Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-3/2023 06.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 06 iyul 2023-cü il tarixdə saat 14:52-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2003-cü ildə İsmayıllı rayonunun Xanagah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun Xanagah kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə saat 18-19 radələrində yaşadığı İsmayıllı rayonunun Xanagah kəndinin ərazisində yerləşən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Xanagah İƏD üzrə nümayəndəliyinin inzibati binasının yaxınlığında həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs təşəbbüsü ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əsəbiləşərək üzərində olan təsərüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən deşici-kəsici təsirə malik turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sol qol, döş qəfəsinin ön və arxa nahiyələrindən üç dəfə vurmaqla sonuncuya döş qəfəsinin ön və arxa səthinin daxilə keçməyən yaraları və sol bazunun yarası kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonu Xanagah kəndində valideyinləri ilə birlikdə yaşayır, subaydır, fərdi əməklə məşqul olmaqla dolanışığını təmin edir. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımışdır. Son vaxtlar Nihat onu harda görürsə, ona yersiz söz atmaqla məşğul olmuşdur. Belə ki, Nihat onun hərbi xidmətə getmədiyini və nə səbəbdən getmədiyini bildiyindən ona söz atmışdır. O, isə Nihata işi ilə məşğul olmasını bildirsə də Nihat yenə öz hərəkətlərindən geri qalmamışdır. Hadisədən bir neçə gün əvvəl Nihat ona söz atdıqda o, Nihata “səni vuraram” demişdir. O, bu sözü ilə Nihatı yumruqla, sillə ilə vuracağını nəzərdə tutmuşdur. Lakin dalaşmaq niyyəti olmamışdır. 03 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində yaşadığı kənddə küçədə tək dayanmışdır. Bu zaman yolnan Nihatın gəldiyini görmüş və Nihat çatıb ona demişdir ki, “mənimlə gəl, səninlə söhbətim var”. O, Nihata heç nə demədən Nihatın ardınca getmiş və onlar yaşadığı kənddə nümayəndəlik binasının arxasına getmişlər. Həmin vaxtı orada ikisindən başqa heç kim olmamışdır. Nihat ora çatan kimi ona demişdir ki, “mənə demişdin ki, səni vuracam”. O, da Nihata “vuracam” dediyini təkrarlamışdır. Nihat da bundan sonra “vurmuyana qarşı” nalayiq ifadə işlətmişdir. O, da bundan sonra meyvə soymaq, ip kəsmək, məişətdə və.s kimi məqsədlərlə istifadə etdiyi kiçik həcmli qatlanan cib bıçağını arxa sağ cibindən çıxararaq Nihatın sol qolundan, döş qəfəsinin sol qabaq və sol arxa nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Nihat bundan sonra qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Az sonra isə atası Nihatı İsmayıllı RMX-nə aparmışdır. Məlum vaxtı Nihat onu vurmamışdır. Onun heç bir xəsarəti yoxdur. Buna görə də məhkəmə tibbi ekspertiza müayinəsindən keçməkdən imtina etmişdir. Həmçinin qeyd etmişdir ki, onun həmin vaxtı Zərərçəkmiş şəxs öldürmək fikri olmamışdır. Eləcə də əlavə etmişdir ki, Nihatı vurduğu bıçağı təxminən 2 il əvvəl Bakı şəhərində tanımadığı səyyar satışla məşğul olan şəxsdən almışdır. Məlum yerdə ikisindən başqa heç kim olmamışdır və həmin mübahisə cəmi 1-2 dəqiqə müddətində davam etmişdir. Məlum hadisəni törətdiyi bıçağı təqdim etmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, 10-cu sinif şagirdidir. Həmkəndlisi Təqsirləndirilən şəxs ilə nə çox yaxın, nə də pis münasibəti olmuşdur. Hafiz həm də onun uzaq qohumudur. 03 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı kənddə babasının evində olmuşdur. Atası da həmin vaxtı orada olmuşdur. Atası ondan evə gedib 90 manat pul götürüb gəlməyini demişdir. O, bundan sonra babasının həyətindən çıxaraq yaşadığı evə gedərkən yolda Hafizi görmüşdür. Hafiz bu zaman ona demişdir ki, “gəl keçək arxaya sənə sözüm var”. O, Hafizlə İcra nümayəndəliyinin binasının yanına keçmişdir. Həmin yerdə ikisindən başqa heç kim olmamışdır. Bu zaman Hafiz ona heç nə demədən üzərindən bıçaq çıxarmış və onu bir neçə dəfə müxtəlif bədən nahiyyələrindən vurmuşdur. O, Hafizin əlindən bıçağı almaq istəsə də, ala bilməmişdir. Bundan sonra o, Hafizə bıçağı yerə tullamasını bildirsə də Hafiz bundan imtina etmiş, ona qarşı nalayiq söyüş söymüş və ona sözlə demişdir ki, “səni öldürəcəm”. O, bundan sonra qaçmış və qaçarkən yolda Elməddin görmüşdür. O, Elməddini görüb demişdir ki, “Hafizin əlində bıçaq var Hafizin əlindən al”. Elməddin elə bilmişdir ki, o, zarafatlaşır, ona demişdir ki, “gedin o tərəfə”. Daha sonra isə marketin qarşısında Bəhruz adlı şəxsə rast gəlmiş və o, Bəhruza demişdir ki, “Hafiz məni bıçaqlayıb, bıçağı onun əlindən al”. Bəhruz bundan sonra Hafizin əlindən tutub bıçağı almışdır. Həmin vaxtı Elton adlı həmkəndlisi də orada olmuşdur. O, həmin vaxtı hadisə isti isti olduğu üçün hiss etməmişdir. Elton ona demişdir ki, “tez qaç evə”. Bundan sonra o, babasının evinə qaçmışdır. Atası onu dərhal avtomaşına əyləşdirib İsmayıllı RMX-nə gətirmişdir. RMX-də ona tibbi yardım göstərilmişdir. Hazırda səhhəti normaldır. Tələbi Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsidir. Sözügedən hadisə ilə bağlı Təqsirləndirilən şəxs dedikləri həqiqəti əks etdirmir, şər və böhtandır. Məlum hadisə təxminən 1 dəqiqə müddətində davam etmiş və bu zaman onların yanında ikisində başqa heç kim olmamışdır. Məhkəmə istintaqının gedişində Hafiz ondan üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə ifadə verərək göstərdi ki, 03 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı kənddə atasının evində olarkən oğlu Nihata demişdir ki, “get evdə pul var, götür gəl əmivə 90 manat pul ver”. Nihat bundan sonra yaşadığı evə getmişdir. Təxminən 5 dəqiqə sonra isə küçədə qapının yanından oğlu Nihatın səsini eşitmiş və çölə çıxıb görmüşdür ki, Nihatın bədəninin müxtəlif nahiyyələrindən qan axır. O, oğlundan nə baş verməsini soruşmuşdur. Oğlu ona demişdir ki, “məni Təqsirləndirilən şəxs bıçaqlayib”. O, dərhal oğlunu avtomaşınına əyləşdirib İsmayıllı RMX-nə gətirmişdir. RMX-də oğluna tibbi yardım göstərilmişdir. Məhkəmə istintaqının gedişində Hafiz oğlundan üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şahid2 ifadə verərək göstərdi ki, o, məlum hadisə vaxtı yaşadığı İsmayıllı rayonunun Xanagah kəndində Təqsirləndirilən şəxs digər həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirməsini görməmiş və həmin vaxtı hadisə yerində olmamışdır. Məlum hadisə ilə bağlı sonradan eşitmiş və Hafizin əlindən hər hansı bıçaq və sair alət almamışdır, həmin günü adları çəkilən şəxsləri dalaşan vəziyyətdə görməmişdir. Qanuni nümayəndəsi (atası) X1 iştirakı ilə dindirilən şahid X3 ifadə verərək göstərdi ki, o, yaşadığı kənd məktəbinin 9-cu sinif şagirdidir. Nihat və Hafizi tanıyır, onlarla normal münasibəti vardır. Təqsirləndirilən şəxs Nihatı bıçaqlamasını, məlum vaxtı hadisənin necə cərəyan etməsini, eləcə də marketin qarşısında Nihatı bıçaqlanmış halda görməmişdir. Sözügedən hadisə barədə sonradan eşitmişdir. Şahid1 ifadə verərək göstərdi ki, Nihat və Hafiz onun həmkəndliləri olmaqla onlarla normal münasibəti vardır. 03 oktyabr 2022-ci il tarixdə saat 18:10 radələrində kəndin mərkəzi deyilən yerində olmuş və mobil telefonu ilə xatırlamadığı şəxslə danışmışdır. Bu zaman Hihatın qaça-qaça ona tərəf gəldiyini görmüş və Nihat onun yanımdan ötərkən nəsə demişdir. O, telefonla danışdığından Nihatın nə dediyini başa düşməmişdir. Onun dalınca da Hafizin gəldiyini görmüşdür. O, Nihatla Hafizin zarafatlaşdıqlarını düşünmüşdür. Hafiz uzaqda olduğundan onun əlində nəyin olduyğunu görə bilməmişdir. O, telefonla danışadanışa oradan uzaqlaşaraq kənd küçəsi ilə üzüyuxarı getməyə başlamışdır. Təqsirləndirilən şəxs Nihatı bıçaqlamasını, məlum vaxtı hadisənin necə cərəyan etməsini bilməmiş və eləcə də marketin qarşısında Nihatı bıçaqlanmış halda görməmişdir. Sözügedən hadisə barədə sonradan eşitmişdir. Məhkəmə-tibbi ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 538 nömrəli rəyindən görünür ki, 17 oktyabr 2022-ci il tarixli 538 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- döş qəfəsinin ön və arxa səthinin (daxilə keçməyən) və sol bazunun yaraları (cəmi 03 ədəd) deşici-kəsici alətin deşici-kəsici və kəsici təsirindən təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarifdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-ballistik ekspertizasının 29 noyabr 2022-ci il tarixli 17/870 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, bıçağın üzərində sonradan düzəlişlər edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30(otuz) manat 60(altmış) qəpik təşkil edir. 29 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş 20 noyabr 2022-ci il tarixli PHŞ/6.47-2-2022-532 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın PHŞ-nin Poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi-əsəb” kabinetlərində dispanser qeydiyyatında yoxdur. Maddi sübut kimi tanınma barədə 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. 04 oktyabr 2022-ci il tarixli 144 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Xanagah kəndində yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində inzibati ərazi darəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Müstəntiqinin 16 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 29 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs bədəni üzərində yaranmış xəsarətlərlə əlaqədar təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın qarşısında həll edilməsi üçün aşağıdakı suallar qoyulmuşdur. 1). 03 oktyabr 2022-ci il tarixdə İsmayıllı rayonunun Xanagah kəndində baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs konkret olaraq hansı xəsarətlər yetirilib? 2). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yetirdiyi kəsilmiş deşilmiş xəsarətlər Zərərçəkmiş şəxs daxili orqanlarını zədələmişdirmi və belə bir hal mövcuddura həmin daxili orqanlar hansılardır? 3). Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərin yerləşmə mövqeyinə əsasən hadisə baş verərkən Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs duruş vəziyyətləri necə olmuşdur ? 4). Zərərçəkmiş şəxs 03 oktyabr 2022-ci il tarixdə saat 18-19 radələrində yaşadığı İsmayıllı rayonunun Xanagah kəndinin ərazisində bıçaqla xəsarətlər alması ilə əlaqədar İsmayıllı rayon Mərkəzi Xəstəxanasında olduğu müddət üçün tərtib edilmiş stasionar xəstənin tibbi kartası əsasında xəstə Zərərçəkmiş şəxs qoyulmuş son kliniki diaqnozda sonuncunun döş qəfəsini dəqiqləşdirilməmiş şöbəsinin açıq yarası xəsarətinə ekspertiza tərəfindən aydınlıq gətirilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 tərəfindən keçirilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 03 aprel 2023-cü il tarixli T 209/2023 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs daxilə nüfuz etməyən döş qəfəsinin ön və arxa səthinin və sol bazunun kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gələ bilər. Törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəliur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Xəsarətin yetirildiyi anda Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs müxtəlif duruş vəziyyətlərində ola bilərdilər. Zərərçəkmiş şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasında qoyulmuş “döş qəfəsini dəqiqləşdirilməmiş şöbəsinin açıq yarası” tam əsaslandırılmamışdır. Belə ki, istər yaraların birinci cərrahi işlənməsi zamanı, istərsə də aparılmış rentgen və KT müayinəsi zamanı yaraların döş boşluğuna nüfuz etməməsi müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, onlarla barışıq əldə etmişdir, onların Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətləri yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Dövlət ittihamçısı qanunun göstərilən normasına əsaslanaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan 1 ədəd kağız zərfdə qablaşdırılmış turist bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 30 (otuz) manat 60 (altmış) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbiyoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 ədəd kağız zərfdə qablaşdırılmış turist bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 30(otuz) manat 60(altmış) qəpik qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-3/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-3/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver