Məhkəmə qərarları › İş №1(037)-22/2025

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-22/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-22/2025 24.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 24 iyun 2025-ci il tarixdə saat 12:20-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1990-cı ildə İsmayıllı rayonunun Mican anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı şəhəri ərazisində (İsmayıəllı rayonunun keçmiş Mican kəndi) qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs “Barcod Electronics” mağazalar şəbəkəsinin İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən İsmayıllı mağazasından xx.xx.2023-cü il tarixli İ00213- PK/AZN-2023 saylı kredit müqaviləsinə əsasən 9 ay müddətinə kredit ödənişi ilə saz vəziyyətdə çoxfunksiyalı “Epson L3101” markalı printeri aldıqdan bir müddət sonra, xx.xx.2023-cü il tarixdə “Barcod Electronics” mağazalar şəbəkəsinin İsmayıllı mağazasına gələrək həmin printerdə nasazlıq olduğunu bildirib nasazlığın aradan qaldırılmasını tələb etmiş və printeri bu məqsədlə mağazaya təhvil vermiş, printerdə nasazlıq aradan qaldırıldıqdan sonra o, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində mağazaya gələrək printeri qəbul etməkdən imtina edib ona yeni printer verilməsini və ya ödədiyi pulların özünə qaytarılmasını bildirərək bu zəmində mağazanın direktoru işləmiş Şahid1 ilə mübahisə etməyə başlamış, ona yeni printer verilməsindən və ya ödədiyi pulun geri qaytarılmasından imtina edildiyini gördükdə qeyd olunan məsələnin mülki qaydada məhkəməyə müraciət etməklə qanuni həllinin olmasını bildiyi halda, qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qəsdən özbaşına mağazanın vitrininin üzərindən “Barkod Electronics” mağazalar şəbəkəsinə məxsus 1700 (min yeddi yüz) manat dəyərində “Hp” markalı “notebook” tipli “HP-15-DW4028NİA” seriyalı kompüteri götürərək Behman Osmanlıya ona yeni printer verildikdə və ya pulu qaytarıldıqda kompüteri qaytaracağını söyləyib mağazadan çıxıb gedərək “Barkod Electronics” mağazalar şəbəkəsinin işgüzar nüfuzuna ciddi xələl gətirməklə və mənafeyinə 1700 (min yeddi yüz) manat məbləğində mühüm ziyan vurmaqla özbaşınalıq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, İsmayıllı şəhərində yerləşən mebel mağazasında satıcı işləyir. 2023-cü ilin may ayında mağazada istifadə etmək üçün printer almaq qərarına gəlmiş, bu məqsədlə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Barkod Electronics” mağazasına gəlmiş və 4 funksiyalı yəni, skan, ksersk, rəngli və rəngsiz printer funksiyaları olan printer almaq qərarına gəlmişdir. Orada “Epson” markalı 435 manat dəyərində, kredit şərtləri ilə 535 manat dəyərində printeri kreditlə almaq barədə mağaza satıcısı ilə danışıb razılaşmışdır. İlk gün mağazada yoxladıqda rəngli printer işləmiş və müqavilə bağlanaraq ona sənədlərə imza etdirmişlər. İlkin ödəniş olaraq 100 manat ödəmiş, qalan 435 manat pulu isə hər ay 48,33 manatdan olmaqla ödəniş barədə kredit müqaviləsinin şərtlərinə görə ödəməli olmuşdur. Bundan sonra isə printeri götürüb işlədiyi mağazaya gətirib orada qoymuş və işlətməyə başlamışdır. Ona printer zəruri hallarda lazım olmuş, printer tez-tez nasaz vəziyyətə düşüb bloka düşmüş, printerin bütün funsiyaları donmuşdur. Təxminən 2 ay sonra “Barkod Electronics” mağazasına gedib mağazanın işçisi Nurlan adlı şəxslə görüşmüş və ona bu barədə bildirdikdə o, texniki servis ustasını göndərəcəyini demişdir. Bir müdət sonra adını bilmədiyi bir usta gələrək mağazada printerə baxmış və ona demişdir ki, “bu printerdən təxminən 8000-10000 vərəq kağız çıxıb, çünki iç maçalkası sıradan çıxıb”. Usta baxdıqdan sonra printer bir müddət işləmiş, sonra isə yenə də tez-tez bloka düşüb əməliyyatları yerinə yetirməmişdir. O, “Epson” markalı printeri gətirdi qutuya qoyub, bütün müqavilə sənədlərini də götürərək “Barkod Electronics” mağazasına gəlmişdir. Bu zaman artıq mağaza direktoru Beyham Osmanlı olmuş və sonuncua printerin əvvəl işlədildiyini, istifadəyə yararsız olduğunu deyib ona ya printerin yenisini, ya nisbətən bahalısını, ya da printerə görə ödədiyi pulları geri qaytarmasını demişdir. Behnam bildirmişdir ki, printeri servis xidmətinə göndərəcək, problem printerdə olsa ona yenisini verəcəklər. Həmin müddətdən sonra Behnamla tez-tez telefon əlaqəsi saxlamış və 1-2 dəfə yanına getmişdir. Behnam ona gah demişdir ki, printer təmirdədir, gah da demişdir ki, printer anbarda itibdir. Artıq bu sözlər onu əsəbiləşdirmiş və o, bir neçə dəfə Behnamla telefon əlaqəsi saxlayarkən və mağazada görüşərkən ona demişdir ki, “məni dolamayın, ya printeri verin, ya da pulumu, əgər işimi həll etməsəz mən mağazadan nəsə götürəcəm”. 15 və ya 16 fevral 2024-cü il tarixdə Behnamın yanına gedib printerindən nə xəbər olduğunu soruşduqda Behnam ona demişdir ki, “1-ci gün təzə quruda sənə təzə printer verəcəm”. Artıq Behnama inanmışdır ki, ona təzə printer verəcək. 19 fevral 2024-cü il tarixdə saat 17 radələrində yenidən “Barkod electronics” mağazasının qarşısına gəlmiş və mağazaya getmiş, Behnamla görüşmüş, ona printerimdən nə xəbər olduğunu soruşduqda o, işçilərdən kimisə çağırıb printeri gətirməsini bildirmişdir. İşçilərdən bir nəfər cavan oğlan onlara gətirib təhvil verdiyi “Epson” markalı printeri gətirib qutunu açdıqda onlara həmin printerin yaxşı işləmədiyini, 2-3 ay əvvəl gətirib təhvil verdiyini, ona təzə işlək printer verməli olduğunu demişdir. Behnam printeri cərəyana qoşmuş və 1 ədəd rəngli kağız çıxartmışdır. O, bir daha onlara təzə printer vermələrini demişdir. Behnam bu zaman ona “sənə heç kim təzə printer, ya da pul verən deyil” demiş və o, əsəbiləşdiyindən Behnama demişdir ki, “əgər mənim pulumu da heç kim verməyəcəksə mən “Notebook” markalı komputeri götürəcəm”. Bunu deyərək vitrinə yaxınlaşmış və “Hp” markalı 2099 manat dəyərində komputeri götürdükdə Behnam qolundan tutub komputeri yerinə qoymağını tələb etmişdir. O, Behnama komputeri yerinə qoymayacağını, onun təzə printerini nə vaxt özünə təhvil verəcəyi halda komputeri də gətirib özünə təhvil verəcəyini demiş və oradan aralaşıb avtomobilə əyləşib iş yerinə getmişdir. Həmin gün axşam saat 18 radələrində iş yerində olarkən “Barkod Electronics”in işçisi gəlib ondan komputerini istədikdə o, işini nə vaxt həll edəcəkləri halda gəlib komputerini aparmaqlarını demişdir. Həmin gün saat 21 radələrində polis əməkdaşını mobil telefonla ona zəng edib polis şöbəsinə gəlməli olduğunu demişdir. O, polis şöbəsinə gedərək hadisənin təfərrüatını danışmışdır. Həmin hadisədən bir neçə gün sonra “Barcod Electronics” mağazasının işçisi onu mağazaya çağırmış və ona həqiqətdən də əvvəllər işlənmiş komputer satdıqlarını etiraf etmiş və ona yeni “Epson” markalı printer vermişlər. O, sonradan etdiyi əməlindən peşman olmuş, zərərçəkmiş tərəflə barışıq əldə etmişdir. Himayəsində üç azyaşlı uşağı vardır, ailəsində işləyərək evə gəlir gətirən yeganə şəxs elə özüdür. Qeyd etdiyi halların nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nəzdində “Barkod Electronics” mağazalar şəbəkəsinin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, cinayət əməli nəticəsində "xxxx" MMC-yə vurulmuş ziyanın tamamilə ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətləriuni olmadığını bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin nəzdində “Barkod Electronics”in İsmayıllı şəhərində yerləşən İsmayıllı mağazasında anbardar işləmişdir. İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs “Epson” markalı 4 funksiyalı printeri kreditlə aldığını və printerdə nasazlıq olduğunubilmişdir. 19 fevral 2024-cü il tarixdə saat 17 radələrində o, mağazanın direktoru Behnam və digər işçilər mağazada olarkən Təqsirləndirilən şəxs mağazaya gəlmişdir. Bu zaman direktor Behnam ona texniki servis xidmətindən qayıtmış “Epson” markalı printeri gətirməsini bildirmiş, o, həmin printeri anbardan gətirmişdir. Behnam təmirdən çıxmış printerdə rəngli sənəd çap edib Cəlilə göstərmiş, Cəlil isə onunla razılaşmayaraq “ya mənim printerə görə ödədiyim pulları geri qaytarın, ya da printerin təzəsin verin” demişdir. Behnam ona bu barədə şirkətin rəhbərliyinin razılığı olmadan ona təzə printer verə bilməyəcəyini demiş, müqavilə şərtlərinə uyğun olaraq məhsulun 14 gün ərzində geri qaytarıla biləcəyini izah etmişdir. Həmçinin Behnam ona nasaz printerin 6 ay ərzində geri qaytarıla biləcəyini də izah etmişdir. Cəlil mübahisə edərək ya ödədiyi pulları ona geri qaytarılmasını, ya da printeri özünə təhvil verməsini bildirmiş və vitrinə yaxınlaşaraq vitrinin üzərində olan “Barkod Electronics”ə mağazasına məxsus 2099 manat dəyərində HP markalı notebook-komputeri götürüb mağazadan çıxmışdır. Behnam Cəlilin sol qolundan tutaraq etdiyi hərəkətin qanunsuz olduğunu bildirib komputeri yerinə qoymasını tələb etmiş, lakin Cəlil “mənim puılumu qaytarın sonra komputeri verəcəm” deyə bildirib şüşə qapını açaraq çölə çıxmışdır. Behnam da qapıdan çölə çıxaraq Cəlilə bir daha komputeri gətirib yerinə qoymasını bildirsə də o, heç nə deməyib iti addımlarla avtomobilinə əyləşib getməyə başlamışdır. Behnam hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gəlmişlər. Təqsirləndirilən şəxs mağaza işçilərinə hansı xəsarət yetirməmiş və komputeri götürməmişdən əvvəl kiməsə xəsarət yetirəcəyi ilə hədələməmişdir. Cinayət işi üzrə Şahid1 məhkəməyə ərizə təqdim edərək üzürlü səbəblərdən məhkəmə baxışı iclasına gələ bilmədiyini və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən məhkəmə iclasında Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin nəzdində “Barkod Electronics”in İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən İsmayıllı mağazasında mağaza direktoru işləyir. İsmayıllı rayonu Mican kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli İ-0213-PK/AZN-2023 saylı kredit müqaviləsinə əsasən 435 manat dəyərində “Epson L3101” markalı 2 funksiyalı printeri kreditlə almışdır. O, direktor olduğu müddətdə Cəlil işlədiyi mağazaya gəlmiş və printerdə nasazlıq olduğunu bildirdiyi üçün İsmayıllı şəhəri ərazisində yaşayan Sübhan adlı ustanı həmin şəxsin printerinə baxmaq üçün göndərmişdir. Sübhan ona demişdir ki, printerdə olan nasazlıq aradan qaldırılıb, tam işlək vəziyyətdədir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs həmin “Epson L3101” markalı printeri götürüb mağazaya gətirib bildirmişdir ki, “printer işləmir, əvvəllər 8000 vərəqə çapı olub, yenidən nasazlığı aradan qaldırın”. Belə olduqda müqavilə şərtlərinə uyğun olaraq o, həmin printeri qəbul etmişdir. Həmin günlərdə printeri qəbul etmiş və Bakı şəhərində yerləşən texniki servis xidmətinə göndərmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs bir neçə dəfə işlədiyi mağazaya gələrək ona mağaza tərəfdən yeni printer verilməsini, əks təqdirdə məqsədinə nail olmaq üçün mağazadan hər hansı əşya götürüb gedəcəyini bildirmişdir. Təxminən 10 gün bundan əvvəl “Epson” markalı printer texniki servis xidmətindən geri qaytarılmış, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, mağazada olarkən Təqsirləndirilən şəxs mağazaya gələrək onunla salamlaşıb görüşmüş və o, mağazada anbardar işləyən Şahid2 texniki servis xidmətindən qayıtmış “Epson L3101” markalı printeri gətirməsini bildirmiş, Elvin həmin printeri anbardan gətirmiş və onlar Cəlilə demişlər ki, birlikdə yoxlayıb printerin işlək vəziyyətdə olmasına birlikdə şahid olaq”. Printerdə rəngli sənəd çap edib Cəlilə göstərmiş, Cəlil demişdir ki, “ya mənim printerə görə ödədiyim pulları geri qaytarın, ya da printerin təzəsin verin”. O, Cəlilə demişdir ki, “bu barədə şirkətin rəhbərliyinin razılığı olmadan onlar ona təzə printer verə bilmərik, müqavilə şərtlərinə uyğun olaraq məhsul 14 gün ərzində geri qaytarıla bilər”. Həmçinin ona izah etmişlər ki, nasaz printer 6 ay ərzində geri qaytarıla bilər. Cəlil bir daha sözlə mübahisə edərək bildirmişdir ki, “mən bilmirəm, ya mənim ödədiyim pulları geri qaytarın, ya da printeri özümə təhvil verin”. O, bir daha Cəlilə izah etmişdir ki, şirkətin rəhbərliyinin icazəsi olmadan mən məhsul dəyişə bilmərəm. Bu zaman Cəlil üzünü çevirib vitrinə yaxınlaşaraq vitrinin üzərində olan “Barkod Electronics”ə mağazasına məxsus 2099 manat dəyərində HP markalı, prosessoru core7 1225 U, 8 GB yaddaşlı, 512 GB yaddaşlı, onboard vidokart tipli (intel UHD) notebooku komputeri özbaşına götürüb mağazadan getməyə başlamışdır. O, Cəlilin sol qolundan tutaraq etdiyi hərəkətin qanunsuz olduğunu bildirib komputeri yerinə qoymasını tələb etsəm də Cəlil “mənim puılumu qayatarın komputeri verəcəm” deyə bildirib şüşə qapının layını açaraq çölə çıxmışdır. O, da qapıdan çölə çıxaraq Cəlilə bir daha komputeri gətirib yerinə qoymasını desə də o, heç nə deməyib iti addımlarla “Vaz-21074” markalı avtomobilin sükanı arxasında əyləşib mərkəz istiqamətində getməyə başlamış və o, hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs mağazadan kompüteri götürərkən ona zor tətbiq etməmiş, zor tətbiq edəcəyi ilə hədələməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi, müşahidə kamerasının görüntülərinin haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Hp” markalı, notebook tipli, “HP-15-DW4028NİA” seriyalı komputeri “Barcod Electronics” mağazalar şəbəkəsinin İsmayıllı mağazasından özbaşına götürdüyü yer İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşir. Protokola əlavə edilmiş müşahidə kamerasının görüntüləri olan 1 ədəd CD diskə baxışdan görünür ki, Təqsirləndirilən şəxs mağaza müdiri Behnam Osmanovla mübahisə edərək vitrinə yaxınlaşıb vitrinin üzərindən 1 ədəd “HP” markalı (notebook) kompüteri götürmüş, Şahid1 etirazına baxmayaraq mağazadan çıxaraq “Vaz-21074” markalı avtomaşına tərəf gedir. xx.xx.2025-ci il tarixli “Barkod Electronics” mağazasının internet saytına baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Barkod Electronics” mağazaları şəbəkəsi 2019-cu ildən etibarən fəaliyyət göstərir və mağaza müxtəlif markalı rəqəmsal, məişət texnikası, mebel və elektronika məhsullarının topdan, korporativ və pərakəndə satışını həyata keçirir və həmin mağazalar şəbəkəsinin Respublikanın bölgələrində Bakı, Siyəzən, Zaqatala, Beyləqan, Xaçmaz, Xudat, Şabran rayonlarına mağazaları mövcuddur. Saytın kataloqlarında mağazada smartfon telefopnların, noutbookların, kondinsionerlərin və s məişət texnikalarının satışı barədə məlumatlar mövcuddur. Mağazanın İsmayıllı filialının hazırda fəaliyyəti yoxdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/2227 nömrəli rəyindən görünür ki, 01 ədəd əvvəllər istifadə edilməmiş, təzə vəziyyətdə istifadəyə tam yararlı olan “HP” markalı “notebook” tipli, “HP 15-DW4028NİA” seriyalı, qara rəngli ekran diaqonalı 15,6 düym (39,6 sm) “intel core i7” prosessorlu, 10 prosessor nüvəli, 8 GB operativ yaddaşlı, 512 GB daxili yaddaşlı (SSD) DDR4 yaddaş növli, 2 GB video yaddaş həcmli, 1280x720 (HD) veb kameralı notebookun 2024-cü ilin fevral ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 1700 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İsmayıllı rayon X4 X5 Poliklinika şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 18-1- 47/2-331/2024 nömrəli arayışdan görünür ki, Əhmədov X2 RMX-nın PHŞ-nin Poliklinika şöbəsinin “Narkoloji”, Ruhi-Əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İsmayıllı rayon İHB-nin İsmayıllı şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı-xx.xx.1996-cı il təvəllüdlü X3, azyaşlı qızı xx.xx.2014-cü il təvəllüdlü Duyğu Əhmədova, azyaşlı oğlu- Qara Əhmədovdan, azyaşlı qızı-xx.xx.2017-ci il təvəllüdlü Bahar Əhmədovadan ibarətdir. Yaşadığı müddətdə barəsində şikayət xarakterli ərizə və müraciətlər daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşayış yeri üzrə müsbət xarakterizə olunması törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Eyni zamanda təqsirləndirilən şəxsə maddənin sansiyasında olan azadlığın məhdudlaşdırıması cəzasının təyin edilməsi onun ailəsinin həyat şəraitini daha da pisləşdirəcəkdir. Belə ki, təqsirləndirilən şəxsin ailə vəziyyəti, maddi imkanı nəzərə alınmaqla məhkəmə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Ona görə də məhkəmə təqsirləndirilən şəxs Habil Hüseynovun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyəti onun barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Müstəntiqinin 02 may 2024-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut olmaqla “Barcod Electronics” mağazasına təhvil verilmiş “Hp” markalı “notebook” tipli “HP-15-DW4028NİA” seriyalı kompüterin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 3 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 15 (on beş) faiz tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olmaqla “Barcod Electronics” mağazasına təhvil verilmiş “Hp” markalı “notebook” tipli “HP-15-DW4028NİA” seriyalı kompüterin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə müsadirə ediləsi əmlak və mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar