Məhkəmə qərarları › İş №1(037)-30/2025

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-30/2025

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-30/2025 15.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Fətu llayeva Nərmin Rəşid qızının, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası VK-nın üzvü, İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Azərbaycan Respublikası VK-nın üzvü, “Xəzər Konsaltinq” Vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə 15 yanvar 2026-cı il tarixdə saat 17:19-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1985-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, İsmayıllı rayonunun Quşencə kənd orta məktəbində sosial-pedaqoq vəzifəsində işləyən, əvvəllər məhkum edilməmiş, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş Mican kəndində) qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi 6HRK8VB Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin yay aylarında, dəqiq tarixi məlum olmayan vaxtda tanışı Zərərçəkmiş şəxs sonuncunun övladları Ruslan Səmədov və Roman Səmədliyə əlaqələrindən istifadə edərək əlillik pensiyası düzəldə biləcəyini deyib inandırmaqla Zərərçəkmiş şəxs etibarını qazanaraq sonuncunu aldatmış, öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə o, 2024-cü ilin iyul-avqust aylarında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı şəhərinin H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat məbləğində pulu Roman Səmədlidən alıb ələ keçirmiş, bir neçə gün sonra, dəqiq tarixi müəyyən edilməyən vaxtda cinayət əməllərini davam etdirərək Zərərçəkmiş şəxs yaşadığı İsmayıllı şəhəri, M.ünvan 1 ünvanda yerləşən evdə sonuncudan 400 (dörd yüz) manat məbləğində pulu alıb ələ keçirmiş, 1 gün sonra Zərərçəkmiş şəxs yaşadığı İsmayıllı şəhəri, M.ünvan 1 ünvanda yerləşən evdə sonuncudan 4100 (dörd min yüz) manat məbləğində pulu alıb ələ keçirmiş, bir neçə gün sonra, dəqiq tarixi müəyyən edilməyən vaxtda öz cinayətkar niyyətini davam etdirərək İsmayıllı şəhərinin H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat məbləğində pulu Roman Səmədlidən alıb ələ keçirmiş, bir neçə gün sonra, dəqiq tarixi müəyyən edilməyən vaxtda İsmayıllı şəhərinin H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs məxsus 4700 (dörd min yeddi yüz) manat məbləğində pulu Roman Səmədlidən alıb ələ keçirmiş, bir neçə gün sonra, dəqiq tarixi müəyyən edilməyən vaxtda Roman Səmədliyə əlavə olaraq işi düzəltmək üçün 1500 manat pul lazım olduğunu bildirib inandıraraq X6 şəhərinin M.Müşfiq küçəsi ünvanında yerləşən X26 İstimar İdarəsinin İsmayıllı xidmət sahəsinin inzibati binasında yerləşən “mpay” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus müəyyən edilməyən kart hesabına göndərdiyi 1200 (min iki yüz) məbləğində pulu ələ keçirmiş və Roman Səmədliyə əlavə olaraq 300 manat pul verməli olmasını, sənədləşmə işlərini təcili yekunlaşdırmaq üçün birlikdə Mingəçevir şəhərinə getdiyi tanış taksi sürücüsü Şahid1 həmin pulu borc aldığını, aldığı həmin pulu taksi sürücüsünə verməsini bildirib Roman Səmədlini inandıraraq X11 Səmədova məxsus 300 (üç yüz) manat məbləğində pulu İsmayıllı şəhərinin H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsinin qarşısında Şahid1 verilməsinə nail olmuş, bununla da o, Zərərçəkmiş şəxs məxsus ümumilikdə xeyli miqdar təşkil edən 20700 (iyirmi min yeddi yüz) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, İsmayıllı şəhər sakini Roman Səmədlini təxminən 3 ildən çox bir müdətdir ki, tanıyır. 2024-cü ilin yay aylarında müəyyən müddət Roman Səmədli ilə taxıl biçini işi ilə bağlı şərik işləmişdir. 2024-cü ilin iyul ayının xatırlamadığı günündə Roman ona müraciət edərək, Şəki psixiatriya xəstəxanasından “anlaqsız” olması barədə sənəd alacağı təqdirdə məsuliyyətdən azad oluna biləcəyini demiş və bu işdə ona kömək etməyini istəmişdir. Əslində Romanın həqiqətən də psixi problemləri olduğundan bu məsələni həll edə biləcəyini düşünmüş və onun xəstəxanaya yerləşdirilməsi və ona “anlaqsız” olması barədə müvafiq rəy verilməsi üçün müəyyən məbləğdə pul lazım olduğunu, 7-10 gün Şəki rayon Psixiatriya Xəstəxanasında yatmalı olduğunu demişdir. Roman bu təkliflə razılaşmış və 2024-cü ilin iyul-avqust aylarında, İsmayıllı şəhəri, H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsində Roman Səmədlidən 5000 manat pulu nağd şəkildə almışdır. Pulu alan zaman yanlarında heç kəs olmamışdır. Bundan bir neçə gün sonra o, Romana zəng edərək yenə pul lazım olduğunu demiş, bundan sonra Romanın atası Zərərçəkmiş şəxs ona zəng edərək Romanın işi ilə bağlı maraqlanmış və öz iş yerində onunla görüş təklif etmişdir. Bir gün sonra o, İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus bitçilik mağazasında görüşmüş və Sədyar ondan Ruslana da əlillik pensiyası düzəldə bilib-bilməyəcəyini soruşduqda o, Roman kimi Ruslana da əlillik düzəldə biləcəyini demişdir. Sədyar onunla razılaşmış və 2024-cü ilin iyul-avqust aylarında, dəqiq tarixini xatırlamadığı gündə o, Sədyarın yaşadığı İsmayıllı şəhəri, M.Füzuli küçəsində yerləşən evində Sədyardan 400 manat pulu nağd şəkildə almışdır. Pulu alan zaman Sədyarın yoldaşı Cəmilə və Roman Səmədli də orada olmuşdur. Səhərisi günü o, yenidən Sədyarın yaşadığı evə gedərək Zərərçəkmiş şəxs 4100 manat pulu nağd şəkildə almışdır. Pulu alan zaman Sədyarın yoldaşı Cəmilə və Roman Səmədli də orada olmuşdur. Bundan sonra Sədyarla aralarında yoldaşlıq münasibəti yarandığından mütəmadi olaraq Sədyarın yaşadığı evə getmişdir. Sonuncu 4100 manat pulu aldıqdan bir neçə gün sonra o, Sədyara zəng edərək Romanın işinə görə əlavə 5000 manat pul lazım olduğunu demiş və Sədyar razılaşmışdır. Elə həmin gün İsmayıllı şəhəri, H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsində Roman Səmədlidən 5000 manat pulu nağd şəkildə almışdır. Pulu alan zaman yanlarında heç kəs olmamışdır. Bundan bir neçə gün sonra Sədyara zəng edərək Ruslanın işinə görə 5000 manat pul lazım olduğunu demiş və Sədyar razılaşmışdır. Bundan sonra Sədyara məxsus İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən bitçilik mağazasına gedərək pulu verməsini istəmişdir. Sədyar 4700 manat pulu ona çatdırması üçün Romana verdiyini demişdir. O, İsmayıllı şəhəri, H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsinə gedərək Roman Səmədlidən 4700 manat pulu nağd şəkildə almışdır. Pulu alan zaman yanlarında heç kəs olmamışdır. Bundan bir neçə gün sonra o, Şahid1 adlı tanıdığı taksi sürücüsü ilə Mingəçevir şəhərinə getmişdir. Oraya getməkdə məqsəd Mingəçevir Şəhəri Ruhi əsəb dispanserindən Roman üçün Şəki psixiatriya xəstəxanasından aldığı arayışı təsdiqlətmək olmuşdur. Bu məqsədlə Mingəçevirdə olan zaman Romana zəng edərək sənədin təsdiqlənməsinə görə 1500 manat pul lazım olduğunu demiş və Romanın istifadəsində olan mobil nömrənin “whatsapp” tətbiqinə özünə məxsus 4169-7388-5239-0305 saylı kart nömrəsini göndərmiş və Roman Səmədli həmin kart hesabına 1200 manat pul göndərmişdir. Bundan sonra yerdə qalan 300 manat pulu Şahid1 almış və Romana zəng edərək Vahiddən 300 manat pulu bir növ onun adından borc aldığını, həmin 300 manat pulu Vahidə qaytamasını bildirmiş və Roman razılaşmışdır. Sonra İsmayıllı şəhərinə qayıtdıqda İsmayıllı şəhəri, H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsinin qarşısında Roman 300 manat pulu Vahidə qaytarmışdır. Lakin o, aldığı 1500 manat pulu heç kəsə verməmiş, özü üçün xərcləmişdir. Təxminən 2024-cü ilin sentyabr-oktyabr aylarında, dəqiq tarixini xatırlamadığı gündə Sədyar ona zəng edərək öz bitkiçilik mağazasına dəvət etmişdir. Həmin vaxt orada ondan başqa Sədyar və övladları Ruslan və Roman olmuşdur. Sədyar ona verilən 20700 manat pulun nəticəsi barədə soruşduqda o, Romanın işinin həll olunduğunu, Ruslanın işinin isə yarımçıq qaldığını demişdir. Belə ki, həmin dövrdə Ruslanın barəsində İsmayıllı rayon Prokurorluğunda cinayət işi olmuş və o, Şəki psixiatriya xəstəxanasında yatdığı vaxt polis əməkdaşları tərəfindən İsmayıllı şəhərinə gətirilmişdir. Belə olduğu halda Sədyar ona verilən 20700 manat pulu qaytarmağını istəmiş və o, yanlız 4500 manat pul qaytara biləcəyini deyərək mağazanı tərk etmişdir. O, barəsindəki cinayət işinin ibtidai istintaqın gedişində vurulmuş ziyanın 7000 manat hissəsini ödəmiş, qalan hissəsinin ödənilməsi ilə bağlı isə zərərçəkmişlə razılığa gələ bilməmişdir. O, barəsindəki cinayət işinin məhkəmə istintaqı zamanı ödənilməmiş qalan məbləğə münasibətdə isə hər ay 500 manat ödəmək şərti ziyanı ödəmək təklifini irəli sürmüş, lakin zərərçəkmiş bu təkliflə də razılaşmamışdır. Cinayət işinin məhkəmə istintaqı zamanı da dəfələrlə zərərçəkmişlə barışıq əldə etməyə cəhd etmişdir. Zərərçəkmiş şəxs isə ondan maddi ziyandan ödənilməmiş qalan hissəsini bütöv şəkildə tələb etdiyindən onun həmin məbləği ödəməyə imkanı olmamışdır. Qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin ona qarşı olan mülki iddiasını isə qismən qəbul edir. Belə ki, iddianın zərərçəkmiş şəxsə ödənilməmiş qalan hidssədə təmin olunmasına etiraz etmir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, İsmayıllı şəhəri, M.ünvan 3 ünvanda yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2022-ci ildə övladları X7 və X10 barələrində İsmayıllı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin istintaqı dövründə hər iki oğlunun psixoloji vəziyyətində problemlər yaranmağa başlamış, Ruslanın vəziyyəti daha ağır olmuşdur. Bununla əlaqədar 2024-cü ildə Ruslan İsmayıllı RMX-nın göndərişi ilə Şəki rayon Psixiatriya Xəstəxanasına müalicəyə yerləşdirilmişdir. Roman isə ondan bir müddət sonra oraya yerləşdirilmişdir. Hələ Roman oraya yerləşdirilməmişdən əvvəl, 2024-cü ilin iyulavqust aylarında, dəqiq xatırlamadığı gündə bir nəfər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxs Romanla birlikdə yaşadığı evə gələrək Roman və Ruslanın barələrində olan cinayət işi barəsində danışmış, lakin onun bu barədə haradan məlumatlı olması ona məlum olmamışdır. Aidə Romana və Ruslana dair “anlaqsız” olmaları barədə rəy almaqda köməklik göstərəcəyini, əlillik pensiyası düzəldəcəyini bildirmişdir. Sonradan Romanın “Kapital Bank”-dan 5000 manat kredit götürdüyünü və özünə əlillik pensiyası düzəldilməsi üçün Aidəyə 5000 manat pul verdiyini öyrənmişdir. Sonradan o, Romanın götürdüyü krediti bağlaması üçün ona 5000 manat pul vermişdir. X21 da əlillik pensiyası düzəldə biləcəyini demiş və buna görə ondan 5000 manat pul istəmişdir, lakin o, 4500 manat pul verə biləcəyini demiş və onlar razılaşmışdır. Həmin vaxt üzərində 400 manat nəğd pul olmuş, o, həmin 400 manat pulu yaşadığı evin həyətində Aidəyə əlbəəl vermişdir. Bu zaman ailəsi də, yəni oğlu Roman və yoldaşı Cəmilə də yanında olmuşdur. Səhərisi gün isə, 4100 manat pulu 100 manatlıq əsginaslarda nəğd şəkildə yaşadığı evin həyətində, oğlu Roman və yoldaşı Cəmilənin yanında Aidəyə əlbəəl vermişdir. Bundan sonra növbəti günlərdə Aidə gündəlik olaraq yaşadığı evə və işlədiyi yerə gələrək pul lazım olduğunu demişdir. Bundan bir neçə gün sonra Aidə Romanın işinə görə əlavə 5000 manat da pul lazım olduğunu demiş və o, üzərində o qədər pul olmadığına görə bibisi oğlu Rafiq Əzimova zəng edərək 5000 manat borc pul istəmişdir. X22 evinə gedərək həmin pulu ondan götürərək ona məlum olmayan yerdə 5000 manat pulu nəğd şəkildə əlbəəl Aidəyə vermişdir. Bundan sonra o, “Kapital Bank”-dan 10000 manat kredit götürərək Rafiq Əzimovdan borc götürdüyü 5000 manat pulu ona qaytarmışdır. Bundan sonra Aidə Ruslanın işinə görə əlavə 5000 manat pul lazım olduğunu bildirmiş və o, bankdan kredit götürdüyü 10000 manat puldan borcu qaytardıqdan sonra qalan 4700 manat pulu 100 manatlıq əsginaslarda yaşadığı evdə Romana nəğd şəkildə əlbəəl verərək həmin pulu Aidəyə çatdırmasını demişdir. Belə ki, 10000 manat pulu nəğləşdirən zaman bank 300 manat pulu komissiya kimi çıxmışdır. Bundan sonra o, ona məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 60 ünvanında yerləşən “Bitki mühafizəsi” mağazasına getmiş və orada Aidə 5000 manat pul istəmişdir. O, Aidəyə 4700 manat pulu oğlu Romana verdiyini demiş, bu zaman Aidə nə üçün 5000 manat deyil, 4700 manat pul verdiyini soruşduqda, o, 300 manat pulu öz şəxsi xərcləri üçün xərclədiyini bildirmişdir. Bundan sonra Roman Aidəyə 4700 manat pulu İsmayıllı şəhəri, H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsində vermişdir. Bundan bir neçə gün sonra Aidə Romana zəng edərək onun işi ilə bağlı Mingəçevirə getməli olduğunu və 1500 manat da pul lazım olduğunu bildirmişdir. Bundan sonra Aidə Mingəçevirə getmiş və qayıtdıqdan sonra Mingəçevirdə kiməsə 1500 manat pul verdiyini, həmin pulun 1200 manat hissəsini öz cibindən verdiyini, 300 manatı isə Vahid adlı taksi sürücüsündən aldığını bildirmişdir. O, 1500 manat pulu Aidəyə verilməsi üçün Romana nəğd şəkildə vermiş və Roman səhv etmirsə ödəmə terminalı vasitəsilə Aidəyə 1200 manat pul göndərmiş, 300 manat pulu isə Vahid adlı taksi sürücüsünə vermişdir. Vahid adlı şəxs Romanla danışığı zamanı Aidənin ondan 300 manat pul istədiyini və ona 300 manat pul verdiyini demişdir. Bundan bir neçə həftə keçməsinə baxmayaraq Aidə ona pensiya məsələsi ilə bağlı bir söz deməmişdir. O, Aidənin onu aldatdığını hiss etmiş və 2024-cü ilin sentyabr ayında Aidəni ona məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 60 ünvanında yerləşən “Bitki mühafizəsi” adlı mağazasına dəvət edərək verilən pulların nəticəsi barədə soruşmuşdur. Həmin vaxt orada o, oğlu Ruslan, oğlu Roman və Aidə olmuşdur. O, Aidəyə verilən pulların nəticəsi barədə soruşduqda Aidə Romanın işinin həll olunduğunu, Ruslanın işinin isə yarımçıq qaldığını demişdir. Aidə ona hissə-hissə verilən pulları həqiqətən də onlardan aldığını təsdiq etdikcə, o, kağızda həmin pulları qeyd etmişdir. Onda bunu təsdiq edən videogörüntülər olmuş və o həmin videogörüntüləri istintaq orqanına təqdim etmişdir. Belə ki, mağazanın içərisində təhlükəsizlik kamerası var. O, artıq Aidənin onu aldatdığını bilmiş və Aidədən pulları qaytarmağını tələb etmişdir. Aidə əvvəl yanlız 5000 manat qaytara biləcəyini, sonra isə 5000 manat deyil 4500 manat qaytara biləcəyini deyərək mağazanı tərk etmişdir. 2024cü ilin dekabr ayında “161” qaynar xəttinə zəng edərək bu barədə məlmat vermiş və 2025ci ilin yanvar ayında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə gedərək bununla bağlı izahat vermişdir. O, Aidəyə Romana pensiya düzəltmək üçün ümumilikdə 11500 manat pul verilmişdir. Həmin 11500 manat pulu Roman Aidəyə 5000 manat, 5000 manat və 1500 manat olmaqla 3 dəfəyə vermişdir. Lakin həmin pullar özünə məxsus olmuşdur. Həmin 1500 manat puldan 1200 manat Aidənin özünə, 300 manat isə Vahid adlı taksi sürücüsünə verilmişdir, hansı ki, deməsinə görə özü Aidəyə 300 manat pul vermişdir. Ruslana pensiya düzəltmək üçün isə Aidəyə ümumilikdə 9200 manat pul verilmişdir. Həmin pul 3 dəfəyə verilməklə, 400 manat və 4100 manat hissəsini özü Aidəyə vermişdir, 4700 manat hissəsini isə Roman Aidəyə vermişdir. Həmin pullar da ona məxsus olmuşdur. Ümumilikdə o, Təqsirləndirilən şəxs 20700 manat pul verilmişdir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin ibtidai istintaqın gedişində vurulmuş ziyanın 7000 manat hissəsini ödəmişdir, qalan 13700 manat hissəsini isə ödəməmişdir. Təqsirləndirilən şəxs dəfələrlə vaxt verilməsinə baxmayaraq ona vurulmuş ziyanı ödəməmişdir. Ona görə də mülki iddianın təsdiq olunduğu hissədə təmin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs isə onun qadın olması, himayəsində azyaşlı uşağlarının olması nəzərə alınaraq qanunla nəzərdə tutulmuş həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Şahid X10 ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs 2024-cü ilin yay aylarında tanımışdır. 2024-cü ilin yay ayında, dəqiq xatırlamadığı gündə Aidə avtoyuma məntəqəsində gəldikdə onun İsmayıllı rayon İcra və Probasiya Şöbəsində olan işi ilə maraqlanmış, onun həmin dövrdə həqiqətən də İsmayıllı rayon İcra və Probasiya Şöbəsində işi olmuş, lakin Aidənin bu barədə haradan məlumat əldə etməsi ona məlum olmamışdır. Aidə öz uşağına və qardaşına əlillik pensiyası düzəltdiyini, ona da düzəldə biləcəyini bildirdikdə o, bu barədə ondan maraqlanmışdır. Aidə ona əlillik pensiyası düzəltməsi üçün 9000 manat pul lazım olacağını və onun 7-10 gün Şəki rayon Psixiatriya Xəstəxanasında yatmalı olduğunu demişdir. Lakin özündə o qədər pul olmadığına görə 2024-cü ilin iyul-avqust aylarında, dəqiq xatırlamadığı gündə “Kapital Bank”-dan 5000 manat kredit götürərək həmin gün İsmayıllı şəhəri, H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsində Aidəyə 5000 manat pulu böyük hissəsi 100 manatlıq əsginaslarda olmaqla, nəğd şəkildə əlbəəl vermişdir. Həmin pulu Aidəyə verən zaman yanlarında Əhməd adlı işçisi də olmuşdur. Sonradan atası Sədyar götürdüyü krediti bağlamağı üçün ona 5000 manat pul vermişdir. Onu da qeyd etmişdir ki, pul verilənə qədər Aidə hər gün dəfələrlə ona zəng edərək pul barədə maraqlanmışdır. Həmin pulu verdikdən bir neçə gün sonra Aidə ona zəng edərək əlavə də 5000 manat pul lazım olduğunu demişdir. O, həmin məbləğdə pul olmadığına görə məcbur qalıb atası Sədyara müraciət edərək Aidə ilə aralarında olanları ona demişdir. Atası Aidə ilə danışmaq istədiyini bildirmiş və onlar atasının yaşadığı, İsmayıllı şəhəri, M.Füzuli küçəsi, dalan 3, ev 1 ünvanında yerləşən evdə görüşmüşlər. Orada Aidə onlara qardaşı Ruslana da əlillik pensiyası düzəldə biləcəyini demişdir. Qeyd etmişdir ki, həmin vaxt Ruslanın barəsində İsmayıllı rayon Prokurorluğunda cinayət işi araşdırılmışdır. Aidə Ruslana pensiya düzəltmək üçün 4500 manat pul istəmiş və atası Sədyar həmin evdə 400 manat pulu Aidəyə nəğd şəkildə əlbəəl vermiş, səhərisi gün isə yenidən həmin evdə 4100 manat pulu Aidəyə nəğd şəkildə əlbəəl vermişdir. Həm 400 manat, həm də 4100 manat pul verilən zaman o və anası Cəmilə də orada olmuşdular. Bundan bir neçə gün sonra atası Sədyarın sözü ilə atasıın bibisioğlu olan Rafiq Əzimovdan 5000 manat pulu borca götürmüşdür. O, öz işinin həlli üçün həmin 5000 manat pulu 100 manatlıq əsginaslarda, İsmayıllı şəhəri ərazisində Vahid adlı taksi sürücüsünün avtomobilində Aidəyə nəğd şəkildə əlbəəl vermişdir. Qeyd etmişdir ki, Vahid 5000 manat pulu Aidəyə verməsini görmüşdür. Bundan sonra o, Vahid və Aidə ilə birlikdə, Vahidə məxsus yaşıl rəngli “Mercedes Benz C Class” markalı avtomobili ilə birlikdə Şəki rayon Psixiatriya Xəstəxanasına getmiş və o, 10 günə yaxın həmin xəstəxanada yatmışdır. Xəstəxanadan çıxdıqdan sonra atası Sədyar “Kapital Bank”-dan 10000 manat kredit götürərək 10000 manat puldan 5000 manatını borca qaytarmış, yerdə qalan 4700 manat pulu isə Aidəyə çatdırmaq üçün ona vermişdir. Bank 300 manat komissiya çıxdığına görə 4700 manat pul qalmış, Ruslanın işini həll etmək üçün həmin 4700 manat pulu 100 manatlıq əsginaslarda İsmayıllı şəhəri, H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsində Aidəyə nəğd şəkildə əlbəəl vermişdir. Pulu verən vaxt Əhməd adlı işçisi də yanlarında olmuşdur. Bundan bir neçə gün sonra Aidə onunla əlaqə saxlayaraq onun işinin hazır olduğunu, Mingəçevirə gedərək sənədi təsdiq edəcəyini, bunun üçün 1500 manat pul verməli olduğunu bildirmişdir. O, Aidəyə üzərində o qədər pul olmadığını, sonradan verə biləcəyini dedikdə, o, pulun bir hissəsini özü verəcəyini, qalan hissəsini isə taksi sürücüsü olan Vahiddən götürəcəyini bildirdikdə o, etiraz etməmişdir. Aidənin deməsinə görə o, Vahiddən 300 manat pul götürüb, özündən 1200 manat pul qoymaqla sənədin alınmasına görə 1500 manat ödəniş etmişdir. Sonradan atası Sədyar ona 1500 manat pul vermişdir. Aidə Mingəçevirdən qayıtdıqdan sonra işinin tam hazır olduğunu demiş və İsmayıllı rayonu, Qaz İdarəsində yerləşən ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs göndərdiyi xatırlamadığı kart hesabına 1200 manat göndərmişdir. Bu vaxt Aidə həmçinin Mingəçevirdən gətirdiyi sənədi ona vermişdir. Səhərisi gün isə Aidənin Vahiddən götürdüyü 300 manat pulu Vahidə nəğd şəkildə əlbəəl verərək özünə qaytarmışdır. Bundan bir neçə gün sonra ona verilən sənədlə bağlı maraqlandıqda onun heç bir işə yaramadığını öyrənmiş və Aidə ilə bu barədə danışan zaman o, Aidəyə həmin sənədin saxta olmasını dedikdə, o, bunu inkar etmiş və onunla görüşməyi təklif etmişdir. Bir neçə gün sonra Aidə ilə atasına məxsus İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən bitkiçilik mağazasında görüşmüşlər. Həmin vaxt orada o, qardaşı Ruslan, atası Sədyar və Aidə olmuşdur. Atası və o, Aidəyə verilən pulların nəticəsi və ona verilən sənəd barəsində soruşduqda, Aidə verdiyi sənədin əslində saxta olduğunu və verdikləri pulları düşürüb itirdiyini bildirmişdir. Belə olduğu halda atası Aidəyə verdikləri pulları qaytarmağı tələb etdikdə, o, yanlız 5000 manat pulu qaytara biləcəyini deyərək mağazanı tərk etmişdir. Şahid X8 ifadə verərək göstərdi ki, 2024-cü ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə İsmayıllı RMX-nın göndərişinə əsasən Şəki rayon Psixiatriya Xəstəxanasında 1 həftə yatmışdır. Xəstəxanada olan müddət ərzində qardaşı Roman sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə ona baş çəkmişlər. Aidənin nə məqsədlə onun yanına gəlməsi ona məlum olmamış, qardaşının dediyinə görə onlar Romana dair nəsə sənəd düzəltmək üçün xəstəxanaya gəlmişlər. Xəstəxanadan çıxdıqdan sonra ona həyəcan və depresiv pozuntu diaqnozu olmasını təsdiq edən sənəd verilmişdir. Sonradan Aidə atası Sədyara həmin sənədin guya saxta olduğunu, həmin sənədlə pensiya ala bilməyəcəyini demiş və özü müəyyən pul müqabilində düzgün sənəd verilməsində köməklik göstərəcəyini bildirmişdir. Atası Sədyar razılaşmış və 2024-cü ilin iyul-avqust aylarında, dəqiq tarixini xatırlamadığı gündə yaşadığı evin həyətində Aidəyə 4100 manat pul vermişdir. Belə ki, həmin pul onun yanında verilməsə də, o, həmin vaxt evin içində olmuş və pulun verilməsindən məlumatlı olmuşdur. Bundan bir müddət sonra o, yenidən Şəki rayon Psixiatriya Xəstəxanasında 14 gün yatmışdır. Həmin dövrdə Aidə qardaşı Roman və anası Cəmilə ilə birlikdə ad günü ilə əlaqədar yanına gəlmişdilər. Xəstəxanadan çıxdıqdan sonra qardaşı Roman həmin xəstəxanada yatmışdır. 2024-cü ilin iyul-avqust ayları ərzində atası Sədyar Aidəyə ümumilikdə 20700 manat pul vermişdir. Son pul verildikdən sonra onlar Aidədən sənədlərlə bağlı maraqlandıqda, o, sənədlərin hələ hazır olmadığını bildirmişdi. X20 ilə telefonda danışan zaman sonuncu ona verilən pulları düşürüb itirdiyini bildirmiş və onlar aldadıldıqlarını başa düşmüşdürlər. 2024-cü ilin sentyabr ayında atası Sədyar Aidəni ona məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 60 ünvanında yerləşən “Bitki mühafizəsi” adlı mağazasına dəvət edərək verilən pulların nəticəsi barədə soruşmuş, həmin vaxt orada o, atası Sədyar, qardaşı Roman və Aidə olmuşdu. Sədyar Aidəyə verilən pulların nəticəsi barədə soruşduqda o, Romanın işinin həll olunduğunu, onun işinin isə yarımçıq qaldığını demişdir. Aidə ona hissə-hissə verilən pulları həqiqətən də onlardan aldığını təsdiq etdikcə, atası Sədyar kağızda həmin pulları qeyd etmişdir. Onlar Aidədən pulları qaytarmağını tələb etmiş və Aidə pulları qaytara bilməyəcəyini deyərək mağazanı tərk etmişdir. Şahid X9 ifadə verərək göstərdi ki, cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2024-cü ilin iyul-avqust aylarında, dəqiq xatırlamadığı gündə Aidə oğlu Romanla birlikdə yaşadıqları İsmayıllı şəhəri, M.Füzuli küçəsi, dalan 3, ev 1 ünvanında yerləşən evə gəlmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs övladları Roman və Ruslana əlillik pensiyası düzəltmək üçün köməklik göstərəcəyini, bunun müqabilində müəyyən məbləğdə ödəniş etməli olduğunu bildirmişdir. 2024-cü ilin iyul-avqust aylarında, dəqiq xatırlamadığı gündə əri Zərərçəkmiş şəxs yaşadığı evin həyətində Təqsirləndirilən şəxs 400 manat pulu nağd şəkildə əbəəl vermiş, səhəri gün isə yaşadığı evin həyətində Təqsirləndirilən şəxs 4100 manat pul vermişdir. Qeyd etmişdir ki, həmin dövrdə Aidə mütəmadi olaraq yaşadığı evə gəlmişdir. Bir müddət sonra Aidə yenidən müəyyən məbləğdə pul lazım olduğunu bildirmiş və 2024-cü ilin iyul-avqust ayları ərzində əri Sədyar Aidəyə ümumilikdə 20700 manat pul vermişdir. Şahid1 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşamaqla taksi sürücüsü işləyir. Roman Səmədlini 2024-cü ilin yaz-yay aylarında tanımış, onun İsmayıllı şəhəri, H.Əliyev prospektində avtoyuma məntəqəsi olmuşdur. 2024-cü ilin yay aylarında dəqiq tarixini bilmədiyi gündə Roman Səmədli ona zəng edərək onu və digər şəxsləri Şəki Psixiatriya xəstəxanasına aparmağı xahiş etmişdir. Həmin gün avtoyuma məntəqəsinin qarşısında Roman və müəllimə kimi tanıdığı Təqsirləndirilən şəxs ona məxsus “Mercedec Benz C Class” markalı avtomobilinə minmişlər. O, Romanın yaşadığı evə gedərək onun anası Cəmiləni də götürərək onları Şəki Psixiatriya xəstənasına aparmışdır. Onlar avtomobildə hansısa bir sənəd düzəltməkdən və məbləğini bilmədiyi puldan söhbət edirdilər. Xəstəxanaya çatdıqdan onlar xəstəxanaya daxil olmuş, özü isə onları çöldə gözləmişdir. Təxminən 30-40 dəqiqədən sonra onlar xəstəxanadan çıxmış və birlikdə İsmayıllıya qayıtmışlar. Təxminən 1 ay sonra sonra Roman ona zəng edərək onları Şəkiyə aparmağı xahiş etmişdir. Həmin gün Roman Səmədliyə məxsus avtoyuma məntəqəsinin qarşısında Roman, qardaşı Ruslan və Təqsirləndirilən şəxs avtomobilə minmiş və onları Şəki Psixiatriya xəstənasına aparmışdır. Xəstəxanaya çatdıqdan sonra Roman, Ruslan və Aidə xəstəxanaya daxil olmuş, özü isə onları çöldə gözləmişdir. Bir müddət sonra onlar birlikdə İsmayıllıya qayıtmışlar. 2024-cü ilin yay ayının dəqiq xatırlamadığı günündə Roman yenidən zəng edərək onları Şəkiyə aparmağı xahiş etmiş, həmin gün Roman Səmədliyə məxsus avtoyuma məntəqəsinin qarşısında Roman və Təqsirləndirilən şəxs avtomobilə minmiş və onları Şəki Psixiatriya xəstənasına aparmışdır. Xəstəxanaya çatdıqdan sonra Roman, Ruslan və Aidə xəstəxanaya daxil olmuş, özü isə onları çöldə gözləmişdir. Bir müddət sonra birlikdə avtomobil ilə İsmayıllıya qayıtmışlar. Bundan bir müddət sonra 2024-cü ilin yay ayında dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs və uşaqlarını Mingəçevir rayonuna aparmışdır. Onlar Mingəçevir rayonunda birlikdə gölün yanında kafelərin birində çay içmiş və sonra onları Mingəçevir rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Mingəçevirdə olan zaman avtomobilin içərisində o, Aidəyə 300 manat pulu nağd şəkildə əlbəəl vermişdir. Belə ki, Roman Aidəyə 300 manat pul verməli idi və o, Romanın yerinə həmin pulu Aidəyə vermiş və sonradan İsmayıllıda Roman 300 manat pulu ona qaytarmışdır. 2024-cü ilin yay ayında dəqiq xatırlamadığı gündə Roman İsmayıllı şəhərində, onun avtomobilində Təqsirləndirilən şəxs miqdarını bilmədiyi məbləğdə pul vermişdir. Lakin həmin pulun dəqiq məbləği və nə məqsədlə verilməsi barədə heç bir məlumatı yoxdur. Şahid2 ifadə verərək göstərdi ki, İsmayıllı rayon sakini Roman Səmədliyə məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən avtoyuma məntəqəsində işləmişdir. İsmayıllı rayon sakini Təqsirləndirilən şəxs 2024-cü ilin yay ayında həmin avtoyuma məntəqəsində tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs bir neçə dəfə avtomobilini həmin avtoyuma məntəqəsində yudurtmuşdur. 2024-cü ilin iyul-avqust aylarında ayrı-ayrı günlərdə Roman Səmədli 2-3 dəfə avtoyuma məntəqəsinin içərisində Təqsirləndirilən şəxs bilmədiyi məbləğdə pul vermişdir. Belə ki, pulu verən zaman o, onların yanında olmasa da, məntəqənin içərisində olmuş və pulun verilməsini görmüşdür. Lakin Romanın həmin pulları nə məqsədlə Aidəyə verməsi və verilən pulların məbləği ona məlum deyildir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: xx.xx.2025-ci il tarixli təqdim etmə, baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD diski “HP” markalı kompyüterə daxil edərək içərisinə baxış keçirən zaman 3 ədəd “WhatsApp Video” adlı və 4 ədəd “WhatsApp Şəkil” adlı müxtəlif formatlı faylların olması aşkar edildi. “WhatsApp Video 1” adlı 07 dəqiqə 11 saniyəlik, “WhatsApp Video 2” adlı 07 dəqiqə 11 saniyəlik və “WhatsApp Video 1” adlı 6 dəqiqə 39 saniyəlik, təhlükəsizlik kamerasından götürülmüş, səsyazısı olmayan videogörüntülərə baxış zamanı Zərərçəkmiş şəxs, əynində qırmızı rəngli gödəkcə olan bir qadının və digər 2 nəfər şəxsin içəridə stol və stullar olan bir kabinetdə söhbət etdikləri müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs əynində qırmızı rəngli gödəkcə olan qadının Təqsirləndirilən şəxs, digər 2 nəfər şəxsin isə övladları Roman Səmədli və Ruslan Səmədovun olmasını, söhbət etdikləri kabinetin ona məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 60 ünvanında yerləşən “Bitki mühafizəsi” adlı mağazanın içərisi olmasını, orada Təqsirləndirilən şəxs verilən ümumilikdə 20700 manatın nəticəsi barədə söhbət etdiklərini, Təqsirləndirilən şəxs ona məxsus ümumilikdə 20700 manat pulu 2024cü ilin iyul-avqust aylarında, müxtəlif vaxtlarda, hissə-hissə ondan və Roman Səmədlidən aldığını etiraf etdiyini bildirmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona məxsus pulları almasını təsdiq etdikcə kağızda həmin pul məbləğlərini qeyd etdiyini bildirmişdir. “WhatsApp Şəkil 1” və “WhatsApp Şəkil 2” adlı fayllara baxış zamanı “WhatsApp” ani ismarıc tətbiqində adı Aidə Mican kimi qeyd olunan kontaktla ismarıcların olması müəyyən edilmişdir. “WhatsApp Şəkil 3” və “WhatsApp Şəkil 4” adlı fayllara baxış zamanı “WhatsApp” ani ismarıc tətbiqində adı Şəki Dr kimi qeyd olunan kontaktla ismarıcların olması müəyyən edildi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs ilk iki fotoşəkildəki ismarıcların onunla Təqsirləndirilən şəxs arasında olmasını, sonuncunun X1 Ruslan Səmədovu qəbul etmədiyini və bunu təsdiq edən, özündə ismarıcları əks etdirən 2 ədəd fotoşəkil göndərməsini və həmin fotoşəkillərdə Təqsirləndirilən şəxs özünün iddia etdiyinə görə X1 işçisi ilə dialoq apardığını bildirmişdir. xx.xx.2025-ci il tarixli baxış keçirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim etdiyi 01 ədəd CD diski “HP” markalı kompyüterə daxil edərək içərisinə baxış keçirən zaman “Skype_Picture” adlı 2 ədəd, “AUDİO-2025-01-30-08-39-04” və “AUDİO-2025-01-30-08-39-05” adlı 2 ədəd müxtəlif formatlı faylların olması aşkar edilmişdir. “Skype_Picture” adlı 2 ədəd fotoşəkilə baxış zamanı “WhatsApp” ani ismarıc tətbiqində adı Şəki Dr kimi qeyd olunan kontaktla ismarıcların olması müəyyən edildi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs X1 Ruslan Səmədovu qəbul etmədiyini və bunu təsdiq edən, özündə ismarıcları əks etdirən həmin 2 ədəd fotoşəkli göndərməsini və həmin fotoşəkillərdə Təqsirləndirilən şəxs özünün iddia etməsnə görə X1 işçisi ilə dialoq apardığını bildirdi. “AUDİO-2025-01-30-08-39-04” adlı 2 dəqiqə 35 saniyəlik səs yazısına baxış zamanı X17 Mustafayeva ilə sonuncuya verildiyi iddia edilən pulların harada olması barədə danışdıqları müəyyən edildi. “AUDİO-2025-01-30-08-39-05” adlı 36 saniyəlik səs yazısına baxış zamanı Təqsirləndirilən şəxs məxsus səs yazısı aşkar edildi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin səs yazısında Təqsirləndirilən şəxs Roman Səmədli barəsində danışdığını bildirmişdir. xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, birinci baxış keçirilən yer İsmayıllı şəhəri, H.Əliyev prospekti, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsidir. Baxışda iştirak edən Roman Səmədli bildirmişdir ki, 2024-cü ilin iyul-avqust aylarında həmin avtoyuma məntəqəsində Təqsirləndirilən şəxs ilkin olaraq 5000 manat, sonrakı günlərdə 5000 manat, sonrakı günlərdə isə 4700 manat pul vermişdir. Növbəti baxış keçirilən yer İsmayıllı şəhəri, M.Müşfiq küçəsi ünvanında yerləşən X26 İstimar İdarəsinin İsmayıllı xidmət sahəsinin inzibati binasıdır. Baxışda iştirak edən Roman Səmədli burada yerləşən “mpay” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus xatırlamadığı kart hesabına 1200 manat pul göndərdiyini bildirmişdir. Növbəti baxış keçirilən yer Zərərçəkmiş şəxs yaşadığı İsmayıllı şəhəri, M.Füzuli küçəsi, dalan 3, ev 1 ünvanında yerləşən evdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 2024-cü ilin iyul-avqust aylarında yaşadığı evdə Təqsirləndirilən şəxs 400 manat, növbəti gün isə 4100 manat pul vermişdir. Hər iki pulu verən zaman oğlu Roman Səmədli və həyat yoldaşı Cəmilə Səmədova yanlarında olmuşdur. xx.xx.2025-ci il tarixli axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin içərisinə axtarış zamanı mətbəxin və digər otaqların dağınıq vəziyyətdə olması, evdə elektrik enerjisinin olmadığı müəyyən edilmişdir. Evin zal otağında, qabaq birinci otada axtarış zamanı paltar şkafının içərisində, rəfin üzərində 1 ədəd “Kapital Bank”-a aid bank kartı və 1 ədəd sarı rəngli kardon qutunun içərisində 1 ədəd öz qabında üzük, şüşəli şkafın içərisində 1 ədəd üzərində adlar və rəqəmlər yazılmış ağ kağız və üzərində etibarnamə ilə bağlı yazılar və adlar olan ağ kağız, digər taxta şkafda axtarış zamanı 1 ədəd göz rəngli üzlüklü, içərisində adlar və rəqəmlər olan qeyd dəftərçəsi, 1 ədəd “Azərbaycan Beynəlxalq Bank”-a aid bank kartı, 2 ədəd qəbz, 1 ədəd “Unibank”-a aid bank kartı, 2 ədəd “Kapital Bank”-a aid bank kartı, 1 ədəd üzərində Azərpoçt yazısı olan kart, Təqsirləndirilən şəxs şəxsiyyət və sürücülük vəsiqələri və 1 ədəd bəzək əşyası, şüşəli şkafın üzərində 1 ədəd tir tüfəngi aşkar edilmişdir. Evin yataq otağında axtarış zamanı çarpayının üzərindəki döşəyin altında 1 ədəd Şəki rayon Psixiatriya xəstəxanasına məxsus, X4 “vəlvələ pozğunluğu, özünə xəsarət yetirmələrlə” diaqnozuna dair məktub aşkar edilmişdir. Elektrik enerjisinını olmaması səbəbindən aşkar edilmiş 3 ədəd “Kapital Bank”-a aid bank kartı, 1 ədəd “Azərbaycan Beynəlxalq Bank”-a aid bank kartı, 1 ədəd “Unibank”-a aid bank kartı, 2 ədəd qəbz, şəxsiyyət vəsiqəsi, 1 ədəd öz qabında üzük, 1 ədəd bəzək əşyası, 1 ədəd üzərində adlar və rəqəmlər yazılmış ağ kağız, üzərində etibarnamə ilə bağlı yazılar və adlar olan ağ kağız, 1 ədəd Şəki rayon Psixiatriya xəstəxanasına məxsus məktub və 1 ədəd göz rəngli üzlüklü, içərisində adlar və rəqəmlər olan qeyd dəftərçəsi həyətdə yerləşən stolun üzərinə qoyulmuş və 2 ədəd kağız zərfə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. xx.xx.2025-ci il tarixli baxış keçirilmə və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Mercedec ML” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonunda Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Xiaomi” markalı telefonun olması müəyyən edilmişdir. Bundan başqa avtomobildə 3 ədəd plastik kart və 4 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq əsginaslardada ümumilikdə 220 manat pul aşkar edilmişdir. Aşkar olunan 1 ədəd “Xiaomi” markalı telefon, 3 ədəd plastik kart və 4 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq əsginaslardada ümumilikdə 220 manat 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. xx.xx.2025-ci il tarixli əşyalara baxış keçirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhərinin keçmiş Mican kəndində yerləşən evdə axtarış zamanı aşkar edilmiş 1 ədəd göz rəngli üzlüklü, içərisində adlar və rəqəmlər olan qeyd kitabçasına baxış zamanı kitabçanın içərisində şəxsi qeydlərin olması müəyyən edilmişdir. Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli 412 nömrəli sənədə baxış zamanı həmin sənədin İsmayıllı rayon mərkəzi xəstəxanası X19 direktoruna ünvanlanması və İsmayıllı rayon Qarabağ qəsəbəsində yaşayan 1993-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunaraq sonuncuda Vəlvələ pozğunluğu (epizodik paroksizmal həyəcanlılıq) özünə xəsarət yetirmələrlə F-41.0 diaqnozunun müəyyən edilməsi müəyyən olunmuşdur. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli təhvil vermə haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı aşkar edilərək götürülmüş 4 ədəd 50 manatlıq əsginaslarda və 1 ədəd 20 manatlıq əsginasda 220 manat pul, 1 ədəd “Xiaomi Redmi 12c” markalı telefonu, 3 ədəd plastik kartı habelə, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış zamanı aşkar edilərək götürülmüş 3 ədəd “Kapital Bank”-a aid bank kartı, 1 ədəd “Azərbaycan Beynəlxalq Bank”-a aid bank kartı, 1 ədəd “Unibank”-a aid bank kartı, 2 ədəd qəbz, şəxsiyyət vəsiqəsi, 1 ədəd öz qabında üzük, 1 ədəd bəzək əşyası, 1 ədəd üzərində adlar və rəqəmlər yazılmış vərəq, üzərində etibarnamə ilə bağlı yazılar və adlar olan vərəq və 1 ədəd göy rəngli üzlüklü, içərisində adlar və rəqəmlər olan qeyd kitabçası Təqsirləndirilən şəxs təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin yay aylarında, dəqiq tarixi məlum olmayan vaxtda tanışı Zərərçəkmiş şəxs sonuncunun övladları Ruslan Səmədov və Roman Səmədliyə əlaqələrindən istifadə edərək əlillik pensiyası düzəldə biləcəyini deyib inandırmaqla Zərərçəkmiş şəxs etibarını qazanaraq sonuncunu aldatmaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə xeyli miqdar təşkil edən 20700 (iyirmi min yeddi yüz) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin yay aylarında, dəqiq tarixi məlum olmayan vaxtda tanışı Zərərçəkmiş şəxs sonuncunun övladları Ruslan Səmədov və Roman Səmədliyə əlaqələrindən istifadə edərək əlillik pensiyası düzəldə biləcəyini deyib inandırmaqla Zərərçəkmiş şəxs etibarını qazanaraq sonuncunu aldatmış, öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə o, 2024-cü ilin iyul-avqust aylarında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı şəhərinin H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat məbləğində pulu Roman Səmədlidən alıb ələ keçirmiş, bir neçə gün sonra, dəqiq tarixi müəyyən edilməyən vaxtda cinayət əməllərini davam etdirərək Zərərçəkmiş şəxs yaşadığı İsmayıllı şəhəri, M.ünvan 1 ünvanda yerləşən evdə sonuncudan 400 (dörd yüz) manat məbləğində pulu alıb ələ keçirmiş, 1 gün sonra Zərərçəkmiş şəxs yaşadığı İsmayıllı şəhəri, M.ünvan 1 ünvanda yerləşən evdə sonuncudan 4100 (dörd min yüz) manat məbləğində pulu alıb ələ keçirmiş, bir neçə gün sonra, dəqiq tarixi müəyyən edilməyən vaxtda öz cinayətkar niyyətini davam etdirərək İsmayıllı şəhərinin H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat məbləğində pulu Roman Səmədlidən alıb ələ keçirmiş, bir neçə gün sonra, dəqiq tarixi müəyyən edilməyən vaxtda İsmayıllı şəhərinin H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs məxsus 4700 (dörd min yeddi yüz) manat məbləğində pulu Roman Səmədlidən alıb ələ keçirmiş, bir neçə gün sonra, dəqiq tarixi müəyyən edilməyən vaxtda Roman Səmədliyə əlavə olaraq işi düzəltmək üçün 1500 manat pul lazım olduğunu bildirib inandıraraq X6 şəhərinin M.Müşfiq küçəsi ünvanında yerləşən X26 İstimar İdarəsinin İsmayıllı xidmət sahəsinin inzibati binasında yerləşən “mpay” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus müəyyən edilməyən kart hesabına göndərdiyi 1200 (min iki yüz) məbləğində pulu ələ keçirmiş və Roman Səmədliyə əlavə olaraq 300 manat pul verməli olmasını, sənədləşmə işlərini təcili yekunlaşdırmaq üçün birlikdə Mingəçevir şəhərinə getdiyi tanış taksi sürücüsü Şahid1 həmin pulu borc aldığını, aldığı həmin pulu taksi sürücüsünə verməsini bildirib Roman Səmədlini inandıraraq X11 Səmədova məxsus 300 (üç yüz) manat məbləğində pulu İsmayıllı şəhərinin H.Əliyev prospektində, "xxxx" ASC-nin İsmayıllı Filialı ilə üzbəüz yerləşən avtoyuma məntəqəsinin qarşısında Şahid1 verilməsinə nail olmuş, bununla da o, Zərərçəkmiş şəxs məxsus ümumilikdə xeyli miqdar təşkil edən 20700 (iyirmi min yeddi yüz) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla həmin Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət əleyhinə olan, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmədə ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın 7000 manat hissəsinin ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsaslanaraq onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 741 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhər ərazisində (keçmiş Mican kəndi) ünvanında qeydiyyatda olmaqla yaşayır, ailə özündən və övladları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X5 ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə şikayət və narazılıq əks etdirən müraciət daxil olmuşdur. İsmayıllı rayon Mərkəzi Xəstəxanasından alınmış 14 aprel 2025-ci il tarixli 18-1- 47/2-448/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Nevroloji” kabinetində xx.xx.2025-ci il tarixindən G70.0 Myastheniya gravis (ağır miasteniya)” diaqnozu ilə dispanser qeydiyyatdadır. Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X12 Şirvan Regional Təhsil İdarəsinin 12 iyun 2025-ci il tarixli 3-29-37/2-630/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdən İsmayıllı rayonu, Qıçatan kənd ibtidai ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi vəzifəsindən azad edilmiş və 17 sentyabr 2024-cü il tarixdən sosial həssas vəziyyəti nəzərə alınaraq İsmayıllı rayonu Quşencə kənd tam orta ümumtəhsil məktəbinə sosial pedaqoq vəzifəsinə təyin edilmişdir və 518 manat əməkhaqqı alır. Dövlət Sosial Müdafiə X15 Regional Filialından alınmış 10 aprel 2025-ci il tarixli 3- 17-1/2-77923/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda heç bir növ sosial müavinət, təqaüd və əmək pensiyası almır. ƏMDX DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsindən alınmış 23 aprel 2025-ci il tarixli 3- 21-3-42/2-1755/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına İsmayıllı rayonu Mican kəndində mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (**********, xx.xx.2022-ci il tarixli çıxarış), İsmayıllı rayonu Mican kəndində 3 nəfər ilə birgə mülkiyyətdə olan 0.06 ha həyətyanı torpaq sahəsi (JN 425A kod 40719018 olan şəhadətnamə) və İsmayıllı rayonu Mican kəndində 3 nəfər ilə birgə 0.05 ha kənd tesərrüfatı təyinatlı torpaq sahəsi (**********, xx.xx.2016-ci il tarixli çıxarış) vardır. Cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi 03 iyun 2025ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 20700 manat məbləğində ziyanın 7000 manat hissəsi ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il saat 11:15-də şübhəli şəxs qismində tutularaq İsmayıllı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Müstəntiqinin 05 aprel 2025-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 10:05-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Onun həbsdə saxlanıldığı müddət 2 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, 4 gün müddət, təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonun İsmayıllı kəndində) yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut və müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə müəyyən olunmşdur ki, hazırki cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur . İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə iclasında həm də müəyyən edildi ki, məhkəmə istintaqın gedişində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia tələbli ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs təqsiri üzündən ona dəymiş maddi ziyanın əvəzi kimi 18815,47 (on səkkiz min səkkiz yüz on beş manat qırx yeddi qəpik) məbləğinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi mülki iddia tələbi barədə iddia ərizəsi qəbul edilmiş, Zərərçəkmiş şəxs mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə, cinayət işi üzrə zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia tələbli ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs təqsiri üzündən ona dəymiş maddi ziyanın əvəzi kimi 18815,47 (on səkkiz min səkkiz yüz on beş manat qırx yeddi qəpik) məbləğinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi tələbinə dair mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Məhkəmə mülki iddianın sübut və həll edilməsi üçün tələbin hüquqi əsasının təşkil edən maddi hüquq normasının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisə cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəalarının müvafiq olaraq tətbiq edilməsi yolu ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə sadalanan mülki hüquq normalarının tələbləri baxımından bir daha qeyd edir ki, məhkəmə istintaqında sübuta yerilimiş cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli bilindiyindən, zərərçəkmiş şəxsə vurduğu maddi zərərin ödənilməmiş qalan hissəsi onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, 13700 ( on üç min yeddi yüz) manat, “Xəzər Konsaltinq” Vəkil bürosunun vəkili Nümayəndə hüquqi yardım üçün ödənilmiş 600(altı yüz) manat və iddianın təmin olunan hissəsinə uyğun olaraq dövlət rüsumu olaraq ödənilmiş 132 (bir yüz otuz iki) manat 90 (doxsan) qəpik, cəmi 14432 ( on dörd min dörd yüz otuz iki) manat 90 (doxsan) qəpik məbləği hökm qanuni qüvvəyə mindikdən sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il saat 11:15-dən 05 aprel 2025-ci il saat 10:05-ədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 2(iki) il 6(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 2(iki) il 5(beş) ay ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, bu müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonun keçmiş Mican kəndində) yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs mülki iddia tələbi qismən təmin edilsin. 13700 ( on üç min yeddi yüz) manat, “Xəzər Konsaltinq” Vəkil bürosunun vəkili Nümayəndə hüquqi yardım üçün ödənilmiş 600(altı yüz) manat və iddianın təmin olunan hissəsinə uyğun olaraq dövlət rüsumu olaraq ödənilmiş 132 (bir yüz otuz iki) manat 90 (doxsan) qəpik, cəmi 14432 ( on dörd min dörd yüz otuz iki) manat 90 (doxsan) qəpik məbləği hökm qanuni qüvvəyə mindikdən sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə müsadirə olunmalı əmlak, maddi sübut və ekspertiza xərci yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar