Məhkəmə qərarları › İş №1(037)-31/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-31/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-31/2023 02.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs İsmayıllı rayonu Quşencə bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə 02 may 2023-cü il tarixdə saat 14:47-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1989-cu ildə İsmayıllı rayonunun Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum edilməmiş, İsmayıllı rayonunun Quşencə kəndində qeydiyyatda olmaqla orada yaşayan, İsmayıllı rayonu Quşencə bələdiyyəsinin gözətçisi işləyən, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan yaşıllıqları qanunsuz kəsmək məqsədi ilə 2022-ci ilin yanvar-fevral ayları ərzində, dəqiq tarixləri istintaqa məlum olmayan vaxtlarda İsmayıllı rayonunun Quşencə kəndinin “Həsənli” adlanan ərazisində yerləşən İsmayıllı rayonunun Quşencə bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə gəlib, həmin ərazidə meşə fonduna daxil olmayan yaş kök üstə 40 ədəd yemişan kollarını vahid niyyətlə əhatə olunan qəsdlə özünə məxsus motorlu mişarla qanunsuz olaraq kəsərək (götürərək) İsmayıllı rayonunun Quşencə bələdiyyəsinə ümumilikdə xeyli miqdar təşkil edən 3200 (üç min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla qanunsuz ağac kəsmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun Quşencə kəndində yaşayır, ailəlidir, azyaşlı qızı talassemiya xəstəsidir. Yaşadığı kənddə ümumilikdə ərazisi 3-4 hektar olan “Həsənli” deyilən yer vardır. Həmin yerdən otlaq sahəsi kimi istifadə etmək qərarına gəlmiş və 2022ci ilin fevral ayında bir neçə gün müddətində olmaqla “Həsənli” deyilən əraziyə gedərək orada işləmişdir. Belə ki, orada ot yeri salmaq üçün təmizlik işləri aparmış, cəmi 30-40 ədəd yemişan kolu kəsmişdir. Məlum yerin özünə məxsus olmasını hesab etsə də Quşencə bələdiyyəsi gəlib ona irad tutduqdan sonra həmin yeri tərk etmiş və bir daha ora getməmişdir. Başqa hər hansı növ ağac və ya kol kəsməmişdir. Yemişan kollarını kəsdiyi “Stil” markalı sarı rəngli motopilanı xarab olduğu üçün bir müddət əvvəl metal yığanlara satmışdır. Sözügedən əraziyə gedərkən orada çoxlu sayda ağac və kol olmuş və kəsilmiş ağac və ya kolları kimin və ya kimlərin kəsməsini görməmişdir, bu barədə heç bir məlumatı yoxdur. O, kolları tək kəsmiş, vurulmuş ziyanın 2000 manat hissəsini ödəmiş, maddi imkanı olmadığından ziyanı tam şəkildə ödəyə bilməmişdir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəхs İsmayıllı rayonu Quşencə bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, İsmayıllı rayonunun Quşencə kəndində əkin sahələrinin ətrafında yerləşən “Həsənli” adlanan ərazi Quşencə bələdiyyəsinin ərazisidir. Quşencə kənd sakini Təqsirləndirilən şəxs ilə hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. Həmin ərazidən 40 ədəd yemişan kollarını qanunsuz olaraq kəsmiş şəxsin Təqsirləndirilən şəxs olması barədə məlumatı olmamışdır. Bu barədə sonradan eşitmişdir. Təqsirləndirilən şəxs dəymiş ziyandan 2000 manat ödəmişdir. Qalan ağac və kolları qanunsuz olaraq kəsmiş şəxsi görməmiş, bu barədə dəqiq hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxslə 2009-cu ildə rəsmi ailə həyatı qurmuş, bu nikahdan 2 azyaşlı uşağı vardır, evdar qadındır. Quşencə kəndinin “Həsənli” adlanan ərazisinə əri Talehlə birlikdə gedib işləmişlər. Belə ki, həmin ərazi Talehin babasının ot yeri olduğuna görə ora gedib ot əldə etməkdən ötrü təmizlik işləri aparmışlar. Bu zaman orada çoxlu sayda kəsilmiş ağaclar və qırıntılar olmuşdur. Lakin kökləri ona məlum olmayan şəxslər tərəfindən aparılmışdır. Təmizlik işləri apararkən əri Təqsirləndirilən şəxs həqiqətən də ərazidən təxminən 30-40 ədəd yemişan kollarını kəsmişdir. Bu 2022-ci ilin yanvar və fevral aylarında baş vermişdir. Lakin həmin ərazidəki başqa kəsilmiş kol və ağacları nə özü, nə də ki əri Təqsirləndirilən şəxs kəsməmişdir. Bu barədə heç bir məlumatı yoxdur. X6 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qohumudur. 2022-ci ilin fevral ayında Talehgildə qonaq olarkən Taleh və atası ondan ot yerini təmizləməyə kömək etməsini xahiş etmişlər. O, təmənnasız kömək etməyə razılaşmışdır. Ertəsi gün saat 09 radələrində o, Talehlə birlikdə Talehə məxsus “Vaz 21099” markalı avtomaşınla Quşencə kəndində “Həsənli” deyilən yerdə Talehin babasının ot yeri olmuş əraziyə getmiş, ora gedərkən Talehə məxsus 1 ədəd “Stil” markalı motopila və 1 ədəd balta götürmüşlər. Onlar həmin ərazidə təmizlik işləri aparmağa başlamışlar. Belə ki, ərazidə çoxlu sayda kəsilmiş ağac və kollar olmuş, lakin onların kim tərəfindən kəsildiyini bilməmiş və görməmişdir. Təxminən 2 gün ərzində o, Taleh və Talehin arvadı Leyla orada işləyərək ot yeri düzəltmək məqsədi ilə abadlaşdırma işləri aparmışlar. Həmin vaxt o ağac və ya kol kəsməmişdir. Sonradan Quşencə bələdiyyəsinin sədri Aqşin Həmidli əraziyə gələrək bələdiyyənin icazəsi olmadan onun ərazisində işləməyin düzgün olmadığını söylədiyi üçün onlar həmin ərazidən uzaqlaşmış və bir daha oraya qayıtmamışlar. X8 ifadə verərək göstərdi ki, X23 X5 meşəbəyliyinin İ dolayının meşə gözətçisi vəzifəsində işləyir və nəzarət etdiyi ərazi 1554 hektar təşkil edir. İsmayıllı rayonunun Quşencə kəndi ərazisində yerləşən “Həsənli” adlanan ərazi meşə ərazisinə yaxın olduğundan, hansı mülkiyyətə aid olduğunu bilmir. 2022-ci ilin fevral ayının əvvəllərində meşə ərazisini gəzdiyi vaxt Quşencə kənd sakini kimi tanıdığı Talehin qeyd olunan ərazidə təmizlik işləri apardığını və oraları təmizləyib qırıntıları yandırdığını görmüş, bu zaman dərhal X23 Təsərrüfatı Mərkəzinə telefonla məlumat vermiş, bundan sonra Talehə yaxınlaşıb nə etdiyini soruşduqda Taleh ərazinin babasına məxsus olduğunu, ərazidə otun yaxşı bitməsi üçün kol-kosdan təmizlədiyini bildirmişdir. O, kol-ksun yandırılmasının doğru olmadığını bildirdikdə, Taleh ona ağac kəsmədiyini, sadəcə kol-kosu təmizləyib yandırdığını demişdir. Bundan sonra o, həmin ərazinin meşə ərazisi olmadığını dəqiqləşdirmiş, Quşencə bələdiyyəsinin mülkiyyətində olmasını müəyyən etmiş və bir daha həmin əraziyə yaxınlaşmamışdır. “Həsənli” adlanan ərazidə ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı yoxdur, Talehin ağac və ya kolları kəsməsini görməmişdir, sadəcə olaraq Talehin kol-kosları yandırmasının şahidi olmuşdur. İş üzrə məhkəmə iclasına çağırılmış X3 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. X3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildən etibarən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi müfəttişi vəzifəsində işləyir. Məsləhətçi kimi vəzifəsi xidməti ərazisində rəhbərliyin müvafiq sərəncamlarına əsasən ekoloji pozuntularla bağlı daxil olmuş məlumat və şikayətlərin araşdırılması, reydlərin keçirilməsi zamanı ekoloji qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət etməkdir. xx.xx.2022-ci il tarixdə 6 saylı RETSİ-nə İsmayıllı rayonu Zoğallıq kənd sakini X7 İsmayıllı rayonunun Quşencə bələdiyyəsinin mülkiyyətində olan ərazidə qanunsuz ağacların kəsilməsi barədə ərizəsi daxil olmuş, həmin müraciət və 6 saylı RETSİ-nin xx.xx.2022-ci il tarixli 0022 saylı sərəncamı əsasında xx.xx.2022-ci il tarixdə İsmayıllı rayonunun Quşencə kəndinin qanunsuz ağac kəsilmiş təqribən 3 hektar ərazisinə baxış keçirildi. Baxış zamanı ərazidə diametri 4 sm olan 72 ədəd, diametri 8 sm olan 171 ədəd, diametri 12 sm olan 120 ədəd, diametri 16 sm olan 23 ədəd, diametri 20 sm olan 8 ədəd palıd ağacının, diametri 4 sm olan 2 ədəd, diametri 8 sm olan 2 ədəd, diametri 12 sm olan 5 ədəd vələs ağacının, diametri 8 sm olan 1 ədəd, diametri 16 sm olan 1 ədəd qarağac ağacının, habelə 221 ədəd yemişan kolunun, yəni ümumilikdə 405 ədəd ağacın və 221 ədəd kolun qanunsuz kəsilməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyan hesablanmış və 61040 manat olması müəyyən edilmişdir. Həmçinin həmin ərazinin Quşencə bələdiyyəsinin mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Həmin ağacların kim tərəfindən və nə vaxt kəsilməsi barədə məlumatı yoxdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 13 aprel 2022-ci il tarixli 66695 saylı akt və ona əlavə edilmiş hesablama cədvəlindən görünür ki, İsmayıllı rayonunun Quşencə kəndinin ərazisində, əkin sahələrinin kənarında qanunsuz ağac kəsmə faktı aşkar edilmiş, həmin ərazidə diametri 4 sm olan 72 ədəd palıd ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə 5760 manat, diametri 8 sm olan 171 ədəd palıd ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə 17100 manat, diametri 12 sm olan 120 ədəd palıd ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə 14400 manat, diametri 16 sm olan 23 ədəd palıd ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə 3450 manat, diametri 20 sm olan 8 ədəd palıd ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə 1440 manat, diametri 4 sm olan 2 ədəd vələs ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə 160 manat, diametri 8 sm olan 2 ədəd vələs ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə 200 manat, diametri 12 sm olan 5 ədəd vələs ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə 600 manat, diametri 8 sm olan 1 ədəd qarağac ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə 100 manat, diametri 16 sm olan 1 ədəd qarağac ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə 150 manat, 221 ədəd yemişan kolunun qanunsuz kəsilməsi nəticəsində təbiətə 17680 manat, ümumilikdə isə 626 ədəd ağac və kolun kəsilməsi nəticəsində təbiətə 61040 manat ziyan vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMCnin 12 aprel 2022-ci il tarixli **********51 nömrəli məktubundan görünür ki, qanunsuz ağac kəsmə hadisəsinin törədildiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla bələdiyyə mülkiyyətindədir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 fevral 2023-cü il tarixli 9/398 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 66695 saylı akt və ona əlavə edilmiş hesablama cədvəlindən istifadə edilməklə, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə 202 ədəd diametrləri 42 və 50 santimetr olan söyüd cinsli ağacların qanunsuz götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 61040 (altmış bir min qırx) manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda diamterləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qərarın təsviri hissəsində göstərilən yemişan kollarının tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə qanunsuz götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 3200 (üç min iki yüz) manat (40 ədəd X 80 manat) müəyyən edilir. O cümlədən, Rəyin təsviri hissəsində verilmiş cədvəldən görünür ki, diametri 4 sm, sayı 72 ədəd olan palıd ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulan ziyan 5760 manat (72x80), diametri 8 sm, sayı 171 ədəd olan palıd ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulan ziyan 17100 manat (171x100), diametri 12 sm, sayı 120 ədəd olan palıd ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulan ziyan 14400 manat (120x120), diametri 16 sm, sayı 23 ədəd olan palıd ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulan ziyan 3450 manat (23x150), diametri 20 sm, sayı 8 ədəd olan palıd ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulan ziyan 1440 manat (8x180), diametri 4 sm, sayı 2 ədəd olan vələs ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulan ziyan 160 manat (2x80), diametri 8 sm, sayı 2 ədəd olan vələs ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulan ziyan 200 manat (2x100), diametri 12 sm, sayı 5 ədəd olan vələs ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulan ziyan 600 manat (5x120), diametri 8 sm, sayı 1 ədəd olan qarağac ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulan ziyan 100 manat (1x100), diametri 16 sm, sayı 1 ədəd olan qarağac ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulan ziyan 150 manat (1x150), 221 ədəd yemişan kolunun qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulan ziyan 17680 manat (221x80), cəmi 626 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə vurulan ziyan 61040 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, qanunsuz ağac kəsmə hadisəinin törədildiyi ərazi İsmayıllı rayonunun Quşencə kəndinin ərazisində yerləşən “Həsənli” adlanan ərazi olmaqla həmin ərazi Quşencə bələdiyyəsinin mülkiyyətindədir. Müstəntiqin 10 oktyabr 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin “Cinayət işi üzrə cinayət əməlinin tövsif edilməsi haqqında” 14 mart 2023-cü il tarixli qərarından müəyyən edilir ki, ilkin araşdırma zamanı “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Quşencə bələdiyyənin vəzifəli şəxsləri bələdiyyə ərazində yaşıllıqların mühafizəsinə məsul olduğu halda, onların işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi Quşencə kəndinin ərazisində, bələdiyyə torpağında bioloji inkişafda olmuş meşə fonduna daxil olmayan 626 ədəd müxtəlif cinsli ağacların və kolların qanunsuz olaraq kəsilməsi 61040 (altmış bir min qırx) manat həcmində külli miqdarda ziyan vurmaqla cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 259.2.4, 314.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə olan hissədə hər hansı vəzifəli şəxsin təqsirli olması müəyyən edilməməsi ilə əlaqədar cinayət hadisəsinin olmaması əsası ilə hissəvi xitam verilmişdir. Həmin qərardan görünür ki, istintaqın sonrakı gedişatı zamanı İsmayıllı rayonun Quşencə kəndinin ərazisində bələdiyyə mülkiyyətində olan “Həsənli” deyilən torpaq sahəsində meşə fonduna daxil olmayan 405 ədəd müxtəlif cinsli ağacların və 221 ədəd yemişan kollarının naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək təbiətə 61040 (altmış bir min qırx) manat həcmində külli miqdarda ziyan vurulması faktı ilə bağlı İsmayıllı rayonu Quşencə kəndində yaşayan Təqsirləndirilən şəxs həmin yemişan kollarından cəmi 30-40 ədədini kəsib həmin ərazidə yandırması müəyyən edilmişdir. Qalan kolların və 405 ədəd müxtəlif cinsli ağacların kim və kimlər tərəfindən kəsilməsini hələlik müəyyən edərək məsuliyyətə cəlb etmək mümkün olmadığından Azərbaycan Respublikası CM-nin 259.2.4cü maddəsi ilə ********* nömrəli cinayət işindən şəxsə görə, yəni - Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaqı aparılmışdır. 230450010 nömrəli cinayət işi üzrə istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan yaşıllıqları qanunsuz kəsmək məqsədi ilə 2022-ci ilin yanvar-fevral ayları ərzində, dəqiq tarixləri istintaqa məlum olmayan vaxtlarda İsmayıllı rayonunun Quşencə kəndinin “Həsənli” adlanan ərazisində yerləşən İsmayıllı rayonunun Quşencə bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə gəlib, həmin ərazidə meşə fonduna daxil olmayan yaş kök üstə 40 ədəd yemişan kollarını vahid niyyətlə əhatə olunan qəsdlə özünə məxsus motorlu mişarla qanunsuz olaraq kəsərək (götürərək) İsmayıllı rayonunun Quşencə bələdiyyəsinə ümumilikdə xeyli miqdar təşkil edən 3200 (üç min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla qanunsuz ağac kəsmişdir. Ona görə də ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsindən həmin Məcəllənin 259.1-ci maddəsinə tövsif olunmaqla cinayət işinin istintaqı həmin maddə ilə davam etdirilmişdir. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 25 mart 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Quşencə kəndinin ərazisində yerləşən “Həsənli” adlanan ərazidən 40 ədəd yemişan kollarını qanunsuz kəsməsi faktı özünün etiraf edici ifadəsi ilə yanaşı alınmış şahid ifadələri ilə də təsdiqini tapdığından, həmin hissədə cinayət işi istintaqı tamamlanmaqla baxılması üçün məhkəməyə göndərilmış, həmin ərazidən 405 ədəd müxtəlif cinsli ağacların və qalan 181 ədəd yemişan kolunun qanunsuz kəsilməsinə dair hissədə isə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə cinayət təqibinə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə hissəvi xitam verilmiş, bu hissədə cinayət işindən material ayrılaraq saxlanılması üçün İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə cinayət təqibinin başlanması əməlində cinayətin tərkibinin olmaması əsası ilə rədd edilmiş, X10 barəsində Azərbaycan Respublikası CMnin 259-cu maddəsi ilə cinayət təqibinin başlanması əməldə cinayət tərkibnin olmaması əsası ilə rədd olunmuşdur. İsmayıllı rayon X12 Hüquqi Şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 9keş/6-47- 2-2022-151 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞ-nin “narkoloji” və “ruhi-əsəb” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. 10 oktyabr 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyandan 2000 manat məbləğini İsmayıllı rayonu Quşencə bələdiyyəsinin hesabına ödəmişdir. Arayışlardan, doğum haqqında şəhadətnamələrin surətlərindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, atası, anası, bacısı, arvadı və xx.xx.2011 və xx.xx.2014-cü il təvəllüdlü övladları Lətifə və Pənahdan ibarətdir, ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, ümumilikdə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi tibbi sənədlərin surətlərindən müəyyən olunur ki, onun övladı xx.xx.2011 təvəllüdlü Lətifə Mustafazadə anadangəlmə talassemiya xəstəsi olmaqla İİ qrup əlildir. Həmin sənədlərin surətlərindən müəyyən olunur ki, onun arvadı X9 Göz xəstəliyindən əziyyət çəkməklə İİ qrup əlildir. 17 aprel 2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Quşencə kənd bələdiyyəsində gözətçi işləyir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində biri anadangəlmə talassemiya xəstəsi olmaqla İİ qrup əlil olmaqla, iki azyaşlı uşağı uşağının olması (CM 59.1.4), dəymiş ziyanın çox hissəsini ödəməsi (CM 59.1.14), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM 59.2) onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 15 (on beş) faiz tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ( keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar