Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-3/2024 22.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 22 fevral 2024-cü il tarixdə saat 11:35-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1991-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, İsmayıllı Rayon X2 Hüquqi Şəxsin TTTYS şöbəsinin X6 Təcili Yardım üzrə həkimi vəzifəsində işləyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 21A, mənzil 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi Vaz-21074 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 12 may 2023-cü il tarixdə saat 21 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhər ərazisindən keçən 40-ci kilometrliyindı Muğanlı istiqamətində hərəkətdə olan zaman sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə riayət etməyib “X7” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobil yolunu soldan sağa doğru keçməkdə olan piyada Zərərçəkmiş şəxs vurması nəticəsində ehtiyatsızlıqdan sonuncuya sağ qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınığı, alnın və alt çənə nahiyəsində yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını sərxoş halda pozma cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ifadə verərək göstərdi ki, ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, İsmayıllı RMX-nın X1 X8 Bölməsində növbətçi həkim işləyir. Özünə məxsus Vaz-21074 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobilini sürücülük vəqisəsi əsasında idarə etmişdir. 2023-cü ilin mart ayında həmin avtomobili rənglənilməsi üçün Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən ustaya vermişdir. 12 may 2023-cü il tarixdə usta ona zəng edərək avtomobilni rənglənmə işini tamamladığını, gəlib avtomobili götürməyini demişdir. O, dostu Elçinlə birlikdə Qaraməryəm kəndinə getmiş və avtomobili ustadan götürmüşdür. Avtomobili ustadan götürən zaman banı, şassisi və mühərrikindən başqa digər hissələri sökülmüş, qeydiyyat nişanları bağlanmamış, işıqları isə bağlı olmuşdur. Elçin öz avtomobili ilə, o, isə öz avtomobili ilə Qaraməryəm kəndindən çıxıb İsmayıllı şəhərinə hərəkətə başlamışdır. Avtomobili özü idarə etmiş və avtomobildə tək olmuşdur. Həmin gün saat 21 radələrində İsmayıllı şəhəri, “Kəpənək” adlanan ərazisindəki dairəvi yolayrıcına çatmışdır. Dairədən sağa dönərək hərəkətini Şamaxı istiqamətində davam etdirmişdir. Elə azacıq hərəkət etmişdir ki, yolun sol tərəfindən qarşısına piyada çıxmışdır. Onu vurmamaq üçün idarə etdiyi avtomobili sağa istiqamətləndirib tormozu basmışdır. Bu zaman avtomobilin qarşısı piyada dəymiş və o, yerə yıxılmışdır. Dərhal avtomobili dayandırıb yerə düşüb piyadaya yardım göstərmişdir. Təcili yardım çağırmışdır. Hadisə yerinə gələn təcili yardım avtomobili ilə piyadanı İsmayıllı xəstəxanasına yola salmışdır. Özü isə dostu Elçinin Vaz- 21154 markalı, **-LF-*** nömrəli avtomobili ilə İsmayıllı xəstəxanasına getmiş, tibbi yardımda iştirak etmişdir. Xəstəni Bakı şəhərinə təxliyyə etmək üçün hazırladıqdan sonra narahat olduğundan çıxıb evə getmişdir. Hadisə 12 may 2023-cü il tarixdə saat 21 radələrində İsmayıllı şəhərində Kəpənək dairəsi adlanan ərazidə baş vermiş, bu zaman o, avtomobili 35-40 km/saat sürətlə idarə etmişdir. Hava qaranlıq, yol isə yüngül yağışlı olmuşdur. Hadisədən bir gün əvvəl spirtli içki içmiş, lakin hadisə baş verən gün həmin gün içki içməmişdir. Eyni zamanda onun qan nümunələri qanuni yolla əldə edilməmiş, qanunauyğun şəkildə qablaşdırılmamışdır. Hadisədən əvvəl Mətanət ilə şəxsi tanışlığı olmamışdır. Özünü təqsirli bilməsə də zərərçəkmiş şəxsə mümkün olan bütün yardımları etmiş və onun müayinə və müalicə xərclərini ödəmişdir. Zərərçəkmiş şəxs onunla barışmış, ondan şikayət və tələbi yoxdur. Ona bəraət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, hadisə olan ərəfələrdə İsmayıllı rayonu, Qədim Basqal restoranında işləmişdir. 12 may 2023-cü il tarixdə axşam radələrində işdən çıxdıqdan sonra İsmayıllı şəhərinə gəlmiş, İsmayıllı şəhərinin girişində “Kəpənək” adlanan ərazidə YDM-nin yanında avtomobildən düşmüşdür. O, yaşadığı evə getməkdən ötrü yolu qarşı tərəfə keçməli olduğundan normal yerişlə Şamaxı istiqamətindən yolu soldan sağa doğru keçməyə başlamışdır. Bu zaman bir anda onu Şamaxı istiqamətinə gedən avtomobil vurmuşdur. Avtomobilin onu vurmasından sonra yerə yıxılmış, özünə gəldikdə isə artıq İsmayıllı RMX-na olmuşdur. Xəstəxanada özünə gəlmiş, bu zaman onu vuran avtomobilin sürücünün İsmayıllı RMX-nın X1 X8 Bölməsinin həkimi Təqsirləndirilən şəxs olduğunu bilmiş və həmin vaxt Tural onun yanında olmuşdur. Orada ilkin yardım göstərildikdən sonra onu Bakı şəhərinə aparmışlar. Orada əməliyyat olmuşdur. Onun bütün tibbi xərclərini Tural özü qarşılamış, lazımi maddi və mənəvi köməkliyi göstərmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Sonuncu onun bütün müalicə və müayinə xərclərini ödəmiş, onunla barışıq əldə etmişdir. İş üzrə yekun qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqında protokoldan görünür ki, hadisə baş verən ərazi yaşayış məntəqəsi daxilində yerləşir və maksimal sürət 60 km/saat müəyyən edilmişdir. Yolun bir hərəkət hissəsi var. Yol ikitərəflidir, hər istiqamətə iki hərəkət zolağı var. Əks istiqamətli hərəkət zolaqları 1.1 uzununa nişanlanma xətti vasitəsilə haşiyələnmiş təhlükəsizlik adacığı ilə sərhədlənmişdir. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, düzdür, yaşdır. Yol örtüyünün eni 16 metr, hərəkət hissəsinin eni 14,5 metrdir. Yolun Muğanlı istiqamətli hərəkət zolaqlarının eni 8 metr, İsmayıllı İstiqamətli hərəkət zolaqlarının eni 6,5 metrdir. Hərəkət hissəsinin sağ kənarında 2 metr enində asfalt zolaq var. Yolun sol kənarında səki yerləşir. Yoldan sağ tərəfdə ticarət və iaşə obyektləri, sol tərəfdə "Lukoil" YDM yerləşir. Piyadanın vurulduğu yer yolun Muğanlı istiqamətinə hərəkət üçün nəzərdə tutulmuş zolaqların solda yerləşən hərəkət zolağında yerləşir. Həmin yerdən yolun hərəkət hissəsinin sağ kənarına 6 metr, hərəkət hissəsinin sol kənarına 10 metr məsafə vardır. Hadisə yerində tormoz izləri və başqa izlər müşahidə edilmir. VAZ 21074 markalı, ** FO *** dövlət qeydiyyat nişanlı minik avtomobili hadisə yerində yolun sağ hərəkət zolağında Muğanlı istiqamətdə dayanıb. Avtomobilin qarşı hissəsində deformasiya izləri var. Həmin avtomobil yenicə təmirdən çıxdığı üçün ban avadanlıqları, salonun konstruksiya ünsürləri bağlanmamış, avtomobilin salon oturacaqları qoyulmamışdır. Baxış zamanı hadisə yerində piyada keçidinin olmadığı müəyyən edilmişdir. Məhkəmə tibbi ekspertizasının 10 iyun 2023-cü il tarixli 268 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ qasıq və oturaq sümüklərinin qapalı-yerdəyişən sınığı, alnın və alt çənə nahiyəsinin yaraları bərk-küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 09 iyun 2023-cü il tarixli 8/1482 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində «X7» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş va onun həmin maddənin tələblərina riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. 30 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsindən daxil olmuş məktubdan görünür ki, komputer uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək etibarlı olan) BC 600089 nömrəli "B1 B" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2017-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixədək və xx.xx.2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixədək müddətinə məhdudlaşdırılmışdır. Lakin sürücülük vəsiqəsi təqdim edilməmişdir. Həmin məktubla Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımının dayanması və müddətin axımının həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlanacağı nəzərə çatdırılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun 08(səkkiz) ay müddətinə məhdudlaşdırılmasına dair İsmayıllı Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 3(037)-379/2021 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına Təqsirləndirilən şəxs vəsatəti əsasında xitam verilmiş və inzibati məsuliyyətdən azad olunmuşdur. İsmayıllı rayon X2 X5 şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın poliklinika şöbəsinin “narkoloji”, “Ruhi əsəb” və “nevroloji” kabinetlərində dispanser qeydiyyatlnda yoxdur. Müstəntiqin maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, cinayət işi üzrə Vaz-21074 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və həmin avtomobil qanuni sahibinə qaytarılmışdır. Müstəntiqin qətimkan tədbirinin seçilməsinə dair 22 sentyabr 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 21A, mənzil 11 ünvanında yaşayır, İsmayıllı Rayon X2 Hüquqi Şəxsin TTTYS şöbəsinin X6 Təcili Yardım üzrə həkimi vəzifəsində işləyir, barəsində şikayət xarakterli ərizə və şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kimyəvi ekspertizasının 26 may 2023-cü il tarixli 1787/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində tərkibində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı 0,75%-dir. Təqsirləndirilən şəxs tərəfindən həmin rəy mübahisələndirilmiş və İsmayıllı Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 1(037)-73/2023 nömrəli qərarından görünür ki, cinayət işi üzrə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs vəsatəti əsasında təkrar məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və ekspertizanın qarşısında həll edilməsi üçün -
1. Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 01:10-da götürülmüş qan nümunəsi Təqsirləndirilən şəxs məxsusdurmu?
2. Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 01:10-da götürülmüş qan nümunəsi müayinənin gedişatına təsir edə biləcək dəyişkənliklərə məruz qala bilərmi və baş vermiş dəyişkənliklər verilmiş ekspertizanın nəticəsinə təsir edə bilərdimi? Ümumiyyətlə Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 01:10-da nümunə üçün götürülmüş və şprisdə saxlanılan qan nümunəsi qeyd olunan vəziyyətdə tədqiqat üçün yararlı olmuşdurmu? - sualları qoyulmuşdur və 1-ci sual üzrə tədqiqat, ekspertizaya təqdim edilmiş və üzərində Təqsirləndirilən şəxs yazılmış qan nümunəsi ilə ondan yenidən götürüləcək qan nümunəsinin qarşılıqlı tədqiqi ilə, sözügedən qan nümunəsinin Mərkəzdə saxlanmadığı təqdirdə isə tədqiq olunmuş qan nümunələrinin şəxsi göstəriciləri əsasında aparılması qərara alınmışdır. Ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X10 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X9 29 yanvar 2024-cü il tarixli 855/2023/MTBŞ nömrəli ekspertiza rəyindən müəyyən olunur ki, ekspertizaya xx.xx.2024-cü il tarixdə Birliyin Kimya şöbəsindən təqdim edilən maye qan nümunəsində qan qrupunun növbətçi məhkəmə tibb eksperti tərəfindən v sonradan həmin qanu nümunəsinin qurudulmuş halda ABO sistemi üzrə tədqiqi zamanı qan qrupunun Abeta/İİ/ olması müəyyən edildi. xx.xx.2024-cü il tarixdə Birliyin məhkəmə tibbi biologiya şöbəsinə gəlmiş Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində qrup göstəricisi ABO sistemi üzrə tədqiqi zamanı onun qan qrupunun A-beta/İİ/ olması müəyyən edildi. Beləliklə, xx.xx.2024-cü il tarixdə Birliyin Kimya şöbəsindən təqdim edilən maye qan nümunəsi ABO sistemi üzrə qrup mənsubiyyətinə görə A-beta/İİ/ qruplu Təqsirləndirilən şəxs məxsus ola bilər. 13 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin xx.xx.2024-cü il tarixdə məhkəmə tibbi bioloji tədqiqatı aparılarkən qan qrupunu xarakterizə edən A antigeni və beta aqqlyutini aydın şəkildə müəyyən olunduğundan həmin qanin bioloji tədqiqatı zamanı müayinəyə tam yararlı olduğunu söyləmək olar. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi Vaz-21074 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 12 may 2023-cü il tarixdə saat 21 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhər ərazisindən keçən 40-ci kilometrliyindı Muğanlı istiqamətində hərəkətdə olan zaman sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə riayət etməyib “X7” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobil yolunu soldan sağa doğru keçməkdə olan piyada Zərərçəkmiş şəxs vurması nəticəsində ehtiyatsızlıqdan sonuncuya sağ qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınığı, alnın və alt çənə nahiyəsində yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını sərxoş halda pozma cinayət əməlini törətməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə məhkəmə istintaqında verdiyi ifadəsi Zərərçəkmiş şəxs, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi Zərərçəkmiş şəxs, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bununla belə, iş üzrə maddi sübut olan Vaz-21074 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 85 (səksən beş) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məhkəmə məsrəfləri tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut Vaz-21074 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə 85 (səksən beş) manat ekspertiza xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: İlqar Hüseynov