Məhkəmə qərarları › İş №1(037)-32/2020

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-32/2020

21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-32/2020 21.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Fizuli qızının iştirakı ilə xx xxxx 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 26 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Nərimanov rayonu X7 küçəsi 100A ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxx 2020-cu il tarixdə saat 21:00 radələrində baldızı Zərərçəkmiş şəxs evdə olmadığını bilərək sonuncunun yaşadığı İsmayıllı şəhəri Cavanşir küçəsi 19 ünvandakı evin hasarının üzərindən keçməklə həyətinə , həmin evin arxa tərəfindəki pəncərədən qanunsuz evə daxil olmaqla evin otağından dəyəri 550 manat olan bir ədəd “Eurolux” markalı 82 düyüm LCD ekran televizoru, dəyəri 40 manat olan bir ədəd rəqəmsal kanal ötürücü aparatı, hər birinin dəyəri 2,8 manat təşkil edən altı ədəd bir litrlik həcmli plastik butulkalarda “Final” markalı duru yağları, dəyəri 5,3 manat təşkil edən bir ədəd dəmir qutudakı “Ana-bala” markalı yağı, hər birinin dəyəri 4,8 manat təşkil edən iki ədəd dəmir qutulardakı “Super sun” markalı yağları, hər birinin dəyəri 5,5 manat təşkil edən üç ədəd 250 qramlıq qutu bağlamadakı “Berqa” markalı çayları, dəyəri 10 manat təşkil edən bir ədəd torbadakı “Mehriban” markalı unu və dəyəri 3 manat təşkil edən bir ədəd sellofan torbadakı qəndi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 651,2 manat (altı yüz əlli bir manat iyirmi qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, о, ünvan 1 mənzil 26 ünvanında qeydiyyatda olmaqla faktiki Bakı şəhəri Nərimanov rayonu X7 küçəsi 100A ünvanında yaşayır. Atasının işi ilə əlaqədar müvəqəti olaraq İsmayıllı rayonunun keçmiş Mican kəndində yaşayırlar. xx xxx 2020-ci il tarixdə saat 16:00 radələrində kafedə spirtli içki içmiş və sonra yol kənarına çıxaraq İsmayıllı şəhərinə getmək istəmişdir. Bu zaman avtomobili ilə yoldan keçən bacanağı Rəvanın qohumu Elçin Hacıyev onu avtomobilinə götürmüşdür. Yolda olarkən Elçindən Rəvanın Bakıda işlədiyini, arvadı Günayın isə evdə olmadığını öyrənmişdir. Elçin onu yaşadığı evin qarşısına düşürərək getmişdir. O Rəvanın evində heç kimin olmamasından istifadə edərək oradan oğurluq etmək qərarına gəlmişdir. Bir müddət keçdikdən sonra o, bacanağının evinə getmiş və evin həyətinin qapısını əli ilə bir neçə dəfə vurmuşdur. Evdən səs gəlmədiyini görərək orada adam olmadığını dəqiqləşdirmişdir. Bundan sonra hasardan keçməklə həyətə daxil olmuşdur. Evin arxa tərəfində olan pəncərənin yarı açıq olduğunu görərək oradan içəri daxil olmuşdur. Evin yataq otağına daxil olaraq divardan asılmış bir ədəd televizoru və bir ədəd rəqəmsal kanal ötürücü cihazını götürərək içəri daxil olduğu pəncərədən çölə çıxararaq yerə qoymuşdur. Həmin otaqda yerə yığılmış altı ədəd bir litrlik duru yağları, bir ədəd bir kiloqramlıq “ana-bala” adlı yağı, iki ədəd yarım kiloqramlıq “super sun” adlı yağları, üç ədəd 250 qramlıq “berqa” adlı qutu çayları, on kiloqramlıq bir torba unu və bir bağlamada iki kiloqram qənddən ibarət ərzaq məsullarını da götürərək pəncərədən çölə çıxarmışdır. Bundan sonra evin otaqlarını axtarmış, qiymətli əşya və pul tapa bilməmişdir. İçəri girdiyi pəncərədən çölə çıxmış, evdən oğurladığı əşyaları hasardan çölə çıxararaq yola kimi daşımışdır. Yoldan keçən taksini saxlatmış və oğurladığı əşyaları taksiyə yerləşdirərək evə aparmışdır. Evdə atası Mahir həmin əşyaları haradan gətirdiyini soruşmuş, o atasına həmin əşyaları Bakıdan gətirdiyini demişdir. Atası ona inanmamış və bununla əlaqədar aralarında mübahisə yaranmışdır. O əsəbləşərək evdən getmiş, gecə yarısı evinə qayıdan zaman polis əməkdaşları evə gələrək onu İsmayıllı rayon Polis şöbəsinə dəvət etmişlər. Şöbədə törətdiyi oğurluq əməlini etiraf etmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı ilə faktiki nikah münasibətlərində yaşayır. Əri Rəvan Bakı şəhərində işlədiyi üçün iki azyaşlı uşaqları ilə evdə tək qalır. xx xxx 2020-ci il tarixdə uşaqları ilə birlikdə İstisu kəndində yaşayan atası evinə getmişdir. xx xxx 2020-ci il tarixdə evinə qayıtmış və yataq otağının dağınıq və pəncərənin açıq olmasını görmüşdür. Evə baxdıqda divardan asılmış televizorun və həmin televizora bitişik olan rəqəmsal kanal ötürücü aparatın, altı ədəd 1 litrlik “Final” adlı duru günəbaxan yağların, bir ədəd 1 kiloqramlıq “ana-bala” adlı yağın, iki ədəd yarım kiloqramlıq “super sun” adlı yağların, üç ədəd 250 qramlıq “berqa” adlı qutu çayların, bir ədəd torbada 10 kiloqramlıq un və bir ədəd sellofan bağlamada 2 kiloqram qənddən ibarət ərzaq məsullarının yerində olmadığını görmüşdür. Dərhal əri Rəvana, sonra da DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Araşdırma zamanı evindən oğurluq edən şəxsin Samir Qurbanov olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X2 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. X1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun faktiki nikahla yaşadığı əridir. xx xxx 2020-ci il tarixdə saat 23:00 radələrində Samir televizor, tuner aparatı, un, qənd, çay və yağlardan ibarət çoxlu ərzaqlarla evə qayıtmışdır. Qayınatası Mahir Samirdən gətirdiyi əşyaları haradan əldə etdiyini soruşmuş, Samir isə Bakı şəhərində işlədiyi zaman aldığını demişdir. Mahir ona inanmamış və təkidlə həmin əşyaları haradan əldə etməsini Samirdən soruşmuşdur. Samir isə atası ilə mübahisə edərək evdən getmişdir. Gecə yarısı Samir evə qayıtmış, səhər saat 08:00 radələrində polis əməkdaşları gələrək Samiri İsmayıllı polis şöbəsinə aparmışlar. Araşdırma zamanı Samirin evə gətirdiyi əmlakları xx xxx 2020-ci il tarixdə bacısı Günayın evindən oğurladığı məlum olmuşdur. Məhkəmə baxışı iclasına gəlməmiş cinayət işi üzrə şahid X3 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə iclasında oxunub elan olunmuşdur. X11 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, о ailəsi ilə birlikdə müvəqəti olaraq İsmayıllı rayonu Mican kəndində yaşayır. xx xxx 2020-ci il tarixdə saat 23:00 radələrində oğlu Samir evə televizor, tuner aparatı və un, qənd, çay və yağlardan ibarət çoxlu ərzaq məlulları gətirmişdir. Samirdən həmin əmlakı haradan əldə etdiyini soruşmuşdur. Samir həmin əmlakı Bakı şəhərində işlədiyi zaman aldığını demiş, o isə Samirin yalan danışdığını bilmişdir. Samir onun əlavə suallarına cavab verməyərək evdən getmiş və gecə yarısı qayıtmışdır. Səhər saat 08:00 radələrində polis əməkdaşları gələrək Samiri polis şöbəsinə aparmışlar. O da ardınca polis şöbəsinə getmiş və araşdırma zamanı bilmişdir ki, Samirin evə gətirdiyi televizoru və ərzaq məsullarını baldızı Günayın evindən oğurlamışdır. Sonra evinə qayıdaraq həmin əşyaları və ərzaq məsullarını həmin polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1596 nömrəli rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, istifadə olunmuş və hazırda normal vəziyyətdə olan malların 2020-ci ilin may ayına orta bazar qiyməti - 01 ədəd istifadə olunmuş Eurolux markalı, 82 düyüm LCD ekran televizor qəbuledici 180,00 manat, 01 ədəd istifadə olunmuş rəqəmsal kanal ötürücü aparat 20,00 manat, 01 ədəd 10 kiloqramlıq torbada “Mehriban” adlı un 10,00 manat, 01 ədəd sellofan torbada 2 kq qənd 3,00 manat, 06 ədəd bir litirlik plastik butulkalarda “Final” adlı duru günəbaxan yağlarının hər biri 2.80 manat olmaqla birgə qiyməti 16.80 manat, 01 ədəd bir kiloqramlıq dəmir qutuda “ana-bala” adlı yağ 5.30 manat, 02 ədəd yarım kiloqramlıq dəmir qutuda “super sun” adlı yağların hər biri 4.80 manat olmaqla birgə qiyməti 9.60 manat, 03 ədəd 250 qramlıq qutu bağlamalarda “berqa” adlı çayların hər biri 5.50 manat olmaqla birgə qiyməti 16.00 manat olmaqla ümumi dəyəri 261.20 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İsmayıllı RMX-nın Publik hüquqi şəxsi Poliklinika şöbəsindən alınmış xx xxxx 2020ci il tarixli 458 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin “Ruhi-əsəb” və “narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı birliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 mənzil 26 ünvanında qeydiyyatdadır. İsmayıl şəhər inzibati ərazi darəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 mənzil 26 ünvanında qeydiyyatda olmaqla İsmayıllı şəhəri ərazisindıə ( İsmayıllı rayonu keçmiş Mican kəndində) yaşayır, yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Mingəçevir şəhər rayonlararası psixo-nevroloji dispanseri tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 803 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər rayonlararası psixo-nevroloji dispanserində qeydiyyatda yoxdur. Mingəçevir şəhər rayonlararası Narkoloji dispanseri tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 513 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər rayonlararası Narkoloji dispanserində qeydiyyatda yoxdur. xx xxxx 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Müstəntiqinin xx xxx 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 10:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 19:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə 01 ədəd Euroluxs markalı 82 düyüm LCD ekran televizor və 01 ədəd rəqəmsal kanal ötürücü aparatı, 06 ədəd 1 litrlik “final” adlı duru yağları, 1 ədəd 1 kiloqramlıq “ana-bala” adlı, 2 ədəd yarım kiloqramlıq “super sun” adlı yağlar, 3 ədəd 250 qramlıq “berqa” adlı qutu çaylar, 01 ədəd 10 kiloqramlıq torba un və 01 ədəd bağlamada 2 kiloqram qənd maddi sübutlar qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Onun xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün ona təyin edilən 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Bakı şəhəri ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı Bakı şəhəri Nərimanov rayonu X7 küçəsi 100A ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübutlar - saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş 01 ədəd Euroluxs markalı 82 düyüm LCD ekran televizor və 01 ədəd rəqəmsal kanal ötürücü aparatı, 06 ədəd 1 litrlik “final” adlı duru yağları, 1 ədəd 1 kiloqramlıq “ana-bala” adlı, 2 ədəd yarım kiloqramlıq “super sun” adlı yağlar, 3 ədəd 250 qramlıq “berqa” adlı qutu çaylar, 01 ədəd 10 kiloqramlıq torba un və 01 ədəd bağlamada 2 kiloqram qəndin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Bakı şəhəri ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı Bakı şəhəri Nərimanov rayonu X7 küçəsi 100A ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş 01 ədəd Euroluxs markalı 82 düyüm LCD ekran televizor və 01 ədəd rəqəmsal kanal ötürücü aparatı, 06 ədəd 1 litrlik “final” adlı duru yağları, 1 ədəd 1 kiloqramlıq “ana-bala” adlı, 2 ədəd yarım kiloqramlıq “super sun” adlı yağlar, 3 ədəd 250 qramlıq “berqa” adlı qutu çaylar, 01 ədəd 10 kiloqramlıq torba un və 01 ədəd bağlamada 2 kiloqram qəndin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar