Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-30/2024 23.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 müdafiəçisi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 23 iyul 2024-cü il tarixdə saat 13:02-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1997-ci ildə Göyçay rayonu Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Yekəxana kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 xx xxxx 1986-cı ildə Göyçay rayonu Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Yekəxana kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1la tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 03 oktyabr 2023-cü il tarixdə saat 23:30 radələrindən 04 oktyabr 2023-cü il tarixə dəqiq saatı məlum olmayan vaxtadək olan müddət ərzində İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən, xx.xx.2007-ci il tarixli 03 nömrəli icarə müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti ilə (balıqçılıq və kənd təsərrüfatı məhsullarının istehaslı və emalı) məşğul olmaq üçün 99 il müddətinə İsmayıllı Rayonu İcra Hakimiyyəti tərəfindən "xxxx" QSC-yə icarəyə verilmiş, ətrafı setka və kol çəpərlərlə əhatə olunmuş, saxlanc yeri hesab olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balıqçılıq təsərrüfatının ərazisinə çəpər olmayan sahəlik hissədən gizli şəkildə qəsdən qanunsuz daxil olmaqla həmin ərazidə olan “Yekəxana” adlanan gölə yaxınlaşıb, ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra həmin göldən özləri ilə gətirdikləri balıq tutmaq üçün nəzərdə tutulmuş tor vasitəsi ilə "xxxx" MMC-yə məxsus 01 ədəd “Çəki” növündə, çəkisi 0,75 kq olan, 13 sm uzunluğunda, dəyəri 6,8 manat təşkil edən, 01 ədəd “Çəki” növündə, çəkisi 1,31 kq olan, 24 sm uzunluğunda, dəyəri 11,80 manat təşkil edən, 01 ədəd “Çəki” növündə, çəkisi 1,24 kq olan, 24 sm uzunluğunda, dəyəri 11,20 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,58 kq olan, 12 sm uzunluğunda, dəyəri 3,50 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,55 kq olan, 12 sm uzunluğunda, dəyəri 3,30 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,51 kq olan, 12 sm uzunluğunda, dəyəri 3,10 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,62 kq olan, 12 sm uzunluğunda, dəyəri 3,70 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,47 kq olan, 12 sm uzunluğunda, dəyəri 2,80 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,42 kq olan, 12 sm uzunluğunda, dəyəri 2,50 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,49 kq olan, 12 sm uzunluğunda, dəyəri 2,90 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,58 kq olan, 12 sm uzunluğunda, dəyəri 3,50 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,71 kq olan, 13 sm uzunluğunda, dəyəri 4,60 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,68 kq olan, 15 sm uzunluğunda, dəyəri 4,40 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,64 kq olan, 15 sm uzunluğunda, dəyəri 4,20 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,71 kq olan, 15 sm uzunluğunda, dəyəri 4,60 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,73 kq olan, 15 sm uzunluğunda, dəyəri 4,70 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,74 kq olan, 15 sm uzunluğunda, dəyəri 4,80 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,97 kq olan, 18 sm uzunluğunda, dəyəri 6,80 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,02 kq olan, 19 sm uzunluğunda, dəyəri 7,00 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,03 kq olan, 19 sm uzunluğunda, dəyəri 7,00 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,21 kq olan, 22 sm uzunluğunda, dəyəri 8,50 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,36 kq olan, 26 sm uzunluğunda, dəyəri 9,50 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,38 kq olan, 26 sm uzunluğunda, dəyəri 9,60 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,41 kq olan, 26 sm uzunluğunda, dəyəri 9,90 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,65 kq olan, 32 sm uzunluğunda, dəyəri 11,50 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,76 kq olan, 37 sm uzunluğunda, dəyəri 12,30 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,88 kq olan, 40 sm uzunluğunda, dəyəri 13,10 manat təşkil edən balıqları, yəni cəmi 3 ədəd “Çəki” və 24 ədəd “Xanı” balıqlarını tutub kənara yığmaqla "xxxx" MMC-nin ümumilikdə 177,60 manat (yüz yetmiş yeddi manat altmış qəpik) dəyərində əmlakını qəsdən gizli olaraq talayıb oğurlamağa cəhd etmiş, lakin həmin vaxt "xxxx" MMC-nin mühafizəçisinin yaxınlaşmasını görərək taladığı balıqları gölün kənarında qoyub qaçmaqla talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkanlarını itirərək öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2la tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 03 oktyabr 2023-cü il tarixdə saat 23:30 radələrindən 04 oktyabr 2023-cü il tarixə dəqiq saatı məlum olmayan vaxtadək olan müddət ərzində İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən, xx.xx.2007-ci il tarixli 03 nömrəli icarə müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti ilə (balıqçılıq və kənd təsərrüfatı məhsullarının istehaslı və emalı) məşğul olmaq üçün 99 il müddətinə İsmayıllı Rayonu İcra Hakimiyyəti tərəfindən "xxxx" QSC-yə icarəyə verilmiş, ətrafı setka və kol çəpərlərlə əhatə olunmuş, saxlanc yeri hesab olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balıqçılıq təsərrüfatının ərazisinə çəpər olmayan sahəlik hissədən gizli şəkildə qəsdən qanunsuz daxil olmaqla həmin ərazidə olan “Yekəxana” adlanan gölə yaxınlaşıb, ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra həmin göldən özləri ilə gətirdikləri balıq tutmaq üçün nəzərdə tutulmuş tor vasitəsi ilə "xxxx" MMC-yə məxsus 01 ədəd “Çəki” növündə, çəkisi 0,75 kq olan, 13 sm uzunluğunda, dəyəri 6,8 manat təşkil edən, 01 ədəd “Çəki” növündə, çəkisi 1,31 kq olan, 24 sm uzunluğunda, dəyəri 11,80 manat təşkil edən, 01 ədəd “Çəki” növündə, çəkisi 1,24 kq olan, 24 sm uzunluğunda, dəyəri 11,20 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,58 kq olan, 12 sm uzunluğunda, dəyəri 3,50 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,55 kq olan, 12 sm uzunluğunda, dəyəri 3,30 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,51 kq olan, 12 sm uzunluğunda, dəyəri 3,10 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,62 kq olan, 12 sm uzunluğunda, dəyəri 3,70 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,47 kq olan, 12 sm uzunluğunda, dəyəri 2,80 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,42 kq olan, 12 sm uzunluğunda, dəyəri 2,50 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,49 kq olan, 12 sm uzunluğunda, dəyəri 2,90 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,58 kq olan, 12 sm uzunluğunda, dəyəri 3,50 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,71 kq olan, 13 sm uzunluğunda, dəyəri 4,60 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,68 kq olan, 15 sm uzunluğunda, dəyəri 4,40 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,64 kq olan, 15 sm uzunluğunda, dəyəri 4,20 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,71 kq olan, 15 sm uzunluğunda, dəyəri 4,60 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,73 kq olan, 15 sm uzunluğunda, dəyəri 4,70 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,74 kq olan, 15 sm uzunluğunda, dəyəri 4,80 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 0,97 kq olan, 18 sm uzunluğunda, dəyəri 6,80 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,02 kq olan, 19 sm uzunluğunda, dəyəri 7,00 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,03 kq olan, 19 sm uzunluğunda, dəyəri 7,00 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,21 kq olan, 22 sm uzunluğunda, dəyəri 8,50 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,36 kq olan, 26 sm uzunluğunda, dəyəri 9,50 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,38 kq olan, 26 sm uzunluğunda, dəyəri 9,60 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,41 kq olan, 26 sm uzunluğunda, dəyəri 9,90 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,65 kq olan, 32 sm uzunluğunda, dəyəri 11,50 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,76 kq olan, 37 sm uzunluğunda, dəyəri 12,30 manat təşkil edən, 01 ədəd “Xanı” növündə, çəkisi 1,88 kq olan, 40 sm uzunluğunda, dəyəri 13,10 manat təşkil edən balıqları, yəni cəmi 3 ədəd “Çəki” və 24 ədəd “Xanı” balıqlarını tutub kənara yığmaqla "xxxx" MMC-nin ümumilikdə 177,60 manat (yüz yetmiş yeddi manat altmış qəpik) dəyərində əmlakını qəsdən gizli olaraq talayıb oğurlamağa cəhd etmiş, lakin həmin vaxt "xxxx" MMC-nin mühafizəçisinin yaxınlaşmasını görərək taladığı balıqları gölün kənarında qoyub qaçmaqla talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkanlarını itirərək öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmişdir. Qeyd edilən əməllərə görə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Göyçay rayonu Yekəxana kəndində yaşayır. Təqsirləndirilən şəxs1 onun həmkəndlisi olmaqla eyni zamanda əmisi oğludur. O, müəyyən müddət "xxxx" MMC-nə məxsus İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən təsərrüfatın tikintisində fəhlə kimi işləmişdir. O zamandan bəri həmin təsərrüfatda yaradılan süni göldə balıq saxlanıldığını bilmişdir. Bu barədə əmisi oğlu Təqsirləndirilən şəxs1 da məlumatlı olmuşdur. 03 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində havanın qaranlıq vaxtı onlar birlikdə yaşadıqları küçədə söhbət etmişlər. Söhbət zamanı onlar həmin göldən birlikdə balıq oğurlamağı qərarlaşdırmışlar. Bu məqsədlə o, yaşadığı ünvanda saxladığı və rəhmətlik babasına məxsus olmuş balıq tutmaq üçün istifadə olunan toru götürərək evdən çıxmış və birlikdə piyada halda Kənd” MMC-nə məxsus İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən süni gölə tərəf gəlməyə başlamışlar. Saat 23 radələrində İsmayıllı rayonu Kəlbənd kəndində gedən asfalt yolun kənarına çataraq orada olan açıq sahəlik ərazidən keçərək gölə yaxınlaşmışlar. Gölə çatdıqdan sonra o, özü ilə gətirdiyi toru gölə tərəf atmışdır. Təqsirləndirilən şəxs1 isə gölün içərisinə bir qədər girərək toru əli ilə fırlayıb balıqları tutmağa çalışmışdır. İlk cəhddən sonra o, toru geri çəkmişdir. Həmin zaman tora biri sazan növündən olmaqla təxminən 15 ədəd növünü bilmədiyi balıqlar düşmüşdür. Həmin balıqları özləri ilə gətirdikləri kisənin içinə yığmışlar. Bundan sonra ikinci dəfə Təqsirləndirilən şəxs1 toru gölə tərəf atmış, o isə gölün içərisinə bir qədər girərək toru əli ilə fırlayıb balıqları tutmağa çalışmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs1 toru geri çəkmişdir. Həmin zaman tora ikisi sazan növündən olmaqla təxminən 10-15 ədəd növünü bilmədiyi balıqlar düşmüşdür. Təqsirləndirilən şəxs1 toru çəkən zaman kənardan avtomobil səsi eşitmişlər. Həmin avtomobilin onlara tərəf gəldiyini gördükdə o, oradan qaçaraq uzaqlaşmağa başlamışdır. Təqsirləndirilən şəxs1 da toru əlində götürərək qaçmağa başlamışdır. Balıqları yığdıqları kisə torba isə elə gölün yanında qalmışdır.Onlar gölün ətrafında olan ətrafı kol-kosla çəpərlənmiş torpaq sahəsinə çəpər üzərindən tullanaraq daxil olub qaçmağa başlamışlar. Həmin torpaq sahəsinin İsmayıllı rayonu Kəlbənd kəndi istiqamətində gedən asfalt yolun kənarındakı taxta qapının yanına çatdığı zaman təsərrüfatın mühafizəçilərinin səsini eşidərək dayanmışdır. Çünki əvvəllər orada işlədiyi üçün işçilərin çoxusunu tanıyır. O, onların yanına getmişdir. Oraya çatanda polis əməkdaşlarının da orada olmasını görmüşdür. O, etdiyi əməli səmimi etiraf etmişdir. Daha sonra polis əməkdaşları onu izahat verməkdən ötrü İsmayıllı RPŞ-nə dəvət etmişlər. O, etiraz etməmiş və könüllü surətdə İsmayıllı RPŞ-nə gəlmişdir. İzahat verdikdən sonra onu sərbəst buraxmışlar. Səhər saatlarında onu təkrar İsmayıllı RPŞ-nə dəvət etmişlər. O, etiraz etməmiş və könüllü surətdə İsmayıllı RPŞ-nə gəlmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə gölün yanına gələrək hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı balıqları yığdıqları kisə torba aşkar edilmiş, daha sonra həmin balıqlar sayılmış və götürülmüşdür. Saylarının 27 ədəd olması məlum olmuşdur. Bundan sonra isə İsmayıllı RPŞ-nə geri qayıtmış və müdafiəçi ilə təmin olunaraq 04 oktyabr 2023-cü il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. Onlar həmin oğurluq hadisəsini gizli törətmiş, bundan kiminsə xəbəri olmamış, heç kimə bildirməmiş və bu barədə də kimsənin məlumatı olmamışdır. Onlar oğurladıqları balıqları onları mühafizəçilərin gördüyü üçün özləri ilə götürə bilməmişlər. Balıqları yığdıqları kisə torba isə elə gölün yanında qalmışdır. Oğurladıqları balıqlar sahibinə təhvil verilmiş, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. O, Vətən Müharibəsi iştirakçısıdır, “Vətən Müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Göyçay rayonu Yekəxana kəndində yaşayır. Novruz Əzivov onun həmkəndlisi, eyni zamanda əmisi oğludur. 03 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində havanın qaranlıq vaxtı onlar birlikdə yaşadıqları küçədə söhbət etmişlər. Söhbət zamanı onlar həmin göldən birlikdə balıq oğrurlamağı qərarlaşdırmışlar. Bu məqsədlə Novruz yaşadığı ünvanda saxladığı və rəhmətlik babasına məxsus olmuş balıq tutmaq üçün istifadə olunan toru götürərək evdən çıxmış və birlikdə piyada halda Kənd” MMC-nə məxsus İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən süni gölə tərəf gəlməyə başlamışlar. Saat 23 radələrində İsmayıllı rayonu Kəlbənd kəndində gedən asfalt yolun kənarına çataraq orada olan açıq sahəlik ərazidən keçərək gölə yaxınlaşmışlar. Gölə çatdıqdan sonra Novruz özü ilə gətirdiyi toru gölə tərəf atmışdır. O isə gölün içərisinə bir qədər girərək toru əli ilə fırlayıb balıqları tutmağa çalışmışdır. İlk cəhddən sonra Novruz toru geri çəkmişdir. Həmin zaman tora biri sazan növündən olmaqla təxminən 15 ədəd növünü bilmədiyi balıqlar düşmüşdür. Həmin balıqları özləri ilə gətirdiyi kisənin içinə yığmışlar. Bundan sonra ikinci dəfə o, toru gölə tərəf atmışdır, Novruz isə gölün içərisinə bir qədər girərək toru əli ilə fırlayıb balıqları tutmağa çalışmışdır. Bir qədər sonra o, toru geri çəkmişdir. Həmin zaman tora ikisi sazan növündən olmaqla təxminən 10-15 ədəd növünü bilmədiyi balıqlar düşmüşdür. O, toru çəkən zaman kənardan avtomobil səsi eşitmişlər. Həmin avtomobilin onlara tərəf gəldiyini gördükdə Novruz oradan qaçaraq uzaqlaşmağa başlamışdır. O da toru əlində götürərək qaçmağa başlamışdır. Balıqları yığdıqları kisə torba isə elə gölün yanında qalmışdır. Onlar gölün ətrafında olan ətrafı kolkosla çəpərlənmiş torpaq sahəsinə çəpər üzərindən tullanaraq daxil olub qaçmağa başlamışlar. Bir qədər qaçdıqdan sonra o, kol-kosun yanında gizlənməyə başlamış, lakin mühafizəçilərdən bir neçəsi olduğu yeri müəyyən edib ona yaxınlaşaraq özləri ilə birlikdə gölün yanına aparmışlar. Oraya çatanda polis əməkdaşlarının da orada olmasını görmüşdür. O, onlara etdiyi əməli səmimi etiraf etmişdir. Daha sonra polis əməkdaşları onu izahat verməkdən ötrü İsmayıllı RPŞ-nə dəvət etmişlər. O, etiraz etməmiş və könüllü surətdə İsmayıllı RPŞ-nə gəlmişdir. İzahat verdikdən sonra onu sərbəst buraxmışlar. Səhər saatlarında onu təkrar İsmayıllı RPŞ-nə dəvət etmişlər. O, etiraz etməmiş və könüllü surətdə İsmayıllı RPŞ-nə gəlmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə gölün yanına gələrək hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı balıqları yığdıqları kisə torba aşkar edilmiş, daha sonra həmin balıqlar sayılmış və götürülmüşdür. Saylarının 27 ədəd olması məlum olmuşdur. Bundan sonra isə İsmayıllı RPŞ-nə geri qayıtmış və müdafiəçi ilə təmin olunaraq xx.xx.2023-cü il tarixdə saat 16:45-də şübhəli şəxs qismində tutulmuşdur. Oğurladıqları balıqlar sahibinə təhvil verilmiş, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Onun himayəsində iki azyaşlı uşağı olmaqla ailəsində yeganə evə gəlir gətirən şəxsdir. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclaslarında dindirilən zərərçəkmiş şəxs “Kənd MMC”-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Göyçay rayonu Şahsoltanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2021-ci il tarixdən “Kənd MMC”-nin direktor müavini vəzifəsində işləyir. 05 oktyabr 2023-cü il tarixdə səhər işə gedən zaman iş yoldaşı Elnur İbrahimov ona gecə saatlarında “MMC”-nin nəzdində olan “Yekəxana” adlanan göldən balıq oğurlandığını və balıq oğurlamış 2 nəfər şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin oğurlanmış balıqların isə maddi sübut kimi götürüldüyünü bildirmişdir. O isə oğurluğu kimlərin etdiyini soruşduqda isə Elnur ona həmin şəxslərin Göyçay rayon sakinləri Anar və Novruz adlı şəxslər olduğunu bildirmişdir. Göldən əsasən “Çəki” və “Xanı” növündən olan balıqlar oğurlanmışdır. Balıqların qiymətlərini bilmədiyi üçün dəymiş ziyanın nə qədər olmasını da bilmir. O, təkrarən keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 14 mart 2024-cü il tarixli 9/1888 №-li rəyi ilə tanış olmuş, balıqların dəyərinin bazar qiyməti ilə hesablanması yolu ilə cəmi 177.60 manat dəyərləndirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, onları bağışlamış, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, o, Laçın rayonu Fərraş kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə İsmayıllı rayonu Pirdinar kəndində yaşayır, İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən “Kənd MMC”-nin mühafizəçisi vəzifəsində işləyir. 03 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixə keçən gecə, dəqiq xatırlamadığı vaxtı işlədiyi “Kənd MMC”-də olan zaman “Yekəxana” adlanan gölün yaxınlığında bir neçə nəfər şəxs olduğunu görmüşdür. Oraya yaxınlaşdıqda isə həmin şəxslər qaçaraq uzaqlaşmağa başlamışılar. O da, onların ardınca qaçmağa başlamışdır. Bu zaman 2 nəfər polis əməkdaşının da ona yaxınlaşdığını görüb vəziyyəti onlara bildirmişdir. Polislər hadisədən xəbərdar olduğunu bildirmiş və onlar birlikdə həmin şəxsləri axtarmağa başlamışlar. Bu zaman kolların arasından cavan bir oğlan çıxaraq onlara tərəf gəlmişdir. Onlar ondan digər şəxsin kim olduğunu soruşmuşlar. Həmin oğlan ilk öncə tək olduğunu bildirdikdə, o, ona onları gördüyünü və 2 nəfər olduqlarını bildirmişdir. Bu zaman həmin şəxs digərini tanımadığını bildirmişdir. O, həmin şəxsi polis əməkdaşlarının yanında qoyub digərini axtarmağa başlamışdır. Bir qədər sonra ikinci oğlanı da taparaq özü ilə birlikdə polis əməkdaşlarının yanına gətirmişdir. Daha sonra hadisə barədə təsərrüfat müdiri Elnur İbrəhimovun istifadəsində olan mobil nömrəyə zəng edərək gölün yaxınlığına gəlməsini xahiş etmişdir. O, göldən oğurluq etməyə cəhd edən şəxslərin Göyçay rayon sakinləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bilmişdir. Həmin zaman o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz balıq ovladıqları zaman istifadə etdiyi toru da aşkar edərək polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra onlar çıxıb getmişlər. O da, işləri olduğu üçün çıxıb getmişdir. Şahid qismində dindirilmiş X10 ifadəsində X4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. X3 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonu Diyallı kəndində ailəsi ilə birlikdə yaşayır, İsmayıllı RPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində işləyir, polis baş serjantıdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, dəqiq xatırlamadığı saatda İsmayıllı RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X7 rayonu Kürdmaşı kəndi ərazisində olmuşlar. Ərazidə olan zaman İsmayıllı rayonu Pirdinar kəndi istiqamətində hərəkət etmişlər. Hərəkətdə olan zaman “Kənd MMC”-nə məxsus gölün yanında 2 nəfər şəxs olmasını, həmin şəxslərin göldən balıq oğurladıqlarını görmüşlər. O, dərhal bu barədə bölmə rəisi İkram Abdullayevə zəng edərək məlumat vermişdir. Bir qədər sonra gölə “Kənd MMC” tərəfdən bir nəfər şəxsin yaxınlaşdığını görmüşlər. Həmin şəxsin mühafizəçi olmasını zənn edərək onlar da avtomobillə gölə tərəf hərəkətə başlamışlar. Bu zaman gölün yanında olan 2 nəfər şəxs qaçmağa başlamışdır. Onlar hərəkətə davam edib gölə yaxınlaşaraq avtomobildən enmişlər. Bu zaman gölə tərəf gələn həmin şəxs onlara yaxınlaşıb ərazinin mühafizəçisi olduğunu bildirib göldən oğurluq olmasını bildirmişdir. Onlar ona hadisədən xəbərdar olduqlarını bildirmişlər və birlikdə həmin şəxsləri axtarmağa başlamışlar. Bu zaman kolların arasından cavan bir oğlan çıxaraq onlara tərəf gəlmişdir. Onlar ondan digər şəxsin kim olduğunu soruşmuşlar. O, ilk öncə tək olduğunu bildirdikə, mühafizəçi ona onları gördüyünü və 2 nəfər olduqlarını bildirmişdir. Bu zaman həmin şəxs digərini tanımadığını bildirmişdir. Mühafizəçi həmin şəxsi onların yanında qoyub digərini axtarmağa başlamışdır. Bir qədər sonra ikinci oğlanı da taparaq özü ilə birlikdə onların yanına gətirmişdir. Daha sonra mühafizəçi hadisə barədə zəng edərək kiməsə məlumat vermiş və gölün yaxınlığına gəlməsini xahiş etmişdir. Bir qədər sonra təsərrüfat müdiri Elnur adlı şəxs də yanlarına gəlmişdir. Onlar həmin 2 nəfərdən kim olduqlarını və burada nə etdiklərini soruşduqda onlar səmimi şəkildə etiraf edərək Göyçay rayon sakinləri olduğunu və göldən balıq tutduqlarını bildirmişlər. Bu zaman mühafizəçi onların balıq tutan zaman istifadə etdiyi toru taparaq yanlarına gətirmişdir. Daha sonra onlar həmin 2 nəfər şəxsi izahat verməsindən ötrü polis şöbəsinə dəvət etmişlər. Onlar etiraz etməmiş və onlarla birlikdə könüllü surətdə polis şöbəsinə gəlmişlər. Şahid qismində dindirilmiş X12 ifadəsində X5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. 04 oktyabr 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmi protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisənin İsmayıllı rayonu Kürdmaşı kəndində “Yekəxana” adlanan göl ətrafında yerləşən “Kənd MMC”-nə məxsus balıqçılıq təsərrüfatında baş verdiyi müəyyən edilmişdir. Belə ki, həmin gölün ətrafı açıq şəkildə olmaqla, ətrafında kol-kosdan ibarət çəpərlə hasarlanmış torpaq sahələri vardır. Həmin gölə Kəlbənd kəndində gedən asfalt yoldan hərəkət mümkündür. Göl asfalt yoldan təxminən 500-600 metr məsafədə yerləşir. Baxış zamanı asfalt yolun kənarında olan çəpərlə hasalanmış torpaq sahəsinin yuxarı hissəsində, çəpərlik hissənin yanında balıqların tutulmasında istifadə olunmuş 01 ədəd, 20 metr uzunluqda, 3 metr enində və damalarının ölçüsü 3X3 sm ölçüdə olan, kənarlarında tutmaq üçün quraşdırılmış taxta tutacağı olan ipək tor aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış 27 ədəd balıqlar aşkar edilmiş, lakin tez xarab olması ehtimalı olduğundan götürülməmiş və saxlanılması ETSN-nin 6 saylı RETSİ-nin əməkdaşlarına təhvil verilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa əşya və ya predtmet aşkar edilməmiş və ya götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. 04 oktyabr 2023-cü il tarixli “Oğurlanmış balıqlara baxış keçirilməsi haqqında” protokoldan və həmi protokola əlavə edilmiş fotocədvəldən görünür ki,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış 27 ədəd balıqlar gölün kənarında yerə atılmış vəziyyətdə olan kisə torbanın içərisində aşkar edilmişdir. Baxışda iştirak edən ETSN-nin 6 saylı RETSİ-nin monitorinq üzrə aparıcı məsləhətçisi X6 və ETSN-nin 6 saylı RETSİ-nin aparıcı məsləhətçi müfəttişi X2 ilə birlikdə aşkar edilən balıqlara baxış keçirilmiş və nəticədə həmin balıqların 01 ədəd, çəkisi 0.75 kq olan, 13 sm uzunluqda, 01 ədəd, çəkisi 1.31 kq olan 24 sm uzunluqda, 01 ədəd, çəkisi 1.24 kq olan 24 sm uzunluqda, olmaqla, cəmi 03 ədəd “Çəki” növündən və 01 ədəd, çəkisi 0.58 kq olan 12 sm uzunluqda, 01 ədəd, çəkisi 0.55 kq olan 12 sm uzunluqda, 01 ədəd, çəkisi 0.51 kq olan 12 sm uzunluqda, 01 ədəd, çəkisi 0.62 kq olan 12 sm uzunluqda, 01 ədəd, çəkisi 0.47 kq olan 12 sm uzunluqda, 01 ədəd, çəkisi 0.42 kq olan 12 sm uzunluqda, 01 ədəd, çəkisi 0.49 kq olan 12 sm uzunluqda, 01 ədəd, çəkisi 0.58 kq olan 12 sm uzunluqda, 01 ədəd, çəkisi 0.71 kq olan 13 sm uzunluqda, 01 ədəd, çəkisi 0.68 kq olan 15 sm uzunluqda, 01 ədəd, çəkisi 0.64 kq olan 15 sm uzunluqda, 01 ədəd, çəkisi 0.71 kq olan 15 sm uzunluqda, 01 ədəd, çəkisi 0.73 kq olan 15 sm uzunluqda, 01 ədəd, çəkisi 0.74 kq olan 15 sm uzunluqda, 01 ədəd, çəkisi 0.97 kq olan 18 sm uzunluqda, 01 ədəd, çəkisi 1.02 kq olan 19 sm uzunluqda, 01 ədəd, çəkisi 1.03 kq olan 19 sm uzunluqda, 01 ədəd, çəkisi 1.21 kq olan 22 sm uzunluqda, 01 ədəd, çəkisi 1.36 kq olan 26 sm uzunluqda, 01 ədəd, çəkisi 1.38 kq olan 26 sm uzunluqda, 01 ədəd, çəkisi 1.41 kq olan 26 sm uzunluqda, 01 ədəd, çəkisi 1.65 kq olan 32 sm uzunluqda, 01 ədəd, çəkisi 1.76 kq olan 37 sm uzunluqda, 01 ədəd, çəkisi 1.88 kq olan 40 sm uzunluqda cəmi 24 ədəd “Xanı” növündən olması müəyyən edilmiş, lakin tez xarab olması ehtimalı olduğundan götürülməmiş və saxlanılması üçün ETSN-nin 6 saylı RETSİ-nin əməkdaşlarına təhvil verilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa əşya və ya predtmet aşkar edilməmiş və ya götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 yanvar 2024-cü il tarixli 9/8891 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş 81192 saylı aktda göstərilən İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən, ətrafı setka və kol çəpərlərlə əhatə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balıqçılıq təsərrüfatının ərazisinə çəpər olmayan sahəlik hissədən gizli şəkildə daxil olaraq hər birinin dəyəri 22 manat olmaqla cəmi 3 ədəd Çəki və hər birinin dəyəri 11 manat olmaqla cəmi 24 ədəd Xanı balığının qəsdən gizli yolla talanması nəticəsində dəymiş ziyanın məbləği 330.00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Təkrar Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 mart 2024-cü il tarixli 9/1888 №-li rəyindən görünür ki, - Ekspertiza təyini haqqında qərarda göstərilən müxtəlif cinsli, müxtəlif çəkili və uzunluqda olan balıqların 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 177.60 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiq hissəsində göstərilmişdir; - xx.xx.2024-cü il tarixdə baş ekspert Etimad Həbibov tərəfindən verilmiş 9/8891 saylı rəy ilə hazırki rəy arasında yaranmış fərqin səbəbi, 9/8891 saylı rəy Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş 81192 saylı akta əsasən hesablanmış, hazırki rəy isə balıqların orta bazar satış qiymətinə əsasən hesablanmışdır. O cümlədən:
1. 01 ədəd, çəkisi 0.75 kq olan, 13 sm uzunluqda, “Çəki” növündən balığın dəyəri – 6.80 manat;
2. 01 ədəd, çəkisi 1.31 kq olan 24 sm uzunluqda, “Çəki” növündən balığın dəyəri – 11.80 manat;
3. 01 ədəd, çəkisi 1.24 kq olan 24 sm uzunluqda, “Çəki” növündən balığın dəyəri – 11.20 manat;
4. 01 ədəd, çəkisi 0.58 kq olan 12 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 3.50 manat;
5. 01 ədəd, çəkisi 0.55 kq olan 12 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 3.30 manat;
6. 01 ədəd, çəkisi 0.51 kq olan 12 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 3.10 manat;
7. 01 ədəd, çəkisi 0.62 kq olan 12 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 3.70 manat;
8. 01 ədəd, çəkisi 0.47 kq olan 12 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 2.80 manat;
9. 01 ədəd, çəkisi 0.42 kq olan 12 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 2.50 manat;
10. 01 ədəd, çəkisi 0.49 kq olan 12 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 2.90 manat;
11. 01 ədəd, çəkisi 0.58 kq olan 12 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 3.50 manat;
12. 01 ədəd, çəkisi 0.71 kq olan 13 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri - 4.60 manat;
13. 01 ədəd, çəkisi 0.68 kq olan 15 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 4.40 manat;
14. 01 ədəd, çəkisi 0.64 kq olan 15 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 4.20 manat;
15. 01 ədəd, çəkisi 0.71 kq olan 15 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 4.60 manat;
16. 01 ədəd, çəkisi 0.73 kq olan 15 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 4.70 manat;
17. 01 ədəd, çəkisi 0.74 kq olan 15 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 4.80 manat;
18. 01 ədəd, çəkisi 0.97 kq olan 18 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 6.80 manat;
19. 01 ədəd, çəkisi 1.02 kq olan 19 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 7.00 manat;
20. 01 ədəd, çəkisi 1.03 kq olan 19 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 7.00 manat;
21. 01 ədəd, çəkisi 1.21 kq olan 22 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 8.50 manat;
22. 01 ədəd, çəkisi 1.36 kq olan 26 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 9.50 manat;
23. 01 ədəd, çəkisi 1.38 kq olan 26 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 9.60 manat;
24. 01 ədəd, çəkisi 1.41 kq olan 26 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 9.90 manat;
25. 01 ədəd, çəkisi 1.65 kq olan 32 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 11.50;
26. 01 ədəd, çəkisi 1.76 kq olan 37 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 12.30;
27. 01 ədəd, çəkisi 1.88 kq olan 40 sm uzunluqda, “Xanı” növündən balığın dəyəri – 13.10 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir.
Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Göyçay RİHB-nin Qaraməryəm kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Göyçay rayonunun Yekəxana kəndində qeydiyyatdadır və yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində Göyçay RİHB-nin Qaraməryəm kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2023-cü il tarixli 18-1-40/2- 1335/2023 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Göyçay rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “psixoloq” və “narkoloq” kabinetlərində qeydiyyatda yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun 2 saylı X17 Filialından alınmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-255964/2023 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 (FİN: xxxxxxx) filialımızdan müddətsiz olmaqla 80.00 manat (səksən manat) müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. İ-25401 və İ-1398 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarıı ilə “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Göyçay RİHB-nin Qaraməryəm kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 Göyçay rayonunun Yekəxana kəndində qeydiyyatdadır və yaşayır, evlidir, himayəsində 2 azyaşlı övladları vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində Göyçay RİHB-nin Qaraməryəm kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2023-cü il tarixli 18-1-40/2- 1336/2023 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 Göyçay rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “psixoloq” və “narkoloq” kabinetlərində qeydiyyatda yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun 2 saylı X17 Filialından alınmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-256404/2023 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 (FİN: xxxxxxx) filialdan heç bir növ sosial müavinət, təqaüd və əmək pensiyası almır. Müstəntiqin 04 oktyabr 2023-cü il tarixli “maddi sübut kimi tanınma” haqqında qərarınan görünür ki, cinayət işi üzrə hadisə yerinə baxış keçirilən zaman götürülmüş, bir ədəd kisə torbada qablaşdırılmış, balıqların tutulmasında istifadə olunmuş 01 ədəd, 20 metr uzunluqda, 3 metr enində və damalarının ölçüsü 3X3 sm ölçüdə olan, kənarlarında tutmaq üçün quraşdırılmış taxta tutacağı olan ipək tor maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü İsmayıllı RPŞ-nin MSSK-na təhvil verilmişdir. “Şübhəli şəxs qismində tutulma” barədə 04 oktyabr 2023-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04 oktyabr 2023-cü il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxs qismində tutulma” barədə 04 oktyabr 2023-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 04 oktyabr 2023-cü il tarixdə saat 16:45-də şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin 06 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o həmin gün saat 13:00-da İsmayıllı RPŞ-nin MSY-dən azad edilmişdir. Müstəntiqin 06 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o həmin gün saat 16:00-da İsmayıllı RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırki cinayət işində bu hal mövcud deyildir. Dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, ailə vəziyyətlərini, həmçinin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, Vətən Müharibəsi iştirakçısı olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. O cümlədən, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən halları, ailə vəziyyətlərini, cəzalarını yüngülləşdirən halları və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham edildiyi maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsi əsaslı və ədalətlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 04 oktyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış azadlığın məhdudlaşdırılması cəzasını Göyçay rayonunun ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı Göyçay rayonu Yekəxana kəndində yerləşən evini tərk etməmək, bu müddətdə Göyçay rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 04 oktyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış azadlığın məhdudlaşdırılması cəzasını Göyçay rayonunun ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı Göyçay rayonu Yekəxana kəndində yerləşən evini tərk etməmək, bu müddətdə Göyçay rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış, cinayət işi üzrə hadisə yerinə baxış keçirilən zaman götürülmüş, bir ədəd kisə torbada qablaşdırılmış, balıqların tutulmasında istifadə olunmuş 01 ədəd, 20 metr uzunluqda, 3 metr enində və damalarının ölçüsü 3X3 sm ölçüdə olan, kənarlarında tutmaq üçün quraşdırılmış taxta tutacağı olan ipək tor Təqsirləndirilən şəxs2 qaytarılıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 100 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ekpertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə məsrəfi müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi :
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 04 oktyabr 2023-cü il saat 15:00-dan 06 oktyabr 2023-cü il saat 13:00-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 1(bir) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11( on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 1 (bir) il 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Göyçay rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı Göyçay rayonu Yekəxana kəndindəki evini tərk etməmək, bu müddətdə Göyçay rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın.
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 1(bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 04 oktyabr 2023-cü il saat 16:45-dən 06 oktyabr 2023-cü il saat 16:00-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 1(bir) il 1(bir) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 1 (bir) il 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Göyçay rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı Göyçay rayonu Yekəxana kəndindəki evini tərk etməmək, bu müddətdə Göyçay rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın.
Cinayət işi üzrə maddi sübut qismində tanınmış, cinayət işi üzrə hadisə yerinə baxış keçirilən zaman götürülmüş, bir ədəd kisə torbada qablaşdırılmış, balıqların tutulmasında istifadə olunmuş 01 ədəd, 20 metr uzunluqda, 3 metr enində və damalarının ölçüsü 3X3 sm ölçüdə olan, kənarlarında tutmaq üçün quraşdırılmış taxta tutacağı olan ipək tor Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə ekspertiza xərci olan cəmi 100 (bir yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: İlqar Hüseynov