Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-23/2024 16.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 16 may 2024-cü il tarixdə saat 12:02-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1978-ci ildə İsmayıllı rayonun Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, İsmayıllı rayonunun Lahıc qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 15 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində İsmayıllı rayonunun Ərəgit kəndinin ərazisində yerləşən Zərərçəkmiş şəxs Səmid oğlunun icarə əsasında işlətdiyi adsız kafeyə yaxınlaşmış, kafenin giriş qapısının bağlı olmasını müəyyən edərək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra saxlanc yeri hesab olunan həmin kafenin sağ tərəfində yerləşən pəncərənin şüşəsini fiziki güc tətbiq edib sındıraraq əlini içəri salıb pəncərənin cəftəsini açmış, sonra isə həmin pəncərənin çərçivəsini tam şəkildə çıxardıb yerə qoyaraq həmin yerdən saxlanc yeri hesab olunan kafeyə keçməklə qanunsuz daxil olub oradan 1 ədəd gümüşü rəngli, latun materialından hazırlanmış, 5 litr həcmi olan, orta istismar müddətli, dəyəri 140 manat təşkil edən samovarı və hər birinin dəyəri 2 manat 20 qəpik təşkil edən 5 qutu istifadə olunmamış “Argo” markalı siqaretləri götürərək özü ilə aparmaqla qəsdən gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 151 (yüz əlli bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər də oğurluq hadisəsi ilə əlaqədar məhkumluğu olmuş, 30 avqust 2023-cü il tarixdə azadlığa buraxılmışdır. Yaşadığı qəsəbədə fəhləlik etmişdir. 15 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində qoz yığmaq məqsədilə yaşadığı evdən çıxıb Lahıc qəsəbəsindən aralaşmış və yol kənarı ilə İsmayıllı şəhəri istiqamətində hərəkət etmişdir. Bir qədər ətrafı gəzsə də qoz tapa bilməmiş və evə geri qayıtmaq qərarına gəlmişdir. Geri qayıdan zaman yaşadığı qəsəbəyə çatmağa az qalmış, yolun kənarında qapısı bağlı olan bir kafe görmüşdür. Kafe yolun kənarında yerləşmiş, tək laylı seyf qapısı, öndə və sağ tərəfində pəncərələri olmuşdur. Həmin kafenin kimə məxsus olmasını və ya kimin işlətdiyini bilməmişdir. O, həmin kafeyə oğurluğa girmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra kafenin sağ tərəfinə keçmiş, yumruq zərbəsi ilə kafenin pəncərəsinin şüşəsini sındırmış, daha sonra əlini içəri tərəfə salıb pəncərəni açmış, ardınca içəri rahat girmək üçün pəncərəni aralamaq istəyən zaman pəncərənin şüşə olan çərçivəsi yerindən çıxmışdır. Çərçivəni yerə qoyduqdan sonra o, pəncərədən içəri daxil olmuşdur. Kafe içərisində yataq olan balaca otaq və mətbəxdən ibarət olmuşdur. Otaqda ətrafa baxan zaman sarı rəngli sellofan paketin içərisində siqaret qutularının olduğunu görmüş və həmin siqaret qutularından 5 qutu “Argo” markalı siqaretini götürüb cibinə qoymuşdur. Daha sonra isə mətbəxə daxil olmuş, orada mətbəx ləvazimatları və iki ədəd samovar olmuşdur. O, mətbəxdən kisə götürüb 1 ədəd 5 litrlik latun materialından olan samovarı və 4 qutu siqareti həmin kisənin içərisinə qoymuş, bir qutu Argo markalı siqareti isə açmış və çəkməyə başlamışdır. Daha sonra elə həmin pəncərədən çölə çıxmış və piyada yaşadığı evə tərəf getməyə başlamışdır. Lahıc qəsəbəsinin girişində, qəsəbə sakini kimi tanıdığı Şahid qarşısına çıxmış, əlindəki kisədə samovar olduğunu anlayıb, onu haradan aldığını soruşmuşdur. O, oğurluq etdiyini etiraf etməmiş və samovarı başqa yerdən aldığını demişdir. Lakin Cəmil, həmin samovarı Elşənin işlətdiyi kafedən oğurladığını demiş və samovarı ondan tələb etmişdir. O, Cəmilin artıq hadisədən xəbərdar olduğunu başa düşmüş və oğurladığı 1 ədəd samovar və 4 qutu siqaret olan kisəni Cəmilə vermişdir. Ardınca həmin yerdən uzaqlaşıb yaşadığı evə getmişdir. Elə həmin günü o, yaşadığı evdə olarkən polis əməkdaşları gəlib onu İsmayıllı RPŞ-nə dəvət etmişlər. O, bundan başqa heç bir yerdən oğurluq etməmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmiş, onunla barışıq əldə etmişdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, bir müddət İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən kafeni icarəyə götürərək işlətmişdir. Kafe bir mərtəbəli və bir otaqlı tikilidir, ətrafında isə söhbətgahları var. Tikilinin tək laylı seyf qapısı, ön və sağ tərəfində isə pəncərələri vardır. Tikilinin içərisində olan yataq, mətbəx ləvazimatları və digər əşyalar hamısı özünə məxsusdur. Bəzən şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə gedən zaman kafenin açarını nəzarət etmək məqsədilə həmkəndlisi Şahid vermişdir. Cəmil həm kafedən su aparmaq, həm də nəzarət etmək üçün kafeyə gəlib getmişdir. 15 oktyabr 2023-cü il tarixdə səhər saatlarında o, şəxsi işi ilə əlaqədar Bakı şəhərinə getmiş və kafeni bağlayıb açarını Cəmilə vermişdir. Həmin günü saat 14 radələrində Cəmil ona zəng edərək, kiminsə kafedən oğurluq etdiyini, şübhələndiyi şəxs olduğunu və həmin şəxsin arxasınca getdiyini bildirmişdir. Daha sonra Cəmil ona zəng edərək Lahıc qəsəbə sakini Təqsirləndirilən şəxs əlində kisə ilə kafedən 100 metr irəlidə piyada getdiyini, qəsəbənin girişində Mahiri yaxaladığını demişdir. Cəmil Mahirin əlindəki kisənin içində samovar olduğunu görmüş və samovarı haradan aldığını soruşmuşdur. Mahir Cəmilə yalan deyərək guya samovarı başqa yerdən pulu ilə aldığını demişdir. Cəmil isə Mahirin həmin samovarı kafedən oğurladığını bildiyi üçün bu barədə İsmayıllı RPŞ-nin İB-nın müstəntiqi Cəlal Abdullayevə zəng edərək məlumat vermişdir. Daha sonra Mahir, Cəmilin polisə məlumat verdiyini görüb, içində 1 ədəd samovar və 4 qutu “Arqo” markalı siqaret olan kisəni Cəmilin yanında qoyaraq həmin yerdən getmişdir. Az müddət sonra həmin yerə polis əməkdaşları gəlib, kafeyə baxış keçirərək Mahirin oğurladığı 1 ədəd samovar və 5 qutu Arqo markalı siqaret qutularını götürmüşlər. Özü isə növbəti gün kafeyə getmiş, kafeyə baxan zaman, Mahirin kafenin sağ tərəfində olan ağ rəngli, tək laylı plastik pəncərənin şüşəsini və layını sındıraraq kafeyə daxil olduğunu, kafeyə pəncərədən daxil olan zaman oradakı qaynaq aparatını əzərək zədələdiyini, sonra isə kafedən bir ədəd 250 manat dəyərində samovarı və 13 manat dəyərində 5 qutu “Agro” siqaretini oğurladığını aşkar etmişdir. Sonradan Mahir kafenin pəncərəsini və qaynaq aparatını düzəltmişdir. Eləcə də ona məxsus 1 ədəd samovar və 5 ədəd Arqo markalı siqaret özünə qaytarılmışdır. Onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Ona dəymiş ziyanın tam şəkildə ödənilmiş, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid ifadə verərək göstərdi ki, tanışı Zərərçəkmiş şəxs hazırda İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən, Əli Mahmudova məxsus kafeni icarəyə götürərək işlətmişdir. Kafe bir ədəd yataq və mətbəxdən ibarət tikilidən və söhbətgahlardan ibarətdir. Tikilinin tək laylı seyf qapısı, ön və sağ tərəfində pəncərələri vardır. Bəzən Elşən şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə gedərkən kafenin açarını nəzarət etmək məqsədilə ona vermişdir. Özü isə həmin kafenin yaxınlığında yerləşən mağazada çalışmışdır. Elşən olmayanda həm kafedən su aparmaq, həm də nəzarət etmək üçün kafeyə gəlib getmişdir. 15 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Elşən Bakı şəhərinə getmiş və bundan qabaq kafeni bağlayıb açarını ona vermişdir. Həmin günü saat 14 radələrində o, həm su gətirmək həm də, kafeyə nəzarət etmək məqsədilə kafeyə getmişdir. Kafeyə çatdıqda kafenin sağ tərəfində olan pəncərənin sındırıldığını görmüşdür. Tez kafeni açmış və içəri baxan zaman kafedə olan 1 ədəd gümüşü rəngli 5 litr su tutan latun materialından olan samovarın yerində olmadığını və içərisində siqaret qutuları olan sellofanın yerindən götürüldüyünü, içindəki siqaretlərin isə əskik olduğunu görmüşdür. Tez kafedən çıxıb yola baxmış, təxminən 100-120 metr irəlidə bir nəfər şəxsin əlində kisə Lahıc qəsəbəsi istiqamətində getdiyini görmüşdür. Tez Elşənə zəng edərək kafedən oğurluq olduğunu demiş, daha sonra yoldan keçən bir avtomobili saxladaraq onu Lahıc qəsəbəsinə aparmasını xahiş etmişdir. O, Lahıc qəsəbəsinin girişində avtomobildən düşmüş və qəsəbənin girişində həmin şəxsin gəlməsini gözləmişdir. Hə\min şəxs ora çatdıqda onun həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Mahirin əlindəki kisənin içində samovar olduğunu görmüş və Mahirdən həmin samovarı haradan əldə etdiyini soruşmuşdur. Mahir birinci ona yalan danışaraq guya samovarı başqa yerdən pulla aldığını demiş, o isə Mahirə inanmayaraq İsmayıllı RPŞ-nə zəng edərək məlumat vermişdir. Onun polisə zəng etdiyini görən Mahir kisəni yerə qoymuş və həmin yerdən uzaqlaşmışdır. Kisəni götürdükdə içərisində samovardan başqa 4 qutu “Agro” siqaret olduğunu görmüşdür. Daha sonra Mahirdən götürdüyü həmin əşyaları kafeyə gətirmişdir. Polis əməkdaşları gəldikdən sonra kafeyə baxış keçirərək içərisində 1 ədəd samovar və siqaret qutuları olan kisəni qablaşdırıb götürmüşlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri İsmayıllı rayonunun Ərəgit kəndi ərazisində yerləşən bir mərtəbəli, bir otaqdan ibarət kafe binasıdır. “Baxış keçirilmə və götürülmə aparılması haqqında” 15 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd samovar və 4 qutu “Arqo” markalı siqaret müvafiq qaydada götürülmüşdür. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 dekabr 2023-cü il tarixli 9/8301 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi: 1 ədəd 5 litr həcmli, gümüşü rəngli latun materialından hazırlanmış samovarın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq -140,00 manat, 5 qutu “Arqo” markalı qalın markalı siqaret – 11,00 (5 qutu X 2,20 manat) manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. “Maddi sübut kimi tanınma” barədə müstəntiqinin 23 dekabr 2023-cü il tarixli qərarından görünür ki, hadisə yerindən götürülmüş 1 ədəd samovar və oğurlanmış digər 4 qutu “Arqo” markalı siqaret maddi sübut kimi tanınmış, həmin əmlakların Zərərçəkmiş şəxs məsul saxlanca verilməsi nəzərə alınmışdır. İsmayıllı rayon X2 Hüquqi Şəxsindən alınmış 14 yanvar 2024-cü il tarixli PHŞ-6-47/2- 271/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsi tərəfindən verilmiş tələbnamədən və cinayət işinə əlavə edilmiş hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2010-cu ildə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28 dekabr 2015-ci il tarixli 1657 nömrəli Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamına əsasən əfv edilmiş və azadlığa buraxılmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə cəzanın çəkilməmiş hissəsi “8 Noyabr –Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4cü hissəsinə əsasən 6 ay azaldılmışdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. İsmayıllı RİHB-nin Lahıc qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli 418 və 419 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Lahıc qəsəbəsində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, əvvəllər məhkum olunmuşdur. Müstəntiqinin 02 mart 2024-cü il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il saat 14:46-da şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 04 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 04 mart 2024-cü il tarixdə saat 13:00-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün qismən təqsirli bilməsinə dair ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 15 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində İsmayıllı rayonunun Ərəgit kəndinin ərazisində yerləşən Zərərçəkmiş şəxs Səmid oğlunun icarə əsasında işlətdiyi adsız kafeyə yaxınlaşmış, kafenin giriş qapısının bağlı olmasını müəyyən edərək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra saxlanc yeri hesab olunan həmin kafenin sağ tərəfində yerləşən pəncərənin şüşəsini fiziki güc tətbiq edib sındıraraq əlini içəri salıb pəncərənin cəftəsini açmış, sonra isə həmin pəncərənin çərçivəsini tam şəkildə çıxardıb yerə qoyaraq həmin yerdən saxlanc yeri hesab olunan kafeyə keçməklə qanunsuz daxil olub oradan 1 ədəd gümüşü rəngli, latun materialından hazırlanmış, 5 litr həcmi olan, orta istismar müddətli, dəyəri 140 manat təşkil edən samovarı və hər birinin dəyəri 2 manat 20 qəpik təşkil edən 5 qutu istifadə olunmamış “Argo” markalı siqaretləri götürərək özü ilə aparmaqla qəsdən gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 151 (yüz əlli bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq əldə etməsini və vurulmuş ziyanı tam aradan qaldırmasını, eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2010-cu ildə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28 dekabr 2015-ci il tarixli 1657 nömrəli Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamına əsasən əfv edilmiş və azadlığa buraxılmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə cəzanın çəkilməmiş hissəsi “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən 6 ay azaldılmış, hazırda məhkumluğu ödənilməmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinin tələbinə əsasən onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdırılan halın mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 02 mart 2024-cü il saat 14:46-dan 04 mart 2024-cü il saat 13:00-adək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan 1 ədəd samovar və 4 qutu “Arqo” markalı siqaretin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza xərci ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ekspertiza xərci olan 50 (əlli) manat məbləği tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 02 mart 2024-cü il saat 14:46-dan 04 mart 2024-cü il saat 13:00-adək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş 2(iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan–16 may 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. İş üzrə maddi sübut olan 1 ədəd samovar və 4 qutu “Arqo” markalı siqaretin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına–büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-23/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-23/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver