Məhkəmə qərarları › İş №1(037)-22/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-22/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-22/2024 07.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 07 may 2024-cü il tarixdə saat 15:24-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1987-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Ağsu regional Qaz İstismarı İdarəsində “X16” MMC-nin nəzdində ictimai işlər üzrə köməkçi vəzifəsində işləyən, İİİ qrup əlil, məhkumluğu olmayan, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi dalan 4, ev 7-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 126,27 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib xx.xx.2024-cü il tarixə kimi üzərində daşıyaraq saxlamış, 13 yanvar 2024-cü il tarixdə saat 11 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhəri M.F.Axundov küçəsində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 12 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin iç qoltuq hissəsində 1 ədəd sellofan bükümdə gizlədərək saxladığı xeyli miqdarda, 126,27 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi dalan 4, ev 7-də yaşayır, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, “X16” MMC-də ictimai işlər üzrə köməkçi işləyir, İİİ qrup əlildir. Təxminən bir ilə yaxındır ki, arada narkotik vasitə olan marixuanadan istifadə edir. 2024-cü ilin yanvar ayının əvvəllərində İsmayıllı şəhəri, M.F.Axundov küçəsi ilə yaşadığı evə gedərkən yolun kənarında 1 ədəd ağ rəngli sellofan bükülü görmüş və həmin bükülü diqqətini cəlb etdiyindən götürüb açdıqda içərisində marixuana olduğunu görmüşdür. Marixuananı götürüb əynindəki gödəkçənin qoltuq hissəsində gizlədərək saxlamışdır ki, lazım olduqda götürüb istifadə etsin. 13 yanvar 2024-cü il tarixdə saat 11 radələrində İsmayıllı şəhəri, M.F.Axundov küçəsi ilə mərkəzə tərəfə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarı göstərib onu qərarla tanış etmiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt üzərində marixuana olduğu üçün həyəcanlanmış, bu barədə polis əməkdaşlarına heç nə deməyib polis şöbəsinə getməyə etiraz etməmişdir. Polis şöbəsinə ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını bildirmiş, qısa müddət sonra müdafiəçi ona təqdim edilmiş, polis şöbəsində saat 12 radələrində şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirdikdə o, polis əməkdaşlarına videoçəkilişlə üzərimə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməsini bildirdikdə o, əynindəki qara rəngli gödəkçənin iç tərəfində qoltuq hissədə saxladığı içərisində marixuana olan sellofan bükümü stolun üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən sellofan bükülü açıldıqda içərisində marixuana kütləsi aşkar edilmiş, polis əməkdaşları həmin kütlənin nə olmasını, nə məqsədlə üzərində saxlamağını soruşduqda o, həmin kütlənin marixuana olduğunu, yoldan tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, satış məqsədinin olmadığını bildirmişdir. Sellofan büküm xüsusi elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən olunmuşdur. Daha sonra həmin kütlə götürülərək zərfdə qablaşdırılmış, şöbənin möhürü ilə möhürlənərək üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilmiş və üzərindən 1 ədəd “Winston” markalı siqaret qutusu, 1 ədəd alışqan aşkar edilmiş, siqaret qutusu və 1 ədəd alışqana baxış keçirildikdən sonra özünə qaytarılmışdır. Onun narkotik vasitə olan marixuanadan istifadə etməsini heç kimə bildirməmiş və ailəsinin də bundan məlumatı olmamışdır. O, bir daha qeyd edir ki, tapdığı marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamış, heç kimə narkotik satmamış, pay verməmişdir. Hazırda əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağı vardır, ailəsində işləyərək evə qazanc gətirən yeganə şəxsdir, barəsində həbslə bağlı olan cəza tətbiq ediləcəyi təqdirdə ailəsini həyat şəraiti olduqca pisləşə bilər. O, bu hadisədən sonra narkotik vasitələrdən istifadə etməmiş və bir daha etməyəcəkdir. Qeyd etdiyi xüsusatlar nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı şəhəri, M.F.Axundov küçəsi dalan ev 7-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə İsmayıllı RPŞ-nə əməliyyat məlumatı daxil olduğu üçün bu barədə 13 yanvar 2024-cü il tarixdə raportla şöbə rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə qəbul edilmiş əməliyyat-axtarış tədbiri qərarı şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuş, əməliyyat-təhqiqat qrupu yaradılmış, qrupun tərkibinə o, İsmayıllı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili X9, təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X7, CAB-nin əməliyyat müvəkkili X4 daxil edilmiş və əməliyyat-təhqiqat qrupunun yaradılması barədə əmr hər birinə elan edilmişdir. Həmin gün saat 11 radələrində onlar birlikdə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində Təqsirləndirilən şəxs piyada gəzdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrimizi göstərib özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini deyib onu polis şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə xidməti avtomobilə əyləşdikdən sonra polis şöbəsinə gəlmiş, polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı və üzərinə şəxsi axtarış keçiriləcəyi, müdafiəçinin köməyindən istifadə hüququnun olması izah edildikdə Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını istəmiş, ona təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi seçmiş və qısa müddət sonra həmin müdafiəçi ona təqdim olunmuşdur. Həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirdikdə o, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, şəxsi axtarış zamanı RPŞ-nin məsul növbətçisi vəzifəsini icra edən, polis sahə rəisi polis kapitanı X2 da iştirak etmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməsini bildirdikdə o, əynindəki qara rəngli gödəkçənin sağ qoltuq hissəsindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində özünə məxsus narkotik vasitə hesab olunan marixuana olduğunu demişdir. Təqsirləndirilən şəxsdan həmin bitki kütləsinin nə olmasını, haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu, həyətində əkibbecərdiyi çətənə bitkisindən əldə etdiyini, şəxsi istifadəsi üçün saxladığını bildirmiş, aşkar edilmiş sellofan büküm xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin 140 qram olması müəyyən edilmiş və 1 ədəd zərfə qoyularaq iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, 1 ədəd alışqdan, 1 ədəd “Winston” markalı siqaret qutusu aşkar edilmiş, əhəmiyyət kəısb etmədiyi üçün alışqan və siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmış, şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenanatı X4 və İsmayıllı RPŞ-nin polis sahə rəisi, polis kapitanı X2 ifadələrində X3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Şəxsi axtarış aparılması və götürmə barədə” 13 yanvar 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş şəxsi axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə saat 12:00 radələrində Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan əynindəki qara rəngli gödəkçənin sağ qoltuq hissəsindən 1 ədəd sellofan torbada, quru halda narkotik vasitəsinə bənzər kütlə aşkar edilmiş, tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatlarına təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 13 yanvar 2024-cü il tarixli, 17/51 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “1. /imza/ Həsənov Fariz 2./imza/Mürşüdov Xəyal 3./imza/ Muradov İsmayıl 4./imza/ Şirvanov Ruslan 5. /imza/ Müdafiəçi...” adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi-126,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikaslbnln Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Ekspert rəyinin Qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi-126,27 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 126,22 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 29 fevral 2024-cü il tarixli 351 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 02 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Maddi sübut kimi tanınma haqqında” 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 126,22 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 126,27 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əldə edib 13 yanvar 2024-cü il tarixdə saat 11 radələrinə kimi üzərində daşıyaraq saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 126,27 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib xx.xx.2024-cü il tarixə kimi üzərində daşıyaraq saxlamış, 13 yanvar 2024-cü il tarixdə saat 11 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhəri M.F.Axundov küçəsində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 12 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin iç qoltuq hissəsində 1 ədəd sellofan bükümdə gizlədərək saxladığı xeyli miqdarda, 126,27 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan İsmayıllı RİHB-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyindən alınmış 20 fevral 2024-cü il tarixli 493 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.F.Axundov küçəsi dalan 4, ev 7-də qeydiyyatda olmaqla orada yaşayır, evlidir, himayəsində xx.xx.2016 və xx.xx.2019 -cu il təvəllüdlü olmaqla iki azyaşlı uşağı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialından alınmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-49464/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Maliyyə və mühasibatlıq üzrə Mərkəzi Filialdan ümumi səbəbdən 3-cü qrup əlilliyə görə sosial müavinət ödənilir. Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X10 alınmış arayışdan görünür ki, Mahmudov X5 RMX-nım PHŞ-nin Poliklinika şöbəsinin “Ruhi-əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il saat 12:18-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 yanvar 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 11:30-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 126,22 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 9(doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il saat 12:18-dən 15 yanvar 2024-cü il saat 11:30-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 1(bir) il 9(doqquz) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 8(səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 8(səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri, M.F.Axundov küçəsi dalan 4, ev 7-də yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 126,22 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar