Məhkəmə qərarları › İş №1(037)-21/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-21/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-21/2022 26.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 qanuni nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə 26 aprel 2022-ci il tarixdə saat 17:20-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1971-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 13-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon yeni yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci ildə saat 15 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonunun Bizlan kəndi ərazisindən keçən 17-ci kilometrində idarə etdiyi Zərərçəkmiş şəxs5 məxsus MERCEDES BENZ E 200D minik markalı 90DE616 dövlət qeydiyyat nişanlı avtomobillə 60 km/saat sürətlə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X5» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib, İsmayıllı rayonu istiqamətində 80 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi HYUNDAİ H1 yük markalı 90SA759 dövlət qeydiyyat nişanlı avtomobilin bir anlığa onun hərəkətdə olduğu zolağa çıxdığını görüb əks hərəkət zolağına çıxmış, Zərərçəkmiş şəxs1 dərhal tormozlama əməliyyatı aparıb avtomobili əvvəlki hərəkət zolağına istiqamətləndiərək MERCEDES BENZ E 200D minik markalı avtomobilin qabaq sağ yan hissəsi qarşı sol hərəkət zolağında HYUNDAİ H1 yük markalı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan MERCEDES BENZ E 200D minik markalı avtomobildə olan sərnişinlər Məmmədov Zaur Rəsul oğluna huşun koma tipli pozulması ilə müşaiyət edilən beyin kötyünüə qansızma, hipovolemik və travmatik şokla, hemoprovmotoraksla nəticələnmiş sağ tərəfli İİ,Vİİ,Vİİİ,İX,X, sol tərəfli V.Vİ,Vİİ,Vİİİ,İX qabırğaların, çanaq sümüklərinin yerdəyişmiş sınıqları və başın yarası xəsarətlərini yetirərək həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmasına, Zərərçəkmiş şəxs2 travmatik şok qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşaiyət olunan alnın sıyrığı, sağ bud sümüyünün qapalı-qəlpəli yerdəyişən sınığı (osteosintez əməliyyatından sonrakı vəziyyət) və sağdan V,Vİ,Vİİ və Vİİİ qabırğaların qapalı sınığı xəsarətlərini yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmasına, Zərərçəkmiş şəxs3 sağ bud sümüyünün qapalı-qəlpəli sınığı və sağ incik sümüyünün yerdəyişməyən sınığı (osteosintez əməliyyatından sonrakı vəziyyət) xəsarətlərini yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmasına, HYUNDAİ H1 yük markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs6 baş beyin silkələnməsi ilə müşaiyət olunan üzün sağ yarısının hematoması və yumşaq toxumanın əzilməsi xəsarətlərini yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmasına, MERCEDES BENZ E 200D minik markalı 90DE616 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs5 5667 manat maddi ziyan vurmasına və HYUNDAİ H1 yük markalı 90SA759 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs1 4205 manat maddi ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən cinayət əməlinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona 07.07.2017-ci ildə 07.07.2027-ci il tarixədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. X1 mülkiyyətində olan MERCEDES BENZ E 200D minik markalı 90DE616 dövlət qeydiyyat nişanlı avtomobili 24.12.2019-cu ildə Arzuman adlı şəxsdən satın almış və avtomobili idarə etmək üçün həmin tarixdə 2 il müddətinə ona tibarnamə vermişdir. Avtomobilin pulunu tam ödədikdən sonra isə Arzuman ona baş etibarnamə verəcəkdir. 28 oktyabr 2021-ci ildə günorta vaxtı etibarnamə ilə idarə etdiyi MERCEDES BENZ E 200D minik markalı 90DE616 dövlət qeydiyyat nişanlı avtomobilə İsmayıllı şəhərində 3 nəfər sərnişin, yəni 1 nəfər kişi və 2 nəfər qadın minərək Bakı şəhərinə yola düşmüşlər. Sərnişinlərdən kişi qabaq sağ oturacaqda, qadınlar isə arxa oturacaqda oturmuşdular. Həmin gün saat 15 radələrində Şamaxı-İsmayıllı yolunun Bizlan kəndi yaxınlığından keçən hissəsində avtomobili Şamaxı rayonu istiqamətində 60 km/saat sürətlə idarə edərkən qarşıdan gələn HYUNDAİ H1 yük markalı 90SA759 dövlət qeydiyyat nişanlı avtomobil qəflətən onun hərəkətdə olduğu zolağa çıxmışdır. Bu anda hərəkəti üçün təhlükə yaranaraq tormozlama əməliyyatı aparıb yolun əks hərəkət zolağına manevr etmişdir. Bu zaman həmin avtomobil də öz hərəkət zolağına qayıdaraq həmin avtomobilin qabaq sağ hissəsi onun idarə etdiyi avtomobilin qabaq sağ yan hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində idarə etdiyi avtomobildə olan sərnişinlər xəsarət almışlar. Hadisə yerinə FHN-in xilasediciləri və təcili tibbi yardım avtomobili ilə həkim briqadası gəlib yaralılar avtomobildən çıxarılaraq İsmayıllı rayon xəstəxanasına aparılmışdır. Hadisə zamanı özü xəsarət almamışdır. Hadisə zamanı idarə etdiyim avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. Hazırda əməlindən peşmandır. Həmin cinayəti ehtiyatsızlıq üzündən, bilmədən törətmişdir. Hadisədən sonra xəsarət almış zərərçəkmiş şəxslərlə razılıq əldə etmiş, onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 28 oktyabr 2021-ci ildə günorta vaxtı «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi özünə məxsus HYUNDAİ H1 yük markalı 90SA759 dövlət qeydiyyat nişanlı avtomobildə arvadı Nümayəndə, azyaşlı qızı Dərya və Zəhra sərnişin qismində olmaqla Bakı şəhərindən Qəbələ rayonuna yola düşmüşlər. Saat 15 radələrində Şamaxı-İsmayıllı yolunun Bizlan kəndi yaxınlığından keçən hissəsində avtomobili İsmayıllı rayonu istiqamətində 80 km/saat sürətlə idarə etdikdə ani olaraq yatmış, arvadı Zülfüyə onun yatdığını görərək qışqırdığına görə ayılmışdır. Bu zaman artıq yolun əks istiqamətli hərəkət zolağına çıxdığını görmüş və həmin zolaqla qarşıdan avtomobil gəldiyini görmüşdür. Avtomobili sağa istiqamətləndirib əyləcdən istifadə etmiş, qarşıdan gələn avtomobil də onun idarə etdiyi avtomobildən yayınmaq üçün ona tərəf istiqamətlənmişdir. Bu səbəbdən hadisənin qarşısını almaq mümkün olmamış və idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtomobilin qabaq sağ yan hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən qızı Dərya avtomobilin salonunun döşəməsinə düşərək xəsarət almışdır. Avtomobildən düşmüş və bu zaman ona məlum olmuşdur ki, toqquşduğu avtomobildə olan sərnişinlər xəsarət almışlar. Hadisə yerinə FHN-in xilasediciləri və təcili tibbi yardım avtomobili ilə həkim briqadası gəlmiş, yaralılar avtomobildən çıxarılaraq İsmayıllı rayon xəstəxanasına aparılmışdır. Hadisə zamanı özü, arvadı Zülfüyə və digər qızı Zəhra xəsarət almamışlar. Hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və özü isə spirtli içki qəbul etməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi ziyanı tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şəxs Zərərçəkmiş şəxs6 qanuni nümayəndəsi (anası) Nümayəndə ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 28 oktyabr 2021-ci ildə İsmayıllı şəhərində qohumunun yas mərasimində iştirak etdikdən sonra günorta vaxtı anası Zərərçəkmiş şəxs2 və əmisi oğlu Məmmədov Zaur Rəsul oğlu ilə birlikdə bir gün əvvəl onları Bakı şəhərindən İsmayıllı şəhərinə aparmış Ramil adlı sürücünün idarə etdiyi MERCEDES BENZ E 200D minik markalı 90DE616 dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində oturaraq İsmayıllı şəhərindən Bakı şəhərinə yola düşmüşlər. Avtomobilin qabaq sağ oturacağında Zaur, arxa oturacaqda sağ tərəfdə anası, sol tərəfdə isə özü oturmuşdur. Həmin gün saat onların əyləşdikləri avtomobil İsmayıllı-Şamaxı yolunun Basqal kəndi yaxınlığından keçən hissəsində 80 km/saat sürətlə hərəkətdə olarkən qarşı tərəfdən gələn avtomobilin yolun hərəkətdə olduqları hissəsinə çıxdığını görmüşdür. Sürücü Ramil bu anda avtomobili sola istiqamətləndirib qəzadan yayınmağa çalışmış, onların yoluna çıxan Hyundaı markalı avtomobil isə yenidən onlara tərəf istiqamətlənmiş və yolun sol zolağında həmin avtomobillə toqquşmuşlar. Hadisə nəticəsində anası, özü və Zaur xəsarət almışdır. Xilasedicilər anası ilə Zauru avtomobildən çıxarmış və onları İsmayıllı rayon xəstəxanasına aparmışlar. Anası ilə birlikdə müalicələrini Bakı şəhərindəki müalicə müəssisələrində davam etdirmişlər. Hazırda anasının səhhəti imkan vermədiyindən məhkəmə iclasına gələ bilmir. Hadisədən sonra Təqsirləndirilən şəxs onlara dəymiş maddi və mənəvi ziyanı tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs2 qızı Zərərçəkmiş şəxs3 vasitəsi ilə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı tələb və şikayətinin qalmadığını bildirmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs4 onun rəsmi nikahda olan əridir. Zaur 28 oktyabr 2021-ci ildə İsmayıllı şəhərində yaşayan qohumları gilə yas mərasiminə getmişdir. Həmin gün Bakıya qayıdarkən Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonunun Bizlan kəndi ərazisindən keçən 17-ci kilometrində onların olduqları avtomobil qəzaya düşmüş və Zaur xəsarətlər almışdır. Zaur kəllə beyin travması aldığından beynində cərrahiyyə əməliyyatı aparılmış və hazırda yataq şəraitində müalicə olunur. Onun səhhəti imkan vermədiyindən məhkəmə iclaslarına gələ bilmir. Təqsirləndirilən şəxs Zaura dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş, lakin hazırda yol nəqliyat hadisəsi nəticəsində yataq rejimində müalicə aldığı üçün məhkəmə istintaqında iştirak etməmiş Zərərçəkmiş şəxs4 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 27.11.20221-ci il tarxli ekpertiza rəyindıən görünür ki, Zərərçəkmiş şəxs4 xəsarətləri- huşun koma tipli pozulması ilə müşaiyət edilən beyin kötyünüə qansızma, hipovolemik və travmatik şokla, hemoprovmotoraksla nəticələnmiş sağ tərəfli İİ,Vİİ,Vİİİ,İX,X, sol tərəfli V.Vİ,Vİİ,Vİİİ,İX qabırğaların, çanaq sümüklərinin yerdəyişmiş sınıqları və başın yarası xəsarətləri küt əşya təsirindən törənmişdir, 28.10.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İbtidai araşdırma mərhələsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, 28 oktyabr 2021-ci ildə qonşuları ilə birlikdə İsmayıllı şəhərində Ramil adlı sürücünün idarə etdiyi MERCEDES BENZ E 200D minik markalı 90DE616 dövlət qeydiyyat nişanlı avtomobin qabaq sağ oturacağında sərnişin qismində oturaraq Bakı şəhərinə yola düşmüşlər. Sonradan xəstəxanada ayıldıqda ona bildirmişlər ki, yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət almışdır və onu xəstəxanaya aparıblar. Təhqiqatçı ondan izahat aldıqda hadisənin necə baş verməsi barədə başqa heç nə bilməmişdir. Hazırda ona məlumdur ki, 28 oktyabr 2021-ci ildə saat 15 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonunun Bizlan kəndi ərazisindən keçən 17-ci kilometrində, sərnişini olduğu MERCEDES BENZ E 200D minik markalı 90DE616 dövlət qeydiyyat nişanlı avtomobil HYUNDAİ H1 yük markalı 90SA759 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəində xəsarət almışdır. Eyni zamanda Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı tələb və şikayətinin qalmadığını bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqında 28 oktyabr 2021–ci il tarixli protokoldan görünür ki, hadisə yeri Muğanlı-İsmayıllı yolunun 17-ci km-dir. Hadisə gündüz vaxtı baş vermişdir. Hadisə yerində yol asfalt–beton örtüklü olmaqla, yolun hərəkət hissəsi üfüqi vəziyyətdədir, həmçinin düzdür, yol örtüyünün üzəri quru olmuşdur. Yolun ümumi hərəkət hissəsinin eni 7,5 metrdir. Yol əks istiqamətli hərəkət zolağından ibarətdir, hərəkət hissədə heç bir xətt və işarə yoxdur. Hadisə yerində ətrafdakı əşyalara toxunmaz izləri və digər izlər aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan, sərxoşluq vəziyyətinin təyini haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışlar. Cinayət işinin materiallarında olan, DİN BDYP Qİİ-nin verdiyi 12.11.2021-ci il tarixli 016-135555-1221 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs 07.07.2017-ci ildə 07.07.2027-ci il tarixədək etibarlı olan AC 540315 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin materiallarında olan, ziyan barədə arayışa əsasən yol nəqliyyat hadisəsi zamanı MERCEDES BENZ E 200D minik markalı 90DE616 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan 5667 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan, ziyan barədə rəyə əsasən yol nəqliyyat hadisəsi zamanı HYUNDAİ H1 yük markalı 90SA759 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan 4205 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan, məhkəmə tibbi ekspertizasının 27.11.2021-ci il tarixli 550 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs6 bədəni üzərində aşkar edilmiş baş beyin silkələnməsi ilə müşaiyət olunan üzün sağ yarısının hematoması və yumşaq toxumanın əzilməsi xəsarətləri küt əşyanın təsirindən törənmişdir, 28.10.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan, məhkəmə tibbi ekspertizasının 27.11.2021-ci il tarixli 560 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs4 aşkar edilmiş huşun koma tipli pozulması ilə müşaiyət edilən beyin kötyünüə qansızma, hipovolemik və travmatik şokla, hemoprovmotoraksla nəticələnmiş sağ tərəfli İİ,Vİİ,Vİİİ,İX,X, sol tərəfli V.Vİ,Vİİ,Vİİİ,İX qabırğaların, çanaq sümüklərinin yerdəyişmiş sınıqları və başın yarası xəsarətləri küt əşya təsirindən törənmişdir, 28.10.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan, məhkəmə tibbi ekspertizasının 27.11.2021-ci il tarixli 561 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs2 aşkar edilmiş travmatik şok qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşaiyət olunan alnın sıyrığı, sağ bud sümüyünün qapalı-qəlpəli yerdəyişən sınığı (osteosintez əməliyyatından sonrakı vəziyyət) və sağdan V,Vİ,Vİİ və Vİİİ qabırğaların qapalı sınığı xəsarətləri küt əşya təsirindən törənmişdir, 28.10.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan, məhkəmə tibbi ekspertizasının 27.11.2021-ci il tarixli 562 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs3 aşkar edilmiş sağ bud sümüyünün qapalı-qəlpəli sınığı və sağ incik sümüyünün yerdəyişməyən sınığı (osteosintez əməliyyatından sonrakı vəziyyət) xəsarətləri küt əşya təsirindən törənmişdir, 28.10.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan, məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 26noyabr 2021-ci il tarixli 8/2837 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində MERCEDES BENZ E 200D minik markalı 90DE616 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X5» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci ildə saat 15 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonunun Bizlan kəndi ərazisindən keçən 17-ci kilometrində idarə etdiyi Zərərçəkmiş şəxs5 məxsus MERCEDES BENZ E 200D minik markalı 90DE616 dövlət qeydiyyat nişanlı avtomobillə 60 km/saat sürətlə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X5» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib, İsmayıllı rayonu istiqamətində 80 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi HYUNDAİ H1 yük markalı 90SA759 dövlət qeydiyyat nişanlı avtomobilin bir anlığa onun hərəkətdə olduğu zolağa çıxdığını görüb əks hərəkət zolağına çıxmış, Zərərçəkmiş şəxs1 dərhal tormozlama əməliyyatı aparıb avtomobili əvvəlki hərəkət zolağına istiqamətləndiərək MERCEDES BENZ E 200D minik markalı avtomobilin qabaq sağ yan hissəsi qarşı sol hərəkət zolağında HYUNDAİ H1 yük markalı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan MERCEDES BENZ E 200D minik markalı avtomobildə olan sərnişinlər 1981-ci il təvəllüdlü Məmmədov Zaur Rəsul oğluna huşun koma tipli pozulması ilə müşaiyət edilən beyin kötyünüə qansızma, hipovolemik və travmatik şokla, hemoprovmotoraksla nəticələnmiş sağ tərəfli İİ,Vİİ,Vİİİ,İX,X, sol tərəfli V.Vİ,Vİİ,Vİİİ,İX qabırğaların, çanaq sümüklərinin yerdəyişmiş sınıqları və başın yarası xəsarətlərini yetirərək həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmasına, 1971ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 travmatik şok qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşaiyət olunan alnın sıyrığı, sağ bud sümüyünün qapalı-qəlpəli yerdəyişən sınığı (osteosintez əməliyyatından sonrakı vəziyyət) və sağdan V,Vİ,Vİİ və Vİİİ qabırğaların qapalı sınığı xəsarətlərini yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmasına, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 sağ bud sümüyünün qapalı-qəlpəli sınığı və sağ incik sümüyünün yerdəyişməyən sınığı (osteosintez əməliyyatından sonrakı vəziyyət) xəsarətlərini yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmasına, HYUNDAİ H1 yük markalı avtomobildə olan sərnişin 2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6 baş beyin silkələnməsi ilə müşaiyət olunan üzün sağ yarısının hematoması və yumşaq toxumanın əzilməsi xəsarətlərini yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmasına, MERCEDES BENZ E 200D minik markalı 90DE616 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs5 5667 manat maddi ziyan vurmasına və HYUNDAİ H1 yük markalı 90SA759 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs1 4205 manat maddi ziyan vurması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.1-1–ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, 01 dekabr 2017–ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişiklilər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.127.3.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əlavə edilmiş 2–ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1–ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3–cü maddəsində imperativ qaydada göstərilmişdir ki, əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə, istintaqında həmçinin sübuta yetirildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11–ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11–ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 qanuni nümayəndəsi (anası) Nümayəndə tərəfindən ayrı-ayrılıqda yazılmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlarla barışmış və onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onların Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Eləcə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə ünvanlanmış teleqramlardan görünür ki, Təqsirləndirilən şəxs onlarla barışmış və onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onların Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də həmin əsaslar üzrə cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Məhkumluğu yoxdur. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–cü maddəsinin “Qeyd” hissəsinin 2–ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Ona görə də məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsi üçün onun yalnız sağlamlığına az ağır və ağır zərər vurulmuş zərərçəkmiş şəxslə və ya şəxslərlə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi kifayətdir. Bundan sonra həmin şəxsin cinayət əməlləri ilə yanaşı həmçinin, inzibati xətanın tərkibini də yaradan əməlləri törətməsi, yəni yol hərəkəti qaydalarının pozması nəticəsində digər zərərçəkmiş şəxslərin əmlakına ziyan vurulması və ya sağlamlığına yüngül zərər, habelə dərəcəsi təyin olunmayan xəsarətlər yetirilməsi müəyyən edilərsə, cinayət məsuliyyətindən azad edilmiş şəxs yalnız inzibati xətanın tərkibini yaradan əməllərə görə inzibati məsuliyyətə cəlb edilir. Həmçinin, müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 100 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 100 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışdığına və onlara cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ( keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab – AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut – HYUNDAİ H1 yük markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil və MERCEDES BENZ E 200D minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin müvafiq olaraq sahiblərinə qaytarılması nəzərə alınsın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılması məqsədilə hazırki qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İsmayıllı rayon prokuroruna göndərilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar