Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-3/2021 08.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçi Müdafiəçi oğlunun, Mülki cavabdehlər “Azəriqaz” X8 X18 İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Mustafayev Kənan Kamran oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakı ilə 08 oktyabr 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1974-cü ildə Ağsu rayonu Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Salyan X18 İdarəsinin rəisi vəzifəsində işləyən, məhkum olunmamış, Ağsu rayonu Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla Ağsu rayonu Qaraqaşlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, 27 sentyabr 2017-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixə kimi X3 Ağsu X18 İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə vəzifəli şəxs kimi Ağsu X18 İdarəsinə və tabeliyində olan qurumlara rəhbərlik edərkən “Qazdan istifadə qaydaları”nın 3.1.3-cü bəndinin qaz paylayıcı tərəfindən “qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, həmin qaydaların 3.1.6-cı bəndinin “bu qaydaların 3.2.7-ci bəndində nəzərdə tutulan “qaz qurğusunda nasazlıq və qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfəslikləri açmalı, od yandırmamalı, tütün çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına dərhal məlumat verməlidir, 3.2.9-cu bəndində nəzərdə tutulan “zirzəmidə, binanın girişində, həyətdə, küçədə qaz iyinin hiss edilməsi zamanı ətrafdakıları ehtiyat tədbirləri barədə xəbərdar etməli, elektrik işıqlarını yandırmamalı və ya söndürməməli, qaz dolmuş ərazidən insanların çıxarılması, açıq od və qığılcım yaranmasının qarşısının alınması üzrə tədbirlər görməli və qaz paylayıcısına təcili məlumat verməlidir” kimi məlumatlar daxil olduqda dərhal zəruri tədbirlər görməlidir” tələbini, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.12-ci bəndində nəzərdə tutulmuş “şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin qaz təsərrüfatlarının istismarı zamanı təhlükəsizliyin təmin edilməsi qaz təsərrüfatlarının ilk rəhbərlərinə, yaxud onların funksiyalarını yerinə yetirən təşkilatların birinci rəhbərlərinə həvalə edilir” tələbini, həmin qaydaların 1.19-cu bəndində göstərilmiş “qaz təsərrüfatının müəssisə və təşkilatlarının vəzifəli şəxsləri qaydaların pozulması nəticəsində qəza və ya bədbəxt hadisə baş verib-verməməsindən asılı olmayaraq şəxsi məsuliyyət daşıyırlar, onlar eyni zamanda tabeliyində olan şəxslərin buraxdıqları səhvlərə görə də məsuliyyət daşıyırlar” tələbini, X3 Ağsu RQİİ-nin əsasnaməsinin 2.2-ci bəndində göstərilmiş “X24 İstismar İdarəsi qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğun olaraq istismarda olan qaz kəmrlərində və avadanlıqlarında aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün dərhal təxirəsalınmaz tədbirlər görür” tələbini və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu Kitabçası”nın “müəssisə rəhbəri müəssisəyə rəhbərlik edir, onun siyasət və planını müəyyənləşdirir və formalaşdırır; müəssisənin ümumi fəaliyyətini istiqamətləndirir və əlaqələndirir; istehsalat vahidləri, sex və başqa struktur bölmələrin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir, onların istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətini istiqamətləndirir” tələblərini pozaraq, İsmayıllı rayonu Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxış zamanı həmin kənddə yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin çöl divar hissəsindən 20 sm avtomobil yoluna doğru istiqamətdə yerüstü qaz xəttinin yeraltı keçid hissəsində aşkar olunmuş 1000 PPM həddində qaz sızması barədə "xxxx" QSC-nin X10 xətt baxıcısı tərəfindən 13 sentyabr 2019-cu il tarixdə tərtib edilmiş raportun “PDF” formatına salınmış “excel cədvəl” şəklində “Hafis.Ağayev@təmizqaz.az” elektron poçt ünvanından onun xidməti istifadəsində olan “NamiqN.MElektron ünvan 1” elektron poçt ünvanına göndərilməsinə baxmayaraq, həmin raportu qaz sızmalarının aradan qaldırılması məqsədi ilə aidiyyəti üzrə dərhal təmir-profilaktika işlərini yerinə yetirmək üçün Ağsu X18 İdarəsinin İsmayıllı xidmət sahəsinin Təmir-bərpa xidmətinə göndərməyərək və zəruri təxirəsalınmaz tədbirlərin görülməsinə nəzarət etməyərək, o cümlədən qazdan istifadə sahəsində qaydalar, əsasnamə və digər sənədlərin tələblərini pozaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində həmin raportu xidməti istifadəsində olan kompüterdə elektron poçt ünvanından silib öz xidməti vəzifəsini yerinə yetirməyərək cinayətkarcasına etinasızlıq etməklə, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, bu səbəbdən küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq Zərərçəkmiş şəxs1 məxsus evin kürsü (yarızirzəmi) hissəsinə, oradan da evin otağına dolması və partlayış konsentrasiyası həddinə çatması nəticəsində 1 mart 2020-ci il tarixdə saat 7 radələrində həmin evdə partlayış baş vermiş, nəticədə o, ehtiyatsızlıqdan partlayış baş vermiş evdə yaşayan Zərərçəkmiş şəxs2 üzün, boynun, sağ qolun, sol saidin, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın İİ-İİİ dərəcəli termiki yanığı, sol bud sümüyünün yerdəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, Zərərçəkmiş şəxs1 üzün sağ yarısının, boynun, hər iki əlin arxa səthlərinin İ dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid, Zərərçəkmiş şəxs3 başın, üzün, sol əlin, qarnın, sol budun, hər iki topuq nahiyəsinin yanıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almaları, habelə Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qaz partlayışı səbəbindən məhv olması nəticəsində 15364 manat məbləğində, evin içərisində olan 5 ədəd 2018-ci ildə “Embapanel” materialından hazırlanmış stolun yararsız vəziyyətə düşməsi nəticəsində 800 manat, “Gəncə” zavod istehalsallı xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 50 manat, 3 ədəd çarpayının yararsız vəziyyətə düşməsi nəticəsində 150 manat, “Philips” markalı DVD aparatının yararsız vəziyyətə düşməsi nəticəsində 30 manat, 2016-cı ildə alınmış “Krosna” aparatının yararsız vəziyyətə düşməsi nəticəsində 80 manat, “Kazan” markalı qarmonun yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat məbləğində, 2008-ci ildə alınmış 1 ədəd “Orvica” markalı televizorun yararsız vəziyyətə düşməsi nəticəsində 30 manat, 2012-ci ildə alınmış 1 ədəd “TOSHİBA GR-RB 51 UTC” markalı soyuducunun yararsız vəziyyətə düşməsi nəticəsində 400 manat, 1993-cü ildə alınmış fıstıq ağacı materialından 8 ədəd stulun yararsız vəziyyətə düşməsi nəticəsində 60 manat, 1 ədəd “Krosnadar” deyilən stulun yararsız vəziyyətə düşməsi nəticəsində 10 manat, 1993-cü ildə arvadının cehiz kimi gətirdiyi mebel dəstinin yararsız vəziyyətə düşməsi nəticəsində 200 manat, məişətdə istifadə olunan qab-qacağın yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, 2 ədəd 1993-cü ildə arvadının cehiz kimi gətirdiyi, xarici zavod istehsallı 4x3,5 metr ölçüdə xalçaların yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat, 1 ədəd dünyasını dəyişmiş xalasından qalma əl ilə toxunma, ölçüsü 3x2 metr ölçüdə xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat, 1 ədəd dünyasını dəyişmiş xalasından qalma zavod üsulu ilə hazırlanmış, ölçüsü 3x2 metr ölçüdə xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 50 manat, 2 ədəd 1993-cü ildə yoldaşının cehiz kimi gətirdiyi 2 ədəd kreslonun yararsız vəziyyətə düşməsi nəticəsində 70 manat, dəmir materialdan olan, kustar üsulla hazırlanmış 25x30x80sm ölçüdə qaz sobasının yararsız vəziyyətə düşməsi nəticəsində 20 manat, 2013-cü ildə alınmış “LG” və 2015-ci ildə alınmış “Texnaluks” markalı tozsoranların yararsız vəziyyətə düşməsi nəticəsində 200 manat, 2008-ci ildə xüsusi hazırlanmış 1 ədəd qarmonun yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, evdə olan pal-paltarın yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, ümumilikdə evin və əşyaların yararsız hala düşməsi nəticəsində Zərərçəkmiş şəxs1 cəmi 23814 (iyirmi üç min səkkiz yüz on dörd) manat məbləğində maddi ziyan vurulması kimi ağır nəticələrə səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, 2017-ci ilin sentyabr ayının 26-dan etibarən Ağsu X18 İdarəsinin rəisi vəzifəsində işləmişdir. Rəis kimi onun vəzifəsi Regional İdarənin strukturuna daxil olan rayonlarda istehlakçıların təbii qazla təchizatına ümumi rəhbərlik, xidmət sahələrinin iş fəaliyyətinə ümumi rəhbərlik etmək, xidmət sahələrinin işini təşkil etmək və sairdən ibarət olmuşdur. 29 fevral 2020-ci il tarixdə ona İsmayıllı rayonu Quşencə kəndinə gedən yolda olan avtoqəza nəticəsində yolun sol tərəfində yerləşən kəndi qazla təmin edən əsas qaz kəmərində nasazlıq yaranması barədə Ağsu RQİİ-nin rəis müavini Qurban Mehdiyev telefonla məlumat vermişdir. Lakin, nasazlığın kim tərəfindən və hansı formada aradan qaldırılması barədə məlumatlı olmamışdır. X11 yenə də telefonla ona nasazlığın aradan qaldırılması barədə məlumat vermişdir. 29 fevral 2020-ci il tarixdə qaz kəmərində avtoqəza nəticəsində çat formasında nasazlıq olsa da, gecə saatları olduğundan qaz təhlükəli işlərin görülməsinə yol verilmədiyindən həmin gün qaz verilişində fasilə yaranmamışdır. 01 mart 2020-ci il tarixdə saat 7:00 radələrində İsmayıllı rayonu Quşencə kəndində partlayış olduqdan sonra qaz verilişində fasilənin yaranıb-yaranmaması barədə məlumatı olmamışdır. Bildirir ki, "xxxx" QSC-dən tərəfindən təqdim edilən bütün səviyyələrdən olan qaz sızmaları aradan qaldırılmalıdır. Qaz sızmalarının ləğv edilməsi yerli Xidmət Sahələrinin Təmir-bərpa xidmətləri tərəfindən, konkret olaraq indiki halda isə İsmayıllı Xidmət sahəsi Təmir-bərpa xidmətləri tərəfindən aparılır. "xxxx" QSC-nin nümayəndələri tərəfindən təqdim edilən qaz sızmalarının sayı çox və yerləşməsi müxtəlif olduğundan onların ləğv edilməsi də növbəliliklə yerinə yetirilir. Belə ki, ilk növbədə daha çox təhlükə törədən və qaz itkilərinə səbəb olan VOL səviyyəli sızmaların qarşısı alınır. PPM və LEL səviyyəli sızmalar qapalı olmayan sahələrdə partlayış təhlükəsi törətmədiyindən onların icrası müəyyən müddətə təxirə salına bilər. Lakin, istənilən halda sızmalar aradan qaldırılmalıdır. PPM, LEL səviyyəli qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar təmir-bərpa işlərinin aparılmasını tənzimləyən hər hansı bir normativ sənədin olması barədə onun məlumatı olmamışdır. 27 iyul 2016-cı il tarixli X6 ilə "xxxx" QSC arasında bağlanılmış satınalma müqaviləsinə əsasən yeraltı və yerüstü qaz kəmərlərinə texniki baxışı həyata keçirmək vəzifəsi "xxxx" QSC-yə verilmişdir. Təmiz qaz” QSC-nin 13 sentyabr 2019-cu il tarixli İsmayıllı rayonunun Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxışın həyata keçirilməsinə dair raport onun elektron ünvanına göndərilməmişdir. NamiqN.MElektron ünvan 1 maili Ağsu RQİİ-nin rəisi işlədiyi vaxt ona məxsus olmuşdur. 13 sentyabr 2019-cu il tarixli texniki baxış raportunu və müəyyən müddət keçdikdən sonra isə elektron poçt ünvanına gələn məlumatları silmişdir. Belə düşünür ki, həmin məlumat onun elektron ünvanına göndərilmiş olsaydı belə, həmin raportu yerli xidmət sahəsinə göndərmək onun vəzifəsi olmamışdır. Əlavə olaraq bildir ki, 11 sentyabr 2019-cu il tarixli əmrlə 16-20 sentyabr 2019-cu il tarixlərdə FHN-də kursda olmuş, bu səbəbdən 13 sentyabr 2019-cu il tarixdə günün sonunda elektron poçtuna göndərilən bütün informasiyalara baxmağa fiziki baxımdan imkanı olmamışdır. Belə ki, 14-15 sentyabr 2019-cu il tarixlər şənbə və bazar günləri olmaqla iş günü olmamışdır. Elektron poçt ünvanına gələn 13 sentyabr 2019-cu il tarixli raporta baxmamışdır. Belə ki, o, bir qayda olafraq elektron poçt ünvanına icrası birbaşa ona həvalə edilmiş sənədlərə baxır, həmin sənədlər Azəriqaz İB-nin rəhbərliyi və Birliyin şöbə rəislərindən daxil olur. 13 sentyabr 2019-cu il tarixli raport onun elektron poçt ünvanına gəlmiş, buna baxmayaraq həmin raportu İsmayıllı xidmət sahəsinə göndərmək kimi vəzifəsi olmamışdır. Eyni zamanda bunu tənzimləyən hər hansı bir normativ sənəd də olmamışdır. Bundan başqa raportun elektron poçt ünvanına “pdf” formatda göndərilməsi qaydasını düzgün hesab etmir. Belə ki, "xxxx" QSC ilə X6 arasında qaz sızmaları ilə bağlı raportun hansı qaydada göndərilməsini tənzimləyən normativ sənəd olmamışdır. 13 sentyabr 2019-cu il tarixdə "xxxx" QSC tərəfindən rəsmi təqdim olunan 71 ədəd qaz sızması regional idarənin təmirtikinti şöbəsi tərəfindən nəzarətə götürülmüş və tamamilə icra edilərək təhlükəsizlik təmin edilmişdir. Rəsmi təqdim edilən siyahıdan kənar ünvanlarda olan sızmalarla əlaqədar ona məlumat verilməmiş, bundan xəbəri olmamış, hər hansı tədbir görülüb-görülmədiyi barədə məlumatı olmamışdır. O, cinayət əməli törətməmiş, elan edilmiş ittiham üzrə özümü təqsirli saymır. Mülki iddiaya münasibətdə isə bildirir ki, o özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də bütün hallarda mülki cavabdeh qismində tanınmış X6 mülki iddiaçılara vurulmuş ziyanın əvəzi olaraq 30.000 manat ödəniş təklif edir. Mülki iddiaçılar hazırda mülki iddia tələblərinin baxılmamış saxlanılmasını istədiklərindən o da mülki iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmir.Barəsində olan cinayət işi üzrə haqqında bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs baş vermiş hadisədə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə münasibət bildirərək hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs ifadəsi zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadədə verərək göstərdi ki, məlum hadisəyə qədər ailəsi ilə birlikdə İsmayıllı rayonu Quşencə kəndində yaşamışdır. 2019-cu ilin xatırlamadığı ayında Təmiz qazın işçiləri tərəfindən qaz xətlərində sızma olub-olmaması barədə yoxlama aparılmış, evinin çöl tərəfdən olan divarının üzərində qaz sızmasının olması barədə qırmızı ox işarəsi çəkilmişdir. Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinin əməkdaşları tərəfindən evdaxili qaz cihazlarından təhlükəsiz istifadə edilməsi qaydaları barədə nəzarətçi-çilingər Fazil adlı şəxs vasitəsilə 2019-cu ilin noyabr ayında onunla və ailə üzvləri ilə təlimatlandırma aparılmışdır. Onun Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsi ilə qazın alqı-satqısına dair müqaviləsi yoxdur. Ona məxsus İsmayıllı rayonu Quşencə kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2002-ci il tarixdə verilmiş şəhadətnamə əsasında onun mülkiyyətindədir. Qaz sızması nəticəsində partlamış həmin evin tikintisi 2019-cu ilin yay aylarında başa çatmışdır. Yataq otağı və mətbəx tam təmir olunmuş, evə bitişik olan digər hissə, yəni, ümumi sahəsi 100 kvadrat metr olan hissəsinin tikintisi tam başa çatmamışdır. Belə ki, divarlar hörülmüş, hamam və tualet otağı suvaqlanmış, digər hissələr isə suvaqlanmamışdır. Eyni zamanda, evin dam örtüyü tam olaraq örtülməmişdir. Onların yaşadığı hissənin ümumi sahəsi 45 kvadrat metr olmaqla, yataq otağının sahəsi 25 kvadrat metr, mətbəx otağının sahəsi isə 20 kvadrat metr olmuşdur. Yataq otağının qızdırılması kustar üsulla hazırlanmış dəmir materialdan olan həm qaz sobası, həm də odun sobası kimi nəzərdə tutulmuş sobanın qazla isidilməsi ilə həyata keçirilmişdir. Həmin qaz sobasına daxil qaz borusunun üzərində iki ədəd açılıb-bağlanma kranı olmuşdur. Eyni zamanda evin çöl hissəsində evə daxil olan ümumi qaz borusu olmuş, həmin qaz borusunun üzərində də açılıb-bağlanma kranı olmuşdur. 29 fevral 2020-ci il tarixdə oğlu Tahir və arvadı Rəhimə ilə birlikdə evdə olmuşlar. Həmin gün qaz sobası işlək vəziyyətdə olmuşdur. Axşam saat 22:30 radələrində yatmamışdan əvvəl Tahir qaz sobasına gedən qaz borusunun üzərində olan sobaya yaxın olan açılıb-bağlanma kranını tam bağlamış, ondan əvvəldə olan açılıb-bağlanma kranını isə yarıdan da az vəziyyətdə bağlamışdır. Bundan sonra onlar yatmışlar. Qaz sobası işlək vəziyyətdə olmamış, eyni zamanda onlardan heç biri qaz sobasını yandırmamış və evin daxilində hər hansı qaz qoxusu olduğunu hiss etməmişlər. Səhərə yaxın oğlu və arvadı Rəhimə oyaq olmuş, onlar bazara gedəcəkləri barədə söhbət etmişlər. Həmin vaxt evin daxilində olan elektrik lampası sönülü vəziyyətdə olmuşdur. Bu vaxt arvadı əlindəki kibriti yandırmış və bu anda partlayış olmuşdur. Partlayış nəticəsində o, üzərində yatdığı çarpayı ilə birlikdə evin tavanına çırpılaraq döşəməyə düşmüş, təkrar olaraq evin tavanına çırpılaraq evin sökülmüş divarları ilə birlikdə kənara atılmışdır. Üzərinə evin mişar daşları tökülmüş, bunun nəticəsində ayağından xəsarət almış və ayağa dura bilməmişdir. Eyni zamanda əlində, sifət və baş nahiyələrində yanıq xəsarətləri olmuşdur. Bundan sonra oğlu onu daşların və dağıntının arasından çıxarmış, hadisə yerinə toplaşmış kənd sakinlərinin köməyi ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına gətirilmişdir. Orada ona ilkin tibbi yardım göstərilmiş, daha sonra təcili tibbi yardım avtomaşını ilə Bakı şəhərində yerləşən Semaşko adlanan xəstəxanaya aparılmışdır. Hadisə nəticəsində o, bədəninin müxtəlif nahiyyələrindən yanıq xəsarətləri almış, sol bud sümüyü oynağından çıxmış, sağ ayağının daraq sümükləri sınmış, bu gün də onun sağlamlığı hələ tam bərpa olunmamış, müalicələrini davam etdirir. Baş vermiş hadisə nəticəsində evi tamamilə dağılmış, evində ümumi dəyəri 1600 manat olan 2016-cı ildə “Embavood” istehsaallı alınmış 5 ədəd stol, 2015-ci ildə alınmış ümumi dəyəri 180 manat olan 9 ədəd stul, 1993-cü ildə alınmış ümumi dəyəri 1200 manat olan mebel dəsti, ümumi dəyəri 1050 manat olan qoyun yunundan 7 ədəd yorğan və 7 ədəd döşək, ümumi dəyəri 2500 manat olan əllə toxunmuş 5 ədəd xalça, 1300 ABŞ dollarına 2015-ci ildə alınmış “Toshiba” markalı soyuducu, 100 manata 2008-ci ildə alınmış “Orvica” markalı televizor, 2013-cü ildə 250 manata alınmış “LG” və 70 manata 2015-ci ildə alınmış “Texnaluks” markalı tozsoran, 2018-ci ildə alınmış ümumi dəyəri təxminən 700-800 manat olan tam olaraq kuxna mebeli, “İtimat” markalı, 2010-cu ildə alınmış qiyməti 50 manat olan çörək sobası, “Philips” markalı, 2010-cu ildə alınmış qiymətini unutduğu DVD, 2016-cı ildə 150 manata alınmış “Krosna” aparatı, ümumi dəyəri 5000 manat olan məişətdə istifadə olunan qab-qacaq, evdə olan pal-paltarın yararsız vəziyətə düşməsi nəticəsində 4000 manat, ümumi dəyəri 800 manat olan 1993-cü ildə alınmış iki ədəd çarpayı, 2008-ci ildə xüsusi hazırlanmış 2000 manata başa gəlmiş 1 ədəd qarmon məhv olmuşdur. Reallıqda onlara ittihamla müəyyən olunmuş ziyandan da çox maddi zərər dəymişdir. O və ailə üzvləri olan digər zərərçəkmiş şəxslər təqsirləndidirlən şəxs Təqsirləndirilən şəxs, “Azəriqaz” X8 X18 İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" Azərbaycan Dövlət Neft Şirkətinə qarşı mülki iddia tələbi ilə müraciət edərək baş vermiş hadisə nəticəsində evinin tamamilə dağılması və evində olan məişət əşyalarının, ev əşyalarının yanaraq tamamilə məhv olması nəticəsində onlara vurulmuş 50.000 manat, hazırda da davam edən müalicələrinə çəkilmiş xərclərin əvəzi olaraq 40.000 manat, həmçinin onlara vurulmuş mənəvi ziyanın əvəzi olaraq 300.000 manat tələb etmişlər. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmiş 23814 manat ziyan məbləği ilə qətiyyən razı deyil. Hesab edir ki, təqsirləndirilən şəxsin səhlənkarlığı nəticəsində onlara dəymiş ziyan ekspertiza rəyi ilə müəyyən edilmiş ziyandan qat-qat çoxdur. Mülki cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isə mükli iddiada tələb etdikləri məbləğdən onlara cəmi 30.000 manat pul təklf edir. Bu təkliflə razı deyil və hazırki vəziyyətdə onlar tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılmasını xahiş edir. Gələcəkdə təqsirləndirilən şəxsə və aidiyyatı dövlət qurumlarına qarşı onlara vurulmuş real ziyanın ödənilməsi barədə iddia qaldıracaqlar. Təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadədə verərək göstərdi ki, hadisəyə qədər İsmayıllı rayonu Quşencə kəndində valideynləri ilə birlikdə yaşamışdır. Yaşadıqları evin partlayışdan əvvəlki vəziyyətdə olan tikintisi 2019-cu ilin yay aylarında başa çatmışdır. Belə ki, yataq otağı və mətbəx tam təmir olunmuş, evə bitişik olan digər hissə, yəni ümumi sahəsi 100 kvadrat metr olan hissəsinin tikintisi tam başa çatmamış, yəni divarlar hörülmüş, hamam və tualet otağı suvaqlanmış, digər hissələr isə suvaqlanmamışdır. Eyni zamanda evin dam örtüyü tam örtülməmişdir.Yataq otağı və mətbəx tam təmirli vəziyyətdə olmuşdur. Yataq otağının qızdırılması kustar üsulla hazırlanmış dəmir materialdan olan həm qaz sobası, həm də odun sobası kimi nəzərdə tutulmuş sobanın qazla isidilməsi ilə həyata keçirilmişdir. Həmin qaz sobasına daxil qaz borusunun üzərində iki ədəd açılıbbağlanma kranı vardır. Eyni zamanda evin çöl hissəsində evə daxil olan ümumi qaz borusu vardır, həmin qaz borusunun üzərində də açılıb-bağlanma kranı vardır. 29 fevral 2020-ci il tarixdə atası ilə birlikdə saat 20 radələrində evə qayıtmışlar. Yatmamışdan əvvəl o, qaz sobasına gedən qaz borusunun üzərində olan sobaya yaxın olan açılıb-bağlanma kranını tam bağlamış, ondan əvvəldə olan açılıb-bağlanma kranı həmişə olduğu kimi yarıdan da az açıq vəziyyətdə olmuşdur. Bundan sonra onlar yatmışlar. 01 mart 2020-ci il tarixdə səhər saatlarında bazara getmək barədə söhbət etdikləri zaman anası qaz sobasını yandırmaq üçün sobanın yanına getmiş, kibritin yandırılma səsini eşitmişdir. Elə həmin anda alov qalxdığını görmüş, ardınca da güclü partlayış olmuşdur. Partlayış nəticəsində o, tavana doğru çırpılmış və evin divarı ilə birlikdə evin çölünə atılmışdır. Ciddi xəsarət almadığından dərhal duraraq daşların və dağıntının arasında qalan atası Əlini kənara çəkmiş, anasını da axtarıb taparaq onu dağıntıların altından çıxarmışdır. Anası həmin vaxt baş nahiyəsindən mişar daşının dəyməsi nəticəsində xəsarət almış və həmin hissədən qan axmışdır. Hadisə yerinə toplaşmış kənd sakinlərinin köməyi ilə valideynləri İsmayıllı rayon mərkəzi xəstəxanasına gətirilmişdir. Orada ilkin tibbi yardım göstərilmişdir. Hadisə nəticəsində baş, üz, sol əl, qarın, sol bud, hər iki topuq nahiyələrindən yanıq xəsarətləri almış, epilepsiya xəstəliyinə tutulmuşdur. O, 05 mart 2020-ci il tarixdən xəstəxanada tez-tez təkrarlanan epilepsiya qıcolmaları diaqnozu ilə qeydiyyatdadır. Ömrünün sonunadək bu xəstəlikdən əziyyət çəkmək məcburiyyətindədir. Hazırda həmin xəstəliyə görə mütəmadi müalicələr alır. Evin partlaması nəticəsində onlara vurulmuş maddi ziyanla bağlı atasının ifadəsində göstərilən xüsusatlarla razılaşır. Mülki iddialarında cavabdehlərdən evin tamamilə dağılması və evdə olan məişət əşyalarının, ev əşyalarının yanaraq tamamilə məhv olması nəticəsində onlara vurulmuş 50.000 manat, hazırda da davam edən müalicələrinə çəkilmiş xərclərin əvəzi olaraq 40.000 manat, həmçinin onlara vurulmuş mənəvi ziyanın əvəzi olaraq 300.000 manat tələb etmişlər. Mülki cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isə mükli iddiada tələb etdikləri məbləğdən onlara cəmi 30.000 manat pul təklf edir. Bu təkliflə razı deyil və hazırki vəziyyətdə onlar tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılmasını xahiş edir. Gələcəkdə təqsirləndirilən şəxsə və aidiyyatı dövlət qurumlarına qarşı onlara vurulmuş real ziyanın ödənilməsi barədə iddia qaldıracaqlar. Təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadədə verərək göstərdi ki, İsmayıllı rayonu Basqal qəsəbəsində qeydiyyatda olsa da, 2016-cı ilin oktyabr ayından etibarən İsmayıllı rayonu Quşencə kəndində oğlu Tahir və əri Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşamışdır. Partlayış baş vermiş həmin evin tikintisi 2019-cu ilin yay aylarında başa çatmışdır. Belə ki, yataq otağı və mətbəx tam təmir olunmuş, evə bitişik olan digər hissəsinin tikintisi tam başa çatmamış, yəni divarlar hörülmüş, hamam və tualet otağı suvaqlanmış, digər hissələr isə suvaqlanmamışdır. 29 fevral 2020-ci il tarixdə oğlu və əri ilə birlikdə evdə olmuşlar. Həmin gün evdəki qaz sobası işlək vəziyyətdə olmuşdur. Axşam saat 22:30 radələrində yatmamışdan əvvəl oğlu qaz sobasına gedən qaz borusunun üzərində olan sobaya yaxın olan açılıb-bağlanma kranını tam bağlamış, ondan əvvəldə olan açılıb-bağlanma kranını isə yarıdan da az vəziyyətdə bağlamışdır. Bundan sonra yatmışlar. Bundan sonra baş verənləri xatırlamır. Bakı şəhərində yerləşən xəstəxanada olduğu vaxt digər oğlu Əhliman ona yaşadıqları evdə qaz sızması nəticəsində partlayış olduğunu demişdir. Baş vermiş hadisə nəticəsində onların yaşadıqları ev tamamilə dağılmış, evdə olan məişət əşyaları, ev əşyaları yanaraq tamamilə məhv olmuş, özü isə üzün, boynun, sağ qolun, sol saidin, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın yanığı kimi sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər almışdır. Evin partlaması nəticəsində onlara vurulmuş maddi ziyanla bağlı ərinin ifadəsində göstərilən xüsusatlarla razılaşır. Mülki iddialarında cavabdehlərdən evin tamamilə dağılması və evdə olan məişət əşyalarının, ev əşyalarının yanaraq tamamilə məhv olması nəticəsində onlara vurulmuş 50.000 manat, hazırda da davam edən müalicələrinə çəkilmiş xərclərin əvəzi olaraq 40.000 manat, həmçinin onlara vurulmuş mənəvi ziyanın əvəzi olaraq 300.000 manat tələb etmişlər. Mülki cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isə mükli iddiada tələb etdikləri məbləğdən onlara cəmi 30.000 manat pul təklf edir. Bu təkliflə razı deyil və hazırki vəziyyətdə onlar tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılmasını xahiş edir. Gələcəkdə təqsirləndirilən şəxsə və aidiyyatı dövlət qurumlarına qarşı onlara vurulmuş real ziyanın ödənilməsi barədə iddia qaldıracaqlar.Təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın verilməsini xahiş edir. Mülki cavabdehlər “Azəriqaz” X8 X18 İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Kənan Mustafayev verilmiş mülki iddiaya münasibət bildirərək göstəridi ki, mülki cavabdehlər zərərçəkmişlərə dəymiş ziyanın əvəzi olaraq ittiham üzrə müəyyən olunmuş 23814 manat ziyan məbləğindən artıq, 30.000 (otuz min) manat ödəməyə hazırdır. Mülki iddiaçılar mülki iddianın baxılmamış saxlanılmasına dair ərizə verdiklərindən o da mülki iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmir. Şahid1 оğlu ifadədə verərək göstərdi ki, 08 iyun 2018-cı il tarixdən hazırki vaxta qədər "xxxx" QSC-nin X12 xətt baxıcısı vəzifəsində işləyir. Xətt baxıcısı kimi vəzifə öhdəlikləri tərtib edilmiş qrafikə və ona uyğun olan əvvəlcədən müəyyən edilmiş iş bölgüsünə əsasən göstərilən tarixlərdə Mərkəzə təhkim edilmiş Ağsu, İsmayıllı, Göyçay və Şamaxı rayonlarında yeraltı və yerüstü qaz xətlərinə texniki baxışı həyata keçirməkdir. O, mərkəzin İsmayıllı rayonu üzrə piyada qrupunda əsasən yerüstü xarici qaz xətlərinə baxışı həyata keçirir. Zərurət yarandığı təqdirdə yeraltı qaz xətlərinə, QTŞ-lərə də texniki baxışı həyata keçirir. Eyni zamanda zərurət yarandığı təqdirdə Şamaxı, Ağsu və mərkəzə təhkim olunmuş digər rayonlarda texniki baxışı həyata keçirir. Texniki baxışı həyata keçirdikdən sonra baxış zamanı aşkar edilmiş qaz sızmalarının dərəcəsinin dəqiq müəyyən edilməsi, yerüstü qaz kəmərlərində aşkar edilmiş təhlükəli həddə olan qaz təzyiqi, qaz sızması, yaranmış təhlükəli bu və ya digər pozuntular haqqında mühəndisə və nəzarətçiyə məlumat vermək, VOL səviyyəli sızmalar barədə dərhal dispeçer xidmətinə məlumat vermək, yerüstü qaz kəmərlərinə texniki baxış zamanı aşkar edilmiş qaz sızmasının ünvanının dəqiq müəyyən etməklə boya və digər vasitələrdən istifadə edilərək yerini işarə etmək, yerüstü qaz kəmərində uyğunsuzluqların raport formasında xüsusi qrafasında qeyd etmək, qaz kəmərlərinə texniki baxışın nəticələrinin müəyyən olunmuş formada cədvəldə yazmaqla iş gününün sonunda raport etmək vəzifə öhdəliklərinə daxildir. "xxxx" QSC ilə X6 arasında bağlanılmış 27 iyul 2016-ci il tarixli satınalma müqaviləsinə əsasən yeraltı və yerüstü qaz xətlərinə texniki baxış "xxxx" QSC həyata keçirir. İsmayıllı rayonu ərazisində yerləşən yeraltı və yerüstü qaz xətlərinə texniki baxış İsmayıllı xidmət sahəsi tərəfindən verilmiş və Ağsu RQİİ tərəfindən təsdiq edilmiş ünvanlı siyahılar və ona uyğun olaraq Ağsu RQİİ tərəfindən "xxxx" QSC X19 ilə razılaşdırılmaqla tərtib edilmiş texniki baxış qrafikləri əsasında həyata keçirilir. Yeraltı və yerüstü qaz xətlərinə texniki baxışın həyata keçirilməsi il ərzində iki dəfədən az olmayaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. İsmayıllı rayonu Quşencə kəndi ərazisində yeraltı qaz xətləri mövcud deyildir. Sonuncu texniki baxış qrafikə uyğun olaraq 5-6 mart 2020-ci tarixdə, ondan əvvəlki texniki baxış isə qrafikə uyğun olaraq 13 sentyabr 2019-cu il tarixdə onun tərəfindən həyata keçirilmişdir. 13 sentyabr 2019-cu il tarixdə Quşencə kəndi ərazisində yerləşən yerüstü qaz xətlərinə texniki baxış zamanı həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin qarşısından keçən 57 mm diametrli qaz kəmərinin yeraltı keçidində 1000 PPM səviyyədə qaz sızması, həmçinin qaz xəttinin izoliyasiya olunmadan və futlyarsız olaraq yeraltı keçiddən keçməsi müəyyən edilmişdir. Texniki baxışın həyata keçirilməsinə dair tərəfimdən tərtib edilmiş raport iş gününün sonunda qaydaya uyğun olaraq Ağsu RQİİ-yə və müvafiq xidmət sahələrinə göndərilmişdir. Həmin tarixdə Quşencə kəndi ərazisində yerləşən yerüstü qaz xətlərinə texniki baxış da onun tərəfindən həyata keçirilmişdir. Hadisədən sonra, 02 mart 2020-ci il tarixdə onların briqadası tərəfindən həmin ərazidən keçən qaz xətlərinə 37572 nömrəli, “Sensit G2” cihazı vasitəsilə növbədənkənar texniki baxış keçirilmiş, evin kürsü hissəsində döşəmənin altında ağzı açıq şəkildə 76 mm-lik boruda 13,9 vol və həmçinin həmin boruya paralel kürsü divarının çöl hissəsində yeraltı 1000 PPM qaz sızmaları aşkar edilmişdir. Zərərçəkmiş şəxs1 və onunla qonşuluqda yaşayan kənd sakinləri, eləcə də Quşencə kənd sakinləri tərəfindən qaz sızması ilə bağlı 1 mart 2020-ci il tarixdən əvvəlki tarixlərdə mərkəzə hər hansı bir şifahi və ya yazılı müraciət daxil olmamışdır. Qaz kəmərlərinə texniki baxışın həyata keçirilməsi üçün ona qaz kəmərlərinin yerləşməsinə dair marşrut kartı verilməmişdir. Yerüstü qaz kəmərlərinə texniki baxışı həyata keçirdikdən sonra aşkar edilmiş qaz sızmalarını aşkar etdikdən dərhal sonra hazır formada onlara təqdim edilmiş raporta qeyd etmişdir. 13 sentyabr 2019-cu il tarixdə Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin divarından yola doğru təxminən 20 sm məsafədə yeraltı qaz xəttində 1000 PPM həddində qaz sızması müəyyən edib raporta qeyd etmişdir. Həmin tarixdə İsmayıllı rayonunun Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin divarından yola doğru təxminən 20 sm məsafədə yeraltı qaz xəttində 1000 PPM həddində qaz sızması müəyyən etdikdən sonra “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndində “Yeraltı qaz kəmərləri xətlərini nəzərdən keçirməklə yoxlayan zaman qaz kəmrələrindəki qurğuların saz olması, həmçinin qaz quyularında və qaz kəmərindən hər iki tərəfə 15 metrdən məsafədə yerləşən başqa kommunikasiyaların quyularında, binaların zirzəmilərində, kollektorlarda, körpü dayaqları şaxtalarında, nəzarət borularında qazın olub-olmaması yoxlanılmalıdır” tələbinə uyğun olaraq həmin evin zirzəmisində qaz sızmasının olub-olmamasını yoxlanılmamışdır. “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndində göstərilən “Yeraltı qaz kəmərləri xətlərini nəzərdən keçirməklə yoxlayan zaman qaz kəmrələrindəki qurğuların saz olması, həmçinin qaz quyularında və qaz kəmərindən hər iki tərəfə 15 metrdən məsafədə yerləşən başqa kommunikasiyaların quyularında, binaların zirzəmilərində, kollektorlarda, körpü dayaqları şaxtalarında, nəzarət borularında qazın olub-olmaması yoxlanılmalıdır” tələbi barədə məlumatı olmamış, onun həyətlərə daхil olmaq kimi səlahiyyəti olmamışdır. 13 sentyabr 2019-cu il tarixdə həmişə olduğu kimi saat 07:30-da Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinin inzibati binasına bitişik yerləşən "xxxx" QSC-nin inzibati binasına gəlmişdir. Həmin vaxt mühəndis Şahid2 orada olmuş, onunla birgə digər xətt baxıcılarına təlimat keçməklə Hafis tərəfindən iş bölgüsü aparılmış və ona Quşencə kəndində yerləşən qaz kəmərlərinə texniki baxışın həyata keçirilməsi tapşırığı verilmişdir. Həmin tapşırığı aldıqdan sonra ona “Sensit G2 Gold” markalı qaz analizatoru verilmiş və o, həmin cihazı götürüb tapşırılmış işi görmək üçün Quşencə kəndinə getmişdir. Saat 08:30 radələrində ora çatmış və kəndin yuxarı hissəsindən başlayaraq bildiyi marşrut üzrə yoxlama işinə başlamışdır. Saat 11:30 radələrində Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin əsas küçəyə baxan divarının dibində divardan 20-25 sm aralıda yeraltı qaz xətti keçən hissədə qaz analizatordan qazın sızmasını bildirən səs gəlmişdir. Buna görə təlimata uyğun olaraq deşici alətlə həmin sızma olan yerdə torpaqda deşik açmış və qaz analizatorunun borusunu həmin deşiyə yaxınlaşdırdıqda qazın sızması halını aşkar etmişdir. Həmin qaz sızmasını şəxsən özü aşkar etmiş, bu zaman yanında "xxxx" QSC-nin heç bir əməkdaşı olmamışdır. Aşkar etdiyi qaz sızmasını onda olan raport formasında olan cədvələ elə oradaca qeyd etmişdir. Şahid2 оğlu ifadədə verərək göstərdi ki, 2018-ci ilin mart ayının 7-dən hazırki vaxta qədər isə "xxxx" QSC-nin X12 mühəndis vəzifəsində işləyir. Mühəndis kimi vəzifə öhdəlikləri tərtib edilmiş qrafikə və ona uyğun olan əvvəlcədən müəyyən edilmiş iş bölgüsünə əsasən göstərilən tarixlərdə Mərkəzə təhkim edilmiş Ağsu, İsmayıllı, Göyçay, Şamaxı və digər rayonlarda yeraltı və yerüstü qaz xətlərinə texniki baxışın həyata keçirilməsinə nəzarət edilməsindən, xətt baxıcılarının ərazilər üzrə bölüşdürülməsi, texniki baxış keçirilmiş qaz kəmərlərinə yenidən baxış keçirərək texniki baxış aktı tərtib etmək, iş gününün sonunda görülən işlərin yekununu xətt baxıcılarından qəbul edib mərkəzə ötürmək, növbəti iş günü üçün iş bölgüsünü tərtib edib mərkəzə ötürmək, texniki baxış raportlarının yoxlanılaraq təsdiq etmək, həmin raportu pdf formasında email vasitəsilə Ağsu RQİİ, Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinə, "xxxx" QSC-nin X10 rəhbərinə, mühəndisinə, dispeçerinə və "xxxx" QSC-yə göndərməkdən ibarətdir. "xxxx" QSC ilə X6 arasında bağlanılmış 27 iyul 2016-ci il tarixli satınalma müqaviləsinə əsasən yeraltı və yerüstü qaz xətlərinə texniki baxış "xxxx" QSC həyata keçirir. İsmayıllı rayonu ərazisində yerləşən yeraltı və yerüstü qaz xətlərinə texniki baxış İsmayıllı xidmət sahəsi tərəfindən verilmiş və Ağsu RQİİ tərəfindən təsdiq edilmiş ünvanlı siyahılar və ona uyğun olaraq Ağsu RQİİ tərəfindən "xxxx" QSC X19 ilə razılaşdırılmaqla tərtib edilmiş texniki baxış qrafikləri əsasında həyata keçirilir. Yeraltı və yerüstü qaz xətlərinə texniki baxışın həyata keçirilməsi il ərzində iki dəfədən az olmayaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. İsmayıllı rayonu Quşencə kəndi ərazisində yeraltı qaz xətləri mövcud deyildir. Sonuncu texniki baxış qrafikə uyğun olaraq 5-6 mart 2020-ci tarixdə, ondan əvvəlki texniki baxış isə qrafikə uyğun olaraq 13 sentyabr 2019-cu il tarixdə həyata keçirilmişdir. 13 sentyabr 2019cu il tarixdə Quşencə kəndi ərazisində yerləşən yerüstü qaz xətlərinə texniki baxış zamanı həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin qarşısından keçən 57 mm diametrli qaz kəmərinin yeraltı keçidində 1000 PPM səviyyədə qaz sızması, həmçinin qaz xəttinin izoliyasiya olunmadan və futlyarsız olaraq yeraltı keçiddən keçməsi müəyyən edilmişdir. Texniki baxışın həyata keçirilməsinə dair tərtib edilmiş raport iş gününün sonunda qaydaya uyğun olaraq Ağsu RQİİ-yə və müvafiq xidmət sahələrinə göndərilir. 13 sentyabr 2019-cu il tarixdə Quşencə kəndi ərazisində yerləşən yerüstü qaz xətlərinə texniki baxış Şahid1 tərəfindən həyata keçirilmişdir. 2 mart 2020-ci il tarixdə həmin ərazidən keçən qaz xətlərinə 37572 nömrəli, “Sensit G2” cihazı vasitəsilə növbədənkənar texniki baxış keçirilmiş, evin kürsü hissəsində döşəmənin altında ağzı açıq şəkildə 76 mmlik boruda 13,9 vol və həmçinin həmin boruya paralel kürsü divarının çöl hissəsində yeraltı 1000 PPM qaz sızmaları aşkar edilmişdir. Zərərçəkmiş şəxs1, onunla qonşuluqda yaşayan kənd sakinləri, eləcə də Quşencə kənd sakinləri tərəfindən qaz sızması ilə bağlı 1 mart 2020-ci il tarixdən əvvəlki tarixlərdə mərkəzə hər hansı bir şifahi və ya yazılı müraciət daxil olmamışdır. mailto:hafis.agayev@temizqaz.azElektron ünvan 3 elektron poçtu ona məxsusdur. Vəzifə təlimatında qaz kəmərlərinə texniki baxış raportunu hər hansı bir şəxsə hər hansı bir qaydada göndərmək nəzərdə tutulmamışdır. Bu vəzifəni icra etmək Mərkəzin rəhbəri Şahid4 tərəfindən ona tapşırılmışdır. Bu səbəbdən həmin vəzifə onun tərəfindən icra edilmişdir. 13 sentyabr 2019-cu il tarixdə Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin divarından yola doğru təxminən 20 sm məsafədə yeraltı qaz xəttində 1000 PPM həddində qaz sızması müəyyən etdikdən sonra “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndində tələbinə uyğun olaraq həmin evin zirzəmisində qaz sızmasının olub-olmaması tabeçiliyində olan xətt baxıcısı tərəfindən yoxlanmamışdır. Belə olan hallarda onlar ümumiyyətlə zirzəmilərdə qaz sızmasının olubolmamasını yoxlamırlar. Belə ki, Mərkəzin rəhbəri Şahid4 göstərişi əsasında heç bir zaman evlərin zirzəmiləri yoxlanılmır. Buna görə də o, xətt baxıcılarından belə olan hallarda evlərin zirzəmilərinin yoxlanılmasını tələb etmir. Tabeçiliyində olan xətt baxıcılarına qaz kəmərlərinin yerləşməsinə dair marşrut kartı verməmişdir. Əvvəldən marşrut kartı olmadan xətt baxıcıları tərəfindən qaz kəmərləri yoxlanılmışdır. Xətt baxıcıları qaz kəmərləinin yerləşməsini özləri bildiyindən marşrut kartının verilməsinə zərurət olmamışdır. Şahid3 оğlu ifadədə verərək göstərdi ki, 2019-cu ilin yay aylarından "xxxx" QSC-nin X12 böyük mühəndis vəzifəsində işləyir. Böyük mühəndis kimi vəzifələri təsdiqlənmiş qrafik üzrə növbəti iş günlərinin iş bölgülərinin tərtib edilməsi, işlənən ünvanların aşkar edilmiş qaz sızmalarının gündəlik yekun hesabatının hazırlanaraq aidiyyəti üzrə mərkəz rəhbərinə, "xxxx" QSC-nin aidiyyəti şöbələrinə təqdim edilməsi, mərkəz rəhbərinin və müvafiq şöbələrin tapşırıqlarını yerinə yetirilməsindən ibarətdir. Regional Mərkəzin rəhbəri Şahid4 30.08.2019-cu il tarixdən 28.09.2019-cu il tarixədək əmək məzuniyyətində olduğu dövrdə onun səlahiyyətlərini müvəqqəti olaraq icra etmişdir. X6 ilə "xxxx" QSC arasında bağlanmış Razılaşdırma protokolunda fərdi mülkiyyətdə olan evlərin zirzəmilərin yoxlanılması nəzərdə tutulmadığından 13 sentyabr 2019-cu il tarixdə İsmayıllı rayonu Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin zirzəmisi xətt baxıcısı tərəfindən yoxlanmamışdır. Həmin evin zirzəmisinin içərisi yoxlanılmasa da, çöl tərəfdən kənarları yoxlanılmışdır. Evin zirzəmisinin yoxlanılmasının səbəbi evin zirzəmisinə çöldən yoxlamaq üçün faktiki şəraitin olmaması olmuşdur. "xxxx" QSC-də işə başladığı vaxtdan təcrübə belə olmuşdur. Bu səbəbdən də hazırda raportlar mühəndis tərəfindən skan edilərək email vasitəsilə "xxxx" QSC-nin və Ağsu RQİİ-nin aidiyyəti əməkdaşlarının elektron poçt ünvanına göndərilir. Lakin bunu tənzimləyən hər hansı bir normativ sənəd yaxud yazılı razılaşma yoxdur. Həmin vaxt mərkəzin rəhbəri səlahiyyətlərini icra edən şəxs kimi hesab etmişdir ki, sifarişçinin əsas nümayəndəsi olaraq İsmayıllı xidmət sahəsinin Təmir bərpa xidmətinin də bilavasitə rəhbəri və tabeçiliyində olduğu Ağsu RQİİ-nin rəisinə onun tabeçiliyində olan mühəndis tərəfindən göndərilməsi kifayət edir. Əlavə olaraq bildirir ki, 13 sentyabr 2019-cu il tarixli İsmayıllı rayonunun Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxış raportu İsmayıllı xidmət sahəsinin işçisi olan Esmira İsmayılovanın istifadəsində olan mailto:Esmira.İslamova@socar.azElektron ünvan 4 elektron poçt ünvanına göndərilmişdir. Mühəndis kimi işə qəbul olunduğu vaxt ona bilavasitə rəhbəri olan Şahid4 Ağsu RQİİ-nin rəisinin və Esmira İsmayılovanın elektron poçt ünvanına göndərilməsini bildirmişdir. Şahid4 оğlu ifadədə verərək göstərdi ki, 10 avqust 2016-cı il tarixdən hazırki vaxta qədər "xxxx" QSC-nin X10 rəhbəri vəzifəsində işləyir. "xxxx" QSC-nin X10 rəhbəri kimi vəzifələri mərkəzin ümumi fəaliyyətinə rəhbərlik etmək, İsmayıllı, Göyçay, Ağsu və Şamaxı bölmələrinin işini əlaqələndirmək, əvvəlcədən planlaşdırmaq, ehtiyac olduğu təqdirdə ərazilərə qrupları göndərib onların fəaliyyətini əlaqələndirmək, işçilərə göstəriş vermək, işçilər barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiqi ilə əlaqədar rəhbərliyə təqdimat vermək, təsdiq olunmuş qaz xətlərinə texniki baxış qrafiklərdə göstərilən tarixlərdə icrasına rəhbərlik etmək və sairdən ibarətdir. Ştata uyğun olaraq mərkəzin rəhbəri, böyük mühəndis, mühəndislər, sahə nəzarətçiləri, xətt baxıcıları və dispeçer mərkəzdə işləyir. Texniki baxışı həyata keçirən qruplar yeraltı, yerüstü və QTŞ qruplarına bölünür. "xxxx" QSC ilə X6 arasında bağlanılmış 27 iyul 2016-ci il tarixli satınalma müqaviləsinə əsasən yeraltı və yerüstü qaz xətlərinə texniki baxış "xxxx" QSC həyata keçirir. İsmayıllı rayonu ərazisində yerləşən yeraltı və yerüstü qaz xətlərinə texniki baxış İsmayıllı xidmət sahəsi tərəfindən verilmiş və Ağsu RQİİ tərəfindən təsdiq edilmiş ünvanlı siyahılar və ona uyğun olaraq Ağsu RQİİ tərəfindən "xxxx" QSC X19 ilə razılaşdırılmaqla tərtib edilmiş texniki baxış qrafikləri əsasında həyata keçirilir. Yeraltı və yerüstü qaz xətlərinə texniki baxışın həyata keçirilməsi il ərzində iki dəfədən az olmayaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. İsmayıllı rayonu Quşencə kəndi ərazisində yeraltı qaz xətləri mövcud deyildir. Sonuncu texniki baxış qrafikə uyğun olaraq 5-6 mart 2020-ci tarixdə, ondan əvvəlki texniki baxış isə qrafikə uyğun olaraq 13 sentyabr 2019-cu il tarixdə həyata keçirilmişdir. 13 sentyabr 2019-cu il tarixdə Quşencə kəndi ərazisində yerləşən yerüstü qaz xətlərinə texniki baxış zamanı həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin qarşısından keçən 57 mm diametrli qaz kəmərinin yeraltı keçidində 1000 PPM səviyyədə qaz sızması, həmçinin qaz xəttinin izoliyasiya olunmadan və futlyarsız olaraq yeraltı keçiddən keçməsi müəyyən edilmişdir. Texniki baxışın həyata keçirilməsinə dair tərtib edilmiş raport iş gününün sonunda qayadaya uyğun olaraq Ağsu RQİİ-yə və müvafiq xidmət sahələrinə göndərilmişdir. 13 sentyabr 2019-cu il tarixdə Quşencə kəndi ərazisində yerləşən yerüstü qaz xətlərinə texniki baxış mərkəzin xətt baxıcısı Şahid1 tərəfindən həyata keçirilmişdir. 1 mart 2020-ci il tarixdə Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində baş vermiş partlayışdan həmin gün axşam saatlarında məlumatı olmuşdur. 2 mart 2020-ci il tarixdə onlar tərəfindən həmin ərazidən keçən qaz xətlərinə 37572 nömrəli, “Sensit G2” cihazı vasitəsilə növbədənkənar texniki baxış keçirilmiş, evin kürsü hissəsində döşəmənin altında ağzı açıq şəkildə 76 mm-lik boruda 13,9 vol və həmçinin həmin boruya paralel kürsü divarının çöl hissəsində yeraltı 1000 PPM qaz sızmaları aşkar edilmişdir. Zərərçəkmiş şəxs1, onunla qonşuluqda yaşayan kənd sakinləri, eləcə də Quşencə kənd sakinləri tərəfindən qaz sızması ilə bağlı 1 mart 2020-ci il tarixdən əvvəlki tarixlərdə mərkəzə hər hansı bir şifahi və ya yazılı müraciət daxil olmamışdır. Ondan əvvəl olan təcrübənin qüvvədə olub-olmaması ilə bağlı təxminən Region rəhbəri vəzifəsinə təyin edildiyi vaxtdan, yəni 8 avqust 2020-ci il tarixdən təxminən 1-2 ay sonra Ağsu RQİİ-nin rəhbərliyinə şifahi formada müraciət etmişdir. Əvvəlki təcrübəyə uyğun olaraq aralarında olan şifahi razılıq əsasında qaz kəmərlərinə texniki baxışın həyata keçirilməsinə dair raportlar skan edilərək Ağsu RQİİ-nin idarəsinin rəisinin və yerli xidmət sahələrinin elektron poçt ünvanlarına mərkəzin mühəndisi tərəfindən göndərilir. Həmin raport eyni zamanda onun elektron poçt ünvanına mərkəzin mühəndisi tərəfindən işin yerinə yetirilməsi ilə bağlı olaraq məlumat xarakterli olaraq göndərilir. Qaz sızması ilə bağlı raportlar bir qayda olaraq Mərkəzin mühəndisi tərəfindən yerli xidmət sahələrinin Təmir bərpa xidmətlərinə göndərilir. O, həmin dövrdə, yəni 30.08.2019-cu il tarixdən 28.09.2019-cu il tarixə kimi əmək məzuniyyətində olduğundan müəssisənin fəaliyyətinə rəhbərliyi həyata keçirməmiş, vəzifələrini mərkəzin böyük mühəndisi həyata keçirmişdir. Sonradan ona məlum olmuşdur ki, 13 sentyabr 2019cu il tarixli Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxış raportu İsmayıllı xidmət sahəsinin Təmir-bərpa xidməti tərəfindən verilmiş mailto:Esmira.İslamova@socar.azElektron ünvan 4 elektron poçt ünvanına göndərilmişdir. Həmin növ raportların yerli xidmət sahələrinin təmir-bərpa xidmətlərinə elektron qaydada göndərilməsi regional mərkəzin rəhbərinin vəzifəsi deyildir, bunu tənzimləyən hər hansı normativ sənəd və ya razılaşma yoxdur. 27 iyul 2016-cı il tariхli müqaviləyə əlavə olaraq хətt baхıcısının həyətə daхil olması məhdudlaşdırılır. Bu baхımdan da, hesab edir ki, хətt baхıcısının nöqsanı olmamışdır. Xətlərə baхışın keçirilməsi lazımi səviyyədə təşkil olunmuşdur. Onlar üzərilərinə düşən vəzifələri yerinə yetirmiş, aşkar olunmuş qaz sızması barədə aidiyyəti yerlərə, yəni Ağsu RQİİ-yə, İsmayıllı Хidmət Sahəsinə onlara əvvəlcədən təqdim olunmuş elektron poçt ünvanları vasitəsi ilə raportu göndərməklə məlumat verilmişdir. Şahid5 ifadə verərək göstərdi ki, 2005-ci ilin noyabr ayından 2015-ci ilin fevral ayına kimi X17 İdarəsində dəftərxana müdiri vəzifəsində işləmiş, 2015-ci ildə Ağsu X18 İdarəsi yaradıldıqdan sonra İsmayıllı xidmət sahəsində X1 Xidmətinin texniki vəzifəsində işləyir. Texniki kimi vəzifələri işçilərə əməkhaqqının yazılması, işə davamiyyətə nəzarət edilməsi, aylıq əməkhaqqı vəzifələrinin yazılması, göndərilən, daxil olan ərizə, şikayət və məlumatların aidiyyəti üzrə şöbələrə göndərilməsi va sairdən ibarətdir. "xxxx" QSC-nin X19 tərəfindən İsmayıllı rayonu ərazisində yerləşən yerüstü və yeraltı qaz kəmərlərinə texniki baxışın həyata keçirilməsinə dair raportların onun istifadəsində olan elektron poçt ünvanına göndərilməsini tənzimləyən hər hansı bir normativ sənəd yaxud razılaşmanın olub-olmaması barədə məlumatı olmamışdır. Vəzifə təlimatında elektron poçtla sənədlərin qəbulu və ötürülməsi nəzərdə tutulduğundan elektron poçtla gələn raportları və digər sənədləri aidiyyəti şöbələrə ötürmüşdür. 13 sentyabr 2019-cu il həftənin 5-ci günü olmuş, 13 sentyabr 2019-cu il tarixli İsmayıllı rayonu Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxışın həyata keçirilməsinə dair raport həmin gün saat 17:34-də, iş vaxtının bitməsinə yaxın göndərilmişdir. Növbəti iki gün 6-cı və bazar günləri olmuş, növbəti iş günü isə 16 sentyabr 2019-cu il tarixi olmuş, həmin raportu sonradan göndərib-göndərmədiyini üstündən uzun müddət keçdiyinə görə dəqiq xatırlamır. Həmin gün 2 sənədi elektron poçt vasitəsilə göndərdiyindən növbəti iş günü, yəni 16 sentyabr 2019-cu il tarixdə 13 sentyabr 2019-cu il tarixə aid olan sənədləri icra etdiyini düşünüb həmin günə aid sənədlərin olub-olmamasına fikir verməmişdir. Təmiz qaz” QSC-nin X19 tərəfindən İsmayıllı rayonu ərazisində yerləşən yerüstü və yeraltı qaz kəmərlərinə texniki baxışın həyata keçirilməsinə dair raportlar İsmayıllı xidmət sahələsinin Təmir bərpa xidmətinə göndərilməlidir. Belə ki, qaz sızmalarının aradan qaldırılması X1 Xidmətinin texniki kimi onun vəzifə təlimatında nəzərdə tutulmamışdır. Qaz sızmalarının aradan qaldırılması təmir bərpa xidmətinin vəzifələrinə aiddir. Şahid6 оğlu ifadə verərək göstərdi ki, 2013-cü ildən 2015-ci ilə kimi İsmayıllı Xidmət sahəsinin qəza-dispeçer xidmətinin rəisi vəzifəsində işləmiş, 2015-ci ildə Ağsu X18 İdarəsi yaradıldıqdan sonra xidmətin adı dəyişdirilərək qəza-bərpa xidməti olmuş, həmin tarixdən hazırki vaxta qədər Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinin qəza-bərpa xidmətinin rəisi vəzifəsində işləyir. Təmir-bərpa xidmətinin rəisi kimi vəzifələri qaz xətlərində olan istənilən nasazlığın aradan qaldırılmasına rəhbərlik etmək, korroziyaya uğramış qaz kəmərlərinin dəyişilməsinə rəhbərlik, qaz kəmərlərinin çəkilməsinə rəhbərlik etmək, qaz kəmərlərində təzyiqin tənzimlənməsinə rəhbərlik etmək və qaz kəmərlərində olan bütün təmir-bərpa işlərinə rəhbərliyi həyata keçirməkdən ibarətdir. 29 fevral 2020-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndinə gedən yolda olan avtoqəza nəticəsində yolun sol tərəfində yerləşən kəndi qazla təmin edən əsas qaz kəmərində nasazlıq yaranması barədə 1 mart 2020-ci il tarixdə saat 8 radələrində məlumatı olmuşdur. Belə ki, 29 fevral 2020-ci il tarixdə Bakı şəhərində olmuş, 1 mart 2020-ci il tarixdə saat 8 radələrində İsmayıllı xidmət sahəsinin rəisi Qurban Mehdiyev mobil telefonuna zəng edərək avtoqəza barədə məlumat verərək qaz kəmərində çat yarandığını, İsmayıllı xidmət sahəsinin həmin gün növbədə olan çilingəri Xalıq Rəsulov tərəfindən qaz kəmərinin skoçlanaraq sızmanın aradan qaldırıldığını bildirmişdir. 1 mart 2020-ci il tarixdə mühəndis X5 qaynaqçı Namil Əzizovla birlikdə çat olan qaz kəmərini qaynaqlayaraq qaz sızmasının qarşısını daha etibarlı şəkildə almışlar. 29 fevral 2020-ci il tarixdə qaz kəmərində avtoqəza nəticəsində çat formasında nasazlıq olsa da, gecə saatları olduğundan qaz təhlükəli işlərin görülməsinə yol verilmədiyindən həmin gün qaz verilişində fasilə yaranmamışdır. 1 mart 2020-ci il tarixdə saat 7 radələrində Quşencə kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evdə partlayış baş verdikdən sonra saat 07:30 radələrində qaz verilişi nəzarətçiçilingər Fazil Cəbiyev tərəfindən dayandırılmış, saat 11:15-də qaz verilişi bərpa edilmişdir. 29 fevral və 1 mart 2020-ci il tarixlərdə Quşencə kəndinə verilmiş qazın təzyiqi əvvəlki vaxtlarda verilmiş səviyyədə olmuşdur. Belə ki, gündəlik olaraq saat 23 radələrindən səhər 06:30 radələrinə qədər qazın təzyiqi və sərfiyyatı azaldılır, 7 radələrindən yenidən 23 radələrinə qazın təzyiqi və sərfiyyatı tələbata uyğun olaraq artırılır. Bundan əlavə qaza tələbatın ən çox olduğu hallarda, yəni saat 7-9 arası, 13-14 arası və qış aylarında isə saat 17 radələrindən 23 radələrinə kimi qazın təzyiqi və sərfiyyatı çox olur. Qaz sızmasının PPM, LEL və VOL kimi 3 növü vardır. PPM və LEL qaz sızmaları qaz sızmasının olmasının ehtimalını nəzərdə tutur, VOL isə qaz sızmasıdır. PPM və LEL qaz sızmaları partlayış təhlükəli deyil, bu səbəbdən yaşıl rənglə boyanır, VOL qaz sızması isə partlayış təhlükəli hesab edilir, bu səbəbdən qırmızı rənglə boyanır. PPM və LEL qapalı mühitdə belə partlayış təhlükəsi yaratmır. VOL qaz sızmasına sızmaya uyğun olaraq, yəni qaynaq yeridirsə yenidən qaynaqlanır, yivli birləşmədədirsə, yaxud qaz kranındadırsa buna uyğun təmir bərpa işləri görülür. Qeyd edilən ərazidə qaz xəttinin izolyasiya olunmadan və futlyarsız olaraq yeraltı keçiddən keçməsi 1982-ci ildə həmin formada qazlaşdırılmışdır. Belə hallar Quşencə kəndində çox yerdədir, bütün kənd ərazisində qeyd edilən halların aradan qaldırılması qeyri-mümkündür, qeyd edilən halları kəndin yenidən qazlaşdırılması yolu ilə aradan qaldırmaq mümkündür. 27 iyul 2016-cı il tarixli X6 ilə "xxxx" QSC arasında bağlanılmış satınalma müqaviləsinə əsasən yeraltı və yerüstü qaz kəmərlərinə texniki baxışı həyata keçirmək vəzifəsi "xxxx" QSC-yə verilmişdir. "xxxx" QSC-nin 13 sentyabr 2019-cu il tarixli İsmayıllı rayonunun Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxışın həyata keçirilməsinə dair Ağsu RQİİ-dən İsmayıllı xidmət sahəsinə Quşencə kəndi ərazisində qaz kəmərlərində VOL səviyyəli qaz sızmalar göndərilmişdir. VOL səviyyəli qaz sızmaların qarşısının alınması müvafiq təmir-bərpa işləri görülmüşdür. "xxxx" QSC tərəfindən İsmayıllı rayonu ərazisində yerüstü və yeraltı qaz kəmərlərinə texniki baxışın həyata keçirilməsinə dair raportların hansı qaydada və kimə göndərilməsi barədə onun məlumatı olmamışdır. Lakin həmin raportlar İsmayıllı xidmət sahəsində texnik vəzifəsində işləyən Şahid5 istifadəsindəki elektron poçta excel formasında göndərilmişdir. Hazırda isə həmin raportlar onun istifadəsində olan elektron poçta göndərilir. Ekspertin iştirakı ilə “Hadisə yerinə baxış keçirilməsi” barədə 5 mart 2020-ci il tariхli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri İsmayıllı rayonu Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evidir. Hadisə yeri öyrənildikdə müəyyən edilmişdir ki, yaşayış evi birmərtəbəlidir, mişar daşından inşa edilmişdir, döşəməsi, tavanı və çardaq hissəsinin konstruktiv elementleri taxta materialdan, pəncərələri isə plastik materialdan olmuş, evin damı dörd enişlidir, çardaq tiplidir, dalğavari metal lövhələrlə örtülü olmuşdur. Yaşayış evinin təxminən 70 sm hündürlüyündə yarızirzəmi hissəsi olmuşdur. Yaşayış evi bir yaşayış otağından və 1 mətbəx otağından ibarət olmuş, həmin evin davamı olaraq tikintisi başa çatmamış hissəsi vardır. Hadisə zamanı dağıntılar evin yalnız yuxarıda qeyd edilən 1 ədəd yaşayış olan və onunla bitişik yerləşən mətbəx otağında yaranmışdır. Hadisə nəticəsində evin divarları demək olar ki bütün perimetr boyunca dağılıb evin daxilindən xaricinə doğru kənara atılıb nizamsız qaydada səpələnmiş vəziyyətdədir, evin damı bütövlüklə sınıb dağılaraq evin daxilinə çökmüşdür, evin ətrafında təxminən 9-10 metr radius məsafədə yerindən atılmış taxta parçaları, mişar daşları, ev əşyaları və sair ilə müşahidə edilir. Partlayış zamanı evin daxilindən kənara atılmış əşyalar ətraflı öyrənilərkən müəyyən edilmişdir ki, onların arasında bir neçə ədəd kvadrat formalı qalınlığı 1sm ölçüdə olan faner taxtalar vardır. Həmin taxtalar hadisədən əvvəl yaşayış otağının döşəməsini təşkil etmiş və partlayış zamanı yerindən atılaraq bir qismi evin həyətinə, bir neçəsi isə küçəyə atılmışdır. Evin yaşayış otağının döşəməsi tamamilə dağılmış, o cümlədən onun örtüyü yerində yoxdur, döşəmənin yük daşıyıcı elementləri olan tirlərinin bir neçəsinin yerdəyişməsi baş vermiş, döşəmə üzərində yalnız bir neçə ədəd yerindən (şuruplarla birləşmə yerlərindən) qopub qalmış taxta parçaları vardır. Otağın döşəməsi üzərində bir ədəd çarpayının çevrilmiş halda metal hissəsi qalmışdır, orada həmçinin yataq ləvazimatları da (yorğan, döşək) müşahidə edilir. Yuxarıda şərh edilmiş dağılmaların dinamikasına görə ilkin qeyd etmək olaraq ki, partlayış zamanı otağın döşəməsi, yəni onu təşkil edən taxta hissələri yerindən aşağıdan yuxarıya istiqamətdə atılmış, otağın daxilində yaranmış həcmli genişlənmə nəticəsində evin divarları daxildən xaricə istiqamətdə dağılmışlar, otağın divarlarını yalnız kapital (iki qat mişar daşı ilə hörülmüş) aşağı hissələri yerində qalmışdır. Mövcud əlamətlərə görə müəyyən etmək olar ki, partlayışın episentri evin yarızirzəmi hissəsində istiqamətini götürmüşdür və bu amili bildirən əsasə əlamət evin döşəməsini təşkil edən taxta materialların ilkin yerindən küçəyə və evin həyətinə atılmaları xarakterizə edir. Hadisə nəticəsində davamlı yanğın baş verməmişdir. Göstərilən dağılmalar partlayış zamanı detonasiya dalğasının əmələ gəlməsini bildirməklə partlayış təhlükəli qaz hava qarışığının alışması üçün xarakterikdir. Baxış zamanı evin daxilində qaz avadanlıqlarından ilkin yerində qalmış mətbəx otağında quraşdırılmış 1 ədəd PQ-4 tipli qaz piltəsi və ilkin yerindən atılmış 1 ədəd əldəqayırma üsulla hazırlanmış polad materiallardan hazırlanmış 4 ayaqlı düzbucaqlı prizma formalı soba aşkar edilmişdir. Bunlarla bərabər əyilib deformasiyaya uğramış və dağılmış konstruktiv hissələrin arasında aşkar edilmiş 0,5 düymlük polad qaz borusu vardır. Həmin boru evin yaşayış otağında quraşdırılmış qızdırıcı sobaya təbii qazın ötürülməsi üçün istifadə edilmişdir. Borunun üzərində olan 1 ədəd kran bağlı vəziyyətdə olmuş, bir qədər kənarda həmin qaz borusunun üzərində olan sayca ikinci qaz kranı aşkar edilir, həmin krant isə açıq vəziyyətdədir. Baxış zamanı eyni zamanda müəyyən edilmişdir ki, evin iki küçənin kəsişməsinə yaxın künc hissəsindən yaxın yerdə 1,70 metr məsafədə xəndək qazılmışdır. Xəndəyin dərinliyi təxminən 70 sm təşkil edir, onun dib hissəsində torpağın (asfalt yolunun) altı ilə çəkilmiş diametri 76 mm ölçüdə təşkil edən polad borunun sonluğu görünür, həmin borunun sonluğu bağlı vəziyyətdədir, eyni zamanda onun üstünə qaynaqla diametri 40 mm ölçüdə digər polad boru birləşdirilib və torpağın üst hissəsinə iti bucaq altında qaldırılmış boru vardır, sonuncu torpağın üstü ilə hadisə baş vermiş evin küçəyə baxan divarının dib hissəsi ilə çəkilib aparılmışdır, həmin boruya partlayış baş vermiş evin, eləcə də digər bir evin qaz təchizatı qoşulu olmuşdur. Çalanın dibində aşkar edilmiş 76 mm diametrli boru asfalt yolun digər tərəfi ilə yola paralel olaraq çəkilmiş magistral qaz xəttinə qoşuludur və təyinatı qaz xəttini yolun bir tərəfindən digər tərəfinə ötürülməsindən ibarət olmuşdur. Həmin borunun çalanın dibində görünən səthi üzərində, eləcə də ona qoşulu olan 40 mm-lik polad borunun səthində gözəçarpan dərəcədə qabıqlanan hala düşmüş pas örtüyü vardır. Müəyyən edilmişdir ki, həmin xəndək hadisə baş verdikdən sonra X17 xidmətinin işçiləri tərəfindən qazılmışıdır. Bir qədər də ətraflı öyrənmək məqsədilə xəndəkdən asfalt örtüyədək qazıntı işləri aparılmış və asfaltın altı ilə çəkilmiş borunun üst səthi bir qədər də açılmışdır. Qazıntı zamanı hiss olunan orqanoleptik, eləcə də xarakterik səslə qazın sızması hiss edilməmişdir. Baxışda iştirak edən "xxxx" QSC-nin əməkdaşı bildirmişdir ki, hadisə yerinə gəlmiş və özləri ilə gətirdikləri “SENSİT-G2” markalı qaz analizatoru ilə yoxlama aparıldıqda partlayış baş vermiş evin yarızirzəmisini təşkil edən hörgü daşları arasından təbii qazın sızma faktı və bu qisimdə yoxlama zamanı qaz analizatorunun siferblatında 13,9 PM rəqəminin yaranması aşkar edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan xəndəyin dibindəki sonluğu qapanmış, yəni bağlı olan 70 mm-lik borunun vaxtı ilə davamı olmuş 70 mm diametrində polad boru parçası hələ də torpağın altında qalmış və həmin borunun digər sonluğu partlayış baş vermiş evin yarızirzəmisində aşkar edilmişdir. Qeyd olunan boru parçasını hər iki sonluğu açıq vəziyyətdədir, onun bir sonluğu göstərilən xəndəyin daxilində olmaqla digər sonluğu evin yarızirzəmi hissəsindədir, borunun ümumi uzunluğu 6,5 metr təşkil edir, borunun səthi korroziyaya uğramış vəziyyətdədir, borunun bir hissəsi partlayış baş vermiş evin küçə tərəfə divarının yarızirzəmi hörgüsünün içərisindən keçir, borunun yarızirzəmi hissəsində olan son hissəsinin bir qismi 90 dərəcə bucaq altında yuxarı qaldırılmış vəziyyətdədir. "xxxx" QSC-dən daxil olmuş sənəddən, eyni zamanda Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinin texniki Şahid5 xidməti istifadəsində olan HP LE2001w markalı stolüstü komputerə baxış protokolundan görünür ki, 13 sentyabr 2019-cu il tarixli İsmayıllı rayonunun Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxışın həyata keçirilməsinə dair raport Təmiz qaz” QSC-nin X10 mühəndisi Şahid2 istifadəsində olan Hafis.Ağayev@təmizqaz.az mailindən Şahid5 istifadəsində olan mailto:Esmira.İslamova@socar.azElektron ünvan 4 mailinə, Ağsu RQİİ-nin rəisi Təqsirləndirilən şəxs istifadəsində olan NamiqN.MElektron ünvan 1 mailinə excel cədvəl pdf formatında göndərilmişdir. Ağsu RQİİ-nin rəisi Təqsirləndirilən şəxs xidməti istifadəsində olan “HP Pavilion” markalı komputerə baxış zamanı 13 sentyabr 2019-cu il tarixə aid sənədlərin NamiqN.MElektron ünvan 1 mailinə göndərilməsini müəyyən etmək mümkün olmamış, baxışda iştirak edən Təqsirləndirilən şəxs poçt qutusu dolduğuna görə 13 sentyabr 2019cu il tarixdə istifadəsində olan mailə göndərilən sənədləri sildiyini bildirmişdir. "xxxx" QSC-nin X10 mühəndisi Şahid2 xidməti istifadəsində olan komputerə baxış zamanı müəyyən olunmuşdur ki, 13.09.2019-cu il tarixdə Şahid2 istifadəsində olan Hafis.Agayev@təmizqaz.az maili ilə 13.09.2019-cu il tarixdə "xxxx" QSC tərəfindən İsmayıllı rayonunun Quşencə kəndində yerləşən yerüstü qaz xətlərinə texniki baxışın həyata keçirilməsinə dair raport pdf formatında mailto:Esmira.İslamova@socar.azElektron ünvan 4, Ağsu RQİİ-nin rəisi Təqsirləndirilən şəxs istifadəsində olan NamiqN.MElektron ünvan 1 mailinə göndərilmişdir. "xxxx" QSC tərəfindən İsmayıllı rayon prokurorluğunun sorğusuna verilmiş 09 aprel 2020-ci il tarixli 183 nömrəli cavab məktubundan görünür ki, İsmayıllı rayonu Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxışın həyata keçirilməsinə dair 13 sentyabr 2019-cu il tarixli raportdan görünür ki, hadisənin baş verdiyi ünvanın qarşısından keçən 57 mm diametrli kəmərin (10043951 saylı sayğacın ətrafı) yeraltı keçidində 1000 PPM həddində qaz sızması olması, həmçinin, qaz xəttinin izoliyasiya olunmadan və futlyarsız olaraq yeraltı keçiddən keçməsi müəyyən edilmişdir. Ağsu RQİİ tərəfindən İsmayıllı rayon prokurorluğunun sorğusuna verilmiş 8 may 2020-ci il tarixli OİNM-824 nömrəli cavab məktubundan görünür ki, bütün səviyyələrdən olan qaz sızmaları aradan qaldırılmalıdır. Qaz sızmalarının ləğv edilməsi yerli xidmət sahələrinin Təmir-bərpa xidmətləri tərəfindən, konkret olaraq indiki halda isə İsmayıllı xidmət sahəsinin Təmir-bərpa xidmətləri tərəfindən aparılır. "xxxx" QSC-nin nümayəndələri tərəfindən təqdim edilən qaz sızmalarının sayı çox və yerləşməsi müxtəlif olduğundan onların ləğv edilməsi də növbəliliklə yerinə yetirilir. Belə ki, ilk növbədə daha çox təhlükə törədən və qaz itkilərinə səbəb olan VOL səviyyəli sızmaların qarşısı alınır. PPM və LEL səviyyəli sızmalar qapalı olmayan sahələrdə partlayış təhlükəsi törətmədiyindən onların icrası müəyyən müddətə təxirə salına bilər. Lakin, istənilən halda sızmalar aradan qaldırılmalıdır. PPM, LEL səviyyəli qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar təmirbərpa işlərinin aparılmasını tənzimləyən hər hansı bir normativ sənəd yoxdur. Ağsu RQİİ tərəfindən İsmayıllı rayon prokurorluğunun sorğusuna verilmiş 27 avqust 2020-ci il tarixli cavab məktubundan görünür ki,"xxxx" QSC-nin X19 tərəfindən Ağsu RQİİnin xidməti ərazilərində aparılan işlər və aşkar edilmiş qaz sızmaları barədə məlumatlar excel cədvəl formasında “Azəriqaz” İB-yə və Ağsu RQİİ-yə elektron poçt vasitəsilə göndərilir. Təqdim olunan bütün qaz sızmalarının icrası müvafiq olaraq Xidmət sahələrinin Təmir-bərpa xidmətləri tərəfindən həyata keçirilir. X6 tərəfindən Ağsu RQİİ-nin rəisi Təqsirləndirilən şəxs ünvanlanmış məktubdan görünür ki, “Azəriqaz” İstehsalat Birliyinə "xxxx" QSC tərəfindən ünvanlanmış 539 saylı, 13.09.2019-cu il tarixli məktubun icrası ilə əlaqədar olaraq Ağsu RQİİ-nin xidməti ərazilərində 13.09.2019-cu il tarixində qaz kəmərlərinə, onların üzərindəki avadanlıqlara keçirilmiş texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının (Qoşma: 1."xxxx" QSC tərəfindən təqdim olunmuş PDF - 7 vərəq, 2. Excell fayl - 13.09.2019-cu il tarixinə olan məlumat) aradan qaldırılması və görülmüş tədbirlər barədə SOCAR/15-2900/09-04- 000209 saylı, 31.07.2015-ci il tarixli məktubun tələblərinə uyğun “Azəriqaz” İB-yə məlumat verilməsi sonuncuya tapşırılmışdır. Ağsu RQİİ tərəfindən İsmayıllı rayon prokurorluğunun sorğusuna verilmiş 27 avqust 2020-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" QSC-nin X19 tərəfindən Ağsu RQİİnin xidməti ərazilərində aparılan işlər və aşkar edilmiş aşkar edilmiş qaz sızmaları barədə məlumatlar excel cədvəl formasında “Azəriqaz” İB-yə və Ağsu RQİİ-yə elektron poçt vasitəsilə göndərilir. "xxxx" QSC tərəfindən İsmayıllı rayon prokurorluğunun sorğusuna verilmiş 09 iyun 2020-ci il tarixli 296 nömrəli cavab məktubundan görünür ki, “Azəriqaz” İB ilə "xxxx" QSC arasında imzalanmış 27 iyul 2016-cı il tarixli SOCAR **********00111777X0005 nömrəli “Görülən işlərin təsnifatı üzrə razılaşma protokolu” na əsasən yeraltı, yerüstü orta və aşağı təzyiqli qaz kəmərlərinə, texnoloji quyulara, qaz tənzimləyici qurğulara və qaz siyirtmələrinə aparılan texniki baxış zamanı aşkar edilən PPM, LEL və VOL səviyyəli qaz sızmalarını özündə əks etdirən texniki baxış raportları şifahi razılaşma əsasında ərazi üzrə aidiyyəti X18 İdarələrinin və Xidmət Sahələrinin əlaqəli əməkdaşlarının (təmir bərpa və s.) elektron poçt ünvanlarına elektron poçt vasitəsilə göndərilir. İsmayıllı rayon prokurorluğunun 28 sentyabr 2020-ci il tarixli “Mütəxəssis təyin edilməsi haqqında” qərarı üzrə təyin edilmiş kompyuter proqramları üzrə mütəxəss X16 tərəfindən verilmiş 07 oktyabr 2020-ci il tarixli mütəхəsis rəyindən görünür ki, Microsoft Outlook E-poçt proqramında ünvana daxil olan elektron məktubun, həmçinin bu məktuba qoşulu olan pdf və ya şəkil formatında əlavə olunmuş sənədin öz-özünə silinməsi mümkün deyil. Müstəntiqin 8 may 2020-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə məhkəmə- təhlükəsizlik texnikası ekspertizası təyin edilmiş və ekspertizanın qarşısında həll edilməsi üçün aşağıdakı suallar qoyulmuşdur: 1) Baş vermiş hadisənin səbəbi nə olmuşdur? 2)Baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası qaydaları pozulmuşdurmu, əgər pozulmuşdursa bunlar nədən ibarətdir? 3) Baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası üzrə normativ aktların tələbləri pozulmuşdurmu, əgər pozulmuşdursa bunlar nədən ibarətdir? 4) Baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası qaydaları və təhlükəsizlik texnikası üzrə normativ aktların tələbləri pozulmuşdurmu, əgər pozulmuşdursa kim(lər) tərəfindən pozulmuşdur? Məhkəmə təhlükəsizlik-texnikası ekspertizasının 14 iyul 2020-ci il tarixli 10/1933 nömrəli rəyindən görünür ki, ekspertiza qarşısına qoyulmuş birinci sual üzrə - İsmayıllı rayonu Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evində baş vermiş partlayış hadisəsinin səbəbi, küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq evin kürsü (yarızirzəmi) hissəsinə, oradan da evin otağına dolması və partlayış konsentrasiyası həddinə çatan həmin hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin (hətta aşağı kaloriyalı alışdırıcının) təsirindən alışması olmuşdur. İkinci, üçüncü və dördüncü suallar üzrə - baş vermiş hadisə ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın 3.1.3, 3.1.6-cı bəndlərinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30, 9.31, 1.12ci bəndlərinin, “Ağsu X18 İdarəsinin (Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Ucar, Göyçay, Kürdəmir rayonları üzrə) Kargüzarlıq və inzibati təsərrüfat xidməti texnikinin vəzifə təlimatı”nın 3-cü və 5-ci bəndlərinin, "xxxx" QSC-nin X10 rəhbərinin vəzifə təlimatının 1-ci və 2-ci bəndlərinin, "xxxx" QSC-nin “Xətt baxıcısının (xarici yerüstü qaz kəmərlərinə texniki baxış qrupu) vəzifə təlimatının 2-ci bəndinin və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”nda olan “Müəssisə direktorunun əmək funksiyası”nın tələbləri pozulmuşdur. Marşrut sxemi üzrə təhkim edilmiş yerüstü qaz kəmərləri və onların üzərində olan qurğulara dövrü texniki baxışın keyfiyyətlə (yəni 9.30 bəndində qeyd olunan həcmdə) həyata keçirilməsini, yəni yeraltı qaz kəmərləri xətlərini nəzərdən keçirməklə yoxlayan zaman qaz kəmərlərindəki qurğuların saz olması, həmçinin qaz quyularında və qaz kəmərindən hər iki tərəfə 15 metrdən məsafədə yerləşən binaların zirzəmilərində qazın olub-olmamasının yoxlanılmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 2-ci bəndinin və «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 9.30 bəndinin tələbləri, hadisə baş vermiş əraziyə təhkim edilmiş "xxxx" QSC-nin xətt baxıcısı tərəfindən pozulmuşdur. Keçirilən texniki baxış zamanı qaz xəttində sızma aşkar edilməsinə baxmayaraq, bu barədə Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinin QDX-ni xəbərdar etmədiyinə görə, vəzifə təlimatının 1-ci, 2-ci bəndlərinin və «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 9.31 bəndinin tələbləri "xxxx" QSC-nin Regional mərkəzin rəhbəri tərəfindən pozulmuşdur. Müəssisənin ümumi fəaliyyətini istiqamətləndirməklə struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil etmədiyinə, yəni 13 sentyabr 2019-cu il tarixli İsmayıllı rayonunun Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxış zamanı aşkar olunmuş sızmanın aradan qaldırılması üçün dərhal təmir-profilaktika işləri yerinə yetirilməklə şəbəkənin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təşkil etmədiyinə görə, «Qazdan istifadə qaydaları»nın 3.1.3 və 3.1.6 bəndlərinin və «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 1.12 bəndinin tələbləri Ağsu X18 idarəsinin rəisi tərəfindən pozulmuşdur. 13 sentyabr 2019-cu il tarixli İsmayıllı rayonunun Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxış zamanı aşkar olunmuş qaz sızması barədə məlumatın aidiyyəti üzrə struktur bölmələrinə çatdırılmasını təmin etmədiyinə görə, X24 İstismar İdarəsinin (Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Ucar, Göyçay, Kürdəmir rayonları üzrə) Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin texniki tərəfindən vəzifə təlimatı”nın 3-cü və 5-ci bəndlərinin tələbləri pozulmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 180 (bir yüz səksən) manat təşkil edir. Müstəntiqin 1 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə təkrar komisyon məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilmiş və ekspertizanın qarşısında həll edilməsi üçün aşağıdakı suallar qoyulmuşdur: 1) Baş vermiş hadisənin səbəbi nə olmuşdur? 2)Baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası qaydaları pozulmuşdurmu, əgər pozulmuşdursa bunlar nədən ibarətdir? 3) Baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası üzrə normativ aktların tələbləri pozulmuşdurmu, əgər pozulmuşdursa bunlar nədən ibarətdir? 4) Baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası qaydaları və təhlükəsizlik texnikası üzrə normativ aktların tələbləri pozulmuşdurmu, əgər pozulmuşdursa kim(lər) tərəfindən pozulmuşdur? 5) "xxxx" QSC-nin X10 xətt baxıcısı tərəfindən Zərərçəkmiş şəxs1 məxsus evin zirzəmisində qaz sızmasının olub-olmamasının yoxlanılmamasına "xxxx" QSC-nin X10 mühəndisi tərəfindən nəzarət edilməməsinin baş vermiş hadisə ilə səbəbli əlaqəsi olmuşdurmu, əgər olmuşdursa mühəndis tərəfindən təhlükəsizlik texnikası üzrə normativ aktların hansı tələbləri pozulmuşdur? 6) "xxxx" QSC-nin X10 rəhbərinə Zərərçəkmiş şəxs1 məxsus evin zirzəmisində qaz sızmasının olub-olmamasının yoxlanılmasına dair raport gəlmədiyi halda, sonuncu tərəfindən vəzifə təlimatının 1-ci, 2-ci bəndlərinin və «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 9.31 bəndinin tələbləri pozulmuşdurmu? 7) 13 sentyabr 2019-cu il tarixli İsmayıllı rayonunun Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxış raportunun Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinin KİXT üzrə texniki tərəfindən İsmayıllı xidmət sahəsinin Təmir-bərpa xidmətinə göndərilməməsi ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmuşdurmu? 8) 13 sentyabr 2019-cu il tarixli İsmayıllı rayonunun Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxış raportunun Ağsu RQİİ-nin rəisi tərəfindən İsmayıllı xidmət sahəsinin Təmir-bərpa xidmətinə göndərilməməsi ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmuşdurmu? 9) Baş vermiş hadisə ilə əlaqədar Ağsu RQİİ-nin rəisi tərəfindən «Qazdan istifadə qaydaları»nın 3.1.3 və 3.1.6 bəndlərinin və «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 1.12 bəndinin tələbləri pozulmuşdurmu? 10) İsmayıllı rayonunun Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısında olan torpağın (asfalt yolunun) altı ilə çəkilmiş 13 sentyabr 2019-cu il tarixdə 1000 PPM həddində qaz sızması aşkar edilmiş diametri 76 mm ölçüdə təşkil edən polad materialdan olan qaz borusu yeraltı qaz xəttidirmi? 11) Qüvvədə olan normativ sənədlərdə qaz sızmalarının PPM, LEL və VOL səviyyədə olması nəzərdə tutulmuşdurmu, müsbət halda hansı səviyyəli qaz sızmalarının aradan qaldırılmaması təhlükəsizlik texnikası üzrə normativ aktların (konkret olaraq hansı normanın və ya normaların) tələblərinin pozulması hesab edilir? Təkrar komisyon məhkəmə təhlükəsizlik-texnikası ekspertizasının 21 sentyabr 2020-ci il tarixli 10/2286 nömrəli rəyindən görünür ki, həmin ekspertizanın təyin edilməsinə dair qərarın birinci, ikinci, üçüncü, dördüncü və doqquzuncu sualları üzrə: Zərərçəkmiş şəxs1 məxsus yaşayış evində baş vermiş partlayış hadisəsinin səbəbi, küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq evin kürsü(yarızirzəmi) hissəsinə, oradan da evin otağına dolması və partlayış konsentrasiyası həddinə çatan həmin hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin (hətta aşağı kaloriyalı alışdırıcının) təsirindən alışması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar: Qazdan istifadə qaydalarının 3.1.3, 3.1.6 bəndlərinin ”Qaz təsərrüfatında təlükəsizlik qaydalarının” 9.30, 9.31, 1.12, 1.19 bəndlərinin; “Azəriqaz” İB-nin Ağsu X18 İdarəsinin Əsəsnaməsinin 2.2-ci bəndinin, “Ağsu X18 İdarəsinin ( Ağsu, İsmayıllı, Şamaxı, Qobustan,Ucar, Göyçay, Kürdəmir rayonları üzrə) Kargüzarlıq və inzibati təsərrüfat xidməti texnikinin vəzifə təlimatı”nın 3-cü, 5-ci bəndlərinin; "xxxx" QSC-nin Regional mərkəzin rəhbərinin vəzifə təlimatının 1-ci, 2-ci, bəndlərinin; “Təmiz Qaz“ QSC-nin “Xətt baxıcısı (xarici yerüstü qaz kəmərlərinə texniki baxış qrupu)”-nın vəzifə təlimatının 2-ci bəndinin və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası“nda olan “Müəssisə direktorunun əmək funksiyası”nın tələbləri pozulmuşdur. Marşrut sxemi üzrə təhkim edilmiş yerüstü qaz kəmərləri və onların üzərində olan qurğulara dövrü texniki baxışın keyfiyyətlə ( yəni 9.30 bəndində qeyd olunan həcmdə) həyata keçirilməsini, yəni yeraltı qaz kəmərləri xətlərini nəzərdən keçirməklə yoxlayan zaman qaz kəmərlərindəki qurğuların saz olması, həmçinin qaz quyularında və qaz kəmərindən hər iki tərəfə 15 metrdən məsafədə yerləşən binaların zirzəmilərində qazın olub-olmamasının yoxlanılmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 2-ci bəndinin və “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” nın 9.30 bəndinin tələbləri, hadisə baş vermiş əraziyə təhkim edilmiş "xxxx" QSC-nin xətt baxıcısı tərəfindən pozulmuşdur. Keçirilən texniki baxış zamanı qaz xəttində sızma aşkar edilməsinə baxmayaraq, bu barədə Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinin QDX-ni xəbərdar etmədiyinə, yerüstü qaz kəmərləri və onların üzərində olan qurğulara dövrü texkini baxışın keyfiyyətlə (yəni 9.30 bəndində qeyd olunan həcmdə) həyata keçirilməsini təşkil etmədiyinə görə, vəzifə təlimatının 1-ci, 2-ci bəndlərinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” nın 9.30, 9.31 bəndlərinin tələbləri və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”nda olan “Müəssisə direktorunun əmək funksiyası”nın tələbləri "xxxx" QSC-nin Regional mərkəzin rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən pozulmuşdur. Müəssisənin ümumi fəaliyyətini istiqamətləndirməklə struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil etmədiyinə, yəni 13 sentyabr 2019cu il tarixli İsmayıllı rayonunun Quşencə kəndində yerüstü qaz kəmərlərinə texniki baxış zamanı aşkar olunmuş sızmanın aradan qaldırılması üçün dərhal təmir-profilaktika işləri yerinə yetirməklə şəbəkənin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təşkil etmədiyinə görə, “Qazdan istifadə qaydaları” nın 3.1.3, 3.1.6 bəndlərinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” nın 1.12, 1.19 bəndlərinin, “Azəriqaz” İB-nin Ağsu X18 İdarəsinin Əsəsnaməsinin 2.2-ci bəndinin və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”nda olan “Müəssisə direktorunun əmək funksiyası”nın tələbləri Ağsu X18 idarəsinin rəisi tərəfindən pozulmuşdur. 13 sentyabr 2019-cu il tarixli İsmayıllı rayonunun Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxış zamanı aşkar olunmuş qaz sızması barədə məlumatın aidiyyəti üzrə struktur bölmələrinə çatdırılmasını təmin etmədiyinə görə, X24 istismar İdarəsinin ( Ağsu, İsmayıllı, Şamaxı, Qobustan,Ucar, Göyçay, Kürdəmir rayonları üzrə) Kargüzarlıq və inzibati təsərrüfat xidməti texnikinin vəzifə təlimatı”nın 3-cü və 5-ci bəndlərinin tələbləri pozulmuşdur. Qərarın beşinci, altıncı, yeddinci və səkkizinci sualları üzrə: İstintaq tərəfindən mühəndisin "xxxx" QSC-nin X10 xətt baxıcısının işinə nəzarət edilməməsi müəyyən edildiyi halda, "xxxx" QSC-nin direktoru Nurşən Alıyev tərəfindən təsdiq edilmiş mühəndisin vəzifə təlimatının 2-ci bəndinin tələbləri "xxxx" QSC-nin X10 mühəndisi tərəfindən pozulmuşdur. 13 sentyabr 2019-cu il tarixdə İsmayıllı rayonunun Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin divarından yola doğru 20 sm məsafədə yeraltı qaz xəttində 1000 PPM həddində qaz sızması müəyyən edilib raporta qeyd edilmiş, qeyd edilən raport excel formasında pdf edilərək "xxxx" QSC-nin X10 mühəndisi Şahid2 tərəfindən "xxxx" QSC-nin X10 rəhbəri Şahid4 istifadəsində olan mailə göndərilmişdir. 13 sentyabr 2019-cu il tarixli İsmayıllı rayonunun Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxış rapotunun Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinin KİXT üzrə texniki tərəfindən İsmayıllı xidmət sahəsinin Təmir-bərpa xidmətinə göndərilibgöndərilməməsi, qeyd edilən raportun Ağsu RQİİ-nin rəisi tərəfindən İsmayıllı xidmət sahəsinin Təmir-bərpa xidmətinə göndərilib-göndərilməməsi ilə baş vermiş hadisə arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi hüquqi xarakter daşımaqla ekspert səlahiyyətlərindən xaricdir. Bu növ suallar məhkəmə ekspertizasının rəyi ilə bərabər digər sübut növlərinin nəzərə alınması ilə istintaq tərəfindən müəyyən edilə bilər. Qərarın onuncu və on birinci sualları üzrə: Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 2.49 bəndinin tələblərinə görə, İsmayıllı rayonunun Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısında olan torpağın(asfalt yolunun) altı ilə çəkilmiş 13 sentyabr 2019-cu il tarixdə 1000 PPM həddində qaz sızması aşkar edilmiş diametri 76 mm olan polad qaz borusu yerüstü qaz xəttinin yeraltı keçid hissəsidir. Qaz təsərrüfatında təhlükəsizlik qaydalarında qaz sızmalarının PPM, LEL və VOL səviyyədə olması nəzərdə tutulmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli 4 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, İsmayıllı rayonu Quşencə kəndində yerləşən və Zərərçəkmiş şəxs1 tərəfindən tikilmiş birmərtəbəli (kürsülü) fərdi yaşayış evinin qaz sızması səbəbindən partlayaraq uçulması nəticəsində dəymiş ziyan 15364 (on beş üç yüz altmış dörd) manat müəyyən edilmişdir. Müstəntiqin 17 avqust 2020-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə kompleks məhkəmə-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın qarşısında həll edilməsi üçün aşağıdakı suallar qoyulmuşdur:
1. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi yararsız vəziyyətə düşmüş 5 ədəd stol- 2018-ci ildə “Embapanel” materialından hazırlanmış, eni 90x180 sm ölçüdə, hər biri təxminən 230 manat qiymətində, cəmi 1150 manat, yararsız vəziyyətə düşmüş 8 ədəd stul-fıstıq ağacı materialından 1993-cü ildə alınmış, yararsız vəziyyətə düşmüş “Krosnadar” deyilən 1 ədəd stul, 1993-cü ildə yoldaşının cehiz kimi gətirdiyi, materialını və ölçüsünü bilmədiyi mebel dəsti, 2008-ci ildə 100 manata alınmış qismən yararsız vəziyyətə düşmüş “Orvica” markalı televizor, 2012-ci ildə 998 manat qiymətə alınmış, qismən yararsız vəziyyətə düşmüş “TOSHİBA GR-RG 51 UTC” markalı soyuducu, ümumi dəyəri 2000 manat olan məişətdə istifadə olunan qab-qacaq, yararsız vəziyyətə düşmüş yoldaşının 1993-cü ildə cehiz kimi gətirdiyi, “Gəncə” zavod istehsallı, ölçüsü 3x2 metr olan 1 ədəd xalça, yoldaşının cehiz kimi gətirdiyi, xarici zavod istehsallı, 4x3,5 metr ölçüdə 2 ədəd xalça, dünyasını dəyişmiş xalasından qalma əl ilə toxunma, ölçüsü 3x2 metr ölçüdə 1 ədəd xalça, dünyasını dəyişmiş xalasından qalma zavod üsulu ilə hazırlanmış 3x2 metr ölçüdə 1 ədəd xalça, 1990-cı ildən əvvəl alınmış, ölçüsü 1,9x1,8 metr ölçüdə, kənar hissələri taxta materialdan, yatacaq hissəsi dəmir-setka materialdan olan yararsız vəziyyətə düşmüş 3 ədəd çarpayı, 1993-cü ildə yoldaşının cehiz gətirdiyi, yararsız vəziyyətə düşmüş 2 ədəd kreslo, “Philips” markalı, 2010-cu ildə alınmış qiymətini unutduğu DVD aparatı, dəmir materialdan olan, kustar üsulla hazırlanmış, 25x30x80 sm ölçüdə qaz sobası, Zərərçəkmiş şəxs3 hadisə yerinə baxış zamanı digər əşyalar dediyi, evdə olan 2013-cü ildə 250 manata alınmış “LG” və 70 manata 2015-ci ildə alınmış “Texnaluks” markalı tozsoran, 2016-cı ildə 150 manata alınmış, markasını unutduğu “Krosna” aparatı, “Kazan” markalı, 2005-ci ildə köhnə 250000 manata aldığı, yararsız vəziyyətə düşmüş 1 ədəd qarmon, 2008-ci ildə xüsusi hazırlanaraq 2000 manata başa gəlmiş yararsız vəziyyətə düşmüş 1 ədəd qarmon, 2000-2500 manat civarında yararsız vəziyyətə düşmüş pal-paltarın 1 mart 2020-ci il tarixə görə orta bazar qiymətləri ümumilikdə nə qədər təşkil edir?
2. Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış 18 iyun 2020-ci il tarixli, 4 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyində göstərilən İsmayıllı rayonunun Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs1 şəxsi mülkiyyətində onun öz vəsaiti hesabına tikilmiş olan birmərtəbəli (kürsülü) fərdi yaşayış evinə hesablanmış 15364 (on beş üç yüz altmış dörd) manat ziyan 1 mart 2020-ci il tarixə görə orta bazar qiymətlərinə uyğundurmu, əgər uyğun deyilsə, uyğunsuzluq nə qədər olmuşdur? Məhkəmə tikinti-teхniki ekspertizasının 21 sentyabr 2020-ci il tarixli 10/2070 nömrəli rəyindən görünür ki, İsmayıllı rayonu Quşencə kəndində mövcud olmuş Zərərçəkmiş şəxs1 məхsus fərdi yaşayış evinə baş vermiş partlayış nəticəsində dəymiş ziyanla əlaqədar Azərbaycan Respublikası "xxxx" MMC-nin mütəхəsisləri tərəfindən hesablanmış 15364 manat məbləğində ziyanın əsasən 1 mart 2020-ci il tariхə görə orta bazar qiymətlərinə uyğun olduğu müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 sentyabr 2020-ci il tarixli 9/3110 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mağazalarda, eləcə də köhnə işlənmiş məişət ev əşyalarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, istintaq tərəfindən tədqiq edilən tədqiqat obyektlərinin zərərçəkmişin ifadəsində göstərilən vəziyyətdə olduğu halda, 1 mart 2020-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur: 5 ədəd 2018-ci ildə Embapanel meterialından hazırlanmış, eni 90x180 sm ölçüdə, yararsız vəziyyətə düşmüş stol 800,00 manat, 1 ədəd Zərərçəkmiş şəxs2 məxsus (1993-cü ildə cehiz kimi gətirdiyi) Gəncə zavod istehsalı, ölçüsu 3x2 metr olan yararsız vəziyyətə düşmüş xalça 50,00 manat, 3 ədəd 1990-cı ildən əvvəl alınmış, ölçüsü 1,9x1,8 metr ölçüdə, kənar hissələri taxta materialdan, yatacaq hssəsi dəmir-setka materialdan olan yararsız vəziyyətə düşmüş çarpayı 150,00 manat, Philips markalı, 2010-cu ildə alınmış DVD aparatı 30,00 manat, 2016-cı ildə alınmış, markasını unutduğu Krosna aparatı 80,00 manat, 1 ədəd Kazan markalı, 2005-ci ildə aldığı, yararsız vəziyyətə düşmüş qarmon 100,00 manat. Həmin rəydə ekspert qeyd edir ki, tədqiqata təqdim edilməyən, qərarın təsviri hissəsində göstərilən, lakin qimətləndirilməyən 2008-ci ildə alınmış qismən yararsız vəziyyətə düşmüş Orvica markalı televizor, 2012-ci ildə alınmış, qismən yararsız vəziyyətə düşmüş TOSHİBA GR-RG 51 UTC markalı soyuducu, 1993-cü ildə alınmış 8 ədəd yarasız vəziyyətə düşmüş fıstıq ağacı materialından stullar, 1ədəd yararsız vəziyyətə düşmüş Krosnadar deyilən stul, 1993-cü ildə Zərərçəkmiş şəxs2 məxsus (1993-cü ildə cehiz kimi gətirdiyi) materialını və ölçüsünü bilmədiyi mebel dəsti, ümumi dəyəri 2000 manat olan məişətdə istifadə olunan qab-qacaq, 2 ədəd xarici fabrik istehsalı, 4x3,5 metr ölçüdə xalça, 1 ədəd əl ilə toxunma, ölçüsü 3x2 metr ölçüdə xalça, 1 ədəd zavod üsulu ilə hazırlanmış 3x2 metr ölçüdə xalça, 2 ədəd 1993-cü ildə yarasız vəziyyətə düşmüş kreslo, dəmir materialdan olan, kustar üsulla hazırlanmış, 25x30x80 sm ölçüdə qaz sobası, evdə olan 2013-cü ildə alınmış LG və 2015-ci ildə alınmış Texnaluks markalı tozsoran, 1 ədəd 2008-ci ildə xüsusi hazırlanaraq yararsız vəziyyətə düşmüş qarmon, yararsız vəziyyətə düşmüş pal-paltar faktiki ekspert baxışı keçirilmədən, onların konkret olaraq markasını, modelini, əmtəə görünüşünü, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumat olmadığından tədqiqat və qiymətləndirmə aparılmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) təşkil edir. Göstərilən əmlakın dəyərinin müəyyən edilməsi məqsədi ilə həmin əmlakın 01 mart 2020-ci ilə olan bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə müstəntiq tərəfindən 22 sentyabr 2020-ci il tarixdə «Şahdağ» firmasına sorğu göndərilmişdir. «Şahdağ» firmasından daхil olmuş 23 sentyabr 2020-ci il tarixli 436 nömrəli məktubdan görünür ki, sorğuda qeyd edilən əşyaların (məhkəmə əmtəəşünaslıq ekspertizasının qiymətləndirə bilmədiyi) 1 mart 2020-ci il tarixə orta bazar qiymətləri aşağıdakı kimi olmuşdur: 2008-c ildə alınmış qismən yararsız vəziyyətə düşmüş 1 ədəd Orvica markalı televizor-30 manat, 2012-ci ildə alınmış, qismən yararsız vəziyyətə düşmüş 1 ədəd TOSHİBA GR-RG 51 UTC markalı soyuducu- 400 manat, 1993-cü ildə alınmış yararsız vəziyyətə düşmüş fıstıq ağacı materialından 8 ədəd stul- 60 manat, 1 ədəd yarasız vəziyyətə düşmüş Krosnadar deylən stul-10 manat, 1993-cü ildə Zərərçəkmiş şəxs2 cehiz kimi gətirdiyi, materialını və ölçüsünü bilmədiyi mebel dəsti-200 manat, 2 ədəd 1993-cü ildə Zərərçəkmiş şəxs2 cehiz kimi gətirdiyi, xarici zavod istehsallı 4x3,5 metr ölçüdə xalça- 100 manat, 1 ədəd Zərərçəkmiş şəxs1 mərhum xalasından qalma əl ilə toxunma, ölçüsü 3x2 metr ölçüdə xalça- 100 manat, 1 ədəd Zərərçəkmiş şəxs1 mərhum xalasından qalma zavod üsulu ilə hazırlanmış 3x2 metr ölçüdə xalça- 50 manat, 2 ədəd 1993-cü ildə Zərərçəkmiş şəxs2 cehiz kimi gətirdiyi, yarasız vəziyyətə düşmüş 2 ədəd kreslo- 70 manat, Dəmir materialdan olan, kustar üsulla hazırlanmış, 25x30x80 sm ölçüdə qaz sobası- 20 manat, 2013-cü ildə alınmış LG və 2015-ci ildə alınmış Texnaluks markalı tozsoranlar- 200 manat məbləğində qiymətləndirilmişdir. 1 ədəd 2008-ci ildə xüsusi hazırlanaraq yararsız vəziyyətə düşmüş 1 ədəd qarmonun, ümumi dəyəri 2000 manat olan məişətdə istifadə olunan qab-qacağın və ümumi dəyəri 2000 manta olan yararsız vəziyyətə düşmüş pal-paltarın konkret dəyərini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxsin vəsatəti əsasında İsmayıllı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 1(037)-3/2021 nömrəli qərarı ilə əlavə kompleks məhkəmə təhlükəsizliktexnikası ekspertizası təyin edilmiş və ekspertizanın qarşısında həll edilməsi üçün aşağıdakı suallar qoyulmuşdur: 1). 01 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus yaşayış binasında baş vermiş partlayışa səbəb olmuş qaz sızması ilə bağlı “PDF” formasına salınmış “excel cədvəl” şəklində məlumatlar 13 sentyabr 2019-cu il tarixdə “Hafis.Ağayev@təmizqaz.az” elektron poçt ünvanından “NamiqN.MElektron ünvan 1” elektron poçt ünvanına göndərilmişdirmi ? 2).Əgər göndərilmişdirsə, həmin “PDF” formasına salınmış “excel cədvəl” şəklində məlumatlar “NamiqN.MElektron ünvan 1” elektron poçt ünvanı tərəfindən hər hansısa bir formada təsdiq edilmişdirmi? 3). 01 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus yaşayış binasında baş vermiş partlayışa səbəb olmuş qaz sızması ilə bağlı “Hafis.Ağayev@təmizqaz.az” elektron poçt ünvanından “NamiqN.MElektron ünvan 1” elektron poçt ünvanına göndərilmiş məlumatların yoxlanılmamasına görə “Azəriqaz” İB-nin Ağsu X18 İdarəsinin rəisi tərəfindən “Qazdan İstifadə qaydalarının”, “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının”, “Azəriqaz” İB-nin Ağsu X18 İdarəsinin Əsasnaməsinin və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”nda olan “Müəssisə direktorunun əmək funksiyası”nın tələbləri pozulmuşdurmu? 4). 01 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus yaşayış binasında baş vermiş partlayışa səbəb olmuş qaz sızması ilə bağlı "xxxx" QSC tərəfindən “Azəriqaz” İBnin Ağsu X18 İdarəsinin rəisi Təqsirləndirilən şəxs "xxxx" QSC və “Azəriqaz” İB arasında olan 27 iyul 2016-cı il tarixli satınalma müqaviləsinə uyğun olaraq rəsmi qaydada məlumatlandırılmışdırmı? 5). Vəzifə təlimatına əsasən Təqsirləndirilən şəxs qaz sızmasının aşkarlandığı 13 sentyabr 2019-cu il tarixdən hadisənin baş verdiyi 01 mart 2020-ci il tarixədək olan müddət ərzində tədbirlər görməli idimi? Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2021-ci il tarixli 10/901 nömrəli mühəndis-texniki ekspertizasının rəyindən müəyyən olunur ki, ekspertiza qarşısına qoyulmuş birinci və ikinci suallarında göstərilən məsələlərin həlli üçün xüsusi bilik tələb olunmur və suallarda göstərilənlər məhkəmə tərəfindən müəyyən edilə bilər. Qərarın üçüncü sualı üzrə: Təqdim edilmiş iş materiallarında olan “Azəriqaz” İB-nin Ağsu X18 İdarəsinin Əsasnaməsində, eləcə də “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”nda olan “Müəssisə direktorunun əmək funksiyası”nın, “Qazdan İstifadə qaydaları” nın , “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” nın tələblərində elektron poçt ünvanına göndərilmiş məlumatların yoxlanılmasına dair hər hansısa bir tələb yoxdur. Qərarın dördüncü sualı üzrə: "xxxx" QSC və “Azəriqaz” İB arasında olan 27 iyul 2016-cı il tarixli satınalma müqaviləsinin 7.1-ci bəndinin tələblərinə əsasən müqavilə üzrə sənədləşdirmənin ( o cümlədən xəbərdarlıq, bildiriş və sair) yazılı şəkildə aparılmasının göstərilməsinə baxmayaraq Azəriqaz” İB-nin 27 avqust 2020-ci il tarixli və "xxxx" QSC-nin 09 aprel 2020ci il tarixli məktublarında qaz sızmalarını özündə əks etdirən texniki baxış raportlarının excel cədvəl formasında “Azəriqaz” İB-yə və Ağsu RQİİ-yə elektron poçt vasitəsilə göndərildiyi göstərilmişdir. Odur ki, qaz sızması ilə bağlı "xxxx" QSC tərəfindən “Azəriqaz” İB-nin Ağsu X18 İdarəsinin rəisi Təqsirləndirilən şəxs "xxxx" QSC və “Azəriqaz” İB arasında olan 27 iyul 2016-cı il tarixli satınalma müqaviləsinə uyğun olaraq rəsmi qaydada məlumatlandırılması məsələsinə məhkəmə tərəfindən qiymət verilə bilər. Qərarın beşinci sualı üzrə: “Azəriqaz” İB-nin Ağsu X18 İdarəsinin rəisi Təqsirləndirilən şəxs vəzifə təlimatı iş materiallarına əlavə edilmədiyinə görə bu sual üzrə tədqiqat aparılmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ekspertiza rəyi ilə razılaşmamış və öz vəzifə təlimatını, müqayisəli tədqiqat aparılması üçün əlavə olaraq “Azəriqaz” İB-nin Ağsu RQİİ-nin kargüzarlıq və inzibati təsərrüfat xidməti texnikinin vəzifə təlimatını məhkəməyə təqdim etmiş və vəsatət verərək bildirmişdir ki, cinayət işi üzrə ibtidai istinaq zamanı iki məhkəmə təhlükəsizlik-texnikası ekspertizası keçirilmiş və 14 iyul 2020-ci il tarixli və 21 sentyabr 2020-ci il tarixli ekspert rəylərindən müəyyən olunmuşdur ki, baş vermiş hadisə ilə əlaqədar "xxxx" QSC-nin xətt baxıcısı tərəfindən, "xxxx" QSC-nin Regional mərkəzinin rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən, Ağsu X18 idarəsinin rəisi tərəfindən, Ağsu X18 idarəsinin Kargüzarlıq və İnzibati təsərrüfat xidməti texniki tərəfindən müvafiq vəzifə təlimatları pozulmuşdur. Lakin istintaq orqanı qərəzli yanaşaraq cinayət işi üzrə sübutların qiymətləndirilməsi qərarında məhz Ağsu X18 İdarəsinin rəisinə ittiham elan etmiş, digər şəxslərin – Şahid1, X7, Şahid4, Şahid3 və Şahid5 işdə yol verdikləri nöqsanlarla bağlı intizam qaydasında tədbirlərinin görülməsi üçün "xxxx" QSC və “Azəriqaz” İB-nə göndərilməsi qərara alınmışdır. Hesab edir ki, onun əməlində cinayət tərkibi yoxdur, istintaq orqanı ona ittiham elan etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Həmçinin istintaq orqanı geniş ibtidai araşdırma aparmamış, zəruri ekspert rəylərini almamış ona ittiham elan etmişdir. Belə ki, qaz sızmalarının aşkar olunması və s. işlərlə bağlı "xxxx" QSC və “Azəriqaz” İB arasında 27 iyul 2016-cı il tarixli satınalma müqaviləsi bağlanılmışdır. Həmin müqavilə cinayət işinin materiallarına əlavə edilmişdir. Bu müqavilənin 2.2-ci bəndinə əsasən icraçı, yəni "xxxx" QSC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan xidmətlərin yerinə yetirilməsi öhdəsinə götürürür və aşkar olunan qaz sızmalarının yerini və dərəcəsini qeydə alır və gündəlik məlumatları hesabat formasında təsdiq edərək Sifarişçiyə ötürür. 7.1-ci bəndində əsasən müqavilə üzrə sənədləşdirmə yazılı şəkildə aparılır. Qəbul edən tərəf sənədlərin alınmasını təsdiqləməlidir. Müavilədən göründüyü kimi, tərəflər arasında sənədləşmə yazılı aparılmalıdır, bundan başqa qəbul edən tərəf sənədlərin alınmasını təsdiqləməlidir. Lakin cinayət işinin materiallarından görünür ki, həmin hadisəyə səbəb olan qaz sızması ilə bağlı məlumatlar yazılı şəkildə verilməmişdir. Həmçinin istintaq orqanı qaz sızması ilə bağlı məlumatların göndərildiyi nəticəsinə gəlsə də, məlumatların “Azəriqaz” İB tərəfindən təsdiqlənməsi məsələsinə ümumiyyətlə qiymət verməmiş, heç bir araşdırma aparmamışdır. Halbuki, həmin gün yəni, 13.09.2019-cu il tarixdə "xxxx" QSC tərəfindən “Azəriqaz” İB-nə “Vol” səviyyəli qaz sızmaları barədə rəsmi məlumat verilmiş,digər qaz sızmaları barədə “PPM və LEL” barədə isə məlumat verilməmişdir. Bunun səbəbi “Vol” səviyyəli qaz sızmasının daha təhlükəli olması olmuşdur. Göründüyü kimi "xxxx" QSC qaz sızmaları ilə bağlı məlumatları "xxxx" QSC və “Azəriqaz” İB arasında olan müqavilələrə uyğun şəkildə “Azəriqaz” İB-nə təqdim etməmişdir. Onun vəzifə təlimatı işə əlavə edilmədiyindən iş üzrə keçirilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli 10/901 nömrəli ekspertiza rəyində ekspertiza qarşısına qoyulmuş əsas sual olan “onun vəzifə təlimatına əsasən qaz sızmasının aşkarlandığı 13 sentyabr 2019-cu il tarixdən hadisənin baş verdiyi 01 mart 2020-ci il tarixədək olan müddət ərzində tərəfindən tədbirlər görməli idimi?” sualı üzrə tədqiqat aparılmamışdır. Ona görə də iş üzrə əlavə məhkəmə təhlükəsizlik-texnikası ekspertizasının təyin edilməsini və ekspert qarşısına ““Azəriqaz” İB-nin Ağsu X18 İdarəsinin Kargüzarlıq və İnzibati Təsərrüfat Xidməti Texnikinin vəzifə təlimatına uyğun olaraq "xxxx" QSC-nin X19 tərəfindən elektron poçtla göndərildiyi bildirilən raportun içraçıya göndərilməsi bilavasitə kimin vəzifələrinə daxildir və icrasına kim nəzarət etməli idi?” sualının qoyulmasını xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə məhkəməyə vəsatət verərək baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş şəxslərə vurulmuş ziyanın iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilmiş 23814 manat olması ilə razılaşmadığını bildirmiş və partlayış zamanı məhv olmuş ev əşyaları, məişət avadanlıqları da nəzərə alınmaqla yenidən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin nümayəndəsinin vəsatətləri əsasında İsmayıllı Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 1(037)-3/2021 nömrəli qərarı ilə cinayət işi üzrə əlavə məhkəmə təhlükəsizlik-texnikası ekspertizası və təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Əlavə məhkəmə təhlükəsizliktexnikası ekspertizası qarşısına həll edilməsi üçün aşağıdakı suallar qoyulmuşdur:
1. Vəzifə təlimatına əsasən Təqsirləndirilən şəxs qaz sızmasının aşkarlandığı 13 sentyabr 2019-cu il tarixdən hadisənin baş verdiyi 01 mart 2020-ci il tarixədək olan müddət ərzində tədbirlər görməli idimi ?
2. “Azəriqaz” İB-nin Ağsu RQİİ-nin rəisinin və “Azəriqaz” İB-nin Ağsu RQİİ-nin kargüzarlıq və inzibati təsərrüfat xidməti texnikinin vəzifə təlimatları üzrə müqqayisəli tədqiqat aparılmaqa “Azəriqaz” İB-nin Ağsu X18 İdarəsinin Kargüzarlıq və İnzibati Təsərrüfat Xidməti Texnikinin vəzifə təlimatına uyğun olaraq "xxxx" QSC-nin X19 tərəfindən elektron poçtla göndərildiyi bildirilən raportun içraçıya göndərilməsi bilavasitə kimin vəzifələrinə daxildir və icrasına kim nəzarət etməli idi? Təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının qarşısında həll edilməsi üçün aşağıdakı sual qoyulmuşdur. 01 mart 2020-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 məxsus yaşayış binasında baş vermiş partlayış nəticəsində evin tamamilə dağılması və ev əşyalarının, məişət avadanlıqlarının məhv olması nəticəsində (həmin əmlaklar iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilmişdir) hazırki real bazar qiymətləri ilə dəyəri müəyyən olunmaqla zərərçəkmişlərə dəymi ziyanın həcmi nə qədərdir? Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2021-ci il tarixli 10/2836 nömrəli əlavə məhkəmə təhlükəsizlik-texnikası ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza qarşısına qoyulmuş birinci və ikinci suallar üzrə “Azəriqaz” İB-nin Baş direktoru tərəfindən təsdiq edilmiş “Azəriqaz” İB-nin Zaqatala, Şəmkir, Tərtər, Ağsu, Xaçmaz, Gəncə, Lənkəran və Salyan X18 İdarələrinin rəislərinin vəzifə təlimatının təsdiq edilmə tarixi qərarda göstərilən tarixdən (13 sentyabr 2019-cu il tarixdən hadisənin baş verdiyi 01 mart 2020-ci il tarixədək) sonrakı müddətə düşdüyü üçün həmin vəzifə təlimatının qoyulmuş sualların tədqiqatında istifadə edilməsi mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Qərarın təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi hissəsinin icrası ilə əlaqədar ekspert tərəfindən qərarda göstərilən əşyaların qiymətləndirilməsi üçün zəruri olan hər br əşya üzrə onun markası, modeli, əmtəə görünüşü (təzə, köhnə, hansı üsulla hazırlanması), texniki göstəriciləri (ölçüsü, istehsal ili, istismar müddəti, hansı materialdan hazırlanması və s), hansı vəziyyətdə olması, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalması, təyinatı, miqdarı və zədələnmiş əşyaların təmir-bərpasına çəkiləcək xərcin miqdarı barədə məlumatların təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən vəsatət cavablandırılaraq təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının cinayət işinə əlavə edilmiş mövcud sənədlər əsasında keçirilməsi təklif olunmuşdur. 20 avqust 2021-ci il tarixdə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məhkəməyə məlumat daxil olmuşdur. Həmin məlumatda təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtinaya səbəb kimi ekspert vəsatətinin təmin edilməməsi göstərilmişdir. Məhkəmə-tibbi ekspertizasının 27 mart 2020-ci il tariхli 73 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş хəsarətlər- üzün sağ yarısının, boynun, hər iki əlin arxa səthlərinin İ dərəcəli termiki yanıqları yüksək hərarətin, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 01 mart 2020-ci il tariхə və şəraitə uyğun gəlir. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 26 mart 2020-ci il tariхli 71 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş хəsarətlər- başın, üzün, sol əlin, qarnın, sol budun, hər iki topuq nahiyəsinin termiki yanıqları yüksək hərarətin təsirindən tiörənmişdir, qərarın təsviri hissəsində göstərilən 01 mart 2020-ci il tariхə və şəraitə uyğun gəlir. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 27 mart 2020-ci il tariхli 72 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş хəsarətlər- üzün, boynun, sağ qolun, sol saidin, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın İİ-İİİ dərəcəli termiki yanığı yüksək hərarətin təsirindən, sol bud sümüyünün yerdəyişən sınığı bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 01 mart 2020-ci il tariхə və şəraitə uyğun gəlir. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. 12 oktyabr 2020-ci il tariхli 430 və 430/1 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonunun Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X9, 14 iyul 1995-ci il və 06 noyabr 1996-cı təvəllüdlü uşaqları Kamil və Хaliddən ibarətdir. Yaşayış yeri üzrə müsbət хarakterizə olunur. 10 oktyabr 2020-ci il tariхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Müstəntiqin 13 oktyabr 2020-ci il tariхli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Şahid1, Şahid2, Şahid4, Şahid3 və Şahid5 əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, bu barədə material ayrılaraq saхlanılması üçün rayon prokurorluğunun arхivinə təhvil verilmişdir. 23 iyul 2020-ci il tarixdə İsmayıllı rayon prokuroru tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 22 sentyabr 2020-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə başlanılmış cinayət işi həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilməklə ibtidai istintaq həmin maddə ilə davam etdirilmişdir. 01 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və müstəntiqin 01 oktyabr 2020-ci il tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, 23 iyul 2020-ci il tarixdə İsmayıllı rayon prokuroru tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi başlanılmış, 22 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə başlanılmış cinayət işi həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilməklə ibtidai istintaq həmin maddə ilə davam etdirilmişdir. 01 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və bu maddə ilə məhkəməyə verilmişdir. İbtidai istintaq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə-mühəndis texniki və məhkəməəmtəəşünaslıq ekspertizalarının rəyləri ilə və digər istintaq sənədləri ilə təsdiq еdildiyini göstərərək tam sübuta yеtirildiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilməsinə əsas olaraq onun öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirmədiyindən fiziki şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması göstərilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilməsi səhv mövqedir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin dispozisiyasına görə (əsas tərkibi nəzərdə tutan Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə birlikdə götürülməklə), bu maddə ilə cinayət məsuliyyəti səhlənkarıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda yaranır. Həmin maddənin dispozisiyasında “zərərçəkmiş şəxsin ölümü” və “digər ağır nəticələr” eyni sanksiyaya səbəb olan alternativ nəticələr kimi təsbit edildiyindən, “digər ağır nəticələr” insan ölümü ilə müqayisəyə gələ biləcək ağırlıqda olmalıdır. Bu cür nəticələrə səbəb olmayan hallar isə, o cümlədən hazırki cinayət işində olduğu kimi bir neçə şəxsin sağlamlığına yüngül və yaxud ağır zərərin vurulması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində göstərilən “mühüm zərər” əlaməti ilə əhatə olunan əməllər kimi şərh edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1 və 314.2-ci maddələrinin sanksiyalarının həmin Məcəllənin uyğun (qəsdin ehtiyatsızlıq formasında törədilən cinayətləri nəzərdə tutan) maddələrinin sanksiyaları ilə müqayisəsi də bu cür mülahizənin düzgün olduğunu göstərir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində göstərilən mühüm zərərin vurulmasına səbəb olan (böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilən) səhlənkarlıq min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Xüsusi subyekt olması tələb olunmayan hallarda şəxsin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması (onların sayından asılı olmayaraq) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunmaqla “min iki yüz manatdan iki min dörd yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə” ilə cəzalandırılır. Əmək mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsinə görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına görə “iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə” cəzaları nəzərdə tutulmuş, yəni bu əməllər böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.3-cü maddəsinə əsasən ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxsin hətta, həmin Məcəllənin 314-cü maddəsində olduğu kimi işə vicdansız və ya laqeyd münasibəti, yəni ehtiyatsızlığı üzündən deyil, bilə-bilə (birbaşa qəsdlə) pis keyfiyyətli məhsulları istehsal etməsi, satışa buraxması, satması, keyfiyyətsizliyini gizlətməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına nəinki az ağır, hətta ağır zərərin vurulmasına səbəb olduğu hallarda belə “on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə” cəzaları ilə cəzalandırılmaqla böyük ictimai təhlükə törətməyən cinayətlər kimi təsnif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına aralarında məntiqi bağlılıq olan normalar sistemi kimi yanaşılıb, onları bir biri ilə əlaqələndirməklə və qanunvericiliyin iradəsini rəhbər tutmaqla nəzərdən keçirdikdə, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi yerinə yetirməli olduğu tələbləri pozaraq işə laqeyd münasibəti nəticəsində Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş partlayış zamanı Zərərçəkmiş şəxs2 sağlamlığına ağır dərəcəli zərərvurmaya aid, Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır dərəcəli zərərvurmaya aid və Zərərçəkmiş şəxs3 sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almaları, habelə Zərərçəkmiş şəxs1 23814 manat məbləğində maddi ziyan vurulması onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilməsi üçün kifayət etmir. Təqsirləndirilən şəxs səhlənkarlığının səbəb olduğu ictimai təhlükəli nəticələri ( bir nəfərin sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, bir nəfərin sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid, bir nəfərin sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almaları, habelə 23814 manat məbləğində maddi ziyan vurulması) yuxarıda qeyd edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131, 162, 200.3-cü maddələri və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlər və sanksiyalarla müqayisə etdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin sanksiyasının sağlamlığa yüngül dərəcəli, az ağır və ağır zərərvurma kimi ictimai-təhlükəli nəticələri və ümumilikdə əməlin ağırlığını əhatə etdiyi aydın görünür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş digər ağır nəticələr insan ölümü ilə müqayisəyə gələ biləcək ağırlıqda deyildir. Hazırki cinayət işi üzrə bir neçə şəxsin sağlamlığına yüngül və yaxud ağır zərərin vurulması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində göstərilən “mühüm zərər” əlaməti ilə əhatə olunan əməllər kimi şərh edilməlidir. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilmıəsinə dair” 17 mart 2011-ci il tarixli qərarında da təsbit olunmşdur. Belə ki, həmin qərara əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Göründüyü kimi Təqsirləndirilən şəxs səhlənkarlığının bir neçə şəxsin sağlamlığına yüngül və yaxud ağır zərərin vurulması ilə nəticələnmiş hallarını insan ölümü ilə nəticələnmiş əməllə eyniləşdirməklə cinayətin “digər ağır nəticələrə səbəb olması kimi” qiymətləndirilərək onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilməsinə qanuni əsaslar yoxdur. Təqsirləndirilən şəxs səhlənkarlığı həmin Məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş “mühüm zərər” əlaməti ilə əhatə olunan nəticələr kimi qiymətləndirilməlidir. Müəyyən edildi ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2017-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixə kimi X3 Ağsu X18 İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə vəzifəli şəxs kimi Ağsu X18 İdarəsinə və tabeliyində olan qurumlara rəhbərlik edərkən “Qazdan istifadə qaydaları”nın 3.1.3-cü, 3.1.6-cı, 3.2.7-ci, 3.2.9-cu, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.12-ci və 1.19-cu, X3 Ağsu RQİİ-nin əsasnaməsinin 2.2-ci bəndlərinin tələblərini pozaraq İsmayıllı rayonu Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxış zamanı həmin kənddə yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin çöl divar hissəsindən 20 sm avtomobil yoluna doğru istiqamətdə yerüstü qaz xəttinin yeraltı keçid hissəsində aşkar olunmuş 1000 PPM həddində qaz sızması barədə "xxxx" QSC-nin X10 xətt baxıcısı tərəfindən 13 sentyabr 2019-cu il tarixdə tərtib edilmiş raportun “PDF” formatına salınmış “excel cədvəl” şəklində “Hafis.Ağayev@təmizqaz.az” elektron poçt ünvanından onun xidməti istifadəsində olan “NamiqN.MElektron ünvan 1” elektron poçt ünvanına göndərilməsinə baxmayaraq, həmin raportu qaz sızmalarının aradan qaldırılması məqsədi ilə aidiyyəti üzrə dərhal təmir-profilaktika işlərini yerinə yetirmək üçün Ağsu X18 İdarəsinin İsmayıllı xidmət sahəsinin Təmir-bərpa xidmətinə göndərməyərək və zəruri təxirəsalınmaz tədbirlərin görülməsinə nəzarət etməyərək, o cümlədən qazdan istifadə sahəsində qaydalar, əsasnamə və digər sənədlərin tələblərini pozaraq işə laqeyd münasibəti nəticəsində həmin raportu xidməti istifadəsində olan kompüterdə elektron poçt ünvanından silib öz xidməti vəzifəsini yerinə yetirməyərək cinayətkarcasına etinasızlıq etməklə, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, bu səbəbdən küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq Zərərçəkmiş şəxs1 məxsus evin kürsü (yarızirzəmi) hissəsinə, oradan da evin otağına dolması və partlayış konsentrasiyası həddinə çatması nəticəsində 1 mart 2020-ci il tarixdə saat 7 radələrində həmin evdə partlayış baş vermiş, nəticədə o, ehtiyatsızlıqdan partlayış baş vermiş evdə yaşayan Zərərçəkmiş şəxs2 üzün, boynun, sağ qolun, sol saidin, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın İİ-İİİ dərəcəli termiki yanığı, sol bud sümüyünün yerdəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, Zərərçəkmiş şəxs1 üzün sağ yarısının, boynun, hər iki əlin arxa səthlərinin İ dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid, Zərərçəkmiş şəxs3 başın, üzün, sol əlin, qarnın, sol budun, hər iki topuq nahiyəsinin yanıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almaları, habelə Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qaz partlayışı səbəbindən məhv olması nəticəsində 15364 manat məbləğində, evin içərisində olan 5 ədəd 2018-ci ildə “Embapanel” materialından hazırlanmış stolun yararsız vəziyyətə düşməsi nəticəsində 800 manat, “Gəncə” zavod istehalsallı xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 50 manat, 3 ədəd çarpayının yararsız vəziyyətə düşməsi nəticəsində 150 manat, “Philips” markalı DVD aparatının yararsız vəziyyətə düşməsi nəticəsində 30 manat, 2016-cı ildə alınmış “Krosna” aparatının yararsız vəziyyətə düşməsi nəticəsində 80 manat, “Kazan” markalı qarmonun yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat məbləğində, 2008-ci ildə alınmış 1 ədəd “Orvica” markalı televizorun yararsız vəziyyətə düşməsi nəticəsində 30 manat, 2012-ci ildə alınmış 1 ədəd “TOSHİBA GR-RB 51 UTC” markalı soyuducunun yararsız vəziyyətə düşməsi nəticəsində 400 manat, 1993-cü ildə alınmış fıstıq ağacı materialından 8 ədəd stulun yararsız vəziyyətə düşməsi nəticəsində 60 manat, 1 ədəd “Krosnadar” deyilən stulun yararsız vəziyyətə düşməsi nəticəsində 10 manat, 1993-cü ildə arvadının cehiz kimi gətirdiyi mebel dəstinin yararsız vəziyyətə düşməsi nəticəsində 200 manat, məişətdə istifadə olunan qab-qacağın yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, 2 ədəd 1993-cü ildə arvadının cehiz kimi gətirdiyi, xarici zavod istehsallı 4x3,5 metr ölçüdə xalçaların yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat, 1 ədəd dünyasını dəyişmiş xalasından qalma əl ilə toxunma, ölçüsü 3x2 metr ölçüdə xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat, 1 ədəd dünyasını dəyişmiş xalasından qalma zavod üsulu ilə hazırlanmış, ölçüsü 3x2 metr ölçüdə xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 50 manat, 2 ədəd 1993-cü ildə yoldaşının cehiz kimi gətirdiyi 2 ədəd kreslonun yararsız vəziyyətə düşməsi nəticəsində 70 manat, dəmir materialdan olan, kustar üsulla hazırlanmış 25x30x80sm ölçüdə qaz sobasının yararsız vəziyyətə düşməsi nəticəsində 20 manat, 2013-cü ildə alınmış “LG” və 2015-ci ildə alınmış “Texnaluks” markalı tozsoranların yararsız vəziyyətə düşməsi nəticəsində 200 manat, 2008-ci ildə xüsusi hazırlanmış 1 ədəd qarmonun yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, evdə olan pal-paltarın yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, ümumilikdə evin və əşyaların yararsız hala düşməsi nəticəsində Zərərçəkmiş şəxs1 cəmi 23814 (iyirmi üç min səkkiz yüz on dörd) manat məbləğində zərər vurması nəticəsində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsindən həmin Məcəllənin 314.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, ailə vəziyyətini və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cərimə cəzasının təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il qərarına əsasən əlavə cəza müstəqil olaraq tətbiq oluna bilməz, o, əsas cəzaya birləşdirilir və onun fərdiləşdirilməsi vasitəsi kimi çıxış edir. Buna görə də bu cəza əsas cəzadan mahiyyətcə fərqlənir. Əlavə cəza əsas cəzadan ağır ola bilməz. Məhz bu səbəbdən də qanunverici CM-in 46.3-cü maddəsində cəza növlərindən ən yüngülü olan cərimə cəzasına ondan daha ağır olan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə olaraq təyin edilməsini nəzərdə tutmamışdır. CM-in 58.1-ci maddəsinin mənasına görə isə CM-in 46.3-cü maddəsinin müddəaları cəza təyin edilərkən mütləq nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 42 və 46.3-cü maddələrinin tələbləri baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əlavə cəza kimi cərimə cəzasına təyin edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs müəyyən müddətdə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılmasını məqsədəuyğun hesab edir və qərara gəlir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona əlavə cəza təyin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə 3000 (üç min) manat miqdarda cərimə cəzasına məhkum edilməsini əsaslı və ədalətli hesab edir. Təyin edilən cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 580 (beş yüz səksən) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iclasında həm də müəyyən edildi ki, cinayət işi üzrə məhkəmə baxış iclası zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Rəhimə Osmanlının nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs, “Azəriqaz” X8 X18 İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" Azərbaycan Dövlət Neft Şirkətinə qarşı mülki iddia tələbi ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Rəhimə Osmanlının mülki iddiaçılar, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, “Azəriqaz” X8 X18 İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" Azərbaycan Dövlət Neft Şirkətinin isə mülki cavabdehlər qismində tanınması, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın əvəzi olaraq 23814 manat və dəymiş mənəvi ziyanın əvəzi olaraq 300000 manatın cavabdehlərdən müştərək qaydada alınaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Rəhimə Osmanlıya verilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 1(037)-48/2020 nömrəli qərarı ilə cinayət işi üzrə zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə mülki iddia tələbi barədə iddia ərizəsi qəbul edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Rəhimə Osmanlı mülki iddiaçılar, Təqsirləndirilən şəxs, “Azəriqaz” X8 X18 İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" Azərbaycan Dövlət Neft Şirkəti isə mülki cavabdehlər qismində tanınmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. 03 iyun 2021-ci il tarixdə məhkəməyə mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 mülki iddia tələblərinin baxılmamış saxlanılmasına dair ərizəsi daxil olmuşdur. Onlar sonuncu məhkəmə iclaslarında da gələcəkdə mülki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edəcəklərini, hazırki mülki iddia tələblərinin isə baxılmamış saxlanılmasını tələb etmişlər. Məhkəmə iclasında mülki cavabdeh Təqsirləndirilən şəxs və digər mülki cavabdehlərin nümayəndəsi Kənan Mustafayev mülki iddianın mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi :
Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsindən həmin Məcəllənin 314.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təyin edilmiş cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilsin. İş üzrə ekspertiza xərci olan cəmi 580 (beş yüz səksən) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 mülki iddia tələbi baxılmamış saxlanılsın. İş üzrə maddi sübut yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir.
Sədrlik edən: Rəfayel Şirinov