Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-28/2021 04.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs1 iştirakı ilə 04 may 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1989-cu ildə Göyçay rayonun Kürdşaban kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Göyçay rayonun Kürdşaban kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və nəqliyyаt vаsitələrini idаrə etmə hüququ оlmаdаn аvtоmоbili idаrə edərək yol hərəkəti qaydalarını pozmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sаğlаmlığınа az ağır zərər vurulmаsınа səbəb оlmuşdur. Belə ki, о, 20 iyun 2020-ci il tarixdə, saat 05:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 mülkiyyətində olan “Tofash Dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun 12-ci kilometrliyində, yolun İsmayıllı rayonunun Qarakolluq kəndindən keçən hissəsində, İsmayıllı rayonunun Qaraməryəm kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq idarə etdiyi avtomobili qarşı əks hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsinə çıxarmış, Təqsirləndirilən şəxs2 avtomobili qarşı əks hərəkət hissəsinə istiqamətləndirib hərəkətini davam etdirmək istəyən zaman o da yolun öz hərəkət hissəsinə istiqamətləndikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə onun idarə etdiyi avtomobilin qabaq sol hissəsi arasında 10-15 dərəcə bucaq altında toqquşma baş vermiş, nəticədə o, ehtiyatsızlıqdan “VAZ-21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 döş sümüyünün yerdəyişməyən sınığı, alt dodağın səthi yarası, alt dodaq haşiyəsinin sıyrığı, sol əlin qançırı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, “VAZ-21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması və beyin silkələnməsi ilə müşayiət olunan sağ qaş qövsünün, sol baldırın səthi yaraları, alının, sağ gözün üst qapağının, sağ saidin, hər iki diz oynağının sıyrıqları, sağ topuq oynağının hemartrozu kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almasına, eləcə də “Tofash Dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs2 1335 (bir min üç yüz otuz beş) manat məbləğində maddi ziyan vurulmasına və “VAZ-21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Təqsirləndirilən şəxs2 1256 (bir min iki yüz əlli altı) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 20 iyun 2020-ci il tarixdə saat 05:00 radələrində idarə etdiyi özünə məxsus “VAZ-21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 12-ci kilometrliyində, yolun İsmayıllı rayonunun Qarakolluq kəndindən keçən hissəsində İsmayıllı istiqamətində öz hərəkət yolunda hərəkətdə olarkən, qarşıdan Qaraməryəm istiqamətində əks hərəkətdə olan Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “Tofash dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət yoluna çıxdığını görüb, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini yerinə yetirməyib yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobili Təqsirləndirilən şəxs1 idarə etdiyi “Tofash dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsinə çıxartmış və Təqsirləndirilən şəxs1 da idarə etdiyi avtomobillə öz hərəkət hissəsinə qayıtmaq istəyərkən onun avtomobilinin qabaq orta hissəsi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Tofash dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında 10-15 dərəcə bucaq altında toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “Tofash dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 sağ əlinin 2-ci barmağının əsas falanqasının yerdəyişən sınığı, döş qəfəsinin, sol bazunun sıyrıqları və sağ əlin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid bədən xəsarəti almasına, idarə etdiyi “VAZ-21074” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması və beyin silkələnməsi ilə müşayət olunan sağ qaş qövsünün, sol baldırın səthi yaraları, alnın, sağ gözün üst qapağının, sağ saidin, hər iki diz oynağının sıyrıqları, sağ topuq oynağının hemartrozu kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti almasına, eləcə də “Tofas Dogan” markalı 90-UCV-658 dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs2 1335 (min üç yüz otuz beş) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 1(037)-28/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü mаddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsində aparılan cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, idarə etdiyi avtomobili X2 2700 manata almış, avtomobil rəsmi sənədlərlə Zərərçəkmiş şəxs2 adına olduğu üçün Elvin 26 sentyabr 2019-cu il tarixdə ona avtomobili idarə etmək üçün Bakı şəhərində 42 saylı notariat ofisində 1 il müddətinə etibarnamə vermişdir. Maddi imkanı zəif olduğu üçün keçən müddət ərzində avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. 2020-ci ilin iyun ayında etibarnamə əsasında “Tofash Dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, lakin sürücülük vəsiqəsi olmamışdır. Hər gün səhər 05:00 radələrində idarə etdiyi avtomaşınla Göyçay şəhəri ərazisində yerləşən çörək sexindən İsmayıllı rayonu ərazisində yerləşən ərzaq mağazalarına çörək gətirərək satmaqla məşğul olmuşdur. 20 iyun 2020-ci il tarixdə gecə saatlarında İsmayıllı rayonu İvanovka kəndi ərazisində spirtli içki qəbul etmişdir. Həmin gün səhər saatlarında avtomaşını sərxoş vəziyyətdə idarə edərək İsmayıllı şəhəri ərazisində yerləşən mağazalara çörək gətirib paylamış, saat 05:00 radələrində isə İsmayıllı rayonu Qarakolluq kəndi ərazisindən Qaraməryəm-İsmayıllı-Şəki yoluna çıxmış və təxminən 50-60 metr Qaraməryəm istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olmuşdur. Yay vaxtı olduğu üçün hava işıqlı olmuş, hərəkətdə olarkən təxminən 5 metr aralıdan qarşı əks hərəkət zolağından “VAZ-21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olduğunu görüb toqquşmamaq üçün sükanını sağa istiqamətləndirsə də həmin sürücü avtomobilinin sol yan hissəsi ilə toqquşmuş, zərbədən sonra avtomobil deformasiyaya uğradığından avtomobildən çıxa bilməmişdir. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəldikdən sonra onu və həmin “VAZ-21074” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 təcili yardım avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər tərəfindən ona tibbi yardım göstərilmişdir. O, özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Təqsirləndirilən şəxs2 ilə, habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la barışıq əldə etmiş, onlara vurduğu ziyanı tamamilə ödəmişdir. Həmin şəxlərin ondan şikayət və tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Qeyd etdiyi halları nəzərə almaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Təqsirləndirilən şəxs2 göstərdi ki, özünə məxsus Vaz-21074 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 20 iyun 2020-ci il tarixdə saat 04:00 radələrində oğlu İzzət İsmayıllı və arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə Göyçay şəhərinə getmişdir. X9 şəhərindəki avtovağzalın qarşısından işlədiyi hərbi hissəyə yola salmışdır. Həmin gün saat 05:00 radələrində idarə etdiyi həmin avtomaşınla arvadı Zərərçəkmiş şəxs1 ilə İsmayıllı şəhəri istiqamətində Qarəməryəm-İsmayıllı-Şəki yolu ilə, yolun Qarakolluq kəndindən keçən hissəsi ilə geri qayıtmışdır. Avtomobilin təhlükəsizlik kəmərini taxmış, arvadı Zərərçəkmiş şəxs1 avtomaşının qabaq oturacağında oturmuşdur. Artıq saat 05:40 radələrində idarə etdiyi avtomaşınla 60-70 km/saat sürətlə öz hərəkət yolu ilə İsmayıllı şəhəri istiqamətində hərəkətdə olarkən qəflətən təxminən 40-50 metr məsafədən “Tofas Dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə hərəkət yoluna çıxdığını, sol təkərlərinin yolun ehtiyat hissəsində olduğunu, sağ təkərinin is öz hərəkət yolunda olduğunu görüb həmin sürücünün yuxulu olmasını hiss edib yolundan çıxması üçün siqnal vermişdir. Hərəkət istiqamətini dəyişməyib düzünə istiqamətdə hərəkətdə olmuş, qarşı sürücünün sağından keçib getməsinə kifayət qədər yer olmuş və bunu fikirləşmişdir. Həmin sürücü qəflətən oyanıb hərəkət istiqamətini dəyişib öz yoluna keçmək istədikdə soldan sağa doğru çəpinə öz hərəkət yolunda avtomobilinin qabaq hissəsindən vurmuş və avtomobili zərbədən fırlanıb qarşı əks hərəkət zolağında dayanmışdır. Nəticədə sinə və dodaq nahiyələrindən xəsarət almış, qabırğası sınmışdır. Zərbədən maşının qapısı açıldığı üçün arvadı Zərərçəkmiş şəxs1 isə yerə düşmüşdür. Təhlükəsizlik kəmərini açıb avtomobilinin özünə aid hissəsi açılmadığı üçün qabaq sağ qapını açıb yerə düşmüş, “Tofash dogan” markalı avtomobil toqquşmadan sonra yolun sağ ehtiyat hissəsinə dayanmışdır. Hadisə yerində özünü itirmiş, “Tofash Dogan” markalı avtomobilin sürücüsü sükan arxasında əyləşmişdir. Hadisə barədə mobil telefonu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermiş, sonra isə hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və arvadı Zərərçəkmiş şəxs1 ilə təcili tibbi yardım avtomobili ilə İsmayıllı RMX-na gəlmişdir. Xəstəxanada həkimlər tərəfindən ona tibbi yardım göstərilmiş, həmin gün ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 adlı sürücü sərxoş vəziyyətdə avtomobili idarə etmiş, xəsarət aldığı üçün hadisə yerinin müayinəsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 hazırda Təqsirləndirilən şəxs1 şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanı ödədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, əri Təqsirləndirilən şəxs2 məxsus “Vaz-21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 20 iyun 2020-ci il tarixdə saat 04:00 radələrində o və oğlu İzzət İsmayıllı əri Alxanın idarə etdiyi həmin avtomobillə Göyçay şəhərinə getmişlər. X8 şəhərində yerləşən avtovağzalın qarşısından işlədiyi hərbi hissəyə yola salmış, artıq həmin gün saat 05:00 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşınla İsmayıllı şəhəri istiqamətində Qarəməryəm-İsmayıllı-Şəki yolu ilə, yolun Qarakolluq kəndindən keçən hissəsi ilə geri qayıtmışlar. O, avtomobilin qabaq oturacağında əyləşmiş, artıq saat 05:40 radələrində Alxan idarə etdiyi avtomaşınla 60-70 km/saat sürətlə öz hərəkət yolu ilə İsmayıllı şəhəri istiqamətində hərəkətdə olarkən qəflətən təxminən 50 metr məsafədən “Tofas Dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə hərəkət yoluna çıxdığını, sol təkərlərinin yolun ehtiyat hissəsində olduğunu, sağ təkərinin isə Alxanın hərəkət yolunda olduğunu görüb həmin sürücünün yuxulu olmasını hiss etmişlər. Təqsirləndirilən şəxs2 həmin sürücünün ya yolundan çıxması, ya da istiqamətini dəyişməsi üçün ani anda siqnal vermiş, daha sonra hərəkət istiqamətini dəyişməyib düzünə istiqamətdə öz yolu ilə hərəkətdə olmuşdur. Bu zaman qarşıdan hərəkət yoluna çıxan sürücünün sağından keçib getməsinə kifayət qədər yer olmuşdur. Sürücü qəflətən hərəkət istiqamətini dəyişib öz yoluna keçmək istədikdə soldan sağa doğru çəpinə öz hərəkət yolunda avtomobilinin qabaq hissəsindən öz yolunda vurmuş, avtomobil zərbədən fırlanıb qarşı əks hərəkət zolağında dayanmış, yol nəqliyyat hadisəsi nəticəsində Alxan sinə və dodaq nahiyələrindən xəsarət almışdır. Əri Təqsirləndirilən şəxs2 məxsus avtomobilin sağ qapısı zərbədən açıldığı üçün o, yerə yıxılmış, Alxan isə təhlükəsizlik kəmərini taxdığı üçün sükan arxasında oturmuşdur. “Tofash” markalı avtomobil toqquşmadan sonra yolun sağ ehtiyat hissəsinə dayanmış, sürücüsü isə sükan arxasında oturmuşdur. Avtomobilin sürücü tərəfdən qapısı açıq olmuş, sürücü “mən neylədim, mən neylədim” deyə öz-özünə danışmış və həmin sürücünün sərxoş olması açıq aydın hiss olunmuşdur. Hadisə yerində olan kimlərsə Alxana hadisə barədə polisə məlumat verməməsini, avtomobili kənddə gizlətmələrini desə də, əri Alxan bununla razılaşmayıb hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, onları təcili tibbi yardım avtomobili ilə İsmayıllı RMX-na gətirmiş və orada onlara tibbi yardım göstərmişlər. O, təqsirləndirilən şəxsləri bağışlamış və onlarla barışmışdır. Ona vurulmuş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmiş, onlara qarşı tələb və şikayəti yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs2 оğlu məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram göndərərək işi ilə əlaqədar Şuşa şəhərində olduğundan məhkəmə prosesində iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmiş və məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə iclasında oxunub elan olunmuşdur. Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, “Tofash dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun adınadır. Həmin avtomobili 2014-cü ildə Əlihüseyn adlı şəxsə 3000 manata satmış, Əlihüseyn isə həmin avtomobili bir neçə nəfər şəxsə satmış, sonuncu dəfə isə avtomobil Tahir adlı şəxs tərəfindən Göyçay rayon Kürdşaban kənd sakini Təqsirləndirilən şəxs1 satılmışdır. Maşın rəsmi sənədlərlə onun adına olduğu üçün 26 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri 42 saylı notariat ofisinə gedərək Yusifə 1 il müddətinə etibarnamə vermişdir. 2020-ci ilin iyun ayının axırlarında dəqiq tarixini xatırlamadığı gündə Yusifin “Tofash dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat qəzasına uğradığını eşitmişdir. Avtomobil Yusifə satıldığı üçün avtomobillə əlaqədar Təqsirləndirilən şəxs1 heç bir tələb və şikayəti yoxdur. Şahid, İsmayıllı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid1 ifadə verərək göstərdi ki, 20 iyun 2020-ci il tarixdə saat 05:42-də polis şöbəsində əməliyyat qrupunda növbədə olarkən DİN-nin 102 xidmətindən İsmayıllı RPŞ-nə Təqsirləndirilən şəxs2 mobil nömrəsindən İsmayıllı rayonu Qarakolluq kəndi ərazisində Vaz-2107 markalı avtomobillə toqquşması və xəsarət alması barədə məlumat daxil olmuşdur. Məlumatla əlaqədar İsmayıllı RPŞ-nin digər polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə baxış zamanı Vaz-21074 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Tofash Dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yolunda qarşı-qarşıya toqquşmuş vəziyyətdə olduğunu görmüşlər. “Vaz-21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 və “Tofash Dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 xəsarət aldıqları üçün təcili tibbi yardım avtomobili ilə İsmayıllı RMX-na aparılmışlar. Baxış zamanı həmçinin hadisə yerindəki yolun ikitərəfli olması, “Tofash Dogan” markalı avtomobilə aid “Vaz-21074” markalı avtomobilin hərəkət yolundan toqquşma yerinə qədər 16,24 metr uzunluğunda əyləc izinin olması, hadisədən əvvəl “Tofash Dogan” markalı avtomobilin “Vaz-21074” markalı avtomobilin hərəkət yoluna çıxması və öz hərəkət yoluna qayıdarkən, Vaz-21074 markalı avtomobilin də hadisədən yayınmaq üçün qarşı əks hərəkət hissəsinə keçməsi nəticəsində toqquşma baş verməsi müəyyən olunmuşdur. Xəsarət almış sürücülər tibbi yardım göstərilməsi üçün İsmayıllı RMX-na aparıldığı üçün hadisə yerinin müayinəsi zamanı polis əməkdaşları və hal şahidləri iştirak etmiş, hadisə yerinin baxış protokolu tərtib olunmuş və fotoşəkillər çəkilmiş, hadisə yerinin sxemi tərtib edilmişdir. Yol nəqliyyat hadisəsindən sonra avtomobillərin yeri dəyişilməmiş, toqquşmuş vəziyyətdə qaldıqları yerdə fotoşəkilləri çəkilmişdir. Şаhid, İsmayıllı RPŞ-nin DYPB-nin inspektoru, polis baş serjantı X4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə-tibbi ekspertizasının 10 iyul 2020-ci il tarixli 245 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-qapalı kəllə-beyin travması və beyin silkələnməsi ilə müşayət olunan sağ qaş qövsünün, sol baldırın səthi yaraları, alnın, sağ gözün üst qapağının, sağ saidin, hər iki diz oynağının sıyrıqları, sağ topuq oynağının hemartrozu küt əşya (alət) təsirindən törənmişdir, 20 iyun 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 09 iyul 2020-ci il tarixli 246 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- döş sümüyünün yerdəyişməyən sınığı, alt dodağın səthi yarası, alt dodaq haşiyəsinin sıyrığı, sol əlin qançırı küt əşya (alət) təsirindən törənmişdir, 20 iyun 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 13 iyul 2020-ci il tarixli 264 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sağ əlin 2-ci barmağının falanqasının yerdəyişən sınığı, döş qəfəsinin, sol bazunun sıyrıqları və sağ əlin qançırı küt əşya (alət) təsirindən törənmişdir, 20 iyun 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 avqust 2020-ci il tarixli 8/986 nömrəli rəyindən müəyyən olunur ki, “Vaz-2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomlbilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Tofash dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 “Tofash Dogan” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Kompleks əlavə məhkəmə-yol nəqliyyat hadisələri və məhkəmə-trasoloji ekspertizasının 22 yanvar 2021-ci il tarixli 8/2110 nömrəli rəyindən müəyyən olunur ki, “Vaz-2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Tofash dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 “Tofash Dogan” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İlkin Kontakt anında toqquşma “Vaz-2107” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq orta hissəsi ilə “Tofash Dogan” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sol hissəsi arasında təxminən 10-15 dərəcə bucaq altında baş vermişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 noyabr 2020-ci il tarixli 9/4303 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində təqdim edilmiş “xxxx” ASC-nin İsmayıllı filialının xidmət məntəqəsi tərəfindən 12 sentyabr 2020-ci il tarixdə verilmiş 044 nömrəli məktubunda olan dəyişilməli olan ehtiyat hissəsi və təmir bərpa işləri barədə məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2001-ci il buraxılışlı “Tofash Dogan” 1,6 AS minik” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə, yəni 20 iyun 2020-ci il tarixdə nəzəri hesablama yolu ilə dəyişilməli olan hissələrin qiyməti 545 manat, təmir bərpa işlərinin qiyməti 1030 manat olmaqla təxminən 1575 manat müəyyən edilir. Beləliklə, 2001-ci il buraxılışlı, həmin Tofash Dogan” 1,6 AS minik” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 20 iyun 2020-ci-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri) hissələr düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə dəyişilməli olan hissələrin qiyməti 305 manat, təmir-bərpa işlərinin qiyməti 1030 manat olmaqla təxminən 1335 manat müəyyən edilir. “xxxx” ASC-nin İsmayıllı filialının xidmət məntəqəsi tərəfindən 12 sentyabr 2020-ci il tarixdə verilmiş 044 nömrəli məktubunda olan dəyişilməli olan ehtiyat hissələri və təmir-bərpa işləri barədə məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2001-ci il buraxılışlı “Vaz-21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə, yəni 20 iyun 2020ci il tarixdə nəzəri hesablama yolu ilə dəyişilməli olan hissələrin qiyməti 442 manat, təmir bərpa işlərinin qiyməti 1010 manat olmaqla təxminən 1452 manat müəyyən edilir. Beləliklə, 2001-ci il buraxılışlı, “Vaz-21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 20 iyun 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri) hissələr düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə dəyişilməli olan hissələrin qiyməti 246 manat, təmir bərpa işlərinin qiyməti 1010 manat olmaqla təxminən 1256 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. AC 055747 nömrəli nəqliyyat vasitəsinin texniki-qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Tofash Dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 adınadır. İsmayıllı RPŞ-dən alınmış 12.11.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 adına BDYPİ-nin Mərkəzi İnformasiya sistemində heç bir sürücülük vəsiqəsi aşkar edilməmişdir. “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsinə dair” 20 iyun 2020-cu il tarixli 235 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs1 20 iyun 2020-ci il tarixdə orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. 16 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Göyçay rayon Məhkəməsinin 13 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 5 dekabr 2016-cı il tarixdə Xəzər rayon Məhkəməsinin 5 dekabr 2016-cı il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 3 ay 3 gün vaxtından əvvəl şərti azad edilmiş, hazırda məhkumluğu ödənilmişdir. Müstəntiqin 26 yanvar 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. AZ-İİ seriyalı 979155 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Yusif X1 ilə birgə nikahlarından 22 iyul 2012-ci il tarixdə Ayan İbrahimli anadan olmuşdur. AZ-İİİ seriyalı 406412 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Yusif X1 ilə birgə nikahlarından 08 sentyabr 2014-cü il tarixdə İbrahim İbrahimli anadan olmuşdur. Müstəntiqin 29 yanvar 2021-ci il tаriхli sübutların qiymətləndirilməsi haqqında qərаrındаn görünür ki, cinаyət işi üzrə “Tofash Dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil mаddi sübut qismində tаnınmış və sаhibinin sахlаncınа vеrilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 20 iyun 2020-ci il tarixdə, saat 05:00 radələrində sərxoş halda, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 mülkiyyətində olan “Tofash Dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 12-ci kilometrliyində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuş və həmin pozuntu nəticəsində, ehtiyatsızlıqdan “VAZ- 21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 döş sümüyünün yerdəyişməyən sınığı, alt dodağın səthi yarası, alt dodaq haşiyəsinin sıyrığı, sol əlin qançırı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, “VAZ-21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması və beyin silkələnməsi ilə müşayiət olunan sağ qaş qövsünün, sol baldırın səthi yaraları, alının, sağ gözün üst qapağının, sağ saidin, hər iki diz oynağının sıyrıqları, sağ topuq oynağının hemartrozu kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almasına, eləcə də “Tofash Dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs2 1335 (bir min üç yüz otuz beş) manat məbləğində maddi ziyan vurulmasına və “VAZ-21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Təqsirləndirilən şəxs2 1256 (bir min iki yüz əlli altı) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 349.5.1–ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurmuş ziyanı tamamilə ödəməsini isə həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs1 ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının 1 (bir) il 6 (altı) ay müddətə və azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il müddətə müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həm də hesab edir ki, Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin şərtlərinə həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı dövründə tam əməl etdiyinə görə onun barəsində seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi zərurəti yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1–ci əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında müəyyən edilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 75 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə 75 (bir yüz yetmiş) manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut – Tofash Dogan markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. İş üzrə 75 (yetmiş beş) manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab – AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut – saxlanılması üçün Təqsirləndirilən şəxs1 təhvil verilmiş “Tofash Dogan” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-28/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-28/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver