Məhkəmə qərarları › İş №1(037)-22/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-22/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-22/2022 24.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi X10 iştirakı ilə 24 may 2022-ci il tarixdə saat 16:30-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1978-ci ildə İsmayıllı rayonu Xanagah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işsiz, məhkum olunmamış, İsmayıllı rayonunun Xanagah kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə İsmayıllı rayonunun Diyallı kənd sakini X1 pulunu alıb ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Xaləddin Hacıyevin etibarından sui-istifadə edib özünün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSCnin nəzdində olan “AİCTW” xarici şirkətində menecer vəzifəsində işlədiyini yalandan deyərək sonuncunun oğlu X6, sonra isə Röyal Hacıyevin yerinə digər oğlu X7 Bakı şəhərinin Razin qəsəbəsində, yaxud Zığ qəsəbəsində yerləşən limanların birində anbardar kimi işə düzəldə biləcəyini yalandan deyib aldatmaqla, öz cinayətkar əməlini davam etdirib 25.02.2020-ci il tarixdə, günorta radələrində İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi, 1 saylı ünvanın qarşısında, “AccessBank”ın İsmayıllı rayon filialının inzibati binasının arxa hissəsində Xaləddin Hacıyevdən ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pulu tamah niyyəti ilə qəsdən alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə Xaləddin Hacıyevə həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, övladı anadangəlmə ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyinə görə onu mütəmadi olaraq həkimə aparır. Əvvəllər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin” nəzdində olan “AİCTW” xarici şirkətində işləmişdir. 2019-cu ildə işdən çıxdıqdan sonra ailəsinin maddi vəziyyəti pisləşmiş və buna görə də o evin kirayə pulunu ödəmək, həmçinin oğlunun xəstəlik xərclərini qarşılamaq üçün pul əldə etməli olmuşdur. 2020-ci ilin əvvəllərində tanışı olan İsmayıllı rayon sakini Vüqar Əliyev ona zəng edib bir nəfər tanışının işə düzəlmək istədiyini ona demişdir. Bundan sonra işə düzəlmək istəyən Röyal Hacıyev, onun qardaşı Cəlal Hacıyev və onların atası Xaləddin Hacıyev onunla telefon vasitəsilə danışmışlar. Xaləddingil ona Röyalın işə düzəlmək istədiyini və bunun üçün onunla görüşmək istədiklərini demişlər. Təxminən 10-15 gün sonra o İsmayıllı rayonuna yollanmışdır. Xaləddin, Cəlal və Röyal ilə birlikdə İsmayıllı şəhərində yerləşən “Röya” restoranının yaxınlığında görüşmüşlər. Görüş zamanı o Xaləddingilə "xxxx" QSC-nin nəzdində olan “AİCTW” xarici şirkətdə menecer vəzifəsində işlədiyini, özünün də Bakı şəhərində yaşadığını, Röyalı Zığda və ya Razində yerləşən limanların hansısa birində anbardar kimi işə düzəldə biləcəyini, Röyalın işə düzəlməyi üçün 7000 manat pul lazım olduğunu demişdir. Pul ilə bağlı Xaləddin etiraz etsə də, o Xaləddinlə razılaşmağa çalışmış və yekunda Xaləddinə oğlunu işə düzəltməyi üçün 2500 manat pul verməli olduğunu demişdir. Bundan sonra Xaləddin onunla razılaşmışdır. Həmçinin onlara Röyalın işə daxil olduqdan sonra 5 ay ərzində maaşından 500 manat tutacağını da bildirmişdir. Ümumilikdə 5000 manata Röyalı işə düzəlməyinə vəd vermişdir. Xaləddin Röyalın hansı məbləğdə maaş alacağı barədə ona sual verdikdə o Röyalın ilkin olaraq təxminən 1100 manat maaş alacağını demişdir. Təxminən 15-20 dəqiqə söhbət etdikdən sonra onlar ayrılmışlar. 25 fevral 2020-ci il tarixdə o İsmayıllı rayonunda olduğu zaman Xaləddin ona zəng edərək pulu hazırladığını və onunla görüşmək istədiyini demişdir. O Xaləddinin harda olduğunu soruşduqda sonuncu ona “Acces bank”ın yaxınlığında olduğunu demişdir. O günorta saatlarında həmin yerin yaxınlığına getmiş və onlar “Acces bank”ın inzibati binasının arxa hissəsində görüşmüşlər. Orada olarkən Xaləddinin yanında oğlu Cəlal da olmuşdur. Görüş zamanı onlar Röyalın işi barədə söhbət etmişlər və yekunda Xaləddin ona əvvəlcədən razılaşdıqları kimi 2500 manat pulu vermişdir. Həmin məbləğ 50 və 100 manatlıq əskinaslardan ibarət olmuşdur. Orada olarkən o 2020-ci ilin aprel ayının 1-indən Röyalın işə başlayacağını da demişdir. Həmin vaxt o Röyalın işə düzəltməyi üçün sonuncuya məxsus hərbi biletinin və şəxsiyyət vəsiqəsinin surəti də Xaləddindən almışdır. Bundan sonra Xaləddin, Cəlal və Röyal mütəmadi olaraq onunla əlaqə saxlamışlar. 2020-ci ilin avqust ayında Xaləddin ona zəng edərək oğlu Röyalın işləmək üçün Turkiyə Respublikasının getdiyini deyib digər oğlu Cəlalı Röyalın yerinə işə düzəltməyi ondan xahiş etmişdir. O da buna etiraz etməmiş və Xaləddinə Cəlalı işə düzəltməyə çalışacağını demişdir. Həmin ərəfələrdə o Cəlalın işə düzəltməyi üçün sonuncuya məxsus hərbi biletinin və şəxsiyyət vəsiqəsinin fotoşəkilini istəmiş və Röyal da ona qeyd olunan sənədlərin şəkillərini göndərmişdir. Bir müddət sonra Xaləddin ona zəng edərək verdiyi pulu geri istəmişdir. O pulu yaxın zamanda geri qaytaracağına dair Xaləddinə söz vermişdir. 27 oktyabr 2020-ci il tarixdə 200 manat pulu poçt vasitə Cəlalın adına göndərmişdir. 2020-ci ilin noyabr ayının sonları İsmayıllı-Bakı marşrutu üzrə işləyən taksi sürücüləri vasitəsilə Cəlala əlavə 200 manat pulu göndərmişdir. Daha sonra onlar mütəmadi olaraq bir-birilərilə əlaqə saxlamalarına baxmayaraq o maddi imkanının olmadığını, lakin pulu geri qaytaracağını onlara demişdir. Barəsindəki cinayət işinin məhkəmə icraatı zamanı zərərçəkmiş şəxslə barışmış, ona dəyən ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin “ondan şikayət və tələbi yoxdur. Ona görə də barəsində Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Radə Hacıyeva ifadə verərək göstərdi ki, 2020-ci ilin əvvəllərindən əri X8 işə düzəltmək istəmişdir. Bunun üçün əri və övladları iş yerləri barədə məlumat toplamışlar. O həmin proseslərdə iştirak etməmiş, lakin bu barədə əri və övladlarından məlumat almışdır. Mərhum əri Xaləddin və ovladları Röyal və Cəlalın dediyinə görə onlar Samil adlı bir nəfərlə tanış olmuşlar. Samil oğlu Röyalı Bakı şəhərində Zığda və ya Razində yerləşən limandan anbardar kimi işə düzəldəcəyinə söz vermişdir. Buna görə də ərindən əvvəlcə 7000 manat, daha sonra isə yekunda 2500 manat pul istəmişdir. 2500 manat pulu Samilə veriləcəkmiş, oğlu Röyal işə düzəldikdən sonra isə 5 ay ərzində oğlunun maaş kartından 500 manat, yəni 2500 manat tutulacaqmış. 2020-ci ilin fevral ayında əri “Acces bank”-ın İsmayıllı rayon filialından kredit götürərək həmin bankın yaxınlığında Samilə 2500 manat pul vermişdir. Samil də yaxın zamanda oğlunun işə başlayacağını demişdir. Lakin sonradan 2020-ci ilin avqust ayında oğlu Röyal işləmək üçün Türkiyə Respublikasına getmişdir. Ona görə də əri Samil ilə danışaraq Röyalı deyil, Cəlalı işə düzəltməyi xahiş etmiş və Samil də razılaşmışdır. Bununla əlaqədar Cəlal müəyyən sənədlərin şəkillərini çəkərək Samilə göndərmişdir. Bir müddət sonra bu işin baş tutmadığını, yəni Samilin əri və oğlunu aldatdığını bilmişdir. Buna görə də əri və oğlu Samildən pulu tələb etmişlər. Samil də iki dəfə, hər dəfəsindən 200 manat olmaqla onlara pul göndərmişdir. Lakin nəticədə 2100 manat borcu qalmışdır. 9 oktyabrda isə əri ölmüşdür. Sonradan o, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış və işə qoşulmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. O, təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. X2 ifadə verərək göstərdi ki, qardaşı Röyalın işi olmadığı üçün 2020-ci ilin əvvəllərindən atası onuişə düzəltmək istəmişdir. Bunun üçün tanışlarından iş yerləri barədə məlumat almışdır. Həmin vaxtda tanışları İsmayıllı rayon sakini Vüqar Əliyev ona əslən İsmayıllı rayonunun Xanagah kəndindən olan, lakin Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs onu işə düzəldə biləcəyini demişdir. O və qardaşı Röyal buna razı olandan sonra Vüqar Samillə əlaqə saxlamış və Röyalın işə düzəlmək istədiyini Samilə demişdir. Bu məsələdən təxminən 10-15 gün sonra Samil İsmayıllı rayonuna gəlmiş, qardaşı və atası Samillə “Röya” restoranının yaxınlığında görüşmüşlər. Görüş zamanı Samil Bakı şəhərində yaşadığını, qardaşı Röyalı Zığda və ya Razində yerləşən limanların hansısa birində anbardar kimi işə düzəldə biləcəyini, özünün də həmin anbarda rəis işlədiyini, Röyalın işə düzəlməyi üçün 7000 manat pul lazım olduğunu demişdir. Həmin vaxt atası 7000 manat pulu tapa bilməyəcəyini demişdir. Samil bundan sonra 5000 manata bu işi həll edə biləcəyini demişdir. Atası buna da gücünün çatmadığını dedikdə Samil hansı məbləğdə pulunun olduğunu atasından soruşmuşdur. Atası təxminən 2000 manat pul tapa biləcəyini demişdir. Samil 2500 manata bunu həll edə biləcəyini dedikdə Samil razı olmuşdur. Lakin Samil işə daxil olduqdan sonra 5 ay ərzində Röyalın maaşından 500 manat tutacağını demişdir. Yəni ümumilikdə 5000 manata qardaşını işə düzəltməyinə söz vermişdir. Samil Röyalı işə düzəltdikdən sonra ilkin olaraq təxminən 1100 manat maaş alacağını da bildirmişdir. 2020-ci ilin fevral ayının sonları atası “Acces bank”ın İsmayıllı rayonu filialından 3000 manat kredit götürmüşdür. Kredit götürdükdən sonra, həmin gün günorta saatlarında atası Samilə zəng etmiş və Samil “Acces bank”ın yanına gəlmişdir. Samil, atası və o orada görüşmüşlər. Atası 2500 manat pulu Samilə vermişdir. Samil onlara 2020-ci ilin aprel ayının 1-indən Röyalın işə başlayacağını demişdir. 2020-ci ilin mart ayında Respublika ərazisində karantin rejimi başladığından Samil karantinə görə hələki qardaşının işinin alınmadığını demişdir. Bir müddət sonra isə Samil işdə işçilərin ixtisara salındığını, buna görə də bu işin yaxın zamanda alınmadığını demişdir. Bu müddətdə onlar mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlayaraq söhbət edirmişlər. 2020-ci ilin avqust ayında Röyal işləmək üçün Turkiyə Respublikasının Bursa şəhərinə getmişdir. Buna görə də o və atası Samilə Röyalı deyil, onu işə düzəltməyi xahiş etmişlər. Samil də buna etiraz etməmiş və onlarla razılaşmışdır. Bir müddət sonra atası Samilin onu işə düzəldə bilməyəcəyini görüb verdiyi pulu Samildən istəmişdir. Samil yaxın zamanda pulu qaytaracağını demişdir. 27 oktyabr 2020-ci il tarixdə Samil poçt vasitəsilə 200 manat pulu onun adına göndərmişdir. O da həmin pulu götürüb aylıq krediti ödəmişdir. Daha sonra 2020-ci ilin noyabr ayının sonları Samil tanımadığı taksi sürücüsü vasitəsilə ona əlavə 200 manat pul göndərmişdir. Bundan sonra isə Samil onlara pul göndərməmişdir. Həmin ərəfələrdə Samil ilə telefon vasitəsilə əlaqə saxlasalar da sonradan onun mobil telefonlarına zəng çatmamış və atası da məcbur qalıb ərizə ilə İsmayıllı RPŞ-nə müraciət etmişdir. 9 oktyabr 2021-ci il tarixdə atası rəhmətə getmişdir. Bundan sonra nə Samili görmüş, nə də ki, sonuncu ilə telefon vasitəsilə əlaqə saxlaya bilmişdir. X3 ifadə verərək qardaşı Cəlal Hacıyevin ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. 12 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X23 Konsultativ Poliklinika şöbəsindən 18 fevral 2022-ci il tarixli 46 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin “narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. X4 aid ölüm haqqında şəhadətnamədən görünür ki, o 09 oktyabr 2021-ci il tarixdə İsmayıllı rayonunun Diyallı kəndində ölmüşdür. Müstəntiqin 19 fevral 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir. 15 fevral 2022-ci il tarixli 49 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Əhmədov X13 rayonu Xanagah kəndində yaşayır, ailə tərkibi özündən, anası X5, bacısı X9 və 20 iyun 2013-cü il təvəllüdlü oğlu Rüfətdən ibarətdir, yaşayış yerində yaşadığı müddətdə barəsində şikayət xarakterli məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, onun törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş Xaləddin Hacıyevə 2500 (iki min beş yüz) manat məbləğində manat maddi ziyan vurulmuşdur. İş materiallarından görünür ki, “Təqsirləndirilən şəxs tərəfindən həmin ziyanın 400 manat hissəsi işin ibtidai istintaqı zamanı, qalan hissəsi isə məhkəmə icraatı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X15 tam ödənilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən sonuncuya qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək zərərçəkmiş şəxslə barışdığını, ona vurmuş olduğu zyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməmişdir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməli, cinayət işi üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar