Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-3/2025 09.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs3 iştirakı ilə 09 yanvar 2025-ci il tarixdə saat 12:19-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1993-cü ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqsirləndirilən şəxs özgənin əmlakını elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq, qanunsuz və əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə 20 fevral 2024-cü il tarixdə saat 13:00 radələrində ünvan 1 ünvanda yerləşən “Sərvan” çay evində qohumu Zərərçəkmiş şəxs3 ilə görüşüb söhbət edən zaman sonuncunun mobil telefonunu zəng etmək adı ilə götürüb, həmin mobil telefonda açılmış "xxxx" müştəriləri üçün nəzərdə tutulmuş “Birbank” mobil tətbiqinə daxil olaraq saat 13:12-də Zərərçəkmiş şəxs3 məxsus "xxxx"a aid 4169-7388-9124-8241 nömrəli kart hesabından gizli şəkildə sonuncuya məxsus 1200 (min iki yüz) AZN məbləğində pul vəsaitini “Birbank” tətbiqi vasitəsi ilə özünə məxsus “Lobank”a aid 4098- 5844-9726-8928 saylı pul kartına köçürərək məxaric edib öz şəxsi tələbatlarına xərcləməklə, Zərərçəkmiş şəxs3 məxsus cəmi 1200 (min iki yüz) AZN məbləğində pulu elektron daşıyıcı hesab olunan bank kartından və informasiya texnologiyalarından istifadə etməklə qəsdən gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, 02 iyun 2024-cü il tarixdə saat 23:00 radələrində İsmayıllı rayonunun Talış kəndində yerləşən həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus evdə keçirilən ad günü məclisində iştirak etdikdən sonra məclisdə iştirak etmiş Zərərçəkmiş şəxs2 onu avtomobili ilə aparmamasını səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxs2 yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evin həyətinin qarşısına gəlmiş və əlində bıçaq Zərərçəkmiş şəxs2 gözləmiş, bir müddət sonra Zərərçəkmiş şəxs2 evinə gəldiyini görüb sonuncuya yaxınlaşaraq spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan ictimai yer hesab olunan həyətin önündən keçən küçədə, həyətdə və evdə digər şəxslərin olmasına əhəmiyyət verməyərək səs-küy salaraq, nalayiq ifadələr işlədərək öz şəxsiyyətini cəmiyyətin fövqündə qoyub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslərin normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək əlindəki bıçaqla zor tətbiq olunması hədəsi ilə təxminən 4-5 dəqiqə ərzində münaqişə yaradıb Zərərçəkmiş şəxs2lə mübahisə etmiş, mübahisə zamanı o, əlində olan silah qismində istifadə olunan bıçaqla Zərərçəkmiş şəxs2 zərbə endirib xəsarət yetirməyə çalışmaqla qəsdən zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmişdir. Həmçinin, o, 02 iyun 2024-cü il tarixdə saat 23:00 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində, asfalt yolun kənarında yerləşən mərmər sexinin qarşısında olan zaman tanışı Zərərçəkmiş şəxs1 bibisi oğlu Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməyə cəhd etməsinə görə ona irad tutmasını səbəb kimi bəhanə edərək spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə, heç bir əsaslı səbəb olmadan ictimai yer hesab olunan küçədə, digər şəxslərin olmasına əhəmiyyət verməyərək nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslərin normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək heç bir əsaslı səbəb olmadan işlədiyi sexdən götürdüyü və silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 kürək, sol bazu, sol bud və sinə nahiyələrindən qəsdən bir neçə dəfə vurub sonuncuya sol bazu nahiyəsində 2 ədəd, sol kürək nahiyəsində 1 ədəd, sol bud nahiyəsində 2 ədəd cərrahi tikilmiş yaraları və döş qəfəsinin ön səthinin sol yarısında 1 ədəd sıyrıqlardan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulması ilə nəticələnən xəsarət yetirməklə qəsdən silah qismində istifadə olunan əşyadan istifadə etməklə və zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək təkrarən xuliqanlıq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 221.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə isə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 128-ci maddələri ilə təqsrili bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 avqust 2017-ci il tarixdə cəzadan vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. Zərərçəkmiş şəxs3 onun dayısı oğludur. Nicatla münasibətləri həmişə normal olmuşdur. 20 fevral 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndindən tanımadığı taksilərin biri ilə Qəbələ şəhərinin mərkəzinə getmiş, orada yaşayan dayısı oğlu Nicatgilə getmək üçün Nicata zəng vurmuş, Nicat ona Qəbələ Peşə məktəbinin yaxınlığında olduğunu bildirmişdir. O, həmin yerə gedərək Nicatla görüşmüş, birlikdə bir müddət gəzişmişlər. Saat 11 radələrində Nicatla birlikdə Qəbələ şəhərinin mərkəzindəki çay evinə gələrək orada çay içməyə başlamışlar. Nicatdan özünə məxsus mobil telefonu ona verməyini, onun mobil telefonu vasitəsi ilə Leobanka, Kapital banka və ATB banka məxsus proqramlar yaradıb özünə aid pul kartlarında pul olub-olmamasını yoxlamaq istədiyini xahiş etmişdir. O, Nicata mobil telefonunda Kapital Banka aid öz pul kartından çıxış verməsini bildirmiş, çıxış verdikdən sonra öz kartlarına baxa biləcəyini demişdir. Bundan sonra Nicat öz pul kartından çıxış vermiş, o, Kapital Banka aid pul kartından qeydiyyatdan keçmiş, ona məxsus X11 banka və ATB banka məxsus pul kartlarının heç birində pul olmadığını müəyyən etmiş və Nicatın mobil telefonunu özünə qaytarıb vermişdir. Nicatın mobil telefonundakı proqramından çıxdığı üçün onun qeydiyyatdan keçməsini bildirmiş, lakin Nicat qeydiyyatdan keçməyi bacarmadığı üçün qeydiyyatdan keçmək üçün mobil telefonunu ona vermişdir. O, həmin vaxt X6 aid Birbank proqramında 1200 manat pul olduğunu görmüş, o, həmin pulu görüb maddi cəhətdən sıxıntısı olduğu üçün oğurlamaq qərarına gələrək Nicatın kartında olan 1200 manat pulu onun xəbəri və məlumatı olmadan xəlvəti ona məxsus mobil telefon vasitəsi ilə özünə məxsus Leobanka aid pul kartına köçürərək oğurlayıb daha sonra mobil telefonu Nicata qaytarıb vermişdir. Saat 13 radələrində Nicatdan ayrılıb tanımadığı taksilərin birinə minib İsmayıllı rayonuna gəlmişdir. Bir iki gündən sonra Nicat ona məxsus 1200 manat pulunu oğurladığı üçün ondan polisə şikayət etdiyini bilmişdir. Zərərçəkmiş şəxs1 ilə qohumluq əlaqəsi var, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Münasibətləri həmişə normal olmuşdur. O, bu hadisədən əvvəl bir müddət Namiqin mərmər sexində işləmişdir. 02 iyun 2024-cü il tarixdə Namiqin övladının ad günü olmuş, sonuncu onu həmin gün saat 12 radələrində özünün yaşadığı İsmayıllı rayonunun Talış kəndində yerləşən evində keçiriləcək ad gününə dəvət etmişdir. O, iş yoldaşı Turalla birlikdə sonuncunun yaşadığı Kürdmaşı kəndindəki evə getmiş, bu zaman əmisi qızının əri Zərərçəkmiş şəxs2 də Turalgilə gəlmişdir. O, Rüfət və Tural sexin qarşısına getmişlər. Namiq onları orada gözləmiş, onlar Rüfətə məxsus avtomobillə məclisdə kəsiləcək heyvan almaq üçün tanımadığı ünvana getmişlər. Namiq oradan heyvan almış və onlar yenidən sexin qarşısına gəlmişlər. Buradan da onlar birlikdə Namiqin evinə getmişlər. Namiqgildə spirtli içki qəbul etmiş və sərxoş vəziyyətə düşmüşdür. Saat 21 radələrində Rüfət Namiqgilə gələrək sərxoş vəziyyətdə olan Turalı özünə məxsus avtomobilə mindirib yaşadığı kəndə aparmışdır. Namiq isə özünə məxsus avtomobillə onu Kürdmaşı kəndinə gətirərək sexin qarşısında düşürtmüşdür. O, oradan çay içmək üçün qohumu Rüfətgilə getmiş, Rüfət evdə olmamış, bir qədər sonra Namiq ora gəlmişdir. Namiq ona avtomobilinə əyləşməyini demiş, o, avtomobilə əyləşmişdir. Onlar birlikdə yenidən sexinin qarşısına gəlmişlər. Namiq avtomobili saxlamadan yenidən Rüfətgilin evinə sürmüş, o, sərxoş olduğundan nə baş verdiyini başa düşməmişdir. Namiq avtomobili Rüfətgilin darvazasının qarşısında saxlamış, o, avtomobildən düşmüşdür. Namiq telefonla kiminləsə yüksək səslə danışaraq evin qarşısında onları gözlədiyini bildirmiş, təxminən 5 dəqiqə sonra Rüfət və Tural Rüfətin avtomobili ilə ora gəlmişlər. O, sərxoş olduğundan səbəbini bilmədən Rüfətlə kobud danışmağa başlamış, aralarında mübahisə yaranmış, mübahisə zamanı bir-birilərini vurmamışdır. Həmin vaxt Tural və Rüfətin ailə üzvləri onları ayırmışlar. O, yenidən sexə qayıtmış, yolda Rüfətin atası Səlimlə qarşılaşmışdır. Səlim ondan nə baş verdiyini soruşmuş, o, sonuncuya heç nə olmadığını deyib sexə gəlmiş və qapını bağlamışdır. 5 dəqiqə sonra Səlimin avtomobilinin sexin qarşısında dayandığını görmüş, qapını açıb onu qarşılamaq üçün çölə çıxmışdır. Bu zaman Səlim onu danlamağa başlamış, o, sonuncunun yaşca böyük olmasını nəzərə alaraq, cavab vermədən ona qulaq asmış, bu vaxt Namiq də ora gələrək bir başa onun üzərinə hücum çəkmişdir. O, nə baş verdiyini anlamamış, Namiq onun yaxasından tutub başı ilə sifət nahiyyəsindən zərbə vurmuşdur. Həmin gün günorta saatlarında taxta kəsmək üçün istifadə etdikləri bıçağı divarın dibinə qoyduğundan gözü həmin bıçağa sataşmış, Namiqə gücünün çatmadığını görərək həmin bıçağı götürüb Namiqə xatırlamadığı hissələrdən bir neçə dəfə zərbə vurmuşdur. Onun məqsədi Namiqi qorxutmaq olmuş, onun zərbələrindən sonra Namiq onu buraxmışdır. O qaçaraq oradan uzaqlaşmış, Namiq bir qədər dalınca qaçmış və dayanmışdır. O, qaçaraq çaylaq adlanan yerə getmiş və səhər açılanadək sahəlikdə gözləmişdir. Səhər açılan kimi yaxınlıqda olan kartof anbarına yaxınlaşaraq orada mühafizəçi işləyən Dəyanət adlı şəxsdən onun olduğu yeri polis əməkdaşlarına deməyini xahiş etmişdir. Dəyanət polis əməkdaşlarına yığaraq onun olduğu yeri demiş, bir qədər sonra polis əməkdaşları həmin yerə gəlmiş, o, Namiqi vurduğu bıçağı da polis əməkdaşlarına təqdim etmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. O, ifadəsinə əlavə olaraq bildirir ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsi ilə ona elan edilmiş ittiham üzrə tam təqsirli bilir. Barəsində həbs qətimkan tədbiri seçildiyindən zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyə bilməmişdir, ona həbslə bağlı olmayan cəza veriləcəyi təqdirdə qısa zamanda dayısı oğlu olan Zərərçəkmiş şəxs3 vurulmuş ziyanı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə isə özünü təqsirli bilmir, o, xuliqanlıq əməlini törətməmişdir. Zərərçəkmiş şəxs1 xəsarət yetirərkən onun məqsədi özündən fiziki cəhətdən qüvvətli olan Namiqi qorxutmaq olmuşdur. Hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövcif olunmalı və ona həmin maddənin sanksiyası həddində həbslə bağlı olmayan cəza təyin edilməlidir. İştirak etdiyi məhkəmə iclaslarında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Mərhəmət ona məxsus İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən mərmər sexində işləmişdir. xx.xx.2024-cü il tarixdə övladının doğum günü şənliyi üçün hazırlıq görmüşlər. Həmin vaxt Mərhəmət də onlarda olmuş, ona hazırlıq işlərinin görülməsində köməklik etmiş, həmçinin axşam birlikdə ad gününü qeyd etməyə hazırlaşmışlar. Həmin şənlikdə Mərhəmətdən əlavə olaraq Tural adlı tanışı da iştirak etmiş, onlar axşamüstü oturub yeyib-içməyə başlamışlar. Yemək zamanı Mərhəmət bir qədər spirtli içki qəbul etmiş, axşam saat 22 radələrində məclis dağılandan sonra Mərhəmət də çıxıb getməyə hazırlaşmış və Turalla birlikdə evdən çıxıb Kürdmaşı kəndində yerləşən sexə getməyə başlamışlar. Bir qədər sonra Mərhəmətin geri gəldiyini görüb niyə getmədiyini soruşmuş, sonuncu, ona bibisi oğlu Rüfətin onu avtomobilindən endirdiyini bildirmiş, o, isə ona öz avtomobili ilə onu aparacağını, ilk öncə çay içmələrini təklif etmişdir. Mərhəmətlə birlikdə çay içməyə başlamışlar. Çay içəndən sonra Mərhəməti özünə məxsus avtomobilinə əyləşdirib Kürdmaşı kəndində yerləşən sexə gətirmiş, onu avtomobildən endirib sexdə istirahət üçün nəzərdə tutulmuş otaqda yatmasını, sabah işlərinin çox olacağını bildirərək geri dönməyə hazırlaşmışdır. Yolda olan zaman həyat yoldaşı ona zəng edərək bibisi oğlu Rüfətin həyat yoldaşının ona zəng edərək Mərhəmətin bıçaqla onların qapısına getdiyini və Rüfəti söyləməsini bildirmişdir.O, Rüfətgilə getmiş, qapıya çatanda Mərhəmətin əlində bıçaqla qapının qarşısında dayandığını görmüş, o, Mərhəməti yenidən avtomobilə əyləşdirmişdir. Avtomobildə olan zaman Mərhəmət bir əli ilə boynundan tutub digər əlində olan bıçağı ona dirəmişdir. O, Mərhəməti dilə tutmuş, sonuncu özünə gələrək bıçağı ondan kənarlaşdırmış və avtomobilin pəncərəsindən çölə tullamışdır. Bundan sonra o, Mərhəməti apararaq sexə qoymuş və geriyə qayıdıb Rüfətə zəng edərək gec olduğunu və evə gəlməsini tapşırmışdır. Bir qədər sonra Rüfət Turalla birlikdə gəlmiş, Rüfət həyətə keçmiş, o isə Turalla söhbət etməyə başlamışdır. Bu zaman Rüfətgilin həyətində səs-küy olduğunu eşidib ora qaçmış, ora çatanda isə Mərhəmətin orada olduğunu, Rüfətə bıçaq çəkdiyini, lakin Rüfətin bıçağı Mərhəmətin əlindən alaraq onu özündən kənarlaşdırdığını bilmişdir. Bir az sonra Rüfətin atası Şahid1 da gəlmiş, onlar mübahisəni sakitləşdirmişlər. Mərhəmət isə sexə getmişdir. O, Mərhəmətə iradını bildirmək üçün sexin qarşısına getmiş, Mərhəmətin orada olduğunu görüb ona yaxınlaşmış və ona düzgün etmədiyini bildirmişdir. Bu zaman Mərhəmət onun ünvanına nalayiq ifadələr işlətmiş və dişlərini qıcayaraq qəfildən onun üzərinə cummuş, əlində olan bıçaqla sol qolundan iki dəfə zərbə endirmişdir. O, Mərhəməti itələyərək özündən kənarlaşdırmış, Mərhəmət əlindəki bıçaqla təkrar onun kürək nahiyyəsindən 1 dəfə də zərbə endirmiş, növbəti dəfə vurmaq istəyərkən o, Mərhəməti təkrar itələmiş və bu zaman bıçaq sinəsini kəsib keçmişdir. Bu zaman ikisi də yıxılmış, yerə yıxılan zaman Mərhəmət əlində olan bıçaqla sol budundan da bir dəfə zərbə endirmişdir. Mərhəmət onu təkrar bıçaqla vurmaq istəyəndə qohumu Şahid1 gəlməsini görərək qaçıb oradan uzaqlaşmışdır. Şahid1 isə onu öz avtomobilinə mindirib ilk tibbi yardım üçün İsmayıllı RMX-na gətirmiş, xəstəxanada isə ona tibbi yardım göstərilmiş və yaralarına tikiş qoyulmuşdur. Hazırda tamamilə sağalmış, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. İştirak etdiyi məhkəmə iclaslarında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun arvadının əmisi oğludur. 02 iyun 2024-cü il tarixdə bacısı oğlunun övladının doğum günü şənliyi ilə əlaqədar toplanmışlar. Həmin vaxtı Mərhəmət də onlarla birlikdə olmuşdur. Mərhəmət bacısının əri Namiqin işlədiyi sexdə işləmişdir. Eyni zamanda Mərhəmətin yaşamaq üçün evi olmadığından Namiq ona sexdə yatmaq üçün yer ayırmışdır. Həmin şənlikdə Mərhəmətdən əlavə olaraq Tural adlı tanışı da iştirak etmişdir. O, məclis qurtarmamış evə gəlmiş, bir müddət sonra evdə olarkən mobil telefonuna Tural zəng edərək onu avtomaşınla Namiqin yaşadığı evdən götürüb öz yaşadığı evə aparmağşnı xahiş etmişdir. O, özünə məxsus avtomobili ilə Namiqin yaşadığı ünvana gəlmişdir. Həmin yerə çatdıqdan sonra yol kənarında Tural ilə Mərhəmətin birlikdə olduqlarını görmüş, avtomaşını saxladıqda Tural avtomaşının qabaq oturaçağında əyləşmiş, Mərhəmət də avtomaşına oturmaq istədikdə o, qapını bağlayaraq Mərhəmətin avtomaşının salonuna əyləşməsinə imakan verməmişdir. Mərhəmət aşırı dərəcədə sərxoş olmuşdur. Bundan sonra Turalı öz evinə aparıb düşürmüş, özü isə saat 21 radələrində yaşadığı evə getmişdir. O, yaşadığı evdə olarkən küçədən Mərhəmətin onun yaşadığı evin qarşısında yüksək səslə qışqıraraq ona qarşı nalayiq söyüşlər söydüyünü eşitmiş, bayıra çıxdıqda Mərhəmətin əlində bıçaqla qapının yanında dayanaraq ona qarşı nalayiq sözlər deməsini görmüşdür. O, Mərhəmətə yaxınlaşaraq ona sakit olmasını bildirsə də sonuncu, öz hərəkətlərini davam etdirmiş və bir anda Mərhəmət əlində olan bıçağı onun qarın nahiyyəsinə ataraq onu vurmaq istəmışdir. Bıçaq zərbəsi ona dəyməmiş və Mərhəmət, təkrarən ona bıçaq zərbəsi vurmaq istəyərkən o, sonuncunun əlindəki bıçağı əlindən alaraq kənara atmışdır. Mərhəmət yenidən onun üzərinə gəldikdə o, Mərhəməti itələyərək özündən uzaqlaşdırmışdır. Həmin vaxt orada olan qonşusu Tural Mərhəməti oradan uzaqlaşdırmış və o, yenidən evə qayıtmışdır. Səhəri gün ona Mərhəmətin həmin gün gecə saatlarında onun yaşadığı ünvandan uzaqlaşandan sonra yeznəsi Namiqi bıçaqla vurub xəsarət yetirdiyi məlum olmuşdur. Mərhəmət onun yaşadığı ünvana gəlib ona qarşı nalayiq sözlər deyərkən həmin vaxt səs küyə qonşuları Tural və ailəsi, eyni zamanda onun ailə üzvləri küçəyə çıxaraq hadisənin şahidi olmuşlar. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs onun bibisi oğludur. 20 fevral 2024-cü il tarixdə saat 11 radələrində Mərhəmət ona zəng edərək Qəbələ şəhərinə qonaq gəldiyini və onu görmək istədiyini bildirmişdir. O, Mərhəmət ilə görüşmək üçün Qəbələ şəhərinin mərkəzinə gəlmişdir. Mərhəmətlə görüşüb çay içmək üçün yaxınlıqdakı çay evinə getmiş və çay sifariş vermişlər. Çay evində internet olduğu üçün Mərhəmət ondan ona məxsus pul kartına pul göndəriləcəyini, mobil telefonunun sadə telefon olduğu, onun mobil telefonu ilə internete qoşulub mobil telefonunda proqram yaradaraq özünə məxsus olan pul kartlarına pul gəlib-gəlməyəcəyini yoxlamaq istədiyini bilmişdir. Buna görə də o, Samsung A41 markalı mobil telefonunu Mərhəmətə vermiş, onun mobil telefonunda özünə məxsus Bir Bank proqramı olduğundan X12 proqramının kodunu istədiyi üçün kodu ona demişdir. Mobil telefonu təxminən bir saata kimi Mərhəmətdə olmuş, sonra isə Mərhəmət mobil telefonunu ona vermişdir. Bundan sonra o, Bir Bank proqramına daxil olmaq istədikdə daxil ola bilməmiş, Mərhəmət ona Bir bank proqramının koda düşdüyünü demiş və Kapital Banka müraciət etməli olduğunu bildirmişdir. Saat 15 radələrində o, Mərhəməti taksilərin birinə əyləşdirərək İsmayıllı rayonuna yola salmış, oradan isə X7 flialına yaxınlaşıb müraciət etdikdə bankın əməkdaşları proqramı yeniləyərək yeni şifrə təyin etmişlər. O, tətbiqə baxan zaman kartında olan 1200 manat pulun olmadığını görmüş, bu zaman Mərhəmətin onun kartında olan 1200 manat pulunu digər kart hesabına köçürərək oğurladığını başa düşmüşdür. Bununla bağlı o, Mərhəmətə bir neçə dəfə zəng vursa da ona zəng çatmamış, buna görə pulunun oğurlanması ilə bağlı həmin tarixdə polisə şikayət etmişdir. Hal-hazırda ona vurulmuş ziyan ödənilməmiş, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərmişdir ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğlu Rüfətin arvadının əmisi oğludur, onunla münasibətləri normal olmuşdur. 02 iyun 2024-cü il tarixdə saat 23 radələrində kənddə yerləşən üzüm bağında olan zaman gəlini ona zəng edərək təcili evə gəlmək lazım olduğunu demişdir. O, dərhal avtomobilinə əyləşərək evə tərəf getməyə başlamış, yolda olan zaman Mərhəməti görərək avtomobili saxlayıb ondan nə baş verdiyini soruşmuşdur. Mərhəmət isə ona “heç nə olmayıb” deyə bildirmiş, bundan sonra isə o, evə getmişdir. Evdə olan zaman kürəkəni Namiq ona Mərhəmətin evə gələrək Rüfətə bıçaq çəkdiyini, lakin Rüfətin bıçağı onun əlindən almasını və qovmasını bildirmişdir. Namiq bundan sonra çıxıb getmişdir. O məsələnin nə olduğunu öyrənmək qərarına gəlmiş və bu məqsədlə avtomobilinə əyləşərək kənddə yerləşən Zərərçəkmiş şəxs1 məxsus və Mərhəmətin işlədiyi mərmər sexinə tərəf getmişdir. Ora çatan zaman Namiqin də sexin qarşısında olmasını və Mərhəmətlə mübahisə etdiyini görmüşdür. O, həmin yerə çatana yaxın Mərhəmət qəfildən Namiqin üzərinə cumaraq əlində olan bıçaqla Namiqin bədəninin müxtəlif nahiyyələrindən bıçaqla vurmağa başlamış, Maşından düşənədək Mərhəmət oradan qaçaraq uzaqlaşmış, Namiqin isə bədənindən qan axdığı üçün Mərhəmətin arxasınca getməmiş və Namiqi avtomobilinə əyləşdirib tibbi yardım üçün İsmayıllı RMX-na gətirmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zəngilan rayonundan məcburi köçgün olaraq 1993-cü ildən ailə üzvləri ilə birlikdə İsmayıllı rayon Kürdmaşı kəndində gəlmiş və hazıda həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Mərhəmət onların işlədiyi mətbəx mebel sexində fəhlə işləmişdir. Sexin sahibi Namiq Mərhəmətin yaşayış yeri olmadığından sexin bir otağını Mərhəmətə yaşayış üçün ayırmışdır. 02 iyun 2024-cü il tarixdə onlar Namiqin övladının doğum günü şənliyi üçün hazırlıq görmüşlər. Həmin vaxtı Mərhəmət də onlarla birlikdə olmuşdur. Mərhəmət hazırlıq işlərinin görülməsində köməklik etmiş, axşam onlar birlikdə ad gününü qeyd etməyi planlaşdırmışlar. Həmin şənlikdə Mərhəmətdən əlavə Namiqin qayını Rüfət də iştirak etmişdir. Onlar axşamüstü oturub yeyib içməyə başlamışlar. Yemək zamanı Mərhəmət spirtli içki də qəbul etmiş, axşam saat 22:00 radələrində məclis dağılandan sonra o, Mərhəmətlə birlikdə çıxıb evə getməyə hazırlaşmışlar. Onlar birlikdə Namiqin yaşadığı həyətdən çıxaraq Rüfətin idarə etdiyi avtomaşına əyləşmişlər. Həmin vaxt Mərhəmət aşırı dərəcədə sərxoş olduğundan Rüfət onu avtomaşından yerə düşürmüşdür. Bundan sonra onlar kəndin mərkəzində yerləşən marketin qarşısına gəlmiş, az sonra Namiq ona zəng etmiş və ona mobil telefonda onun Rüfətlə qonşuluqda yerləşən yaşadığı evə geri dönməsini bildirmişdir. O, evə döndükdə Mərhəmətin yaşadığı evin qarşısında Rüfətlə mübahisə etdiyini görmüşdür. Orada Mərhəmət uca səslə danışırdı, həmin yerdə uşaqları və arvadı da var idi. Onlar Mərhəməti sakitləşdirərək onu öz yaşadığı sexə yola salmışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Rüfətlə qonşuluqda yaşasa da hadisə zamanı orada olmamış, baş verənlər barsində sonradan eşitmişdir. Məhkəmə tərəflərin və şahidlərin ifadələri ilə yanaşı, cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 iyun 2024-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 02 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 bıçaqla vuraraq xəsarət yetirməsi hadisəsi İsmayıllı rayonunun Kürdmaşı kəndində, mərmər sexinin qarşısında baş vermiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2lə aralarında mübahisə Zərərçəkmiş şəxs2 yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinin həyətində baş vermişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 20 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs3 məxsus 1200 (bir min iki yüz) AZN məbləğində pul vəsaitini “Birbank” tətbiqi vasitəsi ilə özünə məxsus pul kartına göndərdiyi yer Qəbələ şəhəri, H.Əliyev prospekti, 45 ünvanında yerləşən “Sərvan” çay evidir. Məhkəmə-tibbi ekspertizasının 06 iyun 2024-cü il tarixli 280 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sol bazunun, döş qəfəsinin, sol budun yaraları kəsici təsirə malik alət (əşya) təsirindən törənmişdir, qərarın təsviri hissəsində östərilən və Zərərçəkmiş şəxs1 qeyd etdiyi xx.xx.2024-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngün dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-ballistik ekspertizasının 23 avqust 2024-cü il tarixli 17/731 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış təssərüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir.Tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış təssərüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 60 (altmış qəpik) təşkil edir. 12 iyul 2024-cü il tarixli, HDİT-OUT-05107-2024 nömrəli məktubla "Unibank” ASCdən daxil olmuş 1 ədəd CD diskinə xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, "Unibank” ASC-dən xx.xx.2024-cü il tarixli, HDİT-OUT-05107-2024 nömrəli məktub ilə daxil olmuş bir ədəd dairəvi formada və CD formatında olan disk komputerə salındıqdan sonra diskdə 04 ədəd faillər olması məlum oldu, həmin fayılların nəzər yetirdikdə isə hər biri “xlsx” formatında olması müəyyən edildi. Həmin faillər bir-bir açıldığı zaman isə içərisində, elektron daşıyıcı hesab olunan bank kartının mü.təri məlumatları, tranzaksiya id, əməliyyat tarixləri, tranzaksiyanın valyutası, məbləğ, təsdiq kodu, istinad kodu, əməliyyatın növü, terminal, mcc açıqlamasının qeyd olunması məlum oldu. Həmin diskdə olan məlumatlardan görünür ki, qeyd olunan kart hesabı Təqsirləndirilən şəxs məxsusdur, xx.xx.2024-cü il tarixdə, saat 13:12-də 1200 (bir min iki yüz) manat pul "xxxx" ASC-ə məxsus kart hesabında “Birbank” tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına köçürülmüşdür. İsmayıllı rayon X2 Hüquqi Şəxsi tətərindən verilmiş 06 iyun 2023-cü il tarixli 18-1- 47//2-841/2024 nömrəli arayışdan görünür ki, Quliyev X1 RMX-nın Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. 20 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1, 128-ci maddələri ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Kürdmaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 334 nömrəli arayışdan görünür ki, Quliyev X1 rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla yaşayır. “Üzləşdirmədə dindirmə” istintaq hərəkətinin keçirilməsinə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı göstərməklə bir daha təsdiq etmişdir. “Üzləşdirmədə dindirmə” istintaq hərəkətinin keçirilməsinə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı göstərməklə bir daha təsdiq etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsi zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş istintaq hərəkətlərinin keçirilməsinə dair protokollar, məhkəmə-tibbi ekspertizanın rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Belə ki, Təqsirləndirilən şəxs onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı qəsdən silah qismində istifadə olunan əşyadan istifadə etməklə və zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol vermədiyini bildirmişdir. Bu hal isə nə cinayət işinin ibtidai istintaqı zamanı, nə də ki məhkəmə istintaqında təsdiqini tapmamışdır. İş üzrə üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı da göstərmişdir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər hadisə yerinə baxış protokolu, dindirmə protokolları, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri və digər sübutlarla tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Bundan başqa məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq, qanunsuz və əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə 20 fevral 2024cü il tarixdə saat 13:00 radələrində ünvan 1 ünvanda yerləşən “Sərvan” çay evində qohumu Zərərçəkmiş şəxs3 ilə görüşüb söhbət edən zaman sonuncunun mobil telefonunu zəng etmək adı ilə götürüb, həmin mobil telefonda açılmış "xxxx" müştəriləri üçün nəzərdə tutulmuş “Birbank” mobil tətbiqinə daxil olaraq saat 13:12-də Zərərçəkmiş şəxs3 məxsus "xxxx"a aid 4169-7388-9124-8241 nömrəli kart hesabından gizli şəkildə sonuncuya məxsus 1200 (min iki yüz) AZN məbləğində pul vəsaitini “Birbank” tətbiqi vasitəsi ilə özünə məxsus “Lobank”a aid 4098-5844-9726-8928 saylı pul kartına köçürərək məxaric edib öz şəxsi tələbatlarına xərcləməklə, Zərərçəkmiş şəxs3 məxsus cəmi 1200 (min iki yüz) AZN məbləğində pulu elektron daşıyıcı hesab olunan bank kartından və informasiya texnologiyalarından istifadə etməklə qəsdən gizli olaraq talayıb oğurluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri “az ağır” olmaqla qəsdən törədilən cinayətlərdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la barışıq əldə etməsini onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud olmasa da onun əvvəllər Azərbaycan Respublikası CM-nin 126.1, 128-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 221.3-cü maddələrinin sanksiyaları çərçivəsində azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci və ya 70-ci maddələrinin tətbiq edilməsinə də münasibət bildirərək qeyd edir ki, onun törətdiyi əməlin ictimai təhlükəliliyi hazırki vəziyyətdə sözügedən maddələrin tətbiqini istisna etməklə bunun üçün əsaslar da mövcud deyildir. Belə ki, istər müstəsna hallar, istərsə də təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasınının mümkünlüyü məsələsini müzakirə edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə Qəbələ RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 10 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilməklə barəsində “Polis nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs İsmayıllı RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 4(037)-21/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 01 iyul 2024-cü il tarixdə Qəbələ RPŞ-nin İB-dən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPM-nin 216-cı maddəsinin tələblərinə əsasən İsmayıllı RPŞ-yə göndərilmiş və İsmayıllı RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən İsmayıllı RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə ona olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 08 may 2024-cü il saat 16:25-dən 10 may 2024-cü il saat 16:00-ya dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı 04 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Cinayət işi üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, 01 (bir) ədəd kağız paketdə qablaşdırılaraq üzəri ştampla möhürlənmiş vəziyyətdə olan 2(iki) ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza xərci ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 60 (altmış qəpik) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsinə əsasən 2(iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 08 may 2024-cü il saat 16:25-dən 10 may 2024-cü il saat 16:00-ya dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 3(üç) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı 04 iyun 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, 01 (bir) ədəd kağız paketdə qablaşdırılaraq üzəri ştampla möhürlənmiş vəziyyətdə olan 2(iki) ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 30 (otuz) manat 60 (altmış qəpik) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-3/2025
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-3/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver