Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-31/2025 02.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 02 sentyabr 2025-ci il tarixdə saat 10:37-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1991-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 1, ev 5 ünvanında qeydiyyatda olmaqla İsmayıllı rayonunun Quşencə kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 27 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində yaşadıqları İsmayıllı şəhəri, Təbriz küçəsi, 5 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında olarkən əri Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun üstünə gələrək, bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri vurduqdan sonra arxasını ona çevirib otaqdan çıxarkən qisas almaq məqsədi ilə yataq otağındakı stolun üstündə olan dəstəyi 11 santimetr, tiyəsi 15 santimetr uzunluğunda, soyuq silah hesab edilməyən, təssərüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb qəsdən bir dəfə Zərərçəkmiş şəxs kürək nahiyəsindən vuraraq sonuncuya döş qəfəsinin arxa səthinin sol tərəfli boşluğa sirayət etməyən deşilmiş-kəsilmiş yarası, drenaj boru yeridilməsindən sonrakı reaktiv reaksiya hesabına pnevmohemotoraks kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 1, ev 5 ünvanında qeydiyyatda olmaqla hal-hazırda İsmayıllı rayonunun Quşencə kəndində ata evində yaşayır. xx.xx.2024-cü il tarixədək isə İsmayıllı şəhəri, Təbriz küçəsi, ev 5 ünvanında yerləşən əri Zərərçəkmiş şəxsova məxsus evdə yaşamışdır. Evdar qadındır. Zərərçəkmiş şəxsla 2015ci ilin yanvar ayında ailə həyatı qurmuşlar. Birgə nigahlarından xx.xx.2015-ci il təvəllüdlü Murad adlı oğlu və xx.xx.2020-ci il təvəllüdlü Nihad adlı oğlu var. Samirlə münasibətləri normal olmamış, aralarında tez-tez münaqişələr baş vermişdir. Birgə yaşadıqları dövrdə Samir günlərlə evə gəlməmiş, evdə olduğu vaxtlarda isə onlar ayrı yatmışlar. 26 oktyabr 2024-cü il tarixdə gecə saatlarında Samir evə içkili vəziyyətdə gəlmiş, və öz otağına keçərək yatmışdır. 27 oktyabr 2024-cü il tarixdə saat 07 radələrində Samir yuxudan oyanmış və ondan özünə məxsus mobil telefonunun harada olmasını soruşmuşdur. O, mobil telefonu görmədiyini demişdir. Bu zəmində aralarında mübahisə yaranmış, Samir ondan mobil telefonunu yerinə qoymağı tələb etmiş və yenidən yatmışdır. Saat 08 radələrində Samir durmuş və yenidən mobil telefonunu onun götürdüyünü deyərək onunla yenidən mübahisə etməyə başlamışdır. Samir onu təpiklə və yumruqla vurmuş, nalayiq ifadələrlə təhqir edərək otaqdan çıxmaq istəmişdir. O da belə halların mütəmadi olaraq baş verməsindən son dərəcədə əsəbiləşdiyindən stolun üstündə olan mətbəx bıçağını götürüb Samirin kürəyindən bir dəfə vurmuşdur. O, etdiyi hərəkətə görə həyəcanlanaraq ağlamağa başlamış, Samir isə ona heç nə demədən bıçağı yerə atmış və çıxıb getmişdir. O, bir neçə dəqiqə sonra özünə gəlmiş, bıçağı yuyaraq həyətə atmışdır. Bir qədər sonra polis əməkdaşları yaşadığı evə gəlmiş, ilkin sorğuda etdiyi əməli etiraf etmişdir. O, həyətə atdığı bıçağı taparaq polis şöbəsinə getmiş və bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, smayıllı şəhəri, Təbriz küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun arvadıdır. Onunla 2015-ci ilin yanvar ayında ailə həyatı qurmuşlar. Birgə nigahdan xx.xx.2015-ci il təvəllüdlü Murad adlı oğlu və xx.xx.2020-ci il təvəllüdlü Nihad adlı oğlu vardır. Gülnarla münasibətləri normal olmamış, aralarında tez-tez münaqişələr baş vermişdir. xx.xx.2024-cü il tarixdə gecə saatlarında yaşadığı evə gəlmiş, mobil telefonunu yataq orağına qoyaraq yatmışdır. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində yuxudan oyananda mobil telefonunun qoyduğu yerdə olmadığını görmüşdür. Gülnardan mobil telefonun harada olmasını soruşmuş, sonuncu ona mobil telefonu görmədiyini, harada olduğunu bilmədiyini demişdir. Bu zəmində aralarında münaqişə yaranmış, o, Gülnardan telefonunu yerinə qoymağı tələb etmiş və yatmışdır. Saat 08 radələrində yuxudan durmuş və yerindən qalxarkən anidən Gülnar onu bıçaqla kürək nahiyyəsindən vurmuşdur. O, Gülnarı əli ilə itələmiş və kürəyindəki bıçağı çıxarıb yerə atmışdır. Dərhal evdən çıxmış və küçədə olan təsadüfi taksiyə əyləşib İsmayıllı rayon Mərkəzi Xəstəxanasına getmişdir. Orada ona tibbi yardım göstərmişlər. Məhkəmə istintaqının gedişində Gülnar ondan üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. X1 ifadə verərək göstərmişdir ki, zərərçəkmiş Təqsirləndirilən şəxs onun qızıdır. Gülnar 2015-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nigahlarından 2015-ci il təvəllüdlü Murad adlı və 2020-ci il təvəllüdlü Nihat adlı uşaqları var. 27 oktyabr 2024-cü il tarixədək Gülnar əri Samir və uşaqları ilə birlikdə İsmayıllı şəhəri, Təbriz küçəsi ev 5 ünvanında yaşamışdır. Onların arasında tez-tez mübahisələr olmuş, bununla bağlı polisə də müraciət etmişlər. 27 oktyabr 2024-cü il tarixdə səhər saatlarında qızı Gülnar atasının mobil telefonuna zəng edərək, Samiri bıçaqla vurduğunu, polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etdiyini bildirmişdir. O əri Tehranla birlikdə Gülnarın yaşadığı evə getmiş, Gülnar orada ona bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində yuxudan oyanmış, Samir həmin vaxt ondan mobil telefonunun harada olmasını soruşmuş, o, mobil telefonu görmədiyini, harada olduğunu bilmədiyini demiş və bu zəmində aralarında mübahisə yaranmışdır. Samir saat 08 radələrində yuxudan durmuş və yenidən mobil telefonunu onun götürdüyünü deyərək Gülnarı təpiklə və yumruqla vurmuş, onu nalayiq ifadələrlə təhqir etmişdir. Samir otaqdan çıxmaq istəyərkən stolun üstündə olan mətbəx bıçağını götürüb Samirin kürəyindən vurmuş, Samir isə ona heç nə demədən bıçağı yerə atmış və çıxıb getmişdir. Məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2024-cü il tarixli 451 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ saidin, sağ baldırın və sol diz oynağının qançırları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və Təqsirləndirilən şəxs qeyd etdiyi xx.xx.2024-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmiç, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 30 yanvar 2025-ci il tarixli 33/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə yazılanların təhlilinə əsaslanaraq, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir; Zərərçəkmiş şəxs “Döş qəfəsinin arxa səthinin sol tərəfli boşluğa sirayət etməyən deşilmiş-kəsilmiş yarası, drenaj boru yeridilməsindən sonrakı reaktiv reaksiya hesabına pnevmohemotoraks” aşkar edildi. Qeyd olunan deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. “Drenaj boru yeridilməsindən sonrakı reaktiv reaksiya hesabına pnevmohemotoraks” tibbi prosedur ilə əlaqədar olduğundan bu hal sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır. Məhkəmə-ballistik ekspertizasının 08 may 2025-ci il tarixli 17/328 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim ediln bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, təssərüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış ekspetiza tədqiqatının dəyəri 30 (otuz) 60 (altmış) qəpik təşkil edir. xx.xx.2024-cü il tarixli təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağın ümumi uzunluğu 260 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi (küpü) küt. Digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Tiyənin sol üzündə “STAR SHİNA STAİNLESS STEEL Shangxing” yazısı və zavod işləri həkk edilmişdir. Tiyənin uzunduğu 150 mm, eni 24 mm, qalınlığı isə 1 mm-dir. Dəstəyin əsası tiyənin davamıdır və üzərinə qırmızı-göy-ağ rəngli plasmasa oxşar materialdan hazırlanmış üzlük 3 ədəd bərkidici vasitəsilə bərkidilmişdir. Dəstəyin uzunluğu 110 mm, eni 23 mm, qalınlığı 15 mm-dir. Müstəntiqin xx.xx.2025-ci il tarixli “Maddi sübut kimi tanınma” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi əri Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd təssərüfat-məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınmışdır. 26 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Həmin tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrinə əsasən əvvəllər cinayət məsuliyyətindən azad edilməmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsindən alınmış 24 fevral 2025-ci il tarixli, 18-1-47/2-171/2025 nömrəli arayışdan görünür ki, Kərimova X2 RMX-nin Poliklinika şöbəsinin “Ruhi-Əsəsb”, “Narkoloji” və “Dəri-Zöhrəvi” kabinetlərində dispanser qeydiyyatında yoxdur. Müstəntiqinin xx.xx.2025-ci il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxsla barışmış, ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, onunla barışıq əldə etmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 01 ədəd kağız zərfdə qablaşdırılmış 01 ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 30 (otuz) 60 (altmış) qəpik qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Cinayət işi üzrə müsadirə edilməli əmlak və mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 01 ədəd kağız zərfdə qablaşdırılmış 01 ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 30 (otuz) 60 (altmış) qəpik qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-31/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-31/2025
02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver