Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-24/2025 29.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 29 iyul 2025-ci il tarixdə saat 14:25-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1991-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki az yaşlı uşağı olan, işsiz, orta təhsilli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 1(004)-544/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 2(iki) il 4(dörd) ay 21(iyirmi bir) gün hissəsini çəkmiş, üzərində çəkilməmiş 7(yeddi) ay 9(doqquz) gün müddət azadlığın məhdudlaşdırılması cəzası qalmış, İsmayıllı şəhəri, X11 küçəsi, ev 7-B ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan, fərdi indentifikasiya nömrəsi 5V948FD Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qəsdən qanunsuz olaraq xeyli miqdar təşkil edən 0,386 qram çəkidə psixotrop maddə olan metamfetamini və az miqdar təşkil edən 0,039 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək satış məqsədini həyata keçirmək üçün metamfetamini 0,033, 0,156 və 0,197 qram çəkilərdə, heroini isə 0,016 və 0,023 qram çəkilərdə olmaqla hissələrə ayıraraq ayrı-ayrı kağız bükümlərdə qablaşdırmış, 0,156 və 0,197 qram çəkidə metamfetamini üzərində daşımaqla aparıb yaşadığı İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, 7-B saylı ünvanda yerləşən evin yataq otağında, çarpayının üzərində olan yastığın alt hissəsində gizlədərək saxlamış, digər bükümləri, yəni 0,033 qram çəkidə psixotrop maddə olan metamfetamini, habelə 0,016 və 0,023 qram çəkilərdə olmaqla hissələrə ayıraraq ayrı-ayrı kağız bükümlərdə qablaşdırdığı narkotik vasitə olan heroini isə satış məqsədi ilə qəsdən qanunsuz olaraq üzərində daşımaqla saxlamış, xx.xx.2025-ci il tarixdə o, tanışı Şahid ilə aralarında olan telefon danışığı zamanı 10 manat pul müqabilində sonuncuya 0,016 qram çəkidə narkotik vasitə olan heroini satmağa razılaşaraq, Şahid razılaşdıqları 10 manat pulu ona göndərdikdən sonra, yəni xx.xx.2025-cil tarixdə, saat 23 radələrində o, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində Şahid ilə görüşərək sonuncuya vəd verdiyi 0,016 qram çəkidə narkotik vasitə olan heroini təqdim edərək qəsdən qanunsuz olaraq satmış, İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid xx.xx.2025-ci il tarixdə, saat 00:34 radələrində İsmayıllı şəhərinin M.Ə.Sabir küçəsində saxlanılaraq, saxlanıldığı yerdə üzərində yoxlama aparılarkən sonuncunun əynindəki qara rəngli gödəkcənin iç cibində 1 ədəd “Vincester” markalı siqaret qutusunun üzərində qoruyucu şəffaf sellofan örütüyün alt hissəsində öz istifadəsi üçün qəsdən qanunsuz olaraq əldə edib saxladığı az miqdarda 0,016 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, daha sonra İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o, xx.xx.2025-ci il tarixdə, saat 03:54 radələrində İsmayıllı şəhərinin R.Bəşirov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq, saxlanıldığı yerdə üzərində yoxlama aparılarkən əynindəki gödəkcənin sol yan cibində 1 ədəd “Vinston” markalı siqaret qutusunun üzərində qoruyucu şəffaf sellofan örütüyün alt hissəsində saxladığı 2 ədəd kağız bükümdə 0,023 qram çəkidə narkotik vasitə olan heroin və 0,033 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, həmçinin xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində onun yaşadığı İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, 7-B saylı ünvanda yerləşən evə baxış keçirilərkən sonuncunun yataq otağında çarpayının üzərində olan yastığın alt hissəsində gizlədərək saxladığı 2 ədəd kağız bükümdə 0,156 və 0,197 qram çəkilərdə psixotrop maddə olan metamfetamin, habelə həmin otaqda saxladığı 1 ədəd kağız bükümdə 0,36 qram çəkidə narkotik tərkibli çətənə bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, məlum olmayan vaxtda və mənbədən zavod üsulu ilə hazırlanmış, 6 mm kalibrli olmaqla, həmin kalibrə malik “WİNCHESTER” konstruksiyalı yivli odlu ov silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən istifadəyə yararlı 2 (iki) ədəd patronları qəsdən qanunsuz olaraq əldə edib yaşadığı İsmayıllı şəhəri, X11 küçəsi, ev 7-B ünvanında yerləşən fərdi yaşayış evinə daşıyaraq həmin evin yataq otağında saxlamış, 06 fevral 2025-ci il tarixdə onun yaşadığı İsmayıllı şəhəri, X11 küçəsi, ev 7-B ünvanında yerləşən fərdi yaşayış evinə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı ona məxsus döyüş sursatı hesab edilən yuxarıda qeyd edilən 2 (iki) ədəd istifadəyə yararlı patronlar aşkar edilərək götürülmüş, baxış zamanı ona məxsus həmin yataq otağından, həmçinin, zavod üsulu ilə hazırlanmış, 6 mm kalibrli olmaqla, həmin kalibrə malik “WİNCHESTER” konstruksiyalı yivli odlu ov silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 1 (bir) ədəd istifadəyə yararsız patron və zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “SAKO” konstruksiyalı yivli odlu ov silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 1 (bir) ədəd istifadəyə yararsız patron aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 228.1-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təxminən 2 ilə yaxın müddətdir ki narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamış, marixuanadan başqa narkotik vasitə hesab olunan heroindən və psixotrop maddə olan metamfetamindən də istifadə etmişdir. 04 fevral 2025-ci il tarixdə dostu Elçinə zəng edərək Bakıdan İsmayıllı rayonuna qayıtmaq istədiyini, yolpulunun olmadığını və ona 10 manat göndərməyini xahiş etmişdir. Elçin isə ona maşına oturub gəlməyini və yolda onun kartına pul atacağını bildirmişdir. O, sərnişin taksilərinin birinə oturaraq İsmayıllı rayonuna yola düşmüş, rayona çatmağa az qalmış Elçin onun kart hesabına 10 manat pul göndərmişdir. Rayona çataraq evinə getmiş, bir müddət sonra o, Elçinə zəng edərək evdə olduğunu, özündə narkotik vasitə hesab olunan heroin olduğunu demiş və Elçinə həmin harkotik vasitəni bir yerdə çəkməyi təklif etmişdir. Az müddət sonra Elçin onun yaşadığı evin qarşısına gəlmiş və ona heroini özünə verməyi xahiş etmişdir. Elçinlə dostluq münasibəti olduğu üçün narkotik vasitəni sonuncuya vermişdir. Elçin çıxıb getmiş, sonra isə o evlərinin yaxınlığındakı marketə tərəf getməyə başlamışdır. Bu zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərmiş və polis əməkdaşı olduqlarını bildirərək barəsində qəbul olunmuş qərarı ona elan etmiş, bundan sonra həmin əməkdaşlar onun üzərində yoxlama prosesini həyata keçirəcəklərini bildirmişlər. O buna etiraz etməmiş, bundan sonra videoçəkilişlə üzərinə polis əməkdaşları yoxlama və baxış prosesini həyata keçirmiş, videoçəkiliş zamanı polis əməkdaşları onun üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, həmçinin narkotik vasitə olub-olmadığını soruşmuşlar. O üzərində olan 2 ədəd ayrı-ayrı kağız bükümlərdə olan narkotik vasitə hesab olunan heroini və psixotrop maddə hesab olunan metamfetamini təqdim etmişdir. Onun üzərindən aşkar olunmuş kiçik ölçülü kağız bükümlərdə olan narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələrə baxış keçirilmiş, həmin kütlələr birgə elektron tərəzidə çəkilmiş və onların kağız bükümlərlə birlikdə ümumi çəkiləri müəyyən edilmişdir. Onun üzərindən aşkar olunmuş kütlələr qablaşdırılaraq zərfə qoyulmuş, zərfin üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edildikdən sonra o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra onun şəxsi istifadəsində olan “İNOİ” markalı sadə telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılmış, zərfə qoyularaq üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə onun üzərindən dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə o, polis əməkdaşları ilə birgə İsmayıllı RPŞ-nə gəlmiş, üzərindən aşkar olunmuş kütlələrə və mobil telefona yenidən baxış keçirilmiş və möhürlənib iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edildikdən sonra o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. 06 fevral 2025-ci il tarixdə polis əməkdaşları ilə birgə yaşadığı İsmayıllı şəhəri, X11 küçəsi, ev 7-B ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl baxışın keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmişdir. Yaşadığı evə baxış zamanı onun yataq otağından 3 ədəd kağız bükümlərdə narkotik vasitəyə bənzər kütlələr, 1 ədəd kağız bükümdə narkotik vasitəyə toxumuna bənzər toxumlar, 4 ədəd patron aşkar edilərək zərflərdə qablaşdırılaraq 74 nömrəli möhürlə möhürlənərək götürülmüş, bunlardan əlavə baxış zamanı dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmiş, baxış bitdikdən sonra protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, Elçinə harkotik vasitə satmamış, Elçinin istəyinə görə həmin narkotik vasitəni təmənnasız olaraq Elçinə vermişdir. O, bir daha qeyd edir ki, Elçinə və başqa şəxslərə narkotik vasitə satmamışdır. Onun təqdim etdiyi narkotik vasitələri satış məqsədi ilə saxlamamış, ozü mütəmadi həmin vasitədən istifadə etdiyi üçün üzərində saxlamışdır. Narkotik vasitələri hissələrə ayıraraq ayrı-ayrı bükümlərdə saxlamaqda məqsədi isə onları rahat şəkildə üzərində gəzdirmək və ailə üzvərini şübhələndirməmək olmuşdur. Həmin narkotik vasitələri gizlədərək saxladığı barədə heç kimə deməmiş, heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir, narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Üzərində narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. Ailə vəziyyətinin, himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə də təqsirli bilmir. Belə ki, yaşadığı evindən aşkar olunmuş 4 ədəd patronu təxminən 4 il bundan əvvəl Bakı şəhəri ərazisindən tapmış və suvenir kimi evində saxlamışdır. Həmin patronlar istifadəyə tam yararsız olmuş və patronları evində saxlamaqda heç bir məqsədi olmamışdır. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş edir. Şahid X5 ifadə verərək göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx.xx.2025-ci il tarixdə İsmayıllı şəhər sakini Şahid tanışı Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, həmin şəxslərin üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olduğu üçün bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, bu barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunmuş və şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Bununla bağlı əməliyyat qrupu yaradılmış, qrupun tərkibinə o, RPŞ-nin CAB-nin əməliyyat müvəkkilli, polis kapitanı X6, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X7 daxil edilmişlər. xx.xx.2025-ci il tarixdə saat 01 radələrində o CAB-nin əməliyyat müvəkkilli, polis kapitanı Xəyal Mürşüdov və CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Elnur Bünyatovla birlikdə İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ünvanında Şahid yaxınlaşaraq İsmayıllı RPŞ-nin əməkdaşları olduqlarını bildirərək, xidməti vəsiqələri ona göstərmiş, bundan sonra Şahid üzərində narkotik vasitə saxlamağı barədə daxil olmuş məlumatla əlaqədar onun üzərinə baxış keçirilməsini bildirmiş, Şahid buna etirazının olmadığını bildirmişdir. Baxış zamanı Şahid üzərində narkotik vasitə saxlayıbsaxlamaması, vardırsa təqdim etməsini bildirildikdə o, üzərində narkotik vasitə istifadəçiləri arasında “kakos” adlanan narkotik vasitə olan heroin olduğunu və təqdim edə biləcəyini bildirmiş, bundan sonra Şahid əynindəki qara rəngli gödəkçənin iç cibində saxladığı “Winchester” markalı siqaret qutusunu təqdim etmiş və həmin siqaret qutusunun üzərindəki şəffaf sellofan altında 1 ədəd büküm aşkarlanmışdır. Bükümün içərisinə baxan zaman narkotik vasitəyə bənzər toz halında kütlə aşkar edilmiş, Şahid həmin kütlənin nə olmasını və kimə məxsus olmasını soruşulduqda o, həmin kütlənin “kakos” adlandırılan narkotik vasitə hesab edilən heroin olduğunu və özünə məxsus olduğunu, həmçinin həmin narkotik vasitə hesab olunan heroini tanıdığı Kənan adlı şəxsdən aldığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmiş, qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış, möhürlənərək götürülmüşdür. Siqaret qutusu və 1 ədəd alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid geri qaytarılmışdır. Şahid üstünə baxış keçirilsə də, hər hansı narkotik vasitə və ya qanunla dövriyəsi qadağan edilmiş predmet aşkar edilməmiş, bundan sonra müvafiq protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən protokolun düzgünlüyü imzalarla təsdiq olunmuş, protokol tərtib edildikdən sonra götürülmüş maddi sübutla və Şahid ilə birlikdə İsmayıllı RPŞ-nə gələrək Şahid Növbətçi Hissəyə təqdim etmiş və tədbirin davamı olaraq həmin tarixdə saat 04 radələrində o, CAB-nin əməliyyat müvəkkilli, polis kapitanı Xəyal Mürşüdov və CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Elnur Bünyatovla birlikdə İsmayıllı şəhəri, R.Bəşirov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq İsmayıllı RPŞ-nin əməkdaşları olduqlarını bildirərək, xidməti vəsiqələrini ona göstərmişlər. Bundan sonra ona üzərində narkotik vasitə saxlamağı barədə daxil olmuş məlumatla əlaqədar onun üzərinə baxış keçirəcəyi bildirdikdə o, buna etirazının olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlayıbsaxlamaması, vardırsa təqdim etməsi bildirildikdə o, 1 ədəd “Winston” markalı siqaret qutusunu təqdim etmiş və həmin siqaret qutusunun üzərindəki şəffaf sellofanın altında 1 ədəd kağız büküm aşkarlanmış, kağız bükümün içərisinə baxış keçirilən zaman 2 ədəd kağız bükümdə toz halında kütlələr olması müəyyən edilmiş, siqaret qutusunun içərisinə baxan zaman isə qutunun içərisində siqaret dənələri olmuşdur. Təqsirləndirilən şəxs kağız bükümlərin içərisində olan toz halında kütlələrin nə olması və kimə məxsus olması soruşulduqda kütlələrin özünə məxsus olmasını və birinin içərisində narkotik vasitə hesab olunan heroin, digərinin içərisində isə psixotrop maddə hesab olunan metamfetamin olmasını bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə və kağız bükülü ilə birlikdə çəkisinin 0,4 qram olması müəyyən edilmiş, həmin kütlələr qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan əlavə yoxlama zamanı Təqsirləndirilən şəxsın üzərindən 1 ədəd “İNOİ” markalı sadə mobil telefon və 1 ədəd elektron nəzarət cihazı aşkar edilmiş, siqaret qutusu və 1 ədəd elektron nəzarət cihazı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmış, 1 ədəd “İNOİ” markalı sadə mobil telefon imzalanaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üstünə baxış keçirilsə də, hər hansı narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş predmet aşkar edilməmiş, bundan sonra müvafiq protokol tərtib edilmiş və tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolun düzgünlüyü imzalarla təsdiq olunmuş, protokol tərtib edildikdən sonra götürülmüş maddi sübutlarla və Təqsirləndirilən şəxs ilə birlikdə İsmayıllı RPŞ-nə gəlmiş və o bu barədə müvafiq raportla rəhbərliyə müraciət etmişdir. Bundan sonra İsmayıllı RPŞ-nin İB-nin müstəntiqi öz xidməti otağında əməliyyat qrupunun üzvləri, Təqsirləndirilən şəxs və Şahid iştirakı ilə videoçəkiliş aparılmaqla maddi sübutlara baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs və Şahid üzərindən aşkar edilərək götürülümüş kütlələr yenidən qablaşıdırılaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüş, baxış bitdikdən sonra müvafiq protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar protokolun düzgünlüyü imzaları ilə təsdiq etmişlər. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində o, RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi və RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, RPŞ-nin Konvoy hissənin konvoy polis nəfəri Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri, X11 küçəsi, ev 7-B ünvanında yerləşən evə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs baxışın keçirilməsinə narazılığının olmadığını bildirərək bu barədə ərizə ilə müraciət etmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet saxlayıb-saxlamadığı soruşulduqda o evində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet saxlamadığını bildirmişdir. Daha sonra baxış keçirilməsi prosesinə başlanılmış, ilkin olaraq Təqsirləndirilən şəxs yataq otağına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yataq otağından 4 ədəd patron, narkotik vasitəyə bənzər toxumlar və ayrı-ayrı 3 ədəd kağız bükümlərdə toz halında narkotik vasitəyə bənzər kütlələr aşkar edilmiş və aşkar edilənlər qablaşdırılaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra evin digər otaqlarına baxış keçirilmiş və dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmiş, baxış bitdikdən sonra müvafiq protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və o da digər iştirakçılar kimi protokolun düzgünlüyü imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında digər şahidlər İsmayıllı RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri X7 və X6 şahid X5 eyni məzmunlu ifadələr verərək şahid X2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Şahid ifadə verərək göstərdi ki, təxminən 2 ilə yaxın müddətdir ki narkotik vasitə olan marixuanadan və heroindən istifadə edir. Təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs onun dostudur. xx.xx.2025-ci il tarixdə Kənan ona zəng edərək “Bakı şəhərindən İsmayıllı rayonuna qayıdıram, yol puluna ehtiyacım var, mənə 10 manat göndərə bilərsən?, mən rayona gəlim” demişdir. O, Kənana etiraz etməmiş və Kənanın ona göndərdiyi kart nömrəsinə İsmayıllı şəhəri “Qala” marketdə yerləşə “Milli ön” ödəmə terminalından 10 manat pul göndərmişdir. Təxminən 2-3 saat keçdikdən sonra Kənan ona yenidən zəng edərək yaşadığı ünvanın yaxınlığına çağırmış, o Kənanın bildirdiyi yerə gedərək onunla görüşmüş və söhbətləşmişlər. Onlar əvvəllər dəfələlə bir yerdə narkotik vasitələrdən istifadə etdikləri üçün Kənan ona özü üçün istifadə etdiyi kiçik kağız bükülüdə narkotik vasitə hesab olunan heroini vermişdir. O, Kənanın ona verdiyi kiçik kağız bükülüdə olan narkotik vasitəni götürərək oradan yaşadığı evə yollanmış, bu zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirərək barəsində qəbul olunmuş qərarı ona elan etmişlər. Bundan sonra əməkdaşlar onun üzərinə yoxlama prosesini həyata keçirəcəklərini bildirmiş, o buna etiraz etməmiş, bundan sonra videoçəkilişlə üzərinə polis əməkdaşları yoxlama və baxış prosesini həyata keçirmişlər. Videoçəkiliş zamanı polis əməkdaşları üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, həmçinin narkotik vasitə olubolmadığını soruşmuş, o polis əməkdaşlarına üzərində daşıdığı narkotik vasitə hesab olunan heroini təqdim etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş kiçik ölçülü kağız bükümdə olan narkotik vasitəyə bənzər maddəyə baxış keçirilmiş, həmin maddə elektron tərəzidə çəkildikdə onun kağız bükümlə birlikdə ümumi çəkisi müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq zərfə qoyulmuş, zərfin üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edildikdən sonra o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitəyə bənzər kütləni haradan ədə etdiyini soruşduqda o narkotik vasitə hesab olunan heroini dostu Kənan adlı şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra onun üzərinə yoxlama prosesi həyata keçirilmiş və dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra o polis əməkdaşları birgə İsmayıllı RPŞ-nə gəlmiş, RPŞ-də olarkən üzərindən aşkar olunmuş kütləyə yenidən baxış keçirilmiş və aşkar olunmuş kütlə zərfə qoyularaq üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edildikdən sonra o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir.O, ifadəsinin davamı olaraq bildirir ki, Kənanı uzun müdətdir ki tanımış və onunla dostluq münasibəti olmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitəni ona dostu Kənan vermiş, Kənan onun narkotik vasitələrdən istifadə etdiyini bildiyi üçün ona həmin narkotik vasitəni vermişdir. Yol pulunu isə Təqsirləndirilən şəxs onunla dostluq münasibətində olduğu üçün göndərmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş: 05 fevral 2025-ci il tarixli “Şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan və həmin görüntüləri əks etdirən videodiskdən görünür ki, Şahid üzərinə yoxlama prosesi həyata keçirilən zaman Şahid üzərində dövriyyəsi qanunla qadağan olunmuş predmet, əşya və ya narkotik vasitələrin olub-olmaması və olduğu təqdirdə onu təqdim etməyi bildirilmiş, Şahid əynindəki qara rəngli gödəkçənin iç cibində saxladığı “Winchester” markalı siqaret qutusunu təqdim etmiş və həmin siqaret qutusunun üzərindəki şəffaf sellofan altında 1 ədəd büküm aşkarlanmış, bükümün içərisinə baxan zaman narkotik vasitəyə bənzər toz halında kütlə aşkar edilmiş, Şahid həmin kütlənin nə olmasını və kimə məxsus olmasını soruşulduqda o, həmin kütlənin “kakos” adlandırılan narkotik vasitə hesab edilən heroin olduğunu və özünə məxsus olduğunu, həmçinin həmin narkotik vasitə hesab olunan heroini tanıdığı Kənan adlı şəxsdən aldığını bildirmiş, həmin kütlə elektron tərəzidə çəkildikdə kağız bükülü ilə birlikdə çəkisinin 0,4 qram olması müəyyən edilmiş, həmin kütlə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüş, həmçinin 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid geri qaytarılmış, Şahid üstünə baxış keçirilsə də, hər hansı narkotik vasitə və ya qanunla dövriyəsi qadağan edilmiş predmet aşkar edilməmişdir. 05 fevral 2025-ci il tarixli “Şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan və həmin görüntüləri əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama prosesi həyata keçirilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlayıb-saxlamaması, vardırsa təqdim etməsi bildirildikdə o, 1 ədəd “Winston” markalı siqaret qutusunu təqdim etmiş və həmin siqaret qutusunun üzərindəki şəffaf sellofanın altında 1 ədəd kağız büküm aşkarlanmış, kağız bükümün içərisinə baxış keçirilən zaman 2 ədəd kağız bükümdə toz halında kütlələr olması müəyyən edilmiş, siqaret qutusunun içərisinə baxan zaman isə qutunun içərisində siqaret dənələri olmuş, Təqsirləndirilən şəxs kağız bükümlərin içərisində olan toz halında kütlələrin nə olması və kimə məxsus olması soruşulduqda kütlələrin özünə məxsus olmasını və birinin içərisində narkotik vasitə hesab olunan heroin, digərinin içərisində isə psixotrop maddə hesab olunan metamfetamin olmasını bildirmiş, həmin kütlələr elektron tərəzidə çəkildikdə və kağız bükülü ilə birlikdə çəkisinin 0,4 qram olması müəyyən edilmiş, həmin kütlələr qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüş, bundan əlavə yoxlama zamanı Təqsirləndirilən şəxsın üzərindən 1 ədəd “İNOİ” markalı sadə mobil telefon və 1 ədəd elektron nəzarət cihazı aşkar edilmiş, siqaret qutusu və 1 ədəd elektron nəzarət cihazı iş üçün əhəmiyyət ksəb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmış, 1 ədəd “İNOİ” markalı sadə mobil telefon imzalanaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüş, Təqsirləndirilən şəxs üstünə baxış keçirilsə də, hər hansı narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş predmet aşkar edilməmişdir. 06 fevral 2025-ci il tarixli “Evə baxış keçirilməsi” haqqında protokoldan və həmin görüntüləri əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus ev İsmayıllı şəhəri, X11 küçəsi ev 7-B ünvanında yerləşir. Evin giriş darvaza qapısı dəmir materialdandır və yaşıl rəngdədir. Həyətyanı sahə şebenlə örtülmüşdür. Yaşayış evinin giriş qapısı dəmir materialdandır və metal rəngindədir. Yaşayış evində 3 ədəd yataq otağı, 1 ədəd qonaq otağı və 1 ədəd mətbəx yerləşir. Təqsirləndirilən şəxs yaşadığı evində narkotik vasitə, həmçinin dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet saxlayıb-saxlamaması, vardırsa könüllü şəkildə təqdim etməsi bildirildikdə o, yaşadığı evində narkotik vasitə, həmçinin dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet saxlamadığını bildirmişdir. Bundan sonra baxış iştirakçıları baxış keçirilməsi prosesinə başlamış və ilkin olaraq baxış Təqsirləndirilən şəxs yataq otağında aparılmışdır. Yataq otağına keçirilmiş baxış zamanı 3 ədəd kağız bükümlərdə narkotik vasitəyə bənzər kütlələr aşkar olunmuş və həmin kütlələr elektron tərizdə çəkilərkən kağız bükümlərlə birgə çəkilərinin 0.9 qram olması müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış və RPŞ-nin 74 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs yataq otağından kağız bükülünün içərisində narkotik vasitəyə bənzər toxumlar aşkar edilmiş və həmin toxumlar da zərfə qoyularaq qablaşdırılmış və RPŞ-nin 74 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs yataq otağından 4 ədəd patron aşkar edilmiş və həmin patronlar zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri RPŞ-nin 74 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra baxış evin digər otaqlarında davam etdirilmiş və baxış zamanı hər hansı narkotik vasitə və qanunla qadağan ediliş digər əşya aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/87 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqdim edilmiş Şahid üzərindən yoxlama zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisinə olan qızılı-ağ kağıza bükülmüş 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,016 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-ci il tarixdə yoxlama zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan ağ kağıza bükülmüş: -01(bir) ədəd gümüşü-ağ rəngli bükümdə, təmiz çəkisi-0,023 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir; digər 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,033 qram olan maddə ksutar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kağız bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı) Qeyd edilən məhkəmə-kimyəvi ekspertiza rəyinin qeyd hissəsinə əsasən: a) heroinin (1№li ob.) təmiz çəkisi 0,016 qram olmuş, tədqiqata 0,005 qram sərf edilmiş, qalıq-0,011 qramdır; b) heroinin (2№li ob.) təmiz çəkisi 0,023 qram olmuş, tədqiqata 0,005 qram sərf edilmiş, qalıq-0,018 qramdır; c) metamfetaminin (3№li ob.) təmiz çəkisi 0,033 qram olmuş, tədqiqata 0,005 qram sərf edilmiş, qalıq-0,028 qramdır; Aparılmış ekspertiza tədqiqatının dəyəri 67 (altmış yeddi) manat 10(on) qəpik təşkil edir. Məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/93 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kağız gümüşü rəngli bükümlərdə narkotik vasitəyə bənzər kütlələr” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd gümüşü rəngli falqa kağızında, təmiz çəkisi- 0,36 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 3 ədəd narkotik vasitəyə bənzər kütlələr” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki: 02(iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,156 qram və 0,197 qram, ümumi çəkiləri-0,353 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir; 01(bir) ədəd dəftər kağızı bükümündə, təmiz çəkisi-0,076 qram olan maddə narkotik vasitələr və psixotrop maddələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 3 ədəd narkotik vasitəyə bənzər kütlələr” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 02(iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan metamfetaminlər ilə üzərində “01(bir) ədəd kağız bükümdə-heroin, 01(bir) ədəd kağız bükümdə-metamfetamin. Təqsirləndirilən şəxs..” yazısı və digər yazılar olan 01(bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı) Qeyd edilən məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertiza rəyinin qeyd hissəsinə əsasən: a) Metamfetaminin təmiz çəkisi 0,156 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, qalıq-0,106 qramdır; b) Metamfetaminin təmiz çəkisi 0,197 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, qalıq-0,147 qramdır; c) Metamfetaminin təmiz çəkisi 0,028 qram olmuş, tədqiqata 0,005 qram sərf edilmiş, qalıq-0,023 qramdır; ç) Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan maddənin təmiz çəkisi-0,076 qram olmuş, tədqiqata 0,005 qram sərf edilmiş, qalıq 0,071 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 103( bir yüz üç) manat 65 (altmış beş) qəpik təşkil edir. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli 17/94 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “1” və “2” rəqəmi ilə işarələnmiş patronlar zavod üsulu ilə istehsal edilmiş, 6 mm kalibrli olmaqla, həmin kalibrə malik “WİNCHESTER” konstruksiyalı yivli odlu ov silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır- istifadəyə yararlıdırlar. Tədqiqata təqdim olunmuş “3” rəqəmi ilə işarələnmiş patron zavod üsulu ilə istehsal edilmiş, 6 mm kalibrli olmaqla, həmin kalibrə malik “WİNCHESTER” konstruksiyalı yivli odlu ov silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur-istifadəyə yararsızdır. Tədqiqata təqdim olunmuş “4” rəqəmi ilə işarələnmiş patron zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “SAKO” konstruksiyalı yivli odlu ov silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur-istifadəyə yararsızdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30(otuz) manat 60(altmış) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2025-ci il tarixli 582 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İsmayıllı rayon X4 Hüquqi Şəxsindən daxil olmuş 12 fevral 2025-ci il tarixli 18-1-47/2- 131/2025 nömrəli arayışdan görünür ki, Bayramlı X3 RMX-nın Poliklinika şöbəsinin “Ruhiəsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Lakin Bayramlı X3 RMX-nın Poliklinika şöbəsinin “Narkoloji” kabinetində xx.xx.2023-cü il tarixdə dispanser qeydiyyata alınmışdır. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə müstəntiqin 05 fevral 2025-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə eyni tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə saat 09:18-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(037)-3/2025 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 228.1-ci maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 228.1-ci maddələri ilə təqsirli bilməməsinə dair verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi məhkəmə iclasında dindirilmiş şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş istintaq hərəkəti protokolları, keçirilmiş ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin və məhkəmə iclasına gələ bilməmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş istintaq hərəkəti protokolları, keçirilmiş ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqında narkotik vasitə olan heroini Şahid pul qarşılığında satmadığını bildirmiş, həmin narkotik vasitəni ona istifadə etmək üçün verdiyini etiraf etmişdir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 228.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri “az ağır” olmaqla, 234.2-ci maddə üzrə bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən, 228.1-ci maddə üzrə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə qəsdən törədilən cinayətlərdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü madəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət işinə əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, X11 küçəsi, ev 7-B ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, himayəsində 2015-ci il təvəllüdlü qızı Fatimə və 2021-ci il təvəllüdlü oğlu Əli vardır, Barəsində yaşayış yeri üzrə yaşadığı müddətdə şikayət daxil olmamışdır. “Maddi sübut kimi tanınma haqqında” 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Şahid üzərindən götürülmüş 0,016 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalan 0,011 qram hissəsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,023 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalan 0,018 qram hissəsi və 0,033 qram çəkidə psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra qalıq qalan 0,028 qram hissəsi, Təqsirləndirilən şəxs məxsus evə baxış keçirilərkən aşkar edilərək götürülmüş 0,156 qram çəkidə psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra qalıq qalan 0,106 qram hissəsi və 0,197 qram çəkidə psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra qalıq qalan 0,147 qram hissəsi, tərkibində narkotik maddə olan çətənə bitkisinin toxumları və qeyri-narkotik tərkibli olmaqla tədqiqatdan sonra qalıq çəkisi 0,071 qram olan kütlə, habelə Təqsirləndirilən şəxs məxsus evə baxış keçirilərkən aşkar edilərək götürülmüş 4 ədəd patron cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 228.1-ci maddələri ilə nəzərdə tutulmiş cinayət əməllərini törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qəsdən qanunsuz olaraq xeyli miqdar təşkil edən 0,386 qram çəkidə psixotrop maddə olan metamfetamini və az miqdar təşkil edən 0,039 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək satış məqsədini həyata keçirmək üçün metamfetamini 0,033, 0,156 və 0,197 qram çəkilərdə, heroini isə 0,016 və 0,023 qram çəkilərdə olmaqla hissələrə ayıraraq ayrı-ayrı kağız bükümlərdə qablaşdırmış, 0,156 və 0,197 qram çəkidə metamfetamini üzərində daşımaqla aparıb yaşadığı İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, 7-B saylı ünvanda yerləşən evin yataq otağında, çarpayının üzərində olan yastığın alt hissəsində gizlədərək saxlamış, digər bükümləri, yəni 0,033 qram çəkidə psixotrop maddə olan metamfetamini, habelə 0,016 və 0,023 qram çəkilərdə olmaqla hissələrə ayıraraq ayrı-ayrı kağız bükümlərdə qablaşdırdığı narkotik vasitə olan heroini isə satış məqsədi ilə qəsdən qanunsuz olaraq üzərində daşımaqla saxlamış, xx.xx.2025-ci il tarixdə o, tanışı Şahid ilə aralarında olan telefon danışığı zamanı 10 manat pul müqabilində sonuncuya 0,016 qram çəkidə narkotik vasitə olan heroini satmağa razılaşaraq, Şahid razılaşdıqları 10 manat pulu ona göndərdikdən sonra, yəni xx.xx.2025cil tarixdə, saat 23 radələrində o, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində Şahid ilə görüşərək sonuncuya vəd verdiyi 0,016 qram çəkidə narkotik vasitə olan heroini təqdim edərək qəsdən qanunsuz olaraq satmış, İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid xx.xx.2025-ci il tarixdə, saat 00:34 radələrində İsmayıllı şəhərinin M.Ə.Sabir küçəsində saxlanılaraq, saxlanıldığı yerdə üzərində yoxlama aparılarkən sonuncunun əynindəki qara rəngli gödəkcənin iç cibində 1 ədəd “Vincester” markalı siqaret qutusunun üzərində qoruyucu şəffaf sellofan örütüyün alt hissəsində öz istifadəsi üçün qəsdən qanunsuz olaraq əldə edib saxladığı az miqdarda 0,016 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, daha sonra İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o, xx.xx.2025-ci il tarixdə, saat 03:54 radələrində İsmayıllı şəhərinin R.Bəşirov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq, saxlanıldığı yerdə üzərində yoxlama aparılarkən əynindəki gödəkcənin sol yan cibində 1 ədəd “Vinston” markalı siqaret qutusunun üzərində qoruyucu şəffaf sellofan örütüyün alt hissəsində saxladığı 2 ədəd kağız bükümdə 0,023 qram çəkidə narkotik vasitə olan heroin və 0,033 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, həmçinin xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində onun yaşadığı İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, 7-B saylı ünvanda yerləşən evə baxış keçirilərkən sonuncunun yataq otağında çarpayının üzərində olan yastığın alt hissəsində gizlədərək saxladığı 2 ədəd kağız bükümdə 0,156 və 0,197 qram çəkilərdə psixotrop maddə olan metamfetamin, habelə həmin otaqda saxladığı 1 ədəd kağız bükümdə 0,36 qram çəkidə narkotik tərkibli çətənə bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, məlum olmayan vaxtda və mənbədən zavod üsulu ilə hazırlanmış, 6 mm kalibrli olmaqla, həmin kalibrə malik “WİNCHESTER” konstruksiyalı yivli odlu ov silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən istifadəyə yararlı 2 (iki) ədəd patronları qəsdən qanunsuz olaraq əldə edib yaşadığı İsmayıllı şəhəri, X11 küçəsi, ev 7-B ünvanında yerləşən fərdi yaşayış evinə daşıyaraq həmin evin yataq otağında saxlamış, 06 fevral 2025-ci il tarixdə onun yaşadığı İsmayıllı şəhəri, X11 küçəsi, ev 7-B ünvanında yerləşən fərdi yaşayış evinə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı ona məxsus döyüş sursatı hesab edilən yuxarıda qeyd edilən 2 (iki) ədəd istifadəyə yararlı patronlar aşkar edilərək götürülmüş, baxış zamanı ona məxsus həmin yataq otağından, həmçinin, zavod üsulu ilə hazırlanmış, 6 mm kalibrli olmaqla, həmin kalibrə malik “WİNCHESTER” konstruksiyalı yivli odlu ov silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 1 (bir) ədəd istifadəyə yararsız patron və zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “SAKO” konstruksiyalı yivli odlu ov silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 1 (bir) ədəd istifadəyə yararsız patron aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.2-ci və 228.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 228.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən, məhkəmə hökmlərinin surətlərindən və İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinmiş və iş üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.2, 66.5-ci maddələri tətbiq edilməklə 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmış, ona 20 sentyabr 2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq olunmuşdur. Barəsində İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 4(037)-3/2025 nömrəli qərarı ilə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Üzəridə çəkilməmiş 7 (yeddi) ay 9 (doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 228.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təhlillər göstərir ki, Azərbaycan Respublikası ərazisində baş vermiş narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin sayının ötən illərlə müqayisədə artması bu kateqoriyadan olan hadisələrin ictimai təhlükəliliyini göstərməklə gələcəkdə baş verə biləcək bu cür hadisələrinin qarşısının alınması istiqamətində daha da sərt tədbirlərin həyata keçirilməsinin, təqsirkar şəxslərin məsulliyyətə cəlb olunaraq, daha ciddi cəza növləri ilə cəzalandırılmalarının vacibliyini ehtiva edir. Sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddələrdə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Bundan əlavə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.2, 66.5-ci maddələri tətbiq edilməklə 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmış, ona 20 sentyabr 2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq olunmuşdur. Barəsində İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(037)-3/2025 nömrəli qərarı ilə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Üzəridə çəkilməmiş 7 (yeddi) ay 9 (doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası onun islah olunması üçün kifayət etməməklə, cəzanın məqsədinə uyğun deyildir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs yenidən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab etməyərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsini də cəzanın məqsədi və təqsirləndirilən şəxsin islah olunması baxımından məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 1(004)- 544/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 7(yeddi) ay 9(doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 3(üç) ay 19(on doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilərək Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 05 fevral 2025-ci il saat 09:18-dən hesablanmalıdır. Məcburi ambulator məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübutlar –İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan - Şahid üzərindən götürülmüş 0,016 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalan 0,011 qram hissəsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,023 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalan 0,018 qram hissəsi və 0,033 qram çəkidə psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra qalıq qalan 0,028 qram hissəsi, Təqsirləndirilən şəxs məxsus evə baxış keçirilərkən aşkar edilərək götürülmüş 0,156 qram çəkidə psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra qalıq qalan 0,106 qram hissəsi və 0,197 qram çəkidə psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra qalıq qalan 0,147 qram hissəsi, tərkibində narkotik maddə olan çətənə bitkisinin toxumları və qeyri-narkotik tərkibli olmaqla tədqiqatdan sonra qalıq çəkisi 0,071 qram olan kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus evə baxış keçirilərkən aşkar edilərək götürülmüş 4 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 203 (iki yüz üç) manat 35 (otuz beş) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 4(dörd) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 5(beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 1(004)- 544/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 7(yeddi) ay 9(doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 3(üç) ay 19(on doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 5(beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 5(beş) il 3(üç) ay 19(on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 05 fevral 2025-ci il saat 09:18-dən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Cinayət işi üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan - Şahid üzərindən götürülmüş 0,016 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalan 0,011 qram hissəsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,023 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalan 0,018 qram hissəsi və 0,033 qram çəkidə psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra qalıq qalan 0,028 qram hissəsi, Təqsirləndirilən şəxs məxsus evə baxış keçirilərkən aşkar edilərək götürülmüş 0,156 qram çəkidə psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra qalıq qalan 0,106 qram hissəsi və 0,197 qram çəkidə psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra qalıq qalan 0,147 qram hissəsi, tərkibində narkotik maddə olan çətənə bitkisinin toxumları və qeyri-narkotik tərkibli olmaqla tədqiqatdan sonra qalıq çəkisi 0,071 qram olan kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs məxsus evə baxış keçirilərkən aşkar edilərək götürülmüş 4 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə ekspertiza xərci olan 203 (iki yüz üç) manat 35 (otuz beş) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-24/2025
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-24/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver