Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-26/2021 02.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbasinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Novruz oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1950-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, evli, İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayon mərkəzi xəstəxanasına müraciət edərək yaxma üsulu ilə koronavirus testi verməsinə və xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş müayinəsi zamanı koronavirus (COVİD-19) infeksiyasının pozitiv olması aşkar edilərək evdə qalmaqla müalicə olunmasının qərara alınmasına, habelə karantin qaydalarını pozmağa görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyinə dair iltizama imza etdirilməsinə baxmayaraq, koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olmasını biləbilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əlehinə olan xüsusi karantin rejimini qəsdən pozaraq xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan idarə etdiyi X1 olan “VAZ 2106 MİNİK” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evini tərk edərək İsmayıllı şəhəri, Cavanşir küçəsi istiqamətində hərəkət edib həmin küçədə yerləşən çörək sexinin qarşısına gəlmiş və avtomobildən enərək çörək sexinə daxil olub orada işləyən X13 3 ədəd çörək alıb yaşadığı ev istiqamətində geri qayıtmaqla həmin gün saat 11:40dək İsmayıllı şəhəri ərazisində, insanların çoxluq təşkil etdiyi yerlərdə, o cümlədən çörək sexində olmaqla koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin gün, saat 11:40-da o, İsmayıllı şəhəri Təbriz küçəsində “VAZ 2106 MİNİK” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılaraq koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olması müəyyən edilməklə X28 Stansiyasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, arvadı Zümrüd, qızı Aynurə, oğlu Samir, oğlunun arvadı Nərmin və 2020-ci il təvəllüdlü nəvəsi Zümrüd ilə bir evdə yaşayırlar. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əleyhinə olan xüsusi karantin rejiminin tətbiqindən əvvəl İsmayıllı rayonunun ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Arvadı Zümrüd şəkərli diabet xəstəsidir. Xəstəliyi ilə bağlı səhhəti pisləşdiyi üçün xx xxxxxx 2020-ci il tarixdə 103 xidmətinə zəng etmiş və buna görə də İsmayıllı rayon MX-nın əməkdaşları onun yaşadığı evə gəlmişlər. Səhhətinin pis olduğunu görüb arvadının COVİD-19 infeksiyasına yoluxub-yoluxmamasını öyrənmək üçün sonuncudan test nümunəsi götürülmüşdür. Test nümunəsinin xx xxxxxx 2020-ci il tarixdə pozitiv olması müəyyən edildikdən sonra arvadı Zümrüd karantin qaydalarını pozmamağa görə iltizama imza etmiş, evdə qalmağı və müalicəsini evdən davam etdirməsi nəzərinə çatdırılmışdır. Həmçinin bu iltizama ailə üzvləri olduğu üçün onlar, yəni o, qızı Aynurə, oğlu Samir və sonuncunun arvadı Nərmin də imza etmişdir. Arvadı Zümrüddə COVİD-19 infeksiyası aşkar olunduğu üçün İsmayıllı rayon MX-nın infeksiya şöbəsinin əməkdaşları xx.xx.2020-ci il tarixdə yaşadıqları evə gələrək ondan, qızı Aynurədən, oğlu Samirdən və sonuncunun arvadı Nərmindən nümunə olaraq analiz götürmüşlər. xx.xx.2020-ci il tarixdə infeksiya şöbəsinin əməkdaşları zəng edərək verdiyi test nümunəsinə əsasən onun COVİD-19 infeksiyasına yoluxduğunu bildirərək karantin qaydalarını pozmamağa görə iltizama imza etdiyini, evdə qalmağı və müalicəsinin evdən davam etdirməyini nəzərinə çatdırmışlar. Həmçinin qızı Aynurə, oğlu Samir və sonuncunun arvadı Nərminə də zəng edərək onların COVİD-19 infeksiyasına yoluxduqlarını, karantin qaydalarını pozmamağa görə iltizama imza etdiklərini, evdə qalmağı və müalicələrinin evdən davam etdirməyini onlara bildirmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı evdə səhər yeməyi yemək üçün hazırlaşırmışlar. Lakin evdə yemək üçün çörəyin az olduğu görmüşdür. Birgə yaşadıqları evdə bütün ailə üzvləri COVİD-19 infeksiyasına yoluxduğu üçün o yaxınlıqda yerləşən çörək sexinə gedib çörək almaq qərarına gəlmişdir. Etibarnamə əsasında idarə etdiyi avtomobil ilə yaşadığı evdən İsmayıllı şəhəri Təbriz küçəsi, oradan da İsmayıllı şəhəri Cavanşir küçəsi istiqamətində hərəkətini davam etdirmişdir. Cavanşir küçəsində yerləşən, yəni Mərkəzi Bazarın qarşısında olan çörək sexinin yanında avtomobilini saxlamışdır. Orada təxminən 10-15 dəqiqə ərzində 1 ədəd siqaret çəkmişdir. Daha sonra çörək sexində işləyən Roza adlı orta yaşlı bir qadından hər biri 30 qəpik dəyərində olan 3 ədəd çörək almışdır. Çörəkləri aldıqdan sonra onları avtomobilinin ön sərnişin oturacağına qoymuşdur. Həmin yerə getdiyi yol ilə avtomobili ilə geri qayıtmışdır. İsmayıllı şəhəri Təbriz küçəsi ilə hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan İsmayıllı rayon PŞ-nin DYPB-nin əməkdaşları ona avtomobili saxlamağı barədə əmr vermişlər. O da polis əməkdaşlarının əmrinə tabe olub avtomobilini saxlamışdır. İki nəfər polis əməkdaşı ona yaxınlaşmışlar və Covid 19 infesiyasına yoluxduğunu və yaşadığı evi tərk etməli olmadığı halda evi tərk etdiyini bildirmişlər. O polis əməkdaşlarının dediklərini təsdiq etdikdən biraz sonra İsmayıllı rayon PŞ-nin əməkdaşları dayandığı yerə gələrək hadisə yerinə baxış keçirtmişlər. Baxış zamanı o xx.xx.2020-ci il tarixli laborotoriya nəticəsinə əsasən COVİD-19 infesiyasına yoluxduğunu, bununla bağlı olaraq evi tərk etməməyi, əks halda inzibati və ya cinayət məxsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edildiyini, xx.xx.2020-ci il tarixdə çörək almaq məqsədilə evi tərk etdiyini, evdən kənarda olduğu müddətdə çörək sexində işləyən Roza adlı şəxsdən başqa heç kəslə ünsiyyətdə olmadığını demişdir. Baxış keçirildikdən sonra bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları onu İsmayıllı rayon MX-nin TTYB-nin işçilərinə təhvil vermişlər. Tibb işçiləri onu yaşadığı evə aparmışlar və x xxxxxx 2020-ci il tarixə kimi o yaşadığı evdə müalicə almış, həmçinin həmin tarixə kimi evi tərk etməmişdir.Qeyd edilənlərlə yanaşı ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini qeyd edərək, bunların nəzərə alınmasını və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı rayon PŞ-nin DYPB-nin YPXnin inspektoru, polis kiçik serjantı X14 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə o və digər DYPB-nin əməkdaşlarına İsmayıllı rayonu ərazisində yaşayan COVİD-19 infeksiyasına yoluxan xəstələrin siyahısı verilmişdir. Həmin siyahıda COVİD-19 infeksiyasına yoluxan xəstələrin ad, soya, ata adları, şəxsiyyət vəsiqələrinin nömrələri, qeydiyyatda olduqları ünvanlar və hansı tarixdə infeksiyaya yoluxduqları barədə məlumatlar öz əksini tapmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində İsmayıllı rayon PŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis kiçik serjantı X14 ilə birlikdə Kia Sorent markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı şəhəri, Cavanşir küçəsində, yəni İsmayıllı şəhər Mərkəzi Bazarının yaxınlığında xidmət apararkən COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin siyahısında olan Təqsirləndirilən şəxs VAZ 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavanşir küçəsindən Təbriz küçəsi istiqamətində hərəkətdə olduğunu görüb sonuncuya saxla əmri vermişdir. Təqsirləndirilən şəxs avtomobilini saxladıqdan sonra o bununla bağlı İsmayıllı rayon PŞ-nin rəhbərliyinə məlumat vermişdir. Biraz sonra İsmayıllı RPŞ-nin İB-nin rəisi X8, İsmayıllı RPŞ-nin İB-nin müstəntiqi X17 və İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X10 hadisə yerinə gəmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirilərək hansı tarixdə COVİD-19 infeksiyasına ilə bağlı test nümünəsi verdiyini, hansı tarixdə laborotoriya nəticəsinin çıxdığını, bu barədə ona məlumat verilibverilmədiyini, COVİD-19 infeksiyası ilə bağlı verdiyi test nümunəsi pozitiv çıxdıqdan sonra tibbi işçiləri tərəfindən ona evi tərk etməməsi barədə xəbərdarlıq edilib-edilmədiyini, evi tərk etdiyi halda onun Azərbaycan Respublikası İXM-nin və CM-nin müvafiq maddələri ilə məsuliyyəti barədə xəbərdarlıq edilib-edilmədiyini, bu barədə iltizama imza edib-etmədiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə arvadı Zümrüd Cəbrayılovada COVİD-19 infeksiyası aşkar olunduğu üçün ailə üzvləri olduğuna görə o da iltizama imza etmiş, arvadında COVİD-19 infeksiyası aşkar olunduğu üçün İsmayıllı rayon MX-nın infeksiya şöbəsinin əməkdaşları xx.xx.2020-ci il tarixdə yaşadığı evə gələrək ondan, qızı Aynurədən, oğlu Samirdən və sonuncunun arvadı Nərmindən COVİD-19 infeksiyası ilə bağlı analiz götürmüşlər, xx.xx.2020-ci il tarixdə infeksiya şöbəsinin əməkdaşları zəng edərək verdiyi test nümünəsinə əsasən onun COVİD-19 infeksiyasına yoluxduğunu bildirərək karantin qaydalarını pozmamağa görə iltizama imza etdiyini, evdə qalmağı və müalicəsinin evdən davam etdirməyini nəzərinə çatdırmışlar. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı evdə çörəyin az olması səbəbilə çörək almaq qərarına gəlmiş, saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ 2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobi ilə İsmayıllı şəhəri Təbriz küçəsi, oradan da İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən çörək sexinə getmişdir. Sexdə Roza adlı orta yaşlı bir qadından 3 ədəd çörək almış, çörəkləri aldıqdan sonra avtomobili ilə geri qayıtmış, həmin vaxt İsmayıllı şəhəri Təbriz küçəsi ilə hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan İsmayıllı rayon PŞ-nin DYPB-nin əməkdaşları ona avtomobili saxlamağı barədə əmr vermiş, buna görə o avtomobilini saxlamışdır. Baxışın yekununda protokol tərtib olunmuş və o da digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X10 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, xidməti fəaliyyəti ilə bağlı Bakı şəhərində təlimlərdə olduğu üçün məhkəmə iclasında iştirak etməmişdir. X5 istintaqa verdiyi ifadəsi məhkəmə baxışında elan və tədqiq edilmiş cinayət işinin 23-31-ci vərəqələrində olan X5 ifadəsindən görünür ki, Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə o və digər DYPB-nin əməkdaşlarına İsmayıllı rayonu ərazisində yaşayan COVİD-19 infeksiyasına yoluxan xəstələrin siyahısı verilmişdir. Həmin siyahıda COVİD-19 infeksiyasına yoluxan xəstələrin ad, soya, ata adları, şəxsiyyət vəsiqələrinin nömrələri, qeydiyyatda olduqları ünvanlar və hansı tarixdə infeksiyaya yoluxduqları barədə məlumatlar öz əksini tapmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində İsmayıllı rayon PŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis kiçik serjantı X14 ilə birlikdə Kia Sorent markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı şəhəri, Cavanşir küçəsində, yəni İsmayıllı şəhər Mərkəzi Bazarının yaxınlığında xidmət apararkən COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin siyahısında olan Təqsirləndirilən şəxs VAZ 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavanşir küçəsindən Təbriz küçəsi istiqamətində hərəkətdə olduğunu görüb sonuncuya saxla əmri vermişdir. Təqsirləndirilən şəxs avtomobilini saxladıqdan sonra o bununla bağlı İsmayıllı rayon PŞ-nin rəhbərliyinə məlumat vermişdir. Biraz sonra İsmayıllı RPŞ-nin İB-nin rəisi X8, İsmayıllı RPŞ-nin İB-nin müstəntiqi X17 və İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X10 hadisə yerinə gəmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirilərək hansı tarixdə COVİD-19 infeksiyasına ilə bağlı test nümünəsi verdiyini, hansı tarixdə laborotoriya nəticəsinin çıxdığını, bu barədə ona məlumat verilibverilmədiyini, COVİD-19 infeksiyası ilə bağlı verdiyi test nümunəsi pozitiv çıxdıqdan sonra tibbi işçiləri tərəfindən ona evi tərk etməməsi barədə xəbərdarlıq edilib-edilmədiyini, evi tərk etdiyi halda onun Azərbaycan Respublikası İXM-nin və CM-nin müvafiq maddələri ilə məsuliyyəti barədə xəbərdarlıq edilib-edilmədiyini, bu barədə iltizama imza edib-etmədiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə arvadı Zümrüd Cəbrayılovada COVİD-19 infeksiyası aşkar olunduğu üçün ailə üzvləri olduğuna görə o da iltizama imza etmiş, arvadında COVİD-19 infeksiyası aşkar olunduğu üçün İsmayıllı rayon MX-nın infeksiya şöbəsinin əməkdaşları xx.xx.2020-ci il tarixdə yaşadığı evə gələrək ondan, qızı Aynurədən, oğlu Samirdən və sonuncunun arvadı Nərmindən COVİD-19 infeksiyası ilə bağlı analiz götürmüşlər, xx.xx.2020-ci il tarixdə infeksiya şöbəsinin əməkdaşları zəng edərək verdiyi test nümünəsinə əsasən onun COVİD-19 infeksiyasına yoluxduğunu bildirərək karantin qaydalarını pozmamağa görə iltizama imza etdiyini, evdə qalmağı və müalicəsinin evdən davam etdirməyini nəzərinə çatdırmışlar. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı evdə çörəyin az olması səbəbilə çörək almaq qərarına gəlmiş, saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ 2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobi ilə İsmayıllı şəhəri Təbriz küçəsi, oradan da İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən çörək sexinə getmişdir. Sexdə Roza adlı orta yaşlı bir qadından 3 ədəd çörək almış, çörəkləri aldıqdan sonra avtomobili ilə geri qayıtmış, həmin vaxt İsmayıllı şəhəri Təbriz küçəsi ilə hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan İsmayıllı rayon PŞ-nin DYPB-nin əməkdaşları ona avtomobili saxlamağı barədə əmr vermiş, buna görə o avtomobilini saxlamışdır. Baxışın yekununda protokol tərtib olunmuş və o da digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X24 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. X18 istintaqa verdiyi ifadəsi məhkəmə baxışında elan və tədqiq edilmiş və cinayət işinin 26-27-ci vərəqələrində olan X18 ifadəsindən görünür ki, uzun müddətdir ki, İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən çörək sexində satıcı işləyir. Sexdə tək satıcı odur və bütün günlərdə saat 08 radələrində saat 18 radələrinə kimi işdə olur. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində Mayıl adlı şəxs sexə yaxınlaşaraq hər biri 30 qəpik olmaqla 3 ədəd çörək almışdır. O Mayılı uzun müddətdir ki, tanıyır. Belə ki, Mayıl onun həmkəndlisidir. X19 şəhəri Mərkəzi Bazarının yaxınlığında taksi kimi işləyir. Mayıl 90 qəpik verməklə çörəkləri ondan aldıqdan sonra öz avtomobilinə əyləşib oradan çıxıb getmişdir. Həmin vaxt o və Mayıl tibbi maskadan istifadə etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı rayon polis şöbəsi istintaq bölməsinin müstəntiqi Nicat Osmanov tərəfindən Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir; Cinayət işinin 11-ci vərəqəsində olan İsmayıllı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə test nümunəsi götürülmüş, testin nəticəsi xx.xx.2020-ci il tarixdə Şamaxı RMX labaratoriyası tərəfindən pozitiv (+) cavablandırılmışdır. Cinayət işinin 10-cu vərəqəsində olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 377s nömrəli sərəncamı ilə təsdiq edilmiş əlaqələndirmə protokoluna 5 nömrəli əlavə olan Covid-19 virus infeksiyasının təyin olunması üçün laborotoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair iltizamnamədən görünür ki, Təqsirləndirilən şəxs, X11, X3, X6 və X15 14 gün ərzində evi tərk etməmək barədə xəbərdarlıq edilərək bu barədə iltizama imza etmişlər. Cinayət işinin 28-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2020-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 47-ci vərəqəsində olan İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış xx xxxxxx 2020-ci il tarixli 2026 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın ruhi-əsəb, nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin 48-ci vərəqəsində olan Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin İsmayıllı rayon filialı tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli **********5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşa görə aylıq əmək pensiya məbləği 233 manat 20 qəpik təşkil edir. Cinayət işinin 57-ci vərəqəsində olan İsmayıllı şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhər ərazisində yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışıdr. Cinayət işinin 63-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxs tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli 34/KEŞ saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə analiz götürülmüş, Şamaxı rayon Mərkəzi Xəstəxanasının laboratoriyasında müayinə (Covid-19-RT-PCR) aparılmış və analizin nəticəsi pozitiv (+) olmuşdur. Cinayət işinin 66-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 89-90-cı vərəqəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X11 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, həyat və sağlamlıq əleyhinə olan qəsdlə törədilən cinayətlərdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamasını, cinayət əməlini törədərkən 70 yaşının (1950-ci il təvəllüdlü) tamam olması ilə əlaqədar ictimai təhlükəliliyinin aradan qalxmasını, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini nəzərə alır və onları cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, əməlindən səmimi peşman olmasını, yaşını (70 yaş), cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib, ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə İsmayıllı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-26/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-26/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver