Məhkəmə qərarları › İş №1(037)-28/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-28/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-28/2022 05.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili İsmayılov İslam Abduləziz oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə 05 may 2022-ci il tarixdə saat 16:20-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 20 avqust 1966-cı ildə İsmayıllı rayonu Cülyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, İsmayıllı şəhəri R.Behbudov küçəsi ev 47-də qeydiyyatda olmaqla həmin evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 28 dekabr 2021-ci ildə saat 10 radələrində Qaraməryam- İsmayıllı-Şəki yolunun İsmayıllı şəhəri ərazisindən keçən 30-cu kilometrində X3 məxsus olmaqla idarə etdiyi KAMAZ 55111 yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 50-60 km/saat sürətlə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən qadağanedici 1.3 üfüqi nişanlanma, yəni hərəkət istiqamətlərini ayıran ağ bütöv qoşa nişanlanma xəttini kəsib keçmiş, sürətdən və hərəkət şəraitindən asılı olaraq özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq üçün mümkün olan düzgün ara məsafəsi seçməli olduğu halda bunu etməyərək «X6» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda ala bilməyərək idarə etdiyi avtomobilin qabaq sağ hissəsi qarşıda eyni zolaqda hərəkətdə olan, geriyə dönmək məqsədi ilə avtomobilin sürətini azaldıb sola doğru manevr edən Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21061 minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmaqla «X6» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol incik sümüyünün yerdəyişən sınığı, sol əl və sol baldırın sıyrıqları xəsarətlərini yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, «C» kateqoriyalı sürücülük vəsiqəsi əsasında Azad Əliyevin mülkiyyətində olan KAMAZ 55111 yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 28 dekabr 2021-ci ildə saat 10 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunun İsmayıllı şəhəri ərazisindən keçən 30-cu kilometrində idarə etdiyi həmin avtomobillə çay daşı ilə yüklü vəziyyətdə İsmayıllı rayonu istiqamətində yolun sağ zolağı ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən qarşıda eyni zolaqda və özündən təxminən 50-60 metr öndə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ- 21061 minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəl yolun hərəkət hissəsindən çıxaraq sağa istiqamətlənmiş, dərhal da sola istiqamətlənib yolun hərəkət hissəsinə çıxmışdır. O, həmin avtomobillə toqquşmamaq üçün əvvəl sola manevr etmiş, qarşıda nəqliyyat vasitələri olduğundan məcbur olaraq sağa manevr edib tormozla avtomoibilini saxlamağa cəhd etmişdir. Bu anda idarə etdiyi avtomobilin qabaq sağ hissəsi həmin avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. İdarə etdiyi avtomobil yolun sol ehtiyat hissəsinin kənarındakı dayanacağa tərəf istiqamətləndiyini görərək oradakı şəxsləri vuracağından qorxmuş və yenidən sağa manevr etmişdir. Avtomobil ləngər vuraraq sağ yan tərəfi üstə aşmışdır. Nəticədə özü və toqquşduğu avtomobilin sürücüsü xəsarət almışlar, avtomobillər isə əzilmiş və onun avtomobilində olan daşlar yerə dağılmışdır. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İdarə etdiyi avtomobilin əzilməsi nəticəsində sahibi Azad Əliyevə dəymiş maddi ziyan tərəfindən tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsla barışıq əldə etmiş və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, «B» kateqoriyalı sürücülük vəsiqəsi əsasında yaxın qohumunun mülkiyyətində olan VAZ-21061 minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 28 dekabr 2021-ci ildə saat 10 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunun İsmayıllı şəhəri ərazisindən keçən 30cu kilometrində idarə etdiyi həmin avtomobillə İsmayıllı rayonu istiqamətində yolun sol zolağı ilə hərəkətdə olmuşdur. Bu zaman geriyə dönmək məqsədi ilə avtomobilin sürətini azaldaraq qarşıdakı yolayrıcıda işıqforun yaşıl işığı yanılı olduğuna görə sola doğru dönmüşdür. Bu zaman arxadan gələn KAMAZ 55111 markalı yük avtomobil onun idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobil fırlanıb yolun ortasında dayanmış, KAMAZ isə yoldan sağ tərəfə çıxıb aşmışdır. Hadisə nəticəsində xəsarət almış və idarə etdiyi avtomobil əzilərək ona maddi ziyan dəymişdir. Bir qədər sonra hadisə yerinə təcilli tibbi yardım avtomobili gəlmiş və onu xəstəxanaya aparmışdır. Orada məlum olmuşdur ki, hadisəni törədən KAMAZ 55111 markalı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxsdur və hadisə nəticəsində o da müxtəlif bədən xəsarətləri almışdır. O, təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21061 minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş KAMAZ 55111 yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə etmək üçün 9 mart 2016-cı ildə Təqsirləndirilən şəxs vermişdir. 28 dekabr 2021-ci ildə saat 10 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunun İsmayıllı şəhəri ərazisindən keçən 30-cu kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi zamanı avtomobilin əzilməsi və avtomobildə olan mişarlanmış çay daşlarının yararsız vəziyyətə düşməsi nəticəsində ona maddi ziyan dəymişdir. Avtomobil Təqsirləndirilən şəxs tərəfindən təmir etdirilmişdir. Ona dəymiş ziyanla əlaqədar iddiası və tələbi yoxdur. Məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2021-ci il tarixli 617 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxsin bədəni üzərində aşkar edilmiş sol incik sümüyünün yerdəyişən sınığı, sol əl və sol baldırın sıyrıqları xəsarətləri küt əşya (alət) təsirindən törənmişdir, 28 dekabr 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 yanvar 2022-ci il tarixli 8/175 nömrəli rəyindən müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsində KAMAZ 55111 yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X6» Azaybaycan Respublikası Qanununun 50-ci və 69-cu maddəsinin 7ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Təqsirləndirilən şəxs 25 fevral 2014-cü il tarixdə verilmiş və 25 fevral 2024-cü ilədək etibarlılıq müddəti olan AC 031472 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman C kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli 016-7438-1222 nömrəli arayışdan müəyyən edilir ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs 25.02.2014-cü ildə 25.02.2024-cü il tarixədək etibarlı olan AC 031472 nömrəli «C» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. AC 449581 nömrəli nəqliyyat vasitəsinin texniki qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, KAMAZ 55111 yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adınadır. İsmayıllı rayon dövlət notariat kontoru tərəfindən 9 mart 2016-cı ildə təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, KAMAZ 55111 yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X4 nəqliyyat vasitəsinoi idarə etmək hüququ əsasında Təqsirləndirilən şəxs vermişdir. “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsinə dair” 28 dekabr 2021-ci il tarixli 571 nömrəli tibbi müayinə aktından görünür ki, KAMAZ 55111 yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə baş verən 28 dekabr 2021-ci tarixdə sərxoş vəziyyətdə olmamışdır. 15 yanvar 2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müstəntiqin 02 mart 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 263-cü mаddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəхslə bаrışdığı və оnа dəymiş ziyаnı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü mаddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə 100 (bir yüz əlli) manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan KAMAZ 55111 yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, VAZ-21061 minik markalı **-DA-*** dövlət qеydiyyat nişanlı avtоmоbilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün qərarın surəti İsmayıllı rayon prokurorluğuna göndərilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü mаddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan KAMAZ 55111 yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, VAZ-21061 minik markalı **-DA-*** dövlət qеydiyyat nişanlı avtоmоbilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün qərarın surəti İsmayıllı rayon prokurorluğuna göndərilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar