Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-29/2021 18.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə xx xxxx 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1980-cı ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, İsmayıllı rayonu İsmayıllı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarxdə epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və ya karantin rejimlərini pozmaqla, yaşadığı İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən evini tərk edərək xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 00:00dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əleyhinə olan xüsusi karantin rejimininin tətbiqindən əvvəl İsmayıllı rayonunun ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur.. Anası Zümrüd şəkərli diabet xəstəsi olduğundan səhhəti pisləşdiyi üçün xx xxxxxx 2020-ci il tarixdə 103 xidmətinə zəng etmiş və buna görə də İsmayıllı RMX-nın əməkdaşları onun çağırışına əsasən yaşadıqları evə gəlmişlər. Həkimlər anasının səhhətinin pis olduğunu görüb onun “COVİD-19” infeksiyasına yoluxub-yoluxmamasını öyrənmək üçün anası Zümrüddən test nümünəsi götürmüşlər. İsmayıllı rayon Mərkəzi Xəstəxanasında götürülən test nümunəsinin xx xxxxxx 2020-ci il tarixdə pozitiv olması aşkar edildikdən sonra anası Zümrüd karantin qaydalarını pozmamağa görə iltizama imza etmiş, həkimlər tərəfindən anasına evdə qalmağı və müalicəsinin evdən davam etdirməsi nəzərinə çatdırılmışdır. Həkimlərin göstərişi ilə yaşadıqları evi tərk etməmələri barədə həmin iltizama ailə üzvləri olduğu üçün onlar, yəni o, atası Mayıl, bacısı Aynurə, arvadı Nərmin də imza etmişlər. Anası Zümrüddə COVİD-19 infeksiyası aşkar olunduğu üçün İsmayıllı RMX-nın infeksiya şöbəsinin həkimləri xx xxxxxx 2020-ci il tarixdə yaşadıqları evə gələrək ondan, atası Mayıldan, bacısı Aynurədən, arvadı Nərmindən yaxma üsuli ilə analiz götürmüşlər ki, onlarda Covid-19 infeksiyasının olub-olmamasını müəyyən etsinlər. xx xxxxxx 2020-ci il tarixdə infeksiya şöbəsinin tibbi heyəti zəng edərək verdiyi test nümunəsinə əsasən onun COVİD-19 infeksiyasına yoluxduğunu bildirərək karantin qaydalarını pozmamağa görə iltizama imza etdiyini, evdə qalmağı və müalicəsini evdən davam etdirməklərini, 14 gün müddətində evi tərk etməməklərini, əlavə olaraq bu barədə onlara məlumat veriləcəyini bildirmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrinə qədər yaşadığı evi tərk etməmişdir. Himayəsində olan 2020-ci il təvəllüdlü qızı Zümrüdə pampers lazım olduğu üçün xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində özünə məxsus Vaz-21074 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gedib pampers almaq qərarına gəlmiş, bütün ailə üzvləri “Covid 19” infeskiyasına yoluxduqları üçün başqa çarəsi olmamışdır. Avtomobilinə əyləşib İsmayıllı şəhəri mərkəzi bazar tərəfə gedib “Xəyal” marketin qarşısında İsmayıllı şəhəri Cavanşir küçəsi ilə hərəkətdə olarkən İsmayıllı RPŞnin yol patrul xidməti əməkdaşları ona işarə verərək avtomobilini saxlamağı işarə vermişlər. Bazarın qarşısı sıx olduğu üçün avtomobilini orada saxlamağa imkan tapmamış, buna görə də İsmayıllı şəhəri, H.Əliyev prospekti istiqamətində sürmüş və yol patrux xidməti əməkdaşları arxasınca gələrək avtomobilini həmin prospektdə saxlamağını bildirmişlər. O, da polis əməkdaşlarının əmrinə tabe olub avtomobilini saxlamış, iki nəfər yol patrul xidməti əməkdaşı ona yaxınlaşaraq Covid 19 infeksiyasına yoluxduğunu, yaşadığı evi tərk etməli olmadığı halda evi tərk etdiyini bildirmişlər. Bir qədər sonra İsmayıllı RPŞ-nin əməkdaşları dayandığı yerə gələrək onun iştirakı ilə saxlanıldığı yerdə baxış keçirtmişlər. Polis əməkdaşları ona baxış zamanı hal şahidi iştirak etmədiyinə görə videoçəkilişlə baxışın aparılacağını bildirmişlər. O, da buna etiraz etməmiş, baxış zamanı o, xx xxxxxx 2020-ci il tarixli laborotoriya nəticəsinə əsasən COVİD-19 infesiyasına yoluxduğunu, bununla əlaqədar evi tərk etməməsi, əks halda inzibati və ya cinayət məxsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edildiyini, xx xxxxxx 2020-ci il tarixdə pampers almaq məqsədilə evi tərk etdiyini, marketlərdən hansınasa daxil olmaq fikrinin olduğunu, lakin saxlanıldığı vaxta qədər başqa heç kəslə ünsiyyətdə olmadığını bildirmişdir. Baxış keçirildikdən sonra bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolun düzgünlüyünü imzaları ilə təsdiqləmişlər. Daha sonra polis əməkdaşları onu İsmayıllı RMX-nin TTYŞ-nin həkimlərinə təhvil vermiş və həkimlər onu yaşadığı evə aparmışlar. x xxxxxx 2020-ci il tarixə kimi o, yaşadığı evdə müalicə almış və həmin tarixə kimi evi tərk etməmişdir. Həkimlərlə məsləhətləşdikdən sonra onların qərarı ilə 14 gün xəstəlik müddətimin tam başa çatdığını ona bildirdikdən sonra evi tərk etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, atası Mayıl Qüddəsərov xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində ondan əvvəl yaşadığı evdə yemək üçün çörək almaq məqsədi ilə evi tərk etmiş, bir qədər sonra azyaşlı uşağına pampers lazım olmuş, buna görə də atasını narahat etmək istəməmiş və buna görə də özü avtomobilinə əyləşib azyaşlı uşağına pampers almaq üçün yaşadığı evi tərk etmişdir. Utandığından kiməsə zəng edib pampers alıb evinə gətirməsini bildirməmiş, evdən çıxdıqdan sonra kiminləsə ünsiyyətdə olmamışdır. Qeyd edilənlərlə yanaşı ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını qeyd edərək, bunların nəzərə alınmasını və barəsində mümkün qədər yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin DYPB-nin inspektoru, polis baş serjantı Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə o və digər DYPB-nin əməkdaşlarına İsmayıllı rayonu ərazisində yaşayan COVİD-19 infeksiyasına yoluxan xəstələrin siyahısı verilmişdir. Həmin siyahıda COVİD-19 infeksiyasına yoluxan xəstələrin ad, soyad, ata adları, şəxsiyyət vəsiqələrinin nömrələri, qeydiyyatda olduqları ünvanları və hansı tarixdə infeksiyaya yoluxduqları barədə məlumatlar göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində İsmayıllı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Şahid2 ilə birlikdə “Kia Sorent” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı şəhəri, Cavanşir küçəsində, yəni İsmayıllı şəhər Mərkəzi Bazarının qarşısında xidmət apararkən COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin siyahısında olan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı şəhəri, mərkəzi bazarın qarşısında Cavanşir küçəsi hərəkədə olduğunu görüb sonuncuya saxla əmri vermişdir. Sıxlıq olduğu üçün Təqsirləndirilən şəxs şifahi işarə verərək avtomobilini imkan tapdığı yerdə saxlacağını bildirmişdir. Samirin avtomobilinin üzərində taksi işarəsi olmuşdur. Lakin həmin vaxt avtomobilində o, tək olmuşdur. Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, H.Əliyev prospekti istiqamətində avtomobilini sürmüş və bir daha ona saxla əmri verdikdə o, İsmayıllı şəhəri, H.Əliyev prospektində avtomobilini saxlamışdır. Avtomobilini saxladıqdan sonra o, bununla bağlı İsmayıllı RPŞ-nin rəhbərliyinə raporta məruzə etmiş, qısa müddət sonra İsmayıllı RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X3 oğlu və İsmayıllı RPŞ-nin İTB-nin rəisi, polis mayoru X4 həmin yerə gəlmişlər. Təqsirləndirilən şəxs baxış zamanı hal şahidləri dəvət edilmədiyinə görə videoçəkilişlə baxış keçiriləcəyi bildirildikdə o, videoçəkilişlə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs hansı tarixdə COVİD-19 infeksiyasına ilə bağlı test nümünəsi verdiyini, hansı tarixdə laborotoriya nəticəsinin çıxdığını, bu barədə ona məlumat verilib-verilmədiyini, COVİD-19 infeksiyası ilə bağlı verdiyi test nümunəsi pozitiv çıxdıqdan sonra tibbi işçiləri tərəfindən ona evi tərk etməməsi barədə xəbərdarlıq edilib-edilmədiyini, evi tərk etdiyi halda onun Azərbaycan Respublikası İXM-nin və CM-nin müvafiq maddələri ilə məsuliyyəti barədə xəbərdarlıq edilib-edilmədiyini, bu barədə iltizama imza edib-etmədiyi soruşulduqda o, bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə anası Zümrüd Cəbrayılovada COVİD-19 infeksiyası aşkar olunduğu üçün ailə üzvləri olduğuna görə o da iltizama imza etmiş, İsmayıllı RMX-nın infeksiya şöbəsinin əməkdaşları xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evə gələrək ondan, bacısı Aynurədən, atası Mayıldan və arvadı Nərmindən COVİD-19 infeksiyası ilə bağlı analiz götürmüş, xx xxxxxx 2020-ci il tarixdə infeksiya şöbəsinin əməkdaşları zəng edərək verdiyi test nümünəsinə əsasən onun COVİD-19 infeksiyasına yoluxduğunu bildirərək karantin qaydalarını pozmamağı, evdə qalmağı və müalicəsinin evdən davam etdirməyini nəzərinə çatdırmış, xx xxxxxx 2020-ci il tarixdə iltizama imza etdirmişlər. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə azyaşlı qızı Zümrüdün pampersi olması səbəbindən marketlərdən birinə gedib pampers almaq qərarına gəlmiş, saat 11 radələrində idarə etdiyi VAZ-21074 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olmuş, marketlərdən hansısa birinə daxil olmamış, kiminləsə ünsiyyətdə olmamış və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Baxışın yekununda protokol tərtib olunmuş və o, da digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İsmayıllı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş şahid X8 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı rayon polis şöbəsi istintaq bölməsinin müstəntiqi Cəlal Abdullayev tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir; Cinayət işinin 08-ci vərəqəsində olan İsmayıllı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə test nümunəsi götürülmüş, testin nəticəsi xx.xx.2020-ci il tarixdə Şamaxı RMX labaratoriyası tərəfindən pozitiv (+) cavablandırılmışdır. Cinayət işinin 09-cu vərəqəsində olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 377s nömrəli sərəncamı ilə təsdiq edilmiş əlaqələndirmə protokoluna 5 nömrəli əlavə olan Covid-19 virus infeksiyasının təyin olunması üçün laborotoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair iltizamnamədən görünür ki, X11, Təqsirləndirilən şəxs, X1, X6 və X12 14 gün ərzində evi tərk etməmək barədə xəbərdarlıq edilərək bu barədə iltizama imza etmişlər. Cinayət işinin 19-ci vərəqəsində olan İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış xx xxxxxx 2020-ci il tarixli 358 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın ruhi-əsəb, nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin 30-31-ci vərəqləirində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2020-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarxli hökmü ilə Azırbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 1 il şərti sınaq müddəti təyin edilməklə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. Cinayət işinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin İsmayıllı rayon filialı tətəfindən verilmiş, xx.xx.2020-ci il tarixli **********8 saylı arayışdan görünür ki, X5 İİİ qrup əlilliyə görə 110 manat sosial müvinət alır. Cinayət işinin 46-cı vərəqəsində olan İsmayıllı şəhər İƏD-si üzrə nümayəndəliyi tətəfindən verilmiş, xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhər ərazisində yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışıdr. Cinayət işinin 56-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxs tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli 35/KEŞ saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə analiz götürülmüş, Şamaxı rayon Mərkəzi Xəstəxanasının laboratoriyasında müayinə (Covid-19-RT-PCR) aparılmış və analizin nəticəsi pozitiv (+) olmuşdur. Cinayət işinin 59-60-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuçdur. Cinayət işinin 89-90-cı vərəqəsində olan başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, həyat və sağlamlıq əleyhinə olan qəsdlə törədilən cinayətlərdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X5 əməlindən səmimi peşman olmasını, əməlini səmimi etiraf etməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materialların əlavə edilmiş xx.xx.2020-ci il tarixli AZ-İV 466850 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X9 CM-nin 139-1.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşadığı İsmayıllı rayonu İsmayıllı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-29/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-29/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver