Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-23/2021 15.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun iştirakı ilə Müdafiəçi Abasov Nəvaid Noruz oğlunun, Zərərçəkmiş şəxs İsmayıllı rayonu Tircan bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs3 oğlunun iştirakı ilə xx xxxxx 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1961-ci ildə İsmayıllı rayonu Tircan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, İsmayıllı rayonu Tircan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs bələdiyyə üzvü və sədri kimi vəzifəli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, xx xxxx 2016-cı ildən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində İsmayıllı rayon Tircan bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə həmin bələdiyyənin üzvü və sədri kimi vəzifəli şəxs olmaqla “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli Qanununun 11-ci maddəsinin və Azərbaycan Respublikasının xx xxxx 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 11, 13-23, 27-ci bəndlərinin tələblərini pozaraq müvafiq icra hakimiyyəti orqanının rəyini almadan, bələdiyyə iclası keçirilmədən, səlahiyyətlərinə aid olmadığı halda, başqa şəxslər qarşısında nüfuz qazanmaq niyyəti ilə təkbaşına qərar qəbul edərək İsmayıllı rayonunun Tircan kəndinin “Acıdərə” adlanan ərazisində yerləşən, Tircan bələdiyyəsinə məxsus 65 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs2 üç il müddətinə icarəyə verilməsinə dair rəsmi sənəd hesab olunan xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsini tərtib edərək və məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək imzalamış, həmin sənədi bələdiyyənin möhürü ilə təsdiq edərək Əflatun Həsrətova verməklə qəsdən vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, o, xx xxxx 2016-cı ildən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində İsmayıllı rayon Tircan bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə həmin bələdiyyənin üzvü və sədri kimi vəzifəli şəxs olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda talayaraq mənimsəmək məqsədi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2016-cı il tarixli Qanununun 3-cü maddəsinin və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının x xxxxxx 1999-cu il tarixli Qanununun 8-ci maddəsinin tələblərini pozaraq özlərinin məlumatı olmadığı halda bələdiyyə üzvləri olmuş Zərərçəkmiş şəxs4 adına “xxxx” MMC-nin İsmayıllı poçt filialında açılmış AZ25AZPO******************** saylı hesab nömrəsinə 25 iyul 2017-ci ildə əmək haqqı qismində 172,94 manat, 08 iyun 2018-ci ildə əmək haqqı qismində 345,88 manat, 03 may 2019-cu ildə 2018-ci ilin yanvar-sentyabr ayları üzrə əmək haqqı qismində 1850 manat, 09 oktyabr 2019-cu ildə 2018-ci ilin iyun-dekabr, 2019-cu ilin yanvar-sentyabr ayları üzrə əmək haqqı qismində 2760 manat, 11 dekabr 2019-cu ildə 2019-cu ilin mayiyun ayları üzrə əmək haqqı qismində 300 manat, cəmi 5428,82 manat məbləğində, Zərərçəkmiş şəxs6 adına “xxxx” MMC-nin İsmayıllı poçt filialında açılmış AZ25AZPO******************** saylı hesab nömrəsinə 25 iyun 2017-ci ildə əmək haqqı qismində 345,88 manat, 26 fevral 2018-ci ildə 132,44 manat, 08 iyun 2018-ci ildə əmək haqqı qismində 172,94 manat, 03 may 2019-cu ildə əmək haqqı qismində 1100 manat, cəmi 1751,26 manat pul vəsaiti köçürməklə həmin vəsaitləri bankomat və POSterminallardan özündə saxladığı Zərərçəkmiş şəxs4 adına olan plastik kart vasitəsi ilə 27 iyun 2017-ci ildə 172 manat, 11 iyun 2018-ci ildə 346 manat, 04 may 2019-cu ildə 500 manat, 04 may 2019-cu ildə 500 manat, 05 may 2019-cu ildə 850,82 manat, 10 oktyabr 2019-cu ildə 1000 manat, xx xxxxxxx 2019-cu ildə 300 manat, xx xxxxxxx 2019-cu ildə 1000 manat, xx xxxxxxx 2019-cu ildə 20 manat, xx xxxxxxx 2019-cu ildə 350 manat, xx xxxxxxx 2019-cu ildə 70 manat, xx xxxxxxx 2019-cu ildə 15 manat, xx xxxxxx 2019-cu ildə 3 manat, xx xxxxxx 2019-cu ildə 300 manat olmaqla, cəmi 5427,12 manat pul vəsaitini çıxararaq götürmüş, 1,7 manat vəsaiti isə hesabda saxlamış, habelə özündə saxladığı Zərərçəkmiş şəxs6 adına olan plastik kart vasitəsi ilə 27 iyul 2017-ci ildə 345 manat, 27 fevral 2018-ci ildə 133,32 manat, 11 iyun 2018-ci ildə 172 manat, 05 may 2019-cu ildə 300 manat, 05 may 2019-cu ildə 300 manat, 05 may 2019-cu ildə 300 manat, 05 may 2019-cu ildə 100 manat, 05 may 2019-cu ildə 100 manat olmaqla, cəmi 1750,32 manat pul vəsaitini çıxararaq götürmüş, 0,94 manat vəsaiti isə hesabda saxlamaqla ona etibar olunmuş ümumilikdə xeyli miqdar təşkil edən 7180,08 manat (yeddi min yüz səksən manat səkkiz qəpik) məbləğində bələdiyyə vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə talayıb öz şəxsi ehtiyaclarına sərf etməklə mənimsəyərək İsmayıllı rayon Tircan bələdiyyəsinə xeyli miqdarda ziyan vurmuş, habelə həmin hərəkətləri ilə Tircan bələdiyyəsinin qanunla qorunan mənafelərinə vahid niyyətlə əhatə olunan qəsdlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, xx xxx 2016-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək İsmayıllı rayonu Tircan bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. 2019-cu ilin noyabr ayında həmkəndlisi Zərərçəkmiş şəxs2 Tircan bələdiyyəsinə məxsus “Acıdərə” adlanan ərazidə icarəsində olan 65 ha torpaq sahəsinin icarə müqaviləsinin müddətinin başa çatdığını bildirmiş və onunla yeni müqavilə bağlanılmasını xahiş etmişdir. Əflatuna sənədləşmə üçün Daşınmaz Əmakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə getməli olduğunu, orada bələdiyyənin adına müvafiq çıxarış alındıqdan sonra müqavilənin bağlanıla biləcəyini demişdir. Əflatun isə çıxarışının alınması üçün rüsumların ödənilməsinə maddi imkanınının olmadığını bildirmişdir. Ona görə də o, Tircan bələdiyyəsi adından Zərərçəkmiş şəxs2la bələdiyyəyə məxsus 65 ha torpaq sahəsinin 3 il müddətinə icarəyə verilməsinə dair xx xxxxxx 2019-cu il tarixli müqavilə bağlamışdır. Həmin müqaviləni bələdiyyə yığıncağında müzakirə olunmadan özü təkbaşına bağlamışdır. Müqaviləni özü tərtib еtmiş və imzаlаmış, Zərərçəkmiş şəxs2 da həmin müqaviləyə imza etmiş və bələdiyyənin möhürü ilə təsdiq edərək müqavilənin bir nüsxəsini Əflatuna vermişdir. İkinci nüsxə isə bələdiyyədə qalmışdır. Həmin 65 ha torpaq sahəsi 2003-cü ildən Əflatunun icarəsində olmuşdur. Onlarla qonşuluqda isə Zərərçəkmiş şəxs1 icarəsində olan 15 ha və Rabil Əhmədovun icarəsində olan 135 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahələrinə görə Dönməzlə Əflatunun aralarında mübahisələr olmuş, mübahisələr üzrə məhkəmə qətnamələri mövcuddur. 03 yanvar 2019-cu il tarixli 1 saylı icarə müqaviləsi əsasında “Acıdərə” adlanan həmin ərazidən Dönməzə icarəsindəki 15 ha torpaq sahəsindən əlavə 66,23 ha torpaq sahəsi verilmişdir. Müqaviləni təkbaşına tərtib edərək torpaq sahəsini 11 ay müddətə Dönməzin icarəsinə vermişdir. Sonradan isə X3 məktubuna əsasən xx xxxxxxx 2019-cu il tarixdə bələdiyyənin iclası protokolunu tərtib edərək həmin müqaviləni ləğv etmişdir. Bələdiyyənin iclas protokolunu da özü tərtib etmiş, bununla bağlı bələdiyyə iclası keçirilməmişdir. Zərərçəkmiş şəxs1 66,23 ha torpaq sahəsinin icarəyə verilməsinə görə hər hansı icarə haqqı ödəməmişdir. Əflatun Həsrətova xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsini verəndən təxminən 10 gün sonra Əflatunun qardaşı Əzim İsmayıllı şəhərində 65 ha torpağın icarə haqqını banka keçirmək üçün ona 600 manat pul vermişdir. Həmin vaxt Əzim ona bildirmişdir ki, icarə haqqını özü banka ödəmək istəmiş, orada icarəyə verilən torpaq sahəsinə dair çıxarışın nömrəsi olmadığından pulu ödəyə bilməmişdir. Əzim müvafiq çıxarış alınanadək pulu özündə saxlamağı xahiş etmişdir. Çıxarış alınmadığından təxminən iki aydan sonra həmin pulu Əflatunun özünə qaytarmışdır. Bundan başqa, Tircan bələdiyyəsinin xx xxxx 2016-cı il tarixli 13 saylı protokolu ilə Rabil Əhmədzadəyə uzunmüddətli istifadəyə verilmiş 135 ha torpaq sahəsinin icarə müqaviləsi ləğv edilmişdir. Bundan başqa o, işlədiyi dövrdə bələdiyyə üzvləri olmuş Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 adına əmək haqları yazaraq cəmi 7180,08 mаnаt pulu plastik kartlаr vasitəsi ilə çıxarıb mənimsəmişdir. Bələdiyyə üzvü оlmуş Zərərçəkmiş şəxs4 adına “xxxx” MMC-nin İsmayıllı poçt filialında açılmış hesab nömrəsinə 25 iyul 2017-ci ildə əmək haqqı qismində 172,94 manat, 08 iyun 2018-ci ildə əmək haqqı qismində 345,88 manat, 03 may 2019-cu ildə 2018-ci ilin yanvar-sentyabr ayları üzrə əmək haqqı qismində 1850 manat, 09 oktyabr 2019-cu ildə 2018-ci ilin iyun-dekabr, 2019-cu ilin yanvar-sentyabr ayları üzrə əmək haqqı qismində 2760 manat, 11 dekabr 2019-cu ildə 2019-cu ilin may-iyun ayları üzrə əmək haqqı qismində 300 manat olmaqla cəmi 5428,82 manat məbləğində, həmçinin bələdiyyə üzvü оlmuş Zərərçəkmiş şəxs6 adına “xxxx” MMC-nin İsmayıllı poçt filialında açılmış hesab nömrəsinə xx xxxx 2017-ci ildə əmək haqqı qismində 345,88 manat, 26 fevral 2018-ci ildə 132,44 manat, 08 iyun 2018-ci ildə əmək haqqı qismində 172,94 manat, 03 may 2019-cu ildə əmək haqqı qismində 1100 manat olmaqla cəmi 1751,26 manat pul köçürmüşdür. Bankomat və POS-terminallardan Zərərçəkmiş şəxs4 adına olan plastik kart vasitəsi ilə müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə əməkhaqqı kimi onun adına köçürdüyü vəsaitin cəmi 5427,12 manatını çıxararaq xərcləmiş, 1,7 manatı isə hesabda saxlamışdır. Zərərçəkmiş şəxs6 adına olan plastik kart vasitəsi ilə də müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə əməkhaqqı kimi onun adına köçürdüyü vəsaitin 1750,32 manatını çıxararaq xərcləmiş, 0,94 manatı isə hesabda saxlamışdır. Hаmlеt və Səfər isə onların adına açılmış kartlardan və həmin kartlara köçürülmüş əmək hаqqlаrındаn məlumаtlı оlmаmışlar. Həmin pullardan İsmayıllı rayonu Bizlan kəndində zəlzələ ilə əlaqədar hasar çəkilməsinə və Maçaxı kəndində körpü tikintisinə də xərcləmişdir. İşlədiyi dövrdə təmir-abadlıq və bələdiyyənin səlahiyyətlərinə aid olmayan digər işlərin görülməsi adı altında bələdiyyə büdcəsindən ümumilikdə 17 382 manat pulu bələdiyyənin ümumi işlərinin görülməsinə xərcləmişdir. Təmir abadlıq işləri görülən zaman müvafiq sənədləşdirmələr aparmış, müvafiq aktlar və müqavilələr tərtib olunmuşdur. Törətdiyi cinayət əməllərini səmimi etiraf edib əməlindən peşman olmuşdur. Bələdiyyəyə vurduğu ziyanın 1000 manat hissəsini ödəmiş, maddi inkanları aşağı olduğundan qalan hissəsini isə ödəyə bilməmişdir. Vurduğu maddi ziyanın qalan hissəsini isə yaxın müddət ərzində ödəyəcəkdir. Yaşlı olması, vurulmuz ziyanı bir hissəsinin ödəməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1, 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs İsmayıllı rayonu Tircan bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə bələdiyyə sədri seçilmişdir. xx xxxxxx 2020-ci il tarixdə sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs və bələdiyyə üzvlərinin iştirakı ilə bələdiyyə sənədlərinə dair təhvil-təslim aktı tərtib edilmişdir. Ona 2016-ci ilə aid protokolların qeydiyyatı kitabı təhvil verilmiş, 2017-2019-cu illərə aid protokollların qeydiyyatı kitabı isə mövcud olmadığından təhvil verilməmişdir. 2016-cı ilə aid protokolların qeydiyyatı kitabında qeyd edilmiş 8 ədəd iclas protokolu, kitabda qeyd edilməyən 17 ədəd iclas protokolu, 2017-ci ilə aid 19 ədəd protokol, 2018-ci ilə aid 12 ədəd protokol, 2019-cu ilə aid isə 6 ədəd protokol 2020-ci ilin mart ayında Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən ona təqdim edilmişdir. 2019-cu ilə aid 6 ədəd iclas protokolunu isə Təqsirləndirilən şəxs evində saxlamış, həmin sənədləri 2020-ci ilin mart ayının ortalarında ondan almışdır. Təqsirləndirilən şəxs bələdiyyə sədri işlədiyi dövrdə nə kimi qanunsuzluqlara yol verməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz əməlləri ilə bağlı onun barəsindəki cinayət işinin ibtidai istintaqı zamanı xəbər tutmuşdur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bələdiyyə üzvü və sədri kimi vəzifəli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə vəzifə saxtakarlığı etmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bələdiyyəyə vurduğu ziyanın 1000 manat hissəsini ödəmiş, qalan hissəsini isə maddi imkanı olmadığından ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs vurduğu maddi ziyanın ödənilməmiş qalan hissəsini yaxın müddət ərzində ödəyəcəyini bildirmidir. Onun hazırda 60 yaşda olmasını, vurulmuş ziyanın qismən ödənilməsini nəzərə alınaraq Təqsirləndirilən şəxs azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Şahid Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 2014-cü ildə İsmayıllı rayonu Tircan bələdiyyəsindən “Acıdərə” adlı ərazidən 15 il müddətinə 15 ha torpaq sahəsini icarəyə götürərək heyvandarlıqla məşğul olmuşdur. Yaxın dostu Rabil xx xxxxxx 2004-cü il tarixli icarə müqaviləsi əsasında qonşu ərazidən 135 ha torpaq sahəsini 90 il müddətinə icarəyə götürmüşdür. Onlar şərikli olaraq heyvandarlıq və arıçılıqla məşğul olmuş və təsərrüfatlarını xeyli genişləndirmişlər. 2017-ci ilin əvvəllərindən qonşu ərazidə mal-qara saxlayan Tircan kənd sakinləri Əflatun və Əzim Həsrətov qardaşları onlara ciddi maneələr yaratmağa başlamışlar. Əflatun və Əzim Həsrətov qardaşları onların icarəsində olan torpaq sahəsinin xeyli hissəsini özbaşına tutaraq bir hissəsini şumlayıb əkmiş, digər hissəsində isə öz mal-qaralarını otarmışlar. Onlar dəfələrlə Əflatun və Əzim Həsrətovlara qanuni icarə sənədlərini göstərib icarələrində olan torpaq sahəsindən istifadə etməyi dayandırmaqlarını xahiş etmişlər. Onlar xahişlərə heç bir məhəl qoymadan bələdiyyə sədri Təqsirləndirilən şəxs onlara təqdim etdiyi saxta, hüquqi əsası olmayan icarə sənədlərini göstərməklə hərəkətlərini davam etdirmişlər. Zərərçəkmiş şəxs2 xx xxxxxx 2004-cü il tarixli nömrəsi olmayan saxta icarə müqaviləsini surətini əlində əsas tutaraq bələdiyyənin xx xxxxxx 2004-cü il tarixli 33 saylı protokolu əsasında 65 ha torpaq sahəsini 15 il müddətinə icarəyə götürdüyünü iddia etmişir. X3 xx xxxxxx 2019-cu il tarixli məktubda göstərilmişdir ki, 65 ha torpaq sahəsi saxtakarlıq edilməklə qanunsuz olaraq Zərərçəkmiş şəxs2 icarəyə verilmişdir. Həmin məktubdan sonra xx xxxxxx 2019-cu il tarixdə Tircan bələdiyyəsinin iclası keçirilərək Zərərçəkmiş şəxs2 icarəyə verilmiş 65 ha torpaq sahəsi verilməsinə dair iclas protokolu etibarsız sayılmışdır. Şahid Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, qardaşı Əzimlə birlikdə İsmayıllı rayonu Tircan bələdiyyəsinin mülkiyyətində olan “Acıdərə” adlanan ərazidən 65 ha örüş təyinatlı torpaq sahəsini icarəyə götürərək orada heyvandarlıqla məşğul olurlar. Həmin ərazidə ailə üzvlərinə məxsus ümumilikdə 5,5 ha pay torpağı da vardır. Onlar pay torpağında taxıl əkirlər. Mübahisəli hesab olunan 65 ha torpaq sahəsini icarəyə götürmək üçün 2004-cü ildə Tircan bələdiyyəsinə müraciət etmişdir. Həmin ilin 29 noyabr tarixində 65 ha torpaq sahəsi ilə bağlı Tircan bələdiyyəsi ilə aralarında 15 il müddətinə icarə müqaviləsi bağlanmış və illik icarə haqqı hazırki pulla 80 manat dəyərində müəyyən edilmişdir. İcarə müqaviləsinin müddəti başa çatanadək hər il icarə haqqını ödəmişdir. 2017-2019-cu illərin icarə haqları olaraq 600 manatı 2019-cu ilin oktyabr ayında qardaşı Əzimə vermiş və Əzim müəyyən səbəblərdən icarə haqqını ödəyə bilməmişdir. Əzim həmin pulu icarə haqqı kimi ödəmək üçün Təqsirləndirilən şəxs vermişdir. Sonradan o, Təqsirləndirilən şəxs ödəmə ilə bağlı qəbzi tələb etmiş, Əhməd isə ona ödəmə kodunun təyin edilmədiyini, kod müəyyən ediləndən sonra ödəməni həyata keçirib qəbzi verəcəyini demişdir. İki aydan sonra Təqsirləndirilən şəxs 600 manat pulu qaytararaq ödəmə kodunda problem olduğunu bildirmişdir. 2019-cu ilin oktyabr ayında icarə müqaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixdə bitdiyindən müqaviləsinin müddətinin uzadılması barədə ərizə ilə Tircan bələdiyyəsiə müraciət etmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs icarə müqaviləsinin müddəti bitdiyi vaxt müddətin uzadılması barədə qərar veriləcəyini demişdir. Müqavilənin müddətinin bitdiyi vaxt Təqsirləndirilən şəxs mobil telefonuna dəfələrlə zəng etsə də, telefona cavab verməmişdir. Əzimlə birlikdə bələdiyyənin inzibati binasına getmiş və orada həmin 65 ha torpaq sahəsinin 3 illik müddətinə icarəyə verilməsinə dair aralarında icarə müqaviləsi bağlanmışdır. Həmin 65 ha torpaq sahəsi hazırda onun istifadəsindədir. Şahid Zərərçəkmiş şəxs4 ifadə verərək göstərdi ki, 2009-cu il tarixdən 2019-cu ilin dekabr ayına kimi Tircan bələdiyyəsinin üzvü olmuşdur. 2016-cı ilin may ayından 2019-cu ilin dekabr ayına kimi bələdiyyənin sədri Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs bələdiyyə sədri olduğu vaxtlarda heç bir iclaslarda iştirak etməmişdir. Bələdiyyənin 2016-2019-cu illərə aid iclas protokollarına onun adının qarşısına Təqsirləndirilən şəxs imzalar etmişdir. O, bələdiyyəyə aid heç bir sənədə imza etməmişdir. İclas protokollarının “Protokolların qeydiyyatı” kitabına işlənib-işlənməməsi, ümumiyyətlə həmin kitabların olub-olmaması barədə məlumatı olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə bələdiyyədə iclas keçirilib-keçirilməməsi barədə məlumatı olmamış, həmin tarixdə iclasda iştirak etməmişdir. Tircan kənd sakini Zərərçəkmiş şəxs2 ilə bələdiyyəyə məxsus “Acıdərə” adlanan ərazidən 65 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsindən məlumatı yoxdur. Təqsirləndirilən şəxs həmin müqaviləni Tircan bələdiyyəsi adından özbaşına bağlamışdır. Bələdiyyənin x xxxxxx 2017-ci il tarixli 2 saylı, xx xxxxx 2017-ci il tarixli 6 saylı, xx xxxxxx 2017-ci il tarixli 12 saylı, x xxxxxx 2017-ci il tarixli 13 saylı, xx xxxxxxxx 2017-ci il tarixli 14 saylı, xx xxxxxxx 2017-ci il tarixli 15 saylı, xx xxxxxx 2017-ci il tarixli 19 saylı, xx xxxxxx 2017-ci il tarixli 20 saylı, xx xxxx 2018-ci il tarixli 6 saylı, xx xxxx 2018-ci il tarixli 7 saylı, xx xxxxxx 2018-ci il tarixli 8 saylı, xx xxxxxxxx 2018-ci il tarixli 9 saylı, xx xxxxxxx 2018-ci il tarixli 10 saylı və x xxxxxx 2018-ci il tarixli 11 saylı iclas protokollarında onun adının qarşısında olan imzalar Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Bələdiyyədə işlədiyi dövrdə hər hansı məbləğdə əmək haqqı almamış və onun adına kart olmasından məlumatı olmamışdır. Yalnız bələdiyyənin illik hesabat iclaslarında iştirak etmişdir. Göstərilən pulun hansı qaydada və hara xərclənməsi barədə məlumatı olmamışdır. Bələdiyyə sədri Təqsirləndirilən şəxs bütün işləri təkbaşına gördüyü üçün xərclənən vəsaitdən və sənədləşmə aparılıb aparılmamasından məlumatı olmamışdır. Şahid Zərərçəkmiş şəxs6 ifadə verərək göstərdi ki, 2014-cü il tarixdən 2019-cu ilin dekabr ayına kimi İsmayıllı rayonu Tircan bələdiyyəsində bələdiyyə üzvü, eyni zamanda bələdiyyə sədrinin müavini vəzifəsində işləmişdir. 2016-cı ilin may ayından 2019-cu ilin dekabr ayına kimi bələdiyyə sədri Təqsirləndirilən şəxs olmuş, o isə sədrin müavini olmuşdur. Bələdiyyə üzvü işlədiyi dövrdə yalnız bələdiyyənin bütün üzvlərinin iştirakı ilə sədr və müavinin seçilməsi üçün keçirilmiş iki iclasda iştirak etmiş, digər heç bir iclaslarda iştirak etməmişdir. Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda onun müəllim işlədiyi İsmayıllı rayonu Tircan kənd orta məktəbinə gələrək müxtəlif sənədlərə imza etdirmişdir. İclas protokollarının “Protokolların qeydiyyatı” kitabına işlənib-işlənməməsi, ümumiyyətlə həmin kitabların olub-olmaması barədə məlumatı olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə bələdiyyədə iclas keçirilib-keçirilməməsi barədə məlumatı olmamış, o və eyni zamanda bələdiyyə üzvü olan arvadı Xatirə Məlikova həmin tarixdə iclasda iştirak etməmişlər. Tircan kənd sakini Zərərçəkmiş şəxs2 ilə bələdiyyəyə məxsus “Acıdərə” adlanan ərazidən 65 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsindən məlumatı olmamış, sədr Təqsirləndirilən şəxs bələdiyyə üzvü kimi ona bu barədə məlumat verməmişdir. Sonradan bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin müqaviləni Tircan bələdiyyəsi adından özbaşına bağlamışdır. 2019-cu ilin xatırlamadığı yay aylarının birində Göyçay Regional Ədliyyə idarəsinin əməkdaşları bələdiyyəyə gələrək ondan izahat almışlar. İzahatında təqdim edilmiş sənədlərin əksər hissəsində adının qarşısında olan imzalar ona məxsus olmadığını, həmin imzaların Təqsirləndirilən şəxs tərəfindən icra olunduğunu bildirmişdir. Bundan təxminən bir ay sonra Dönməz adlı şəxs onun mobil telefonuna zəng edərək Tircan bələdiyyəsindən sənəd göndərildiyini, həmin sənəddə onun və arvadı Xatirə Məlikovanın imzalarının olduğunu bildirdi. Dönməzə onun və arvadının heç bir sənədə imza etmədiklərini bildirmişdir. Tircan bələdiyyəsinin 2016-cı il tarixdən 2019-cu ilin mart ayınadək olan konkret tarixli və nömrəli iclas protokollarındakı imzalar onun tərəfindən, bir neçə iclas protokolunda isə arvadı Xatirə Məlikovanın adının qarşısında olan imzalar da onun tərəfindən icra olunmuşdur. 13 may 2016-cı il tarixli 9 saylı, 10 iyun 2016-cı il tarixli 10 saylı, 24 iyun 2016-cı il tarixli 11 saylı, 29 iyun 2016-cı il tarixli 12 saylı, 15 iyul 2016-cı il tarixli 14 saylı, 28 iyul 2016-cı il tarixli 15 saylı, 09 sentyabr 2016-cı il tarixli 17 saylı, xx xxxxxxxx 2016-cı il tarixli 18 saylı, 27 sentyabr 2016-cı il tarixli 19 saylı, xx xxxxxxx 2016-cı il tarixli 20 saylı, 2017-ci ilin 5 saylı iclas protokolu, 26 may 2017-ci il tarixli 8 saylı, 20 iyun 2017-ci il tarixli 10 saylı, xx xxxxxxxx 2017-ci il tarixli 14 saylı, xx xxxxxx 2017-ci il tarixli 17 saylı, xx xxxxxxx 2017-ci il tarixli 15 saylı, 01 may 2019-cu il tarixli 5 saylı, xx xxxx 2019-cu il tarixli 6 saylı, xx.xx.2019-cu tarixli 7 saylı, 23 avqust 2019-cu il tarixli 8 saylı, xx xxxxxxxx 2019-cu il tarixli 9 saylı, xx xxxxxxx 2019-cu il tarixli 10 saylı, xx xxxxxxx 2019-cu il tarixli 11 saylı iclas protokollarında isə adının qarşısında olan imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. O, bələdiyyədə işlədiyi dövrdə hər hansı məbləğdə əmək haqqı almamış və adına kart olmasından məlumatı olmamışdır. Bələdiyyə büdcəsinə daxil olan və adına açılmış karta yüklənən pul vəsaitinin hansı qaydada və hara xərclənməsi barədə məlumatı olmamışdır. Şahid Zərərçəkmiş şəxs5 ifadə verərək göstərdi ki, 2009-cu il tarixdən 2019-cu ilin dekabr ayına kimi Tircan bələdiyyəsinin üzvü olmuşdur. 2016-cı ilin may ayından 2019-cu ilin dekabr ayına kimi bələdiyyə sədri Təqsirləndirilən şəxs olmuşdur. Əhmədin sədrliyi dövründə cəmi iki dəfə bələdiyyənin hesabat iclaslarında iştirak etmişdir. Qalan heç bir iclaslarda iştirak etməmiş, ümumiyyətlə iclasların keçirilib-keçirilməməsi barədə məlumatı olmamışdır. İclas protokollarının əksəriyyətini imzalamamış, həmin protokollar onun əvəzindən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Zərərçəkmiş şəxs2la bələdiyyəyə məxsus “Acıdərə” adlanan ərazidən 65 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsindən məlumatı yoxdur. Təqsirləndirilən şəxs sədrliyi dövründə təmir-abadlıq və bələdiyyənin səlahiyyətlərinə aid olmayan digər işlərin görülməsi adı altında bələdiyyə büdcəsindən ümumilikdə 17 382 manat vəsaitin kim tərəfindən və hara xərclənməsi barədə məlumatı yoxdur. İsmayıllı rayonu Tircan bələdiyyəsinin 10 iyun 2016-cı il tarixdən 17 yanvar 2020ci il tarixədək fəaliyyətinin inzibati nəzarət qaydasında yoxlanılmasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 143-cü maddəsinin 1-ci bəndinə əsasən bələdiyyələr öz fəaliyyətlərini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirməli olduğu halda 2016-2020-cu illərdə bələdiyyə sədri işləmiş Əhməd Çələbiyev fəaliyyəti dövründə bələdiyyə iclasları keçirməmiş, həmçinin “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 11-ci, 13-cü 23-cü və 25-27-ci bəndlərinin tələblərini pozaraq müvafiq icra hakimiyyəti orqanının rəyini almadan, hərrac və müsabiqədən kənar şəkildə səlahiyyətlərinə aid olmadığı halda təkbaşına qərarlar və müqavilələr tərtib etməklə bələdiyyə mülkiyyətinə aid 131 ha torpaq sahəsini ayrı-ayrı şəxslərin icarəsinə vermişdir. Eyni zamanda bələdiyyənin maliyyə-təsərrüfat sənədləri araşdırılarkən məlum olmuşdur ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri pozularaq təmir-abadlıq və bələdiyyənin səlahiyyətlərinə aid olmayan digər işlərin görülməsi adı altında bələdiyyə büdcəsindən ümumilikdə 17382 manat xərclənmiş və məlumatları olmadan sabiq bələdiyyə üzvlərinin adına açılmış əmək haqqı kartlarına 6010 manat ödəmişdir. İsmayıllı rayonunun Tircan bələdiyyəsində saxlanılan 2019-cu ilə dair iclas protokollarına baxış keçirilməsinə dair protokoldan görünür ki, 2019-cu il ərzində İsmayıllı rayonunun Tircan bələdiyyəsində bələdiyyə sədrinin və bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş 12 iclas protokollaşdırılmışdır. Həmin protokollar - İsmayıllı rayonu Tircan bələdiyyəsi ərazisində iməciliklərin təşkili barədə xx xxxxxx 2019-cu il tarixli 1 saylı iclas protokolu; həmin bələdiyyənin 2018-ci ildə gördüyü işlərə dair hesabatı haqqında x xxxxxx 2019-cu il tarixli 2 saylı iclas protokolu; bələdiyyə ərazisində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid olan 0,07 ha torpaq sahəsinin satılması haqqında 3 saylı iclas protokolu; bələdiyyənin ərazisində yerləşən 65 ha şərti yararsız hesab edilən torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə icarəyə verilməsi üçün bələdiyyənin mülkiyyət hüququnun tanınması ilə bağlı ilkin sənədlərin hazırlanması və bələdiyyənin Bizlan kəndində yerləşən perspektiv inkişaf fonduna məxsus zəbt olunmuş 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı ilkin sənədlərin hazırlanmasına başlanması haqqında xx xxxxx 2019-cu il tarixli 4 saylı iclas protokolu; bələdiyyə ərazisində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid olan torpaqlardan 0,12 ha torpaq sahəsinin həyətyanı məqsəd üçün satılması haqqında x xxx 2019-cu il tarixli 5 saylı iclas protokolu; M.Piriyev adına Tircan kənd tam orta məktəbində keçirilən son zəng tədbiri ilə əlaqədar məzunların, müəlimlərin və 1-ci sinfə qədəm qoyan şagirdlərin mükafatlandırılması barədə məktubunun müzakirəsi haqqında xx xxxx 2019-cu il tarixli 6 saylı iclas protokolu; bələdiyyənin 2018-ci ilin 6 ayında gördüyü işlərə dair hesabatı haqqında xx xxxx 2018-ci il tarixli 7 saylı iclas protokolu; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X3 09C-1110 nömrəli 22 avqust 2019-cu il tarixli məktubunun müzakirəsi haqqında xx xxxxxx 2019-cu il tarixli 8 saylı iclas protokolu; X3 09Ç-1110 nömrəli 08 sentyabr 2019-cu il tarixli məktubunun müzakirəsi haqqında x xxxxxxxx 2019-cu il tarixli 9 saylı iclas protokolu; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinin 80-80 nömrəli tövsiyə məktubunun müzakirəsi haqqında xx xxxxxxx 2018-ci il tarixli 10 saylı iclas protokolu; bələdiyyənin 03 yanvar 2019-cu il tarixli 1 saylı icarə müqaviləsinin ləğvi və 66,23 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması haqqında xx xxxxxxx 2019-cu il tarixli 11 saylı iclas protokolu; Tircan kəndində yerləşən və bələdiyyə mülkiyyətində olan 0,0255 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə satılması bələdiyyənin 2020-ci il üçün büdcə layihəsinin və 2020-ci il üçün ştat cədvəlinin müzakirəsi və təsdiqi haqqında xx xxxxxx 2019-cu il tarixli 12 saylı iclas protokolu. ( qeyd edilən iclas protokolu iclasın sədri Təqsirləndirilən şəxs tərəfindən imzalansa da, iclasın katibi Zərərçəkmiş şəxs6 tərəfindən imzalanmamışdır.) Həmin protokollara baxış zamanı eyni zamanda müəyyən edilmişdir ki, 2019-cu il ərzində Tircan bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclaslar nəticəsində 12 iclas protokolu tərtib edilmiş, həmin protokollarun heç biri bələdiyyədə 2019-cu il üçün “Protokolların qeydiyyatı” kitabı olmadığından qeyd edilən kitaba yazılmamışdır. Məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 4/307 nömrəli rəyindən görünür ki, İsmayıllı rayonunun Tircan bələdiyyəsinə məxsus 2016-2019-cu illərə aid bir sıra iclas protokollarında İsmayıllı rayonunu Tircan bələdiyyəsinin üzvü işləmiş Zərərçəkmiş şəxs6, X9, Zərərçəkmiş şəxs4, X7 və Zərərçəkmiş şəxs5 adlarının qarşısında olan imzalar bəzi hallarda sonuncuların özləri tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 29 noyabr 2019-cu il tarixli torpaq icarə müqaviləsində «585.00, xx.xx.2019, xx.xx.2022” rəqəmlər və “Zərərçəkmiş şəxs2” soyadı önündəki imza tədqiqat prosesinin təsviri hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan həmin rəqəmləri və imzanın Təqsirləndirilən şəxs tərəfindən, X4 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması barədə rəy vermək mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 14 yanvar 2021-ci il tarixli 9/5623 nömrəli rəyindən görünür ki, İsmayıllı rayon Tircan bələdiyyəsinin müvafiq olaraq 2016, 2017, 2018 və 2019-cu illərdə gəlirinin 68.563,0 manat, xərclərinin 68.563,0 manat təşkil etdiyi müəyyən edilmişdir. İsmayıllı rayon Tircan bələdiyyəsinin müvafiq olaraq 2016, 2017, 2018 və 2019-cu illərdə fəaliyyəti ərzində ödənilmiş məbləğdən ödəmə mənbəyində hesablanıb və ödənilməli olan vergi 2247 manat təşkil edir. İsmayıllı rayon Tircan bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 2760,0 manat, xx.xx.2019-cu il tarixdə 300,0 manat, xx.xx.2019-cu il tarixdə 1850,0 manat olmaqla ümumilikdə 4910,0 manat Zərərçəkmiş şəxs4, xx.xx.2019-cu il tarixdə 1100,0 manat isə Zərərçəkmiş şəxs6 “xxxx” MMC-nin İsmayıllı poçt filialında olan hesab nömrəsinə əmək haqqı adı ilə köçürülmüşdür. Məktəbə su xəttinin çəkilişinə, son zəng tədbirinin keçirilməsinə və meşə zolağının şumlanmasına 1547 manat xərclənmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir. “Götürmə aparılması və baxış keçirilmə haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi məxfi kod olan və üzərində barkod olan iki ədəd zərfə ayrı-ayrılıqda bükülmüş vəziyyətdə iki ədəd plastik kartlardan birinin üzərində 5376 0900 0014 8953 nömrəsi və Zərərçəkmiş şəxs6, xxxx, 05/20 yazıları vardır, digər plastik kartın üzərində 5376 0900 0084 1342 nömrəsi, Zərərçəkmiş şəxs4, xxxx, 05/21 yazıları vardır. xxxx MMC-nin İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş 15 sentyabr 2020-ci il tarixli İSPF-16/222 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs4 xx xxx 2017-ci il tarixində AZ25AZPO******************** nömrəli cari kart hesabı açılmışdır. Həmin hesaba vəsaitlər Tircan bələdiyyəsinin ödəniş tapşırıqlarına əsasən əmək haqqı ödənişi olaraq daxil olmuşdur. Kart hesabına vəsaitlər bankomat və POS-terminal vasitəsi ilə ödənilmişdir. Zərərçəkmiş şəxs6 xx xxx 2017-ci il tarixində AZ52AZPO******************** nömrəli cari kart hesabı açılmışdır. Həmin hesaba vəsaitlər Tircan bələdiyyəsinin ödəniş tapşırıqlarına əsasən əmək haqqı ödənişi olaraq daxil olmuşdur. Kart hesabından vəsaitlər POS-terminal və bankomat vasitəsi ilə ödənilmişdir. xxxx MMC-dən daxil olmuş 20 noyabr 2020-ci il tarixli 103-1-10-3-178-20 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs4 və Hüseynov X2 MMC-nin X10 korporativ müştərisi olan Tircan Bələdiyyəsinin əməkdaşlarıdır. Tircan bələdiyyəsinin müraciəti əsasında hər iki şəxs üçün əmək haqqı kartı hesabı açılmışdır. Bu səbəbdən, həmin hesablara vəsaitlər məhz Tircan bələdiyyəsinin ödəniş tapşırıqları əsasında köçürülmüşdür. Hər iki şəxsin adına açılmış kart hesablarının bütün dövrlər üçün çıxarışı təqdim edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının “Ödəniş kartlarının emissiyası və istifadə qaydalarının” 7.8.1 bəndinin tələbinə əsasən ATM-lərdə həyata keçirilmiş əməliyyatların videogörüntüləri 6 ay müddətində yaddaşda saxlanılır. Bu səbəbdən sözügedən şəxslərin həyata keçirdiyi əməliyyatların 6 aydan daha çox müddətdə əvvəlki dövrləri əhatə etməsi səbəbindən əməliyyatların videogörüntü və şəkillərinin təqdim edilməsi mümkün olmamışdır. Lakin, müştərilərin X10 Müştəri Xidmətləri Şöbəsində yerləşən POS terminalda həyata keçirdiyi nağdlaşdırma əməliyyatlarının çekləri təqdim edilmişdir. Həmin çeklərdən görünür ki, Zərərçəkmiş şəxs4 adına “xxxx” MMC-nin İsmayıllı poçt filialında açılmış AZ25AZPO******************** saylı hesab nömrəsinə xx.xx.2017-ci ildə 172,94 manat, xx.xx.2018-ci ildə 345,88 manat, xx.xx.2019-cu ildə 1850 manat, xx.xx.2019-cu ildə 2760 manat, xx.xx.2019-cu ildə 300 manat, cəmi 5428,82 manat məbləğində, Zərərçəkmiş şəxs6 adına “xxxx” MMC-nin İsmayıllı poçt filialında açılmış AZ25AZPO******************** saylı hesab nömrəsinə xx.xx.2017-ci ildə 345,88 manat, xx.xx.2018-ci ildə 132,44 manat, xx.xx.2018-ci ildə 172,94 manat, xx.xx.2019-cu ildə 1100 manat, cəmi 1751,26 manat pul köçürülmüş, xx.xx.2017-ci ildə 172 manat, xx.xx.2018-ci ildə 346 manat, xx.xx.2019-cu ildə 500 manat, xx.xx.2019-cu ildə 500 manat, xx.xx.2019cu ildə 850,82 manat, xx.xx.2019-cu ildə 1000 manat, xx.xx.2019-cu ildə 300 manat, xx.xx.2019-cu ildə 1000 manat, xx.xx.2019-cu ildə 20 manat, xx.xx.2019-cu ildə 350 manat, xx.xx.2019-cu ildə 70 manat, xx.xx.2019-cu ildə 15 manat, xx.xx.2019-cu ildə 3 manat, xx.xx.2019-cu ildə 300 manat çıхаrılmış, 1,7 manat vəsaiti isə hesabda saxlanılmış, xx.xx.2017-ci ildə 345 manat, xx.xx.2018-ci ildə 133,32 manat, xx.xx.2018-ci ildə 172 manat, xx.xx.2019-cu ildə 300 manat, xx.xx.2019-cu ildə 300 manat, xx.xx.2019cu ildə 300 manat, xx.xx.2019-cu ildə 100 manat, xx.xx.2019-cu ildə 100 manat çıхаrılmış, 0,94 manat vəsaiti isə hesabda saxlanılmışdır. İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli 01/635 nömrəli məktubdan görünür ki, Tircan-Maçaxı yolunun “İşıqlıq” adlanan ərazisindəki körpü X8 və X14 Cəmiyyətinin maliyyə dəstəyi ilə icra edilən “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində Qızıl Aypara Cəmiyyəti tərəfindən tikilmişdir. 15 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Əhməd Çələbiyev əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 1586 nömrəli məktubundan görünür ki, Əhməd Çələbiyev İsmayıllı RMX-sı PHŞ-in Poliklinika şöbəsinin “Ruhi-əsəsb” “Narkoloji” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatında yoxdur. 13 oktyabr 2020-ci il tarixli 209 və 209/1 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Əhməd Çələbiyev İsmayıllı rayonu Tircan kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən və arvadı X1 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterzə olunur. Müstəntiqinin 07 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Əhməd Çələbiyev barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Əhməd Çələbiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1, 313-cü maddələri nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1, 313-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Əhməd Çələbiyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1, 313-cü maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Əhməd Çələbiyevə cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Əhməd Çələbiyevin zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Əhməd Çələbiyevə məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması, 313-cü maddəsi ilə islah işləri cəzasının təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına və 313-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasına müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsi nəzərdə tutulmasa da məhkəmə Əhməd Çələbiyevin cinayət əməllərini İsmayıllı rayonu Tircan bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə törətdiyini nəzərə alaraq müəyyən müddətdə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılmasını məqsədəuyğun hesab etmir və qərara gəlir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1, 313-cü maddələrində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilməklə əlavə cəzalar da təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay islah işləri cəzasına məhkum edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay islah işləri cəzası həmin Məcəllənin 68.3.1-ci maddəsinə əsasən 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Tircan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaıdır. İş üzrə ekspertiza xərci olan 255 (iki yüz əlli beş) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilərək 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay islah işləri cəzası həmin Məcəllənin 68.3.1-ci maddəsinə əsasən 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Tircan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan 255 (iki yüz əlli beş) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-23/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-23/2021
15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver