Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-24/2021 01.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi İsmayılov İslam Abduləziz oğlunun iştirakı ilə, xx xxxxx 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 23 mart 1970-ci ildə Abşeron rayonu Xırdalan qəsəbəsində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, subay, оrtа təhsilli, işsiz, İsmayıllı Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixlı 1(037)-15/ 2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, İsmayıllı şəhəri Cavanşir küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs müəyyən olunmamış vaxtda və müəyyən olunmamış mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 405,00 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, xx xxxxxx 2021-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhəri M.F.Axundov küçəsində yerləşən “Bərəkət” marketin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin gün saat 17:00 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin içəri hissəsində, sellofan torbanın içərisində saxladığı şəxsi istehlak miqdarından artıq çəkidə olan 405,00 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, bədənində ağrılar olduğu səbəbindən bəzi vaxtlarda narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2020-ci ilin oktyabr ayında İsmayıllı rayonu Qəzli kəndi yaxınlığındakı meşədə olarkən ağacın altında bir ədəd selofan torba görmüş və torba dolu olduğundan götürüb içərisinə baxmışdır. Orada qurudulmuş marixuana olduğunu gördüyündən həmin torbanı özü ilə yaşadığı evə gətirərək gizlətmişdir. Həmin marixuanadan bir neçə dəfə az miqdarda istifadə etmişdir. xx xxxxxx 2021-ci il tarixdə saat 16:00 radələrində içərisində marixuana olan torbanı evdən götürmüş və şəhərin xəstəxanaya gedən küçəsi ilə piyada hərəkət etmişdir. Marixuananı götürməkdə məqsədi evdə onunla birlikdə yaşayan digər ailə üzvlərini şübhələndirməmək üçün başqa bir yerdə gizlətmək olmuşdur. “Bərəkət” marketin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmiş və bu barədə qəbul edilmiş qərarın məzmunu ilə onu tanış etmişlər. Polislər onu İsmayıllı rayon polis şöbəsinə dəvət etmiş və ona müdafiəçi təqdim edilmişdir. Həmin gün saat 17:00 radələrində şübhəli şəxs qismində tutulmuş və iki nəfər hal şahidi dəvət edilərək şöbənin növbətçi hissənin qarşısında üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki gödəkçənin içəri hissəsində yerləşdirdiyi içərisində marixuana olan həmin selofan torba aşkar edilmişdir. Torbanı açılmış və oradakı qurudulmuş marixuana elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunmuşdur. Aşkar edilmiş kütlə barədə sorğu edildikdə o, həmin kütlənin qurudulmuş marixuana olduğunu və meşədən tapdığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. İçərisində qurudulmuş marixuana olan torba qablaşdırılmış və zərfə qoyularaq üzəri imzalanmışdır. Bu barədə tərtib edilmiş protokolu imzası ilə təsdiq etmişdir. Yaşadığı evdə narkotik vasitə saxladığını ailə üzvləri bilməmişdir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid X13 ifadəsində göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəifəsində işləyir. Şöbəyə daxil olmuş məlumat əsasında İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar o və şöbənin digər əməkdaşları həmin gün saat 16:00 radələrində Ruslanın İsmayıllı şəhərində yerləşən “Bərəkət” marketin yaxınlığından keçdiyini görmüşlər. Onlar Ruslana yaxınlaşaraq özlərini təqdim etmiş və qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqla şübhəli olduğunu deyərək üzərinə baxış keçiriləcəyini məqsədi ilə şöbəyə dəvət etmişlər. Ruslan onlarla birlikdə polis şöbəsinə gəlmiş və dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Həmin gün saat 17:00 radələrində dəvət edilmiş iki nəfər hal şahidinin və müdafiəçisinin iştirakı ilə polis şöbəsinin növbətçi hissəsinin qarşısında Ruslanın üzərinə şəxsi axtarış keçirilmişdir. Ruslana üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan olunmuş maddə olduğu halda təqdim etməsi təklif edilmişdir. Ruslan üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək göy rəngli selofan torbanı əynindəki gödəkçənin içəri hissəsindən çıxardaraq təqdim etmişdir. Torbaya baxış keçirilmiş və açdıqda içərində spesifik qoxuya malik narkotik vasitəyə bənzər quru halda bitki kütləsi aşkar edilmişdir. Ruslandan aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin nə olması, kimə məxsus olması, haradan əldə etdiyini soruşulduqda torbadakı kütlənin qurudulmuş marixuana olduğunu, 2020-ci ilin oktyabr ayında İsmayıllı rayonu Qəzli kəndi yaxınlığındakı meşədən tapdığını, özünün istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Narkotik vasitəyə bənzər kütlə çəkilərək çəkisi müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Ruslanın üzərinə şəxsi axtarış davam etdirilsə də onun üzərindən qanunla qadağan olunmuş əlavə heç nə aşkar edilməmişdir. Bu barədə tərtib edilmiş protokolu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşları X8, X3 və X12 oğlu da şahid Fariz Həsənov ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. X1 ifadə verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 17:00 radələrində şəxsi işi ilə əlaqədar İsmayıllı şəhəri Təhsil İdarəsinin yanında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şübhəli şəxsin üzərinə baxış keçirilməsində iştirak etməyini təklif etmişlər. O razılaşaraq şöbəsinin növbətçi hissəsinin qarşısına getmişdir. Ora əlavə bir nəfər şəxs də hal şahidi qismində dəvət edilmişdir. Növbətçi hissənin qarşısında onların, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Ruslan adlı şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilərkən Ruslana üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan olunmuş maddə olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Ruslan əynindəki gödəkçənin içəri hissəsindən bir selofan torba çıxardaraq təqdim etmişdir. Ruslanın təqdim etdiyi selofan torbaya baxış keçirilmişdir. Torba açıldıqda içərindən quru halda bitki kütləsi aşkar edilmişdir. Ruslandan həmin kütlə barədə soruşulduqda o, kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, 2020-ci ilin oktyabr ayında meşədən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlə çəkilərək kütləsi müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Ruslanın üzərinə şəxsi axtarış davam etdirilsə də onun üzərindən qanunla qadağan olunmuş əlavə heç nə aşkar edilməmişdir. Bu barədə tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. Şаhid qismində dindirilmiş X6 da şahid Elşən Mustafayev ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 17/23 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd selofan....” sözləri və imzalar yazılmış kağız bağlamanın içərisindəki təmiz çəkisi – 405 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi-405,00 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq-404,95 qram qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 51 (əlli bir ) manat 06 ( altı) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 59 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. 28 yanvar 2021-ci il tariхli tələbnamədən, İsmayıllı Rayon Məhkəməsindən alınmış 25 fevral 2021-ci il tarixli 1(037)-15/20201 nömrəli hökmünün surətindən və İsmayıllı rayon İcra və probasiya şöbəsinin 31 mart 2021-ci il tarixli 84/2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 1(037)-15/20201 nömrəli hökmü ilə 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəsasına məhkum edilmiş, hökmün surəti və hökmün icrasına dair müvafiq göstəriş icra edilməsi üçün 29 mart 2021-ci il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsində icrata qəbul edilmiş, məhkum Təqsirləndirilən şəxs cəzasını çəkməmişdir. İsmayıllı rayon X9 X10 Şöbəsindən alınmış xx xxxxxx 2021-cu il tarixli 9 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın ruhi-əsəb və nevroloji kabinetlərində qeydiyyatda olmasa da 02 may 2008-ci il tarixdən “narkoman” diaqnozu ilə dispanser qeydiyyatındadır. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 13 yanvar 2021-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 404,95 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxx 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxx 2021ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 17:23-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 13 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 15:30-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. 26 yanvar 2021-ci il tarixli 296 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri Cavanşir küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla və həmin ünvanında tək yaşayır, subaydır, yaşadığı müddət ərzində barəsində İsmayıllı şəhəri inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni növ cinayət əməlini törətməyə görə məhkum olunmasını onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il 06 (altı) ay müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1, 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə cəza təyin edərkən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İsmayıllı Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixlı 1(037)-15/ 2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdən 13 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 müəyyən edilməli və hökmün surəti həmin Müəssisəyə göndərilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 404,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 51 (əlli bir ) manat 06 ( altı) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İsmayıllı Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixlı 1(037)-15/ 2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdən 13 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - xx xxxxx 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 müəyyən edilsin və hökmün surəti həmin Müəssisəyə göndərilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 404,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 51 (əlli bir ) manat 06 ( altı) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-24/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-24/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver