Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-22/2023 18.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüququşünas X1, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 18 aprel 2023-cü il tarixdə saat 15:40-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1999-cu ildə İsmayıllı rayonun Zoğallıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, İsmayıllı rayonu Zoğallıq kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri H.B.Zərdabi küçəsi dalan 4, ev 11-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə saat 17-18 radələrində sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi X2 məxsus “VAZ 21093 minik” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin H.Əliyev prospektində Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən yolun “Lalafo marketin” qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin nəqliyyat vasitələrinin yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına dair tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək yaşayış məntəqəsi daxilində avtomobili təqribən saatda 70-80 kilometrdən artıq sürətlə idarə edib yol hərəkəti qaydalarını pozmuş və avtomobili yüksək sürətlə idarə etməsi ilə əlaqədar vaxtında dayandıra bilməyib yolun özünə aid sol hərəkət hissəsində avtomobilinin qabaq sol tərəfi ilə yolun sağ hissəsindən sol hissəsinə manevr edən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074 minik” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomaşını arxa hissəsindən vurmuş, nəticədə o, ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs hadisə nəticəsində döş qəfəsinin qapalı travması və sol tərəfli hemotoraks ilə müşayiət edilən soldan V-Vİ qabırğaların sınığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, habelə “VAZ 21074 minik” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomaşını zədələməklə Zərərçəkmiş şəxs 1261 manat məbləğində, “VAZ 21093 minik” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə Mənsurə Cəfərovaya 565 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 24 may 2022-ci il tarixdə saat 17 radələrində sürücülük hüququ əsasında baş etibarnamə əsasında idarə etdiyi “Vaz 21093” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə İsmayıllı şəhəri H.Əliyev prospektində Qəbələ rayonu istiqamətində təxminən 70-80 km saat sürətlə hərəkət etmişdir. Avtomobildə digər şəxs olmamışdır. Onunla eyni istiqamətdə markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı bir avtomaşın hərəkətdə olmuş və o, həmin avtomaşını ötmüşdür. Həmin avtomaşının qabağında isə sağ zolaqda sonradan tanıdığı Zərərçəkmiş şəxs ağ rəngli Vaz 2107 markalı 10-KG 677 dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olmuşdur. O, ötmə əməliyyatını qurtaran vaxt anidən Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 2107 markalı avtomaşın onun hərəkət hissəsinə çıxıb dönmə hərəkəti etməyə başlamışdır. O, tormoz əyləcini basmış, lakin məsafə az olduğu üçün idarə etdiyi avtomaşının qabaq sol tərəfi ilə Vaz 2107 markalı avtomaşının arxa sol tərəfi toqquşmuşdur. Toqquşmadan sonra Vaz 2107 markalı avtomaşın fırlanaraq yolun sağ tərəfində, onun avtomaşını isə yolun ortasında dayanmışdır. Onlar avtomaşından düşmüşlər. Sürücü Zərərçəkmiş şəxs narahat olduğu üçün hadisə yerinə təcili yardım çağırılmış və Rasim təcili yardım avtomaşını ilə İsmayıllı RMX-nə aparılmışdır. Özü isə hər hansı bədən xəsarəti almamışdır. Hadisədən əvvəl təhlükəsizlik kəmərini taxmış, spirtli içki qəbul etməmiş, idarə etdiyi avtomaşın saz vəziyyətdə olmuşdur. Hazırda əməlindən peşmandır. Həmin cinayəti ehtiyatsızlıq üzündən, bilmədən törətmişdir. Hadisədən sonra xəsarət almış zərərçəkmiş şəxslə razılıq əldə etmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir. O, Vətən Müharibəsi iştirakçısıdır, ölkə Prezidentini müvafiq sərəncamları ilə orden və medallarla təltif edilmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 24 may 2022-ci il tarixdə saat 17-18 radələrində özünə məxsus idarə etdiyi “Vaz 21074” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən “Lalafo” adlı marketə tərəf hərəkətdə olmuşdur. Özünə məxsus hərəkət zolağının sağ hərəkət hissəsi ilə təxminən 40-50 km/saat sürətlə hərəkət etmişdir. Avtomobilində digər şəxs olmamışdır. “Lalafo” adlı market hərəkətinin əks istiqamətində yolun kənarında yerləşdiyi üçün sola dönmə işığını yandırmış, arxaya baxmış və digər avtomaşının gəlmədiyini görüb öz hərəkət istiqamətinin sol zolağına keçmışdir. Dönmə hissəsinə çatmış və qırıq qırıq xətlərin üzərində avtomobilini saxlamışdır. Təxminən 70-80 metr məsafədə qarşıdan markası və qeydiyyat nişanını xatırlamadığı avtomaşın gəldiyi üçün onun keçib getməsini gözləmiş və həmin avtomobil keçdikdən sonra hərəkətə başlamışdır. Hərəkətə başladığı zaman anidən avtomobilinin arxasından möhkəm zərbə dəymişdir. Həmin zərbənin təsirindən avtomobili əks hərəkət hissəsinə çıxmış və fırlanaraq yolun əks hərəkət hissəsində şaquli vəziyyətdə dayanmışdır. Onun idarə etdiyi avtomaşını Vaz 21093 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşın arxadan vurmuş və həmin avtomaşın da onun avtomaşınından təxminən 10-15 metr məsafədə yolun ortasında dayanmışdır. Qəza baş verdikdən sonra hər ikisi avtomaşından düşmüş və özünü narahat hiss etdiyi üçün hadisə yerinə gəlmiş TTY avtomaşını ilə İsmayıllı RMX-nə gedərək tibbi yardım almışdır. Hadisə vaxtı təhlükəsizlik kəmərini taxmış, spirtli içki qəbul etməmişdir. Avtomaşını texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisədən sonra Vaz 21093 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxs sonradan ona dəymiş maddi ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Ona görə də Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri İsmayıllı şəhəri Heydər Əliyev prospektində “Lalafo market” adlanan marketin yaxınlığıdır və baxış məlum yerdə Qəbələ rayonu istiqamətində keçirilmişdir. Hadisə yeri quru vəziyyətdə və asfaltbeton yoldur. Hadisə baş vermiş yolun eni 12 metr olmaqla, qoşa düz xətt hərəkət hissəsini ikiyə bölmüşdür. Bir hərəkət hissəsinin eni 6 metrdir. Yol düz ağ qoşa xətlə ayrılmaqla hər iki tərəfə hərəkət nəzərdə tutulmuşdur. Hadisə yerində olan ağ rəngli “Vaz 2107” markalı Az **-KG-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını yolun sağ zolağında İsmayıllı rayonu istiqamətində şaquli vəziyyətdə dayanmışdır. Digər avtomaşın isə yolun sağ zolağında Qəbələ rayonu istiqamətində dayanmışdır. Avtomaşınlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşın “Vaz 21093” markalı, sandal rəngli, AZ ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşındır və baş etibarnamə əsasında idarə etmişdir. Baxış zamanı Vaz 21093 markalı avtomaşının sol qabaq farasında, sol kreldə, qabaq kapot, qabaq bufer və abirsovkada əzilmələr müşahidə olunmuşdur. Avtomaşına baxış zamanı üzərində qanabənzər ləkələr müşahidə olunmamış və avtomaşının tormoz əyləc sisteminin işlək vəziyyətdə olması aşkar edilmişdir. Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşın “Vaz 21074” markalı ağ rəngli **-KG-*** dövlət qeydiyyat nişanlı avtomaşındır. Məlum avtomaşının arxa stoplarında, sağ və sol arxa krlolarda, arxa paneldə, arxa buferdə, panelin setkasında, baqajın polunda, sağ və sol arxa lanjronlarda, ehtiyat altlığında, kranşeteyndə, baqaj rezinində, duqada, benzin çənində və ona yaxın yerlərdə əzilmələr müşahidə olunmuşdur. Avtomaşına baxış zamanı üzərində qanabənzər ləkələr müşahidə olunmamış və avtomaşının tormoz əyləc sisteminin işlək vəziyyətdə olması aşkar edilmişdir. Cinayət işinin materiallarında olan sərxoşluq vəziyyətinin təyini haqqında 24 may 2022-ci il tarixli 168 və 169 saylı tibbi müayinə aktlarına görə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisə baş verən zaman spirtli içki qəbul etməmişlər. Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə xx.xx.2029-cu il tarixədək etibarlı olan AE 968394 nömrəli “BC” kateqoriyalı kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Zərərçəkmiş şəxs xx.xx.2018-ci ildə xx.xx.2028-ci il tarixədək etibarlı olan AF 207029 nömrəli “B” kateqoriyalı kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. AD 211044 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ-21093” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi X3r. xx.xx.2022-ci il tarixli, ƏN-Vİİ seriyalı 351829 nömrəli etibarnamədən görünür ki, “VAZ-21093” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi X4 həmin avtomobilə dair baş etibarnamə üzrə nəzərdə tutulmuş hüquqları xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs etibar etmişdir. Məhkəmə tibbi ekspertizasının 278 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- döş qəfəsinin qapalı travması və sol tərəfli hemotoraks ilə müşayət edilən soldan V-Vİ qabırğaların sınığı küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 265 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində, eləcə də başında xəsarətin hər hansı bir obyektiv əlaməti (qançır, sıyrıq, yara və s.) aşkar edilməmişdir. Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 8/2211 nömrəli rəyindən müəyyən edilir ki, Vaz 21074 markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Vaz 21093 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Kompleks məhkəmə trasaloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 noyabr 2021-ci il tarixli 8/3296 və 9/8597 nömrəli rəylərindən görünür ki, Vaz 21074 markalı ** KG *** və Vaz 21093 markalı ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri təmir olunmuş və tədqiqata təqdim olunması mümkün olmamışdır. Bu səbədən də onların toqquşma bucağını iş materiallarına görə müəyyən etmək mümkün deyildir və nəqliyyat vasitələrinin tədqiqatı aparılmamışdır. Nəzəri hesablama yolu ilə tədqiqata təqdim edilmiş “İsmayıllı Avto servis” tərəfindən tərtib olunmuş qüsur aktı məlumatlarına əsasən 2001-ci il buraxılışlı Vaz 21074 markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci 1261,0 manat olması müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə tədqiqata təqdim edilmiş “X7 servis” tərəfindən tərtib olunmuş qüsur aktı məlumatlarına əsasən 1995-ci il buraxılışlı “Vaz 21093” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcinin 565,0 manat olması müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. 1-60907 və 1-19410 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə saat 17-18 radələrində sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi X2 məxsus “VAZ 21093 minik” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin H.Əliyev prospektində Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən yolun “Lalafo marketin” qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin nəqliyyat vasitələrinin yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına dair tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək yaşayış məntəqəsi daxilində avtomobili təqribən saatda 70-80 kilometrdən artıq sürətlə idarə edib yol hərəkəti qaydalarını pozmuş və avtomobili yüksək sürətlə idarə etməsi ilə əlaqədar vaxtında dayandıra bilməyib yolun özünə aid sol hərəkət hissəsində avtomobilinin qabaq sol tərəfi ilə yolun sağ hissəsindən sol hissəsinə manevr edən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074 minik” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomaşını arxa hissəsindən vurmuş, nəticədə o, ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs hadisə nəticəsində döş qəfəsinin qapalı travması və sol tərəfli hemotoraks ilə müşayiət edilən soldan V-Vİ qabırğaların sınığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, habelə “VAZ 21074 minik” markalı **- KG-*** dövlət qeydiyyat nişanlı avtomaşını zədələməklə Zərərçəkmiş şəxs 1261 manat məbləğində, “VAZ 21093 minik” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə Mənsurə Cəfərovaya 565 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, həmçinin hazırkı cinayət işi məhkəmənin icraatında olduğu müddətdə səlahiyyətli dövlət orqanı tərəfindən həmin əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaradan, həmçinin cinayət törətmiş şəxsin vəziyyətini yaxşılaşdıran formada Cinayət Məcəlləsinə dəyişikliklər edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X5 cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, 01 dekabr 2017–ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.127.3.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əlavə edilmiş 2–ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1–ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3–cü maddəsində imperativ qaydada göstərilmişdir ki, əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişiklilər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.127.3.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əlavə edilmiş 2-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, istintaqında həmçinin sübuta yetirildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11–ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11–ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxslə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onların Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də həmin əsaslar üzrə cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013–cü il tarixli qərarında nəzərdə tutulmuş tövsiyyələrə əsasən təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və barəsində çıxarılmış hökmdə onun törətdiyi əməlin bütün nəticləri təsvir olunsa da, həmin şəxs cinayət məsuliyyətinə yalnız CM-nin 263.1 və 263.1-1-ci maddələrində göstərilən nəticələrə, yəni zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına görə cəlb edilir. Ona görə də məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsi üçün onun yalnız sağlamlığına az ağır və ağır zərər vurulmuş zərərçəkmiş şəxslə və ya şəxslərlə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi kifayətdir. Bundan sonra həmin şəxsin cinayət əməlləri ilə yanaşı həmçinin, inzibati xətanın tərkibini də yaradan əməlləri törətməsi, yəni yol hərəkəti qaydalarının pozması nəticəsində digər zərərçəkmiş şəxslərin əmlakına ziyan vurulması və ya sağlamlığına yüngül zərər, habelə dərəcəsi təyin olunmayan xəsarətlər yetirilməsi müəyyən edilərsə, cinayət məsuliyyətindən azad edilmiş şəxs yalnız inzibati xətanın tərkibini yaradan əməllərə görə inzibati məsuliyyətə cəlb edilir. Bununla belə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən cinayət mühakimə icraatı zamanı mülki iddia verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia eyni zamanda verilə bilər. Bu səbəbdən həmin hal məhkəmə istintaqı zamanı araşdırılmamış və qiymət verilməmişdir. Ona görə də zərərçəkmiş şəxsin bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüquqa malik olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan “Vaz 21093” markalı Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, digər maddi sübut - Vaz 21074 markalı Az **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil qərar qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Həmçinin, müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 328 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 328 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü mаddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. İş üzrə ekspertiza xərci olan 328 (üç yüz iyirmi səkkiz) manat qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan “Vaz 21093” markalı Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan Vaz 21074 markalı Az **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil qərar qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün qərarın surəti İsmayıllı rayon prokurorluğuna göndərilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-22/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-22/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver