Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-28/2024 23.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 23 may 2024-cü il tarixdə saat 12:41-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1978-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, orta təhsilli, məhkumluğu olmayan, İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 47 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 03 fevral 2024-cü il tarixdə saat 15:30 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu, Basqal kənd ərazisindən keçən 21-ci kilometrliyində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Tofaş Şahin markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri istiqamətində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı, diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, qarşıda yolun hərəkət hissəsində çuxur olduğunu nəzərə alaraq vaxtında avtomobilin hərəkət sürətini azaltmalı və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin tələblərə riayət etməyib “X4” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin və 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq hərəkətdə olan zaman avtomobili yolun hərəkət hissəsində olan çuxura salmaqla avtomobilin dayanıqlı hərəkətini təmin edə bilməməsi nəticəsində idarə etməni itirib avtomobili qarşı hərəkət zolağına çıxarmış və bu vaxt qarşıdan əks istiqamətdə hərəkətdə olan sürücü Şahid idarə etdiyi Kamaz 55111 markalı 66BG190 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, ehtiyatsızlıqdan Tofaş Şahin markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sağ qulaq seyvanının, sol bilək nahiyəsin sıyrıqları, təpə nahiyəsinin yarası, sağ tərəfli hemotoraksla müşayiət edilən sağdan Vİİ və X qabırğaların və döş sümüyünün qapalı sınığı, qasıq və oturaq sümüklərinin qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdir ki, özünə məxsus Tofaş Şahin markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, lakin avtomobili idarə etmək üçün sürücülük hüququ və müvafiq etibarnaməsi olmamışdır. 03 fevral 2024-cü il tarixdə dostu Zərərçəkmiş şəxsla birlikdə səhər saatlarında həmin avtomobili ilə şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmişlər. Bakı şəhərində işlərini bitirdikdən sonra İsmayıllı rayonuna qayıtmaqdan ötrü yola çıxmışdır. Avtomobili özü idarə etmiş, Elvin isə ön sərnişin oturacağında əyləşmişdir. Onlar Şamaxı rayonunu keçmiş, Muğanlı dairəsindən İsmayıllı rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Bədo adlanan yerə çatdıqda qarşısında olan avtomobili ötüb keçmiş, öz hərəkət zolağına qayıdan zaman avtomobili yoldakı çuxura düşmüşdür. Bu zaman avtomobilin idarəetməsini itirmiş, avtomobil fırlanaraq qarşı zolaqda olan su maşınına dəymişdir. Bundan sonra isə baş verənləri xatırlamır. Özünə gəldikdə isə Bakı şəhərində yerləşən xəstəxanada olmuşdur. Hadisə baş verdiyi gün, yəni 03 fevral 2024 ci il tarixdə saat 15:30 radələrində hava açıq, yol quru, özü isə ayıq olmuşdur. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət əməli törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri tam olaraq ödəmişdir. Hadisə nəticəsində özü də həyati təhlükəli ağır xəsarətlər almış, hazırda da sağalmamış, müalicə və müayinələri davam edir. Bunlar nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. Təqsirləndirilən şəxs özünə məxsus Tofaş Şahin markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 03 fevral 2024-cü il tarixdə səhər saatlarında Vüqarla birlikdə ona məxsus avtomobillə işləri ilə əlaqədar Bakı şəhərinə getmişlər. Bakı şəhərində işlərini bitirdikdən sonra günorta saatlarında İsmayıllı rayonuna qayıtmaqdan ötrü yola çıxmışdır. Avtomobili Vüqar idarə etmiş, o isə ön sərnişin oturacağında əyləşmişdir. İsmayıllı rayonu, Basqal kəndini keçdikdən sonra Bədo adlanan yerdə Vüqar avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etdiyi zaman qarşısında olan avtomobili ötüb keçmiş, öz hərəkət zolağına qayıtdıqdan sonra avtomobil yolda olan çuxura düşmüşdür. Buna görə Vüqar avtomobilin idarə etməsini itirmiş və avtomobil fırlanaraq qarşı hərəkət zolağına keçməklə oradakı su maşını ilə toqquşmuşdur. Özünə gəldikdə isə artıq xəstəxanada olmuşdur. Avtomobildə başqa sərnişin olmamış, Vüqar avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmiş, hava açıq, yol quru Vüqar isə ayıq olmuşdur. İki gündən onun bütün müayinə və müalicələrini Vüqarın yaxın qohumları etmişlər. Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsdən tələbi və şikayəti yoxdur. İş üzrə yekun qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş edir. Şahid ifadə verərək göstərdi ki, özünə məxsus Kamaz 55111 markalı 66BG190 dövlət qeydiyyat nişanlı avtomobili vardır. Sürücülük vəsiqəsi var və məhdudiyyəti yoxdur. Girdiman çayındakı bulaqdan su götürüb kənddə müxtəlif şəxslərə satmaqla pul qazanır. 03 fevral 2024-cü il tarixdə saat 14 radələrində özünə məxsus avtomobil ilə Girdiman çayına düşüb oradakı bulaqdan avtomobilinin çəninə su doldurmuşdur. Saat 15 radələrində oradan çıxıb İsmayıllı rayonu Basqal kəndinin girişində olan “Dost” mərkəzinə su aparmaqdan ötrü yola çıxmışdır. Avtomobili özü idarə etmiş və tək olmuşdur. Avtomobili 40-50 km/saat sürətlə idarə etmişdir. “Bədo” adlanan yerdə Basqal kənd istiqamətində hərəkətdə olan zaman qarşı hərəkət zolağında Tofaş markalı avtomobilin onun öz hərəkət zolağında olan çuxura düşməsindən sonra idarə etməni itirməsini görmüşdür. Həmin vaxt Tofaş markalı avtomobil fırlanaraq onun üzərinə gəlmişdir. Tofaş markalı avtomobilin idarə etməsini itirdiyini gördüyü anda hərəkəti üçün təhlükə olduğunu və qəza olacağını düşündüyü üçün qəzanın qarşını almaqdan ötrü avtomobilə tormoz edib avtomobili sol tərəfə istiqamətləndirmişdir. Buna baxmayaraq qəzanın qarşısını ala bilməmiş və Tofaş markalı avtomobilin sağ tərəfi onun avtomobilinin sağ tərəfindən dəymişdir. Bundan sonra isə idarə etməni itirdiyi üçün avtomobili yolun sağ tərəfinə istiqamətlənmişdir. Daha sonra isə yolun sağ kənarına dəyib dayanmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım gəlmişdir. Hadisə 03 fevral 2024 ci il tarixdə saat 15:30 radələrində İsmayıllı rayonu ərazisində baş vermiş, avtomobildə tək olmuş, hadisə nəticəsində heç bir xəsarət almamışdır. O, avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etmiş, hava açıq, yol quru oldu, özü isə ayıq olmuşdur. Avtomobilinə dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi və şikayəti yoxdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 03 fevral 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə baş verən ərazi Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu, Basqal kənd ərazisindən keçən 21-ci kilometrliyi olmaqla yaşayış məntəqəsi daxilində deyil, avtomobil yolu 1.1 nişanlanma xətti ilə nişanlanmışdır. Avtomobil yolunda icazə verilən hərəkət sürəti 50 km/saat-dır. X3 avtomobil avtomobil yolunun 21-ci kilometrliyində, İsmayıllı rayonu, Basqal kənd ərazisində, İsmayıllı rayon istiqamətində baş vermişdir. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, düzdür, qurudur. Yolun hərəkət hissəsinin eni 8 metrdir. Həmçinin yolun sağ tərəfində yolun çiyni və torpaq sahə, yolun sol tərəfində beton hissə və fərdi mülkiyyət vardır. Yolun hərəkət hissəsində tormoz izi aşkar olunmamışdır. Hadisədən əvvəl avtomobillər texniki cəhətdən tam saz vəziyyətdə və yüksüz olmuş, Tofaş markalı avtomobildə 1 nəfər sərnişin olmuşdur. Bundan başqa hadisə yerinə baxış zamanı toqquşmanın yolun sol hərəkət zolağında, yolun sol kənarına 3.60 metr məsafə, yolun sağ kənarına isə 4.40 metr məsafədə, 1.1 nişanlanma xəttindən 0.40 metr məsafədə baş vermişdir. Yolun sol hərəkət zolağında Tofaş markalı avtomobilə məxsus 6 metr uzunluqda şin izi vardır. Baxış zamanı yolun sağ hərəkət zolağında 2 ədəd çuxur vardır. Həmin çuxurdan toqquşma yerinə kimi 45 metr məsafə vardır. Məhkəmə-tibbi ekspertizasının 01 mart 2024-cü il tarixli 122 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər- sağ qulaq seyvanının, sol bilək nahiyəsin sıyrıqları, təpə nahiyəsinin yarası, sağ tərəfli hemotoraksla müşayiət edilən sağdan Vİİ və X qabırğaların və döş sümüyünün qapalı sınığı, qasıq və oturaq sümüklərinin qapalı sınığı bərk küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-kimyəvi ekspertizasının 19 fevral 2024-cü il tarixli 559/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, etil spirti aşkar edilməmişdir. Sidik nümunəsində barbitur turşusu törəmələri, alkaloidlər(həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid( çətənə bitkisindən alınan və təbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 07 mart 2024-cü il tarixli 8/505 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Tofaş Şahin markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X4” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən verilmiş məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. İsmayıllı rayon X1 X2 şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın poliklinika şöbəsinin “narkoloji”, “Ruhi əsəb” və “nevroloji” kabinetlərində dispanser qeydiyyatlnda yoxdur. Müstəntiqin maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, cinayət işi üzrə Tofaş Şahin markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı və Kamaz 55111 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut qismində tanınmış və saxlanılması üçün qanuni sahiblərinə təhvil verilmişdir. Müstəntiqin qətimkan tədbirinin seçilməsinə dair 05 mart 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 21 mart 2024-cü il tarixli 2307 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 47 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən, arvadı və 2009-cu il təvəllüdlü övladından ibarətdir, yaşadığı müddət ərzində barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ ərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Qarnizon Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə CM-nin 243-cü maddəsilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. AR Milli Məclisin xx.xx.1997-ci il tarixli Amnistiya qərarının 4 maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsinin 1/2 qədər azaldılaraq 04 il 11 ay 11 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. AR Milli Məclisin xx.xx.1998-ci il tarixli Amnistiya qərarının 3 maddəsinin 4 hissəsinə əsasən cəzası 1/2 qədər azaldılmışdır. xx.xx.2000-ci ildə cəzasının sonu ildə azad edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.1-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2016-cı il tarixli AR Milli Məclsinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarına əsasən azad olunmuşdur. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 139-1.1-ci maddəsi ilə 01 il 06 ay azadlıığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun çəkilməmiş azadlığın məhdudlaşdlrllması cəzası 07 ay 01 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 03 fevral 2024-cü il tarixdə saat 15:30 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu, Basqal kənd ərazisindən keçən 21ci kilometrliyində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Tofaş Şahin markalı **- MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri istiqamətində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı, diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, qarşıda yolun hərəkət hissəsində çuxur olduğunu nəzərə alaraq vaxtında avtomobilin hərəkət sürətini azaltmalı və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin tələblərə riayət etməyib “X4” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq hərəkətdə olan zaman avtomobili yolun hərəkət hissəsində olan çuxura salmaqla avtomobilin dayanıqlı hərəkətini təmin edə bilməməsi nəticəsində idarə etməni itirib avtomobili qarşı hərəkət zolağına çıxarmış və bu vaxt qarşıdan əks istiqamətdə hərəkətdə olan sürücü Şahid idarə etdiyi Kamaz 55111 markalı 66BG190 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, ehtiyatsızlıqdan Tofaş Şahin markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sağ qulaq seyvanının, sol bilək nahiyəsin sıyrıqları, təpə nahiyəsinin yarası, sağ tərəfli hemotoraksla müşayiət edilən sağdan Vİİ və X qabırğaların və döş sümüyünün qapalı sınığı, qasıq və oturaq sümüklərinin qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan Tofaş Şahin markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı və Kamaz 55111 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının ümumi dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan Tofaş Şahin markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı və Kamaz 55111 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-28/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-28/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver