Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-23/2025 03.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi - İsmayıllı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 müdafiəçisi - İsmayıllı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs, X1 iştirakı ilə 03 iyun 2025-ci il tarixdə saat 12:52-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxx 1998-ci ildə İsmayıllı rayonunun İvanovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 2000-ci ildə İsmayıllı rayonunun İvanovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1968-ci ildə İsmayıllı rayonunun İvanovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndliləri və tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, saat 00:00 radələrində Zərərçəkmiş şəxs İsmayıllı rayonunun İvanovka kəndində yerləşən yaşayış olmayan fərdi yaşayış ünvanına gəlib, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra qrupun üzvü Təqsirləndirilən şəxs3 saxlanc yeri hesab olunan yaşayış evinin dəmir hasarının üzərindən tullanıb qanunsuz olaraq həmin evin həyətinə keçməklə daxil olub əvvəlcə evin darvazasını açmaqla qrupun digər üzvlərinin həyətə daxil olmalarına şərait yaratmış, bundan sonra o, fərdi yaşayış evinin ağ rəngli plastikdən olan çöl giriş qapısını dəmir parçasından istifadə etməklə fiziki güc tətbiq edib açaraq, qrupun digər üzvlərinin saxlanc yeri hesab olunan evə qanunsuz daxil olmalarına şərait yaratmış, bundan sonra o və qrupun digər üzvləri qanunsuz olaraq saxlanc yeri hesab olunan yaşayış evinin mətbəxinə daxil olub oradan 1 ədəd ağ rəngli “Ariston” markalı 100 manat dəyərində su qızdırıcısını, 1 ədəd “Wolf” markalı ağ rəngli 40 manat dəyərində elektrik samovarını, 1 ədədinin qiyməti 10 manat olmaqla 3 ədəd boz rəngli 30 manat dəyərində podnosları, evin şüşəbəndindən 1 ədədi 10 manat dəyərində olmaqla 2 ədəd cəmi 20 manat dəyərində gecə lampalarını, 1 ədəd “Sharegh toos” markalı qara rəngli 120 manat dəyərində qazla işləyən sobanı götürməklə, daha sonra qanunsuz olaraq saxlanc yeri hesab olunan evin zirzəmisinə daxil olub oradan 1 qutusunda 9 ədəd olmaqla 1 kvadratmetr yeri əhatə edən cəmi 2 qutu boz rəngli, ümumilikdə 40 manat dəyərində kafelləri, 1 ədəd göy rəngli “Xarkov” markalı 50 manat dəyərində su motorunu götürməklə, sonra isə qanunsuz olaraq saxlanc yeri hesab olunan evin əşya qarajına daxil olub oradan 1 ədəd “Termet” markalı boz rəngli 70 manat dəyərində su qızdırıcısını götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndliləri və tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, saat 00:00 radələrində Zərərçəkmiş şəxs İsmayıllı rayonunun İvanovka kəndində yerləşən yaşayış olmayan fərdi yaşayış ünvanına gəlib, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra qrupun üzvü Təqsirləndirilən şəxs3 saxlanc yeri hesab olunan yaşayış evinin dəmir hasarının üzərindən tullanıb qanunsuz olaraq həmin evin həyətinə keçməklə daxil olub əvvəlcə evin darvazasını açmaqla qrupun üzvlərinin həyətə daxil olmalarına şərait yaratmış, bundan sonra qrupun digər üzvü Təqsirləndirilən şəxs1 fərdi yaşayış evinin ağ rəngli plastikdən olan çöl giriş qapısını dəmir parçasından istifadə etməklə fiziki güc tətbiq edib açaraq, qrupun üzvlərinin saxlanc yeri hesab olunan evə qanunsuz daxil olmalarına şərait yaratmış, bundan sonra o və qrupun digər üzvləri qanunsuz olaraq saxlanc yeri hesab olunan yaşayış evinin mətbəxinə daxil olub oradan 1 ədəd ağ rəngli “Ariston” markalı 100 manat dəyərində su qızdırıcısını, 1 ədəd “Wolf” markalı ağ rəngli 40 manat dəyərində elektrik samovarını, 1 ədədinin qiyməti 10 manat olmaqla 3 ədəd boz rəngli 30 manat dəyərində podnosları, evin şüşəbəndindən 1 ədədi 10 manat dəyərində olmaqla 2 ədəd cəmi 20 manat dəyərində gecə lampalarını, 1 ədəd “Sharegh toos” markalı qara rəngli 120 manat dəyərində qazla işləyən sobanı götürməklə, daha sonra qanunsuz olaraq saxlanc yeri hesab olunan evin zirzəmisinə daxil olub oradan 1 qutusunda 9 ədəd olmaqla 1 kvadratmetr yeri əhatə edən cəmi 2 qutu boz rəngli, ümumilikdə 40 manat dəyərində kafelləri, 1 ədəd göy rəngli “Xarkov” markalı 50 manat dəyərində su motorunu götürməklə, sonra isə qanunsuz olaraq saxlanc yeri hesab olunan evin əşya qarajına daxil olub oradan 1 ədəd “Termet” markalı boz rəngli 70 manat dəyərində su qızdırıcısını götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndliləri və tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, saat 00:00 radələrində Zərərçəkmiş şəxs İsmayıllı rayonunun İvanovka kəndində yerləşən yaşayış olmayan fərdi yaşayış ünvanına gəlib, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra saxlanc yeri hesab olunan yaşayış evinin dəmir hasarının üzərindən tullanıb qanunsuz olaraq həmin evin həyətinə keçməklə daxil olub əvvəlcə evin darvazasını açmaqla qrupun digər üzvlərinin həyətə daxil olmalarına şərait yaratmış, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə fərdi yaşayış evinin ağ rəngli plastikdən olan çöl giriş qapısını dəmir parçasından istifadə etməklə fiziki güc tətbiq edib açaraq, qrupun digər üzvlərinin saxlanc yeri hesab olunan evə qanunsuz daxil olmalarına şərait yaratmış, bundan sonra o və qrupun digər üzvləri qanunsuz olaraq saxlanc yeri hesab olunan yaşayış evinin mətbəxinə daxil olub oradan 1 ədəd ağ rəngli “Ariston” markalı 100 manat dəyərində su qızdırıcısını, 1 ədəd “Wolf” markalı ağ rəngli 40 manat dəyərində elektrik samovarını, 1 ədədinin qiyməti 10 manat olmaqla 3 ədəd boz rəngli 30 manat dəyərində podnosları, evin şüşəbəndindən 1 ədədi 10 manat dəyərində olmaqla 2 ədəd cəmi 20 manat dəyərində gecə lampalarını, 1 ədəd “Sharegh toos” markalı qara rəngli 120 manat dəyərində qazla işləyən sobanı götürməklə, daha sonra qanunsuz olaraq saxlanc yeri hesab olunan evin zirzəmisinə daxil olub oradan 1 qutusunda 9 ədəd olmaqla 1 kvadratmetr yeri əhatə edən cəmi 2 qutu boz rəngli, ümumilikdə 40 manat dəyərində kafelləri, 1 ədəd göy rəngli “Xarkov” markalı 50 manat dəyərində su motorunu götürməklə, sonra isə qanunsuz olaraq saxlanc yeri hesab olunan evin əşya qarajına daxil olub oradan 1 ədəd “Termet” markalı boz rəngli 70 manat dəyərində su qızdırıcısını götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Qeyd edilən əməllərə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmçinin onun həmkəndliləri olmuş və onlarla da normal münasibətləri olmuşdur. 18 fevral 2024-cü il tarixdə saat 21 radələrində o, Andrey və Timofey Timofeyin evində yemək yeyərək spirtli içki qəbul etmişlər. Yemək zamanı Timofey demişdir ki, “Zərərçəkmiş şəxs 5 ildir ki, ona 150 manat pul borcludur. Hazırkı vaxta qədər borcunu verməmişdir. Gəlin gedək onun evindən oğurluq edək”. O və Andrey Timofeyin təklifi ilə razılaşmışlar. Üçü də saat 00 radələrində Vasiliyin evinin qarşısına piyada gedərək həyətin qabağına gəlmişlər. Timofey qapının sağında yerləşən dəmir hasarın üzərindən içəri tullanmışdır. Hasarın qabağında oturacaq olduğu üçün Timofey ilk olaraq oturacağın üzərinə çıxmış və ardınca da hasarın üstündən içəri tullanmışdır. Ardınca dəmir qapını Timofey açmış, ikisi də həyətə daxil olmuşlar. Bundan sonra evin giriş qapısına getmişlər. Qapının bağlı olduğunu görüb yerdən qapını açmaq üçün dəmir parçası tapmışdır. O, həmin təxminən 30 santimetr uzunluğundakı dəmir parçası ilə evin plastikdən olan giriş qapısını açmışdır. Ardınca üçü də evə daxil olmuşlar. Evdə mətbəxdən 1 ədəd ağ rəngli “Ariston” markalı su qızdırıcısını, 1 ədəd “Wolf” markalı ağ rəngli elektrik samovarını, 3 ədəd boz rəngli padnosları, daha sonra evin şüşəbəndindən 2 ədəd gecə lampalarını, 1 ədəd “Sharegh toos” markalı qara rəngli qazla işləyən sobanı, daha sonra evin zirzəmisindən isə 2 qutu boz rəngli kafelləri, 1 ədəd göy rəngli “Xarkov” markalı su motorunu götürüb bir bir həyət qapısının qabağına yığmışlar. Ən sonda isə üçü də evin qarajına gedib oradan 1 ədəd “Termet” markalı boz rəngli su qızdırıcısını götürüb həyətin qabağına gəlmişlər. Hər üçünün əlində fəhlə əlcəkləri olmuşdur. Bundan sonra oğurladıqları əşyaları Timofeyin yaşadığı ünvana, quraqlığın altına aparmışlar. Sonda isə Timofey gedib Vasiliyin həyətyanı sahəsinin qapılarını bağlayıb geri qayıtmışdır. Ardınca üçü oğurladıqları əşyaları Timofeyin həyətində yerləşən köhnə mətbəxə yığmışlar. 21 fevral 2024-cü il tarixdə gündüz saatlarında Timofeyin evində yatarkən polis əməkdaşları gəlib sözügedən hadisə ilə bağlı onu PŞ-nə dəvət etmişlər. O, Timofey və Andrey hər üçü İsmayıllı RPŞ-nə gələrək törətdikləri cinayət əməlini etiraf etmişlər. Oğurladıqları əmlaklar sahibinə təhvil verilmiş, Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. O, gəncdir, işləyərək ailəsinə qazanc gətirən şəxsdir. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs və digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onun həmkəndliləri olmaqla onlarla normal münasibəti olmuşdur. 18 fevral 2024-cü il tarixdə saat 21 radələrində o, Heydar və Timofey Timofeyin evində yemək yemiş və spirtli içki qəbul etmişlər. Yemək zamanı Timofey demişdir ki, “Zərərçəkmiş şəxs 5 ildir ki, ona 150 manat pul borcludur. Hazırkı vaxta qədər borcunu verməmişdir. Gəlin gedək onun evindən oğurluq edək”. O və Heydar Timofeyin təklifi ilə razılaşmışlar. Üçü də saat 00 radələrində Vladimirin evinin qarşısına piyada gedərək həyətin qabağına gəlmişlər. Timofey qapının sağında yerləşən dəmir hasarın üzərindən içəri tullanmışdır. Hasarın qabağında oturacaq olduğu üçün Timofey ilk olaraq oturacağın üzərinə çıxmış və ardınca da hasarın üstündən içəri tullanmışdır. Ardınca dəmir qapını Timofey açmış, ikisi də həyətə daxil olmuşlar. Bundan sonra evin giriş qapısına getmişlər. Qapının bağlı olduğunu görüb yerdən qapını açmaq üçün Heydar dəmir parçası tapmışdır. Heydar həmin dəmir parçası ilə evin plastikdən olan giriş qapısını açmışdır. Ardınca üçü də evə daxil olmuşlar. Evdə mətbəxdən 1 ədəd ağ rəngli “Ariston” markalı su qızdırıcısını, 1 ədəd “Wolf” markalı ağ rəngli elektrik samovarını, 3 ədəd boz rəngli padnosları, daha sonra evin şüşəbəndindən 2 ədəd gecə lampalarını, 1 ədəd “Sharegh toos” markalı qara rəngli qazla işləyən sobanı, daha sonra evin zirzəmisindən isə 2 qutu boz rəngli kafelləri, 1 ədəd göy rəngli “Xarkov” markalı su motorunu götürüb bir bir həyət qapısının qabağına yığmışlar. Ən sonda isə üçü də evin qarajına gedib oradan 1 ədəd “Termet” markalı boz rəngli su qızdırıcısını götürüb həyətin qabağına gəlmişlər. Hər üçünün əlində fəhlə əlcəkləri olmuşdur. Bundan sonra oğurladıqları əşyaları Timofeyin yaşadığı ünvana apararaq quraqlığın altına yığmışlar. Sonda isə Timofey gedib Vasiliyin həyətyanı sahəsinin qapılarını bağlayıb geri qayıtmışdır. 21 fevral 2024-cü il tarixdə gündüz saatlarında polis əməkdaşları yaşadığı evə gəlib sözügedən hadisə ilə bağlı onu PŞ-nə dəvət etmişlər. O, Timofey və Heydar hər üçü İsmayıllı RPŞ-nə gələrək törətdikləri cinayət əməlini etiraf etmişlər. Oğurladıqları əmlaklar sahibinə təhvil verilmiş, Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. O, gəncdir, işləyərək ailəsinə qazanc gətirən şəxsdir. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs və digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun həmkəndliləri olmaqla onlarla normal münasibəti olmuşdur. 18 fevral 2024-cü il tarixdə saat 21 radələrində o, Heydar və Andrey üçü onun evində yemək yemiş və spirtli içki qəbul etmişlər. Yemək zamanı o, demişdir ki, “Zərərçəkmiş şəxs 5 ildir ki, ona 150 manat pul borcludur. Hazırkı vaxta qədər borcunu verməmişdir. Gəlin gedək onun evindən oğurluq edək”. Heydar və Andrey onun təklifi ilə razılaşmışlar. Üçü də saat 00 radələrində Vasiliyin evinin qarşısına piyada gedərək həyətin qabağına gəlmişlər. O, qapının sağında yerləşən dəmir hasarın üzərindən içəri tullanmışdır. Hasarın qabağında oturacaq olduğu üçün o, ilk olaraq oturacağın üzərinə çıxmış və ardınca da hasarın üstündən içəri tullanmışdır. Ardınca dəmir qapını o, açmış, ikisi də həyətə daxil olmuşlar. Bundan sonra evin giriş qapısına getmişlər. Qapının bağlı olduğunu görüb yerdən qapını açmaq üçün Heydar dəmir parçası tapmışdır. Heydar həmin təxminən 30 santimetr uzunluğundakı dəmir parçası ilə evin plastikdən olan giriş qapısını açmışdır. Ardınca üçü də evə daxil olmuşlar. Evdə mətbəxdən 1 ədəd ağ rəngli “Ariston” markalı su qızdırıcısını, 1 ədəd “Wolf” markalı ağ rəngli elektrik samovarını, 3 ədəd boz rəngli padnosları, daha sonra evin şüşəbəndindən 2 ədəd gecə lampalarını, 1 ədəd “Sharegh toos” markalı qara rəngli qazla işləyən sobanı, daha sonra evin zirzəmisindən isə 2 qutu boz rəngli kafelləri, 1 ədəd göy rəngli “Xarkov” markalı su motorunu götürüb bir bir həyət qapısının qabağına yığmışlar. Ən sonda isə üçü də evin qarajına gedib oradan 1 ədəd “Termet” markalı boz rəngli su qızdırıcısını götürüb həyətin qabağına gəlmişlər. Hər üçünün əlində fəhlə əlcəkləri olmuşdur. Heydara və Andreyə həmin əlcəkləri o, vermişdir. Bundan sonra oğurladıqları əşyaları onun yaşadığı ünvana quraqlığın altına piyada aparmışlar. Sonda isə o, gedib Vasiliyin həyətyanı sahəsinin qapılarını bağlayıb geri qayıtmışdır. Ardınca üçü oğurladıqları əşyaları onun həyətində yerləşən köhnə mətbəxə yığmışlar. 21 fevral 2024cü il tarixdə gündüz saatlarında polis əməkdaşları onun yaşadığı ünvana gəlib sözügedən hadisə ilə bağlı bizi PŞ-nə dəvət etmişlər. Andrey, o və Heydar hər üçü törətdikləri cinayət əməlini etiraf etmişlər. Oğurladıqları əmlaklar sahibinə təhvil verilmiş, Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin kənddə yaşayır. Təsərrüfatla məşğul olmaqla dolanışığını təmin edir. Həmin kənddə atasından yadigar qalmış evi var, lakin həmin evdə yaşayış yoxdur. Yaşadığı ev həmin evlə qonşuluqda yerləşir. O, arabir həmin evə gedib baş çəkir. Sonuncu dəfə o, 17 fevral 2024-cü il tarixdə saat 10:00-da digər yaşayış olmayan evinə gələrək baxmış və həmin vaxtı hər şey qaydasında, bütün əşyalar yerində olmuşdur. 20 fevral 2024-cü il tarixdə həmin evə gəlib baxdıqda həyətə giriş qapısının yanında yerləşən dəmir hasarın üzərində və hasarın qarşısında yerləşən oturacağın üzərində palçıq görmüşdür. Bundan sonra həyətə daxil olmuş, həyətə daxil olub evə giriş qapısına baxdıqda isə giriş qapısının hər hansı küt alətlə basılıb açıldığını görmüş, o, bundan sonra həmin ünvandan oğurluq edildiyini başa düşmüş, eləcə də qapının yaxınlığında yerdə 1 ədəd təxminən 30 santimetr uzunluğunda və 2 santimetr qalınlığında olan dəmir parçasını görmüşdür. O, naməlum şəxs və ya şəxslər evə daxil olmaq üçün həmin dəmir parçasından isifadə etdiyini başa düşmüşdür. Ardınca evə girmiş və evi gəzərkən mətbəxdə 1 ədəd ağ rəngli “Ariston” markalı 200 manat dəyərində su qızdırıcısının, 1 ədəd “Wolf” markalı ağ rəngli 200 manat dəyərində elektrik samovarının, 1 ədədinin qiyməti 10 manat olmaqla 3 ədəd boz rəngli 30 manat dəyərində padnosların, daha sonra evin şüşəbəndində 1 ədədi 30 manat dəyərində olmaqla 2 ədəd cəmi 60 manat dəyərində gecə lampalarının, 1 ədəd “Sharegh toos” markalı qara rəngli 400 manat dəyərində qazla işləyən sobanın, daha sonra evin zirzəmisindən isə 1 qutusunda 9 ədəd olmaqla 1 kvadratmetr yeri əhatə edən cəmi isə 2 qutu boz rəngli iki qutu birlikdə 25 manat dəyərində kafellərin, 1 ədəd göy rəngli “Xarkov” markalı 150 manat dəyərində su motorunun, eləcə də evin əşya qarajından isə 1 ədəd “Termet” markalı boz rəngli 250 manat dəyərində su qızdırıcısının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. O, İsmayıllı RPŞ-yə gedərək bu barədə ərizə ilə müraciət etmiş, daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Araşdırma zamanı evindən oğurluq edən şəxslərin həmkəndliləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. İbidai istintaqın gedişində ona vurulmuş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər onunla barışıq etmişlər. Onun təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. 20 fevral 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmi protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurluq hadisəsinin baş verdiyi ev İsmayıllı rayonunun İvanovka kəndində yerləşir. 21 fevral 2024-cü il tarixli “Təqdim etmə, baxış keçirmə və götürmə” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun İvanovka kəndində yerləşən evdən oğurladığı və yaşadığı evin mətbəxində saxladığı 1 ədəd “Ariston” markalı su qızdırıcısını, 1 qutuda 9 ədəd kafel olmaqla 2 qutu boz rəngli kafelləri, 1 ədəd “Xarkov” markalı su motorunu, 2 ədəd gecə lampasını, 1 ədəd “Termet” markalı su qızdırıcısını, 1 ədəd “Wolf” markalı elektrik samovarını, 3 ədəd padnosları, 1 ədəd “Sharegh toos” markalı qazla işləyən sobanı təqdim etmiş, təqdim edilmiş əşyalar götürülərək bu barədə “Samsung” markalı smartfonla fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. 15 aprel 2024-cü il tarixli “Maddi sübutun təhvil verilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Nikolayeviçin təqdim etdiyi ərizə əsasında iş üzrə maddi sübut olan 1 ədəd ağ rəngli “Ariston” markalı su qızdırıcısı, 1 ədəd “Wolf” markalı ağ rəngli elektrik samovarı, 3 ədəd boz rəngli padnoslar, 2 ədəd gecə lampaları, 1 ədəd “Sharegh toos” markalı qara rəngli qazla işləyən soba, 1 qutusunda 9 ədəd olmaqla 1 kvadratmetr yeri əhatə edən, 2 qutu boz rəngli kafellər, 1 ədəd göy rəngli “Xarkov” markalı su motoru, 1 ədəd “Termet” markalı boz rəngli su qızdırıcısı saxlanmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 aprel 2024-cü il tarixli 9/1889nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 8 adda malların 2024cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 470,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir; 1 ədəd ağ rəngli “Ariston” markalı su qızdırıcı orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq qiyməti -100,00 manat; 1 ədəd “Wolf” markalı, ağ rəngli elektrik samovar orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq qiyməti -40,0 manat; 3 ədəd boz rəngli padnos orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq qiyməti - 30,0 manat; 2 ədəd gecə lampası orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq qiyməti - 20,0 manat; 1 ədəd “Sharegh toos” markalı, qara rəngli qazla işləyən soba orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq qiyməti - 120,0 manat; 2 qutu 1 kvadratmetr yeri əhatə edən boz rəngli kafelin qiyməti - 40,0 manat; 1 ədəd göy rəngli “Xarkov” markalı su motoru orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq qiyməti -50,00 manat; 1 ədəd “Termet” markalı, boz rəngli su qızdırıcısı orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq qiyməti -70,0 manat; Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Rezvanov X2 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 1 il 5 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Eyni məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 ay 23 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş edilmiş və sonuncu xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İvanovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 159, 160 və 161 nömrəli arayışlardan və xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həqiqətən İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatda olmaqla yaşayırlar, barələrində İsmayıllı RİHB-nin İvanovka kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı RMX-nin PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-47/2-694/24 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi- Əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdurlar. “Şübhəli şəxs qismində tutulma” barədə 22 fevral 2024-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 fevral 2024-cü il tarixdə saat 12:36-də şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxs qismində tutulma” barədə 22 fevral 2024-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 22 fevral 2024-cü il tarixdə saat 15:12-də şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxs qismində tutulma” barədə 22 fevral 2024-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 22 fevral 2024-cü il tarixdə saat 17:16-də şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin 24 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o həmin gün saat 11:40-da İsmayıllı RPŞ-nin MSY-dən azad edilmişdir. Müstəntiqin 24 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o həmin gün saat 14:10-da İsmayıllı RPŞ-nin MSY-dən azad edilmişdir. Müstəntiqin 24 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o həmin gün saat 16:50-də İsmayıllı RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırki cinayət işində bu hal mövcud deyildir. Dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, ailə vəziyyətlərini, həmçinin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmələrini, onunla barışıq əldə etmələrini, yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər eyni növ cinayət törətməyinə görə məhkum edilməsini onun şəxsiyyətini səciyyələndirən hal kimi qiymətləndirir və ona cəza təyin edilərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən halları, ailə vəziyyətlərini, cəzalarını yüngülləşdirən halları və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham edildikləri maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsi əsaslı və ədalətlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 22 fevral 2024-cü il saat 12:36-dan 24 fevral 2024-cü il saat 11:40-dək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin ediləcək аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu İvanovka kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. O cümlədən, Təqsirləndirilən şəxs2 22 fevral 2024-cü il saat 15:12-dən 24 fevral 2024-cü il saat 14:10-dək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin ediləcək аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu İvanovka kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. O cümlədən, Təqsirləndirilən şəxs3 22 fevral 2024-cü il saat 17:16-dan 24 fevral 2024-cü il saat 16:50-dək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin ediləcək аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu İvanovka kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 1 ədəd ağ rəngli “Ariston” markalı su qızdırıcısı, 1 ədəd “Wolf” markalı ağ rəngli elektrik samovarı, 3 ədəd boz rəngli padnoslar, 2 ədəd gecə lampaları, 1 ədəd “Sharegh toos” markalı qara rəngli qazla işləyən soba, 1 qutusunda 9 ədəd olmaqla 1 kvadratmetr yeri əhatə edən, 2 qutu boz rəngli kafellər, 1 ədəd göy rəngli “Xarkov” markalı su motoru, 1 ədəd “Termet” markalı boz rəngli su qızdırıcısının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 22 fevral 2024-cü il saat 12:36-dan 24 fevral 2024-cü il saat 11:40-dək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin edilən 2(iki) il 6(altı) müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 2(iki) il 5(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu İvanovka kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 22 fevral 2024-cü il saat 15:12-dən 24 fevral 2024-cü il saat 14:10-dək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin edilən 2(iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 1(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu İvanovka kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 22 fevral 2024-cü il saat 17:16-dan 24 fevral 2024-cü il saat 16:50-dək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin edilən 2(iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 1(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu İvanovka kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan 1 ədəd ağ rəngli “Ariston” markalı su qızdırıcısı, 1 ədəd “Wolf” markalı ağ rəngli elektrik samovarı, 3 ədəd boz rəngli padnoslar, 2 ədəd gecə lampaları, 1 ədəd “Sharegh toos” markalı qara rəngli qazla işləyən soba, 1 qutusunda 9 ədəd olmaqla 1 kvadratmetr yeri əhatə edən, 2 qutu boz rəngli kafellər, 1 ədəd göy rəngli “Xarkov” markalı su motoru, 1 ədəd “Termet” markalı boz rəngli su qızdırıcısının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-23/2025
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-23/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver