Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-32/2024 13.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 13 avqust 2024-cü il tarixdə saat 11:13-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1972-ci ildə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, İsmayıllı şəhəri ərazisində ( İsmayıllı rayonunun keçmiş Mican kəndində) qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 03 mart 2024-cü il tarixli 4(037)-7/2024 nömrəli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, İsmayıllı rayon prokuroru, baş ədliyyə müşaviri Tural Yusifovun 29 may 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddətinin uzadılnasından imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qəsdən qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 25,60 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin narkotik vasitəni satış niyyətini həyata keçirə bilmək üçün 26 (iyirmi altı) ədəd kağız bükümlərdə qablaşdırmaqla üzərində daşıyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Mican kəndinin ərazisində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 21 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli paltonun sağ yan və sol yan ciblərində saxladığı, 26 (iyirmi altı) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,91 qram, 0,86 qram, 1,06 qram, 1,11 qram, 1,36 qram, 1,12 qram, 1,06 qram, 1,09 qram, 0,75 qram, 1,01 qram, 0,53 qram, 0,57 qram, 1,02 qram, 0,79 qram, 1,05 qram, 0,99 qram, 1,17 qram, 1,14 qram, 1,21 qram, 0,55 qram, 0,71 qram, 1,14 qram, 0,99 qram, 0,60 qram, 0,59 qram, 2,22 qram, ümumi təmiz çəkiləri 25,60 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, İsmayıllı şəhəri ərazisində ( İsmayıllı rayonunun keçmiş Mican kəndində) qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. 2023-cü ilin sentybar ayında balıq tutmaq üçün yaşadığı evin yaxınlığında olan “Əyri çay” adlanan çaya getmiş, o, balıq tutarkən gözü yabanı halda bitmiş çətənə koluna sataşmış, özü narkotik vasitə marixuanadan istifadə etdiyi üçün həmin bitkinin çətənə bitkisi olduğunu tanımış, gördüyü 1 ədəd çətənə bitkisinin üzərində olan yarpaqlarını və toxumlarını qoparıb özündə olan şəffaf sellofan torbaya yığmış, evə qayıdarkən həmin sellofan torbanı sahəlikdə basdırmış, narkotik vasitə marixuanadan istifadə etmək istədikdə gedib həmin sellofan torbada saxladığı marixuanadan bir az götürüb çəkmiş, çəkməyini asanlaşdırmaq üçün yığmış olduğu marixuananı bir dəfə çəkimlik qədər olmaqla kağız bükümlərə büküb yenidən həmin sellofan torbaya yığıb həmin yerə qoymuş, hər dəfə çəkmək istəyərkən marixuananı saxladığı yerə gedərək 1 və yaxud 2 kağız büküm götürüb özü istifadə etmiş, hər dəfə marixuananı saxladığı yerə gedib-gəlməkdə çətinlik çəkdiyi üçün həmin narkotik vasitəni gətirib evdə saxlamağa qərar vermiş, bu səbəbdən xx.xx.2023-cü il tarixdə saat 20 radələrində ora həmin sahəliyə gedərək narkotik vasitəni basdırdığı yerdən götürüb əynində olan qara rəngli paltonun sağ və sol cibinə qoymuş, bükümləri yığdığı sellofan torba palçıq olduğundan torbanı ataraq kağız bükümləri sağ və sol cibinə qoymuş və yaşadığı evə yollanmış, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı İsmayıllı rayonunun Mican kəndində yerləşən evinə çatarkən, evin yaxınlığında olanda İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu, bu barədə əməliyyat məlumatının olduğunu və qərar qəbul olunduğunu bildirib onu İsmayıllı rayon polis şöbəsinə dəvət etmiş, o, etiraz etməyib polis şöbəsinə gəlmiş, polis şöbəsində ona müdafiəçinin iştirakından istifadə etmək hüququ izah edildiyi üçün ərizə ilə müraciət edərək ona dövlət hesabına müdafiəçi təyin olunmasını istəmiş, təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi seçmiş və qısa müddət ərzində həmin müdafiəçi ona təqdim edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirdikdə o, polis əməkdaşlarına videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, polis əməkdaşları tərəfindən üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməyini bildirdikdə o, özü əynindəki qara rəngli paltonun sağ və sol cibində saxladığı 26 ədəd kağız bükümü təqdim etmiş, ondan aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin nə olması, kimə məxsus olması, haradan əldə edilməsi soruşulduqda o, həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu bildirmiş, üzərində əlavə olaraq hər hansı narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, aşkar olunmuş kütlələr götürülərək xüsusi elektron tərəzidə çəkilmiş və ümumi çəkisi müəyyən olunmuş, aşkar olunmuş kütlələr qablaşdırılmış və zərfə qoyulmuş, zərfin üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edildikdən sonra o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul deyil və narkotik vasitə satan şəxsləri tanımır və heç vaxtı belə şəxslərlə cinayət əlaqəsində olmamışdır. Bildirmək istəyir ki, o, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır, o, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır, bədənində yaranan ağrılarını azaltmaq üçün narkotik vasitələrdən istifadə edir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir, narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Üzərində aşkarlanmış narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. Himayəsində “ keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri, tez-tez qıcolma tutmaları, ağırlaşan F72 ağır dərəcəli əqli gerilik” xəstəliklərindən əziyyət çəkən İİ qrup əlil olan xx.xx.1997-ci il təvəllüdlü övladı Azayeva Aytac və xx.xx.2011-ci il təvəllüdlü azyaşlı övladı Əkbər vardır, özü 1-ci Qarabağ müharibəsi iştirakçısıdır, bu halların və ailə vəziyyətinin nəzərə alınmaqla ona özünü təqsirli bildyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı rayonunun Mican kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olduğu üçün bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, bu barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunmuş və şöbə rəhbərliyi tərəfindən təsdiq edilmiş, şöbə rəhbərliyi tərəfindən əməliyyat-təhqiqat qrupu yaradılmış, qrupun tərkibinə o, təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X6, RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X10, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X7, RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X8 daxil edilmiş, həmin gün saat 20 radələrində o, TB-nin təhqiqatçısı, polis mayoru İlkin Məmmədov, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Xəyal Mürşüdov, NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Fariz Həsənov və KTQ-nin baş inspektor kriminalisti Sadiq Mirzəyevlə birlikdə İsmayıllı rayonunun Mican kəndində Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu barədə əməliyyat-axtarış tədbiri qərarının qəbul olunduğunu deyib Əmirxanı qərarla tanış etmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış keçiriləcəyini deyib onu polis şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmiş və ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını bildirmiş, təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi seçmiş və qısa müddət sonra həmin müdafiəçi ona təqdim edilmiş, saat 21 radələrində Əmirxan şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra Əmirxana üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini demiş, şəxsi axtarış zamanı RPŞ-nin məsul növbətçisi vəzifəsini icra edən, əməliyyat müvəkkili, polis leytenantı X9 da iştirak etmiş, Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, Əmirxana üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməsini bildirmişlər, Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli paltonun sağ və sol cibində saxladığı 26 ədəd kağız bükümü təqdim etmiş, Əmirxandan aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin nə olması, kimə məxsus olması, haradan əldə edilməsi soruşulduqda sonuncu, həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu bildirmiş, üzərində əlavə olaraq hər hansı narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, aşkar olunmuş kütlələr götürülərək xüsusi elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 39,23 qram olması müəyyən olunmuş, aşkar olunmuş kütlələr qablaşdırılmış və zərfə qoyulmuş, zərfin üzəri İsmayıllı rayon PŞ-nin 74 saylı möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edildikdən sonra o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında digər şahid - İsmayıllı RPŞ-nin əməkdaşı olan X7 da şahid Fərid İsmayılzadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş: Məhkəmə-bioloji ekspertizasının 02 mart 2024-cü il tarixli 3-16-16/2-17/224 nömrəli rəyi ilə müəyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “xx.xx.2024-cü il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 26 (iyirmi altı) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,91 qr., 0,86 qr., 1,06 qr., 1,11 qr., 1,36 qr., 1,12 qr., 1,06 qr., 1,09 qr., 0,75 qr., 1,01 qr., 0,53 qr., 0,57 qr., 1,02 qr., 0,79 qr., 1,05 qr., 0,99 qr., 1,17 qr., 1,14 qr., 1,21 qr., 0,55 qr., 0,71 qr., 1,14 qr., 0,99 qr., 0,60 qr., 0,59 qr., 2,22 qr., ümumi təmiz çəkiləri - 25,60 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş, 26 (iyirmi altı) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Qeyd: Marixuanaların ümumi təmiz çəkisi – 25,60 qr., tədqiqata sərf edildi – 0,52 qr. (hər ob.- 0,02 qr.), qalıq- 25,08 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 17 may 2024-cü il tarixli 846 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Şəxsi axtarış keçirilməsi barədə 01 mart 2024-cü il tarixli protokoldan və həmin prosessual hərəkətin keçirilməsi əks olunan videodiskdəki görüntülərdən görünür ki, göstərilən tarixdə, saat 20 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Mican kəndinin ərazisində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 21 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli paltonun sağ yan və sol yan ciblərində saxladığı, 26 (iyirmi altı) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,91 qram, 0,86 qram, 1,06 qram, 1,11 qram, 1,36 qram, 1,12 qram, 1,06 qram, 1,09 qram, 0,75 qram, 1,01 qram, 0,53 qram, 0,57 qram, 1,02 qram, 0,79 qram, 1,05 qram, 0,99 qram, 1,17 qram, 1,14 qram, 1,21 qram, 0,55 qram, 0,71 qram, 1,14 qram, 0,99 qram, 0,60 qram, 0,59 qram, 2,22 qram, ümumi təmiz çəkiləri 25,60 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İsmayıllı RPŞ-nin CAB-dən alınmış 19 mart 2024-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə üzərində gəzdirmişdir. Əmiexan Azayevin konkret olaraq kimlərə narkotik vasitə satması və onun həmin narkotik vasitələri hansı mənbədən əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsindən hansı abonentlərə zənglər edilməsi, hansı anten dairələrində aktiv olmaları və nömrələr arasında hansı müddətə danışıqlar olması barədə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş və həmin disk cinayət işinin materialına əlavə edilmişdir. Baxış zamanı Baş İnformasiya-Kommunikasiya İdarəsindən xx.xx.2024-cü il tarixli 20/1-3337m nömrəli məktub ilə daxil olmuş bir ədəd dairəvi formada və CD formatında olan disk komputerə salındıqdan sonra diskdə 4 ədəd faillər olması məlum oldu, həmin faillər bir-bir açıldığı zaman isə içərisində ***-***-**-** nömrəli mobil nömrənin məxsusluğu, həmin nömrəyə daxil olan çıxan zənglər, həmin zənglərin müddəti və tarixləri, zənglərin statistikası, hansı anten dairələrində istifadə olunması və abunəçilər haqqında məlumatlar qeyd olunması müəyyən olundu. Həmin diskdə olan məlumatlardan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə, saat 20:00-dan xx.xx.2024-cü il tarixə, saat 00:00-dək bir çox abonentlərə zənglər edilməsi, müxtəlif anten dairələrində aktiv olması və nömrələr arasında danışıqlar olması qeydə alınmışdır. Diskə baxış zamanı iş üçün əhəmiyət kəsb edən hər hansı bir məlumat olması müəyyən edilməmişdir. Baxış zamanı həmin məlumatlar “HP laserJet P1102” markalı printerdən istifadə edilməklə çap edilməklə çap edilərək protokola əlavə edilmişdir. İsmayıllı RMX PHŞ-si tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli 18-1-47/2-478-2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Müstəntiqinin 02 mart 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçının 01 mart 2024cü il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçı tərəfindən tərtib edilmiş həmin protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə saat 20:54-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 03 mart 2024-cü il tarixli 4(037)-7/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İsmayıllı rayon prokuroru, baş ədliyyə müşaviri Tural Yusifovun 29 may 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddətinin uzadılnasından imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş, lakin onun məhkumluğu ödənilmişdir. İsmayıllı RİHB-nin İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 11 may 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində ( İsmayıllı rayonunun keçmiş Mican kəndində) qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən, arvadı X11, övladlarıxx.xx.1997-ci il təvəllüdlü Aytac və xx.xx.2011-ci il təvəllüdlü Əkbərdən ibarətdir, barəsində yaşadığı inzibati ərazi nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli 3-43-31/2-269/24 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 1992-ci il tarixdə hərbi xidmətə göndərilmiş, həmin tarixdən 1993-cü ilin oktyabr ayınadək 701- nömrəli hərbi hissənin, 17.11 1993-cü il tarixdən 1994-cü ilin iyun ayınadək isə N nömrəli hərbi hissənin tərkibində müddətli hərbi xidmət keçmişdir. İsmayıllı RMX PHŞ-si Poliklinika şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci il təvəllüdlü övladı X1 RMX-nın Poliklinika şöbəsinin “Psixiatriya” kabinetində xx.xx.2002-ci il tarixdən “ keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri, tez-tez qıcolma tutmaları, ağırlaşan F72 ağır dərəcəli əqli gerilik” diaqnozları ilə dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış 04 mart 2024-cü il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci il təvəllüdlü övladı X5 ikinci dərəcəli əlil kimi müavinət alır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. İş materiallarından və məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilməsinə sübut növü kimi üzərindən aşkarlanmış 26 (iyirmi altı) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,91 qram, 0,86 qram, 1,06 qram, 1,11 qram, 1,36 qram, 1,12 qram, 1,06 qram, 1,09 qram, 0,75 qram, 1,01 qram, 0,53 qram, 0,57 qram, 1,02 qram, 0,79 qram, 1,05 qram, 0,99 qram, 1,17 qram, 1,14 qram, 1,21 qram, 0,55 qram, 0,71 qram, 1,14 qram, 0,99 qram, 0,60 qram, 0,59 qram, 2,22 qram, ümumi təmiz çəkiləri 25,60 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananın, yəni sözügedən narkotik vasitənin bükümlərə bölünərək saxlanılması əsas götürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin məhz satış məqsədi ilə onun tərəfindən bükümlərə bölünməsi məhkəmə istintaqında sübuta yetirilməməklə yanaşı, başqa yanaki sübutlar əldə edilmədən, ibtidai istintaq orqanının sadəcə, həmin narkotik vasitələrinin bir neçə hissəyə bölərək kağız bükümlərdə saxlamasında satış məqsədinin olması qənaətinə gəlməsi səhv mövqedir. İstintaqın gəldiyi bu nəticə işdə toplanan şübhə doğurmayan bütün sübutlarlara öz təsdiqini tapmalı, satış məqsədi ilə bağlı olan bütün hallar ümumi olaraq, nəzərdən keçirilməli, tam, obyektiv və hərtətəfli qiymət verilməli idi. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin saxlamasında satış məqsədinin olması heç bir sübut növü ilə öz təsdiqini tapmır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin ayrı-ayrı hissələrə bölünərək 26 ədəd bükümlərdə qablaşdırıb saxlanılması ibtidai istintaq orqanının sonuncunun həmin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən edən hal kimi qəbul olunmuş, lakin ibtidai istintaqın gedişində əməliyyat tapşırıqları verilməsinə baxmayaraq təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Həmin hallar və işin digər halları bütövlükdə nəzərə alınmadan təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 26 kağız bükümlərdə çəkilərinin ayrı-ayrılıqda 0,91 qram, 0,86 qram, 1,06 qram, 1,11 qram, 1,36 qram, 1,12 qram, 1,06 qram, 1,09 qram, 0,75 qram, 1,01 qram, 0,53 qram, 0,57 qram, 1,02 qram, 0,79 qram, 1,05 qram, 0,99 qram, 1,17 qram, 1,14 qram, 1,21 qram, 0,55 qram, 0,71 qram, 1,14 qram, 0,99 qram, 0,60 qram, 0,59 qram, 2,22 qram olması müəyyən edilmişdir. Göründüyü kimi, sözügedən narkotik vasitə olan qurudulmuş marixuananın müxtəlif çəkilərdə bülkümlərlə olması həmin vasitənin satış üçün hazırlanması ehtimalını istisna edir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsindən müxtəlif nömrələrə zənglər və mesajlar getdiyi, həmin mobil nömrəyə müxtəlif nömrələrdən zənglərin və mesajların gəldiyi, göstərilən müdətlərdə çoxsaylı şəxslərlə telefon danışıqları aparıldığı qeyd edilsə də, həmin danışıq və məsajların mətnlərində narkotik vasitələrin satışını sübut edəcək mahiyyətli məlumatlar öz əksini tapmamışdır. Bundan başqa, iş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Bu hal da onun narkotik vasitə olan marixuananın öz istifadəsi üçün saxlamasını şərtləndirən sübut növü kimi qitmətləndirilməlidir. Məhkəmə, hesab edir ki, başqa mötəbər sübutlarla öz təsdiqini tapmadan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin ayrı-ayrı hissələrə bölünərək 26 ədəd bükümlərdə saxlanılması özü-özlüyündə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Digər tərəfdən Avropa İnsan Hüquqları Məhkəməsi də bir çox qərarlarında “şübhədən kənar sübut” anlayışına diqqət yetirilməsinin zəruriliyi barədə milli məhkəmələrə tövsiyyə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qəsdən qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 25,60 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,91 qram, 0,86 qram, 1,06 qram, 1,11 qram, 1,36 qram, 1,12 qram, 1,06 qram, 1,09 qram, 0,75 qram, 1,01 qram, 0,53 qram, 0,57 qram, 1,02 qram, 0,79 qram, 1,05 qram, 0,99 qram, 1,17 qram, 1,14 qram, 1,21 qram, 0,55 qram, 0,71 qram, 1,14 qram, 0,99 qram, 0,60 qram, 0,59 qram, 2,22 qram olmaqla ayırıb kağız bükümlərdə qablaşdıraraq 01 mart 2024-cü il tarixə kimi üzərində daşımaqla saxlamış, qeyd olunan tarixdə saat 20 radələrində İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılmış və İsmayıllı rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli paltonun sağ yan və sol yan ciblərində saxladığı, 26 (iyirmi altı) ədəd kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri - 0,91 qram, 0,86 qram, 1,06 qram, 1,11 qram, 1,36 qram, 1,12 qram, 1,06 qram, 1,09 qram, 0,75 qram, 1,01 qram, 0,53 qram, 0,57 qram, 1,02 qram, 0,79 qram, 1,05 qram, 0,99 qram, 1,17 qram, 1,14 qram, 1,21 qram, 0,55 qram, 0,71 qram, 1,14 qram, 0,99 qram, 0,60 qram, 0,59 qram, 2,22 qram, ümumi təmiz çəkiləri 25,60 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla digəri isə keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri, tez-tez qıcolma tutmaları, ağırlaşan F72 ağır dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkən ikinci dərəcəli əlil olan iki uşağının olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, 1-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətlərini səciyyələndirən halları, ailə vəziyyətini, cəzalarını yüngülləşdirən halları, cəzanı ağırlaşdırılan halların olmamasını və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Ona görə də məhkəmə işin digər faktilki hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə saat 20:54-dən 01 iyun 2024-cü il tarixə saat 20:54-dədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3(üç) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 6(altı) ay müddət ona təyin ediləcək аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisində ( İsmayıllı rayonunun keçmiş Mican kəndində) yerləşən evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 25,08 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə saat 20:54-dən 01 iyun 2024-cü il tarixə saat 20:54-dədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3(üç) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 6(altı) ay müddət ona təyin edilən 3(üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 2(iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisində ( İsmayıllı rayonunun keçmiş Mican kəndində) yerləşən evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 25,08 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-32/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-32/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver