Məhkəmə qərarları › İş №1(037)-23/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-23/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-23/2022 26.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili İsmayılov İslam Abduləziz oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə 26 aprel 2022-ci il tarixdə saat 17:10-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1987-ci ildə İsmayıllı rayonu Balik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum edilməmiş, İsmayıllı rayonu Qalınçaq kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının dəqiq tarixi müəyyən edilməyən günündə saat 22 radələrində qohumu Zərərçəkmiş şəxs İsmayıllı rayonu Göytəpə kəndində yerləşən evində qonaq olarkən Talehin ailə üzvləri ilə söhbət etdiyini görüb özgənin əmlakını gizli olaraq talamaq məqsədlə gödəkcəsini geyinmək bəhanəsi ilə evin yataq otağına keçmiş, oradakı paltar şkafının yuxarı rəfindən 20 manat dəyərində dəmir materialdan olan çamadanı həmin çamadanın içərisində saxlanılan 1 ədəd 583 əyarlı 11 qram çəkidə qızıl boyunbağı və 1 ədəd 583 əyarlı 5 qram çəkidə qızıl bilərzikdən ibarət 1800 manat dəyərində qızıl qadın dəsti, 1 ədəd 583 əyarlı 5 qram çəkidə üzərində bir ədəd kiçik brilyant qaşlı 700 manat dəyərində qızıl kişi nişan üzüyü, 1 ədəd 583 əyarlı 5 qram çəkidə üzərində bir ədəd kiçik brilyant qaşlı 750 manat dəyərində qızıl qadın nişan üzüyü, 1 ədəd 585 əyarlı 3 qram çəkidə adi qaşlı 255 manat dəyərində qızıl kişi üzüyü, 1 ədəd 585 əyarlı 3 qram çəkidə adi qaşlı 255 manat dəyərində qızıl kişi üzüyü, 1 ədəd 583 əyarlı 4 qram çəkidə, yumru çıxıntısı olan hər iki tərəfə qolları olan 340 manat dəyərində qaşsız qızıl qadın üzüyü, 1 ədəd 585 əyarlı 4 qram çəkidə paxlava şəkilli 340 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 585 əyarlı 4 qram çəkidə adi tək qaşlı 340 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 585 əyarlı 4 qram çəkidə 340 manat dəyərində çıxıntılı qaşsız qızıl qadın üzüyü, 1 ədəd 585 əyarlı 4 qram çəkidə 340 manat dəyərində adi tək qaşlı qızıl qadın üzüyü, 1 ədəd 585 əyarlı 4,46 qram çəkidə üzərində 3 ədəd kürə formalı element olan 379 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 583/585 əyarlı 2,40 qram çəkidə üzərində 1 ədəd yaşıl rəngli, 8 ədəd rəngsiz, şəffaf qaş olan, şəffaf qaşlarının bir ədədi 0,007 karat brilyant olan 220 manat dəyərində qızıl qadın üzüyü, 1 cüt 583 əyarlı 5 qram çəkidə əl işləməli 700 manat dəyərində aypara şəkilli qızıl qadın sırğası, 1 ədəd 583 əyarlı 3 qram çəkidə əl işləməli 300 manat dəyərində üzərində “Tuncay” sözü yazılmış qızıl uşaq bilərziyi, 1 ədəd 583 əyarlı 5 qram çəkidə 800 manat dəyərində qızıl kişi bilərziyi, 1 ədəd 583/585 əyarlı 13,35 qram çəkidə 734 manat dəyərində qırıq vəziyyətdə olan qızıl qadın boyunbağısı, 1 ədəd 1,49 qram çəkidə 585 əyarlı bismark toxunuşlu 82 manat dəyərində qızıl uşaq boyunbağısı və 300 manat məbləğində nəğd pulu birlikdə götürüb sellofan torbaya qoyaraq evin pilləkənlərinin yanında olan ayaqqabı şkafında gizlətmiş, bir saatdan sonra isə həmin əşyaları gizlətdiyi yerdən götürərək özü ilə aparmaqla qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 8995 (səkkiz min doqquz yüz doxsan beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs əri Seymurun dayısı oğludur. Bəzi vaxtlarda Talehin Göytəpə kəndindəki evə qonaq getmişlər. 2021-ci ilin oktyabr ayının ortalarında axşam saat 20 radələrində o, əri və uşaqları ilə birlikdə Talehin evinə qonaq getmişdir. Əynindəki gödəkçəsini onların yataq otağında soyunaraq çarpayının üstünə qoymuşdur. Həmin gün saat 22 radələrində gödəkcəsini götürüb həyətə düşmək istəmişdir. Gödəkcəsini qoyduğu otağa keçdikdə orada qapısı açıq vəziyyətdə olan şkafın yuxarı hissəsində balaca dəmir sandıq olduğunu görmüşdür. Evdəkilərin başının söhbətə qarışdığını görüb oğurluq etmək qərarına gəlmiş və sandıqda qızıl-zinət əşyalarının olduğunu görərək sandığı oğurlayıb özündə olan sellofan torbaya qoymuşdur. Sandığı həyətdə gizlətmək qərarına gəlmiş və bu məqsədlə sellofan torbaya qoyduğu sandığı həyətdəki ayaqqabı şkafının içərisində gizlətmişdir. Sonra isə evə qayıtmışdır. Saat 23 radələrində onlar sağollaşıb yaşadıqları evə getmək üçün evdən çıxıb həyətə düşmüşlər. Həyətdə gizlətdiyi sandığı gizlincə özü ilə götürüb yaşadıqları İsmayıllı rayonu Qalınçaq kəndinə gəlmişlər. Sandığı oğurladağından ərinin və uşçaqlarının xəbəri olmamışdır. Evdə sandığı gizlin açmış və içərisində 300 manat pul, həmçinin 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl bilərzikdən ibarət qadın dəsti, 8 ədəd qadın üzüyü, 1 cüt aypara şəkilli qızıl sırğa, 3 ədəd qızıl kişi üzüyü, 1 ədəd qızıl kişi bilərziyi, 1 ədəd qızıl qadın boyunbağısı, 2 ədəd qızıl uşaq bilərziyinin olduğunu görmüşdür. Oradan 1 ədəd uşaq bilərziyini, 1 ədəd qırıq vəziyyətdə olan qızıl qadın boyunbağısını və 300 manat nəğd pulu götürüb gödəkçəsinin cibində, digər qızıl-zinət əşyaları isə sandıqla birlikdə evdə gizlətmişdir. 26 oktyabr 2021-ci il tarixdə Talehin oğlunun ad gününə getmişlər. Oğurluqla bağlı heç bir söhbət olmamış, bundan bir neçə gün sonra əri ilə birlikdə yenə də Talehin evinə qonaq getmişlər. Bu dəfə də Taleh və arvadı Elnurə evlərindən oğurluq olması barədə bir söz deməmişlər. 29 oktyabr 2021-ci il tarixdə Bakıda yaşayan bacısı qızının nişan mərasiminə Bakı şəhərinə getməyi qərarlaşdırmışlar. Bu zaman o, oğurladığı qızıl-zinət əşyalarını satmaq üçün sandığı da özü ilə götürmüşdür. Həmin gün Bakı şəhərinə yola düşmüş və yolun xatırlamadığı yerində oğurladığı qızıl-zinət əşyalarını sandıqdan götürüb çantasına qoymuşdur. Sandığı isə həmin yerə tullamışdır. Bacısı Brilyantın evinə çatdıqda isə oğurladığı 1 ədəd üç çıxıntısı olan qızıl qadın üzüyünü və 1 ədəd qızıl qadın üzüyünü saxlaması üçün bacısına vermişdir. Bacısına qızılların özünə məxsus olduğunu bildirmişdir. Həmin gün bacısı ilə Maştağa qəsəbəsindəki bazarına getmişlər. O, oğurladığı qızıl-zinət əşyalarını satıb pul əldə etmək istəmiş, bu məqsədlə bacısından aralaşmışdır. Üzərində “Yaqut” qızıl mağazası sözləri olan mağazaya daxil olmuş, orada adını sonradan bildiyi İlqar adlı satıcıya özünə məxsus 9 ədəd qızıl üzüyü, 3 ədəd qızıl bilərziyi, 1 ədəd qızıl boyunbağısı, 1 cüt qızıl sırğanı satmaq istədiyini bildirmişdir. Satıcı həmin qızıl-zinət əşyalarının kimə məxsus olduğunu və hansı səbəbdən satmaq istədiyini soruşduqda qızıl-zinət əşyalarının özünə məxsus olduğunu və anasının xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Satıcı qızıl-zinət əşyalarını yoxlamış və tərəzidə çəkərək çəkisini müəyən etmişdir. Satıcı qızıl-zinət əşyalarının çəkisindən qaşın çəkisini təqribi olaraq çıxmış, qalan qızılı isə qiymətləndirib ona 3640 manat pul vermişdir. Alqı-satqı barədə qəbz tərtib edilmiş, o və satıcı həmin qəbzə imza etmişlər. O, həmin mağazadan özünə 350 manat dəyərində qızıl sırğa almışdır. Mağazasından çıxmış və bacısını taparaq birlikdə evə gəlmişlər. Bacısına verdiyi 2 ədəd üzüyü ondan almış və 31 oktyabr 2021-ci il tarixdə əri ilə İsmayıllıya qayıtmışlar. 5 noyabr 2021-ci il tarixdə səhər tezdən polis əməkdaşları Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarının oğurlanmasında onun şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, törətdiyi cinayət əməlini etiraf etmişdir. Qızılları satmaqla əldə etdiyi pulu anasının müalicəsinə xərcləmişdir. Onun oğurluq etməsindən ərinin, övladlarının və bacısının xəbəri olmamış, habelə qızıl-zinət əşyalarını satdığı İlqar adlı şəxsə həmin əşyaların oğurluq olduğunu deməmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəmişdir. maddi imkanı olmadığından vurulmuş ziyanı tam olaraq ödəyə bilmir. Ona həbslə bağlı olmayan cəza veriləcəyi təqdirdə işləyərək vurduğu ziyanı ödəməyi öhdəsinə götürür. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Himayəsində azyaşlı uşağı vardır. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Göytəpə kəndində yaşayır. Ona və arvadı Elnurəyə məxsus 8 ədəd qızıl qadın üzüyü, 3 ədəd qızıl kişi üzüyü, 1 cüt qızıl qadın sırğası, 2 ədəd qızıl uşaq bilərziyi, 1 ədəd qızıl kişi bilərziyi, həmçinin 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl bilərzikdən ibarət arvadına məxsus qızıl komplekti, 300 manat pulu balaca dəmir sandığın içərisində yataq otağındaki paltar şkafının yuxarı hissəsində saxlamışlar. 12 oktyabr 2021-ci il tarixdə o və arvadı ilə birlkidə evə nəzər yetirdikdə həmin sandığın yerində olmasını görmüşlər. 1 noyabr 2021-ci il tarixdə səhər tezdən sandığa pul qoymaq istədikdə isə sandığın yerində olmadığını görmüşlər. Birlikdə yaşadıqları atası və anasından sandığı görüb-görmədiklərini soruşduqda onlar sandığı görmədiklərini bildirmişlər. 4 noyabr 2021-ci il tarixə qədər evinə gələn qohum əqrəbasına sandığın evdən oğurlandığını bildirsələr də heç bir məlumat əldə edə bilməmişlər. 4 noyabr 2021-ci il tarixdə arvadı ilə birlikdə polis şöbəsinə gələrək oğurluq barədə ərizə vermiş və yaşadığı evdən 1 ədəd üzərində 20x15 sm ölçüdə 1 ədəd dəmir sandığın və onun içərisində olan bir ədəd kiçik brilyant qaşlı 5 qram çəkidə 583 əyarlı, türk istehsallı 700 manat dəyərində kişi nişan üzüyü, 1 ədəd üzərində bir kiçik brilyant qaşlı 5 qram çəkidə 583 əyarlı, türk istehsallı 750 manat dəyərində qızıl qadın nişan üzüyü, 1 ədəd 3 qram çəkidə 585 əyarlı adi qaşlı türk istehsallı 250 manat dəyərində qızıl kişi üzüyü, 1 ədəd 3 qram çəkidə 585 əyarlı adi qaşlı türk istehsallı 250 manat dəyərində qızıl kişi üzüyü, 1 ədəd 4 qram çəkidə 583 əyarlı qaşsız rus istehsallı yumru çıxıntısı olan hər iki tərəfə qolları olan 300 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 4 qram çəkidə 585 əyarlı rus istehsallı paxlava şəkilli 300 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 4 qram çəkidə 585 əyarlı rus istehsallı adi tək qaşlı 300 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 4 qram çəkidə 585 əyarlı rus istehsallı çıxıntılı 300 manat dəyərində çıxıntılı qaşsız qızıl qadın üzüyü, 1 ədəd 4 qram çəkidə 585 əyarlı rus istehsallı 300 manat dəyərində adi tək qaşlı qızıl qadın üzüyü, 1 cüt cəmi 5 qram çəkidə 583 əyarlı əl işləməli 700 manat dəyərində ayparaçəkilli qızıl qadın sırğası, 1 ədəd 3 qram çəkidə 583 əyarlı əl işləməli 300 manat dəyərində qızıl uşaq bilərziyi, 1 ədəd 5 qram çəkidə 583 əyarlı türk istehsallı 800 manat dəyərində qızıl kişi bilərziyi, 1 ədəd 5 qram çəkidə bilərzik və 1 ədəd 11 qram çəkidə boyunbağı dəstindən ibarət ümumilikdə 16 qram çəkidə 583 əyarlı əl işləməli adi qaşlı 1800 manat dəyərində qızıl qadın dəsti, 300 manat nəğd pul oğurlandığını, ümumilikdə ona 8995 (səkkiz min doqquz yüz doxsan beş) manat maddi ziyan dəydiyini bildirmişdir. 05 noyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində evindən qızıl-zinət əşyalarının və pulun bibisi oğlu Seymurun arvadı Zümrüd tərəfindən oğurlandığı müəyyən edilmişdir. İbtidai istintaqın gedişində ona vurulmuş ziyanın 1415 manat hissəsi, məhkəmə istintaqı zamanı isə 1000 manat olmaqla ona ümumilikdə 2415 manat ödənilmiş, qalan hissə isə ödənilməmişdir. Zümrüd ona həbslə bağlı olmayan cəza veriləcəyi təqdirdə işləyərək vurulmuş ziyanı ödəməyi öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs qadın olmasının nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Bacısı İsmayıllı rayonun Qalınçaq kəndində, özü isə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayır. 31.10.2021-ci il tarixdə qızının nişan mərasimi keçiriləcəyi üçün bacısı Zümrüdü və ailə üzvlərini həmin məclisə dəvət etmişdir. 29.10.2021-ci il tarixdə Zümrüd onlara gəlmişdir. Evdə olduqları zaman Zümrüd ona 2 ədəd qadın üzüyünü verib özünə məxsus olduğunu, itirə biləcəyini deyərək evdə saxlamağını xahiş etmişdir. Həmin gün Zümrüdlə birlikdə nişan üçün alış-veriş etməyə Maştağa qəsəbəsindəki bazara getmişlər. Zümrüd ona qızıllara baxacağını bildirərək oradakı üzərində “Yaqut qızıl” mağazası sözləri yazılmış mağazaya daxil olmuşdur. Təxminən 30 dəqiqə ərzində o alışverişini etmiş, Zümrüd də qızıl-mağazasından çıxaraq birlikdə Nardarana qayıtmışlar. 31 oktyabr 2021-ci il tarixdə Nardaran qəsəbəsində yaşadığı evin həyətində qızının nişan mərasimi keçirilmiş, Zümrüd ona İsmayıllı rayonuna gedəcəyini bildirib ona məxsus qızıl üzükləri özünə verməyini xahiş etmişdir. O, Zümrüdün saxlamaq üçün ona verdiyi 2 ədəd üzüyü özünə qaytarmışdır. 01.11.2021-ci il tarixdə Zümrüd və ailə üzvləri İsmayıllı rayonuna qayıtmışlar. Üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməmiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Maştağa qəsəbəsində yerləşən “Yaqut qızıl” mağazasında satıcı işləyir. 29.10.2021-ci il tarixdə saat 15 radələrində tanımadığı orta yaşlı qadın qızıl mağazasına gələrək özünə məxsus qızılları anasının xəstəliyi ilə əlaqədar satmaq istədiyini bildirmişdir. Həmin qadından şəxsiyyət vəsiqəsini tələb etmiş və onun Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Zümrüd əlində olan qara çantasından 583/585 əyarlı 9 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı, 3 ədəd qızıl bilərzik və 1 cüt qızıl sırğa nı göstərrmiş, qızıllar tərəzidə çəkərək çəkisini müəyyən etmişdir. Zümrüdlə qızılları 3640 manata razılaşmış və Zümrüdə həmin məbləğdə pul vermişdir. Zümrüdün şəxsiyyət vəsiqəsi ilə satdığı qızıl-zinət əşyalarının fotoşəklini çəkmiş və alqı-satqı aktı tərtib etmişdir. Bundan sonra Zümrüd vitrində olan üzüklərə baxıb 1 cüt qızıl sırğadan xoşunun gəldiyini bildirmiş və həmin sırğanı 350 manata Zümrüdə satmışdr. Zümrüdün ona satdığı qızıl-zinət əşyalarını oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Komleks məhkəmə fiziki-kimyəvi, məhkəmə əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2021-ci il tarixli 6/5608-9/9387 nömrəli rəyindən görünür ki, 1 ədəd 4,46 qram kütləli, üzərində üç ədəd kürə formalı element olan, kürə formalı elementlərdən birinin alt tərəfində “585” damğası həkk edilmiş sarı rəngli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır, qiyməti 379 manat, 1 ədəd 2,40 qram kütləli, üzərində 1 ədəd yaşıl rəngli, 8 ədəd rəngsiz, şəffaf qaş olan, halqasının üzərində “585” damğası həkk edilmiş, qırmızımtıl-sarı rəngli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Üzərində olan qaşlardan 1 ədəd rəngsiz, şəffaf qaş qiymətli daşlara aiddir, brilyantdır. 1 ədəd yaşıl rəngli və 7 ədəd rəngsiz, şəffaf qaş isə qiymətli qaşlara aid deyildir. 1 ədəd brilyant qaşın ölçüsü təxminən 0,0007 karat olmaqla 3/4 keyfiyyətlidir, qiyməti 220 manatdır. 13,35 qram kütləli, kəndir toxunuşlu, qırıq vəziyyətdə olan, kilidsiz, qırmızımtıl-sarı rəngli boyunbağı 583/585 əyarlı qızıldan hazırlanmışdır, qiyməti 734 manatdır, 1 ədəd 1,49 qram kütləli, bismark toxunuşlu, qulaqcığında “585” damğası olan qırmızımtıl sarı rəngli məmulat hissəsi (boyunbağı və ya qolbaq hissəsi) 583/585 əyarlı qızıldan hazırlanmışdır, qiyməti 82 manatdır. Ekspert tərəfindən nəzəri qaydada qiymətləndirilmiş 1 ədəd 3 qram çəkidə 585 əyarlı adi qaşlı türk istehsallı kişi üzüyünün qiyməti 255 manatdır, 1 ədəd 3 qram çəkidə 585 əyarlı adi qaşlı türk istehsallı qızıl kişi üzüyünün qiyməti 255 manatdır, 1 ədəd 4 qram çəkidə 583 əyarlı qaşsız rus istehsallı yumru çıxıntısı olan hər iki tərəfə qolları olan qızıl qadın üzüyünün qiyməti 340 manatdır, 1 ədəd 4 qram çəkidə 585 əyarlı rus istehsallı paxlava şəkilli qızıl qadın üzüyünün qiyməti 340 manatdır, 1 ədəd 4 qram çəkidə 585 əyarlı rus istehsallı adi tək qaşlı qızıl qadın üzüyünün qiyməti 340 manatdır, 1 ədəd 4 qram çəkidə 585 əyarlı rus istehsallı çıxıntılı qaşsız qızıl qadın üzüyünün qiyməti 340 manatdır, 1 ədəd 4 qram çəkidə 585 əyarlı rus istehsallı adi tək qaşlı qızıl qadın üzüyünün qiyməti 340 manatdır, 1 ədəd 5 qram çəkidə 583 əyarlı əl işləməli qızıl qadın sırğasının qiyməti 425 manatdır, 1 ədəd 3 qram çəkidə 583 əyarlı əl işləməli qızıl uşaq bilərziyinin qiyməti 255 manatdır, 1 ədəd 5 qram çəkidə 583 əyarlı türk istehsallı qızıl kişi bilərziyinin qiyməti 425 manatdır, 1 ədəd 5 qram çəkidə bilərzik və 1 ədəd 11 qram çəkidə boyunbağı dəstindən ibarət ümumilikdə 16 qram çəkidə 583 əyarlı türk istehsallı adi qaşlı qızıl qadın dəstinin qiyməti 1360 manatdır. Ekspertiza tədqiqatnına təqdim edilən qızıl-zinət əşyalarının 2021-ci ilin oktyabr ayına olan orta bazar qiymət ilə ümumi dəyəri təxminən 1415 manat müəyyən edilir. 11 adda qızıl-zinət əşyalarının 2021-ci ilin oktyabr ayına olan orta bazar qiymət ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4675 manat müəyyən edilir. Digər 3 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, qaşlarının keyfiyyəti, ölçüləri və s) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır) Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 4 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Göytəpə kəndində Zərərçəkmiş şəxs məxsus evdən necə oğurluq etdiyini əyani olaraq göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurluq hadisəsinin baş verdiyi ev İsmayıllı rayonu Göytəpə kəndində yerləşir. “Təqdim etmə, baxış keçirmə və götürmə barədə” 05 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı qızıl-zinət əşyalarından 1 ədəd 4,46 qram çəkidə 583/585 əyarlı üzərində 3 ədəd kürə formalı çıxıntısı olan qızıl qadın üzüyünü, 1 ədəd 2,40 qram çəkidə 583/585 əyarlı üzərində 1 ədəd yaşıl rəngli, 8 ədəd rəngsiz qaş olan, qaşlardan 1 ədədi 0,007 karat brilyant olan qızıl qadın üzüyünü, 1 ədəd 13,35 qram çəkidə 583/585 əyarlı qırıq vəziyyətdə olan qızıl qadın boyunbağısını, 1 ədəd 1,49 qram çəkidə 583/585 əyarlı qızıl uşaq bilərziyini təqdim etmiş, həmin əşyalar götürülərək bu barədə protokol tərtib edilmiş və fotoşəkilləri çəkilmişdir. İsmayıllı rayon X2 X3 Poliklinika şöbəsindən alınmış 08 dekabr 2021-ci il tarixli 268 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın Konsultativ Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur. 16 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Şahid2 təqdim ediyi A4 formatlı kağız sənədindən görünür ki, həmin kağız üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, 9 ədəd qadın üzüyü, 1 ədəd kişi bilərziyi, 1 ədəd uşaq bilərziyi, 1 ədəd boyunbağı və 1 ədəd bilərzik, 1 cüt sırğanın fotoşəkli vardır. Fotoşəkildə olan qəbzə baxış keçirdikdə müəyyən edilir ki, İsmayıllı rayon sakini, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən 29.10.2021-ci il tarixdə mağazaya 14 sayda üzük, sep, bilərzik, sırğadan ibarət 65 qram çəkidə 583/585 əyarlı qızıl-zinət əşyaları satılmış, mağaza sahibi tərəfindən qızılların alışına görə Təqsirləndirilən şəxs 3640 manat pul verilmişdir. Qızılın alqı-satqısı qəbzindən görünür ki, qəbzin üzərində “təhvil verilən qızl əşya öz malımdır, satdığım mal mübahisəli deyil, hüquq-mühafizə orqanları tərəfindən həbs qoyulmayıb. Qeyd edilən şərtlər pozulduğu halda bütünb cavabdehlik təhvil verənin öz üzərinə düşür və bundan heç bir şəxs məsuliyyət daşımır. Mal özümə məxsusdur, özüm satıram, oğurluq deyil, cavabdehəm” sözləri yazılmışdır. Qəbz təhvil verən tərəfindən imzalanmışdır. 08 dekabr 2021-ci il tarixli 494 və 494/1 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Qalınçaq kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, əri X1, 2004 və 2005-ci il təvəllüdlü uşaqları Samir, Könül və 20 may 2008-ci il təvəllüdlü Şamildən ibarətdir, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Müstəntiqinin 05 noyabr 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 05 noyabr 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixdə saat 17:40-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 06 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 17:05-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında 15 fevral 2022-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə 1 ədəd 4,46 qram çəkidə 583/585 əyarlı üzərində 3 ədəd kürə formalı çıxıntısı olan qızıl qadın üzüyü, 1 ədəd 2,40 qram çəkidə 583/585 əyarlı üzərində 1 ədəd yaşıl rəngli, 8 ədəd rəngsiz qaş olan, qaşlardan 1 ədədi 0,007 karat brilyant olan qızıl qadın üzüyü, 1 ədəd 13,35 qram çəkidə 583/585 əyarlı qırıq vəziyyətdə olan qızıl qadın boyunbağısı, 1 ədəd 1,49 qram çəkidə 583/585 əyarlı qızıl uşaq bilərziyi maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, cinayət nəticəsində dəymiş ziyanı qismən ödənilməsini həmin Məcəllənin 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Onun 05 noyabr 2021-ci il tarixdən 06 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 01 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilən аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qalınçaq kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd 4,46 qram çəkidə 583/585 əyarlı üzərində 3 ədəd kürə formalı çıxıntısı olan qızıl qadın üzüyü, 1 ədəd 2,40 qram çəkidə 583/585 əyarlı üzərində 1 ədəd yaşıl rəngli, 8 ədəd rəngsiz qaş olan, qaşlardan 1 ədədi 0,007 karat brilyant olan qızıl qadın üzüyü, 1 ədəd 13,35 qram çəkidə 583/585 əyarlı qırıq vəziyyətdə olan qızıl qadın boyunbağısı, 1 ədəd 1,49 qram çəkidə 583/585 əyarlı qızıl uşaq bilərziyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixdən 06 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 01 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01(bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qalınçaq kəndindəki evi tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət qeydiyyatda olduğu yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 1 ədəd 4,46 qram çəkidə 583/585 əyarlı üzərində 3 ədəd kürə formalı çıxıntısı olan qızıl qadın üzüyü, 1 ədəd 2,40 qram çəkidə 583/585 əyarlı üzərində 1 ədəd yaşıl rəngli, 8 ədəd rəngsiz qaş olan, qaşlardan 1 ədədi 0,007 karat brilyant olan qızıl qadın üzüyü, 1 ədəd 13,35 qram çəkidə 583/585 əyarlı qırıq vəziyyətdə olan qızıl qadın boyunbağısı, 1 ədəd 1,49 qram çəkidə 583/585 əyarlı qızıl uşaq bilərziyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar