Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-25/2021 22.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə 22 aprel 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1985-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, məhkum edilmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı rayonu Zarat kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, ev 17A ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək aldadıb pulunu ələ keçirmək məqsədi ilə 8000 (səkkiz min) manat pul verəcəyi təqdirdə Bakı şəhərinin Nəsimi rayonu ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin yaxınlığında müharibə veteranları üçün tikilmiş hündürmərtəbəli binanın 10-cu mərtəbəsindən 3 otaqlı mənzil ayrılmasına kömək edəcəyini yalandan vəd verərək aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 2020-ci ilin mart ayının dəqiq müəyyən edilməyən günündə Sumqayıt şəhəri ərazisində 2000 (iki min) manat, bir neçə gün sonra Bakı şəhərinin “Şamaxinka” adlanan ərazisində 2000 (iki min) manat, xx xxxxx 2020-ci il tarixdə isə İsmayıllı şəhəri N.Şalbuzov küçəsindəki kirayəyə götürdüyü evdə 4000 (dörd min) manat pul alaraq ələ keçirmişdir. Cinayətkar niyyətinin davamı olaraq o, bir neçə gün sonra Zərərçəkmiş şəxs zəng edərək işini həll etdiyini, lakin evin ayrılması üçün müəyyən xərclərin olmasını bəhanə gətirib 200 (iki yüz) manat pulu tanışı Şahid2 adına göndərməsini demiş, xx xxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Sumqayıt şəhər mərkəzi poçtundan İsmayıllı şəhəri mərkəzi poçtuna Rahib Məsimovun adına 200 (iki yüz) manat pul göndərmiş, o, həmin pulu da götürərək ələ keçirmiş, bununla da etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 8200 (səkkiz min iki yüz) manat məbləğində pulunu ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etməklə sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxsla tanış olmuşdur. Söhbət zamanı Kamilin müharibə veteranı olduğunu bilmiş və yalandan müharibət veteranları üçün ayrılması nəzərdə tutulan evlərdən Kamilə ev ayıra biləcəyini demişdir. Kamilə qəsdən soyadını və atasının adını səhv demiş, əslən Ağcabədi rayonundan olduğunu, tikinti işləri ilə məşğul olduğunu bildirmişdir. Kamil evi hansı üsulla ayıracağını soruşduqda o, 8000 manat müqabilində evi özü ayıra biləcəyini demişdir. Kamil evin harada ayrılacığını soruşmuş, bu zaman o, ayrılacaq evin Bakı şəhəri Nəsimi rayonu ərazisindəki Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin yaxınlığında hündürmərtəbəli binalardan ayıracağını, evin də 3 otaqlı olacağını bildirmişdir. Əslində isə məqsədi pula ehtiyacı olduğu üçün Kamili aldadıb pulunu ələ keçirmək olmuşdur. Kamil ona inanmiş və maddi imkanının aşağı olduğundan pulu ona hissə-hissə verəcəyini demişdir. 2020-ci ilin mart ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə günorta saatlarında Sumqayıt şəhəri ərazisində Kamillə görüşmüş və Kamil ona 2000 (iki min) manat pul vermişdir. Təxminən 10 gün sonra Kamillə Bakı şəhərindəki Şamaxinka adlanan ərazidə görüşmüş və Kamil ona daha 2000 manat pulu vermişdir. xx xxxxx 2020-ci il tarixdə Kamil zəng edərək qalıq 4000 manat pulu da hazırladığını demişdir. xx xxxxx 2020-ci il tarixdə Kamil tanışı Əsmər adlı qadınla İsmayıllı şəhərinə gəlmiş və onları Şalbuzov küçəsində yerləşən kirayə tutduğu evə aparmışdır. Kamil ona 100 manat pul verərək ərzaq almağı tapşırmış və həmin pulun ona veriləcəyi 4000 manatdan verdiyini demişdir. O, həmin pula ərzaq alıb gətirmiş və birlikdə çörək yemişlər. Kamil ona 3900 manat pul vermiş və çıxıb getmişlər. Bundan sonra Kamil hər dəfə ondan ev hansı vaxtda veriləcəyini soruşduqda müxtəlif bəhanələr edərək vaxtı uzatmışdır. 2020-ci ilin may ayının əvvələrində Kamillə telefonda danışarkən guya evin ayrılması işini həll etməsi üçün əlavə 200 manat pul lazım olduğunu demiş və poçt vasitəsi ilə qonşusu Şahid2 adına göndərməyini xahiş etmişdir. xx xxx 2020-ci il tarixdə Kamil zəng edərək Sumqayıt şəhər mərkəzi poçtundan Şahid2 adına 200 manat pul göndərdiyini demişdir. Rahiblə birlikdə İsmayıllı şəhər poçtuna getmiş, Rahib pulu götürdükdən sonra ona vermişdir. O həmin pulu xərcləmişdir. Kamil yenə də mütəmadi ona zəng edərək ev məsələsini soruşmuş, o da əvvəlki kimi müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Kamilə ondan alacağı pulu hansısa vəzifəli və ya digər şəxsə verəcəyini deməmiş, özü həmin işi həll edəcəyini öhdəsinə götürmüdür. Əsl məqsədi isə Kamilin pulunu ələ keçirmək olmuşdur. Barəsindəki cinayət işinin məhkəmə icraatı zamanı zərərçəkmiş şəxslə barışmış, ona dəyən ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Bundan əlavə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq olunması məqsədilə onun tərəfindən dövlət büdcəsinə cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2050 manat pul ödənilmişdir. Ona görə də barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 1-ci Qarabağ müharibəsi veteranıdır. 2020-ci ilin fevral ayında özünü X2 təqdim edən bir şəxslə tanış olmuşdur. Söhbət zamanı Vüsal onun müharibə veteranı olduğunu bilib ona müharibə veteranlarına ayrılan evdən ev verilməsinə köməklik edə biləcəyini demişdir. Vüsaldan nə işlə məşğul olduğunu soruşduqda əslən Ağcabədi rayonundan olmaqla Bakı şəhərində tikinti işləri ilə məşğul olduğunu bildirmiş və 8000 manat müqabilində ona ev ayıra biləcəyini demişdir. Vüsal ona ayrılacaq evin Bakı şəhəri Nəsimi rayonu ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin yaxınlığında müharibə veteranları üçün tikilmiş hündürmərtəbəli binalarda yanında 3 otaqlı olacağını demişdir. Vüsala inanmış və mobil nömrələrini bir-birilərinə vermişlər. Bundan sonra tez-tez Vüsalla danışmış, Vüsal ilk olaraq 4000 manat pul verməyini bildirmişdir. Vüsala ilk olaraq 2000 manat, qalanını isə sonra verməyi qərara almışdır. 2020-ci ilin mart ayının əvvəllərində Vüsalla Sumqayıt şəhəri ərazisində görüşmüş və ona 2000 manat pul vermişdir. Təxminən 10 gün sonra Bakı şəhərində Şamaxinka adlanan ərazidə Vüsalla görüşmüş və idarə etdiyi avtomobildə 2000 manat pulu Vüsala vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. xx xxxxx 2020-ci il tarixdə Vüsal zəng edərək qalıq qalmış 4000 manat pulun təcili ona çatdırmağını bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə tanışı Əsmərlə birlikdə İsmayıllı şəhərinə gedərək Vüsalla görüşmüşdür. Onlar Vüsalın kirayə tutduğu evə getmişlər. Ac olduqlarından Vüsala verəcəyi 4000 manat puldan 100 manatını Vüsala vermiş və Vüsal həmin pula ərzaq alıb gətirmişdir. Onlar birlikdə çörək yemişlər. Vüsal söhbət zamanı may ayının 2-də evin açarlarını ona təqdim edəcəyini demişdir. O, özü ilə gətirdiyi 3900 manatı Vüsala vermiş və yemək almaq üçün verdiyi 100 manatın da həmin pula aid olduğunu Vüsala xatırlatmışdır. Daha sonra o, Əsmərlə birlikdə Bakı şəhərinə qayıtmışdır. xx xxx 2020-ci il tarixdə Vüsaldan xəbər çıxmamış və bir-neçə gündən sonra Vüsal ona zəng edərək ev ayrılması işinin həll edilməsi üçün əlavə 200 manat pul lazım olduğunu bildirmişdir. xx xxx 2020-ci il tarixdə saat 12 radələrində Vüsala zəng edərək pulu hazırladığını demişdir. Vüsal pulu poçt vasitəsi ilə tanışı Rahibin adına göndərməyini bildirmişdir. O, Sumqayıt mərkəzi poçtundan 200 manat pulu Rahibin adına göndərmiş, az sonra Vüsal 200 manat pulu götürdüyünü bildirmişdir. Bir neçə gün sonra Vüsal artıq evin Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın hazır olduğunu, koranovirus pandemiyası ilə əlaqədar evlərin paylanmadığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reystri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək adına daşınmaz əmlakın olub-olmamasını öyrəndikdə bilmişdir ki, onun adına Bakı şəhəri ərazisində ev yoxdur. xx xxxxxx 2020-ci il tarixdə Vüsal evin verilməsi işinin ləngidiyini, məsələnin alınmayacağı təqdirdə ondan aldığı 8200 manat pulu qaytaracağını bildirmişdir. Vüsalın onu aldatdığını başa düşmüş və sonradan məlum olmuşdur ki, Vüsalın əsl soyadı Ağayev, atasının adı isə Ağamidir. Vüsalın pulunu qaytarmadığını görərək xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı rayon Polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ondan alacağı pulu hansısa vəzifəli və ya digər şəxsə verəcəyini deməmiş, Bakı şəhərində tikinti işləri ilə məşğul olduğunu bildirdiyi üçün müharibə veteranlarına ayrılan evdən ona mənzil verilməsinə köməklik edəcəyinə onu inandırmış, həmin işi özü həll edəcəyini öhdəsinə götürmüdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. O, təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Şahid2 ifadə verərək göstərdir ki, Təqsirləndirilən şəxs onun qonşusu və sinif yoldaşıdır. xx xxx 2020-ci il tarixdə saat 12:00 radələrində Vüsal ona şəxsiyyət vəsiqəsi üzərində olmadığını demiş və ona çatası 200 manat pulun onun adına göndərilməsinə icazə istəmişdir. O, Vüsalın xahişinə etiraz etməmişdir. Az sonra Vüsal ona pulun göndərildiyini demiş və Vüsalla birlikdə İsmayıllı şəhəri Mərkəzi poçtuna getmişdir. Həmin gün saat 12:50 radələrində Sumqayıt şəhər mərkəzi poçtundan İsmayıllı şəhər mərkəzi poçtuna Kamil Hüseynov adlı şəxs tərəfindən onun adına göndərilmiş 200 manat pulu götürmüş və elə orada da Vüsala vermişdir. Üzürlu səbəblərdən məhkəmə baxışı iclasına gələ bilməmiş şahid Şahid1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və onun həmin ifadəsi məhkəmə iclasında oxunub elan olunmuşdur. Şahid Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə tanışı Kamil ona birlikdə İsmayıllı şəhərinə getməyi xahiş etmişdir. Həmin gün səhər saatlarında Kamilin idarə etdiyi avtomobillə birlikdə İsmayıllı rayonuna gəlmişlər. İsmayıllı şəhərinin girişində Kamilin Vüsal adlı tanışı onları qarşılamış və onları bir evə aparmışdır. Nahar vaxtı olduğu üçün Kamil Vüsala 100 manat pul vermiş və həmin pulla yemək təşkil etməyini xahiş etmişdir. Təxminən Vüsal ərzaq alıb gətirmiş və onlar birlikdə yemək yemişlər. Söhbət zamanı bilmişdir ki, Vüsal Kamilin ev məsələsi ilə məşğuldur və may ayının 2-də evin açarlarını Kamilə təqdim edəcəyini demişdir. Elə orada Kamil 3900 manat pulu sayaraq Vüsala vermiş, Vüsal yeməyə verilmiş 100 manatı özü həmin pulun üstünə qoyacağını demişdir. Həmin gün Kamillə birlikdə Bakı şəhərinə qayıtmışlar. Sonradan Kamillə söhbət zamanı bilmişdir ki, Kamil poçt vasitəsi ilə Vüsala əlavə olaraq 200 manat da göndərmişdir. Sonradan isə eşitmişdir ki, Vüsal adlı şəxs aldatma yolu ilə Kamilin ümumilikdə 8200 manat pulunu ələ keçirmişdir. 27 yanvar 2021-ci il tarixli İİPF-16/22 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt şəhər Mərkəzi poçtundan 16 may 2020-ci il tarixdə saat 12:14 radələrində Şahid2 adına 200 manat pul vəsaiti göndərilmiş, Həmin vəsait həmin tarixdə saat 12:52 radələrində İsmayıllı Poçt şöbəsindən şəxsən Şahid2 tərəfindən alınmışdır. 07 oktyabr 2020-ci il tarixli tələbnamədən, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(093)-220/18 nömrəli hökmünün surətindən, İsmayıllı Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 7 (037)-30/2020 saylı qərarının surətindən və İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 166427/20-45-4 nömrəli məktubdan görünür ki, Vüsal Ağayev Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(093)-220/18 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29, 178.2.2, 32.4, 312.2 və 333.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 178.2.2, 29, 178.2.2-ci maddələri ilə 3000 (üç min) manat miqdarında cərimə cəzasına, Cinayət Məcəlləsinin 32.4; 312.2-ci maddəsi ilə 2000 (iki min) manat miqdarında cərimə cəzasına, Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cərimə cəzalarının qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirməklə ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə ona qəti olaraq 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası xx xxxxxx 2018-ci il tarixdə başa çatmış, İsmayıllı Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 7 (037)-30/2020 qərarına əsasən Bakı Hərbi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 (bir min beş yüz) manat cərimə cəzasının ödənilməmiş qalan 900 (doqquz yüz) manat hissəsi 240 (iki yüz qırx) saat müddətə ictimai işlər cəzası ilə əvəz edilmiş, cəza müddəti bitdiyi üçün Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, hazırda məhkumluğu ödənilməmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 Konsultativ Poliklinika şöbəsindən x xxxxxxx 2020-ci il tarixli 319 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin “narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqin 18 dekabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir. Müstəntiqin “sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulmuş rüşvət verməyə təhrik cinayətinin tərkibi müəyyən edilmədiyindən, habelə Zərərçəkmiş şəxs əməlində 29, 312-ci maddəsində nəzərdə tutulmuş rüşvət verməyə cəhd cinayətinin tərkibi müəyyən edilmədiyindən barələrində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. 11 dekabr 2020-ci il tarixli 3454 nömrəli arayışdan və xasiyyətnamədən, AZ-İİİ № 496645 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, ev 17A ünvanında yaşayır, ailə tərkibi özündən, arvadı Ağayeva Jalə İlqar qızı və 15 mart 2015-ci il təvəllüdlü oğlu Ağadan ibarətdir, yaşayış yerində yaşadığı müddətdə barəsində şikayət xarakterli məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, onun törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs 8200 manat maddi ziyan vurulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən həmin ziyanın 6300 manat hissəsi işin ibtidai istintaqı zamanı, qalan, yəni 1900 manat hissəsi isə məhkəmə icraatı zamanı Zərərçəkmiş şəxs tam ödənilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək zərərçəkmiş şəxslə barışdığını, ona vurmuş olduğu zyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmadığını bildirmiş və barəsində Cinayət Məcələsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi məqsədilə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi üçün ona müəyyən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs vaxt verilmiş və o, məhkəməyə törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi barədə sənəd təqdim etmişdir. “KapitalBank”ın İsmayıllı rayon filialının 20 aprel 2021-ci il tarixli 11076 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətə görə vurulmuş ziyanın 25% olaraq onun adından 2050 manat pul vəsaiti X1 müvafiq hesabına ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməmişdir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilərək ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-25/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-25/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver