Məhkəmə qərarları › İş №1(037)-24/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-24/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-24/2022 16.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Hərəkətlərindən şikayət verilən şəxs X2 iştirakı ilə X1 X6 barəsində xüsusi ittiham qaydasında şikayətinə 16 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: X3 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, X4 İsmayıllı rayonu Lahıc qəsəbə sakini X5 qarşı xüsusi ittiham qaydasında iş üzrə 28 fevral 2022-ci il tarixdə şahid qismində İsmayıllı Rayon Məhkəməsinə çağırılmışdır. Göstərilən tarixdə arvadı və qızı ilə məhkəməyə gəlmişlər. Hərəkətlərindən şikayət verdiyi Qüdrət Quliyev onları və işlə bağlı gəlmiş qızının nümayəndəsi (vəkili) Qalib Məmmədovu məhkəmənin həyətində digər proseslərə çağırılmış onlarla vətəndaşların qarşısında ünvanlarına nalayiq ifadələr işlətməklə təhqir etmiş, onların şərəf və ləyaqətlərini alçaltmışdır. Ona görə də Qüdrət Quliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinməklə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı Oruc Məhərrəmov üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Qüdrət Quliyev göstərdi ki, X7 onun arvadıdır. Aralarında yaranmış ailə mübahisələri ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Bundan sonra Mahirə Quliyeva onunla uşaqlarının görüşməsinə maneələr yaradır. Eyni zamanda arvadı hüquqlarını müdafiə etmək üçün qohumu vəkil Qalib Məmmədovla müqavilə bağlamışdır. Ərizədə qeyd edildiyi kimi o, vəkili təhqir etməmiş, əksinə Qalib Məmmədov ona telefonla zəng edərək hədələmişdir. Onun hərəkətlərində hər hansı cinayətin əlamətləri olmadığından, Oruc Məhərrəmovun şikayəti əsassız olduğundan şikayətin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə şikayət üzrə materialları, hərəkətlərindən şikayət verilən şəxsin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.8-ci maddəsinin tələblərinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən qəbul edilən qərarlardan biri də xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərardır. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.8, 300.1.3 və 302.1.8-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 X6 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar