lakin təqsirləndirilən şəxs 8030 (səkkiz min otuz) manat məbləği ödəməzsə qeyd olunan məbləğin təqsirləndirilən şəxsdən tutularaq ona verilməsi barədə mülki iddianın təmin edilməsi və təqsirləndirilən şəxsə qanun çərçivəsində cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, hərbi xidmətdən qayıtdıqdan sonra xalasının əri Kamil Allahverdiyevə İsmayıllı rayon Dövlət X5 yanğınsöndürən işə düzəlmək istədiyini bildirmiş və ona bu məsələdə köməklik etməsini xahiş etmişdir. 2019-cu ilin dekabr ayının ortalarında Kamil onunla və anası Xuramanla söhbət zamanı bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyinin X18 Xidmətinin Şimal-qərb regional İdarəsinin X18 şöbəsində inspektor işləyən tanışı Təqsirləndirilən şəxs 6000 (altı min) manat müqabilində onu İsmayıllı rayon X9 yanğınsöndürən kimi işə düzəldə bilər. Anası və o Kamildən onları həmin şəxslə görüşdürməsini xahiş etmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində onlar Kamillə birlikdə İsmayıllı şəhəri Nizami küçəsində yerləşən “Turan” kafesində Vüqarla görüşmüşlər. Həmin görüş zamanı X19 Nazirliyinə məxsus kapitan rütbəli geyim formasında olmuşdur. Söhbət zamanı Vüqar ona 6000 manat müqabilində onu İsmayıllı rayon X9 yanğınsöndürən kimi işə düzəldə biləcəyini demiş və ona 6000 manat pulla bərabər hərbi biletinin, şəxsiyyət vəsiqəsinin və tam orta təhsil haqqında şəhadətnaməsinin əslinin verilməli olduğunu demişdir. Onu həkim komissiyasından və müsabiqədən özünün keçirəcəyini bildirmişdir. Vüqarın əynində xidməti geyimin olmasını və onun hansısa məsul vəzifədə işlədiyini düşünüb onun həmin işi həll edəcəyinə inanmışlar. Səhəri gün anası Xuramanla birlikdə bankdan kredit götürmüşlər. Həmin gün, xx xxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Kamil Vüqarla əlaqə saxlayıb 6000 manat pulu düzəldiyini bildirmişdir. Vüqar yenə “Turan” kafesində görüş təyin etmiş və anası və qohumu Kamillə birlikdə kafeyə gedərək oradakı otaqların birində əyləşmişlər. Vüqar bir daha onu əmin edərək işə düzəldəcəyinə inandırmışdır. O, 6000 manat pulu sayıb Vüqara vermiş və həmin əskinazıların seriya nömrələrini yazdığı kağızın əslinə və surətinə Vüqara imza etdirmişdir. Sonradan Vüqar vədinə əməl etməmiş və müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Artıq başa düşmüşdür ki, Vüqar onu aldadaraq 6000 manat pulunu ələ keçirmişdir. Bu barədə xx xxxxxxxx 2020-ci il tarixdə polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməlləri nəticəsində ona vurduğu ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs еtibаrındаn istifаdə еdərək ona məxsus olan 6000 (altı min) mаnаtını dələduzluq yоlu ilə ələ kеçirmişdir. Buna görə də Təqsirləndirilən şəxs qarşı mülki iddia tələbi ilə müraciət edərək ona dəymiş 6000 (altı min) manat maddi ziyan məbləğinin və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, cəmi 6030 (altı min otuz) manat məbləğinin təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə prosesinin gedişatında təqsirləndirilən şəxsin qohumları tərəfindən ona indiyədək ödədiyi kredit məbləğini nağd şəkildə qaytarmağı, bundan sonra ödəniləcək kredit borcunu isə hər ay özləri tərəfindən ödəniləcəyi barədə təklif edilmiş, o isə pulunun tam şəkildə qaytarılmasını tələb edərək təklifdən imtina etmişdir. Təqsirləndirilən şəxs ona tələb etdiyi məbləği tam şəkildə ödəyərsə onun təqsirləndirilən şəxsdən şikayəti olmayacaqdır. Lakin təqsirləndirilən şəxs 6030 (altı min otuz) manat məbləği ödəməzsə qeyd olunan məbləğin təqsirləndirilən şəxsdən tutularaq ona verilməsi barədə mülki iddianın təmin edilməsi və təqsirləndirilən şəxsə qanun çərçivəsində cəza verilməsini məhkəmədən xahiş edir. Şаhid X13 zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şаhid X7 zərərçəkmiş şəxs olan oğlu Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid X10 ifadə verərək göstərdi ki, 2018-ci ildən Təqsirləndirilən şəxs tanıyır. 2019-cu ilin əvvəllərində Vüqar onunla söhbəti zamanı istənilən şəxsi Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon X9 yanğınsöndürən kimi işə düzəldə biləcəyini demişdir. Həmin ilin iyul ayında İsmayıllı şəhərində uzaq qohumu Zərərçəkmiş şəxs1la görüşmüş və söhbət zamanı Qurban ona oğlu Faiqin dövlət işinə düzəltmək istədiyini demişdir. O Qurbana FHN-nin X18 Xidmətinin Şimal-qərb regional İdarəsinin X18 şöbəsində Vüqar adlı tanışının işlədiyini vəfaiqin onun vasitəsi ilə işə düzələ biləcəyini demişdir. Qurbanın xahişi ilə Vüqara zəng edərək harada olduğunu soruşmuş, Vüqar İsmayıllı şəhərindəki “Uniban”ın qarşısında olduğunu demişdir. O, Qurbanla birlikdə həmin yerə gedərək Vüqarla görüşmüşlər. X19 Nazirliyinin kapitan rütbəli xidməti geyimində olmuşdur. Qurbanı Vüqarla tanış edərək oğlu X20 Nazirliyinin İsmayıllı rayon X9 yanğınsöndürən kimi işə düzəltmək istədiyini demişdir. Vüqar Qurbanla söhbət edib oğlunun hərbi xidmət keçib-keçməməsini, neçə yaşı olmasını və boyunu soruşmuşdur. Qurban oğlu barədə məlumatları dedikdən sonra Vüqar Faiqin işə düzəlməsi üçün 8000 manat pul lazım olduğunu, pulun 6000 manatını ilkin, 2000 manatını isə 2-3 ay sonra verməyini demişdir. Vüqar Qurbana 6000 manat pulu gətirəndə Faiqin hərbi biletini və şəxsiyyət vəsiqəsini də gətirməyini demişdir. Qurban Vüqarla razılaşıb ondan ayrılmışdır. Sonradan Qurban Vüqara 6000 manat pul verdiyini demişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində isə Qurbanın Vüqara qalan 2000 manatı da verdiyini bilmişdir. Sonradan ona məlum olmuşdur ki, Vüqar Qurbanı aldadaraq onun cəmi 8000 manat pulunu ələ keçirmiş, bunun qarşılığında isə nə Faiqi işə düzəltmiş, nə də Qurbanın pulunu qaytarmamışdır. Şahid X6 ifadə verərək göstərdi ki, Vüqar Əliyevi iki il əvvəl Fövqəladə Hallar Nazirliyinin X18 Xidmətinin Şimal-Qərb regional İdarəsinin X18 şöbəsində inspektoru kimi tanımışdır. Vüqarla bir neçə dəfə oturub bir yerdə çay içmişlər. Söhbəti zamanı Vüqar istənilən şəxsi Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon X5 yanğınsöndürən kimi işə düzəldə bildiyini demişdir. X8 bir neçə il bundan əvvəl hərbi xidmətini başa vurub qayıtmış və iş axtarmışdır. Şahinlə söhbət zamanı Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon X5 yanğınsöndürən kimi işə düzəlmək istədiyini bildirmiş və bu məsələdə ona köməklik etməsini xahiş etmişdir. 2019-cu ilin dekabr ayının ortalarında Vüqara baldızı oğlunu yanğınsöndürən kimi işə düzəlmək fikrinin olduğunu, onların kasıb ailə olmasını, atasının rəhmətə getməsini və evin tək oğlu olmasını bildirmişdir. Vüqar Şahinin hərbi xidmətdə olub-olmamasını və boyunu soruşmuş, o, Vüqara Şahin barədə məlumatları çatdırmışdır. Vüqar ona əvvəl Şahini 10000 manat pul müqabilində işə düzəldəcəyini demiş, Vüqarla bir neçə dəfə danışdıqdan sonra Vüqar Şahini 6000 manat müqabilində İsmayıllı rayon X5 yanğınsöndürən kimi işə düzəldə biləcəyini bildirmişdir. Bu barədə baldızı Xuramana vıə Şahinə demiş, onlar razılaşmışlar. xx xxxxxx 2020-ci il tarixdə Xuramanı və Şahini İsmayıllı şəhərindəki Turan kafesində Vüqarla görüşdürmüşdür. Vüqar Şahini bir daha əmin edərək 6000 manat müqabilində onu yanğınsöndürən kimi işə düzəldəcəyini vəd etmişdir. Səhəri gün Xuraman və Şahin bankdan 6000 manat kredit götürmüş və pulun hazır olduğunu deyərək Vüqarla görüşmək istədiklərini bildirmişlər. Vüqar yenə də həmin kafedə olduğunu demiş və onlar birlikdə həmin kafeyə getmişlər. Onlar Vüqarla görüşərək birlikdə kafenin otaqlarının birində əyləşmişlər. Şahin 6000 manat pulu, diplomlarının əslini və şəxsiyyət vəsiqəsinin surətini Vüqara vermişdir. Şahin verdiyi pul əskinazlarının seriya nömrələrini yazdığı kağıza Vüqara imza etdirmişdir. Vüqar Şahinin həkim komissiyasından keçəcəyini, qabiliyyət imtahanı verəcəyini, bütün bunlardan sonra isə xx xxxxxx 2020-ci il tarixdən İsmayıllı rayon Dövlət X5 yanğınsöndürən kimi işə çıxacağını demişdir. xx xxxxxx 2020-ci il tarixindən sonra Vüqardan işin niyə düzəlmədiyini soruşmuş, bu zaman Vüqar müxtəlif bəhanələr gətirib işin tezliklə düzələcəyini demişdir. Şahin Vüqardan pulu geri qaytarmasını desə də Vüqar imkanının olmadığını bildirib pulu qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X18 Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xx/xx-06886 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 1998-ci il tarixdən 01 dekabr 2006-cı il tarixədək daxili işlər orqanlarında, 01 dekabr 2006-cı il tarixdən 25 dekabr 2019-cu il tarixədək Fövqəladə Hallar orqanlarında xidmət etmişdir. Fövqəladə hallar orqanlarından xidmətkeçmə haqqında Əsasnamənin 33.1.1-ci bəndinə əsasən öz arzusu ilə xidmətdən xaric olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X18 Xidməti tərəfindən verilmiş 22 yаnvаr 2021-ci il tarixli məktubdаn görünür ki, dахili хidmət kаpitаnı rütbəsində хidmət kеçmiş Təqsirləndirilən şəxs Fövqəlаdə Hаllаr Nаzirliyinin 01 dekabr 2006-cı il tаriхli 748/ş nömrəli əmri ilə X18 Xidmətinin Şimаl-qərb rеgiоnаl Dövlət yаnğın nəzаrəti idаrəsinin Dövlət yаnğın nəzаrəti şöbəsinin inspеktоru vəzifəsində хidmət еtmiş və FHNnin 25 dekabr 2019-cu il tаriхli 2599/ş nömrəli əmri ilə öz аrzusunа əsаsən хidmətdən хаric оlunmuşdur. Təqsirləndirilən şəxs хidmət еtdiyi dövr ərzində işə qəbul еtmək səlаhiyyəti vеrilməmişdir. İsmаyıllı Rayon Mərkəzi Хəstəxanası Publik Hüquqi Şəхsindən dахil оlmuş 01 oktyabr 2020-ci il tаriхli məktubdаn görünür ki, Təqsirləndirilən şəxs İsmаyıllı RMХ-nin nаrkоlоji və ruhi-əsəb kаbinеtlərində dispаnsеr qеydiyyаtındа yохdur. 07 oktyabr 2020-ci il tarixli tələbnamədən, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 1(037)-29/2020 nömrəli hökmünün, Şəki Apelyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 1(107)-219/2020 nömrəli qərarının surətindən və İsmayıllı rayon İcra və probasiya şöbəsinin 09 mart 2021-ci il tarixli 77/2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 1(037)-29/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 05(beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Şəki Apelyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 1(107)- 219/2020 nömrəli qərarına əsasən İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(037)-29/2020 nömrəli hökmü dəyişdirilərək üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hazırda üzərində çəkilməmiş 01 (bir) 08 (səkkiz) ay 20 (iyirmi) gün dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. 01 dekabr 2020-ci il tarixli 3388 nömrəli arayışdan, AZ-İ seriyalı 932643 və AZ- İİ seriyalı 552124 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri N.Səmədov küçəsi, ev 12-də qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 2007 və 2010-cu il təvəllüdlü uşaqları İsmayıl və Simadan ibarətdir. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxx 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxx 2020ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:40-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 02 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 16:30-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 1 (037) -21/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddələrdə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyalarında əlavə cəza kimi müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmasa da məhkəmə onun cinayət əməllərinin bir neçə epzodunu daxili xidmət kapitanı rütbəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X18 Xidmətinin Şimal-qərb regional idarəsinin X18 şöbəsinin inspektoru vəzifəsində işlədiyi müddətdə törətdiyini nəzərə alaraq müəyyən müddətdə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılmasını məqsədəuyğun hesab etmir və qərara gəlir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilməklə əlavə cəza da təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzanın müddətinin 02 (iki) il 06(altı) ay müəyyən edilməsini, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməsini, əlavə cəzanın müddətinin 02 (iki) il müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1, 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə cəza təyin edərkən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(107)-219/2020 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs üzərində çəkilməmiş qalan 01 (bir) 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətdə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətdə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılaraq ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 30 noyabr 2020-ci il tarixdən 02 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı 23 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iclasında həm də müəyyən edildi ki, cinayət prosesinin gedişində zərərçəkmiş şəxslər Qurbаn Qurbаnоv və Şahin Sərхаnlı təqsirləndirilən şəxsə qarşı mülki iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. Zərərçəkmiş şəxs Qurbаn Qurbаnоv təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməsi nəticəsində dəymiş 8000 (səkkiz min) manat maddi ziyan məbləğinin və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, cəmi 8030 (səkkiz min otuz) manat məbləğinin təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini, Şahin Sərхаnlı isə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməsi nəticəsində ona dəymiş 6000 (altı min) manat maddi ziyan məbləğinin və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, cəmi 6030 (altı min otuz) manat məbləğinin təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı və məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Qurbаn Qurbаnоvdan 8000 (səkkiz min) manat, Şahin Sərхаnlıdan isə 6000 (altı min) manat alaraq öz şəxsi ehtiyaclarına xərclədiyini etiraf etmiş və mülki iddiaları qəbul etmişdir. İş üzrə tədqiq olunmuş şahid ifadələrindən də müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən göstərilən məbləğdə pulları dələduzluq yolu ilə alaraq mənimsəmiş və həmin məbləğlərdən məhkəmə hökmü çıxan anadək heç bir ödəniş etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddialar təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 8030 (səkkiz min otuz) manat məbləği tutularaq mülki iddiaçı Qurbаn Qurbаnоva, 6030 (altı min otuz) manat məbləği tutularaq mülki iddiaçı Şahin Sərхаnlıya ödənilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şəki Apelyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 1(107)-219/2020 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs üzərində çəkilməmiş qalan 01 (bir) 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətdə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətdə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılaraq ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 30 noyabr 2020-ci il tarixdən 02 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı 23 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs Qurbаnоv Qurbаn Dursun oğlunun mülki iddia tələbi təmin edilsin. 8030 (səkkiz min otuz) manat məbləği hökm qanuni qüvvəsini aldıqdan sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Qurbаnоv Qurbаn Dursun oğluna ödənilsin. Zərərçəkmiş şəxs Sərхаnlı Şahin Şаhin oğlunun mülki iddia tələbi təmin edilsin. 6030 (altı min otuz) manat məbləği hökm qanuni qüvvəsini aldıqdan sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Sərхаnlı Şahin Şаhin oğluna ödənilsin. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar