Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-25/2022 29.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə 29 mart 2022-ci il tarixdə saat 16:30-da İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 10 avqust 1987-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işsiz, məhkum edilməmiş, İsmayıllı şəhəri M.F.Axundov prospekti ev 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya kodu xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmaqla, yaşadığı İsmayıllı şəhəri, M.F.Axundov prospekti 4 ünvanında yerləşən evini tərk edərək xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, İsmayıllı şəhəri, M.F.Axundov prospekti 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda atası X14 və anası X10 ilə bir evdə yaşayır. Anası və atası ömürlük 3-cü qrup əlildirlər. Atası və anası lal və kardırlar, yəni danışmaq, eşitmək, həmçinin yazı yazmaq qabiliyyətinə malik deyillər. Rəsmi olaraq hər hansı bir yerdə işləmir. 2014-cü ildə İsmayıllı rayon sakini X16 ilə rəsmi nikaha daxil olmuş, 2015-ci ildə həmin nikahdan Ömər adlı oğlu anadan olmuş, 2020-ci ildə İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikaha xitam verilmiş və onun üzərinə də oğlu Ömər üçün aylıq 80 manat məbləğində aliment ödəmək kimi öhdəlik qoyulmuşdur. 2022-ci ilin yanvar ayının sonlarında səhhətində narahatçıılıq hiss etdiyi üçün Covid-19 infeksiyasına yoluxduğundan şübhələnmiş və buna görə də 29 yanvar 2022-ci il tarixdə İsmayıllı RMX-na gedərək analiz vermişdir. Götürülən test nümunəsinin 30 yanvar 2022-ci il tarixdə pozitiv olması müəyyən edildikdən sonra İsmayıllı RMX-nın əməkdaşları yaşadığı evə gələrək ona karantin qaydalarını pozmamağa görə iltizama imza etdirmişlər, evdə qalmağı və müalicəsinin evdən davam etdirilməsi nəzərinə çatdırılmışdır. Həmçinin bu iltizama bir evdə yaşadığı anası və atası da imza etmişlər. 1 fevral 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən darıxdığını hiss etmiş və küçəyə çıxmaq qərarına gəlmişdir. Həmçinin siqareti bitdiyi üçün düşünmüşdür ki, küçəyə çıxmışkən siqaret də alsın. Buna görə saat 18 radələrində yaşadığı evdən çıxaraq M.F.Axundov prospekti ilə həmin prospektdə yerləşən “Bərəkət” market istiqamətində piyada getmişdir. “Bərəkət” marketə yaxınlaşıb ora daxil olmuş və bir ədəd “Magna” markalı siqaret almaq üçün kassaya yaxınlaşmışdır. Yol boyunca və marketdə olarkən tibbi maskadan istifadə etməmişdir. Kassada dayanan şəxs Yusif olmuşdur. Siqaretə görə 2 manat 10 qəpik məbləğində pul ödəyib marketdən çıxmaq istədiyi zaman İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşmışlar. Ona Covid 19 infeksiyasına yoluxduğunu və yaşadığı evi tərk etməli olmadığım halda evi tərk etdiyini bildirmişlər. O polis əməkdaşlarının dediklərini təsdiq etdikdən biraz sonra İsmayıllı RPŞnin digər bir əməkdaşı dayandığı yerə gələrək hadisə yerinə baxış keçirtmişdir. Baxış zamanı o bildirmişdir ki, 1 fevral 2022-ci il tarixdə evdə dayanmaqdan sıxıldığı üçün, həmçinin siqaret almaq məqsədilə İsmayıllı şəhər, M.F.Axundov prospektində yerləşən “Bərəkət” marketə getmişdir. Marketdən siqaret alıb çölə çıxmaq istəyərkən İsmayıllı RPŞnin əməkdaşları ona yaxınlaşaraq Covid-19 infeksiyasına yoluxduğunu və yaşadığı evi tərk etməli olmadığı halda evi tərk etdiyini bildirmişlər. Qeyd edilənlərlə yanaşı ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, sözügedən cinayəti zərurətdən törətdiyini, himayəsində azyaşlı uşağının və hər iki lal-kar olan valideynlərinin olmasını, özünün epilepsiya xəstəsi olmasını qeyd edərək, bunların nəzərə alınmasını və barəsində mümkün qədər yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, İsmayıllı RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir, polis baş leytenantıdır. Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə o və digər polis əməkdaşlarına İsmayıllı rayonu ərazisində yaşayan COVİD-19 infeksiyasına yoluxan xəstələrin siyahısı verilmişdir. Həmin siyahıda COVİD-19 infeksiyasına yoluxan xəstələrin ad, soyad, ata adları, şəxsiyyət vəsiqələrinin nömrələri, qeydiyyatda olduqları ünvanlar və hansı tarixdə infeksiyaya yoluxduqları barədə məlumatlar öz əksini tapmışdır. 1 fevral 2022-ci il tarixdə saat 19 radələrində İsmayıllı RPŞ-nin İTB-nin rəisi, polis mayoru X6 ilə birlikdə İsmayıllı şəhəri, M.F.Axundov prospektində xidmət apararkən COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin siyahısında olan Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.F.Axundov prospektində yerləşən “Bərəkət” marketə daxil olduğunu uzaqdan görüb sonuncuya yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşmağa başlayarkən sonuncu marketdə daxil olmuş və onlar təxminən 2-3 dəqiqə sonra marketə daxil olmuşlar. Onlar marketə daxil olarkən Təqsirləndirilən şəxs marketdən çıxırmış. Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər, marketdən çıxıb kənarda dayanmasını bildirmişlər və sonuncu da çıxıb marketin qarşısında dayanmışdır. Bununla bağlı İsmayıllı RPŞ-nin rəhbərliyinə məlumat vermiş və tez bir zamanda İsmayıllı RPŞ-nin İB-nin müstəntiqi X21 və İsmayıllı RPŞ-nin İB-nin rəisi X11 hadisə yerinə gəlmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirilərək hansı tarixdə COVİD-19 infeksiyasına ilə bağlı test nümünəsi verdiyi, hansı tarixdə laborotoriya nəticəsinin çıxdığı, bu barədə ona məlumat verilib-verilmədiyi, COVİD-19 infeksiyası ilə bağlı verdiyi test nümunəsi pozitiv çıxdıqdan sonra tibbi işçiləri tərəfindən ona evi tərk etməməsi barədə xəbərdarlıq edilib-edilmədiyi, evi tərk etdiyi halda onun Azərbaycan Respublikası İXM-nin və CM-nin müvafiq maddələri ilə məsuliyyəti barədə xəbərdarlıq edilib-edilmədiyi, bu barədə iltizama imza edib-etmədiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, 2022-ci ilin yanvar ayının onlarında səhhətində narahatçılıq hiss etdiyi üçün COVİD-19 infeksiyasına yoluxub-yoluxmadığını öyrənmək məqsədilə 29.01.2022-ci il tarixdə RMX-na müraciət edərək analiz vermişdir. Sərdardan götürülmüş test nümunəsinin 30.01.2022-ci il tarixdə pozitiv olması müəyyən edildikdən sonra İsmayıllı RMX-nın əməkdaşları yaşadığı evə gələrək ona karantin qaydalarını pozmamağa görə iltizama imza etdirmişlər, evdə qalmağı və müalicəsinin evdən davam etdirilməsi nəzərinə çatdırılmışdır. Həmçinin bu iltizama bir evdə yaşadığı atası və anası da imza etmişdir. O, 1 fevral 2022-ci il tarixdə evdə dayanmaqdan sıxıldığı üçün, həmçinin siqaret almaq məqsədilə İsmayıllı şəhəri, M.F.Axundov prospektində yerləşən “Bərəkət” marketdə getmiş və oradan 1 ədəd siqaret almış, həmin vaxt marketin satıcısı ilə ünsiyyətdə olmuşdur. Marketdən çıxarkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq Covid-19 infeksiyasına yoluxduğunu və yaşadığı evi tərk etməli olmadığı halda evi tərk etdiyini bildirmişlər. O da polis əməkdaşlarının dediklərini təsdiq etmişdir. Sonda bu barədə protokol tərtib edilmiş, baxışda iştirak edən şəxslər və o protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs İsmayıllı RPŞ-nin TTYS-nın işçiləri ilə yaşadığı evə yola salınmışdır. İş üzrə şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin İTB-nin rəisi, polis mayoru X1 Əşrəf Ramiz oğlunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin dekabr ayının sonlarından 2022-ci ilin fevral ayının 7-nə kimi İsmayıllı şəhəri, M.F.Axundov prospektində yerləşən “Bərəkət” marketdə satıcı işləmişdir. X2 məxsusdur və həmin dükanda tək satıcı odur. Hər gün saat 08 radələrində saat 21 radələrinə kimi işdə olur. 1 fevral 2022-ci il tarixdə təxminən saat 18 radələrində Sərdar adlı şəxs dükana daxil olaraq ondan dəyəri 2 manat 10 qəpik olan 1 ədəd “Magna” markalı siqaret almış və siqaretin dəyərini ödədikdən sonra dükandan çıxmışdır. Sərdar dükandan çıxarkən İsmayıllı RPŞ-nin əməkdaşları sonuncuya yaxınlaşmışlar. Bundan biraz sonra isə İsmayıllı RPŞ-nin əməkdaşları “Bərəkət” marketin qarşısında videoçəkiliş vasitəsilə baxış keçirmişlər. Həmin vaxt o marketdə olduğu üçün orada dəqiq olaraq nə danışıldığını bilməmişdir. O Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə heç bir xəstəlik keçirməmiş, həmçinin COVİD-19 infeksiyasına da yoluxmamış, 01.02.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ünsiyyətdə olduqdan sonra səhhətində hər hansı bir problem olmamışdır. Bundan əlavə “Bərəkət” marketin mülkiyyətçisi Ramil Mövlamov ilə əmək müqavilə bağlamamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02.02.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı rayon polis şöbəsi istintaq bölməsinin müstəntiqi Nicat Osmanov tərəfindən Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir; Cinayət işinin 09-cu vərəqəsində olan İsmayıllı rayon X15 hüquqi şəxsin konsultativ poliklinika şöbəsindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs Pəncəli oğlundan 29.01.2022-ci il tarixdə test nümunəsi götürülmüş, testin nəticəsi 30.01.2022-ci il tarixdə Şamaxı RMX labaratoriyası tərəfindən pozitiv (+) cavablandırılmışdır. Cinayət işinin 10-cu vərəqəsində olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.07.2020-ci il tarixli 377s nömrəli sərəncamı ilə təsdiq edilmiş əlaqələndirmə protokoluna 5 nömrəli əlavə olan Covid-19 virus infeksiyasının təyin olunması üçün laborotoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair iltizamnamədən görünür ki, Təqsirləndirilən şəxs Pəncəli oğlu, X10 və X12 07 gün ərzində evi tərk etməmək barədə xəbərdarlıq edilərək bu barədə iltizama imza etmişlər. Cinayət işinin 61-ci vərəqəsində olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X24 alınmış məhkəmə-tibbi ekspertizasının 28 fevral 2022ci il tarixli 92/KEŞ nömrəli rəyindən görünür ki, 29.01.2022-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitargigiyena qaylarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. Cinayət işinin 24-cü vərəqində olan İsmayıllı rayon X15 Hüquqi Şəxsdən alınmış 05.02.2022-ci il tarixli 31 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur, lakin nevroloji kabinetində “G 40.3 epilepsiya” diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 29-cu vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12.02.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin 41-ci vərəqində olan Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşqa və X25 tərəfindən verilmiş məktubdan görünür ki, danışmaq, eşitmək və yazı yazmaq qabiliyyətinə malik olmayan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 4-də yaşayan X20 və X4 (təqsirləndirlən şəxsin valideynləri) ifadələrinin alınması və digər proseslərin həyata keçirilməsi üçün Mərkəzin sosial iş üzrə mütəxəssis-loqopeti X3 tərcüməçi qismində ayrılmışdır. Cinayət işinin 56-cı vərəqəsində olan İsmayıllı şəhər İƏD-si üzrə nümayəndəliyi tətəfindən verilmiş, 21.02.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Hüseynov X9 şəhər ərazisində yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışıdr. Cinayət işinin 66-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28.02.2022-ci il tarixli qırarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 88-ci vərəqəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 28.02.2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CinayətMəcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, himayəsində bir azyaşlı uşağının olmasını, epilepsiya xəstəsi olmaqla nevroloji kabinetində “G 40.3 epilepsiya” diaqnozu ilə dispanser qeydiyyatda olmasını, eyni zamanda ata və anasının hər ikisinin lal-kar olmaqla onun himayəsində olmasını nzərə alır və onları cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri M.F.Axundov prospekti ev 4 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-25/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-25/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver