Məhkəmə qərarları › İş №1(037)-27/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-27/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-27/2022 19.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə 19 aprel 2022-ci il tarixdə saat 16:47-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1993-cü il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndində anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, İsmayıllı rayon Qalınçaq kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkanı tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 193.31 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib İsmayıllı rayon Qalınçaq kəndində yerləşən yaşadığı ünvana daşıyaraq orada saxlamış, 24 yanvar 2022-ci il tarixdə saat 16 radələrində İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı evinin qarşısında saxlanılmış və onun iştirakı ilə evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin yataq otağında yerşəşən çarpayı yanında olan komodun alt rəfindən gizlədərək saxladığı 01 ədəd şəffav rəngli sellofan torbanın içərisində ümumi təmiz çəkisi 193.31 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 24 yanvar 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evin qarşısında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ona narkotik vasitələrdən istifadə etməkldə və qanunsuz olaraq saxlamaqda şübhəli olduğunu, bu barədə əməliyyat məlumatlarının olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini deyərək yaşaşdığı ünvanda baxış keçirəcəklərini bildirmişdilər. O, buna etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşları videoçəkilişdən istifadə etməklə yaşadığı evə baxış keçirmişdilər. Baxış zamanı ondan yaşadığı evdə narkotik vasitə olub-olmadığı soruşulmuş, o, yataq otağında narkotik vasitə olan qurudulmuş marixuana saxladığını etiraf edərək içərisində marixuana olan selofan torbanı saxladığı yeri polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları onun göstərdiyi yerdən qurudulmuş marixuananı çıxararaq kütlənin nə olduğu və hansı məqsədlə saxladığı soruşmuşlar. O, aşkar olunan kütlənin qurudulmuş marixuana olmaqla ona məxsus olduğunu, şəxsi istifadə etmək məqsədilə evində saxladığını və narkotik vasitəni satmaq niyyətinin olmadığını bildirmişdir. Əlavə sorğu zamanı o, qurudulmuş marixuananı 2021-ci ilin sentyabr ayında yaşadığı İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində yerləşən meşə sahəsində gördüyü yabanı halda bitmiş çətənə bitkisi hissələrindən yığaraq quruduğunu və selofan torbaya yerləşdirərək evində gizlətdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar edilmiş bir ədəd sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuana xüsusi elektron tərəzidə çəkilmişdir. Həmin torba qablaşdırılaraq üzəri möhürlənmiş, bu barədə protokol tərtib edildikdən sonra o, və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Yaşadığı evə baxış bitdikdən sonra polis əməkdaşları ona üzərinə şəxsi axtarış keçirəcəklərini və birlikdə İsmayıllı RPŞ-nə getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Şöbədə müdafiəçi ilə təmin edilmiş və növbətçi hissəsinin qarşısında şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. O, bundan başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Ailəsində ondan başqa işləyib evə gəlir gətirən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. X1 ifadəsində göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı rayon Qalınçaq kəndində yaşayan Təqsirləndirilən şəxs evində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatına malik olduğundan 24 yanvar 2022-ci il tarixdə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Dərhal əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 16 radələrində İsmayıllı rayonu Qalınçaq kəndində Təqsirləndirilən şəxs ilə rastlaşmışlar. Özlərini Təqsirləndirilən şəxs təqdim edərək yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, barəsində əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini və yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəyə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evində narkotik vasitə və ya digər qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı barədə soruşulmuş,bu zaman Təqsirləndirilən şəxs yataq otağında narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirərək həmin yeri göstərmişdir. Evin yataq otağında yerləşən çarpayının yanında olan iki rəfdən ibarət olan komodun alt rəfindən 01 ədəd sellofan torba aşkarlanmış, torba açıldıqda oradan, yaşımtıl rəngli və quru halda bitki kütləsi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan torbada olan kütlənin qurudulmuş marixuana olmasını, öz şəxsi istifadəsi üçün saxladığını etiraf etmişdir. Aşkar edilmiş həmin kütlə sellofan torba ilə birlikdə çəkilərək çəkisi müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə baxış keçiriliş, oradan isə narkotik maddə aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs onlarla birgə polis şöbəsinə gəlmişdir. Şöbənin növbətçi hissənin qarşısında Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə də protokol tərtib edilmiş və protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşları X2 , X5 və X6 şahid Mahir Nurəliyev ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında 24 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən evinə və həmin evin həyətyanı sahəsinə baxış keçirilərkən çəkilmiş videodiskə baxış keçirilmişdir. Diskə baxılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evinin yataq otağında yerşəşən çarpayı yanında olan iki çəkməcə rəfdən ibarət olan komodın (tumba) alt rəfində 01 ədəd şəffav rəngli sellofan torbanın içərisində, 195 qram çəkidə, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki mənşəli kütlə aşkar edilmiş, qablaşdırılaraq ekspertiza tədqiqatlarına təqdim edilməsi məqsədilə götürülmüşdür. Həmin evdən və evin həyətyansı sahəsindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının 25 yanvar 2022-ci il tarixli 17/90 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bitki kütləsi....” sözləri yazılmış sellofan torbanın içərisindəki, təmiz çəkisi – 193.31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına bitki kütləsindən 0,05 qram sərf edilmiş, qalan qalıq çəki 193.26 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 99 (doxsan doqquz) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 3 fevral 2022-ci il tarixli 150 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür. 07 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 28 yanvar 2022-cu il tarixli 02- 02-68/22 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın narkoloji və ruhiəsəb kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 26 yanvar 2022-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 193.26 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 24 yanvar 2022-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdə saat 17:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 26 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 16:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. 28 fevral 2022-ci il tarixli 134 və 134/1 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Qalınçaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən və on bir nəfərlik ailə üzvlərindən ibarətdir. Yaşayış üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdə saat 17:10-dan 26 yanvar 2022ci il tarixdə saat 16:00-dək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qalınçaq kəndi ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyünə görə o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatlardan sonra qalıq təmiz çəkisi 193.31 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 99 (doxsan doqquz) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdən 26 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 1(bir) il 6(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatlardan sonra qalıq təmiz çəkisi 193.26 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 99 (doxsan doqquz) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar