Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-33/2020 21.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə 21 iyul 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1992-ci ildə İsmayıllı rayonu Basqal qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, İsmayıllı rayonu Basqal qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 04 may 2020-ci il tarixdə saat 05:00 radələrində sərnişin qismində əyləşdiyi Zərərçəkmiş şəxs məxsus olmaqla Şahid2 idarə etdiyi “Opel Astra” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən İsmayıllı şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin arxa oturacağında sellofan torbada, kağız qutunun içərisində “Samsunq A51” markalı, qara rəngli, SM-A515F/DSN modelli, 128 GB daxili yaddaşlı bir ədəd mobil telefonun nəzarətsiz qaldığını görüb özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus həmin “Samsunq A51” markalı telefonu qutusu ilə birlikdə talayaraq Zərərçəkmiş şəxs 650 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 04 may 2020-ci il tarixdə səhər saat 05:00 radələrində uzaq qohumu Şahid1 ilə yaşadıqları Bsaqal qəsəbəsindən İsmayıllı rayonu Tircan kəndi ərazisində yerləşən “Bədo” istirahət mərkəzinə getmək üçün yola çıxmışlar. Bu zaman Bakı istiqamətindən göy rəngli “Opel” markalı avtomobilin gəldiyini görərək əl etmişdir. Avtomobil yolun kənarında dayanmış və ön oturacaqda oturmuş sərnişin onlardan hara getdiklərini soruşmuşdur. O, “Bədo” istirahət mərkəzinə getdiklərini deyərək onları həmin yerə qədər aparmağını xahiş etmişdir. Sərnişin etiraz etməyərək onlara avtomobilə əyləşmələrini bildirmişdir. O sürücü tərəfindəki, Sərraf isə sərnişin tərəfdəki arxa oturacağa əyləşmişlər. Arxa oturacaqda içərisi dolu olan böyük selofan torba, yanında isə sarı rəngli nisbətən balaca selofan torba olduğunu görmüşdür. Sol əli ilə sarı rəngli torbaya toxunduqda içərisində içərisində telefon olan qutu olduğunu hiss etmişdir. O, sürücüyə, sərnişinə və Sərrafa diqqət yetirmiş və onların yola baxdıqlarını görmüşdür. Telefon qutusunu torbadan çıxartmış və qutunu yerə düşməməsi üçün bel nahiyəsinə, şalvarı ilə köynəyinin arasında qoymuşdur. Bir az keçmiş onlar “Bədo” istirahət mərkəzinə çatmış və sürücü avtomobili istirahət mərkəzinin giriş hissəsində saxlamışdır. Onlar avtomobildən düşmüş və avtomobil yoluna davam etmişdir. İstirahət mərkəzinə tərəf gedərkən telefon qutusunu bel nahiyəsindən götürərək sağ əlinə almışdır. Qutunu açmış və içərisində bir ədəd “Samsunq” markalı mobil telefon, qulaqcıq və adapterin olduğunu görmüşdür. Sərraf telefonu haradan əldə etdiyini soruşduqda avtomobildən oğurladığını bildirmişdir. Sərraf mobil telefonu sahibinə qaytarmağını demişdir. İstirahət mərkəzində heç kim olmadığından yaşadıqları qəsəbəyə qayıtmışdır. Həmin gün günorta saatlarında oğurladığı telefonu da götürərək Bakı şəhərinə getmişdir. Bakı şəhərində olarkən həbs olunacağını düşünmüş və növbəti gün, yəni 5 may 2020-ci il tarixdə tanımadığı bir taksi ilə oğurladığı “Samsunq” markalı mobil telefonu atası Rahib Nağıyevə çatdırmış, həmin sürücüdən telefonu atasına verərkən həmin telefonun Polis şöbəsinə verilməli olduğunu deməsini xahiş etmişdir. Əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxslə barışmış və zərərçəkmişin ondan şikayəti və tələbi yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 04 may 2020-ci il tarixdə saat 03:00 radələrində ona məxsus olmaqla tanışı Dilqəmin idarə etdiyi avtomobillə Bakı Bakı şəhərindən İsmayıllı şəhərinə yola düşmüşlər. Saat 05:00 radələrində İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisindən keçərkən yolun kənarı ilə iki nəfərin İsmayıllı şəhəri istiqamətində getdiyini görmüşdür. Həmin şəxslər avtomobilə əl etdiklərindən Dilqəmdən avtomobili saxlamağı xahiş etmişdir. Dilqəm avtomobili saxlamış və o həmin şəxslərdən hara getdiyi soruşmuşdur. Onlar “Bədo” istirahət mərkəzinə getdiklərini bildirmiş və həmin yerə qədər onları aparmağı xahiş etmişdir. O etiraz etməmiş və onlar avtomobilə əyləşmişlər. İstirahət mərkəzinin giriş hissəsində Dilqəm avtomobili saxlamış və həmin şəxslər avtomobildən düşmüşlər. 5-6 dəqiqədən sonra o avtomobilin arxa oturacağında sarı selofan torbanın içərisinə qoyduğu “Samsunq A-51” markalı mobil telefonu götürmək istəyərkən telefonun olduğu qutunun orada olmadığını görmüşdür. O, Dilqəmə avtomobili “Bədo” istirahət mərkəzinə sürməyi bildirmişdir. Onlar istirahət mərkəzinin giriş hissəsinə, daha sonra isə istirahət mərkəzinin içərisinə getmişlər. Orada bir müddət gözlədikdən heç kimin olmadığını görüb İsmayıllı şəhəri istiqamətində yollanmışlar. Yolda olarkən o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Araşdırılma zamanı telefonunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs əməlindən peşman olmuş, ondan üzr istəmiş və onunla barışıq əldə etmişdir. Oğurlanmış telefon bütün aksessuarları ilə birlikdə ona qaytarılmışdır. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Şahid x4 ifadə verərək göstərdi ki, 4 may 2020-ci il tarixdə günorta saatlarında oğlu Təqsirləndirilən şəxs evə gələrək Bakı şəhərində bir iş tapdığını demiş və ora gedəcəyini bildirmişdir. Bir saat sonra oğlu Hacı evdən çıxaraq Bakı şəhərinə getmişdir. 05 may 2020ci il tarixdə günorta saatlarında yaşadığı evə tanımadığı bir nəfər gələrək ona içərisində mobil telefon olan bir qutu vermiş və həmin qutunu oğlu Hacı tərəfindən göndərildiyi və İsmayıllı rayon Polis şöbəsinə verməli olduğunu demişdir. Nə baş verdiyini anlaya bilməmiş və təxminən bir saatdan sonra İsmayıllı rayon Basqal qəsəbəsi üzrə sahə müvəkkili Baba Həsənova zəng edərək mobil telefonu təqdim etmək istədiyini bildirmişdir. Telefon danışığı zaman Baba Həsənov 4 may 2020-ci il tarixdə oğlu Hacının uzaq qohumu Sərraf ilə bir avtomobilə əyləşdiklərini və həmin avtomobildən bir ədəd mobil telefon oğurlandığını ona demişdir. Ona həmin mobil telefonun oğlu Hacı tərəfindən avtomobildən oğurlandığı məlum olmuşdur. Şahid2 ifadə verərək göstərdi ki, 04 may 2020-ci il tarixdə gecə saat 03:00 radələrində idarə etdiyi tanışı Zərərçəkmiş şəxs məxsus avtomobillə Elşənlə birlikdə Bakı şəhərindən İsmayıllı şəhərinə yola düşmüşlər. Saat 05:00 radələrində İsmayıllı rayonu Basqal qəsəbəsinin ərazisindən keçən zaman iki nəfər şəxsin yolun kənarı ilə qəsəbədən İsmayıllı şəhəri istiqamətində getdiyini və həmin şəxslərin avtomobilə əl etdiyini görmüşdür. Elşən avtomobili saxlamağı xahiş etmiş və avtomobilin pəncərəsindən həmin şəxslərdən hara getdiklərini soruşmuşdur. Onlar “Bədo” istirahət mərkəzinə getdiklərini bildirərək onları həmin yerə qədər aparmağı xahiş etmişlər. Elşən onların avtomobilə əyləşmələrinə icazə vermişdir. Təxminən beş dəqiqə sonra istirahət mərkəzinin giriş hissəsində avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər. Onlar yoluna davam etmiş və bir müddətdən sonra Elşən avtomobilin arxa oturacağında sarı selofan torbanın içərisinə qoyduğu “Samsunq A-51” markalı mobil telefonun qutusu ilə birlikdə orada olmadığını görmuşdür. Elşən ona avtomobili “Bədo” istirahət mərkəzinə tərəf sürməyi xahiş etmiş və avtomobilə əyləşən şəxslərdən şübhələndikləri üçün istirahət mərkəzinin giriş hissəsinə, daha sonra isə istirahət mərkəzinin içərisinə getmişlər. Orada xeyli gözlədikdən heç kimin olmadığını görüb İsmayıllı şəhəri istiqamətində qayıtmışlar. Yolda Elşən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək oğurluqla əlaqədar məlumat vermişdir. Şahid1 ifadə verərək göstərdi ki, 04 may 2020-ci il tarixdə saat 05:00 radələrində uzaq qohumu Təqsirləndirilən şəxs ilə söhbət edərkən “Bədo” istirahət mərkəzinə gedərək orada çay içməyi qərara almışlar. Bu məqsədlə onlar yaşadıqları İsmayıllı rayonu Basqal qəsəbəsindən yola çıxmışlar. Bu zaman Bakı şəhəri istiqamətindən bir avtomobilin gəldiyini görmüşlər və onlar avtomobilə əl etmişlər. Avtomobil yolun kənarında dayanmış və bu zaman avtomobildə sürücüdən başqa bir nəfər sərnişinin də olduğunu görmüşlər. Sərnişin onlardan hara getdiklərini soruşmuş və Hacı həmin şəxsə “Bədo” istirahət mərkəzinə tərəf getdiklərini deyərək onları həmin yerə qədər aparmağı xahiş etmişdir. Həmin şəxs onlara avtomobilə oturmalarını demişdir. Hacı sürücü tərəfdən, o isə sərnişinin arxa hissəsindəki oturacağa əyləşmişlər. Onlar “Bədo” istirahət mərkəzinə çatmış və avtomobildən düşərək istirahət mərkəzi istiqamətində getmişlər. Yolda Hacı bel nahiyəsindən bir ədəd telefon qutusunu çıxardararaq həmin qutunu açmış və orada bir ədəd “Samsunq” markalı mobil telefon, qulaqcıq və adapterin olduğunu görmüşlər. O, telefonu haradan əldə etdiyini soruşduqda Hacı həmin mobil telefonu istirahət mərkəzinə gəldikləri avtomobildən oğurladığını bildirmişdir. Hacıya təkidlə mobil telefonu sahibinə qaytarmağı demişdir. Hacı onunla razılaşaraq telefonu sahibinə qaytaracağını bildirmişdir. İstirahət mərkəzində heç kim olmadığından yaşadıqları qəsəbəyə qayıtmışlar. Məhkəmə - əmtəəşünaslıq ekspertizasının 15 may 2020-ci il tarixli 9/1213 nömrəli rəyindən müəyyən olunur ki, ekspert tədqiqatına təqdim edilmiş qablaşdırılmış vəziyyətdə, aksesuarları ilə birlikdə olan qara rəngli, “Samsunq A-51” markalı, SM-A515F/DSN modelli, 128 GB daxili yaddaşlı mobil telefonun 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 650 (altı yüz əlli) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Təkrar keçirilmiş Məhkəmə - əmtəəşünaslıq ekspertizasının 18 iyun 2020-ci il tarixli 9/1927 nömrəli rəyindən müəyyən olunur ki, ekspert tədqiqatına təqdim edilmiş qablaşdırılmış vəziyyətdə, aksesuarları ilə birlikdə olan qara rəngli, “Samsunq A-51” markalı, SM-A515F/DSN modelli, 128 GB daxili yaddaşlı mobil telefonun 2020-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 650 (altı yüz əlli) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Arayışlardan və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Basqal qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, atası x4, anası x3, qardaşları Eşqin və Aydından ibarətdir. Yaşadığı müddət ərzində nümayəndəliyə barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan RespublikasıDİN-nin Baş Əməliyyat və x1 alınmış 09 iyun 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki,Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İsmayıllı rayon x2 hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli 461 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs şöbənin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqin 06 iyun 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 12 iyun 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 12 iyun 2020-ci il tarixdə saat 13:30-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin 13 iyun 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 18:30-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən dərhal azad edilmişdir. Müstəntiqin18 iyun 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 307.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən halları və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan az ciddi cəza növü hesab olunan islah işləri cəzası təyin edilməli, cəzanın müddəti aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müəyyən edilməlidir. Təqsirləndirilən şəxs 12 iyun 2020-ci il tarixdən 13 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin islah işləri cəzasının dörd gününə hesablanmaqla 08 (səkkiz) gün müddət ona təyin edilən 01 (bir) il müddətə islah işləri cəzasından çıxılaraq üzərində qəti olaraq aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 11(on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını iş yerində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 15 (on beş) faiz tutulmanın başlandığı gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut – aksesuarları ilə birlikdə saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş “Samsunq A-51” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci olan 100 ( bir yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 iyun 2020-ci il tarixdən 13 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin islah işləri cəzasının dörd gününə hesablanmaqla 08 (səkkiz) gün müddət ona təyin edilən 01 (bir) il müddətə islah işləri cəzasından çıxılaraq üzərində qəti olaraq aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 11(on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 15 (on beş) faiz tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – aksesuarları ilə birlikdə saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş “Samsunq A-51” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 100 ( bir yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-33/2020
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-33/2020
21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver