Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-26/2022 19.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 19 aprel 2022-ci il tarixdə saat 17:25-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1985-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, himayəsində biri azyaşlı, biri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdə saat 01 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində keçmiş qaynatası Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı baş nahiyyəsi ilə sonuncunun baş nahiyyəsinə qəsdən bir dəfə zərbə endirərək Zərərçəkmiş şəxs qapalı-kəllə beyin travması, ənsə-təpə nahiyyəsinin hematoması və cızıqlardan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş qaynatasıdır. 28 iyun 2021-ci il tarixdə saat 17 radələrində işdə olduğu vaxt anası ona zəng edərək qızı Səbinənin evdə olmadığını demişdir. O Səbinəni axtarmağa başlamış onun babası Pənah tərəfindən öz evinə aparıldığını bilmişdir. Ondan icazəsiz olaraq uşağı apardığına görə ilk öncə yaşadığı kəndin icra nümayəndəsinə demiş və icra nümayəndəsi ilə birlikdə Pənahın evinə getmiş və Səbinədən nə üçün babası ilə getdiyini soruşanda o, babasıgildə qalmaq istədiyini bildirmişdir. O qızına babasıgil tərəfdən edilən təsirlərə görə onların evinə getməsindən əsəbiləşmiş və kənddəki kafedə bir qədər pivə işmişdir. Sonra isə zərərçəkmişin qızı ilə evli olduğu zamanlar yaşadığı evə getmiş və hasarı qıraraq həyətə daxil olmuşdur. Həyətdə bir qədər gəzdikdən sonra evin qapılarının bağlı olduğunu görmüşdür. Pəncərədən evə daxil olmuş, əsəbi və içkili olduğu üçün evdən bir kağız parçası götürərək yandıraraq taxtın üzərində olan yorğanın üstünə atmışdır. Yorğan yanmağa başlamış və yanğının böyüyərək tüstünün onu boğduğunu hiss etmişdir. Buna görə həyətə çıxmışdır. Az sonra qardaşı Kamil, qonşular və bir qədər sonra isə yanğınsöndürənlər gəlmişdir. Onlar yanğının böyüməsinin qarşısını alaraq dərhal yanğını söndürmüşdülər. Bu zaman ora keçmiş qaynatası Pənah və keçmiş qaynanası Gülsüm, həmkəndliləri X9 və X5 gəlmişlər. Pənah gələn kimi ona təhqir və qarğışlar etməyə başlamışlar. O əsəbi olduğundan başı ilə bir dəfə Pənahın baş nahiyyəsindən zərbə vurmuş və Pənah yerə yıxılmışdır. Ora toplaşmış şəxslər onları ayırmış və özü də xəsarət aldığı üçün qardaşı onu xəstəxanaya aparmışdır. Xəstəxanada tibbi yardım alaraq evinə qayıtmışdır. Hazırda etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs qızı Günayın keçmiş həyat yoldaşıdır. Babək təxminən bir il əvvəl məhkəmə qətnaməsi əsasında qızı ilə ayrılmışdır. Onların Səbinə və Rəna adlı 15 və 11 yaşlı iki qız uşağları vardır. Böyük qız Səbinə atası ilə, balaca qız Rəna isə anası ilə qalmışdır. Günay və Babək boşandıqdan sonra hər iki ailə arasında münasibətlər pisləşmiş və aralarında tez-tez mübahisələr baş vermişdir. 28 iyun 2021-ci il tarixdə saat 16 radələrinə o arvadı Gülsümlə evdə olan zaman nəvəsi Səbinə onlara gəlmişdir. Səbinə onu atasının evində incidildiyini və artıq atasının yanında qalmaq istəmədiyi, bundan sonra anası ilə qalacağını söyləmişdir. Bundan iki saat sonra Babək Kürdmaşı kənd icra nümayəndəsi Saleh Ağayev ilə birlikdə onlara gəlmiş və Səbinəni yanına çağırıb onunla kənarda nəsə danışmağa başlamışdır. Təxminən beş dəqiqə Babək Səbinə ilə danışdıqdan sonra Səbinə getməyəcəyini və anasının yanında qalacağını israr etmişdir. Bundan sonra Babək və Saleh getmişlər. 29 iyun 2021-ci il tarixdə saat 00:30 radələrində onlar evdə yatan zaman qohumu ona zəng edərək qızı Günayın evində yanğın olduğunu demişdir. O, dərhal arvadı Gülsüm və qardaşı oğlu Azadla həmin evə getmişdir. Onlar çatanda artıq yanğınsöndürənlər yanğını söndürmüşlər. Evin bir otağının tamamilə yandığını görmüşdür. Elə bu zaman başından kimsə möhkəm zərbə vurmuşdur. Bu zərbədən yerə yıxılmış və onu xəstəxanaya aparmışlar. Orada onun başından zərbə vuranın Babək olduğunu bilmişdir. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs onunla barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Özü də Təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. X2 ifadəsində zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. X3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş isə qardaşının keçmiş qaynatasıdır. Onlarla arasında heç zaman heç bir ədavət və düşmənçilik olmamış, münasibətləri normal olmuşdur. 28 iyun 2021-ci il tarixdə axşam saat 24 radələrində yaşadığı evdə olduğu zaman küçədən səs-küy gəldiyini eşitmiş və küçəyə çıxmışdır. O, küçəyə çıxıqdan sonra səs-küyün qardaşı Babəkin evinin yaxınlığından gəldiyini görüb həmin yerə getmişdir. O, Babəkin evinin qarşısına çatdıqda evin yandığını görmüşdür. O və hadisə yerinə gəlmiş bir neçə nəfər həmkəndlisi, yanğınsöndürənlər tez bir zamanda yanğını söndürmüşdür. Artıq 29 iyun 2021-ci il tarixdə saat 01 radələrində küçəyə çıxdıqda Babəkin keçmiş qayınatası Pənah bir neçə nəfər ailə üzvləri və qohumları ilə Babəkin həyətinə daxil olmuşlar. Pənah Babəkin ünvanına nəlayiq ifadə işlətmiş, Babək də bunu eşidərək Pənaha yaxınlaşıb başı ilə Pənahın baş nahiyyəsindən vurmuşdur. Pənah yerə yıxılmış və baş nahiyəsindən qan axmağa başlamışdır. Pənahın yanında gələn qardaşı oğlu Azad və qayını oğlu Təhmasib Babəki oradan kənarlaşdırmışlar. O da Babəki kənara çəkərək sakitləşdirmişdir. Bu zaman Babəkin də başından qan axmasını görmüşdür. Mübahisənin daha da böyüməsinin qarşısını almışlar və mübahisə aradan qalxmışdır. X1 ifadəsində şahid Kamil Nuriyevin ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının 06 iyul 2021-ci il tarixli 242 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən alın nahiyyəsinin yarası küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 29 iyul 2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 17 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 09 mart 2022-ci il tarixli 195 və 196 nömrəli arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayır, himayəsində 2006-cı il təvəllüdlü qızı Səbinə və 2010-cu il təvəllüdlü qızı Rəna adlı övladları vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHB-nin Kürdmaşı kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı RMX-nın Publik hüquqi şəxsi Poliklinika şöbəsindən alınmış 09.03.2022ci il tarixli 02-02-173/2022 nömrəli nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin 2 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 186 və 221-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Dövlət ittihamçısı qanunun göstərilən normasına əsaslanaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia tələbi və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Cinayət işi üzrə maddi sübutvə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-26/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-26/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver