Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-27/2024 20.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 20 iyun 2024-cü il tarixdə saat 12:32-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxx 1995-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 1574 ş/h saylı əmri əsasında 08 noyabr 2019-cu il tarixdən 13 fevral 2024-cü il tarixədək Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayı Komendant bölüyünün atıcısı vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, 2014-cü ilin aprel ayından 2015-ci ilin oktyabr ayına qədər Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən tanış olduğu gizir vəzifəsində xidmət etmiş İsmayıllı rayonu Qalagah kənd sakini Zərərçəkmiş şəxs mobil telefonuna xx.xx.2022-ci il tarixdə dəqiq saatı müəyyən edilməyən vaxtda zəng edib onu 1000 manat müqabilində Azərbaycan Dövlət Neft Şirkətinə mühafizəçi işinə düzəldəcəyi ilə bağlı vəd vermiş, ədliyyə qulluqçusu olduğu üçün öz əlaqələrindən istifadə edib Zərərçəkmiş şəxs işə düzəltdirə biləcəyinə inandırıb aldadaraq tanışı X3 məxsus "xxxx" ASC-yə aid 4127-2093-0619-3647 saylı kartının məlumatlarını Zərərçəkmiş şəxs göndərmiş, vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə saat 09:06-də Zərərçəkmiş şəxs İsmayıllı şəhəri, N.Nərimanov küçəsində yerləşən “Bolluq Store” mağazasının qarşısında yerləşən "xxxx" MMC-yə məxsus “MilliÖN” ticarət nişanı olan 00424 nömrəli ödəmə terminalından **********7 İBAR8-662361208 nömrəli əməliyyat üzrə "xxxx" ASC-yə aid 4127-2093-0619-3647 saylı kart hesabına göndərdiyi 505 (beş yüz beş) manat pulu, xx.xx.2022-ci il tarixdə saat 10:05-də eyni terminaldan ********** İBAR8-662391070 nömrəli əməliyyat üzrə "xxxx" ASC-yə eyni kart hesabına göndərdiyi 303 (üç yüz üç) manat pulu "xxxx" ASC-yə məxsus 571 saylı bankomatdan xx.xx.2022-ci il tarixdə saat 11:25-də 200 azn və həmin gün saat 11:27-də 295 azn, xx.xx.2022-ci il tarixdə saat 12:13-də 280 azn və həmin gün saat 12:14də 13 azn pulu nağdlaşdıraraq ələ keçirib şəxsi ehtiyacları üçün xərcləyərək, Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 808 (səkkiz yüz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2014-cü ilin aprel ayından 2015-ci ilin oktyabr ayına qədər Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. Hərbi xidməti dövründə hərbi hissədə gizir kimi xidmət etmiş İsmayıllı rayonunun Qalagah kənd sakini Zərərçəkmiş şəxs tanımış, əsgər kimi onun tabeliyində olmuşdur. Elşadla hərbi xidmətdən təxris olunduqdan sonra da münasibəti davam eləmişdir. Belə ki, tez-tez istifadəsində olan mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng edərək onunla əlaqə saxlamış, kef-əhvalını soruşmuşdur. 2022-ci ilin may ayında Elşadla əlaqə saxladıqda ona xidmətdən təxris olunduğunu və heç bir yerdə işləmədiyini söyləmiş, o da Elşadla telefonla danışarkən ona Bakı şəhərində hər hansı iş olarsa zəng edib məlumat verəcəyini demişdir. Bundan sonra Elşada bir bəhanə ilə zəng edib pulunu ələ keçirmək qərarına gəlmiş, xx.xx.2022-ci il tarixdə istifadəsində olan mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək “Socar”-da mühafizəçi işi olduğunu, 500 manat müqabilində onu həmin işə düzəldə biləcəyini, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin fotoşəklini ona göndərməyini demişdir. Elşad həmin pulu verməyə maddi imkanının olmadığını bildirdikdə ona pulu hissə-hissə verməsini demişdir. Elşada ilk olaraq sənədləşməyə görə 505 manat pul göndərməyini istəmiş, əslində isə onun Elşadı hər hansı işə düzəltmək fikri olmamışdır. O, tanışı Məmməddən kartını müvəqqəti ona verməyini istəmiş, Məmməd də Azərbaycan Beynəlxalq Bankına məxsus kartını ona vermişdir. O, kart nömrəsini Elşada göndərərək pulu həmin karta göndərməsini demişdir. Elşad xx.xx.2022-cü il tarixdə həmin kart hesabına 505 manat pul göndərmişdir. Elşadın onu işə düzəltməkdə köməklik etməyinə inanması üçün ona “Socarda mühafizəçi yeri dolub, səni növbə rəisi vəzifəsinə işə düzəltdirəcəm, əlavə olaraq 300 manat pul göndər” demişdir. Elşad da “problem deyil, yollayaram, işim düzəlsin, oturub yeyib içərik” söyləmiş və ondan kart hesabını soruşmuşdur. O da Elşada “işləyəndən sonra verərsən, may ayının 13-də Bakıya gəlib formanı götürüb səhəri günü, yəni mayın 15-dən işə çıxarsan” deyə bildirmiş və Məmməddən aldığı kartın nörməsini ona göndərmişdir. O, Elşada ödəmə terminalı ilə pulu göndərəndə kartdan komissiya tuta biləcəyini, buna görə də həmin kartdan 300 manat pulu tam çıxara bilməsi üçün 303 manat pulu göndərməyini bildirmişdir. Elşad 10 may 2022-ci il tarixdə tanışı Məhəmmədin kart hesabına 303 manat pul göndərmişdir. Ümumilikdə Elşad ona 808 manat pul göndərsə də, o, Elşadın işə düzəlməsi üçün heç bir addım atmamış, həmin pulları Məhəmməd adlı tanışının kartından çıxarıb şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan telefon əlaqəsi zamanı Elşada pulu qaytarmağa maddi imkanının olmadığını demiş, Elşad da bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 28 yanvar 2024-cü il tarixdə İsmayıllı rayon polis şöbəsindən atasına zəng olunaraq onu axtardıqlarını bildirmişlər. O, polis şöbəsinə getmiş və törətdiyi cinayət əməlini etiraf etmişdir. Barəsindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Ona görə də barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclaslarında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 02 fevral 2014-cü ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir rütbəsində texnik vəzifəsində hərbi xidmət etməyə başlamışdır. Bu zaman Bakı şəhər sakini Təqsirləndirilən şəxslə tanış olmuşdur. Belə ki, o, Təqsirləndirilən şəxs xidmət etdiyi bölüyün giziri olmuş, Orxan əsgər kimi onun tabeliyində xidmət aparmışdır. Təqsirləndirilən şəxs 2015-ci ildə hərbi xidmətdən təxris edilmiş, təxris olunduqdan sonra Orxan tez-tez ona zəng edib kefəhvalını soruşmuş, onunla maraqlanmışdır. xx.xx.2022-ci ildə xidmətdən təxris olunduqdan sonra da Orxan onunla əlaqə saxlamışdır. Orxanla telefonla danışarkən ona hərbi xidmətdən təxris olunduğunu, heç bir yerdə işləmədiyini demiş, Orxan da Bakı şəhərində hər hansı bir iş olarsa ona zəng edib xəbər edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsindən ona zəng edərək “Socar”-da mühafizəçi işi olduğunu, 500 manat müqabilində onu maaşı 750-800 manat olan mühafizəçi işinə düzəldə biləcəyini söyləmiş, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin fotoşəklini ona “Whatsapp” tətbiqi vasitəsilə göndərməyini istəmişdir. Həmçinin, ondan sabahısı gün pulu göndərməsini istəyərək 2 gün ərzində işə çıxacağını söyləmişdir. O, Orxana şəxsiyyət vəsiqəsinin və hərbi biletinin fotoşəklini göndərmiş və 500 manat pulu ona göndərəcəyini demişdir. Orxan ona ilk olaraq sənədləşməyə görə 505 manat pulu “WhatsApp” proqramında göndərdiyi Azərbaycan Beynəlxalq Bankına aid hazırda bilmədiyi kart hesabına göndərməsini söyləmiş, həmin pulun kart sahibinə çatacağını, onun işi həll edəcəyini bildirmişdir. O, hərbi xidmətdə olarkən Orxanın onun tabeçiliyində olan əsgər olması, habelə onun ədliyyə orqanlarında mühafizəçi işləməsi səbəbindən Orxanın onu işə düzəldəcəyinə inanaraq pulu göndərmək qərarına gəlmişdir. Orxan ona ödəmə terminalı ilə pulu göndərəndə kartdan komissiya tuta biləcəyini söyləmişdir. 07 may 2022-ci il tarixdə saat 09:06-da İsmayıllı şəhəri, N.Nərimanov küçəsində yerləşən “Bolluq Store” dükanının qarşısında yerləşən “MilliÖN” ödəmə terminalından Təqsirləndirilən şəxs ona göndərdiyi "xxxx"na aid kart hesabına 505 manat pulu göndərmişdir. “MilliÖN” ödəmə terminalından əldə etdiyi qəbzdə həmin terminalın 00424 nömrəli olması, əməliyyat nömrəsinin ********** İBAR8-662361208 olması, kart sahibinin soyadının başlığının “MA”, adının başlığının “MA”, ata adının başlığının isə “BA” olması görünmüşdür. Orxana 505 manat pulu göndərməsi ilə bağlı çekin şəklini göndərmiş, Orxan da ona bu barədə məlumatının olduğunu bildirmişdir. Səhəri gün danışdıqda Orxan ona “Socar”-da mühafizəçi yerinin dolduğunu, əlavə olaraq 500 manat pul göndərəcəyi təqdirdə onu növbə rəisi vəzifəsinə işə düzəltdirə biləcəyini, həmin işin daha rahat və maaşının daha yüksək olmasını demiş, o isə Orxana əlavə olaraq 500 manat pulunun olmadığını, ona 300 manat pul göndərə biləcəyini, 200 manat pulu da işə çıxacağı gün onu işə düzəldən adama verəcəyini bildirmişdir. Orxan ona “eybi yoxdur, 200 manatını da işləyəndən sonra verərsən, may ayının 13-də Bakıya gəlib formanı götürüb səhəri gün, yəni mayın 14-ü işə çıxarsan” deyə bildirmiş, daha sonra yenə ona ödəmə terminalı ilə pulu göndərəndə kartdan komissiya tutula biləcəyini söyləmişdir. Kart sahibinin həmin kartdan tam 300 manat pulu çıxara bilməsi üçün 303 manat pulu xx.xx.2022-ci il tarixdə “Whatsapp” tətbiqi üzərindən ona göndərdiyi kart hesabına vurmasını istəmişdir. Belə olduqda o, xx.xx.2022ci il tarixdə saat 10:05-də İsmayıllı şəhəri, N.Nərimanov küçəsində yerləşən “Bolluq Store” dükanının qarşısında yerləşən “MilliÖN” ticarət nişanı olan eyni ödəmə terminalından Orxanın ona göndərdiyi həmin kart hesabına 303 manat pulu göndərmişdir. Daha sonra zəng edərək bu barədə Orxana məlumat vermiş, çekin şəklini ona göndərmiş, Orxan da pulun çatdığını bildirmişdir. “MilliÖN” ödəmə terminalından əldə etdiyim qəbzdə həmin terminalın 00424 nömrəli, əməliyyat nömrəsinin ********** İBAR8-662391070 olması görünmüşdür. Orxanın onun işə çıxacağını dediyi vaxt ona zəng edib nə vaxt işə çıxa biləcəyini soruşmuş, Orxan da həmin adama zəng çatmadığını bildirərək səbirli olmasını istəmiş, o da 3-4 gün də gözləmişdir. Yenidən Orxana zəng etdikdə ona həmin adamın yaxınının vəfat etdiyini söyləyərək 7-10 gün gözləməsini istəmişdir. 10 gün keçdikdən sonra Orxan ona həmin adamın ölkəni tərk etdiyini söyləyərək işin alınmadığını bildirmiş, o, pulu ona arxayın olub göndərdiyini söylədikdə ondan narahat olmamasını istəyərək pulu gələn aydan hər ay 100 manat olmaqla göndərəcəyini bildirmiş, o da bununla razılaşmışdır. Lakin növbəti ay gəlib çatanda Orxan ona pul göndərməmişdir. Orxanla mütəmadi əlaqə saxlamışdır. Orxan onu yubada-yubada üstündən 4-5 ay keçmiş, Orxan ona cəmi 40 manat pul göndərmişdir. Orxanın pulu qaytamadığını görüb Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” saylı qaynar xəttinə zəng edərək bu barədə şikayət etmişdir. Daha sonra onu İsmayıllı rayon polis şöbəsinə çağırmış, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlamışdırlar. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. O, təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. 04 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 28 fevral 2024-cü il tarixli baxış protokolundan görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 505 (beş yüz beş) manat pulu və xx.xx.2022-ci il tarixdə 303 (üç yüz üç) manat pulu göndərdiyi “milliön” ödəmə terminalı İsmayıllı şəhəri, N.Nərimanov küçəsində yerləşən “Bolluq Store” mağazasının qarşısında yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-17/16/2-67 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək xüsusi rütbədə kçik rəis heyəti qismində qulluq etmiş, sonra isə yenidən Ədliyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2019-cu il tarixli 1574 ş/h saylı əmri ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayı Komendant bölüyünün atıcısı vəzifəsinə təyin edilmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2024-cü il tarixli 87/k saylı əmri ilə Penitensiar Xidmətin Mühafizə Alayı Atıcı tağımın atıcısı, ədliyyə baş çavuşu Təqsirləndirilən şəxs “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası 40.1.1-ci maddəsinə müvafiq olaraq (öz arzusu ilə) tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. "xxxx" ASC-dən alınmış xx.xx.2024-cü il tafixli 6-2-41/2-5443/2024 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 505 (beş yüz beş) manat və xx.xx.2022-ci il tarixdə 303 (üç yüz üç) manat məbləğində pul vəsaitləri "xxxx" ASC-nin müştərisi, xx.xx.1994-cü il təvəllüdlü Sumqayıt şəhəri qeydiyyatlı X3 məxsus 4127-2093-0619-3647 saylı plastik karta köçürülmüş və sonradan "xxxx" ASC-yə məxsus 571 saylı bankomatdan nağdlaşdırılaraq məxaric edilmişdir. Müstəntiqin 29 yanvar 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, onun törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 808 (səkkiz yüz səkkiz) manat məbləğində maddi ziyan vurulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən həmin ziyan Zərərçəkmiş şəxs tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirdiyi ümumilikdə 808 (səkkiz yüz səkkiz) manat pulunu tam ödəmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək zərərçəkmiş şəxslə barışdığını, ona vurmuş olduğu ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmadığını bildirmiş və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi məqsədilə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi üçün ona müəyyən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs vaxt verilmiş və o, məhkəməyə törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi barədə sənəd təqdim etmişdir. “KapitalBank”ın İsmayıllı rayon filialının 20 iyun 2024-cü il tarixli 8998 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətə görə vurulmuş ziyanın 25% olaraq 202 manat pul vəsaiti X1 müvafiq hesabına ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməmişdir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-27/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-27/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver