Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-31/2021 30.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1982-ci il tarixdə İsmayıllı rayonu, Hacıhətəmli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işləməyən, İsmayıllı şəhəri, Cavanşir keçəsi, ev 21B, mənzil 9-da qeydiyyatda olmaqla, İsmayıllı şəhəri, Şəhriyar küçəsi, ev 23-də yaşayan, həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Penitensiyar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, dalan 1, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş və evin hər tərəfi daş hasarla bağlı olan həyətyanı sahəsinin açıq giriş qapısından qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətyanı sahəsinə, sonra isə yaşayış sahəsi olan fərdi yaşayış evinin qapısı olmayan hissəsindən dəhlizinə keçərək, dəhlizdə divar güzgüsünün önündə, rəf olan hissəsində qoyulmuş açarı götürüb həmin açarla qapını açmaqla evə qanunsuz daxil olaraq evin yataq otağında yerləşən dolabdan açıq vəziyyətdə qoyulmuş 1 ədəd 20 və 2 ədəd 1 manatlıq əsginazlardan ibarət cəmi 22 manat pulu, dəyəri 80 manat olan 1 ədəd “Samsung G313” markalı mobil telefonu, dəyəri 30 manat olan 1 ədəd qol saatını, dəyəri 10 manat olan 1 ədəd pul kisəsini, həmçinin həmin pul kisəsinin içərisində olmuş 1 ədəd 20, 1 ədəd 10, 4 ədəd 5 və 3 ədəd 1 manatlıq əsginazlardan ibarət 53 manat nağd pulu götürüb qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 195 (yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri, Şəhriyar küçəsi, ev 23 ünvanında yaşayır, himayəsində iki azyaşlı uşaqları vardır, böyük qızı Təranənin 10 yaşı, kiçik qızısı Aişənin isə 5 yaşı vardır, özü də İİ qrup əlildir, yəni 2002-ci ildən 2014-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvəllərində gizir kimi xidmət etmiş, 2013-cü ilin avqust ayında hərbi xidmətdə güllə xəsarəti aldığından 2-ci qrup əlilliyi ilə bağlı hərbi xidmətdən tərxis olunmuş, İİ qrup əlil olmaqla pensiya alır, hazırda fəhləlik etməklə dolanışığı təmin etməyə çalışır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Aşa ilə heç bir münasibəti yoxdur, həmçinin aralarında ədavət və düşmənçilik olmamışdır. Onun pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə o, xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi dalan 1 ev 4 ünvanında yerləşən evə gedərək əvvəllər tanıdığı Seymuru çağırmış, lakin evdə kimsənin olmadığını bildikdən sonra həmin evə daxil olaraq oğurluq etmişdir. Belə ki, o, qeyd olunan evin dəhlizinin divarından asılmış aynanın polka olan hissəsində, parça altında kilid tapmış, həmin kilidi qapının açar olan hissəsinə daxil edərkən qapıya aid olmasını bilib və qapını açmışdır. Qapıdan içəri keçərək yataq otağına daxil olmuşdur. Yataq otağında yerləşən dolaba baxarkən, orada açıq halda bir ədəd 20 və 2 ədəd 1 manatlıq əskinazlardan ibarər 22 manat pul görmüş, həmin pulu götürmüş, daha sonra dolabın digər yerlərinə baxarkən bir ədəd işlək vəziyyətdə olan “Samsung” markalı mobil telefon olmasını görərək götürmüş, sonra dolabdan bir ədəd qəhvəyi rəngli pul kisəsi görmüş, götürüb baxarkən pul kisəsini üst cibi boş olmuş, lakin içəri cibinə baxarkən içərisində xatırlamadığı sayda 20, 10, 5 və 1 manatlıq pul əskinazları olması ona məlum olmuş, həmin pulları da saydıqda isə 53 manat olmasını bilmiş, pul kisəsi də ona lazım olduğundan götürüb cibinə qoymuş, sonra dolabın önündə bir ədəd bağlanan hissəsi remen olan qol saatı görmüş, həmin qol saatının qulpları, yəni bağlanan hissələri hərbi geyim rəngli formasında olduğundan götürüb cibinə qoymuş, bundan başqa evin başqa yerlərinə nəzər yetirsə də, lakin qiymətli hər hansı bir əşya aşkar etməmiş və elə oğurladığı ilə kifayətlənərək evdən çıxmışdır. Oğurladığı ümumilikdə 75 manat pulu həmin vaxtı xərcləyərək öz ehtiyaclarına, yeməyinə və içkiyə sərf etmiş, lakin oğurladığı bir ədəd “Samsung” markalı telefonu, bir ədəd qol saatını və 01 ədəd pul qabını isə üzərində saxlamış, məqsədi sonra aparıb satıb pul əldə etmək olmuşdur. Həmin günü təxminən saat 19 radələrində yaşadığı ünvan yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Onunla sorğu-sual olunmuş və ona bilə-bilə yalan məlumat verdiyi halda cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirildikdən sonra o, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi dalan 1 ev 4 ünvanında yerləşən evdən bir ədəd “Samsung” markalı telefonu, bir ədəd qol saatını, 01 ədəd pul qabını və ümumilikdə 75 manat pulu oğurladığını etiraf etmişdir. O, həmin oğurluq hadisəsini xx.xx.2020-ci tarixdə təxminən saat 16 radələrində, İsmayıllı şəhər M.Ə.Sabir küçəsi dalan 1 ev 4 ünvanında yerləşən evdən və tək özü törətmişdir. Həmin evdən etdiyi oğurluq hadisəsini gizli törətmiş, bundan kiminsə xəbəri olmamış və o, da heç kimə bildirməmişdir. O, bundan başqa heç bir yerdən oğurluq etməmiş, bu oğurluğu da spirtli içki qəbul etdiyi üçün öz maddi ehtiyaclarına görə törətmiş və etdiyi hərəkətlərindən peşman olmuşdur. Hazırda əməlindən peşmandır. Həmin cinayəti ehtiyac üzündən, maddi imkanı olmadığı üçün törətmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla razılıq əldə etmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi dalan 1 ev 4 ünvanında yaşayır. Onun əri Şahid 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğu üçün Təqsirləndirilən şəxs əvvəldən tanımışdır. xx.xx.2020-ci il tarixdə ailəsi ilə birlikdə qohumları evinə getmiş, həmin günü təxminən saat 16 radələrində evə qayıdan zaman həyətin giriş qapısının aralı olması, evin ikinci mərtəbəsinə qalxdıqda isə yataq otağının qapısının açıq olmasını, qapının açarının da üzərində olmasını görmüşdür. O, həmin otağın açarını adətən otağın giriş qapısı yanında, dəhliz hissənin divarında asılmış ayna (güzgü) önündə saxlayırdı. Otağa daxil olduqda isə dolabın üzərinin dağınıq olmasını görüb dolaba nəzər yetirən zaman dolab üçərində saxladığı 22 manat nəğd pulunun, bir ədəd “Samsung G313” markalı mobil telefonun, bir ədəd remen hissəsi hərbi geyimlərin rəng çalarları formasında olan qol saatın, bir ədəd qəhvəyi rəngli, içərisində bir ədəd 20, bir ədəd 10, dörd ədəd 5 və üç ədəd 1 manatlıq pul əskinazları olan pul kisəsinin (pul qabı) yerində olmamasını görüb dolaba və otağın digər hissələrinə baxmış, lakin tapa bilməmişdir. Bundan sonra o, evin qapısının açıq və dolabın üzərininin dağınıq olmasına görə evə oğru girməsindən şübhə etmiş, bu səbəblə də o, DİN-in 102 xidmətinə və İsmayıllı RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Bir ədəd “Samsung G313” markalı telefonun dəyəri təxminən 80 manat, bir ədəd qulpları kəmər olan qol saatın dəyəri 30 manat və bir ədəd qəhvəyi rəngli pul kisəsinin dəyəri 10 manat olduğundan və ümumilikdə 75 manat da nəğd pulu oğurlanmışdır. Belə ki, oğurlanmış həmin pul kisəsinin içərisində bir ədəd 20, bir ədəd 10, dörd ədəd 5 və üç ədəd 1 manatlıq pul əskinazları da olmuşdur, o, həmin pulları evin kamunal xərclərini ödəmək üçün saxlamışdır, həmin pulların əri Şahid tərəfindən evin kamunal xərclərinə ödənildiyini zənn etdiyi üçün bu barədə qeyd ərizəsində etməmişdir, lakin Seymur ona evin kamunal xərclərini ödəmədiyini dedikdən sonra o, bilmişdir ki, həmin pul kisəsində olmuş ümumilikdə 53 manat olan pullu oğurlanmışdır. Bu səbəbdən də, o, hesab edir ki, evindən baş vermiş oğurluq nəticəsində ona 195 manat maddi ziyan vurulmuşdur. Polis şöbəsində aparılan istintaq zamanı ona məlum olmuşdur ki, evindən oğurluq edən İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 21B, mənzil 9 ünvanda qeydiyyatda olan, İsmayıllı şəhəri, Şəhriyar küçəsi ev 23 ünvanında yaşayan, Təqsirləndirilən şəxs olmuşdur. Hadisədən sonra ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 göstərdi ki, o, İsmayıllı RPŞnin CAB-nın rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ilə hər hansı bir münasibəti, həmçinin ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2020-ci il tarixdə xidmətdə olarkən DİN-nin 102 xidmətindən RPŞ-nin NH-nə İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi dalan 1 ev 4 ünvanında oğurluq hadisəsinin olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında istintaq-əməliyyat qrupunun tərkibində hadisə yerinə gedərək araşdırma apardıq, hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, naməlum şəxs İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi dalan 1 ev 4 ünvanında yerləşən, ətrafı hasarla əhatələnmiş həyətə giriş qapıdan keçmiş, həyətdə yerləşən, giriş qapısı olmayan, iki mərtəbəli evə daxil olmuş, evin ikinci mərtəbəsində yerləşən qapısı bağlı olmuş otağın qapısını açarla açaraq yataq otağına keçmiş, yataq otağında yerləşən dolab üzərində olmuş açıq vəziyyətdə 22 manat nəğd pulu, bir ədəd “Samsung Galaxy G313” markalı mobil telefonu, bir ədəd remen hissəsi hərbi rəngli olan qol saatını, bir ədəd qəhvəyi rəngli, pul kisəsini oğurlamışdır. Həmçinin baxış zamanı həyət qapısı, evin giriş hissəsində və ikinci mərtəbədə yerləşən yataq otağının qapısı üzərində hər hansı bir sındırılma və zədə izləri olmamışdır. Ev sahibi Zərərçəkmiş şəxs ilə sorğu-sual edilərkən Aşa hadisə başverməzdən əvvəl həyətin giriş qapısının örtülü, lakin açarla bağlı olmamasını, evin ikinci mərtəbəsində yerləşən yataq otağının isə qapısının açarla bağlı olmasını, həmin açarı isə evin ikinci mərtəbəsində yerləşən dəhlizin divarında, yəni yataq otağının giriş hissəsində divarda asılmış ayna önündə saxladığını və yataq otağının qapısının həmin açarla açıldığını bildirmişdir. Bundan sonra CAB-nin əməkdaşları ilə birlikdə müvafiq əməliyyat-axtarış tədbirləri keçirərək həmin günü təxminən saat 19 radələrində İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi dalan 1 ev 4 ünvanında oğurluq hadisəsinin İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 21B, mənzil 9 ünvanda qeydiyyatda olan, İsmayıllı şəhəri, Şəhriyar küçəsi ev 23 ünvanında yaşayan, Təqsirləndirilən şəxs törətməsini aşkar etmiş, Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edərək istintaqa təqdim edilmişdir. Aparılan istintaq zamanı Təqsirləndirilən şəxs etdiyi əməlini səmimi etdiraf edərək qeyd olunan evdə dolab üzərindən 22 manat nəğd pul, bir ədəd “Samsung Galaxy G313” markalı mobil telefon, bir ədəd hərbi rəngli olan qol saatını, bir ədəd qəhvəyi rəngli pul kisəsini və pul kisəsində olmuş 53 manat pulu oğurladığını, ümumilikdə 75 manat pulu yeməyinə və içkisinə sərf etdiyini bildirmiş, lakin bir ədəd “Samsung Galaxy G313” markalı mobil telefonun, bir ədəd hərbi rəngli olan qol saatının və bir ədəd qəhvəyi rəngli pul kisəsinin üzərində olmasını deyərək və həmin əşyaları könülü olaraq təqdim etmişdir. Bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid oğlu zərərçəkmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş şahid X1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus əmlakın oğurlandığı hadisə yeri İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, dalan 1, ev 4 ünvanında yerləşən fərdi yaşayış evi Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Həmin istintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2020–ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd “Samsung G313” markalı mobil telefonu, 1 ədəd qol saatını və 1 ədəd pul kisəsini könüllü olaraq istinqata təqdim etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə–əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 9/189 nömrəli rəyindən görünür ki, oğurlanmış malların 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur:
1. 1 ədəd Vyetnam istehsalı olan “Samsung GALAXY Ace 4 Duos” markalı, SM- G313HU/DS” modelli 3561xx/xx/256867/1v 3514xx/xx/256867/9 İMEİ kodlu mobil telefonu – 60,00 manat;
2. 1 ədəd yaşıl (hərbi) rəngdə, üzərində ARMY US“ yazıları olan qol saatı-8,00 manat;
3. 1 ədəd qəhvəyi rəngdə, 7x10 sm ölçülü, üzərində “DİFAN original 1946” yazısı olan, maqnit düymə ilə bağlanan pul kisəsi – 5 manat. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 1220 saylı şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(037)-39/2020 saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, dalan 1, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş və evin hər tərəfi daş hasarla bağlı olan həyətyanı sahəsinin açıq giriş qapısından qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətyanı sahəsinə, sonra isə yaşayış sahəsi olan fərdi yaşayış evinin qapısı olmayan hissəsindən dəhlizinə keçərək, dəhlizdə divar güzgüsünün önündə, rəf olan hissəsində qoyulmuş açarı götürüb həmin açarla qapını açmaqla evə qanunsuz daxil olaraq evin yataq otağında yerləşən dolabdan açıq vəziyyətdə qoyulmuş 1 ədəd 20 və 2 ədəd 1 manatlıq əsginazlardan ibarət cəmi 22 manat pulu, dəyəri 80 manat olan 1 ədəd “Samsung G313” markalı mobil telefonu, dəyəri 30 manat olan 1 ədəd qol saatını, dəyəri 10 manat olan 1 ədəd pul kisəsini, həmçinin həmin pul kisəsinin içərisində olmuş 1 ədəd 20, 1 ədəd 10, 4 ədəd 5 və 3 ədəd 1 manatlıq əsginazlardan ibarət 53 manat nağd pulu götürüb qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 195 (yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla əmlakı gizli olaraq talayıb oğurlaması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, dalan 1, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş və evin hər tərəfi daş hasarla bağlı olan həyətyanı sahəsinin açıq giriş qapısından qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətyanı sahəsinə, sonra isə yaşayış sahəsi olan fərdi yaşayış evinin qapısı olmayan hissəsindən dəhlizinə keçərək, dəhlizdə divar güzgüsünün önündə, rəf olan hissəsində qoyulmuş açarı götürüb həmin açarla qapını açmaqla evə qanunsuz daxil olaraq evin yataq otağında yerləşən dolabdan açıq vəziyyətdə qoyulmuş 1 ədəd 20 və 2 ədəd 1 manatlıq əsginazlardan ibarət cəmi 22 manat pulu, dəyəri 80 manat olan 1 ədəd “Samsung G313” markalı mobil telefonu, dəyəri 30 manat olan 1 ədəd qol saatını, dəyəri 10 manat olan 1 ədəd pul kisəsini, həmçinin həmin pul kisəsinin içərisində olmuş 1 ədəd 20, 1 ədəd 10, 4 ədəd 5 və 3 ədəd 1 manatlıq əsginazlardan ibarət 53 manat nağd pulu götürüb qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 195 (yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3–cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.3–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Cinayət işinin materiallarında olan İsmayıllı Mənzil İstismar sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan İsmayıllı Mənzil İstismar sahəsi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli 01/10 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxsun himayəsində 2009-cu il təvəllüdlü Təranə və 2014-cü il təvəllüdlü Aişə adlı iki uşaqları vardır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan tamamilə ödənildiyi üçün onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2021-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək Tərtər Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 01 il sınaq müddəti təyin edilməklə 03 il azadlıqdan məhrumetmə cazasına şətri məhkum edilmiş, CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixıli hökmü ilə 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü (İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(037)-76/2019 saylı hökmü) çıxarıldıqdan sonra hazırki cinayəti törətsə də, onun əvvəlki məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə olduğundan, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. İş materiallarına əlavə edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(037)-76/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 1(037)-76/2019 saylı hökmü ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlvə edilmiş, İsmayıllı rayon icra və probasiya çöbəsi tərəfindən verilmiş, xx xxxx 2021-ci il tarixli, 55/2019 saylı ayarışdan görünür ki, Təqsirləndirilən şəxs 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası üzrə xx.xx.2019-cu il ratixdən Şöbədə qeydiyyatdadır və cəzası xx.xx.2022-ci il tarixdə bitir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, ona təyin olunmuş cəzanı çəkdiyi müddətdə eyni xarakterli cinayəti törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası onun islah olunması üçün kifayət etməməklə, cəzanın məqsədinə uyğun deyildir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs yenidən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab etməyərək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsini də cəzanın məqsədi və təqsirləndirilən şəxsin islah olunması baxımından məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il 1 (037) - 76 / 2019 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(037)-76/2019 saylı hökmü ilə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01(bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməli (CM-67.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş materiallarına əlvə edilmiş arayışdan görünür ki, iş üzrə maddi sübut olan bir ədəd “Samsung-GALAXY ACE 4 DUAS” markalı, “SM-G313 HU/DS modelli mobil telefon, bir ədəd üzərində “ARMY US” yazıları olan qol saatı və bir ədəd “DİFAN orginal 1946” yazısı olan pul kisəsindən ibarət əşyalar qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 -cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il 1 (037) - 76 / 2019 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs oğlunun üzərində qəti olaraq saxlanılmış 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 22(iyirmi iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs üzərində çəkilməmiş qalan 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar - bir ədəd “SAMSUNG-GALAXY ACE 4 DUAS” markalı, “SM-G313 HU/DS modelli mobil telefon, bir ədəd üzərində “ARMY US” yazıları olan qol saatı və bir ədəd “DİFAN orginal 1946” yazısı olan pul kisəsindən ibarət əşyaların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - bir ədəd zərfə qoyularaq cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd əl-barmaz izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: İlqar Hüseynov