Məhkəmə qərarları › İş №1(037)-3/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-3/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-3/2022 29.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Təqsirləndirilən şəxs oğlunun, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 29 mart 2022-ci il tarixdə saat 11:45-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1978-ci ildə İsmayıllı rayonu Talıstan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, İsmayıllı şəhəri Məhsəti küçəsi ev 20-də qeydiyyatda olmaqla İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi 12 saylı evin 13 saylı mənzilində yaşayan, Ucar Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 1(063)-02/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib 02(iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3300 (üç min üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, 3300 (üç min üç yüz) manat miqdarında cərimə cəzasının çəkilməmiş qalan hissəsi İsmayıllı Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 7(037)-02/2021 nömrəli qərarı ilə 01(bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, məhkəmənin 18 yanvar 2022-ci il tarixli 7(037)-2/2022 nömrəli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, üzərində çəklməmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, məhkəmənin 2 iyun 2021-ci il tarixli 4(037)-24/2021 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, məhkəməsinin 17 iyun 2021-ci il tarixli 4(037)- 26/2021 nömrəli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayan Zərərçəkmiş şəxs1 vəkil kimi təqdim edib, sonuncunun azyaşlı uşağı X1 mərhum babası X3 himayəsinə verilməklə nəticədə pensiya hüququnun əldə edilməsinə köməklik edəcəyinə yalandan vəd verərək aldatmaqla, bu məqsədlə Zərərçəkmiş şəxs1 İsmayıllı şəhərinin Nizami küçəsində, “VAZ” avtoservisin yaxınlığında yerləşən ofis kimi istifadə etdiyi binanın otağında 2019-cu ilin yaz fəslində, dəqiq tarixi məlum olmayan günlərdə birinci dəfə 300 manat, ikinci dəfə 400 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 700 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü İsmayıllı rayonunun Topçu kəndində yaşayan X4 vəkil kimi təqdim edərək sonuncunun arvadı X2 pensiya verilməsini təmin edə biləcəyini və sonuncunun aylıq pensiya almasına nail olacağını yalandan vəd verib aldatmaqla, 09.09.2020-ci il tarixdə İsmayıllı rayonunun Topçu kəndində yerləşən “Topçu Market” adlı dükanın qarşısında 1500 manat və 10.11.2020-ci il tarixdə İsmayıllı şəhərinin Cavanşir küçəsində yerləşən İsmayıllı rayon Notariat kontorunun yanında 55 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1555 manat məbləğində pulunu alıb ələ keçirərək Gülağa Fərzəliyevə həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü İsmayıllı rayonunun Qurbanəfəndi kəndində yaşayan Zərərçəkmiş şəxs2 vəkil kimi təqdim edərək sonuncunun arvadı X6 pensiya verilməsinə köməklik edə biləcəyini və sonuncunun aylıq pensiya almasına nail olacağını yalandan vəd verərək aldatmaqla, 2020-ci ilin sentyabr ayının sonlarında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı şəhərinin H.Əliyev prospekti, 16 saylı binanın 7 nömrəli otağında 500 manat, 2020-ci ilin oktyabr ayının əvvəllərində, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı şəhərinin H.Əliyev prospekti, 16 saylı binanın qarşısında 300 manat, 2020ci ilin oktyabr ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı şəhərinin H.Əliyev prospekti, 16 saylı binanın 7 nömrəli otağında 600 manat, 2020-ci ilin oktyabr ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı şəhərinin H.Əliyev prospekti, 16 saylı binanın 7 nömrəli otağında 200 manat, 2020-ci ilin oktyabr ayında, dəqiq tarixi məlum olmayan gündə, İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən “Ocaq” adlı kafenin yanında 20 manat və 2020-ci ilin noyabr ayında, dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı şəhərinin M.F.Axundov küçəsi, 21A saylı ünvanda yerləşən "xxxx" ASC-nin İsmayıllı rayon filialının qarşısında həmin filialdan Qıztamam Əmirovanın adına plastik kart alınmasından ötrü 10 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1630 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs3 vəkil kimi təqdim edərək sonuncunu İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 146 ünvanında yerləşən dükanına müvafiq sənədləri düzəldə biləcəyinə inandırıb aldatmaqla 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayına kimi olan müddət ərzində, ayrı-ayrı vaxtlarda, dəqiq tarixləri məlum olmayan günlərdə İsmayıllı şəhəri, H.Əliyev prospekti, 16 saylı binanın qarşısında hissəhissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 950 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, 2017-ci ilin əvvəllərindən etibarən İsmayıllı şəhərində icarəyə götürdüyü ofisdə hüquq məsləhətçisi kimi fəaliyyət göstərmişdir. Ona qarşı irəli sürülən ittihamlarla qətiyyən razılaşmır. Belə ki, həqiqətən də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X7, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ona müxtəlif vaxtlarda fərqli məsələlərlə bağlı müraciətlər etmiş, o, həmin şəxslərə müraciət etdiyi məsələrlə əlaqədar müvafiq hüquqi xidmət göstərmişdir. Elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməsə də zərərçəkmişlərə tələb etdikləri məbləğləri ödəmiş və onlarla barışıq əldə etmişdir. Onun əməllərində cinayət tərkibi yoxdur. Çünki, aralarında hüquqi yardım göstərilməsinə dair rəsmi müqavilə olmasa da zərərçəkmiş şəxslərə hüquqi yardım göstərmişdir. Ona bəraət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Gülağa Fərzalıyev ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Topçu kəndində yaşayır, fərdi əməklə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. 2020-ci ilin sentyabr ayında İsmayıllı şəhərində Təqsirləndirilən şəxs adlı bir vəkilin camaatı təqüdə çıxartmaqda köməklik etməsi və təqaüdə çıxartmağa nail ola bilməsi barədə eşitmişdir. İsmayıllı şəhərinə gələrək Təqsirləndirilən şəxs tapmış və onunla görüşərək xəstə olan həyat yoldaşını təqaüdə çıxartmasına koməklik etməsi barədə xahiş etmişdir. Elman ona təqaüd işinə köməklik edəcəyini deyərək arvadının tibbi sənədlərini və digər sənədləri tələb etmişdir. O, sənədəri hazırlayaraq Elmana vermiş, Elman sənədlərə baxdıqdan sonra ona pensiya işində köməklik edəcəyini deyərək qarşılığında 1500 manat pul istəmişdir. 09 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək pulu çatdırmağı və pensiya işinin həll olunacağını demişdir. Həmin gün onlar İsmayıllı rayon Topçu kəndində “Topçu Market” adlı mağazanın qarşısında görüşmüşlər. Orada o, Elmana 1500 manat pul vermişdir. Elman pulu alıb sayaraq cibinə qoymuş və ona Qəbələ rayonuna gedəcəyini, həkimlə danışacağını və pensiya işini həll edəcəyini bildirmişdir. 2020-ci ilin noyabr ayının 10-da Elman zəng edərək pensiya məsələsini həll etdiyini, kartın rüsumu olaraq əlavə 55 manat da lazın olduğunu demişdir. O, həmin gün İsmayıllı Notarial kontorunun önündə Elmanla görüşərək 55 manat pulu sonuncuya vermişdir. Bundan bir neçə gün keçdikdən sonra Elman arvadı Qızqayıt Fərzalıyevanın adına bir ədəd şifrə və parolu olan pul kartını vermişdir. O, həmin kartdan istifadə edərək karta pul yüklənib-yüklənməməsini yoxlamış, lakin pul olmadığını bilmişdir. Elmana bu barədə bildirdikdə karta pul yüklənəcəyini deyərək yalan vədlər vermiş və onu aldatmışdır. O aldandığını başa düşüb Elmandan pulunu tələb etmiş, Elman qısa vaxt ərzində pulu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs onun pulunu vermədiyindən şikayət etmiş və işin ibtidai araşdırılması zamanı Elman onun pulunu qaytarmışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Qurbanəfəndi kəndində yaşayır. 2019-cu ilin noyabr ayında arvadı Qıztamam Əmirovaya əlilliyə görə verilən pensiya dayandırılmışdır. Məlum olmuşdur ki, arvadının əlillik statusu ləğv edilmiş və bu səbəbdən onun pensiyası dayandırılmışdır. O, bununla bağlı vəkilə müraciət etmək qərarına gəlmişdir. 2020-ci ilin sentyabr ayının ortalarında İsmayıllı şəhərində tanışı Novruzla rastlaşmış, söhbət zamanı Novruza arvadının pensiyasının kəsilməsini və bununla bağlı vəkilə müraciət etmək istədiyini bildirmişdir. Novruz tanışı olan vəkil Təqsirləndirilən şəxs bu məsələdə ona köməklik göstərə biləcəyini demiş və Elmanın ona öz işi ilə bağlı əvvəllər köməklik göstərdiyini bildirmişdir. O, Novruzla birlikdə sonradan tanıdığı Təqsirləndirilən şəxsla görüşmüş və məsələnin mahiyyətini Elmana bildirmişdir. Elman ona vəkil kimi fəaliyyət göstərdiyini, onun problemini də məhkəmə yolu ilə həll edəcəyini bildirmişdir. Bu görüşdən bir həftə sonra, 2020-ci ilin sentyabr ayının sonlarına yaxın Elman ona zəng edərək "sənin işinlə bağlı Bakıya gedirəm, mənə pul lazımdır'' demişdir. Həmin gün o, İsmayıllı şəhərində Elmanla görüşərək sonuncuya 500 manat pul vermişdir. Elman ona sənədləşmə üçün Bakıya gedecəyini, pulu bunun üçün istədiyini bildirmişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində Elman ona təkrar zəng edərək "sənin işinlə bağlı Qəbələyə gedirəm, 300 manat pul lazımdır" demişdir. Bundan bir-iki gün sonra İsmayıllı şəhər bazarının yaxınlığında Elmana 300 manat pul vermişdir. 2020-ci ilin oktyabr ayının təxminən ortalarında Elman yenidən ona mobil telefonla zəng edərək “işinlə bağlı yenidən Bakıya gedirəm, pul lazımdır” demişdir. Həmin gün o, Elmanın iş otağına gedərək orada sonuncuya 600 manat pul vermişdir. Bundan 5-6 gün sonra Elman yenidən ona zəng edərək "işinlə bağlı 200 manat pul verməlisən” demiş və o həmin gün sonuncunun iş otağına gedərək orada Elmana 200 manat pul vermişdir. 2020-ci ilin oktyabr ayının sonlarında Elman yenidən ona zəng edərək "işinlə bağlı Qəbələyə çağırıblar, mənə 20 manat pul ver" demiş, bundan bir az sonra İsmayıllı rayonu Qurbanəfəndi kəndi ərazisində yerləşən "Ocaq" kafesində Elmanla görüşərək sonuncuya 20 manat pul vermişdir. 2020-cı ilin noyabr ayında, o, Elmana zəng edib işlə bağlı maraqlanmış, Elman ona bank kartını almaq üçün 10 manat rüsum ödənməli olduğunu bildirmişdir. Həmin gün o, Elmanla birlikdə İsmayıllı şəhəri ərazisində yerləşən Beynəlxalq bankın İsmayıllı rayon filialına getmiş və orada Elmana 10 manat pul vermişdir. Elman ona arvadı Qıztamam Əmirovanın adına olan bank kartı vermişdir. 2020-ci ilin noyabr ayının axırlarında Elman ona zəng edərək "karta pul gəlib, get çıxart” demişdir. O, həmin gün İsmayıllı RMX-nın yaxınlığında olan Beynəlxalq banka aid ATM bankomatına yaxınlaşmış və kartı bankomata daxil etdikdə kartın balansında pul vəsaitinin olmadığını görmüşdür. Elmana zəng edib bu haqda məlumat vermiş, Elman ona "gəl məni götür, gedək pulu birlikdə çıxaraq" demişdir. O, avtomobili ilə gedərək Elmanı dediyi yerdən götürmüş və onlar birlikdə Beynəlxalq bankın İsmayıllı rayon filialının yanında olan ATM bankomata yaxınlaşmışlar. Elman onun yanında arvadı Qıztamam Əmirovanın adına olan bank kartını bankomata daxil etmiş və kartın balansında 243 manat pulun olmasını görmüşdür. Elman 240 manat pul çıxaraq pulu və kartı ona vermişdir. O, Elmandan “niyə 243 manat pulu tam çıxartmadın” deyə soruşduqda, sonuncu ona 3 manat pulun kart əməliyyatına görə balansdan tutulduğunu bildirmişdir. 2020-ci ilin noyabr ayından sonrakı aylarda isə həmin kartın balansına hər hansı pul vəsaiti yüklənməmişdir. O, dəfələrlə Elmana zəng edərək bunu bildirmiş və hər dəfə Elman ona "sistemə yüklənib, səbri ol, balansa oturacaq" demişdir. Növbəti aylarda da həmin kartın balansına pul yüklənmədiyini görmüş və 2021-ci ilin fevral ayında DSMFnin İsmayıllı rayon şöbəsinə gələrək arvadı Qıztamam Əmirovanın pensiya alıb-almadığını ilə maraqlanmışdır. Orada ona arvadına pensiyanın verilməsinin 2019-cu ilin noyabr ayından etibarən dayandırıldığı bildirilmişdir. Elmanın onu aldatdığına əmin olmuş və bu barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 1630 manat pul vermişdir. Həmin puldan 240 manatı karta vurularaq ona qaytarılmış, qalan hissəsi isə işin ibtidai araşdırılması zamanı ona qaytarılmışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri H.Əliyev prospekti ev 1 mənzil 15 ünvanında yaşayır. Onun İsmayıllı şəhəri H.Əliyev prospektində dükanı vardır, həmin dükana aid müvafiq sənədlərdə səhvlik olduğundan, yəni dükanın üç hissəsindən iki hissəsi ona və bir hissəsi isə başqa bir şəxsə aid olduğundan həmin sənədlərdə isə dükanın iki nəfərə bərabər şəkildə aid olması göstərilmişdir. Bu səbəbdən də o, həmin nöqsanı qarşılıqlı olaraq həll etməkdən ötrü İsmayıllı rayon Notarial kontoruna gəlmiş, bu barədə maraqlanmış, lakin o, hər hansı bir sənəd düzəltməyi bilməmişdir. Həmin sənəd işlərinin qaydaya salınması üçün isə o, əvvəllər vəkil kontoru kimi bildiyi, İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən bir binaya yaxınlaşmış və orada əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxsla görüşmüşdür. Elmanı vəkil hesab edərək məsələni sonuncuya danışmış, Elman da ona vəkil olduğunu deyərək bu işdə ona köməklik edəcəyini bildirmişdir. Söhbət zamanı Elman ona bu işin həlli ilə bağlı təxminən ***-**** manat lazım olacağını demişdir. O razılaşmış və Elman ondan müəyyən sənədləri istəmişdir. O Elmanın vəkil olmasına inanıb ona etibar edərək 2020-ci ilin sentyabr ayında İsmayıllı şəhəri ərazisində H.Əliyev prospektində Elmana 250 manat pul vermişdir. Elman pulu alaraq sayıb cibinə qoymuş və dükanın sənəd işlərini həll edəcəyini demişdir. Bir müddət sonra Elman ondan digər pulları da təlıəb etmişdir. Elman 2021-ci ilin mart ayına kimi olan dövr ərzində ondan hissə-hissə olmaqla, yəni birinci dəfə 250 manat, daha sonralar isə 200, 100 və 50 manat olmaqla ondan ümumilikdə 950 manat pul almışdır. 2021-ci ilin mart ayında o Elmandan dükanın sənədləşmə işlərinin hansı vəziyyətdə olmasını soruşmuş, Elman sənədləşmə işlərinin yolunda getməsini və qısa zamanda sənədləri əldə edib ona təqdim edəcəyini bildirmişdir. Elmandan sənədləşmə işlərinin tezləşdirməsini xahiş etmiş, Elman isə bu gün-sabah deyərək məsələni yubatmışdır. Sonradan maraqlandıqda Elmanın vəkil olmadığını öyrənmış və aldadıldığını başa düşmüşdür. Bu səbəbdən də o, Elmandan pulunu tələb etmişdir. Elman isə nə sənədi, nə də pulunu qaytarmadığına görə barəsində şikayət etmişdir. İşin ibtidai araşdırılması zamanı Elman onun pulunu qaytarmışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır. O, Elmanı 2019-cu ilin yay aylarında tanışı Şahid1 vasitəsi ilə tanımışdır. 2019-cu ilin yay aylarında Elnurla söhbət zamanı azyaşlı oğlunu babasının himayəsinə verilməklə qəyyumluq təqaüdünə çıxartmaq istədiyini demişdir. Elnur ona Elman adlı bir vəkil tanıdığını və bu işdə ona köməklik edə biləcəyini demişdir. Elnur da bir neçə gün sonra ona Elmanla danışdığını və Elmanın bu işə görə 700 manat istədiyini demişdir. Əvvəlcədən 300 manat isə sənədlərin hazırlanması üçün istəmişdir. O bir neçə gün sonra iş yerində Elmana verilməsi üçün Elnura 300 manat pul vermişdir. Elnur ondan 300 manat pulu aldıqdan sonra apaıb Elmana verdiyini demişdir. Təxminən 10 gün sonra işdə olduğu zaman Elnur ona zəng edərək rayon mərkəzinə gəlmək lazım odluğunu bildirmişdir. O rayona gələrək Elnurla birlikdə Elmanın oturduğu ofisə getmişlər. Elmanla salamlaşdıqdan sonra sonuncu ona “sənin işin düzəlib, pulun qalan hissəni ver, 3-4 gündən sonra gəl təqaüd kartını apar” demişdir. O, Elmana 400 manat vermişdir. Bundan sonra Elmanla sağollaşıb Elnurla birlikdə həmin yeri tərk edib getmişlər. 3-4 gün keçdikdən sonra sonuncu ilə telefon əlaqəsi saxlamış, Elman işinin 10 gündən sonraya qaldığını demişdir. 10 gün keçdikdən sonra Elmana zəng etdikdə sonuncu yenə də ona işinin uzandığını, hələ alınmadığını, təxminən 1 ay çəkəcəyini demişdir. Bir ay keçdikdən sonra Elmana zəng etdikdə sonuncu yenə də bəhanələr gətirərək işinin hələ alınmadığını bildirmişdir. O, Elmana barəsində şikayət edəcəyini demiş, Elman “şikayət etmə, işin alınmasa sənin pulunu qaytaracam”deyə xahiş etmişdir. Bir müddət keçdikdən sonra Elman işinin düzəlmədiyini deyərək verdiyi 700 manatdan 100 manatını qaytarmışdır. Son bir il müddətində Elman ona cəmi 350 manatını qaytarmış, qalan pulu isə imkanı olduğu zaman qaytaracağını deməsini bildirmişdir. Sonradan onun Elman tərəfindən aldadıldığını başa düşmüş və bu barədə şikayət etmişdir. İşin ibtidai araşdırılması zamanı Elman onun pulunu qaytarmışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid X17 ifadə verərək göstərdi ki, 2017-ci ilin əvvəllərində qardaşı oğlu Rüstəm onun iştirakı ilə Bayram Əliyev adlı şəxsə 0,05 hektar həyətyanı torpaq sahəsi satmışdır. Torpaq sahəsinin sənədləri olmadığından notarial qaydada alqı-satqı olmamışdır. Bayram aldığı torpaq sahəsinə dair mülkiyyət sənədlərini düzəltmək istəmişdir.O, uzaq qohumu olan Elman Xəlilovu Bayram Əliyevlə tanış etmiş və Bayramla birlikdə Elmanın hüquq məsləhətçisi kimi fəaliyyət göstərdiyi ofisinə getmişlər. Elman söhbət zamanı həmin torpaq sahəsinin Bayramın adına sənədləşdirilməsini altı ay müddətində həll edib Bayrama verəcəyini bildirmişdir. Elman ilkin sənədləşmə işlərinin görülməsi üçün 750 manat pul istəmiş, Bayram ofisdə 750 manat pulu Elmana vermişdir. Bundan sonra isə Bayramla Təqsirləndirilən şəxs arasında nə baş verməsindən məlumatlı olmamışdır. Şahid3 ifadə verərək Zərərçəkmiş şəxs2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Şahid Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşıdır, onunla münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs1 4-5 ildir ki, tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2019-cu ilin yay aylarının birində Dəyanət həmin ərəfədə, yəni sonuncunun onun usta kimi işlədiyi şirkətdə işlədiyi zaman aralarında gedən söhbət zamanı Dəyanət ona “azyaşlı oğlumu babasının himayəsinə verilməklə qəyyumluq təqayüdünə çıxartmaq istəyirəm, lakin bunu necə edəcəyimi bilmirəm” deyə bildirmişdir. O, Elman barəsində Dəyanətə danışmış və sonuncuya “mənim Elman adlı vəkil işləyən bir tanışım var, o, bu işləri görə bilər”deyə bildirmişdir. Sonra Dəyanətin yanında Elmanla telefon əlaqəsi saxlayıb bu barədə Elmanla danışmışdır. Elman onlara “mən həmin işi sizə 700 manata görərəm, rayona gələrsiz danışarıq” deyə cavab vermişdir. O, rayonda Elmanla görüşmüş və bu işi konkret olaraq hansı müddətə və neçəyə düzəldəcəyini sonuncudan soruşmuşdur. Elman ona həmin işi 700 manata 10 gün müddətinə düzəldə biləcəyini demişdir. O da, bu barədə Dəyanətə məlumat vermişdir. Bir neçə gün sonra Elman ona sənədlərin düzəlməsinə görə ilk olaraq 300 manat verməli olduğunu bildirmişdir. O da, bu barədə Dəyanətə demişdir. Dəyanət də razı olduğunu bildirmişdir. Bir neçə gün sonra iş yerində olduqları zaman Dəyanət ona Elmana vermək üçün ilk olaraq 300 manat pul vermiş ki, Elmana sənədləri düzəltməsi üçün versin. O, Dəyanətdən 300 manat pulu aldıqdan sonra aparıb Elmana sonuncunun işlədiyi ofisidə vermişdir. Təxminən 10 gün sonra Elman ona zəng edərək Dəyanətlə birlikdə onun ofisinə gəlməli olduqlarını bildirmişdir. O da, zəng edib bu barədə Dəyanətə demişdir. Dəyanət də rayona gəlmiş və onunla birlikdə Elmanın oturduğu ofisə getmişdirlər. Elmanla salamlaşdıqdan sonra sonuncu Dəyanətə “sənin işin düzəlib, pulun qalan hissəni ver, 3-4 gündən sonra gəl təqaüd kartını apar” deyə bildirmişdir. Dəyanət də Elmanın ofisində çıxarıb sonuncuya 400 manatda vermişdir. Bundan sonra Elmanla sağollaşıb Dəyanətlə birlikdə həmin yeri tərk edib getmişlər. Sonra isə Dəyanət Elmanın dediyi kimi 3-4 gün keçdikdən sonra sonuncu ilə telefon əlaqəsi saxlamışdır. Elman işinin 10 gündən sonraya qaldığını Dəyanətə demişdir. 10 gün keçdikdən sonra Dəyanət təkrar Elmana zəng etdikdə sonuncu yenə də işinin uzandığını, hələ alınmadığını, təxminən 1 ay çəkəcəyini qeyd etmişdir. Bir ay keçdikdən sonra Dəyanət yenə də Elmana zəng etdikdə sonuncu yenə də bəhanələr gətirərək işinin hələ alınmadığını bildirmişdir. Bir müddət keçdikdən sonra Elman Dəyanətə işinin düzəlmədiyini deyərək verdiyi 700 manatdan ilk olaraq 100 manatını qaytarmışdır. Dəyanətin deməsinə görə Elman son bir il müddətində 700 manatdan ümumilikdə yarısını, yəni 350 manatını qaytarmış, qalan pulu isə pulunun olmadığını, imkanı olduğu zaman qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında heç bir rəsmi müqavilə və rəsmi sözdələşmə olmamış, yalnız şifahi razılaşma olmuş, o, Elmana ilk olaraq Dəyanətin ona verdiyi 300 manat pulu Elmana sonuncunun ofisində vermiş, qalan 400 manat pulu Dəyanət özü onun yanında Elnana sonuncunun ofisində vermişdir. Şahid Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. İsmayıllı RPŞ-nin İB-də qardaşı barəsində istintaq aparılan zaman ona məlum olmuşdur ki, Elman Zərərçəkmiş şəxs1 azyaşlı uşağına pensiya düzəltməkdən ötrü sonuncudan ümumilikdə 700 manat, Zərərçəkmiş şəxs2 arvadına pensiya düzəltməkdən ötrü 1630 manat, Zərərçəkmiş şəxs3 İsmayıllı şəhərində yerləşən dükanına müvafiq sənədləri düzəldəkdən ötrü ümumilikdə 950 manat və Gülağa Fərzəliyevin arvadına pensiya düzəltməkdən ötrü ümumilikdə 1555 manat məbləğində pulunu alaraq onlara qarşı dələduzluq etmişdir. O, bundan sonra adları qeyd olunan zərərçəkmiş şəxslərlə bir-bir görüşmüş və həmin zərərçəkmiş şəxslərə pullarını qaytaracağını öz öhdəsinə götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs vəkili Müdafiəçi iştirakı ilə zərərçəkmiş şəxslərin pullarını qaytarmışdır. Zərərçəkmiş şəxslər onlara dəymiş ziyanların Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi, şikayət və tələblərinin olmaması barədə müraciətlər etmişlər. Qardaşı Elman isə ona Zərərçəkmiş şəxs1 700 manat, Zərərçəkmiş şəxs2 1630 manat, Zərərçəkmiş şəxs3 950 manat və Gülağa Fərzəliyevdən 1555 manat məbləğində pulları alıb-almaması barədə və ya zərərçəkmiş şəxslərin ziyanlarını ödəməsi barədə də heç bir söz deməmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 2019-cu il yaz fəslində birinci dəfə 300 manat və ikinci dəfə isə 400 manat olmaqla ümumilikdə 700 manat pulu Təqsirləndirilən şəxs verdiyi ünvan İsmayıllı şəhərinin Nizami küçəsində yerləşən, həmin vaxtı ofis kimi fəaliyyət göstərmiş, hazırda isə ət məhsulları satışı üçün dükan kimi fəaliyyət göstərən obyektdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin, üzərində “Quzu əti” elanı olan ət məhsulları satışı dükanını göstərərək həmin dükanda əvvəllər Təqsirləndirilən şəxs vəkil kimi fəaliyyət göstərməsini ofis kimi həmin otaqda əyləşməsini, Təqsirləndirilən şəxsla orada görüşməsini, sonuncunun ona azyaşlı uşağı X1 mərhum atası X3 himayəsinə verilməklə pensiya almağına köməklik etməsinə vəd etməsini və pul isəməsi, bu məqsədlə birinci dəfə 300 manat və ikinci dəfə 400 manat olmaqla ümumilikdə 700 manat pulu Təqsirləndirilən şəxs verməsini, lakin sonuncunun vədinə əməl etməyərək pensiya işini həll etməməsini və onu aldadaraq pulu ələ keçirməsini bildirdi. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokol tərtib olunaraq iştirakçılar tərəfindən imza edilərək təsdiq edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 2020-ci ildə sentyabr ayının sonlarında 500 manat, 2020-ci ilin oktyabr ayında 600 manat, 2020-ci ilin oktyabr ayında 200 manat, 2020-ci ilin oktyabr ayında 20 manat və 2020-ci ilin noyabr ayında 10 manat olmaqla ümumilikdə 1630 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyi ünvanlar İsmayıllı rayon ərazisində yerləşir. Belə ki, baxışda iştirak edən Maarif Əmirov hadisə yerlərini göstərərək Təqsirləndirilən şəxs ona arvadı X6 pensiya verilməsinə kömək lik etməsinə vəd etməsi və pul isəməsi, bu məqsədlə 2020-ci ilin sentyabr ayının sonlarında, İsmayıllı şəhəinin H.Əliyev prospektində yerləşən, Təqsirləndirilən şəxs vəkil kimi fəaliyyət göstərdiyi ofis kimi istifadə etdiyi otağında 500 manat, 2020-ci ilin oktyabr ayının əvvəllərində, İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən bazarın yanında 300 manat, 2020-ci ilin oktyabr ayında, İsmayıllı şəhəinin H.Əliyev prospektində yerləşən, ofis kimi istifadə etdiyi otağında 600 manat, 2020-ci ilin oktyabr ayında, İsmayıllı şəhəinin H.Əliyev prospektində yerləşən, ofis kimi istifadə etdiyi otağında 200 manat, 2020-ci ilin oktyabr ayında, İsmayıllı rayonunda İsmayıllı-Qəbələ avtomobil yolunun kənarında yerləşən “Ocaq” adlı kafenin yanında 20 manat və 2020-ci ilin noyanr ayında, İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən "xxxx" ASC-dən Qıztamam Əmirovanın adına plastik kart alınmasından ötrü 10 manat olmaqla Təqsirləndirilən şəxs hissə-hissə ümumilikdə 1630 manat məbləğində pulu verdiyini, lakin sonuncunun isə pensiya işini həll etmədiyini və onu aldadaraq pulunu ələ keçirdiyini bildirmişdir. Baxış zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 İsmayıllı şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs pul verdiyi ofis, H.Əliyev prospekti 16 ünvanında yerləşmiş, həmin vaxtı ofis kimi fəaliyyət göstərmiş, hazırda isə heç bir fəaliyyəti olmayan bir obyektin 7 nömrəli otağıdır. Həmin obyekt iki qatlı bir binadır, lakin fəaliyyəti olmayan və bağlı olan köhnə bir tikilidir. Həmçinin Zərərçəkmiş şəxs2 İsmayıllı şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs pul verdiyi digər bir yer isə İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən, yol kənarında və bazar yaxınlığında kənar bir yerdir. Həmçinin Zərərçəkmiş şəxs2 "xxxx" ASC-nin yaxınlığında Təqsirləndirilən şəxs pul verdiyi digər bir yer isə İsmayıllı şəhəri M.F.Axundov küçəsi 21A ünvanında yerləşən, həmin bankın binasının ön hissəsidir. X14 Ocaq” adlı kafenin yanında Təqsirləndirilən şəxs pul verdiyi digər bir yer isə İsmayıllı rayon ərazisində, İsmayıllı-Qəbələ avtomobil yolunun kənarında yerləşən kafenin həyətində yerləşmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokol tərtib olunaraq iştirakçılar tərəfindən imza edilərək təsdiq edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 09.09.2020-ci il tarixdə 1500 manat və 10.11.2020-ci il tarixdə 55 manat olmaqla ümumilikdə 1555 manat olmaqla ümumilikdə 1555 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyi ünvanlar İsmayıllı rayon ərazisində yerləşir. Belə ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs4 hadisə yerlərini göstərərək Təqsirləndirilən şəxs ona arvadı X2 pensiya verilməsinə köməklik etməsinə vəd etməsi və pul istəməsi, bu məqsədlə 09.09.2020-ci il tarixdə İsmayıllı rayonunun Topçu kəndində yerləşən “Topçu Market” adlı dükanın qarşısında 1500 manat və 10.11.2020-ci il tarixdə İsmayıllı şəhərinin Cavanşir küçəsində yerləşən İsmayıllı rayon Notariat kontorunun yanında 55 manat olmaqla ümumilikdə 1555 manat olmaqla Təqsirləndirilən şəxs hisshissə ümumilikdə 1630 manat məbləğində pulu verdiyini, lakin sonuncunun isə pensiya işini həl etməməsini və onu aldadaraq pulunu ələ keçirməsini bildirdi. Baxış zamanı məlum oldu ki, Zərərçəkmiş şəxs4 1500 manat pulu Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Topçu kəndində yerləşən “Topçu Market” adlı dükanın qarşısında vermişdir, həmin market İsmayıllı Qəbələ avtomobil yolunun Qəbələ istiqamətində sol tərəf yol kənarında yerləşmiş və bir mərtəbədən ibarət tikilidil, yanında isə “Topçu” adlı kafe yerləşmişdir. Həmçinin Zərərçəkmiş şəxs4 55 manat pulu Təqsirləndirilən şəxs verdiyi yer isə İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən, İsmayıllı rayon Notariat kontorunun inzibati binasının sol tərəf hissəsində olan küçə kənarında olan hissəsidir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokol tərtib olunaraq iştirakçılar tərəfindən imza edilərək təsdiq edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayına kimi olan müddət ərzində birinci dəfə 250 manat, daha sonralar isə 200, 100 və 50 manat olmaqla hissə-hissə ümumilikdə 950 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyi ünvanlar İsmayıllı şəhər ərazisində yerləşir. Belə ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs3 hadisə yerlərini göstərərək Təqsirləndirilən şəxs ona İsmayıllı şəhərində yerləşən dükanına müvafiq sənədləri düzəldməsinə vəd etməsi və pul istəməsi, bu məqsədlə 2020ci ilin sentyabr ayından 2021-ci ilin mart ayına kimi olan müddət ərzində İsmayıllı şəhəri H.Əliyev prospektində, Təqsirləndirilən şəxs vəkil kimi fəaliyyət göstərdiyi ofis kimi istifadə etdiyi otağı yaxınlığında olmaqla küçə kənarlarında birinci dəfə 250 manat, daha sonralar isə 200, 100 və 50 manat olmaqla hissə-hissə olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 950 manat məbləğində pulu verdiyini, lakin sonuncunun isə dükana müvafiq sənəd düzəltməkdə heç bir iş görmədiyini və onu aldadaraq pulunu ələ keçirməsini bildirdi. Baxış zamanı məlum oldu ki, Zərərçəkmiş şəxs3 İsmayıllı şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs pul verdiyi yer küçədir, həmin yerin yaxınlığında əvvəllər sonuncunun əyləşdiyi ofis yerləşən bina yerləşmiş, hazırda isə heç bir fəaliyyəti olmayan bir obyektdən ibarətdir. Həmin obyekt iki qatlı binandır, lakin fəaliyyəti olmayan və bağlı olan köhnə tikilidir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokol tərtib olunaraq iştirakçılar tərəfindən imza edilərək təsdiq edilmişdir. 29 iyun 2021-ci il tarixdə Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş diskə baxış keçirilərkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsindən 01 yanvar 2019-cu il tarixdə saat 00:00-dan 01 may 2021-ci il tarixdə saat 00:00-dək bir çox abonentlərə zənglər edilməsi, müxtəlif anten dairələrində aktiv olması və nömrələr arasında danışıqlar olması qeydə alınmışdır. Zərərçəkmiş şəxs1 oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilməsinə dair protokoldan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs özünü ona vəkil kimi təqdim etməsini, onun azyaşlı uşağı X1 həmin vaxtı sağ olmuş mərhum atası X3 himayəsinə verilməklə pensiya almağına köməklik edəcəyini ona vəd etməsini, bunun qarşılığında pul istəməsini, Zərərçəkmiş şəxs1 onun istəyi ilə 2019-cu il yaz fəslində, İsmayıllı şəhərinin Nizami küçəsində yerləşən ofisində ona birinci dəfə 300 manat və ikinci dəfə isə 400 manat olmaqla ümumilikdə ona 700 manat pul verməsini, ondan işlərin nə yerdə olmasını soruşduğu zaman isə ona işləri həll edəcəyini, lakin pensiya işini həl etməyərək və onu aldadaraq pulunu ələ keçirib ona qarşı dələduzluq etməsini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. X15 oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilməsinə dair protokoldan görünür ki, üzləşmə zamanı X16 Xəlilovun özünü ona vəkil kimi təqdim etməsini, onun arvadı X2 pensiya verilməsini təmin edə biləcəyini və pensiya almasına nail olacağını vəd verməsini, bunun qarşılığında pul istəməsini, onun istəyi ilə 09.09.2020-ci il tarixdə İsmayıllı rayonunun Topçu kəndində yerləşən “Topçu Market” adlı dükanın qarşısında ona 1500 manat və 10.11.2020-ci il tarixdə İsmayıllı şəhərinin Cavanşir küçəsində yerləşən İsmayıllı rayon Notariat kontorunun yanında ona 55 manat olmaqla ümumilikdə 1555 manat məbləğində pul verməsini, ondan pensiya düzəlməsi barədə soruşduğu zaman isə ona işi həll etmək üzrə olduğunu bildirməsini, lakin pensiya işini həll etməyərək və onu aldadaraq pulunu ələ keçirib ona qarşı dələduzluq etməsini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilməsinə dair protokoldan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs özünü ona vəkil kimi təqdim etməsini, onun arvadı X6 pensiya verilməsinə köməklik edə biləcəyini ona vəd verməsini, bunun qarşılığında pul istəməsini, onun istəyi ilə 2020-ci ilin sentyabr ayının sonlarında, İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən əyləşdiyi otaqda 500 manat, 2020-ci ilin oktyabr ayının əvvəllərində, İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən bazarın yanında 300 manat, 2020-ci ilin oktyabr ayında, İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən əyləşdiyi otaqda 600 manat, 2020-ci ilin oktyabr ayında, İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən, əyləşdiyi otaqda 200 manat, 2020-ci ilin oktyabr ayında, İsmayıllı rayonunda yerləşən “Ocaq” adlı kafenin yanında 20 manat və 2020-ci ilin noyabr ayında, İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən "xxxx" ASC-dən Qıztamam Əmirovanın adına plastik kart alınmasından ötrü 10 manat olmaqla ona hiss-hissə ümumilikdə 1630 manat məbləğində pulu verməsini, ondan pensiya düzəltməyi ilə bağlı işlərin nə yerdə olmasını soruşduğu zaman isə ona işi həll etmək üzrə olduğunu bildirməsini, lakin pensiya işini həl etməyərək və onu aldadaraq pulunu ələ keçirib ona qarşı dələduzluq etməsini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilməsinə dair protokoldan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs özünü ona vəkil kimi təqdim etməsini, onun İsmayıllı şəhərində yerləşən dükanına müvafiq sənədləri düzəldə biləcəyini ona vəd etməsini, bunun qarşılığında pul istəməsini, onun istəyi ilə 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayına kimi olan müddət ərzində, İsmayıllı şəhəri ərazisində birinci dəfə 250 manat, daha sonralar isə 200, 100 və 50 manat hissə-hissə olmaqla ona ümumilikdə 950 manat məbləğində pul verməsini, daha sonra ondan dükanın sənəd işlərinin hansı vəziyyətdə olmasını soruşmasını, onun isə sənəd işlərinin yolunda getdiyini və qısa zamanda sənədləri əldə edib ona təqdim edəcəyini bildiməsini, lakin heç bir sənəd düzəltməməsini, onu aldadaraq pulunu ələ keçirib ona qarşı dələduzluq etməsini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, Ucar Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 1(063)-02/2018 nömrəli hökmünün, İsmayıllı Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 7(037)-02/2021 nömrəli və 18 yanvar 2022-ci il tarixli 7(037)-2/2022 nömrəli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 1(063)-02/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib 02(iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3300 (üç min üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, 3300 (üç min üç yüz) manat miqdarında cərimə cəzasının çəkilməmiş qalan hissəsi İsmayıllı Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 7(037)-02/2021 nömrəli qərarı ilə 01(bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, məhkəmənin 18 yanvar 2022-ci il tarixli 7(037)-2/2022 nömrəli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. İsmayıllı rayon İcra və probasiya şöbəsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərində çəklməmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İsmayıllı rayon X5 hüquqi şəxsi poliklinika şöbəsindən alınmış 07.06.2021-ci il tarixli 02-02-905/21 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İsmayıllı RİHB-nin İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, Elman Xəlilov İsmayıllı şəhəri Məhsəti küçəsi ev 20-də qeydiyyatda olmaqla İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi 12 saylı evin 13 saylı mənzilində yaşayır, ailə tərkibi özündən, 1978-ci il təvəllüdlü arvadı Xəlilova Rüxsarə Adil qızı, 2005 və 2008-ci il təvəllüdlü uşaqları Aysu və Selcandan ibarətdir, Elman Xəlilov yaşayış yerində yaşadığı müddətdə barəsində şikayət xarakterli məlumat daxil olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun 14 saylı Regional Ərazi Filialından alınmış 21.06.2021-ci il tarixli **********6 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialından heç bir növ sosial müavinət, təqaüd və pensiya almır. İsmayıllı Rayon Məhkəməsinin 2 iyun 2021-ci il tarixli 4(037)-24/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli qərarın elan edildiyi 2 iyun 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti 03 (üç) ay həddində müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 4(037)-26/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarlarından sui-istifadə və aldatma yolu ilə əmlaklarını ələ kеçirilməsində özünü təqsirli bilmədiyinə dair verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12 və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Elman Xəlilovun törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. İsmayıllı Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 7(037)-02/2021 nömrəli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 6 (altı) ay müddət bu hökmlə ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən tam birləşdirilməli və Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdən 28 mart 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 9 (doqquz) ay 26(iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 01(bir) il 7(yeddi) ay 22(iyirmi iki) gün ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərində saxlanılan azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi 12 saylı evin 13 saylı mənzilini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübutlar - "xxxx" ASC-yə aid olan bir ədəd plastik kart, ELNUR-E” Məhdud Məsuliyyətli Cəmiyyətə məхsus ştamp və möhürə aid nümunələr, X11 imza nümunələri, həmçinin İsmayıllı rayon İcra və Probasiya şöbəsinə sorğu verilməklə alınmış 03.05.2019-cu il tarixli 1971/19 nömrəli, 13.06.2019-cu il tarixli 119/2019 nömrəli, 04.10.2019-cu il tarixli 23 nömrəli, 16.12.2019-cu il tarixli 15/119 nömrəli, 27.01.2020-cu il tarixli 502 nömrəli, 30.01.2020-ci il tarixli 171/12 nömrəli, 27.02.2020-ci il tarixli 169/11 nömrəli, 31.03.2020-ci il tarixli 167 nömrəli, 16.07.2020-ci il tarixli 287 nömrəli, 08.08.2020-ci il tarixli 347 nömrəli arayışlar cinayət işinin materialına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 112 (bir yüz on iki) manat manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353,354, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. İsmayıllı Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 7(037)-02/2021 nömrəli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 6 (altı) ay müddət bu hökmlə ona təyin olunmuş 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən tam birləşdirsin və Təqsirləndirilən şəxs 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdən 28 mart 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 9 (doqquz) ay 26(iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 1(bir) il 7(yeddi) ay 22(iyirmi iki) gün ona təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan 1 (bir) il 4 (dörd) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi 12 saylı evin 13 saylı mənzili tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutlar - "xxxx" ASC-yə aid olan bir ədəd plastik kart, ELNUR-E” Məhdud Məsuliyyətli Cəmiyyətə məхsus ştamp və möhürə aid nümunələr, X11 imza nümunələri, həmçinin İsmayıllı rayon İcra və Probasiya şöbəsinə sorğu verilməklə alınmış 03.05.2019-cu il tarixli 1971/19 nömrəli, 13.06.2019-cu il tarixli 119/2019 nömrəli, 04.10.2019-cu il tarixli 23 nömrəli, 16.12.2019-cu il tarixli 15/119 nömrəli, 27.01.2020-cu il tarixli 502 nömrəli, 30.01.2020-ci il tarixli 171/12 nömrəli, 27.02.2020-ci il tarixli 169/11 nömrəli, 31.03.2020-ci il tarixli 167 nömrəli, 16.07.2020-ci il tarixli 287 nömrəli, 08.08.2020-ci il tarixli 347 nömrəli arayışlar cinayət işinin materialına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 112 (bir yüz on iki) manat manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilsin və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar