Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-21/2023 02.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə 02 may 2023-cü il tarixdə saat 17:59-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1984-cü ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, həmkəndlisi Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunu bacısı X4 3000 manat pul müqabilində əlillik dərəcəsi ilə təqaüdə çıxaracağını yalandan vəd verib aldadaraq tamah niyyəti ilə 2017-ci ilin əvvəllərində, dəqiq tarixi istintaqla müəyyən edilməyən ay və gündə İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evdə sonuncunun 3000 manat məbləğində pulunu alıb ələ keçirmiş, bundan 2-3 ay sonra, 2017-ci ilin dəqiq tarixi istintaqla müəyyən edilməyən ay və günündə öz cinayətkar niyyətini davam etdirib Zərərçəkmiş şəxs1 X8 təqaüd kartının hazır olduğunu və həmin kartın götürülməsi üçün 200 manat pul ödəməli olmasını, işi müsbət həll etdiyi üçün ona əlavə 300 manat pul verməsini deyərək aldadıb İsmayıllı rayonunun Kürdmaşı kəndinin ərazisində, küçədə Zərərçəkmiş şəxs1 əlavə 500 manat məbləğində pulunu alıb ələ keçirmiş, bununla da o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 3500 (üç min beş üç yüz) manat məbləğində pulunu alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, həmkəndlisi Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunu oğlu Zakir Usubovu 2500 manat pul müqabilində əlillik dərəcəsi ilə təqaüdə çıxaracağını yalandan vəd verib aldadaraq tamah niyyəti ilə 2017-ci ilin əvvəllərində, dəqiq tarixi istintaqla müəyyən edilməyən ay və gündə İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında sonuncudan 1500 manat məbləğində pulu alıb ələ keçirmiş, təqribən 2-3 ay sonra, 2017-ci ilin dəqiq tarixi istintaqla müəyyən edilməyən ay və günündə öz cinayətkar niyyətini davam etdirib Zərərçəkmiş şəxs2 oğlu Zakir Usubovun təqaüd kartının hazır olduğunu və həmin kartın götürülməsi üçün 100 manat pul ödəməli olmasını deyib aldadaraq İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində, küçədə Zərərçəkmiş şəxs2 əlavə 100 manat məbləğində pulunu alıb ələ keçirmiş, bununla da o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 1600 (min altı yüz) manat məbləğində pulunu alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatdadır və yaşayır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmkəndlisidir, onlarla bir həmkəndli kimi münasibəti yaxşı olmuşdur, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Dəyanət həm də onun sinif yoldaşı olmuşdur. 2017-ci ilin əvvəllərində Dəyanətlə Kürdmaşı kəndi ərazisində söhbət edərkən ona bildirmişdir ki, “pensiyaya çıxmaq istəyən olsa mənə xəbər elə, mən pensiya işi həll edə bilirəm”. Dəyanət də ona inanmış və X8 səhhətində narahatçılıq olduğu üçün onu təqaüdə çıxartmaq istədiyini demişdir. O, Dəyanətə tam əminliklə Mətanəti təqaüdə çıxara biləcəyini demiş, bundan bir neçə gün sonra Kürdmaşı kəndində Dəyanətin yaşadığı evə gəlmiş və söhbət zamanı bir daha onları inandıraraq guya pensiya düzəltdirə biləcəyini demişdir. Dəyanət ondan bacısı Mətanəti hansı qiymətə təqaüdə çıxarda biləcəyini soruşduqda o, Dəyanətə 3000 manat pul lazım olduğunu, heç bir yerə getməli olmayacağını, bütün sənədləşmə işini özünün həll edəcəyini bildirmiş və bu işi öz öhdəsinə götürmüş, Dəyanətlə razılaşmış və çıxıb getmişdir. Bundan təxminən 5-6 gün gün sonra Dəyanətin yaşadığı evə getmiş və ona yalandan pensiya işini həll etdiyini, 3000 pulun ona verilməsini istəmişdir. Dəyanət ona İsmayıllı rayonu Kürdmaşı kəndində yaşadıqları evdə anası Həmidənin və bacısı Mətanətin yanında 3000 manat pulu vermişdir. Dəyanət ondan bacısı Mətanətin təqaüd kartının nə vaxt gələcəyini və bacısının nə qədər təqaüd alacağını soruşduqda o, inandırmaq üçün bacısı Mətanətin 250-300 manat arasında təqaüd alacağını, 2 aydan sonra təqaüd kartının gələcəyini demişdir. Dəyanətdən bacısı Mətanətin təqaüdə çıxması üçün 3000 manat pulunu aldıqdan bir neçə gün sonra Dəyanət ona demişdir ki, dayısı Zərərçəkmiş şəxs2 onunla görüşüb söhbət etmək istəyir. Söhbət zamanı Ağakərimə pensiyaya çıxmaq istəyən şəxsi pensiyaya çıxara bildiyini söyləmiş, Ağakərim 1993-cü il təvəllüdlü oğlu Zakirə dərmanlar almaq üçün onu təqaüdə çıxartmaq istədiyini bildirmiş və bunu bacarıb bacarmadığımı soruşduqda o, Ağakərimə təqaüdə çıxmaq istəyən şəxsləri 3000-3500 manata pensiyaya çıxardığını, ona 2500 manat müqabilində oğlu Zakiri təqaüdə çıxara biləcəyini demişdir. Ağakərim ona inanmış və 1500 manat pulu hal-hazırda verə biləcəyini, qalan 1000 manat pulu isə pensiya düzəldikdən sonra verəcəyini demiş, o, da razılaşmışdır. Ağakərim Dəyanətin yanında İsmayıllı rayonu Kürdmaşı kəndində yaşadığı evin qarşısında ona 1500 manat pul vermiş, Ağakərimə bildirmişdir ki, Zakir 2-3 ay sonra 250-300 manat pesnsiya alacaqdır. Bundan 2-3 ay keçdikdən sonra ilk olaraq istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Dəyanətin istifadəsində mobil nömrəyə zəng edərək bacısı Mətanətin təqaüd kartının hazır olduğunu, kartı götürməyə 200 manat pul lazım olduğunu və əlavə olaraq təqaüd işini müsbət həll etdiyinə görə 300 manat şirinlik kimi ona pul verməyini demiş, Dəyanət Kürdmaşı kəndində küçədə 500 manat pulu ona vermişdir. Dəyanət ümumilikdə ona 3500 manat pul vermişdir. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Daha sonra isə Ağakərimin mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini bildirmiş və onunla görüşüb yalandan Zakirin təqaüd kartının hazır olduğunu və bankdan götürmək üçün 100 manat pul lazım olduğunu demişdir. Ağakərim ona 100 manat pul vermiş, ümumilikə ona 1600 manat pul vermişdir. Sonradan Ağakərim mobil telefonundan onun istifadəsində olan mobil nömrələrlə əlaqə saxlayıb ya təqaüd işini həll etməsini, ya da 1600 manat pulunu qaytarmağını bildirsə də o, müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. 2016-ci ildə Rahim və Samir adlı həmkəndlilərini də aldadaraq pullarını ələ keçirdiyi üçün ondan İsmayıllı rayon Polis şöbəsinə şikayət olunmuş, 13 fevral 2018-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 13 fevral 2020-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azadlığa çıxmış, Dəyanət və Ağakərim ondan pullarını istəsələrdə maddi imkanı olmadığından onların pulunu qaytara bilməmişdir. Barəsindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslərlə barışmış, onlara vurduğu ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Ona görə də barəsində Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkənlisi olmaqla bərabər onunla bir sinifdə oxumuşdur. Təxminən 2017-ci ilin əvvəllərində Məhyəddin ona “pensiyaya çıxmaq istəyən olsa mənə de, mən həll edə bilirəm” demişdir. X8 xəstəliyi olduğu üçün onu pensiyaya çıxartmaq istəmiş, bu fikrini bacısı Mətanətə də demiş, o da razılaşmışdır. Daha sonra onun dəvəti ilə Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş və tam əminliklə pensiya işini özünün həll edə bildiyini demişdir. Məhyəddin onu inandırdığından bacısı Mətanətin təqaüdə çıxma işini həll edəcəyinə inanmışdır. Məhyəddinə bacısı Mətanəti hansı qiymətə təqaüdə çıxarda biləcəyini soruşduqda 3000 manat pul lazım olduğunu, heç bir yana getməli olmayacağını, bütün sənədləşmə işini özününü görəcəyini bildirmişdir. Məhyəddinlə razılaşmış və o, çıxıb getmiş, bundan təxminən 3 gün sonra Məhyəddin yaşadıqları evə gəlmiş və təqaüd işini həll etdiyini, pulun ona verilməsini istəmişdir. Məhyəddinə İsmayıllı rayonu Kürdmaşı kəndində öz evində anası Həmidənin və bacısı Mətanətin yanında özünə məxsus 3000 manat pulu Məhyəddinə vermişdir. Bacısı Mətanətin maddi imkanı ondan zəif olduğundan həmin pulu Məhyəddinə düzəldib vermişdir. Məhyəddindən bacısı Mətanətin pensiya kartının nə vaxt gələcəyini və bacısının nə qədər təqaüd alacağını bildirdikdə o, bacısı Mətanətin 250-300 manat arasında təqaüd alacağını, 2 aydan sonra təqaüd kartının gələcəyini demişdir. Qısa müddət sonra, yəni 2017-ci ilin əvvəllərində dəqiq tarixini bilmədiyim ay və gündə dayısı Ağakərimlə söhbət zamanı Məhyəddinin dediyinə görə təqaüdə çıxma işini bacardığını, bacısı Mətanəti təqaüdə çıxarmaq üçün ona pul verdiyi barədə söhbət etmişdir. Dayısı Zərərçəkmiş şəxs2 oğlu Zakir Usubovu təqaüdə çıxartmaq istədiyini demiş və Kürdmaşı kəndində Ağakərimin evinin qarşısında Məhyəddinlə görüşüb söhbətləşmişlər. Məhyəddin söhbət zamanı dayısı Ağakərimə oğlu Zakir Usubovu 2500 manat müqabilində əlillik dərəcəsi ilə təqaüdə çıxara biləcəyini, bu işi özünün həll etdiyini demiş. dayım Ağakərim və o, da Məhyəddinə inanmışlar. Ağakərim onun yanımda Məhyəddinə 1500 manat pul vermiş, qalan 1000 manatı da təqaüd işi düzəldikdən sonra verəcəyini demişdir. Bundan 2 ay keçdikdən sonra yaz ayında Məhyəddin ona zəng edərək bacısı Mətanətin təqaüd kartının hazır olduğunu, kartı götürməyə 200 manat pul lazım olduğunu və əlavə olaraq təqaüd işini müsbət həll etdiyinə görə 300 manat şirinlik kimi ona verməyini bildirmişdir. O, razılaşmış və Kürdmaşı kəndində yaşadığı evin yaxınlığındakı küçədə yolun kənarında Məhyədinə əlavə olaraq 500 manat pul vermişdir. Məhyəddin bundan sonra ona nə kart gətirmiş, nə də Məhyəddini görə bilmişdir. Maraqlandıqda Məhyəddinin kənddən çıxıb Bakı şəhərinə getdiyini öyrənmiş, həmin ərəfədə eşitmişdir ki, Məhyəddin dayısı Ağakərimdən əlavə olaraq təqaüd karıtnın bankdan götürülməsi üçün 100 manat pul da almışdır. Bir müddət sonra Məhyəddinə nə qədər zəng etsələr də telefonlara cavab verməmiş, nə də bacısının pensiyasını düzəltmişdir. 2017-ci ildə öyrənmişdir ki, Məhyəddin ondan başqa Rahim və Samir adlı həmkəndlilərini də aldadaraq pullarını ələ keçirmişdir və bununla əlaqədar polis şöbəsində araşdırma aparılır. Məhyəddin sinif yoldaşı olduğu üçün ondan şikayət etməmiş, fikirləşmişdir ki, ola bilsin aldığı pulu özünə qaytarar. 13 fevral 2018-ci il tarixdə ona məlum olmuşdur ki, Məhyəddin barəsində İsmayıllı Rayon Məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzası seçilmişdir. 13 fevral 2022-ci il tarixdə Məhyəddin həbsdən çıxmış, o, Məhyəddinə pulun 500 manat hissəsini bağışlaya biləcəyini, qalan 3000 manat pulunu özümə qaytarmasını bildirmiş, lakin o, bu günə qədər aldadaraq ələ keçirdiyi pulunu qaytarmamışdır. Məhyəddin bundan başqa dayısı Ağakərim Ubusuovu da aldadaraq 1600 manat pulunu ələ keçirmiş və onun da pulunu qaytarmamışdır. Məhyəddini 2 iyul 2021-ci il tarixə qədər gözləsələr də pulunu gətirib qaytarmamışdır. 21 iyul 2021-ci il tarixdə o və dayısı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün İsmayıllı rayon Polis şöbəsinə müraciət etmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. O, təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır. Təqsirləndirilən şəxs bir həmkəndli kimi tanımışdır. 2017-ci ilin əvvəllərində bacısı oğlu Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, sinif yoldaşı Məhyəddin əlillik dərəcəsi ilə təqaüdə çıxmaq istəyən şəxsləri pensiyaya çıxarır və bacısı Mətanəti əlillik dərəcəsi ilə təqaüdə çıxarmaq üçün Məhyəddinə 3000 manat pul vermişdir. Məhyəddin təklif etmişdir ki, əgər pensiyaya çıxmaq istəyirsə Məhyəddinlə görüşüb danışa bilərlər. 1993-cü il təvəllüdlü oğlu Zakirin səhhətində narahatçılıq olduğundan dərmanla xərci çox çıxdığı üçün Zakiri təqaüdə çıxartmaq istəmişdir. Bu məqsədlə Məhyəddinlə görüşmüş və Məhyəddindən oğlu Zakiri əlillik dərəcəsi ilə pensiyayaya çıxara bilib-bilməyəcəyini soruşduqda Məhyəddin ona demişdir ki, hamını 3000-3500 manata təqaüdə çıxarıram, sən ağsaqqal adamsan sənə hörmət edib 2500 manat müqabilində oğlun Zakiri təqaüdə çıxara bilərəm”. Məhyəddin tam əminliklə danışdığı üçün onun Zakiri pensiyaya çıxaracağına inanmış və ona bildirmişdir ki, “1500 manat indi verirəm, təqaüd düzəldikdən sonra 1000 manat da verəcəm”. Bacısı oğlu Dəyanətin yanında İsmayıllı rayonu Kürdmaşı kəndində yaşadığı evin qarşısında Məhyəddinə 1500 manat pul vermiş, Məhyəddin bildirmişdir ki, Zakir 2-3 ay sonra 250-300 manat təqaüd alacaqdır. Təxminən 2-3 ay keçdikdən sonra dəqiq tarixini xatırlamadığı gündə o, yenidən yaşadığı evin qarşısında gəlmiş və ona kartı bankdan götürmək üçün 100 manat pul lazım olduğunu bildirmişdir. O, Kürdmaşı kəndində yaşadığı evin qarşısında 100 manat pulu Məhyəddinə vermiş, bundan sonra o, Məhyəddini görə bilməmiş, vermiş olduğu 1600 manat pulunu ala bilməmişdir. Həmin vaxtlar Məhyəddinlə əlaqə saxlayıb ya təqaüd işini həll etməsini, ya da 1600 manat puluu qaytarmasını bildirsə də Məhyəddin müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. 2017-ci ildə öyrənmişdir ki, Məhyəddin ondan başqa Rahim və Samir adlı həmkəndlilərini də aldadaraq pullarını ələ keçirmişdir və bununla əlaqədar polis şöbəsində araşdırma aparılmış, Məhyəddin həmkəndlisi olduğu üçün ondan şikayət etməmişdir. Fikirləşmişdir ki, ola bilsin Məhyəddin aldığı pulu nə vaxtsa qaytarar. 13 fevral 2018-ci il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 13 fevral 2020-ci il tarixdə Məhyəddin həbsdən çıxmış, Dəyanətlə bir neçə dəfə mobil telefonla dəfələrlə əlaqə saxlasa da Məhyəddin onu arxayın edərək pulumu qaytaracağına söz vermiş, lakin pulunu qaytarmamışdır. Məhyəddin Dəyanətin də 3500 manat pulunu qaytarmadığı üçün o və Zərərçəkmiş şəxs1 21 iyul 2021-ci il tarixdə ərizə ilə İsmayıllı rayon polis şöbəsinə müraciət etmişdir. Məhyəddinə verdiyi pul özünə məxsus olmuş, Məhyəddin ondan aldığı pullarla təqaüd işini özünün həll edəcəyini, özünün bütün işləri həll etmək imkanında olduğunu dediyi üçün ona inanmış, Məhyədin pulu hansısa vəzifəli şəxsə verəcəyini deməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. O, təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır, kənd tam orta məktəbində ingilis dili müəllimi işləyir. Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla yanaşı qardaşı Zərərçəkmiş şəxs1la bir sinifdə oxumuşlar. 2017-ci ilin əvvəllərində Dəyanət ona bildirmişdir ki, həmkəndlisi Məhyəddin pensiyaya çıxmaq istəyən şəxsləri pensiyaya çıxara bilir. Dəyanət ona demişdir ki, “istəyirsənsə Məhyəddinə deyim, sənin də təqaüdə çıxarsın”. Səhhətində ağrılar olduğundan fikirləşmişdir ki, Məhyəddinə deyək, əgər çalışarsa məni də əlillik dərəcəsi ilə təqaüdə çıxartsın. Həmin ərəfədə dəqiq tarixini bilmədiyim ay və gündə Təqsirləndirilən şəxs Dəyanətin evinə gəlmiş, o, da Dəyanətin evində olmuşdur. Həmin evdə anası Həmidənin və qardaşı Dəyanətin yanında Məhyəddindən onu təqaüdə çıxartma işini həll edə bilib-bilmədiyini soruşduqda o, tam əminliklə demişdir ki, özü onun təqaüdə çıxma işini düzəldə biləcək, onun əli hər yerə çatır. Belə olduqda o və digər ailə üzvləri Məhyəddinə inanmışlar. Məhyəddindən onun pensiyaya necə çıxara biləcəyini soruşduqda o, bunun üçün 3000 manat pul lazım olduğunu, heç bir yerə getməli olmayacaqlarını, bütün sənədləşmə işini özünün görəcəyini demişdir. Məhyəddinlə razılaşmış və Məhyəddin şəxsiyyət vəsiqəsinin surətini ondan alıb çıxıb getmiş, təxminən 3 gün sonra Məhyəddin yenidən Dəyanətin yaşadığı evə gəlmiş və təqaüd işini həll etdiyini, 3000 manat pulun ona verilməsini istəmişdir. X7 rayonu Kürdmaşı kəndində öz evində onun və anası Həmidənin yanında 3000 manat pulu vermişdir. Dəyanət Məhyəddindən onun təqaüd kartının nə vaxt gələcəyini və onun nə qədər təqaüd alacağını soruşduqda Dəyanə onun əlillik dərəcəsi ilə 250-300 manat arasında təqaüd alacağımı, 2 aydan sonra təqaüd kartını ona verəcəyini demiş, bundan 2 ay keçdikdən sonra 2017-ci ilin yaz ayında dəqiq bilmədiyi ay və gündə qardaşı Dəyanət ona demişdir ki, Məhyəddin ona zəng edərək təqaüd kartının hazır olduğunu, kartı götürməyə 200 manat pul lazım olduğunu və əlavə olaraq təqaüd işini müsbət həll etdiyinə görə 300 manat şirinlik kimi ona verməyi bildirmiş, Dəyanət Məhyəddinlə razılaşmışdır. Dəyanət özü Kürdmaşı kəndində yaşadığı küçədə Məhyəddinlə görüşüb 500 manat pulu sonuncuya vermişdir. Sonradan Məhyəddini görə bilməmiş, o, verdiyi vədə əməl etməmiş, Dəyanət Məhyəddinə nə qədər zəng etsə də o. telefonlara cavab verməmiş, nə də onun təqaüd işini düzəltməmişdir. 2017-ci ildə öyrəndik ki, Məhyəddin ondan başqa Rahim və Samir adlı həmkəndlilərini də aldadaraq pullarını ələ keçirmişdir və bununla əlaqədar polis şöbəsində araşdırma aparılır. Məhyəddin Dəyanətin sinif yoldaşı olduğu üçün Dəyanət ondan şikayət etməmiş, fikirləşmişdir ki, ola bilsin ondan aldığı pulu özünə qaytarar. 13 fevral 2018-ci il tarixdə Məhyəddinin həbs edildiyini eşitmişdir. 13 fevral 2020-ci il tarixdə Məhyəddin həbsdən çıxmış, o, yenə də müxtəlif bəhanələr gətirib Dəyanətin pulunu qaytarmamışdır. 2017-ci ildə həmin ərəfədə eşitmişdir ki, Təqsirləndirilən şəxs dayısı Zərərçəkmiş şəxs2 da aldadaraq oğlu Zakir Usubovu pensiyaya çıxaracağı adı ilə 1600 manat pulunu ələ keçirmişdir. Qardaşı Dəyanətin onun təqaüdə çıxmağı üçün Məhyəddinə verdiyi 3500 manat pul Dəyanətə məxsus olmuşdur. Məhkəmə iclasında şahid X9 eyni məzmunlu ifadə verərək X3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. 12 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli hökmü ilə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 fevral 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödənilmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X14 Konsultativ Poliklinika şöbəsindən 21 dekabr 2022-ci il tarixli PHŞ/647-2-2022-611 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin “narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqin 11 yanvar 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Kürdmaşı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli 1300 və 1301 saylı arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Məhyəddin Mаyılоv İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayır, ailə tərkibi özündən və 1957-ci il təvəllüdlü anası X5 ibarətdir, Mаyılоv Məhyəddin Sədrəddin oğlu yaşayış yerində yaşadığı müddətdə barəsində şikayət xarakterli məlumat daxil olmamışdır. Məhyəddin Mаyılоva verilmiş ittihamdan görünür ki, onun törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ümumilikdə 3500 (üç min beş üç yüz) manat, Zərərçəkmiş şəxs2 isə 1600 (min altı yüz) manat məbləğində manat maddi ziyan vurulmuşdur. İş materiallarından görünür ki, Məhyəddin Mаyılоv tərəfindən həmin ziyan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən Məhyəddin Mаyılоv tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən sonuncuya qarşı heç bir tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən Məhyəddin Mаyılоv tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən sonuncuya qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında təqsirləndirilən Məhyəddin Mаyılоv törətmiş olduğu cinayət əməlini etiraf edərək zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurmuş olduğu zyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən Məhyəddin Mаyılоv törətmiş olduğu cinayət əməlini etiraf edərək zərərçəkmiş şəxslə barışdığını, ona vurmuş olduğu zyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir tələb və şikayətinin olmadığını bildirmiş və barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi məqsədilə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi üçün ona müəyyən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən Məhyəddin Mаyılоva vaxt verilmiş və o, məhkəməyə törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi barədə sənəd təqdim etmişdir. “KapitalBank”ın İsmayıllı rayon filialının 02 may 2023-cü il tarixli 28208 nömrəli qəbzindən görünür ki, Məhyəddin Mаyılоv tərəfindən törədilmiş cinayətə görə vurulmuş ziyanın 25% olaraq onun adından 1275 manat pul vəsaiti X2 müvafiq hesabına ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, Məhyəddin Mаyılоvun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından göründüyü kimi Məhyəddin Mаyılоvun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməmişdir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Məhyəddin Mаyılоvun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məhyəddin Mаyılоvun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Ona görə də Məhyəddin Mаyılоvun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və Məhyəddin Mаyılоvun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-21/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-21/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver