Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-21/2024 21.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə, Zərərçəkmiş şəxs iştirakı ilə 21 may 2024-cü il tarixdə saat 14:32-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 2006-cı ildə İsmayıllı rayon Talıstan kəndində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, natamam orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, İsmayıllı rayon Talıstan kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 noyabr 2023-cü il tarixdə dəqiq saatı məlum olmayan vaxtda İsmayıllı rayonunun Talıstan kəndində yerləşən qonşusu Zərərçəkmiş şəxs məxsus evdə heç kəsin olmadığına əmin olduqdan sonra həmin evin şifer materialından olan hasarının üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab olunan evin həyətinə, oradan isə saxlanc yeri hesab olunan evin mətbəx otağının plastik materialdan olan pəncərəsindən evin içərisinə qanunsuz daxil olub, evin yataq otağının açıq halda olan qapısından içərisinə keçərək çarpayının altına qoyulmuş çamadanın içərisindən ağ rəngli parçaya bükülmüş halda dəmir pullardan (qəpiklərdən) ibarət cəmi 40 (qırx) manat məbləğində pulu götürüb özü ilə aparmaqla qəsdən gizli olaraq talayaraq, sonra isə öz cinayətkar niyyətini davam etdirib eyni üsulla, yəni 15 noyabr 2023-cü il tarixdə saat 08 radələrindən 15 radələrinədək olan müddət ərzində, dəqiq saatı məlum olmayan vaxtda qonşusu Zərərçəkmiş şəxs məxsus həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra həmin evin şifer materialından olan hasarının üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab olunan evin həyətinə, oradan isə saxlanc yeri hesab olunan evin mətbəx otağının plastik materialdan olan pəncərəsindən evin içərisinə qanunsuz daxil olaraq yataq otağının açıq halda olan qapısından içərisinə keçib çarpayının altına qoyulmuş çamadanın içərisindən 100 manatlıq əsginazlardan ibarət cəmi 2500 manat məbləğində pulu götürüb qəsdən gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2540 (iki min beş yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Talıstan kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Coşqun isə Nimanın oğludur. Onlarla münasibətləri əvvəllər normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin noyabr ayının 11-də axşam saatlarında Coşqun ona söhbətinin olacağını bildirmişdir. 12 noyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadıqları küçədə Coşqunla görüşmüş, bu zaman Coşqun ona ailəsi ilə probleminin olduğunu, bankda işinin olduğunu, evlərində atasına məxsus pul olduğunu, onların evlərinə daxil olaraq həmin puldan 1000 manatını götürməyini, 500 manatını özünə saxlayıb qalan 500 manatı ona verməyini təklif etmişdir. O, əvvəl qorxduğu üçün razılaşmamış, lakin Coşqun ona “qorxma, mənlikdir, arxanda dayanmışam” dedikdən sonra razılaşmışdır. Coşqun ona evin mətbəx hissəsində olan pəncərəni açıq qoyduğunu, pulun isə atasının yataq otağında çarpayının altında olan çemodanda olmasını bildirib getmişdir. Bundan sonra o, Nimana məxsus həyətyanı sahənin önünə gəlmiş, ətrafda kimsənin olmamasına əmin olduqdan sonra hasardan keçərək həyətə daxil olmuşdur. Nimanın taksi sürücüsü olduğunu bildiyindən, həmçinin həyat yoldaşının yaşadığı Talıstan kənd tam orta məktəbində müəllimə olmasını bildiyi üçün evdə kimsənin olmamasına arxayın olmuşdur. Daha sonra həyətdə gəzərək evə yaxınlaşmışdır. Evin mətbəx otağının plastik materialdan hazırlanmış pəncərəsinin Coşqunun açıq qoymasını görərək pəncərəni itələyərək açıb oradan evə daxil olmuşdur. Daha sonra yataq otağının açıq qapısından içəri daxil olmuşdur. Coşqunun ona bildirdiyi çarpayının altında qara rəngli çemodanın olmasını görmüş və çemodanı açmışdır. Çemodanın içərisində bir xeyli kağız pul, həmçinin ağ rəngli parçaya bükülü halda dəmir pullar olmuşdur. O, təxminən 40 manat dəyərində olan dəmir pulları götürmüş, qorxduğu üçün başqa pul götürməyib gəldiyi yolla geri qayıdaraq oradan uzaqlaşmışdır. Həmin pulu öz maddi ehtiyaclarına sərf etmişdir. Bu hadisədən 3 gün sonra, yəni 15 noyabr 2023-cü il tarixdə səhər saatlarında Coşqun onu təkrar kənd ərazisində görərək götürüb götürmədiyini soruşmuşdur. O isə ona 40 manat götürdüyünü, qorxduğu üçün onun dediyi məbləğdə pul götürmədiyini bildirmişdir. Bu zaman Coşqun təkrarən ona qorxmamağı, həmin pulun özlərinə məxsus olduğunu və nəsə olarsa arxasında durduğunu bildirmişdir. Coşqun ona yenə evin mətbəx hissəsində olan pəncərəni açıq qoyacağını bildirmişdir. O, Coşğuna arxayın olduğundan təkrar Zərərçəkmiş şəxs məxsus həyətyanı sahənin önünə gəlmiş, ətrafda kimsənin olmamasına əmin olduqdan sonra hasardan keçərək həyətə daxil olmuşdur. Evdə kimsənin olmamasına arxayın olandan sonra evə yaxınlaşmış və evin mətbəx otağının plastik materialdan hazırlanmış pəncərəsinin açıq olmasını görərək pəncərəni açıb oradan evə daxil olmuşdur. Bu zaman yataq otağında Coşqunun ona bildirdiyi çarpayının altındakı qara rəngli çemodanı açmış və içərisindən 10 ədəd 100 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 1000 manat pul götürərək gəldiyi yolla geri qayıdaraq oradan uzaqlaşmışdır. Təxminən bir saatdan sonra Coşqunla yaşadıqları küçədə görüşərək həmin 1000 manatdan 500 manatını şərtləşdikləri kimi ona vermişdir. O, Coşquna pulu verən zaman tək olmuş, yanlarında heç kim olmamışdır. Ona çatan 500 manatı isə öz maddi ehtiyaclarına sərf etmişdir. İbtidai istintaq zamanı ilkin ifadələrində Coşqunun onu arxayın etməsi səbəbindən onu məsuliyyətdən azad etdirəcəyini düşündüyü üçün onun adını çəkməmişdir. Sonradan isə həqiqəti demiş və ibtidai istintaqa hazırda məhkəməyə verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Sonradan törətdiyi cinayət əməlinə görə peşman olmuşdur. Barəsindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməyə cəhd etmiş, lakin zərərçəkmiş şəxs ondan 2540 manat bütöv şəkildə tələb etdiyindən onun həmin məbləği ödəməyə imkanı olmamışdır. O, yetkinlik yaşına çatmayan şəxsdir, qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin ona qarşı olan mülki iddiasını isə ifadəsinə uyğun olaraq vurmuş olduğu ziyan həddində qismən, yəni 540 (digər 500 manat hissəsini isə zərərçəkmiş şəxsin oğluna verdiyini iddia edir) manat hissəsində qəbul edir. İddianın həmin nidssədə təmin olunmasına etirazı yoxdur. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonu Talıstan kəndində yaşayır, taksi sürücüsü kimi işləməklə dolanışığını təmin edir. 15 noyabr 2023-cü il tarixdə saat 07 radələrində həyat yoldaşını tibbi müayinə üçün Qəbələ rayonuna aparmış, təxminən saat 16 radələrində evə qayıtmışdır. Evin qapısını açıb içəri daxil olduqda evin mətbəx otağının plastik materialdan olan pəncərəsinin açıq olmasını görmüşdür. Evə oğru girməsini düşünüb həyat yoldaşına otaqlara baxmasını tapşırmışdır. Bir qədər sonra həyat yoldaşı gələrək yataq otağında olan qara rəngli əl sumkasının içərisində saxladığı 9000 manat puldan 2500 manatının yerində olmadığını bildirmişdir. O, özü də gedib pulu sayıb baxdıqdan sonra həqiqətən 2500 manat pulun yerində olmadığını görmüşdür. Oğurluq edən şəxsi özü tutmaq istədiyi üçün hadisə barədə şikayət etməmişdir. Bu hadisədən bir müddət sonra yəni 26 noyabr 2023-cü il tarixdə həyat yoldaşı ilə birlikdə İsmayıllı şəhər mərkəzi bazarına getmişlər. Saat 12 radələrində kəndə qayıtdıqda yaşadığı küçənin qarşısında gənc bir oğlan uşağının olduğunu görmüşdür. Lakin həmin şəxs üzünü gizlətdiyindən onun kim olmasını bilə bilməmişdir. Həmin gün saat 14 radələrində evə qayıtdıqda mətbəxin pəncərəsinin açıq olmasını görmüşlər. Evə baxdıqda evdən heç nə aparılmamasını müəyyən etmişlər. Bundan sonra o, hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Araşdırma zamanı ona məlum olmuşdur ki, evindən oğurluq edən şəxs qonşusu Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ifadəsinə münasibətdə bildirmk istəyir ki, o, tamamilə yalan danışır. Onun oğlu Coşqun onunla heç bir əlbirlik etməmiş və edə də bilməz. Evdə olan pul ailəsinə məxsus olmuşdur. Hətta həmin pulun böyük hissəsini oğlu Coşqun özü işləyərək yığmışdır. Təqsirləndirilən şəxs günahı oğluna atmaqla məsuliyyətdən yayınmaq istəyir. Ona məxsus evdən oğurlanmış pullar 100 manatlıq əskinaslardan ibarət 2500 manat və qəpiklərdən ibarət 40 manat olmaqla ümumilikdə 2540 manat olmuş və oğurluq hadisəsi nəticəsində ona 2540 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməyə təşəbbüs göstərməmiş, məhkəmə iclaslarında özünü qismən təqsirli bilərək məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Ona görə də mülki iddiasının təmin olunmaqla 2540 (iki min beş yüz qırx) manat maddi ziyan məbləğinin və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 46 (qırx altı) manat, cəmi 2586 (iki min beş yüz səksən altı) manat məbləğinin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi və Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş edir. Şahid X7 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonu Talıstan kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisi, həmçinin qonşusudur, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 15 noyabr 2023-cü il tarixdə günorta radələrində rayon ərazisində olduğu zaman atası Zərərçəkmiş şəxs ona zəng edərək yaşadıqları evin pəncərəsinin yanına qoyduqları güldanın yerindən tərpəndiyini, evə pəncərədən kiminsə girib-girmədiyini soruşmuşdur. O, bundan xəbərsiz olduğunu bildirib atasından nə baş verdiyini soruşmuşdur. Atası ona evə kiminsə daxil olduğunu, yataq otağında olan puldan 2500 manatını oğurladığını bildirmişdir. Bundan sonra atası hadisə barədə polisə məlumat vermişdir. Araşdırma zamanı ona məlum olmuşdur ki, evlərindən oğurluq edən şəxs elə öz qonşusu Təqsirləndirilən şəxsdir. O, həmin hadisənin baş verməsini konkret olaraq görməmişdir. O, Təqsirləndirilən şəxslə heç bir əlbirlik etməmiş, ona pul lazım olduğu vəziyyətdə özü evdən pulu götürmüşdür. Evdə olan pul onların ailə üzvlərinə məxsus olmuşdur. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini də iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Talıstan kəndində Zərərçəkmiş şəxs məxsus evdən necə oğurluq etdiyini göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. Coşqun Əbilov ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilməsinə dair 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı şəxslər hər biri öz ifadəsində göstərilən halları digərinin üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. 26 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq hadisəsinin İsmayıllı rayonu Talıstan kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağında baş verdiyi müəyyən edilmişdir. Belə ki, hadisənin baş verdiyi fərdi yaşayış evinin həyətyanı sahəsinin ətrafı mişar daşından ibarət olan hasar ilə hasarlanmış və girişi isə iki laylı dəmir darvazadan ibarətdir. Həyətyanı sahədə bir ədəd bir mərtəbəli fərdi yaşayış evi vardır. Baxış zamanı evin yataq otağında olan çarpayının atlında saxlanılan çantanın içərisindən 2500 manat pulun oğurlandığı müəyyən edilmişdir. Keçirilmiş baxış nəticəsində fərdi yaşayış evinin zal otağında olan plastik pəncərənin üzərindən “04” ədəd, taxta qapı üzərindən “01” ədəd əl-barmaq izləri İsmayıllı RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti tərəfindən götürüldü, baxış iştirakçılarına baxış zamanı foto çəkiliş aparılması barədə əvvəlcədən xəbərdarlıq edildi, baxış gündüz vaxtı, təbii işıqlanma şəraitində aparıldı. Baxış zamanı “Samsung” markalı fotoaparatla fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Azərbaycan Respublikası DİN-in KTİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13- 11/2-14710/2023 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən götürülmüş əl-barmaq izlərinin DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, yararlı olan əl izlərindən 01 ədədi xx.xx.2006-cı ildə İsmayıllı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc, 01 ədədi xx.xx.1967-ci ildə İsmayıllı rayonunda anadan olmuş Zərərçəkmiş şəxs sol əlinin baş barmağının əksləri ilə eynilik təşkil etmişdir. Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 20 fevral 2024-cü il tarixli 123 №-li rəyindən görünür ki, məhkəmə-psixatrik ekspertizası üzrə - Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur; Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır; Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik keçirməmişdir və hazırda da heç bir psixi xəstəlikdən əziyyət çəkmir; Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Məhkəmə-psixoloji ekspertizası üzrə - Təqsirləndirilən şəxs əqli inkişafdan geri qalma və ya ləngimə halları müşahidə olunmur; Təqsirləndirilən şəxs baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq qabiliyyətindədir. İsmayıllı rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2024-cü il tarixli 18-1-47/2- 147/2024 nömrəli məktubdan görünür ki, İsayev X5 rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun X8 Filialından alınmış 30 yanvar 2024-cü il tarixli 3-17-1/2-22086/2024 nömrəli məktubdan görünür ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən Təqsirləndirilən şəxs hər hansı növ sosial müavinət, Prezident təqaüdü və ümumi əsaslarla əmək pensiyası alması barədə məlumat əldə olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İsmayıllı RİH başçısının Talıstan kənd İƏD üzrə nümayəndəliyindən alınmış arayışlardan, doğum haqında şəhadətnamənin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlüdür, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi özündən, atası Qanuni nümayəndə, anası X4, qardaşı Səid və bacısı Türkandan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs qarşı verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi nəzərdə tutulmuş ittihama hüquqi qiymət verərək, həmçinin təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (Azərbaycan Respublikası CMnin 144-146-cı madələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan maddə üzrə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair, yəni Zərərçəkmiş şəxs məxsus evdən 2540 manat yox, cəmi 1040 manat oğurladığını bildirərək özünü qismən təqsirli hesab etməsinə dair ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətini yüngülləşdirmək niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi zərərçəkmiş şəxsin və şahidin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs onun oğurluğa məhz Zərərçəkmiş şəxs oğlu Coşğun Əbilov tərəfindən təhrik edilməsi, məhz sonuncu tərəfindən evdəki pulun yerini bildirməklə evin pəncərəsini açıq qoyaraq oğurluğa şərait yaratması, oğurladığı pulu aralarında bölməsini bildirməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, müstəntiqin sübutların qiymətləndirilməsi haqında 05 mart 2024-cü il tarixli qərarından müəyyən edilir ki, həmin qərara əsasən X3 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi olmadığından barəsində həmin maddələr ilə cinayət işinin başlanması rədd edilmiş və cinayət işindən bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına məhkəmə nəzarəti qaydasında yalnız CPM-in 449.2-ci maddəsində sadalanan şəxslərin şikayətləri əsasında baxıla bilər. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vera Fernandez-Huidobro İspaniyaya qarşı iş üzrə vurğulamışdır ki, qərəzsizlik tələbi nəzərdə tutur ki, “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir (N 74181/01, 06 yanvar 2010-cu il, § 108). Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Hazırki cinayət işi üzrə “Sübutların qiymətləndirilməsi haqqında” həmin qərar ləğv edilməməklə hazırda qüvvədə olduğundan məhkəmə Təqsirləndirilən şəxs onun oğurluğa məhz Zərərçəkmiş şəxs oğli Coşğun Əbilov tərəfindən təhrik edilməsi, məhz sonuncu tərəfindən evdəki pulun yerini bildirməklə evin pəncərəsini açıq qoyaraq oğurluğa şərait yaratması, oğurladığı pulu aralarında bölməsinə dair xüsusatları araşdırma səlahiyyətində deyildir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Təqsirləndirilən şəxs tərətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq, binaya qanunsuz daxil olmaqla talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun yetkinlik yaşına çatmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuş, buna görə də, ona cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2023-cü il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutularaq İsmayıllı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Müstəntiqinin 04 dekabr 2023-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 11:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Onun şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 dekabr 2023-cü il tarixdə saat 16:30-dan 04 dekabr 2023-cü il tarixə saat 11:00-adək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müdət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Talıstan kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut və müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ödənilməli məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə iclasında həm də müəyyən edildi ki, məhkəmə istintaqın gedişində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia tələbli ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməsi nəticəsində ona dəymiş 2540 (iki min beş yüz qırx) manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 46 (qırx altı) manat, cəmi 2586 (iki min beş yüz səksən altı) manat məbləğinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs iş üzrə mülki cavabdeh kimi tanınmışlar. Məhkəmə, cinayət işi üzrə zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməsi nəticəsində ona dəymiş 2540 (iki min beş yüz qırx) manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu, cəmi 2586 (iki min beş yüz səksən altı) manat məbləğinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi tələbinə dair mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə mülki iddianın sübut və həll edilməsi üçün tələbin hüquqi əsasının təşkil edən maddi hüquq normasının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisə cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəalarının müvafiq olaraq tətbiq edilməsi yolu ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə sadalanan mülki hüquq normalarının tələbləri baxımından bir daha qeyd edir ki, məhkəmə istintaqında sübuta yerilimiş cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli bilindiyindən, zərərçəkmiş şəxsə vurduğu maddi zərərin əvəzi onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə Mülki Prosessual Məcəllənin 49.5-ci və Mülki Məcəllənin 1104.1-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, zərərçəkmiş şəxsə maddi ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Məhkəmə təqdim edilmiş sübutların məhkəmə istintaqında tədqiqi nəticəsində müəyyən etdi ki, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə 2540 manat məbləğində maddi zərərə məruz qalmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, 2540 (iki min beş yüz qırx) manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu, cəmi 2586 (iki min beş yüz səksən altı) manat məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 435-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 dekabr 16:30-dan 04 dekabr 2023-cü il tarixə saat 11:00adək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 2(iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Talıstan kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs mülki iddia tələbi təmin edilsin. 2540 (iki min beş yüz qırx) manat və ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu, cəmi 2586 (iki min beş yüz səksən altı) manat məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-21/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-21/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver