Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-27/2025 24.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakı ilə 24 iyun 2025-ci il tarixdə saat 12:06-da İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1984-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı şəhəri, A.Aslanov küçəsi, ev 26-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 226,58 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixədək özünə məxsus “Mercedes Benz” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlədərək daşıyıb saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin “Şəhidlər Xiyabanı”nın qarşısında saxlanılıb üzərinə və avtomobilinə baxış keçirilərkən “Mercedes Benz” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində, ehtiyat təkərin olduğu yerdən 226,58 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və məhkəməyə ifadə vermək istəmədiyini bildirmişdir. Himayəsində azyaşlı övladının olmasını və ailə vəziyyətinin nəzərə alınmaqla ona özünü təqsirli bildyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, İsmayıllı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Sonuncunun üzərində və avtomobilində narkotik vasitələr saxlaması barədə ona əməliyyat məlumatı daxil olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və 12 yanvar 2024-cü il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, şöbə rəhbərliyi tərəfindən təsdiq edilərək o, RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X1 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Qərarın icrası ilə əlaqədar 12 yanvar 2025-ci il tarixdə saat 13:08 dəqiqədə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili İsmayıllı şəhərinin Şəhidlər Xiyabanının qarşısında saxlanılmış və Təqsirləndirilən şəxs xidməti vəsiqələri göstərib özlərini təqdim edərək, onu narkotik vasitələr saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında təsdiq edilmiş əməliyyat-axtarış tədbiri qərarı ilə tanış edib üzərinə və avtomobilinə videoçəkiliş aparılmaqla baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə vardırsa təqdim etməsini bildirildikdə o, avtomobilində qurudulmuş marixuana saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış zamanı avtomobilin arxa yük yerində, ehtiyat təkərin olduğu yerdə 1 ədəd ağ rəngli sellofan bağlamada narkotik vasitəyə bənzər yaşımtıl rəngli quru halda bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunan bitki kütləsinin qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu bildirmiş və həmin bağlama elektron tərəzidə çəkilərək və çəkisi müəyyən edilmişdir. Həmin bağlama qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Avtomobilə baxış davam etdirilsə də digər hər hansı narkotik vasitə və ya qanunla dövriyəsi qadağan edilmiş predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs özünə məxsus 1 ədəd “Nokia” markalı sadə telefonu da təqdim etmişdir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilsə də, hər hansı narkotik vasitə və ya qanunla dövriyəsi qadağan edilmiş predmet aşkar edilməmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar protokolun düzgünlüyü imzaları ilə təstiq etmişlər. Protokol tərtib edildikdən sonra götürülmüş maddi sübutlarla və Təqsirləndirilən şəxsla birlikdə İsmayıllı RPŞ-nə gəlmiş və bu barədə müvafiq raportla rəhbərliyə müraciət edilmişdir. Ona verilən əməliyat məlumatı Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitələr saxlaması barədə olmuşdur. Sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onun məlumatı olmamışdır. Məhkəmə iclasında digər şahidlər - İsmayıllı RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X5 və İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X6 da şahid X2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş: Məhkəmə-bioloji ekspertizasının 12 yanvar 2025-ci il tarixli 17/28 nömrəli rəyi ilə müəyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “...Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunan narkotik...” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi – 226,58 qram olan bitki mənşəli kütlə tərkbində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2025-ci il tarixli 690 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. 12 yanvar 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, nəqliyyat vasitəsinə baxış keçirilməsi, şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokollardan və həmin prosessual hərəkətlərin keçirilməsi əks olunan videodisklərdəki görüntülərdən görünür ki, görünür ki, baxışın keçirildiyi yer İsmayıllı şəhərinin Şəhidlər Xiyabanının qarşısıdır. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə saxlayıb-saxlamaması, vardırsa təqdim etməsini bildirildikdə o, avtomobilində qurudulmuş marixuana saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı mavi rəngli avtomobilə baxış zamanı avtomobilin arxa yük yerində, ehtiyat təkərin olduğu yerdə 1 ədəd ağ rəngli sellofan bağlamada narkotik vasitəyə bənzər yaşımtıl rəngli quru halda bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunan bitki kütləsinin qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu bildirmişdir. Həmin bağlama elektron tərəzidə çəkilmiş və bağlama ilə birlikdə çəkisinin 290 qram olması müəyyən edilmişdir. Həmin bağlama qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Avtomobilə baxış davam etdirilsə də, avtomobildən hər hansı narkotik vasitə və ya qanunla dövriyəsi qadağan edilmiş predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünə məxsus 1 ədəd “Nokia” markalı sadə telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilsə də, hər hansı narkotik vasitə və ya qanunla dövriyəsi qadağan edilmiş predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefon 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. 12 yanvar 2025-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, maddi sübutlara baxış zamanı üzərində “Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsi” sözləri, adlar və imzalar olan, İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənmiş vəziyyətdə 1 ədəd sellofan bağlamaya baxış zamanı içərisində yaşımtıl rəngli, spesifik qoxuya malik bitki kütləsi aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu bildirmişdir. Qurudulmuş marixuana olduğu bağlama ilə birlikdə digər bir sarı rəngli sellofan torbaya qoyulmuş və elektron tərəzidə ölçülərək, bağlama ilə birlikdə çəkisinin 305 qram olduğu müəyyən edilmişdir. Həmin bağlama qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra üzərində “Təqsirləndirilən şəxs üzərinə yoxlanış zamanı aşkar olunmuş 1 ədəd Nokia markalı telefon” sözləri, adlar və imzalar olan, İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənmiş vəziyyətdə 1 ədəd kağız zərfə baxış zamanı 1 ədəd “Nokia” markalı sadə telefon aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin telefonun özünə məxsus olduğunu bildirmişdir. “Nokia” markalı telefon qablaşdırıldığı zərfə qoyularaq başqa kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. 18 fevral 2025-ci il tarixli mobil telefonu təhvil vermə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs təhvil verilmişdir. İsmayıllı RMX PHŞ-si İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış 17 yanvar 2025-ci il tarixli 18-1-47/2-46/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur. İsmayıllı rayon X8 bölməsinin müstəntiqinin 12 yanvar 2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Müstəntiqin 16 yanvar 2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmiş və cinayət işinin istintaqı həmin maddə ilə davam etdirilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə müstəntiqin 12 yanvar 2025-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə müstəntiq tərəfindən tərtib edilmiş eyni tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azayev 12 yanvar 2025-ci il tarixdə saat 16:23-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin 14 yanvar 2025-ci il tarixli “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 yanvar 2025ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 11:50-də İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı RİHB-nin İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 349 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 26 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, evlidir, biri azyaşlı olmaqla himayəsində iki övladı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə edilmiş, özü və ailəsi barəsində İsmayıllı RİHB-nın İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. İş materiallarından və məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, İsmayıllı rayon X8 bölməsinin müstəntiqinin (İsmayıllı RPŞ-nin İB-nin müstəntiqi , polis baş leytenantı Rəşad Əlizadə) 12 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Həmin müstəntiqin 16 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmiş və cinayət işinin istintaqı həmin maddə ilə davam etdirilmişdir. Müstəntiq qərarında “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının tətbiq edilməsi haqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa istinad etmiş, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın həmin Qanunla müəyyən edilniş cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb edilən çəkidən 45 dəfə çox olduğunu xüsusilə vurğulayaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədi ilə avtomobilində daşıdığı qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitənin məhz satış məqsədi ilə saxlanılması məhkəmə istintaqında sübuta yetirilməməklə yanaşı, başqa yanaki sübutlar əldə edilmədən, ibtidai istintaq orqanının sadəcə, həmin narkotik vasitələrinin çəkisinin çox olması əsası ilə satış məqsədinin olması qənaətinə gəlməsi səhv mövqedir. İstintaqın gəldiyi bu nəticə işdə toplanan şübhə doğurmayan bütün sübutlarlara öz təsdiqini tapmalı, satış məqsədi ilə bağlı olan bütün hallar ümumi olaraq, nəzərdən keçirilməli, tam, obyektiv və hərtətəfli qiymət verilməli idi. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin saxlamasında satış məqsədinin olması heç bir sübut növü ilə öz təsdiqini tapmır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisinin 290 qram olması ibtidai istintaq orqanı tərəfindən sonuncunun həmin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən edən hal kimi qəbul olunmuş, lakin ibtidai istintaqın gedişində əməliyyat tapşırıqları verilməsinə baxmayaraq təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Həmin hallar və işin digər halları bütövlükdə nəzərə alınmadan təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananın ilkin çəkisinin 290 qram olması müəyyən edilmişdir. Göründüyü kimi, sözügedən narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin çox olması, yəni hətta bükümlərə belə ayrılmaması öz-özlüyündə həmin vasitənin satış üçün hazırlanması ehtimalını istisna edir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona da baxşı keçirilərkən iş üzrə əhəmiyyət kəsb edəcək hər hansısa bir zəng, yaxud ismarıc aşkar edilməmişdir. Bundan başqa, iş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan, habelə narkoloji ekspertizanın rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Bu hallar da onun narkotik vasitə olan marixuananın öz istifadəsi üçün saxlamasını şərtləndirən sübut növü kimi qitmətləndirilməlidir. Məhkəmə, hesab edir ki, başqa mötəbər sübutlarla öz təsdiqini tapmadan, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisinin məhz 290 qram olması özü-özlüyündə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Digər tərəfdən Avropa İnsan Hüquqları Məhkəməsi də bir çox qərarlarında “şübhədən kənar sübut” anlayışına diqqət yetirilməsinin zəruriliyi barədə milli məhkəmələrə tövsiyyə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 226,58 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixədək özünə məxsus “Mercedes Benz” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlədərək daşıyıb saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin “Şəhidlər Xiyabanı”nın qarşısında saxlanılıb üzərinə və avtomobilinə baxış keçirilərkən “Mercedes Benz” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində, ehtiyat təkərin olduğu yerdən 226,58 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətlərini səciyyələndirən halları, ailə vəziyyətini, cəzalarını yüngülləşdirən halları, cəzanı ağırlaşdırılan halların olmamasını və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Ona görə də məhkəmə işin digər faktilki hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə saat 16:23-dən 12 yanvar 2025-ci il tarixə saat 11:50-yədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin ediləcək аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri, A.Aslanov küçəsi, ev 26-da yerləşən evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2– ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 226,53 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə saat 16:23-dən 12 yanvar 2025-ci il tarixə saat 11:50-yədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin edilən 3(üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri, A.Aslanov küçəsi, ev 26-da yerləşən evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 226,53 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-27/2025
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-27/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver