Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-32/2023 02.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs İsmayıllı rayonu Zərnava bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə 02 may 2023-cü il tarixdə saat 18:25-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1998-ci ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Zərnava kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Zərnava bələdiyyəsinin mülkiyyətində olan, rayonun Zərnava kəndinin ərazisində, kəndə gedən yolun sağ və sol kənarında yerləşən meşə fonduna daxil olmayan ağacları kəsmək məqsədilə 2022-ci ilin yanvar ayının sonlarında, fevral ayının ortalarında, dəqiq tarixləri istintaqla müəyyən olunmayan vaxtlarda, saat 10 radələrində özünə məxsus motorlu mişarı götürüb həmin əraziyə getmiş və yolun sağ kənarında vələs cinsindən olan diametri 46 santimetr, dəyəri 700 (yeddi yüz) manat təşkil edən 1 ədəd və vələs cinsindən olan diametri 26 santimetr, dəyəri 250 (iki yüz əlli) manat təşkil edən 1 ədəd, yolun sol kənarında isə vələs cinsindən olan diametri 24 santimetr, dəyəri 200 (iki yüz) manat təşkil edən 2 ədəd, vələs cinsindən olan diametri 20 santimetr, dəyəri 180 (yüz səksən) manat təşkil edən 1 ədəd, vələs cinsindən olan diametri 16 santimetr, dəyəri 150 (yüz əlli) manat təşkil edən 1 ədəd, vələs cinsindən olan diametri 14 santimetr, dəyəri 150 (yüz əlli) manat təşkil edən 1 ədəd, vələs cinsindən olan diametri 12 santimetr, dəyəri 120 (yüz iyirmi) manat təşkil edən 1 ədəd, vələs cinsindən olan diametri 10 santimetr, dəyəri 120 (yüz iyirmi) manat təşkil edən 1 ədəd, vələs cinsindən olan diametri 8 santimetr, dəyəri 100 (yüz) manat təşkil edən 3 ədəd, fıstıq cinsindən olan diametri 18 santimetr, dəyəri 180 (yüz səksən) manat təşkil edən 1 ədəd, fıstıq cinsindən olan diametri 10 santimetr, dəyəri 120 (yüz iyirmi) manat təşkil edən 1 ədəd yaş kök üstə ağacları, yəni cəmi 14 (on dörd) ədəd müxtəlif cinsli ağacları tamah niyyəti ilə qəsdən motorlu mişarla kəsib götürməklə qanunsuz ağac kəsərək İsmayıllı rayonunun Zərnava bələdiyyəsinə xeyli miqdarda, ümumilikdə 2670 (iki min yüz iyirmi) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonun Zərnava kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təsərrüfatla və fəhləliklə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Vətən müharibəsinin veteranıdır, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. 2022-ci ilin fevral ayının ortalarında saat 10 radələrində yaşadığı Zərnava kəndində havanın soyuq olması, çoxlu qar yağması səbəbi ilə quru odun toplamaq üçün meşəyə getməyin mümkün olmaması, kənddə ümumiyyətlə qaz təchizatının olmaması səbəbi ilə ailə üzvlərinin üşüməməsi üçün evdə istiliyi təmin etmək məqsədi ilə yaşadığı evin aşağı hissəsində, yaşadığı evdən təxminən 50-60 metr məsafədə yerləşən əraziyə özü ilə evdən götürdüyü motorlu mişarla tək gedərək həmin ərazidə yerləşən 14 ədəd müxtəlif diametrli vələs cinsindən ağacları buna icazəsi olmadan kəsib odun halına gətirərək eşşəyə yekləyib evinin həyətinə gətirib tökmüş, o, ağac kəsən zaman ətrafda heç kim olmamış, eyni zamanda həmin zaman ailə üzvləri evdə istiliyinin olmaması səbəbi ilə evdə olmamış, xatırladığına görə dayısıgildə olmuşlar. Onun ağacları kəsdiyi ərazinin kimin mülkiyyətində olması barədə hər hansı bir məlumatı olmamışdır. Amma hər bir halda ağac kəsməyə görə cərimə olunacağını düşünmüş və həmin cəriməni ödəməyi fikirləşmişdir, lakin ağacları kəsməyinin cinayət olması barədə məlumatı olmamışdır. İsmayıllı rayonunun Yuxarı Zərnava kəndində kəsilmiş 32 ədəd ağaclardan yaşadığı evin aşağı hissəsində, Zərnava kəndinə gedən yolun sol hissəsində təxminən 14 ədəd diametrini bilmədiyi vələs və fıstıq ağaclarını özü kəsmiş, digər ağacların isə kimin tərəfindən kəsilməsi barədə məlumatı yoxdur. Həmin ağacların yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatı olmamışdır. Daha sonra kəsdiyi ağacların hamısını odun halında öz evinin həyətinə apararaq odun sobasında yandırmışlar. Motorlu mişarı isə xarab olduğundan xatırlamadığı yerə atmışdır. O, ağacları tək kəsmiş, maddi imkanı olmadığından vurulmuş ziyanı ödəyə bilməmişdir. Qeyd etdiyi halların nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəхs İsmayıllı rayonu Zərnava bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, 2015-ci ildən etibarən hazıradək İsmayıllı rayon Zərnava kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir. 21 fevral 2022-ci il tarixdə günorta saatlarında evdə olan zaman əri Haqerdiyə kimsə zəng etmişdir. Danışıq bitəndən sonra əri ona zəng edənin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı olduğunu demiş və həmkəndlisi Aprel Gülaliyev tərəfindən İsmayıllı rayonun Zərnava kəndində qanunsuz olaraq ağacların kəsilməsini demişdir. O, qadın olduğu üçün meşə sahəsinə gedə bilmədiyindən əri Haqverdidən zəng etmiş şəxslə görüşüb ağacların kəsildiyi yerə baxmaq üçün getməyi xahiş etmişdir. Haqverdi həmin yerə getmiş və sonradan ona məlum olmuşdur ki, İsmayıllı rayonunun Zərnava kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 32 ədəd ağac qanunsuz olaraq kəsilmişdir. Həmin ağacların müəyyən hissəsini Təqsirləndirilən şəxs, bir hissəsini isə Aprel Gülaliyev tərəfindən kəsilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs vurduğu zərəri maddi imkansızlığından ödəyə bilməmişdir. Təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid ifadə verərək göstərdir ki, İsmayıllı rayonunun Zərnava kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İsmayıllı rayonu Zərnava kənd tam orta məktəbdə müəllim işləyir. 2022-ci ilin fevral ayında dəqiq xatırlamadığı gündə Zərnava kəndini girişində sol tərəfində təxminən 2-3 ədəd kəsilmiş vələs cinsindən kökündən kəsilmiş ağaclar görmüşdür. Bundan təxminən 1 gün sonra həmkəndlisi Təqsirləndirilən şəxs görmüş, ona əvvəlki gün kəsilmiş ağac gördüyünü bildirərək həmin ağacların kimin tərəfindən kəsildiyini soruşmuşdur. Arzu həmin ağacları özünün kəsdiyini bildirmişdir. Ona görə də elə həmin gün Arzudan aralandıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib X5 kəndinin girişində ağac kəsdiyini bildirmişdir. Arzu ona ağacları kəsdiyi demiş olsa da kəsdiyi ağacların sayını bilməmişdir. Bundan başqa Zərnava kəndində kimin ağac kəsməsi barərə məlumatı yoxdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və təbii Sərvətlər idarəsi tərəfindən tərtib olunmuş 21 fevral 2022-ci il tarixli 66632 nömrəli aktdan görünür ki, 6 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli “0008” saylı sərəncamına əsasən xidməti ərazidə reyd keçirilərkən İsmayıllı rayonunun Yuxarı Zərnava kəndinin giriş hissəsində, kəndə gedən yolun sağ tərəfində ağacların kəsilməsi faktı aşkar olundu. Araşdırma müddətində məlum oldu ki, ağacların kəsildiyi ərazi Yuxarı Zərnava bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsidir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, diametrləri 28 sm olan 2 ədəd, diametrləri 36 sm, 46 sm və 26 sm olan 3 ədəd vələs cinsli, diametrləri 36 və 25 sm olan 2 ədəd palıd cinsli, habelə diametrləri 20 sm və 28 sm olan 2 ədəd fıstıq cinsli ağaclar qanunsuz olaraq kəsilmişdir. Həmin akta əlavə olunmuş yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, təbiətə dəymiş ziyan 2830 manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və təbii Sərvətlər idarəsi tərəfindən tərtib olunmuş 21 fevral 2022-ci il tarixli 66633 saylı aktdan görünür ki, 6 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin 05 yanvar 2022-ci il tarixli “0008” saylı sərəncamına əsasən xidməti ərazidə reyd keçirilərkən İsmayıllı rayonunun Yuxarı Zərnava bələdiyyəsinin mülkiyyətinə məxsus ərazilərdə reyd keçirilərkən İsmayıllı rayonunun Yuxarı Zərnava kəndinə giriş hissəsində yolun sağ və sol tərəflərində müxtəlif cinsli ağaclar, kök üstə yaş halda kəsilərək oduncaq hissəsinin aparılması faktı aşkar olundu. Belə ki, kəndin giriş hissəsinə yaxın yolun sağ hissəsində diametrləri 14 sm, 18 sm, 16 sm, 24 sm, 10 sm, 20 sm və 10 sm olan 7 ədəd fıstıq cinsli, diametri 27 sm olan 1 ədəd quş armudu cinsli, diametrləri 8 sm, 12 sm, 20 sm, 14 sm, 24 sm, 10 sm, 16 sm, 24 sm və 6 ədədinin isə 8 sm olan ümumilikdə 14 ədəd vələs cinsli, habelə diametri 40 sm olan 1 ədəd qoz cinsli ağaclar qanunsuz olaraq kəsilmişdir. Həmin akta əlavə olunmuş yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, təbiətə dəymiş ziyan 3870 manat təşkil edir. Ərazilərə keçirilmiş baxışla əlaqədar tərtib olunan 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, yuxarıda qeyd olunan 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 66632 saylı və 66633 aktlarda göstərilən qanunsuz olaraq kök üstə yaş halda eyni ağacların kəsilməsi müəyyən edilmişdir. “İfadənin yerində yoxlanması haqqında” 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Zərnava kəndi ərazisində rayonun Zərnava bələdiyyəsinin mülkiyyətində olan 2 ədəd fıstıq və 12 ədəd vələs cinsindən ibarət olan ümumilikdə 14 ədəd ağacı kəsdiyi yeri göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. 22 fevral 2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, İsmayıllı rayonunun Zərnava kəndində həmin kəndin giriş hissəsində Zərnava bələdiyyəsinin mülkiyyətində olan ərazidən 27 ədəd müxtəlif cinsli ağacların İsmayıllı rayonunun Zərnava kənd sakinləri, Təqsirləndirilən şəxs və X7 tərəfindən kəsilməsi müəyyən olunmuşdur. Konkret olaraq həmin ağacların 14-15 ədəd vələs və fıstıq cinsindən olan ağacları Təqsirləndirilən şəxs, digərlərini isə Rasim Gülaliyev kəsmişdir. Həmin ağacların kəsilməsinə kimin tərəfindən göstəriş verilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 iyun 2022-ci il tarixli 9/3906 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən tədqiqatına təqdim edilmiş xx.xx.2022-ci il tarixli 66632 və 66633 №-li aktlara əsasən kök üstə yaş olmaqla müxtəlif diametrli ümumilikdə 32 ədəd ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 6700,00 (2830+3870) manat müəyyən edilr. Həmin ağacların ayrı ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Rəyin tədqiqi hissəsində qeyd olunmuş cədvələ əsasən vələs cinsli, 46 santimetr diametrli ağacın qiyməti 700 (yeddi yüz) manat, vələs cinsli, 26 santimetr diametrli ağacın qiyməti 250 (iki yüz əlli) manat, vələs cinsli, 24 santimetr diametrli ağacın qiyməti 200 (iki yüz) manat, vələs cinsli, 20 santimetr diametrli ağacın qiyməti 180 (yüz səksən) manat, vələs cinsli 16 santimetr diametrli ağacın qiyməti 150 (yüz əlli) manat, vələs cinsli 14 santimetr diametrli ağacın qiyməti 150 (yüz əlli) manat, vələs cinsli 12 santimetr diametrli ağacın qiyməti 120 (yüz iyirmi) manat, vələs cinsli, 10 santimetr diamterli ağacın qiyməti 120 (yüz iyirmi) manat, vələs cinsli 8 santimetr diametrli ağacın qiyməti 100 (yüz) manat, fıstıq cinsli, 18 santimetr diametrli ağacın qiyməti 180 (yüz səksən) manat, fıstıq cinsli, 10 santimetr diametrli ağacın qiyməti, 120 (yüz iyirmi) manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Müstəntiqin 18 mart 2023-cü il tarixli qərarından müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs qanunsuz kəsilməsinə görə ittiham elan olunmuş 14 ədəd ağacdan başqa, İsmayıllı rayonunun Zərnəva kəndi ərazisində kəsilmiş yerdə qalan 13 ədəd ağacın qanunsuz kəsilməsi faktı üzrə cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 18 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham olunduğu 14 ədəd ağacdan başqa digər 13 ağacın onun tərəfindən kəsilməsi təsdiqini tapmadığından həmin hissədə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Müstəntiqin 11 fevral 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İsmayıllı rayon X6 X8 Poliklinika şöbəsindən alınmış 24 yanvar 2023-cü il tarixli PHŞ-6-47/2-63/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın Konsultativ Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur. 21 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 01 fevral 2023-cü il tarixli 30 və 33 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Zərnava kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, atası X1, anası X2 qardaşı Abdurəhimov Abbas və bacısı Abdurəhimova Vəfadan ibarətdir, ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, ümumilikdə müsbət xarakterizə olunur. İ-6178, 1-20564 və İ-49817 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarıı ilə “Zəngilanın azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Vətən Müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddələrinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Zərnava kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Zərnava kəndindəki evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs оğlunun cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs оğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-32/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-32/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver