Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-22/2021 11.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Elçin oğlunun, Zərərçəkmiş şəxs Babayev Şəmsəddin Nəcməddin oğlunun iştirakı ilə xx xxxxxx 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 10 mart 1981-ci ildə İsmayıllı rayonu Qalacıq kəndində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, оrtа təhsilli, işləməyən, məhkum еdilməmiş, İsmayıllı rayonu Qalacıq kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs Əzim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Əzim oğlu xx xxxxxx 2021-ci il tarixdə saat 17:00 radələrində yaşadığı İsmayıllı rayonu Qalacıq kəndindəki küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs oğlunun sifətindən qəsdən başı ilə vuraraq Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayət olunan burun kökünün yarası və sol gözün üst qapağının qansızması kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Rəşad İmamalıyev ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 17:00 radələrində yaşadığı İsmayıllı rayon Qalacıq kəndindəki küçədə həmkəndlisi Zərərçəkmiş şəxslə görüşmüşdür.O, Şəmsəddinlə söhbət edərək zarafatlaşmış, Şəmsəddin isə sərxoş olduğundan onunla mübahisə etməyə başlamışdır. Şəmsəddin onu yumruqla vurmaq istədikdə o kənara çəkilmiş və Şəmsəddinin zərbəsi ona dəyməmişdir. Şəmsəddinin hərəkətlərindən əsəbləşmiş və başı ilə sonuncunun sifət nahiyəsindən bir dəfə vurmuşdur. Şəmsəddin yerə yıxılmış və o dərhal Şəmsədini ayağa qaldırmışdır. Şəmsəddin onunla mübahisəni davam etdirmək istədiyini gördükdə oradan uzaqlaşaraq evinə getmişdir. Aralarında baş vermiş mübahisə zamanı orada heç kim olmamışdır. Hazırda etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Rəşad İmamalıyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 18 yanvar 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı İsmayıllı rayon Qalacıq kəndindəki küçədə həmkəndlisi Rəşad İmamalıyevlə görüşmüşdür. Rəşadla bir qədər zarafat etdikdən sonra sonuncu onunla mübahisə etməyə başlamışdır. Bu zaman Rəşad başı ilə onun sifətindən vurmuş və o yerə yıxılmışdır. Rəşad onu yerdən qaldıraraq evinə getmişdir. O da yaşadığı evinə getmiş və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Rəşad İmamalıyev ondan üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Rəşad İmamalıyevlə barışmış, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 24 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ekspert tərəfindən müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayət olunan burun kökünün yarası və sol gözün üst qapağının qansızması küt əşya (əşyalar) təsirindən törənmişdir, tibbi ekspertiza təyin edilməsinə dair qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Rəşad İmamalıyev əvvəllər məhkum olunmamışdır. 22 yanvar 2021-ci il tarixli 19 və 20 nömrəli arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Rəşad İmamalıyev İsmayıllı rayonu Qalacıq kəndində yaşayır. Ailə tərkibi özündən, arvadı İmamalıyeva Günəş Qədim qızı, 2006 və 2008-ci il təvəllüdlü uşaqları Rəhman və Kamrandan ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Rəşad İmamalıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxsdən üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Məhkəmə hesab edir ki, Rəşad İmamalıyevin cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Dövlət ittihamçısı qanunun göstərilən normasına əsaslanaraq Rəşad İmamalıyevin cinayət məsuliyyətindən azad edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Əzim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Əzim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs Əzim oğlu barəsində qətimkan tədbiri seçilməmişdir. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-22/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-22/2021
11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver