Məhkəmə qərarları › İş №1(037)-25/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-25/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-25/2023 20.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 20 iyul 2022-ci il tarixdə saat 17:50-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1981-ci ildə İsmayıllı rayonunun Topçu kəndində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, İsmayıllı şəhəri 28 May küçəsi D-2, ev 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 2020-ci ildən etibarən 2022-ci ilin avqust ayının 24-nə kimi olan müddət ərzində, dəqiq tarixləri və saatları istintaqla müəyyən edilməyən vaxtlarda Zərərçəkmiş şəxs məxsus İsmayıllı şəhəri, 28 may küçəsi, 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə, həmin evdə heç kəsin olmadığını bilərək, eyni zamanda ona heç kəsin olmadığı vaxtlarda həmin evə və həyətyanı sahəyə daxil olmasına icazə verilməməsinə baxmayaraq, oğurluq etmək məqsədilə Zərərçəkmiş şəxs məxsus həmin evin həyətinin giriş qapısının qarşısına gəlmiş və özündə olmuş açar vasitəsilə qapını açıb qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətyanı sahəyə daxil olmuş, daha sonra saxlanc yeri hesab olunan yaşayış evinə yaxınlaşıb həmin evin arxa tərəfində yerləşən zal hissəsinə, qapısını özündə olmuş açarla açmaq yolu ilə qanunsuz daxil olmaqla, oradan hər biri 7 litr tutumlu, solğun rəngli, bir ədədinin qiyməti 150 manat təşkil edən, cəmi 900 manat dəyərində 6 ədəd mis materialdan samovarları, bir ədədinin qiyməti 10 manat təşkil edən, cəmi 50 manat dəyərində 5 ədəd alüminium materialdan aş süzənləri, bir ədədinin qiyməti 60 manat təşkil edən, cəmi 300 manat dəyərində 5 ədəd mis materialdan aş süzənləri, bir ədədinin qiyməti 10 manat təşkil edən, cəmi 50 manat dəyərində 5 ədəd nejavika materialdan aş süzənləri, bir ədədinin qiyməti 100 manat təşkil edən, cəmi 800 manat dəyərində, naxışlı-güllü, 8 ədəd qab-qacaq (servis) dəstlərini, bir ədədinin qiyməti 95 manat təşkil edən, cəmi 3040 manat dəyərində, hər biri təxminən 15- 20 litr tutumlu 32 ədəd mis materialdan qazanları, bir ədədinin qiyməti 20 manat təşkil edən, cəmi 800 manat dəyərində təxminən 10 litr tutumlu 40 ədəd emallı qazanları, bir ədədinin qiyməti 200 manat təşkil edən, cəmi 600 manat dəyərində 3 ədəd alüminium materialdan su betonlarını, bir ədədinin qiyməti 40 manat təşkil edən, cəmi 200 manat dəyərində 5 ədəd ütüləri, bir ədədinin qiyməti 200 manat təşkil edən, cəmi 400 manat dəyərində 2 ədəd “Zinger” markalı tikiş maşınlarından ibarət əşyaları, evin zirzəmi hissəsində yerləşən saxlanc yerindən bir ədədinin qiyməti 20 manat təşkil edən, cəmi 2000 manat dəyərində hər biri 1 litr həcmində 100 ədəd “stoliçnaya” markalı araqları, bir ədədinin qiyməti 25 manat təşkil edən, cəmi 225 manat dəyərində hər biri 1 litr həcmində 9 ədəd “Napoleon” markalı konyaklardan ibarət spirtli içkiləri, evin yataq otaqlarından bir ədədinin qiyməti 250 manat təşkil edən, cəmi 1000 manat dəyərində hər birinin eni 160 santimetr, uzunluğu 220 santimetr ölçülərdə 4 ədəd Lahıc xalçalarını, bir ədədinin qiyməti 250 manat təşkil edən, cəmi 3000 manat dəyərində naxışlı, güllü 12 ədəd yataq (postel) dəstlərini, bir ədədinin qiyməti 50 manat təşkil edən, cəmi 1000 manat dəyərində 20 ədəd qışlıq yataq örtüklərini, bir ədədinin qiyməti 40 manat təşkil edən, cəmi 400 manat dəyərində 10 ədəd ipək kəlağayıları (baş örtüklərini), bir ədədinin qiyməti 150 manat təşkil edən, cəmi 300 manat dəyərində eni 120 santimetr, uzunluğu 100 metr olan 2 ədəd rulon formalı stolüstü örtüklərini, bir ədədinin qiyməti 40 manat təşkil edən, cəmi 400 manat dəyərində eni 140 santimetr, uzunluğu 320 santimetr ölçülərdə 10 ədəd kətan materialdan olan masa örtüklərindən ibarət əşyaları, evin yataq otağında olan Zərərçəkmiş şəxs məxsus pul kisəsindən, sonuncunun deməsinə əsasən həmin vaxt kursu 0,032 manat təşkil edən, cəmi 409,6 Azərbaycan manatına bərabər olan 12800 Rus rublu, kursu 1,70 manat təşkil edən, cəmi 3400 Azərbaycan manatına bərabər olan 2000 ABŞ dolları və 6000 Azərbaycan manatı olmaqla ümumilikdə 9809,6 manat pulu götürüb aparmaqla qəsdən gizli yolla talamış, daha sonra öz cinayətkar niyyətini davam etdirərək xx.xx.2022ci il tarixədən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində, dəqiq saatı istintaqa məlum olmayan müddətdə eyni üsulla, yəni həmin evdə heç kəsin olmadığını bilərək, ona evdə heç kəsin olmadığı vaxtlarda evə və həyətyanı sahəyə daxil olmasına icazə verilməməsinə baxmayaraq, o, oğurluq hərəkətlərinə davam etdirib həyətin giriş qapısını özündə olmuş açar vasitəsilə açıb saxlanc yeri hesab olunan həyətyanı sahəyə, sonra isə saxlanc yeri hesab olunan evin qapısını özündə olmuş açar vasitəsilə açmaqla qanunsuz içəri daxil olaraq, oradan dəyəri 5 manat təşkil edən 8 litr tutumlu, dəmir materialdan 1 ədəd vedrə və dəyəri 150 manat təşkil edən, gümüşü rəngli, 7 litr tutumlu 1 ədəd samovardan ibarət əşyaları götürüb aparmaqla qəsdən gizli yolla talamış, daha sonra öz cinayətkar niyyətini davam etdirib yenidən eyni üsulla, yəni xx.xx.2022-ci il tarixədə, təxminən saat 10 radələrində həmin evdə heç kəsin olmadığını bilərək, ona evdə heç kəsin olmadığı vaxtlarda evə və həyətyanı sahəyə daxil olmasına icazə verilməməsinə baxmayaraq, o, oğurluq hərəkətlərinə davam etdirib həyətin giriş qapısını özündə olmuş açar vasitəsilə açıb saxlanc yeri hesab olunan həyətyanı sahəyə qanunsuz daxil olmuş, evin arxa hissəsində yerdə olan dəmir materialdan üçkünc nərdivanı götürərək evin qarşısına gətirib, pəncərənin qarşısında quraraq həmin nərdivan vasitəsilə qalxıb taxta çərçivəli pəncərəni çəkib açmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan evin içərisinə daxil olmaqla, evdən dəyəri 60 manat təşkil edən, eni 90 santimetr, uzunluğu 130 santimetr ölçülərdə 1 ədəd xalçanı, dəyəri 2 manat təşkil edən, yaşıl rəngli 1 ədəd plasmas qabı, dəyəri 4 manat təşkil edən, sarı rəngli 1 ədəd çuğun materiallı qabı və dəyəri 50 manat təşkil edən, 20 litr tutumlu qapaqlı, alminium materiallı 1 ədəd qazandan ibarət əşyaları götürüb aparmaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 25545,6 (iyirmi beş min beş yüz qırx beş manat altmış qəpik) manat məbləğində maddi ziyan vurulmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, özünü həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə təqsirli bildiyini göstərmiş və ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri 28 May küçəsi dalan 2 ev 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur, onunla münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, Zərərçəkmiş şəxs evində xadimə işləmiş, müəyyən günlərdə səhər təxmiən saat 06-07 radələrində Zərərçəkmiş şəxs evinə gedib təxminən 1-2 saat ərzində sonuncuya yemək verərək evin təmizlik işlıərini görüb evinə qayıtmışdır. Zərərçəkmiş şəxs çağıranda axşamlar da sonuncunun evinə gedərək həmin işləri görmüşdür. Gördüyü işlərin qarşılığında isə Zərərçəkmiş şəxs ona pul vermişdir. Rüşdi hər həftənin çərşənbə axşamı müalicə almaqdan ötrü Bakı şəhərinə gedib gəlmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Rüşdi müalicə almaq üçün 10 günlük Bakı şəhərinə getmiş, bu zaman evin açarını ona verərək həyət-bacaya və evə nəzarət etməyi tapşırmışdır. Həmçinin ona evdə olan gündəlik ərzaq məhsullarını da xarab olmasın deyə aparıb evdə istifadə etməyi tapşırmışdır. Rüşdi Bakı şəhərindən qayıtdıqdan təxminən 2-3 gün sonra evin açarlarını ondan almışdır. Rüşdi onu işlədərək pulunu kəsdiyindən, yəni gördüyü müəyyən işlərin müqabilində ona pul vermədiyindən o, əvəz çıxmaq üçün Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək qərarına gəlmişdir. 2022-ci ilin avqust 15 və 16-sı tarixlərində Zərərçəkmiş şəxs Bakı şəhərində olduğu zaman ona məxsus həyətə, həyətin qapısını onda olan açarla açıb daxil olmuş, sonra evə yaxınlaşmış, evin giriş qapısını da onda olmuş açarla açmaqla içəri keçmiş, içəridə otaqları gəzərək oğurlaya biləcəyi hər hansı bir əşyanın olub-olmadığını axtarmışdır. Otağın içərisində bir müddət gəzişdikdən sonra 01 ədəd dəmir vedrəni və 01 ədəd samovarı götürərək gəldiyi yolla geri qayıtmış, yəni evin və həyətin qapılarını açarla bağlıyaraq çıxıb evinə getmiş, götürdüyü əşyaları da evinə aparmışdır. Daha sonra 2022ci ilin avqust 24-də Zərərçəkmiş şəxs Bakı şəhərində olduğu zaman ona məxsus həyətə daxil olaraq evin sağ tərəfində, divara söykənmiş vəziyyətdə olan üçkünc nərdivanı götürərək evin ön hissəsində olan pəncərənin qarşısına gətirmiş, evin önündə pəncərə qarşısında nərdivanı quraraq yuxarı qalxmış, əlini atıb pəncərəni dartıb açaraq içəri daxil olmuşdur. Bir müddət içəridə otaqları gəzərək oğurlaya biləcəyi hər hansı bir əşyanın olubolmadığını axtarmışdır. Otağın içərisində bir müddət gəzdikdən sonra, evin zal hissəsində divara söykənmiş vəziyyətdə olan 01 ədəd kiçik ölçülü xalçanı, evin mətbəx hissəsində sol tərəfdə divarın küncündə olan 01 ədəd aşsüzəni, 01 ədəd qazanı, 01 ədəd plasmas qabı, 01 ədəd dəmir qabı götürərək çölə çıxartmış, həmin əşyaları həyətdə olan karton qutuya yerləşdirmişdir. Daha sonra oğurladığı əşyaları götürərək gəldiyi yolla geri qayıtmışdır. Oğurladığı əşyaları gətirərək yaşadığı evdə saxlamışdır. Bundan sonra o, həmin evdən oğurluq etməmişdir. Yenə də Zərərçəkmiş şəxs evində xidmətçi kimi işə davam etmişdir. Onun Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməyi ifşa olunduqdan sonra o, bir daha həmin həyətə getməmiş, evin və həyətin açarlarını da təhvil vermişdir. O, Zərərçəkmiş şəxs məxsus evdən 2022-ci ilin avqust ayının sonlarında, dəqiq tarixini xatırlamadığı günündə 01 ədəd kiçik ölçülü xalça, 01 ədəd aşsüzən, 01 ədəd qazan, 01 ədəd plasmas qab, 01 ədəd dəmir qab, 01 ədəd dəmir vedrə və 01 ədəd samovar oğurlamışdır. Bunlardan başqa o həmi evdən heç nə oğurlamamışdır. O, Zərərçəkmiş şəxs evindən ümumilikdə 15736 manat dəyərində olmuş 01 ədəd xalça eni 90 sm uzunluğu 130 sm ölçüdə və dəyəri 60 manat, 4 ədəd lahıc xalçasının hər birinin dəyəri təxminən 250 manat olmaqla, hər birinin eni 160 sm uzunluğu 220 sm ölçülərdə, ümumi olaraq təxminən 1000 manat dəyərində, 01 ədəd qazan 20 litr tutumlu qapaqlı, alminium materiallı və dəyəri 50 manat, 01 ədəd plasmas qab yaşıl rəngli və dəyəri 2 manat, 01 ədəd çuğun materiallı qab sarı rəngli və dəyəri 4 manat, 01 ədəd vedrə 8 litr tutumlu, dəmir materialdan və dəyəri 5 manat, 01 ədəd samovar, gümüşü rəngli və dəyəri 150 manat olmuşdur, 6 ədəd mis materialdan samovarın hər birinin dəyəri təxminən 150 manat olmaqla, 7 l tutumlu, solğun rəngli ümumi 900 manat dəyərində, 5 ədəd alüminium materialdan aş süzənin hər birinin dəyəri təxminən 10 manat olmaqla ümumi olaraq təxminən 50 manat dəyərində, 5 ədəd mis materialdan aş süzənlərin hər birinin dəyəri təxminən 60 manat olmaqla ümumi olaraq təxminən 300 manat dəyərində, 5 ədəd nejavika materialdan aş süzənlərin hər birinin dəyəri təxminən 10 manat olmaqla ümumi olaraq təxminən 50 manat dəyərində, 8 ədəd qab-qacaq (servis) dəstinin hər birinin dəyəri 100 manat olmaqla, naxışlı-güllü, ümumi 800 manat dəyərində, 12 ədəd yataq (postel) dəstinin hər birinin dəyəri 250 manat olmaqla, naxışlı, güllü və ümumi 3000 manat dəyərində, 32 ədəd mis materialdan qazanın hər birinin dəyəri təxminən 95 manat olmaqla, təxminən 15-20 litr tutumlu, ümumi olaraq təxminən 3040 manat dəyərində, 40 ədəd emallı qazanın hər birinin dəyəri təxminən 20 manat olmaqla, təxminən 10 litr tutumlu, ümumi olaraq təxminən 800 manat dəyərində, 3 ədəd alüminium materialdan su betonunun hər birinin dəyəri təxminən 200 manat olmaqla ümumi olaraq təxminən 600 manat dəyərində, 20 ədəd qışlıq yataq örtüklərin hər birinin dəyəri təxminən 50 manat olmaqla ümumi olaraq təxminən 1000 manat dəyərində, 5 ədəd ütülərin hər birinin dəyəri təxminən 40 manat olmaqla ümumi olaraq təxminən 200 manat dəyərində, 2 ədəd “Zinger” markalı tikiş maşınının hər birinin dəyəri təxminən 200 manat olmaqla ümumi olaraq təxminən 400 manat dəyərində, 100 ədəd “stolchnıy” markalı araqların hər birinin dəyəri təxminən 20 manat olmaqla, hər biri 1 litr həcmində və ümumi olaraq təxminən 2000 manat dəyərində, 10 ədəd “Napoleon” markalı konyakların hər birinin dəyəri təxminən 25 manat olmaqla, hər biri 1 litr həcmində, ümumi olaraq təxminən 250 manat dəyərində, 10 ədəd ipək kəlağayı (baş örtüyü) hər birinin dəyəri təxminən 40 manat olmaqla, ümumi olaraq təxminən 400 manat dəyərində, 2 ədəd rulon formalı stolüstü örtüklərinin hər birinin dəyəri təxminən 150 manat olmaqla, eni 120 sm və uzunluğu 100 metr olan, ümumi olaraq təxminən 300 manat dəyərində, 10 ədəd kətan materialdan olan masa örtüklərinin hər birinin dəyəri təxminən 40 manat olmaqla, eni 140 sm və uzunluğu 320 sm, ümumi olaraq təxminən 400 manat dəyərində əşyaları və həmin vaxtda kursu 0.032 manat olan cəmi 409.6 manat dəyərində 12800 Rus rublı, kursu 1.70 manat olan cəmi 3400 manat dəyərində 2000 ABŞ dolları və 6000 Azərbaycan manatı pulları oğurlamamış, həmin əşyalardan və pullardan xəbəri yoxdur, Zərərçəkmiş şəxs evindən oğurladığı əşyaları istintaqa tədqim etmişdir. Onun qızları Lalə Dəmirova və X5 Ağayevin evindən heç bir vaxt oğurluq etməmişlər. Qızları Zərərçəkmiş şəxs evinə yalnız təmizlik işlərində köməklik etməyə, ağaclara su verməyə və Rüşdinin qulluğunda durmağa gəlmişlər. Həmçinin baldızı oğlu Ümid Dəmirovun da Zərərçəkmiş şəxs evindən oğurluq etməsini, həmin həyətə girib-çıxmasını belə görməmişdir. O, Zərərçəkmiş şəxs məxsus evdən özünün qeyd etdiyi oğurluq hadisəsini tək törətmiş, ona kimsə köməklik etməmiş, həmçinin həmin oğurluq hadisəsini törətdiyini kimsə görməmiş və o da bu barədə kiməsə deməmişdir. O, bundan başqa heç bir yerdən oğurluq etməmiş və etdiyi hərəkətlərindən peşmandır. Təkrarən qeyd edir ki, o, Zərərçəkmiş şəxs evindən 01 ədəd kiçik ölçülü xalça, 01 ədəd aşsüzən, 01 ədəd qazan, 01 ədəd plasmas qab, 01 ədəd dəmir qab, 01 ədəd dəmir vedrə və 01 ədəd samovar oğurlamışdır. Buna görə o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edir. İştirak etdiyi məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, İsmayıllı şəhər, 28 May küçəsi ev 1 ünvanında yaşayır, təqaüdçüdür. Təqsirləndirilən şəxs onun qonşusudur, evində xidmətçi kimi işləmiş, münasibətləri yaxşı olmuşdur Elza 3-4 ilə yaxın bir müddət onun evində xidmətçi kimi işləmiş, səhər təxmiən saat 06-07 radələrində gəlib ona yemək hazırlamış, evdə təmizlik işləri görüb qayıdıb getmiş, həmçinin onu axşamlar çağırdıqda da gələrək yemək hazırlamış və təmizlik işlərini görüb qayıtmışdır. Qarşılığında isə ona hər dəfə 5-10 manat arası pul vermişdir. O, evdə olmadığı vaxtlarda isə Elza evinə gəlməmiş, çünki evin açarları onda olmuş və o, açarları Elzaya verməmişdir, özü də evdə olmadığı zamanlarda Elzaya evinə gəlməyinə icazə verməmişdir.O, hər həftənin 2–ci günü müalicəsi ilə bağlı Bakı şəhərində olmuş, bir-iki gün müayinələrdə olduqdan sonra evinə qayıtmışdır. Növbəti dəfələrdə, yəni 17 sentyabr 2022-ci il tarixdə Bakı şəhərindən qayıdıb evinə daxil olarkən, evin otaqlarının dağınıq olmasını bilmiş, lakin nə oğurlanmasını konkretləşdirmədən oğlu Şahid polisə məlumat verməsini bildirmişdir. Bundan sonra polis əməkdaşları gələrək oğurluq hadisəsilə bağlı baxış keçirmiş, baxış zamanı evin otaqlarına bir-bir baxılmış, həmin vaxtı ona məlum olmuşdur ki, evindən 01 ədəd xalça, 01 ədəd aşsüzən, 01 ədəd qazan, 01 ədəd plasmas qab, 01 ədəd dəmir qab, 01 ədəd dəmir vedrə və 01 ədəd samovardan ibarət əşyalar oğurlanmışdır. Həmçinin o, evdə olmadığı zamanlarda evə nəzarət etmək üçün evində 2022-ci ilin avqust ayında müşahidə kamerası quraşdırmış, həmin kamera görüntülərə baxan zaman isə ona məlum olmuşdur ki, o evdə olmadığı xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Elza həyətdə evin bir künc hissəsində saxladığı üçkünc nərdivan götürüb gətirib evin qarşısında pəncərə yanında qurmuş və pəncərədən keçməklə gizlicə evinə daxil olaraq oğurluq etmişdir. Həmin ərəfədə evindən başqa nələrin oğurlanmasını konkret bilmədiyi üçün daha sonra həmin əşyaların qeydiyyatını aparmışdır. Bu zaman ona məlum olmuşdur ki, yuxarıda qeyd etdiyi əşyalardan başqa evindən 6 ədəd mis materialdan samovar, 4 ədəd alüminium materialdan aşsüzən, 3 ədəd alüminium materialdan su bidonu, 4 ədəd lahıc xalçası, 8 ədəd qab-qacaq (servis), 12 ədəd yataq dəsti (postel), 32 ədəd mis materialdan qazan, 40 ədəd emallı qazan, 5 ədəd mis materialdan aş süzən, 5 ədəd nejavika materialdan aş süzən, 20 ədəd qışlıq örtüklər, 5 ədəd ütü, 2 ədəd “Zinger” markalı tikiş maşını, 100 ədəd “stoliçnaya” markalı araq, 10 ədəd Napoleon markalı konyak, 10 ədəd ipək kəlayağı (baş örtüyü), 2 rulon stolüstü örtüyü, 10 ədəd kətan materialdan olan masa örtüyündən ibarət əşyalar və 12800 rubl, 2000 ABŞ dolları və 6000 Azərbaycan manatı pulları oğurlanmışdır. Oğurlanmış əşyaların ümumi dəyəri təxminən 15736 manat və həmin vaxtda kursu 0.032 manat olan cəmi 409.6 manat dəyərində 12800 rubl, kursu 1.70 manat olan cəmi 3400 manat dəyərində 2000 ABŞ dolları və 6000 Azərbaycan manatı olmaqla ümumilikdə 9809.6 manat pulu da oğurlanmışdır. Bununla da ona təxminən 25545.6 manat maddi ziyan vurulmuşdur. Həmin pullar və əşyalar ona məxsus olmuşdur. Həmin pulları və əşyaları 2020-ci ildən etibarən evində xadimə işləmiş qonşusu Aytən ləqəbli Elzanın xadimə işlədiyi dövrdə, qızlarının və baldızı oğlunun köməkliyi ilə evdə heç kim olmayan vaxtlarda 2022-ci ilin avqust ayının sonunadək oğurlamasını düşünür. Lakin həmin əşyaların və pulların konkret olaraq nə vaxtı və hansı şəraitdə oğurlanmasından məlumatsızdır. O, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8316 nömrəli rəyi ilə tanış olmuş, həmin rəylə qismən razı olmuş, evindən oğurlanmış əşyaların dəyəri ekspertiza rəyindən artıq olmuşdur. Təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs onun etibatından bu dərəcədə sui-istifadə etməsi, yəni özü olmadığı zamanda evinə və əmlakına nəzarət etməyi tapşırmış Elzanın ona qarşı belə hərəkət etməsi ona çox pis təsir etmişdir. Təqsirləndirilən şəxs sərt cəza verilməsini istəmir, lakin onun şikayət və tələbi evindən edilmiş oğurluq nəticəsində ona dəymiş ziyanın ödənilməsindən ibarətdir. Şahid ifadəsində atası Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, hadisə ilə bağlı olaraq ilkin özü polisə şikayət etmiş, cinayət işi üzrə o zərərçəkmiş şəxs qismində tanınmışdır. Sonradan isə, konkret olaraq xx.xx.2022-ci il tarixdə atası Zərərçəkmiş şəxs onun zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsini və özünün iş üzrə zərərçəkmiş şəxs qismində tanımasını xahiş etmişdir. Ona görə də, onun zərərçəkmiş şəxs qismində cinayət prosesində iştirakına xx.xx.2022-ci il tarixdə xitam verilmiş və xx.xx.2023-cü il tarixdə atası Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Baş vermiş oğurluq hadisəsinin mahiyyətinə gəldikdə isə bildirir ki, atası Zərərçəkmiş şəxs ahıl yaşda, xəstə olduğundan 2018-ci ildə onun təşəbbüsü ilə atasının yaşadığı İsmayıllı şəhər, 28 May küçəsi ev 1 ünvanında yerləşən evə videokameralar quraşdırmışdır. O, Bakı şəhərində yaşadığından tez-tez gələrək atasına baş çəkə bilməmiş və həm atasına, atası isə evdə olmadığı zamanlarda evə və həyətə nəzarət etmək üçün həmin kameraları quraşdırmışdır. Kameralar təxminən bir il müdətində işləməmiş, sonradan isə kameraların fəaliyyəti yenidən bərpa edilmişdir. Şahid X9 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun anası, zərərçəkmiş şəzs Zərərçəkmiş şəxs isə onların qonşusudur. Sonuncu ilə münasibətləri yaxşı olmuşdur. X13 Ağayevin evində xadimə işləmiş, səhər saat 06-07 radələrində gedərək təxminən 1-2 saat ərzində Rüştinin yeməyini verib təmizlik edib qayıymış, həmçinin Zərərçəkmiş şəxs çağıranda axşamlar da köməyə gedib 1-2 saat ev işlərini görərək qayıtmışdır. Bəzi hallarda anası Zərərçəkmiş şəxs evinə gedəndə köməklik üçün onu və bacısı Rozanı da aparmış, onlar köməkli evin təmizlik işlərini görüb qayıtmışlar. Anası ilə bərabər Zərərçəkmiş şəxs evinə təxminən 3-4 dəfə getmiş, o, həm təmizlik işində anasına köməklik etmiş, ağaclara su vermiş, həm də Rüşdinin telefonunda və yaxud televizorun menyusunda problem olanda düzəltmişdir. Rüşdinin müəyyən vaxrtlarda evindən meyvələrdən, yemək və sair qida məsullarını evə aparmağı üçün anasına vermişdir. O, anasının Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsini və yaxud hər hansı bir əşyanı özbaşına götürməsini görməmişdir. Anası Zərərçəkmiş şəxs evindən bir-iki dəfə qabqacaq evə gətirmiş, anasının dediyinə görə Rüşdi özü həmin qab-qacaqları anasına vermiş və anası da gətirmişdir. O və bacısı X7 Ağayevin evindən heç bir zaman oğurluq etməmiş, həmçinin bibisi oğlu Ümid Dəmirovun da Zərərçəkmiş şəxs evindən oğurluq etməsini eşitməmiş və bilməmişdir. Şahid X2 ifadəsində X4 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Şahid X10 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısı arvadıdır, Zərərçəkmiş şəxs isə dayısıgilin qonşusudur, onlarla münasibətləri yaxşı olmuşdur. 2022ci ilin avqust və sentyabr aylarında dayısı evində yaşamış, həmin ərəfədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evində xadimə işləmiş, səhər gedib təxminən 1-2 saat ərzində təmizlik edib qayıtmış, həmçinin Zərərçəkmiş şəxs çağıranda axşamlar da köməyə gedib 1-2 saat gedib təmizlik edib qayıtmışdır. 2022-ci ilin avqust aylarında Rüşdi onun dayısı Elşənə evindəki konyakdan ona verəcəyini bildirmiş, o bunu eşidib, qərara gəlmişdir ki, Rüşdinin evində kimsə olmayanda gedib konyakdan götürüb istifadə etsin. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində evdə kimsə olmamasını bilərək, məktəb tərəfin çəpərindən keçərək həyətə girmiş, evin üzərində kameralar olmasını gördüyü üçün ağacların arası ilə gizlincə keçməyə çalışmışdır. Həmin vaxtı evə yaxınlaşmış, evin qapı və pəncərələrinin bağlı olmasını bilərək evin ikinci mərtəbəsinə qalxmış, məqsədi çəkməsin deyə kameranı ayırmaq olmuş, lakin bunu bacarmamış, sonra yerə enmiş, evində qapı və pəncərələri bağlı olduğu üçün içəri keçə bilməmiş, evdən hər hansı bir əşya, eləcə də içki götürməmiş, həyətdən çıxdığı zaman evin açıq zirzəmi hissəsinə keçmiş, orada yerdə bir ədəd 0.5 litirlik butulkada spirtli içki görərək götürmüş, sonra gəldiyi yolla qayıtmışdır. Daha sonra aparıb həmin spirtli içkini açmış, konyak olmasını, köhnəlmiş və qıcqırmış olmasını bilərək içə bilməmiş, elə formada da zibilliyə atmışdır. Bu barədə isə heç kimə bir söz deməmişdir. Ümid Dəmirov ifadəsinə davam edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs tamamilə yalan deyir, Zərərçəkmiş şəxs məxsus həyətə daxil olmuş, məqsədi spirtli içki götürmək olmuş, lakin evə qapı və pəncərələri bağlı olduğu üçün içəri girə bilməmiş, lakin zirzəmi hissədən bir ədəd spirtli içki götürmüş, sonra aparıb açdığı zaman qıcqırmış və köhnəlmiş konyak olmasını bilib atmışdır. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus evdə kimsə olmamasını bilərək, məktəb tərəfin çəpərindən keçərək həyətə girmiş, evin üzərində kameralar olmasını gördüyü üçün ağacların arası ilə gizlincə keçməyə çalışmış, məqsədi evdən içki götürmək olmuşdur. Həmin vaxtı evə yaxınlaşmış, evin qapı və pəncərələrinin bağlı olmasını bilərək evin ikinci mərtəbəsinə qalxmış, bura qalxmaqda məqsədi kameranı söndürmək olmuşdur. O, bunu bacarmamış, yenidən yerə düşmüş, evin qapı və pəncərələri bağlı olduğu üçün içəri keçə bilməmiş, evdən hər hansı bir əşya, eləcə də içki götürməmiş, həyətdən çıxdığı zaman evin açıq zirzəmi hissəsinə keçmiş, orada yerdə bir ədəd 0.5 litirlik butulkada spirtli içki görərək götürmüş, sonra gəldiyi yolla qayıtmışdır. Həmin spirtli içkini açmış, içkinin konyak olmasını, köhnəlmiş və qıcqırmış olmasını bilərək içə bilməmiş, elə formada da zibilliyə atmışdır. O, indiyə kimi Zərərçəkmiş şəxs həyətinə bir dəfə girmiş, lakin evin içərisinə girməmiş, Zərərçəkmiş şəxs məxsus evdən heç bir əşya götürməmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspert rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Hadisə yerinə baxış keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə İsmayıllı şəhəri 28 May küçəsi ev 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evind baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı oğurluq hadisəsinin İsmayıllı şəhəri 28 May küçəsi ev 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş verməsi müəyyən olunmuşdur. Baxış zamanı həmin fərdi yaşayış evinin İsmayıllı şəhəri ərazində yerləşən 1 saylı tam orta məktəbin arxa tərəfində yerləşməsi, fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahənin ətrafının mişar daşından ibarət hasarla hasarlanması, hasar üzərində göy çərçivədə ağ yazılarla 28 May küçəsi 1 yazılması, həyətin önündə giriş hissənin, giriş hissədə isə avtomobil girişi üçün iki laylı dəmir qapının, dəmir qapı yanında isə giriş-çıxış üçün tək laylı dəmir qapının yerləşməsi, dəmir qapıların hər birinin tünd qəhvəyi rəngli, orta hissəsində və yuxarı hissələrində yaşıl rəngli bəzək zolağının olması, giriş hissədən içəri daxil olunduqda torpaq ortüyə malik üzəri ot bitkilərlə örtülü həyətin və meyvə bağının olması, həyətin mərkəzi hissəsində bir mərtəbəli kürsülü evin, giriş qapı yanında sol tərəfdə sanitar qovşağının, sağ tərəfdə isə tövlənin yerləşməsi, fərdi yaşayış evinin bir mərtəbəli kürsülü olması, evin bir hissəsinin taxta çərçivəli pencərələr və digər hissəsi divarla əhatə olunması, evin divarlarının ağ rəngdə boya ilə boyanması, giriş hissədə 8 ədəd pilləli pilləkan olması, evə daxil olduqda isə salon hissənin, salondan zal hissəyə, zal hissədən isə evin iki otağına keçid olması, həmin iki otağın yataq otaqları olması, salonun giriş hissəsində sol tərəfdə 01 ədəd qaz sobasının, ondan sonra isə 01 ədəd masanın, masa ilə üzbəüz 01 ədəd divanın və divanın yanında isə 01 ədəd televizor altlığı, üzərində isə 01 ədəd televizorun olması, evin yan hissəsində isə ayrıca saxlanc yeri hesab edilən iri və uzun zalın yerləşməsi, otaqlara baxış keçirildikdə isə dağınıq olması müşahidə olunmuşdur. Baxış zamanı həm evin və həm də həyətyanı sahənin kamer müşahidə sistemi ilə təhciz olunması müşahidə olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin yaşayış evini, evin giriş hissəsini, salon və otaqlarını göstərərək bildirmişdir ki, həmin evin salon hissəsində, giriş qapısının sol tərəfində divara söykənmiş vəziyyətdə olan 01 ədəd xalçanın, saxlanc yeri kimi istifadə edilən zal hissəsindən isə 01 ədəd aşsüzənin, 01 ədəd alminium qazanın, 01 ədəd plasmas qabın, 01 ədəd çuğun materiallı qabın, 01 ədəd dəmir vedrənin və 01 ədəd gümüşü rəngli samovarın oğurlandığını bildirmişdir. Baxış zamanı İsmayıllı RPŞ-nin KTQnun baş inspektor kriminalisti tərəfindən həyətin giriş qapısı və zəruri olan digər yerlər üzərindən yararlı əl-barmaq izləri aşkar edilməmiş və götürülməmişdir. Baxış zamanı evdə müşahidə kameraları təhciz olunduğundan həmin müşahidə kameralarında olan video yazılara baxış keçirilmiş, baxış zamanı video görüntülərdə Zərərçəkmiş şəxs məxsus evə xx.xx.2022-ci il tarixdə saat 10:10-dan saat 12:20-dək olan müddət ərzində bir qadının həyətdə üçkünc nərdivan qurub pəncərədən açıb keçməklə gizlicə daxil olması və oğurluq etməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin qadını tanıdığını və həmin qadının onun evində qulluqçu işləyən qonşusu Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən həmin müşahidə kamerasında olan video yazı 01 ədəd DVD diskə köçürülərək götürülmüşdür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya və ya vasitə aşkar edilmədi və götürülmədi. Hadisə yerində “Samsung” markalı fotoaparatın tədbiqi ilə fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. “Hadisə yerinə təkrar baxış keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə İsmayıllı şəhəri 28 May küçəsi ev 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evind baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə təkrar baxış keçirilmiş, baxış zamanı oğurluq hadisəsinin İsmayıllı şəhəri 28 May küçəsi ev 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş verməsi müəyyən olundu. Baxış zamanı həmin fərdi yaşayış evinin İsmayıllı şəhəri ərazində yerləşən 1 saylı tam orta məktəbin arxa tərəfində yerləşməsi, fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahənin ətrafının mişar daşından ibarət hasarla hasarlanması, hasar üzərində göy çərçivədə ağ yazılarla 28 May küçəsi 1 yazılması, həyətin önündə giriş hissənin, giriş hissədə isə avtomobil girişi üçün iki laylı dəmir qapının, dəmir qapı yanında isə giriş-çıxış üçün tək laylı dəmir qapının yerləşməsi, dəmir qapıların hər birinin tünd qəhvəyi rəngli olması, giriş hissədən içəri daxil olunduqda torpaq ortüyə malik üzəri ot bitkilərlə örtülü həyət və meyvə bağının olması, həyətin mərkəzi hissəsində bir mərtəbəli evin, giriş qapı yanında sol tərəfdə sanitar qovşağının, sağ tərəfdə isə tövlənin yerləşməsi, fərdi yaşayış evinin bir mərtəbəli kürsülü olması, evin bir hissəsinin taxta çərçivəli pencərələr və digər hissəsi divarla əhatə olunması, evin divarlarının ağ rəngdə boya ilə boyanması, giriş hissədə 8 ədəd pilləli pilləkan olması, evə daxil olduqda isə salon hissənin, salondan zal hissəyə, zal hissədən isə evin iki otağına keçid olması, həmin iki otağın yataq otaqları olması, salonun giriş hissəsində sol tərəfdə 01 ədəd qaz sobasının, ondan sonra isə 01 ədəd masanın, masa ilə üzbəüz 01 ədəd divanın və divanın yanında isə 01 ədəd televizor altlığı, üzərində isə 01 ədəd televizorun olması, evin yan hissəsində isə ayrıca saxlanc yeri hesab edilən iri və uzun zalın yerləşməsi, otaqlara baxış keçirildikdə isə içərisində olmuş əşyaların içərilərinin dağınıq olması müşahidə olundu. Baxış zamanı həm evin və həm də həyətyanı sahənin kamer müşahidə sistemi ilə təhciz olunması müşahidə olundu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin yaşayış evini, evin giriş hissəsini, salon və otaqlarını göstərərək bildirmişdir ki, evindən 01 ədəd xalça, 4 ədəd lahıc xalçası, 01 ədəd qazan, 01 ədəd plasmas qab, 01 ədəd çuğun materiallı qab, 01 ədəd vedrə, 01 ədəd samovar, 6 ədəd mis materialdan samovar, 5 ədəd alüminium aş süzən, 5 ədəd mis materialdan aş süzənlər, 5 ədəd nejavika materialdan aş süzənlər, 8 ədəd qab-qacaq (servis) dəsti, 12 ədəd yataq (postel) dəsti, 32 ədəd mis materialdan qazanlar, 40 ədəd emallı qazanlar, 3 ədəd alüminium materialdan su betonları, 20 ədəd qışlıq yataq örtüklər, 5 ədəd ütülər, 2 ədəd “Zinger” markalı tikiş maşınları, 100 ədəd “stolchnıy” markalı araqlar, 10 ədəd “Napoleon” markalı konyaklar, 10 ədəd ipək kəlağayı (baş örtüyü), 2 ədəd rulon formalı stolüstü örtükləri, 10 ədəd kətan materialdan olan masa örtüklərdən ibarət əşyalarının və 12800 Rus rublı, 2000 ABŞ dolları və 6000 Azərbaycan manatı pullarının oğurlanmasını bildirdi, əşyalarının və pullarının oğurlanmamışdan əvvəl olduğu yerləri göstərdi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya vasitə aşkar edilmədi və götürülmədi. Hadisə yerində “Samsung” markalı fotoaparatın tədbiqi ilə fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. “Təqdim edilmiş əşyalara baxış keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar 01 ədəd xalça, 01 ədəd aşsüzən, 01 ədəd qazan, 01 ədəd plasmas qab, 01 ədəd dəmir qab, 01 ədəd dəmir vedrə və 01 ədəd samovardan ibarət əşyalar olmuşdur. Həmin əşyalara baxış keçirən zaman müəyyən olundu ki, 01 ədəd xalça eni 90 sm, uzunluğu 1.30 metr olan, güllü, müxtəlif rəng çalarları olan yun materiallı və toxunmadır, 01 ədəd qazan iri, dərin içli, boz rəngli, qapağı olan alminium materiallı, 01 ədəd aşsüzən iri, dərin içli və alminium materiallı, 01 ədəd plasmas qab yaşıl rəngli, xırda içlikli, 01 ədəd dəmir qab sarı rəngli, xırda içlikli, çuğun materiallı, 01 ədəd vedrə 8 litr tutumlu, gümüşü rəngli, dəmir materiallı və 01 ədəd samovar solğun gümüşü rəngli, 5 litr tutumlu, dəmir materiallıdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs təqdim etdiyi həmin əşyaları, qonşusu Zərərçəkmiş şəxs məxsus İsmayıllı şəhər 28 May küçəsi 1 ünvanında yerləşən fərdi yaşayış evindən oğurladığını bildirərək həmin əşyanı istintaqa təqdim etdi. Təqdim olunmuş əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd xalça bir ədəd iri sellofan torbaya, 01 ədəd samovar bir ədəd iri sellofan torbaya, 01 ədəd aşsüzən, 01 ədəd qazan, 01 ədəd plasmas qab, 01 ədəd dəmir qab, 01 ədəd dəmir vedrədən ibarət əşyalar bir ədəd iri sellofan torbaya qoyulub qablaşdırılaraq götürülmüşdür. Təqdim etdilmiş əşyalara baxış keçirilən zaman fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. “CD formatında olan diskə baxış keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin diskdə faillərdən 15 ədədi video görüntülərin və 13 ədədi fotoşəkillərin olması müşahidə edilmişdir. Baxış zamanı foto görüntülərin evin içərisi və çöl tərəfinin, evin əşyalar saxlanılan yerlərinin görüntüləri olması və evin dağınıq olması müşahidə edildi. Həmçinin baxış zamanı video görüntülərdə Zərərçəkmiş şəxs məxsus evin arxa hissəsində olan zaldan xx.xx.2022-ci il bir qadının və yanında iki qızın çıxmaları, həyətə enmələri, qadının həyətdə təmizlik etməsi, qızların da həmin qadının yanına toplaşması, sərbəst olaraq həyətdə hərəkət etmələri, növbəti görüntüdə qadının evin yataq otağından əlində iki ədəd sellofan torba ilə çıxması, növbəti görüntüdə evin çöl tərəfdən qapısını kilitləməsi, evi tərk etməsi, növbəti görüntüdə qadının əlində iki ədəd sellofan torba ilə həyəti tərk edərək və həyət qapısını kilitləyərək çıxıb getməsi, növbəti görüntüdə xx.xx.2022-ci il bir qadının və yanında bir qızın olması, növbəti görüntüdə həyətdən çölə çıxmaları, əllərində sellofan poşetlər olması, qadının orada qalması və sonradan içəri keçməsi, qızın isə əlində sellofan torba ilə çıxıb getməsi, növbəti görüntüdə həmin qadının əlində sellofan torbada zibilə oxşar nəsə çölə atması, növbəti görüntüdə xx.xx.2022-ci il tarixdə isə bir qadının həyətdə üçkünc nərdivan qurub pəncərədən açıb keçməklə gizlicə evə daxil olması, növbəti görüntüdə evdən bükülmüş formada çölə xalça atması, sonra evi pəncərədən tərk etməsi, növbəti görüntüdə həyətdə hərəkətdə olarkən əlində xalçaya bənzər bükülü ilə çıxıb getməsi, həmçinin növbəti görüntüdə həmin tarixdə həyətdən çıxarlən əlində iri kardon qutunun olması, həyətin qapısını açarla kilitləməsi, həmçinin növbəti görüntüdə xx.xx.2022-ci il tarixdə isə bir nəfər kişinin həyətə ağacların arası ilə gizlicə keçməklə daxil olması, növbəti görüntüdə həyətdə gizlin formada hərəkət etməsi və sonra evin ön tərəfindən, pəncərə hissədən ikinci mərtəbəsinə dırmanması müşahidə olundu. Baxışda iştirak edən Şahid həmin video görüntülərdə olan qadını tanıdığını və həmin qadının onun evində qulluqçu işləyən qonşusu Təqsirləndirilən şəxs olmasını, yanında olmuş iki qızın isə sonuncunun qızları olmasını, video görüntülərdən həyətinə daxil olmuş bir nəfər oğlanı isə Təqsirləndirilən şəxs baldızı oğlu olmasını sonradan bilməsini bildirdi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntülərdə olan qadının özü olmasını, həmçinin yanında olmuş iki qızın isə onun qızları; X9 və X3 olmaları, sonuncuların həmin ərəfələrdə həyətdə təmizlik işləri görməkdən ötrü ona köməklik etmək məqsədilə gəlmələri, qızının əlində olmuş sellofan torbada isə yalnız atılmalı olan zir-zibil və sellofan poketlərin olması, qızlarının heç bir əşya və vasitə oğurlamamalarını, həmin evdən yalnız özünün və tək olduğu zaman oğurluq etməsini, həmin karton qutuda da oğurladığı əşyaların, yəni qab-qacaqların olmasını, video görünrtüdə olan bükülünün isə evdən götürdüyü xalça olmasını, həmçinin video görüntülərdə olmuş digər şəxsi də tanıdığını, onun baldığı oğlu, X10 olmasını, sonuncunun nəsə oğurlamasını görmədiyini, lakin sonradan sonuncunun oradan 01 ədəd yarım litirlik spirtli içki götürdüyünü bilməsini, həmin oğurluq hadisəsi zamanı qızlarının və ya baldızı oğlu Ümid Dəmirovun ona heç bir köməklik etməmələrini, sonuncuların onun törətdiyi həmin oğurluq hadisəsindən məlumatlarının belə olmadığını və onun da bu barədə demədiyini bildirdi. Baxış zamanı protokol tərtib olunmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 noyabr 2022-ci il tarixli 9/6805 №-li rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 256.00 manat müəyyən edilir. O cümlədən, 01 ədəd eni 90 sm, uzunluğu 130 sm ölçülü köhnə xalça – 60.00 manat; 01 ədəd aliminium materialdan aşsüzən – 5.00 manat; 01 ədəd 20 litr tutumlu aliminium materialdan qazan – 50.00 manat; 01 ədəd plasmas materialdan qab – 2.00 manat; 01 ədəd çuqun materialdan qab – 4.00 manat; 01 ədəd 8 litr tutumu olan, gümüşü rəngli, dəmir materialdan vedrə - 5.00 manat; 01 ədəd 5 litr su tutumu olan, gümüşü rəngli, dəmir materialdan olan odun samovarı – 130.00 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 dekabr 2022-ci il tarixli 9/8316 №-li rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 256.00 manat, təqdim edilməyən mallar həmin tarixə nəzəri qaydada təxminən 12.460.00 manat müəyyən edilir. O cümlədən, ekspertiza tədqiqatına təqdim edilmiş, 01 ədəd eni 90 sm, uzunluğu 130 sm ölçülü köhnə xalça – 60.00 manat; 01 ədəd aliminium materialdan aşsüzən – 5.00 manat; 01 ədəd 20 litr tutumlu aliminium materialdan qazan – 50.00 manat; 01 ədəd plasmas materialdan qab – 2.00 manat; 01 ədəd çuqun materialdan qab – 4.00 manat; 01 ədəd 8 litr tutumu olan, gümüşü rəngli, dəmir materialdan vedrə - 5.00 manat; 01 ədəd 5 litr su tutumu olan, gümüşü rəngli, dəmir materialdan olan odun samovarı – 130.00 manat; bundan başqa ekspertiza tədqiqatına təqdim edilməyən, 06 ədəd mis materialdan, solğun rəngli, təxminən 7 litr tutumlu odun samovarı – 840.00 manat; 04 ədəd aliminium materialdan aşsüzən – 40.00 manat; 03 ədəd aliminium materialdan su bidonu – 150.00 manat; 04 ədəd hər birinin eni 160 sm, uzunluğu 220 sm ölçüdə toxunma Lahıc xalçaları – 1000.00 manat; 08 ədəd qab-qacaq (servis), naxışlıgüllü dəst – 800.00 manat; 12 ədəd naxışlı və güllü yataq dəsti (postel) – 1200.00 manat; 32 ədəd mis materialdan, hər biri təxminən 15-20 litr tutumlu qazan – 2800.00 manat; 40 ədəd hər biri təxminən 10 litr tutumlu emallı qazan – 800.00 manat; 05 ədəd mis materialdan aşsüzən – 300.00 manat; 05 ədəd nejavika materialdan aşsüzən – 50.00 manat; 20 ədəd qışlıq örtüklər – 600.00 manat; 05 ədəd ütü – 150.00 manat; 02 ədəd “Zinger” markalı tikiş maşını – 400.00 manat; 100 ədəd “Stoliçnıy” markalı 1 litrlik həcmli araqlar – 2000.00 manat; 10 ədəd “Napaleon” markalı 1 litrlik həcmli konyaklar – 250.00 manat; 10 ədəd ipək kələğayı (baş örtüyü) – 400.00 manat; 02 ədəd eni 120 sm, uzunluğu 100 metr olan, rulonda stolüstü örtük – 300.00 manat; 10 ədəd kətan materialdan olan, eni 140 sm və uzunluğu 320 sm masa örtüyü – 300.00 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. 05 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı RİHB-nın İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri 28 May küçəsi d-2, ev 1 ünvanında yaşayır, evlidir, üç övladı var, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHB-nın İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02-04-607/22 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. “Şübhəli şəxs qismində tutma haqqında” 17 sentyabr 2022-ci il tarixli qərar və “ Şübhəli şəxsin tutulması haqqında” eyni tarixli protokoldan və görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Təqsirləndirilən şəxs il tarixdə saat 16:00-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. “Maddi sübut kimi tanınma haqqında” 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd xalça, 01 ədəd aşsüzən, 01 ədəd qazan, 01 ədəd plasmas qab, 01 ədəd dəmir qab, 01 ədəd dəmir vedrə və 01 ədəd samovardan ibarət əşyalar maddi sübut kimi tanınaraq saxlanılması üçün İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə düzgün tövsif olunsa da, ittiham aktında onun zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən digər əmlakların yəni ümumi dəyəri xeyli miqdar təşkil edən hər biri 7 litr tutumlu, solğun rəngli, bir ədədinin qiyməti 150 manat təşkil edən, cəmi 900 manat dəyərində 6 ədəd mis materialdan samovarlar, bir ədədinin qiyməti 10 manat təşkil edən, cəmi 50 manat dəyərində 5 ədəd alüminium materialdan aş süzənləri, bir ədədinin qiyməti 60 manat təşkil edən, cəmi 300 manat dəyərində 5 ədəd mis materialdan aş süzənləri, bir ədədinin qiyməti 10 manat təşkil edən, cəmi 50 manat dəyərində 5 ədəd nejavika materialdan aş süzənləri, bir ədədinin qiyməti 100 manat təşkil edən, cəmi 800 manat dəyərində, naxışlı-güllü, 8 ədəd qab-qacaq (servis) dəstlərini,bir ədədinin qiyməti 95 manat təşkil edən, cəmi 3040 manat dəyərində, hər biri təxminən 15-20 litr tutumlu 32 ədəd mis materialdan qazanları, bir ədədinin qiyməti 20 manat təşkil edən, cəmi 800 manat dəyərində təxminən 10 litr tutumlu 40 ədəd emallı qazanları, bir ədədinin qiyməti 200 manat təşkil edən, cəmi 600 manat dəyərində 3 ədəd alüminium materialdan su betonlarını, bir ədədinin qiyməti 40 manat təşkil edən, cəmi 200 manat dəyərində 5 ədəd ütüləri, bir ədədinin qiyməti 200 manat təşkil edən, cəmi 400 manat dəyərində 2 ədəd “Zinger” markalı tikiş maşınlarından ibarət əşyaları, evin zirzəmi hissəsində yerləşən saxlanc yerindən bir ədədinin qiyməti 20 manat təşkil edən, cəmi 2000 manat dəyərində hər biri 1 litr həcmində 100 ədəd “stoliçnaya” markalı araqları, bir ədədinin qiyməti 25 manat təşkil edən, cəmi 225 manat dəyərində hər biri 1 litr həcmində 9 ədəd “Napoleon” markalı konyaklardan ibarət spirtli içkiləri, evin yataq otaqlarından bir ədədinin qiyməti 250 manat təşkil edən, cəmi 1000 manat dəyərində hər birinin eni 160 santimetr, uzunluğu 220 santimetr ölçülərdə 4 ədəd Lahıc xalçalarını, bir ədədinin qiyməti 250 manat təşkil edən, cəmi 3000 manat dəyərində naxışlı, güllü 12 ədəd yataq (postel) dəstlərini, bir ədədinin qiyməti 50 manat təşkil edən, cəmi 1000 manat dəyərində 20 ədəd qışlıq yataq örtüklərini, bir ədədinin qiyməti 40 manat təşkil edən, cəmi 400 manat dəyərində 10 ədəd ipək kəlağayıları (baş örtüklərini), bir ədədinin qiyməti 150 manat təşkil edən, cəmi 300 manat dəyərində eni 120 santimetr, uzunluğu 100 metr olan 2 ədəd rulon formalı stolüstü örtüklərini, bir ədədinin qiyməti 40 manat təşkil edən, cəmi 400 manat dəyərində eni 140 santimetr, uzunluğu 320 santimetr ölçülərdə 10 ədəd kətan materialdan olan masa örtüklərindən ibarət əşyaların və həmin vaxt kursu 0,032 manat təşkil edən, cəmi 409,6 Azərbaycan manatına bərabər olan 12800 Rus rublu, kursu 1,70 manat təşkil edən, cəmi 3400 Azərbaycan manatına bərabər olan 2000 ABŞ dolları və 6000 Azərbaycan manatı olmaqla ümumilikdə 9809,6 manat pulun, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsinə dair ona elan olunmuş ittihamın CM-nin 177.2.4-cü maddəsi ilə olan hissəsi məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsindən görünür ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinə göstərilir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olması barədə ittiham konkret sübutlara əsaslanmır və yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Belə ki, istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs özünü CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilməmiş, zərəçəkmiş şəxsə məxsus fərdi yaşayış evindən 01 ədəd eni 90 sm, uzunluğu 130 sm ölçülü köhnə xalça ; 01 ədəd aliminium materialdan aşsüzən; 01 ədəd 20 litr tutumlu aliminium materialdan qazan; 01 ədəd plasmas materialdan; 01 ədəd çuqun materialdan qab; 01 ədəd 8 litr tutumu olan, gümüşü rəngli, dəmir materialdan vedrə və 01 ədəd 5 litr su tutumu olan, gümüşü rəngli, dəmir materialdan olan odun samovarı oğurladığını bildirmişdir. Belə ki, ibtidai istintaq zamanı zərəçəkmiş şəxsin verdiyi ifadələr əsasında sözügedən əmlakların siyahısı tərtib edilərək ittihama daxil edilmiş, lakin həmin əmlakların mövcud olubolmaması barədə hər hansı araşdırılma aparılmamış, eyni zamanda təqsirləndirlən şəxsə zərərçəkmiş şəxsin evinə quraşdırılmış kamera görüntüləri əsasında cinayət işi başlanaraq istintaq aparılmış və nəticədə ona kamera görüntülərində müşahidə olan əmlaklardan başqa xeyli miqdar təşkil edən müxtəlif adda əmlaklar da siyahıya alınaraq CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərəçəkmiş şəxsə məxsus fərdi yaşayış evinə təxminən 2018-ci il tarixdə görüntü kamerası quraşdırılmış, həmin kameralar 2019cu il tarixədək işlək vəziyyətdə olmuş və zərəçəkmişin oğlu (hazırki iş üzrə şahid tərəfindən) mütəmadi olaraq nəzarət edilmişdir, lakin 2019-ci ilin sonlarında sözügedən kamerada nazaslıq yaranaraq işləmədiyi müəyyən edilkidən sonra təmir edilmiş və 2020-ci ilidən etibarən işlək vəziyyətdə olmuşdur. Məhkəmə araşdırması zamanı həmin kamera görüntülərinin köçürüldüyü diskə baxış keçirilən zaman yalnız Təqsirləndirilən şəxs etiraf etdiyi əmlakların oğurlandığı müəyyən edilmiş, ittiham aktında göstərilmiş digər əmlakların isə ümumiyyətlə mövcudluğu barədə hər hansı qeyd(video görüntü) müşahidə olunmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxsə məxsus fərdi yaşayış evindən oğurluq edildiyi zaman onun müşahidə kamerasına diqqətlə baxdığı da bir daha onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs özünün də etiraf etdiyi əmlakları gizli olaraq talayan zaman evdə kameraların olduğundan xəbərdar olmuşdur. Bundan başqa məhkəmə iclası zamanı zərərçəkmiş şəxsə oğurlandığını iddia etdiyi əmlaklarla bağlı konkret suallar verilmiş, həmin əmlakların bir qismini Rusiya Federasiyasında olduğu zaman aldığını, hətta bir qismini 1958-ci ildə övladlarına hədiyyə, cehizlik və s olaraq aldığını bildirmiş, aradan xeydi müddət keçməsinə baxmayaraq həmin əmlakların hələ də ona məxsus fərdi yaşayış evində olduğu müəyyən suallar doğurmaqla, sözügedən əmlakların mövcudluğunu şübhə altına alır. Eyni zamanda 409,6 Azərbaycan manatına bərabər olan 12800 Rus rublu, kursu 1,70 manat təşkil edən, cəmi 3400 Azərbaycan manatına bərabər olan 2000 ABŞ dolları və 6000 Azərbaycan manatı olmaqla ümumilikdə 9809,6 manat pulu mütəmadi olaraq Bakı şəhərinə gedərək orada qaldığı, daimi yaşamadığı fərdi yaşayış evində saxlaması da ağlabatan olmamaqla şübhə doğuran məqamlardan biridir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahidlər də zərərçəkmiş şəxsin evində sözügedən əmlakların olmadığını bildirmişlər. Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsi maddəsinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust 15 və 16-sı tarixlərində Zərərçəkmiş şəxs Bakı şəhərində olduğu zaman ona məxsus həyətə, həyətin qapısını onda olan açarla açıb daxil olmuş, sonra evə yaxınlaşmış, evin giriş qapısını da onda olmuş açarla açmaqla içəri keçmiş, otağın içərisində bir müddət gəzişdikdən sonra 01 ədəd dəmir vedrəni və 01 ədəd samovarı götürərək gəldiyi yolla geri qayıtmış, yəni evin və həyətin qapılarını açarla bağlıyaraq çıxıb evinə getmiş, götürdüyü əşyaları da evinə aparmışdır. Daha sonra 2022ci ilin avqust 24-də Zərərçəkmiş şəxs Bakı şəhərində olduğu zaman ona məxsus həyətə daxil olaraq evin sağ tərəfində, divara söykənmiş vəziyyətdə olan üçkünc nərdivanı götürərək evin ön hissəsində olan pəncərənin qarşısına gətirmiş, evin önündə pəncərə qarşısında nərdivanı quraraq yuxarı qalxmış, əlini atıb pəncərəni dartıb açaraq içəri daxil olmuş, (video görüntüsü vardır) otağın içərisində bir müddət gəzdikdən sonra, evin zal hissəsində divara söykənmiş vəziyyətdə olan 01 ədəd kiçik ölçülü xalçanı, evin mətbəx hissəsində sol tərəfdə divarın küncündə olan 01 ədəd aşsüzəni, 01 ədəd qazanı, 01 ədəd plasmas qabı, 01 ədəd dəmir qabı götürərək çölə çıxartmış, həmin əşyaları həyətdə olan karton qutuya yerləşdirmişdir. Daha sonra oğurladığı əşyaları götürərək gəldiyi yolla geri qayıtmışdır. Oğurladığı əşyaları gətirərək yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən 01 ədəd kiçik ölçülü xalça, 01 ədəd aşsüzən, 01 ədəd qazan, 01 ədəd plasmas qab, 01 ədəd dəmir qab, 01 ədəd dəmir vedrə və 01 ədəd samovarı oğurlamaqla sonuncuya 276 (iki yüz yetmiş altı) manat məbləğində maddi ziyan vurmuş, Təqsirləndirilən şəxs evinə baxış keçirilərlən sonuncu həmin əşyaları Zərərçəkmiş şəxs evindən oğurladığı şəkildə istintaq orqanına təqdim etmiş, bununla da əmlak qaytarıldığından Təqsirləndirilən şəxs vurduğu 276 (iki yüz yetmiş altı) manat məbləğində maddi ziyan ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə göstərilən halları nəzərə alaraq və qeyd olunan normaları, habelə Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərini («...şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir...») rəhbər tuturaq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlindən peşmançılıq çəkməsini, oğurladığı əmlakı qaytarmaqla faktiki olaraq vurulmuş zərəri ödəməsini, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, oğurladığı əmlakları qaytarmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, həmçinin aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədəmüvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmiş 01 ədəd sintetik torbada qablaşdırılmış 01 ədəd xalça, 01 ədəd aşsüzən, 01 ədəd qazan, 01 ədəd plasmas qab, 01 ədəd dəmir qab, 01 ədəd dəmir vedrə və 01 ədəd samovardan ibarət əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə ittihamdan xaric edilmiş, ümumi dəyəri xeyli miqdar təşkil edən hər biri 7 litr tutumlu, solğun rəngli, bir ədədinin qiyməti 150 manat təşkil edən, cəmi 900 manat dəyərində 6 ədəd mis materialdan samovarlar, bir ədədinin qiyməti 10 manat təşkil edən, cəmi 50 manat dəyərində 5 ədəd alüminium materialdan aş süzənləri, bir ədədinin qiyməti 60 manat təşkil edən, cəmi 300 manat dəyərində 5 ədəd mis materialdan aş süzənləri, bir ədədinin qiyməti 10 manat təşkil edən, cəmi 50 manat dəyərində 5 ədəd nejavika materialdan aş süzənləri, bir ədədinin qiyməti 100 manat təşkil edən, cəmi 800 manat dəyərində, naxışlı-güllü, 8 ədəd qab-qacaq (servis) dəstlərini,bir ədədinin qiyməti 95 manat təşkil edən, cəmi 3040 manat dəyərində, hər biri təxminən 15-20 litr tutumlu 32 ədəd mis materialdan qazanları, bir ədədinin qiyməti 20 manat təşkil edən, cəmi 800 manat dəyərində təxminən 10 litr tutumlu 40 ədəd emallı qazanları, bir ədədinin qiyməti 200 manat təşkil edən, cəmi 600 manat dəyərində 3 ədəd alüminium materialdan su betonlarını, bir ədədinin qiyməti 40 manat təşkil edən, cəmi 200 manat dəyərində 5 ədəd ütüləri, bir ədədinin qiyməti 200 manat təşkil edən, cəmi 400 manat dəyərində 2 ədəd “Zinger” markalı tikiş maşınlarından ibarət əşyaları, evin zirzəmi hissəsində yerləşən saxlanc yerindən bir ədədinin qiyməti 20 manat təşkil edən, cəmi 2000 manat dəyərində hər biri 1 litr həcmində 100 ədəd “stoliçnaya” markalı araqları, bir ədədinin qiyməti 25 manat təşkil edən, cəmi 225 manat dəyərində hər biri 1 litr həcmində 9 ədəd “Napoleon” markalı konyaklardan ibarət spirtli içkiləri, evin yataq otaqlarından bir ədədinin qiyməti 250 manat təşkil edən, cəmi 1000 manat dəyərində hər birinin eni 160 santimetr, uzunluğu 220 santimetr ölçülərdə 4 ədəd Lahıc xalçalarını, bir ədədinin qiyməti 250 manat təşkil edən, cəmi 3000 manat dəyərində naxışlı, güllü 12 ədəd yataq (postel) dəstlərini, bir ədədinin qiyməti 50 manat təşkil edən, cəmi 1000 manat dəyərində 20 ədəd qışlıq yataq örtüklərini, bir ədədinin qiyməti 40 manat təşkil edən, cəmi 400 manat dəyərində 10 ədəd ipək kəlağayıları (baş örtüklərini), bir ədədinin qiyməti 150 manat təşkil edən, cəmi 300 manat dəyərində eni 120 santimetr, uzunluğu 100 metr olan 2 ədəd rulon formalı stolüstü örtüklərini, bir ədədinin qiyməti 40 manat təşkil edən, cəmi 400 manat dəyərində eni 140 santimetr, uzunluğu 320 santimetr ölçülərdə 10 ədəd kətan materialdan olan masa örtüklərindən ibarət əşyaların və həmin vaxt kursu 0,032 manat təşkil edən, cəmi 409,6 Azərbaycan manatına bərabər olan 12800 Rus rublu, kursu 1,70 manat təşkil edən, cəmi 3400 Azərbaycan manatına bərabər olan 2000 ABŞ dolları və 6000 Azərbaycan manatı olmaqla ümumilikdə 9809,6 manat pulun ümumiyyətlə Zərərçəkmiş şəxs məxsus olmaqla İsmayıllı şəhəri 28 May küçəsi ev 1 ünvanında yerləşən fərdi yaşayış evində mövcud olubolmaması və həmin əmlakların kim və ya kimlər tərəfindən oğurlanması faktının araşdırılması üçün İsmayıllı rayon prokuroruna məlumat verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamından onun Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən maddi ziyan vurulmaqla oğurluq etməsinə dair müddəa və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin edilən 2(iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri 28 May küçəsi D-2, ev 1 ünvanında yerləşən evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət qeydiyyatda olduğu yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmiş 01 ədəd sintetik torbada qablaşdırılmış 01 ədəd xalça, 01 ədəd aşsüzən, 01 ədəd qazan, 01 ədəd plasmas qab, 01 ədəd dəmir qab, 01 ədəd dəmir vedrə və 01 ədəd samovardan ibarət əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cinayət işi üzrə ittihamdan xaric edilmiş, ümumi dəyəri xeyli miqdar təşkil edən digər əmlakların Zərərçəkmiş şəxs məxsus olmaqla İsmayıllı şəhəri 28 May küçəsi ev 1 ünvanında yerləşən fərdi yaşayış evində mövcud olub-olmaması və həmin əmlakların kim və ya kimlər tərəfindən oğurlanması faktının araşdırılması üçün İsmayıllı rayon prokuroruna məlumat verilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar