Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-30/2020 21.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı oğlunun, Müdafiəçi iştirakı ilə 21 iyul 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1963-cü ildə İsmayıllı rayonunun Çandahar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, İsmayıllı şəhərində (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs müəyyən olunmamış vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 15,16 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı İsmayıllı şəhərində yerləşən ( İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) evinin həyətində yardımçı tikilidə gizlədərək saxlamış, 10 mart 2020-ci il tarixdə saat 15:00 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerə baxış zamanı bir ədəd sellofan bükümdə gizlədərək saxladığı həmin 15,16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2019-cu ilin noyabr ayında “Əyriçay” çayının kənarındakı meşəlik sahəsindən sellofan bükülü tapmış və bükülünü açdıqda içərisində bir qədər quru marixuana və çətənə bitkisinin toxumlarının olduğunu görmüşdür. Marixuananı və toxumları özü ilə evinə gətirərək həyətindəki quraqlığa qoyulmuş köhnə dolabda gizlətmişdir. 10 mart 2020-ci il tarixdə saat 15:00 radələrində yaşadığı evin qarşısında olarkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli olduğunu bildirib, yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbiri qərarını göstərmişlər. O baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bundan sonra polis əməkdaşları iki nəfər hal şahidi dəvət etmişlər. Polis əməkdaşları ona baxış zamanı videoçəkiliş aparılacağı və fotoşəkillər çəkiləcəyini bildirmişdir. Baxışdan əvvəl ona və digər iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları ona narkotik vasitə və qanunla qadağan olunmuş əşya varsa könülü təqdim etməyini təklif etmişdir. Bu zaman o, köhnə dolabda gizlətdiyi marixuana və çətənə toxumları qoyulmuş sellofan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükülünü açıb içərisindəki quru halda yaşıl rəngli bitki kütləsinin və toxumların nə olmasını, kimə məxsus olmasını, haradan əldə etdiyini soruşmuşdur. O, həmin kütlənin marixuana olduğunu, toxumların isə çətənə toxumları olduğunu və 2019-cu ilin noyabr ayında “Əyriçay” adlanan çayın kənarından tapdığını bildirmişdir. Marixuana və çətənə toxumları çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra polis əməkdaşları ona üzərində şəxsi axtarış keçiriləcəyini bildirib polis şöbəsinə aparmışlar. Həmin gün saat 16:00 radələrində şübhəli şəxs qismində tutulmuş və üzərinə müdafiəçisinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Üzərindən hər hansı narkotik vasitə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid, İsmayıllı rayon polis şöbəsinin İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili x6 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla əlaqədar 10 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə, yaşadığı evə və torpaq sahəsinə baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. Qərarın icrası ilə bağlı əməliyyat-təhqiqat qrupu yaradılmış və 10 mart 2020-ci il tarixdə saat 15:00 radələrində əməliyyat-təhqiqat qrupu Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına getmişlər. Orada Təqsirləndirilən şəxs görmüşlər və yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək narkoik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu, ona görə də yaşadığı evə və həyətyanı torpaq sahəsinə, daha sonra isə üzərinə baxış keçiriləcəyini bildirib onu əməliyyat-axtarış tədbiri qərarı ilə tanış etmişlər. Təqsirləndirilən şəxs qərarla tanış olduqdan sonra yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra iki nəfər hal şahidi dəvət olunmuş, hal şahidlərinə və digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahədə narkotik vasitə və qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs həyətindəki yardımçı tikilidəki köhnə dolabın alt hissəsindən ağ rəngli sellofan bükülünü götürüb təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində yaşıl rəngli kəskin iyi olan narkotik vasitəyə bənzər quru bitki kütləsi və bitki toxumları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin marixuana, toxumların isə çətənə bitkisi toxumları olduğunu, 2019-cu ilin noyabr ayında “Əyriçay” çayının kənarından tapdığını, şəxsi istifadəsi üçün saxladığını bildirmidir. Bitki kütləsi və toxumlar elektron tərəzidə çəkilmişdir. Bitki toxumları və marixuana zərfə qoyulduqdan sonra qablaşdırılmış, iştirakçılarının imzaları ilə təsdiq edilərək götürülmüşdür. Sonra isə birlikdə polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi ilə təmin olunmuş və saat 16:00 radələrində Təqsirləndirilən şəxs üzərində növbətçi hissəsinin qarşısında müdafiəçinin, hal şahidlərinin və növbətçi hissənin əməkdaşları ilə birlikdə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Baxış barədə protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şаhidlər İsmayıllı RPŞ-nin digər əməkdaşları x2 və x9 şahid Mahir Nurəliyev ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şahid x11 ifadə verərək göstərdi ki, 10 mart 2020-ci il tarixdə saat 15:00 radələrində küçədə olarkən polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan qonşusu Təqsirləndirilən şəxs yaşadığı evə, torpaq sahəsinə və üzərinə baxış keçiriləcəyini bildirərək ona baxış zamanı hal şahidi qismində iştirak etməyi təklif etmişlər. O etiraz etməmiş, dəvət edilmiş digər hal şahidi və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs həyətinə daxil olmuşlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahədə narkotik vasitə və qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməyini təklif etmişlər. Təqsirləndirilən şəxs evin sol tərəfindəki yardımçı tikiliyə daxil olaraq oradakı köhnə dolabın alt hissəsindən sellofan bükülü götürüb təqdim etmişdir. Polis əməkdaşları həmin bükülünü açdıqda içərisində yaşıl rəngli quru bitki kütləsi və bitki toxumları aşkar edilmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs bükülü barədə sorğu edildikdə Novruz həmin kütlənin marixuana olduğunu, özünə məxsus olduğunu, 2019-cu ilin noyabr ayında “Əyriçay” adlanan çayın kənarından tapdığını, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bitki kütləsi və toxumlar elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində İsmayıllı rayon polis şöbəsinə şəxsi axtarış keçiriləcəyini bildirib həmin proses zamanı iştirak etməyi üçün onu və digər hal şahidini polis şöbəsinə dəvət etmişlər. Həmin gün saat 16:00 radələrində polis şöbəsində müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı narkotik vasitə və qanunla qadağan edilmiş əşya aşkar olunmamışdır. Şаhid x7 şahid Yusif Yusifov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Eksperizası Mərkəzinin Şəki Regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının 11 mart 2020-ci il tarixli 17/162 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində“...Təqsirləndirilən şəxs məxsus evə və həyətyanı sahəyə baxış zamanı...aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofap bükümdə, təmiz çəkisi- 15,16 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin zərfin içərisindəki digər 01 (bir) ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi-11,40 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır.Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid olmadığından onların təqdim olunmuş qurudulmuş marixuana ilə müqayisəli tədqiqatı aparılmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. x16 İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məcburi ambulator məhkəmə narkoloji ekspertizasının 19 mart 2020-ci il tarixli 180 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir və həmin xəstəlikdən məcburi müalicəyə ehtiyacı yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 11 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 15,11 qram olan qurudulmuş marixuana və 11,40 qram çəkidə çətənə bitkisinin toxumları iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçının 10 mart 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçı tərəfindən tərtib edilmiş 10 mart 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 10 mart 2020-ci il tarixdə saat 16:55-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 12 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 12:30-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs x4 şəhərində (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən, arvadı x5 və 1989-cu il təvəllüdlü oğlu Fərqandan ibarətdir. Barəsində yaşayış yeri üzrə yaşadığı müddətdə şikayət daxil olmamışdır. Azərbaycan RespublikasıDİN-nin Baş Əməliyyat və x1 alınmış 16 mart 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki,Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İsmayıllı rayon x3 hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş 13 mart 2020ci il tarixli 111 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs şöbənin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxsyə cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxsyə məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, cəzanın 01 (bir) il müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 10 mart 2020-ci il tarixdə saat 16:55-dən 12 mart 2020-ci il tarixdə saat 12:30-dək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 01 (bir) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhərindəki (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan bir ədəd ağ rəngli kağız zərfdə 15,11 qram olan qurudulmuş marixuana və 11,40 qram çəkidə çətənə bitkisinin toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 mart 2020-ci il tarixdən 12 mart 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 01 (bir) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhərindəki (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) ünvanındakı evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan bir ədəd ağ rəngli kağız zərfdə 15,11 qram olan qurudulmuş marixuana və 11,40 qram çəkidə çətənə bitkisinin toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-30/2020
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-30/2020
21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver