Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-29/2024 02.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 02 iyul 2024-cü il tarixdə saat 14:31-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1985-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində üç azyaşlı uşaqları olan, məhkumluğu olmayan, İsmayıllı şəhəri V.Osmanov küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi 2A9RXLH Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 6,56 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 23 mart 2024-cü il tarixə kimi üzərində daşıyaraq saxlamış, 23 mart 2024-cü il tarixdə saat 15 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin Vahab Osmanov küçəsində, yaşadığı evin yaxınlığında saxlanılıb İsmayıllı rayon polis şöbəsinə dəvət edilərək həmin gün, saat 16 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin iç cibində olan “Pal Mall” markalı siqaret qutusunun içərisindən şəffaf rəngli sellofan bükümdə qablaşdırıb saxladığı xeyli miqdar təşkil edən 6,56 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri V.Osmanov küçəsi ev 4 ünvanında yaşayır, fərdi əməklə məşğul olmaqla dolanışığını təmin edir. 23 mart 2024-cü il tarixdə saat 14 radələrində İsmayıllı şəhəri V.Osmanov küçəsində yaşadığı evin yaxınlığında olduğu zaman bir neçə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onların İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları olmasını bilmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə olmasına dair şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirəcəklərini, bu barədə əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirərək onu İsmayıllı RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında ona hüquq və vəzifələri izah olunmuş, onu müdafiəçi ilə təmin etmişlər. Bundan sonra onun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərimə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Həmçinin polis əməkdaşları ona şəxsi axtarış prosesini video kamera vasitəsilə qeydə alacağını demişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı onun əynində olan qara rəngli gödəkçənin iç cibində, “Pal Mall” markalı siqaret qutusunun içərisində, ona məxsus 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə hesab olunan qurudulmuş marixuana olmuşdur. O, üzərindəki həmin marixuananı çıxararaq təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxıldıqda içərisində olan şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin 01 ədəd şəffaf sellofan bükümə baxış keçirildikdə içərisində içərisində saxladığı qurudulmuş marixuana kütləsi aşkar edilmişdir. Sorğu zamanı o, həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, həmin kütləni dəqiq xatırlamadığı tarixdə İsmayıllı rayon Diyallı kəndi ərazisində yerləşən meşə sahəsində sellofan bükümdə yerdən tapdığını, sellofan bükülünü götürdüyünü, qurudulmuş marixuana narkotik vasitə qəbul etdiyi üçün sonra istifadə etməyindən ötrü yaşadığı evinə apardığını, şəxsi istifadə etməyindən ötrü həyətdə gizlətdiyini, arabir isə istifadə etməkdən ötrü üzərində gəzdirdiyini, bu barədə heç kimə bildirmədiyini və həmçinin yaşadığı ünvanda ailəsinin də bundan məlumatının olmadığını bildirmişdir. Aşkar edilmiş qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilmişdir. Kütlə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa üzərindən heç bir narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib olunmuşdur. Protokolun doğruluğunu o, vəkil və polis əməkdaşları imzaları ilə təsdiq etmişlər. O, narkotik vasitələrin satışı ilə məşğul deyil və narkotik vasitə satan şəxsləri tanımır və heç vaxtı belə şəxslərlə cinayət əlaqəsində olmamışdır. O, bir daha qeyd edir ki, tapdığı marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamış, heç kimə narkotik satmamış, pay verməmişdir. Hazırda əməlindən peşmandır, himayəsində üç azyaşlı uşağı vardır, ailəsində işləyərək evə qazanc gətirən yeganə şəxsdir, barəsində həbslə bağlı olan cəza tətbiq ediləcəyi təqdirdə ailəsini həyat şəraiti olduqca pisləşə bilər. O, bu hadisədən sonra narkotik vasitələrdən istifadə etməmiş və bir daha etməyəcəkdir. Qeyd etdiyi xüsusatlar nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. X4 ifadə verərək göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı şəhəri V.Osmanov küçəsi ev 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatına malik olduğundan 23 mart 2024-cü il tarixdə bu barədə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq almışdır. Dərhal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və tədbir keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Göstərilən tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxsla İsmayıllı şəhəri V.Osmanov küçəsində, yaşadığı evinin yaxınlığında rastlaşmış, özlərini Təqsirləndirilən şəxs təqdim etmiş, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də barəsində əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini, həmin qərarla onu tanış edib və üzərində şəxsi axtarış aparılması məqsədilə İsmayıllı RPŞ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və könüllü şəkildə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri izah edilmiş və o, şübhəli şəxs kimi tutularaq barəsində protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə üzərinə şəxsi axtarış keçiriləcəyi, həmin proses zamanı isə videoçəkiliş aprılacağı bildirilmiş, Təqsirləndirilən şəxs isə heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda onları könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin iç cibində “Pall Mall” markalı siqaret qutusunun içərisində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş və həmin şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin şəffaf sellofan büküm açıldıqda açıldıqda içərisində yaşımtıl rəngli rəngli, spesifik qoxuya malik, narkotik vasitəsinə oxşar kütləsi aşkar edilmişdir. Həmin bir ədəd sellofan torbada olan kütlənin nə olduğu sorğu edildiyi zaman Təqsirləndirilən şəxs həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, həmin sellofan torbanı dəqiq xatırlamadığı vaxtı İsmayıllı rayon Diyallı kəndi ərazisində yerləşən meşə sahəsində olduğu zaman yerdən bükülü halda tapdığını, həmin sellofan torbanı açıb içərisinə baxarkən quru halda və qoxusundan isə nəşə kimi tanıdığı marixuana kütləsi olmasını bildiyini, həmin vaxtı tək olduğunu və sellofan bükülünü götürdüyünü, qurudulmuş marixuana narkotik vasitə qəbul etdiyi üçün sonra istifadə etməyindən ötrü yaşadığı evinə apardığını, şəxsi istifadə etməyindən ötrü həyətdə gizlətdiyini, arabir isə təklikdə istifadə etməkdən ötrü üzərində gəzdirdiyini, bu barədə heç kimə bildirmədiyini və həmçinin yaşadığı ünvanda ailəsinin də bundan məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükülüdə olan quru kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 6müəyyən olunmuşdur. Bundan sonra aşkar edilmiş həmin sellofan bükümdə olan kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, tərkibinin və çəkisinin müəyyən edilməsindən ötrü ekspertiza tədqiqatlarına təqdim edilməsi məqsədilə götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etsə də, lakin əynində olan digər paltarlar və geyim əşyalarında başqa hər hansı bir narkotik maddə, eləcə də cinayət xarakterli əşya, iz və ya predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, ucadan oxunmuş və protokolun doğruluğunu iştirakçılar kimi o da, imzası ilə təsdiq etmişdir. Hazırkı vaxtadək Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuananı haradan əldə etməsi barədə hər hansı bir məlumat əldə olunmamışdır. Sonuncunun narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrdən istifadə etməsi barədə hər hansı bir əməliyyat məlumatı olmamışdır. Şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenanatı X1 ifadəsində X6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Üzürlü səbəblərdən, yəni xidməti fəaliyyəti ilə bağlı uzunmüddətli ezamiyyətdə olduğu üçün məhkəmə baxışı iclasına gələ bilməmiş X2nun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan edilmişdir. X2 ibtidai istintaqa verdiyi ifadəsində X9 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Şəxsi axtarış aparılması və götürmə barədə” 23 mart 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş şəxsi axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin iç cibindən “Pall Mall” markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofan torbada, çəkisi 6.81 qram olan, quru halda narkotik vasitəsinə bənzər kütlə aşkar edilmiş, tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatlarına təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/304 nömrəli rəyindən görünür ki, - tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə...” yazısı, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 6.56 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspert rəyinin Qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi-6,56 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 6,51 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası X3 ambulator məhkəmə narkoloji ekspertizasının 05 aprel 2024-cü il tarixli 586 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Maddi sübut kimi tanınma haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,51 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 6,56 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əldə edib 23 mart 2024-cü il tarixdə saat 15 radələrinə kimi üzərində daşıyaraq saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 6,56 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 23 mart 2024-cü il tarixə kimi üzərində daşıyaraq saxlamış, 23 mart 2024-cü il tarixdə saat 15 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin Vahab Osmanov küçəsində, yaşadığı evin yaxınlığında saxlanılıb İsmayıllı rayon polis şöbəsinə dəvət edilərək həmin gün, saat 16 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin iç cibində olan “Pal Mall” markalı siqaret qutusunun içərisindən şəffaf rəngli sellofan bükümdə qablaşdırıb saxladığı xeyli miqdar təşkil edən 6,56 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan İsmayıllı RİHB-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyindən alınmış arayışdan, doğum haqqında şəhadətnamələtin surətlərindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri V.Osmanov küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, evlidir, himayəsində 23 mart 2013-cü il, 20 avqust 2014-cü il və 13 yanvar 2023-cü il təvəllüdlü olmaqla üç azyaşlı uşağı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2024-cü il tarixli 18-1-47/2- 481/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Narkoloji” kabinetində xx.xx.2019-cu il tarixdən narkoman diaqnozu ilə dispanser qeydiyyatdadır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2024-cü il saat 15:20-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 mart 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 11:30-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,51 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 mart 2024-cü il saat 15:20-dən 25 mart 2024-cü il saat 11:30-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 1(bir) il 6(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri, V.Osmanov küçəsi, ev 4-də yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,51 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-29/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-29/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver