Məhkəmə qərarları › İş №1(037)-33/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-33/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-33/2022 27.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə 27 oktyabr 2022-ci il tarixdə saat 16:00-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1991-ci ildə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, evli, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1 xx xxxxxx 1993-cü ildə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, evli, himayəsində bir azyaşlı uşağı olan, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən, həmin kəndin sakini X1 məxsus həyətdə keçirilən toy şənliyi zamanı, həmkəndçisi Zərərçəkmiş şəxs2 toy şənliyinə daxil olarkən onun əmisi X7 çiyin atması, atası Şahid1 buna irad tutulduqda isə “toy bizimdir özüm bilərəm” deməsi səbəbindən yaranmış narazılığa aydınlıq gətirərkən Zərərçəkmiş şəxs2la aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, Zərərçəkmiş şəxs2 toy şənliyi zamanı əmisi Kərim Usubova çiyin atmasını, mübahisə etməsini və sərxoş vəziyyətdə olduğu üçün bunu bəhanə edib küçəyə çıxaraq heç bir əsaslı səbəb olmadan ictimai yer hesab olunan həyətin önündə yerləşən küçədə ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyərək sonuncuya nalayiq söyüşlər söyməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslərin normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək təxminən 5-10 dəqiqə ərzində münaqişə yaratmaqla Zərərçəkmiş şəxs2la yaxalaşıb dalaşmış, dava zamanı o, Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 zor tətbiq etməküçün sonuncunu tutub saxlamış və Təqsirləndirilən şəxs2 yumruqla bir dəfə qəsdən zərbə ilə vurmaqla sonuncuya burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət edilən burunun və sağ gicgah nahiyəsinin qançırlarından ibarət həyatı üçün təhlükəli olmayan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulması ilə nəticələnən xəsarət yetirməklə qəsdən zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, qohumu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək təkrarən xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən, həmin kəndin sakini X1 məxsus həyətdə keçirilən toy şənliyi zamanı, həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə mübahisə edib dalaşdıqdan sonra, mübahisənin davamı olaraq həmin tarixdə, saat 16 radələrində İsmayıllı-Qaraməryəm avtomobil yolunun İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisindən keçən hissəsində, kəndin poçt xidməti yaxınlığında yol kənarında, yenidən toy şənliyi zamanı, həmkəndçiləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 atası Şahid1la mübahisə etmələrinə aydınlıq gətirərkən aralarında mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs1 toy şənliyi zamanı atası ilə dalaşmasını və sərxoş vəziyyətdə olduğu üçün bunu bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai yer hesab olunan yol kənarında, ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyərək sonuncuya nalayiq söyüşlər söyməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslərin normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək təxminən 5-10 dəqiqə ərzində münaqişə yaratmaqla Zərərçəkmiş şəxs1la yaxalaşmaqla dalaşmış, dava zamanı o, sonuncunun baş nahiyyəsinə bir neçə dəfə yumruqla, bir qrup şəxs halında hərəkət etdiyi Təqsirləndirilən şəxs2 isə sağ və sol tərəf qabırğa, ayaq nahiyələrinə təpiklə 4-5 dəfə qəsdən zərbələr vurmaqla Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət edilən alının, sağ gözaltı nahiyənin, çənə nahiyəsinin qançırları, sağ gicgahın, hər iki gözaltı nahiyənin, çənə nahiyəsinin sıyrıqlarından ibarət həyatı üçün təhlükəli olmayan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurulması ilə nəticələnən xəsarət yetirməklə qəsdən zor tətbiq edilməsi ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən, həmin kəndin sakini X1 məxsus həyətdə keçirilən toy şənliyi zamanı, həmkəndlisi Zərərçəkmiş şəxs2 toy şənliyinə daxil olarkən əmisi X7 çiyin atması, digər əmisi Şahid1 buna irad tutulduqda isə “toy bizimdir özüm bilərəm” deməklə mübahisə etməsi səbəbindən yaranmış narazılığa aydınlıq gətirərkən Zərərçəkmiş şəxs2la aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, Zərərçəkmiş şəxs2 toy şənliyi zamanı əmisi Kərim Usubova çiyin atmasını, mübahisə etməsini və sərxoş vəziyyətdə olduğu üçün bunu bəhanə edib küçəyə çıxmaqla, heç bir əsaslı səbəb olmadan ictimai yer hesab olunan həyətin önündə yerləşən küçədə ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyərək sonuncuya nalayiq söyüşlər söyməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslərin normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək təxminən 5-10 dəqiqə ərzində münaqişə yaratmaqla Zərərçəkmiş şəxs2la yaxalaşmaqla dalaşmış, bir qrup şəxs halında hərəkət etdiyi Təqsirləndirilən şəxs1 dalaşma zamanı Zərərçəkmiş şəxs2 zor tətbiq etmək məqsədi ilə tutub saxlamış və o, yumruqla bir dəfə qəsdən zərbə ilə vurmaqla Zərərçəkmiş şəxs2 burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət edilən burunun və sağ gicgah nahiyəsinin qançırlarından ibarət həyatı üçün təhlükəli olmayan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulması ilə nəticələnən xəsarət yetirməklə qəsdən zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, qohumu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək təkrarən xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən, həmin kəndin sakini X1 məxsus həyətdə keçirilən toy şənliyi zamanı, həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə mübahisə edib dalaşdıqdan sonra, mübahisənin davamı olaraq həmin tarixdə, saat 16 radələrində İsmayıllı-Qaraməryəm avtomobil yolunun İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisindən keçən hissəsində, kəndin poçt xidməti yaxınlığında yol kənarında, toy şənliyi zamanı, həmkəndliləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əmisi Şahid1la mübahisə etmələrinə aydınlıq gətirərkən aralarında yenidən mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs1 toy şənliyi zamanı əmisi Şahid1la dalaşmasını və sərxoş vəziyyətdə olduğu üçün bunu bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai yer hesab olunan yol kənarında, ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyərək sonuncuya nalayiq söyüşlər söyməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslərin normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək təxminən 5-10 dəqiqə ərzində münaqişə yaratmaqla Zərərçəkmiş şəxs1la yaxalaşmaqla dalaşmış, bir qrup şəxs halında hərəkət etdiyi Təqsirləndirilən şəxs1 dalaşma zamanı Zərərçəkmiş şəxs1 baş nahiyəsinə bir neçə dəfə yumruqla, o, isə Zərərçəkmiş şəxs1 sağ və sol tərəf qabırğa, ayaq nahiyələrinə təpiklə 4-5 dəfə qəsdən zərbələr vurmaqla sonuncuya qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət edilən alının, sağ gözaltı nahiyənin, çənə nahiyəsinin qançırı, sağ gicgahın, hər iki gözaltı nahiyənin, çənə nahiyəsinin sıyrıqlarından ibarət həyatı üçün təhlükəli olmayan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurulması ilə nəticələnən xəsarət yetirməklə qəsdən zor tətbiq edilməsi ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Kürdmaşı kəndində yaşayır, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun həmkəndçiləridir, onlarla əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2021-ci il tarixdə təxminən saat 15 radələrində həmkəndlisi Adil Heydərovun keçirdiyi toy mərasimi ilə bağlı İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində qurulan toyxanada olduğu zaman Zərərçəkmiş şəxs2 toyxanada əmisi X12 ilə mübahisə etmiş, sonra onlar toyxanadan çölə çıxaraq mübahisələrini davam etdirmiş, Kərim Elvinə “ayağının altına bax” bildirdiyində Elvin ona “toy bizimdi özüm bilərəm” deyə cavab vermişdir. Bu zaman oraya yaxınlaşan Usubov X13 “toydu, içkilisiz, dava eləmək yaraşmaz” deyə bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 atası Raufun üzərinə gedərək ona sillə zərbələri ilə vurmağa başlamış, bu zaman o da araya girib Elvini tutub kənara çəkmiş, Rüfət isə yaxınlaşaraq Elvinə əl-qol atmış və mübahisə başlamış, araya girən kənd sakinləri onları sakitləşdirdikdən sonra hamı dağılışmışdır. Sonra o, çıxıb evinə getmişdir. Həmin günü təxminən saat 16:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun kənarı ilə evdən toyxanaya geri qayıdarkən, kəndin yolunda durmuş Zərərçəkmiş şəxs1 ona baxabaxa onun nəslinin arxasınca nalayiq ifadələr işlətmiş və ona “Mirzəlilər əmim oğluna nəşə çəkdiriblər” deyə bildirmişdir. Bundan sonra Tərlan onun üzərinə gəlmiş və onun gödəkçəsindən tutaraq onu dartışdırmağa başlamışdır. Mübahisə etdikləri vaxt hər ikisi sərxoş halda olmuş və mübahisədən əvvəl toyda bir yerdə əyləşərək spirtli içki qəbul etmişlər. Dalaşma zamanı onlar əlbəyaxa olmuş, Tərlan özü də ona yumruq-təpik zərbələri vurmuş, o da Tərlana yumruq-təpik zərbələri endirmişdir, lakin o, içkinin təsirində olduğundan Tərlanın hansı nahiyyəsindən və neçə dəfə yumruq və ya təpik zərbələri endirdiyini xatırlamır. Həmin vaxtı həmkəndçisi Şahid2 yaxınlaşaraq onları aralaşdırmış, daha sonra Tərlan çıxıb evinə gedərkən onun ünvanına söyüş söymüşdür, bu zaman o, yenidən onun arxasınca gedib Tərlanla mübahisə edərək dalaşmış, onları oraya gələn həmin camaat ayırmışdır. Həmin haxtı isə yaxınlıqda həmkəndçisi Şahid3 görmüş, həmçinin ətrafda dəqiq xatırlamadığı bir neçə kənd camaatı da olmuşdur. Bundan sonra o, çıxıb evinə getmişdir.Törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə bir neçə dəfə barışmağa cəhd etdiyini nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Kürdmaşı kəndində yaşayır, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun həmkəndçiləridir, onlarla əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində həmkəndlisi Adil Heydərovun keçirdiyi toy mərasimi ilə bağlı İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində qurulan toyxanada olduğu zaman Zərərçəkmiş şəxs2 toyxanaya girərkən çiyni ilə əmisi X7 dəymişdir. Kərim Elvinə “ayağının altına bax” bildirdiyində Elvin ona “toy bizimdi özüm bilərəm” deyə cavab vermişdir. Bu zaman oraya yaxınlaşan əmisi Usubov X13 “toydu, içkilisiz, dava eləmək yaraşmaz” deyə bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların Mingəçevir şəhərində yaşayan adını xatırlamadığı qohumu əmisi Raufun üzərinə gedərək mübahisə etmişdir, mübahisə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Raufa sillə və təpik zərbələri ilə vurmağa başlamışdılar. Bu zaman həmkəndliləri Şayiq Abbasov, Şahid7 və kənd camaatı onları ayırmışdırlar. Orada olan kənd sakinləri mübahisəni sakitləşdirdikdən sonra o da öz evinə getmişdir. Evə gedərkən Şayiq onu Göyçay rayonu Qaraməryəm kəndinə aparmağını istəmişdir və onu Qaraməryəm kəndinə aparmışdır. Qayıtdıqdan sonra isə əmisi oğlu Raqubla Zərərçəkmiş şəxs1 dalaşdığını eşitmişdir, onların yanına gəldiyi zaman isə artıq dalaşma qurtarmışdır. O, heç kimi vurmamış, heç kimlə dalaşmamışdır. Bildirmək istəyir ki, hadisə olan yerdə kənd sakini Şahid8 məxsus mağazada kamera görüntüləri var və oraya baxış keçirilərsə onun hadisə yerdə olmadığı müəyyən ediləcəkdir. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Kürdmaşı kəndində yaşayır, fərdi əməklə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində yaşadığı kənd ərazisində, həmkəndlisi Adil Heydərovun keçirdiyi toy mərasiminə getmişdir, toyxanaya girərkən həmkəndlisi X12 ona “bu nə yerişdi yeriyirsən” deyə bildirmişdir. O, sonuncuya “əcəb edirəm” cavabını verərək toyxanaya daxil olmuş, təxminən 15 dəqiqə sonra toyxanadan kənara çıxaraq Kərimin qardaşı Şahid10 yaxınlaşmış və ona “qardaşın mənə ilişir” deyə bildirmişdir. Elçin isə ona “özü üçün danışır, fikir vermə” deyə cavabını vermişdir. O, Şahid10 “Kərim mənə qudurmusan deyir, əslində özü qudurub” deyə bildirdikdə aralarında mübahisə başlamışdır. Bu zaman onlara yaxınlaşan əmisi oğlu Zərərçəkmiş şəxs1 onlara “nəşəni çəkib nə tökülmüsüz əmim oğlunun üstünə” deyə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, X12, Şahid10, Şahid1 onun üzərinə gəlmişdir. Rüfət və Raqub ondan yapışaraq tutub saxlamış, bu zaman Rüfət qəfildən arxadan sifətinə yumruq zərbələri endirmişdir. Yumruq zərbələrindən sonra o, özünü itirmiş və toyda olan kənd camaatı həyətin giriş qapısına gələrək onları ayırmışdır. Həmin vaxtı atası Sadıq Sadıqov da oraya gələrək onu evə aparmışdır, həmin vaxtı onun burun nahiyyəsi və sifəti qan içində, həmçinin əynində olan qara rəngli düyməli köynəyi də cırılmış vəziyyətdə olmuşdur. Həmin vaxtı o, evdə əlüzünü yuyub təmizləndikdən sonra təkrarən toya qayıdaraq iştirak etmişdir. Daha sonra eşitmişdir ki, əmisi oğlu Zərərçəkmiş şəxs1 həmin gün saat 16:00 radələrində evlərinə gedərkən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid5 onu yolda saxlayaraq döymüşdür. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir, onunla barışıq əldə edilməmişdir. Ona görə də təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Kürdmaşı kəndində yaşayır, “BUTA AQRO”-da fəhlə işləyərək ailəsinin dolanışığını təmin edir. xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində yaşadığı kənd ərazisində həmkəndlisi Adil Heydərovun keçirdiyi toy mərasimindən çıxdıqdan sonra, küçədə həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid10, X12, Şahid5 və Şahid1 əmisi oğlu Zərərçəkmiş şəxs2la mübahisə etdiklərini, toyda olan həmkəndlilərinin onları ayırdıqlarını görmüşdür. O, Şahid1 yaxınlaşaraq “nəşələnib nə düşmüsüz əmim oğlunun üstünə?” deyə bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid1 və digərləri onun üstünə gəldiklərində orada olan kənd sakinləri araya girərək sonuncuları ondan aralamışdırlar. Hadisə zamanı orada sıxlıq olduğundan o, əmisi oğlu Zərərçəkmiş şəxs2 kimin tərəfindən vurulmasını görməsə də, hadisə yekunlaşdıqda onun burnunun qanadığını görmüşdür. Həmin vaxtı isə onu kimsə vurmamış və kimsə xəsarət yetirməmişdir. Hadisə yekunlaşmaq üzrə olarkən əmisi X10 oraya gələrək onları öz həyətlərinə aparmışdır. O, saat 16:00 radələrində oradan çıxıb evə gedərkən yaşadığı küçəyə çatmağa az qalmış qəfildən arxadan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaraq ona çatmışdırlar. Raqub onun boynundan tutduqda Rüfət ayaq nahiyəsinə təpiklə vuraraq ayaqlarını yerdən üzmüş və həmin vaxtı o, yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra Raqub sinəsinin üstündə oturaraq baş nahiyəsinə yumruq zərbələri endirmişdir. Raqub ona yumruq zərbələri endirdiyi vaxt Təqsirləndirilən şəxs2 və sonradan oraya gələn Şahid5 onun bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri endirmişdirlər. Dava-dalaşı görən kənd sakinləri və yoldan keçənlər onlara yaxınlaşaraq sonuncuları ondan ayırmışdırlar. O, oradan durub öz evinə tərəf qaçmış və yaşadığı evin yaxınlığında Rüfət, Raqub və Qoşqar arxası ilə gələrək onu orada döymüşdür. Orada Qoşqar onun kürək nahiyəsinə təpik zərbəsi endirmişdir. Rüfət və Raqub isə bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri endirmişdir. Həmin vaxt Paşa Usubov da orada olsa da, sonuncu, onu vurmamış və mübahisəni də sakitləşdirməmişdir, sadəcə durub tamaşa etmişdir. Həmin vaxtı Şahid1 qaçaraq onlara yaxınlaşaraq Raqub, Rüfət və Qoşqara “bu nə hərəkətdir edirsiz, qaçın gedin evinizə” deyə bildirərək sonuncuları ondan aralaşdıraraq aparmışdır. Həmin vaxt o. döyülməyinin təsirindən özündə olmadığından hadisəni kimlərin sakitləşdirdiyini sonradan bilmişdir. Lakin hadisə sakitləşdikdən sonra anası X8 onu oradan evə aparmışdır. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir, onunla barışıq əldə edilməmişdir. Ona görə də təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş edir. Şahid qismində dindirilmiş X10 və Şahid11 ifadə verərək Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid qismində dindirilmiş X11 ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 15 radələrində həmkəndlisi Adil Heydərovun keçirdiyi toy mərasimi ilə bağlı İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində qurulan toyxanada olduğu zaman həmkəndliləri Zərərçəkmiş şəxs2 toyxanada digər həmkəndlisi X12 ilə mübahisə etmiş, onlar toyxanadan çölə çıxaraq mübahisələrini davam etdirmişdirlər. Bu zaman oraya yaxınlaşan Usubov X13 “toydu, içkilisiz, dava eləmək yaraşmaz” deyə bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Raufun üzərinə gedərək ona sillə zərbələri ilə vurmağa başlamışdırlar. Bu zaman Raufun oğlu Raqub araya girib Elvini tutub kənara çəkmiş, Rüfət isə yaxınlaşaraq Elvinə əl-qol atmış və mübahisə başlamışdır. Bu zaman onlar araya girərək dalaşanları sakitləşdirmiş və hamı dağılışmışdır. Sonra o, çıxıb evinə getmişdir. Həmin günü təxminən saat 16:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun kənarında olarkən Tərlanla Raqubun yenidən dalaşdıqlarını görmüş və o tez yaxınlaşaraq onları aralaşdırmışdır. Tərlan çıxıb evinə gedərkən Raqubun ünvanına söyüş söydüyündən Raqub yenidən onun arxasıyca gedib Tərlanla mübahisə edərək dalaşmış, həmin vaxtı yaxınlıqda olan həmkəndçisi Şahid3 və digərləri onları ayırmışlar. Şahid qismində dindirilmiş Şahid3 ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Kürdmaşı kəndində yaşayır, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun həmkəndçiləridir, onlarla aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində həmkəndlisi Adil Heydərovun həyətində keçirdiyi toy mərasimi ilə bağlı toyxananın yaxınlığında küçədə dayanmışdır. Bu zaman Zərərçəkmiş şəxs2 və onun Mingəçevir şəhərində yaşayan adını bilmədiyi bibisi oğlu yanına gəlmiş və Elvin onun sinəsindən itələyərək onunla mübahisə etməyə başlamışdır. Bu zaman Elvinin atası Sadıq oraya gəlmiş və Elvini sakitləşdirməyə başlamışdır. O, Sadıqa “bunları burdan apar, dava düşməsin” deyə bildirmişdir. Sadıq ona “dava salıb neyniyəcəksiz?” deyərək sinəsindən itələmişdir. Belə olduqda o da Sadıqı itələmişdir. Tərlan, Elvin, Coşqun və Elvinin adını bilmədiyi bibisi oğlu dərhal onun üzərinə gəlmişdir. Mübahisə zamanı Tərlan, Elvin, Coşqun və Elvinin bibisi oğlu onun baş, bədən və ayaq nahiyələrinə sillə və yumruq zərbələri endirmişdir. Bu zaman həmkəndliləri Şayiq Abbasov, Rövşən və digərləri onları aralamışdır. Həmin zaman dava-dalaş saldığı üçün Sadıq öz oğlu Elvinin sifətinə sillə vurmuşdur. Sonra onlar oradan uzaqlaşmışdır. Daha sonra öyrənmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 kənd ərazisində dalaşmışdır. O, dava-dalaşın səbəbini maraqlandığında ona Tərlanın Raqubu nalayiq ifadələrlə təhqir etdiyini bu səbəbdən Raqubun onunla dalaşdığını demişdirlər. Bundan sonra o, qapısının qarşısında dayandığı zaman Tərlangilin onlarla dava-dalaş etmək məqsədilə yolun kənarına toplaşdıqlarını, Mahir Sadıqovun dava-dalaş yaranmasının qarşısını almaq üçün Tərlanı ağacla, Elvini isə sillə ilə vurduğunu görmüşdür. Daha sonra hadisə yekunlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10, Şahid6, X9, Şahid7 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid5 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Kürdmaşı kəndində yaşayır, fərdi əməklə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun həmkəndçiləridir, onlarla əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə o. həmkəndlisi Adil Heydərovun həyətində keçirdiyi toy şənliyində olmuşdur və həmin şənlikdə yemək daşımaq və təmizlik kimi xidmət göstərmişdir, həmin günü toy şənliyi saat 13 radələrində başlayaraq və təxminən saat 20 radələrində bitmişdir, o isə həmin günü səhər saat 06 radələrindən toy şənliyinin keçirilməsi ilə bağlı Adilin həyətində olaraq, yemək hazırlamaq, masaları yerləşdirmək və təmizlik etmək və.s. işləri görərək saat 17 radələrinədək orada olmuşdur. Həmin günü təxminən saat 15:00 radələrində o, təmizlik işləri görərkən həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə əmisi X12 arasında mübahisə olmuş, onlar toy mağarından kənarda, yəni küçəyə çıxaraq mübahisə etmişlər, mübahisə zaman Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onların Mingəçevir şəhərində yaşayan adını xatırlamadığı qohumu atası Raufun üzərinə gedərək mübahisə etmişlər, həmin vaxtı o, içəridə təmizlik işləri gördüyü üçün onların mübahisə etmələrini, mübahisələrinin nədən və nə səbəbə görə yarandığını görməmişdir. O, bunu eşitdikdən sonra toy mağarından küçəyə çıxarkən artıq sakitlik olduğunu, lakin orada atası Raufu, qardaşı Raqubu, həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Elvinin Mingəçevirdən olan qohumunu, Şayiq Abbasovu, Rövşəni, əmisi Şahid10 və adlarını xatırlamadığı kənd sakinlərinin olmasını görmüşdür, onlar da artıq dağılışmışdırlar. Hətta həmin vaxtı Zərərçəkmiş şəxs2 atası Sadıq Sadıqov da gələrək Elvinə bir sillə vuraraq onu evinə aparmışdır. Həmin vaxtı o da toy mağarına qayıdaraq işinə davam etmiş və həmin günü axşam saat 17 radələrinə kimi orada olmuşdur. Evə qayıtdığı zaman isə qardaşı Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 yaşadığı kənddə küçə kənarında dalaşdıqlarını eşitmişdir. O, həmin hadisə zamanı da orada olmamış, hadisənin necə, hansı şəraitdə və nə səbəbə görə baş verməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Kürdmaşı kəndində yaşayır, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, yəni ərzaq dükanı işlətməklə ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid1 və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 onun həmkəndçiləridir, onlarla münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 13 radələrində həmkəndlisi X5 rayonu Kürdmaşı kəndi ərazisində, yaşadığı ünvanda həyətində keçirdiyi toy şənliyinə gedərək iştirak etmiş, təxminən saat 14 radələrində işlədiyi mağazaya qayıtmışdır. Toy şənliyində qısa bir müddətdə iştirak etdiyi üçün hər hansı bir mübahisə və ya dalaşma görməmişdir. Həmin günü təxminən saat 16 radələrində yol kənarında mübahisə səsləri eşitmiş, küçəyə çıxıb baxarkən isə Zərərçəkmiş şəxs1 evi istiqamətində nalayiq söyüşlər söyərək getdiyini və arxasıyca isə Təqsirləndirilən şəxs1 getdiyini, kəndin ara küçəsində isə Tərlan ilə Raqubun mübahisə edərək dalaşdıqlarını görərək ayırmaqdan ötrü onlara yaxınlaşmış, həmin vaxtı ətrafda olan həmkəndçiləri Rahib Aslanov, Şahid2, və Şahin Sadıqov da yaxınlaşaraq birlikdə Tərlan ilə Raqubu ayıraraq sakitləşdirmişdir, bundan sonra o. mağazaya qayıdaraq işinə davam etmiş və sonra nə baş verməsindən xəbəri olmamışdır. Cinayət işinin 36-41-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, İsmayıllı RPŞ-nin təhqiqatçısı Qoşqar Aslanlı hal şahidlərinin iştirakı ilə hadisə yerin baxış keçirmişdir. Baxış keçirilən yerlər İsmayıllı rayonu Kürdmaşı kəndinin inzibati ərazisə daxildir. Zərərçəkmiş şəxs2 Və Şahid1 döyülmələrini qeyd etdiyi yer İsmayıllı rayonu Kürdmaşı ərazidsində olan kəndaxili daştorpaq yolun kənar hissəsidir. Yer fərdi yaşayış evlərinin yaxınlığında, Şəki-Qaraməryəm- İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri istiqamətində sağ tərəfində, yoldan təxminən 150 metr məsafədədir. Zərərçəkmiş şəxs1 birinci dəfə döyülməsini qeyd etdiyi yer Şəki_qaraməryəm-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri istiqamətində sağ kənarında, yolun ehtiyat hissəsində yerləşir. Ərazidə vətəndaşların və avtomobillərin intensiv hərəkəti müşahidə olunur və yaxınlıqda fərdi yaşayış evlərinin, mağazanın olması müşahidə olunur. Zərərçəkmiş şəxs1 ikinci dəfə, təkrar döyülməsini qeyd etdiyi yer Şəki- Qaraməryəm-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri istiqamətində sağ kənarında, kəndin daxilinə aparan yolun başlanğıcında yerləşir və yer Zərərçəkmiş şəxs1 birinci dəfə döyülməsini qeyd etdiyi yerdən Qaraməryəm istiqaməti üzrə təxminən 40-50 metr, Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evindən təxminən 30 metr məsafədədir. Cinayət işinin(İİ cild) 18-23-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, 09 aprel 2022-ci il tarixdə hadisə yerinə əlavə baxış keçirilmiş, baxış zamanı dalaşma hadisəsinin İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşməsi, hadisə yerinin yanında Qaraməryəm-İsmayıllı avtomobil yolunun keçməsi, hadisə yerinin elə həmin yolun İsmayıllı şəhəri istiqamətində sağ tərəf kənarında yerləşməsi, ətrafda yaşayış sahələrinin və yolun digər tərəfində adı olmayan köhnə tipli ərzad dükanının yerləşməsi müşahisə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 toy şənliyinin başverdiyi yeri göstərərək ilkin olaraq hadisənin həmin yerdəın yarandığını, onun döyüldüyü hadisə hadisə yerinin isə həmin yol kənarında olmasını, daha sonra evinə çıxıb getdiyi zaman evinin yxınlığında da ikinci dəfə onunla dalaşdıqlarını bildirməklə hadisə yerlərini göstərmişdir. Zərərçəkmiş şəxs1 döyüldüyü ikici hadisə yerinin isə yaşadığı fərdi yaşayış evindən isə təxminən 30 metr məsafədədir. Ərazidə vətəndaşların və avtomobillərin intensiv hərəkəti müşahidə olunur və yaxınlıqda fərdi yaşayış evlərinin olması müşahidə olunur. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya vasitə aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. Cinayət işinin(İİ cild) 24-29-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, 15 aprel 2022-ci il tarixdə hadisə yerinə əlavə baxış keçirilmiş, baxış zamanı hadisəsinin İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən, kənddaxili daş-torpaq yolun kənar hissəsində başverdiyi müəyyən edildi. Zərərçəkmiş şəxs2 döyüldüyünü qeyd etdiyi yer İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində, kənddaxili daş-torpaq yolun kənar hissəsidir, ətrafda fərdi yaşayış evləri yerləşımiş, həmin yerdən Şəki-Qaraməryəm-İsmayıllı avtomobil yoluna çıxış vardır, hadisə yeridə həmin yoldan istiqamətində olmaqla sağ tərəfində, yoldan təxminən 50-60 metr məsafədədir. Ərazidə vətəndaşların və avtomobillərin intensiv hərəkəti müşahidə olunan yerdir, hadisə yeri yaxınlıqda isə fərdi yaşayış evlərinin olması müşahidə olunur. Baxışda iştirakl edən Zərərçəkmiş şəxs2 döyüldüyü hadisə yerini göstərərək bildirdi ki, həmin yerdə Təqsirləndirilən şəxs1 onu tutmasını və Rüsət Mirzəyevin isə ona xəsarət yetirməsini bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya vasitə aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. 11 oktyabr 2022-ci il tarixdə tərəflərin iştirakı ilə məhkəmə tərəfindən hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, baxış keçirilən yer İsmayıllı rayonu Kürdmaşı kəndinin ərazisində yerləşməklə kənddaxili daş-torpaq yolun kənar hissəsidir. Yer fərdi yaşayış evlərinin yaxınlığında, Şəki-Qaraməryəm-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri istiqamətində sağ tərəfində, yoldan təxminən 150 metr məsafədədir. Zərərçəkmiş şəxs1 birinci dəfə döyülməsini qeyd etdiyi yer Şəki-qaraməryəm-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri istiqamətində sağ kənarında, yolun ehtiyat hissəsində yerləşir. Zərərçəkmiş şəxs1 ikinci dəfə, təkrar döyülməsini qeyd etdiyi yer Şəki-Qaraməryəm- İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri istiqamətində sağ kənarında, kəndin daxilinə aparan yolun başlanğıcında yerləşir. Zərərçəkmiş şəxs2 döyüldüyünü qeyd etdiyi yer də İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində, kənddaxili daş-torpaq yolun kənar hissəsidir, ətrafda fərdi yaşayış evləri yerləşımiş, həmin yerdən Şəki-Qaraməryəm-İsmayıllı avtomobil yoluna çıxış vardır, hadisə yeridə həmin yoldan istiqamətində olmaqla sağ tərəfində, yoldan təxminən 50-60 metr məsafədədir. Eyni zamanda Şahid8 məxsus ərzaq mağazası hadisənin olduğu yerdən yolun əks istiqaməytində 50-60 metr məsafədədir. Cinayət işinin 56-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X20 27 oktyabr 2021-ci il tarixli, 509 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşaiyət olunan alının, sağ gözaltı nahiyyənin qançırı, sağ gicgahın, hər iki gözaltı nahiyyənin, çənə nahiyyəsinin sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə sağ gözaltı nahiyyənin qançırı, sağ gicgahın, hər iki gözaltı nahiyyənin, çənə nahiyyəsinin sıyrıqları qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət edildiyindən ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Cinayət işinin 59-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X20 26 oktyabr 2021-ci il tarixli, 505 saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət edilən burunun və sağ gicgah nahiyyəsinin qançırları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Cinayət işinin 85-86-cı vərəqələrində olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 25 aprel 2022-ci il tarixli qərardan görünür ki, X15 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 130-131-ci vərəqələrində olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 25 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 197-ci vərəqində olan İsmayıllı Mərkəzi Rayon Xəstəxanasından alınmış xx.xx.2022-ci il tarixli 02-02-124/22 nömrəli məktubda göstərilmişdir ki, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1991-ci il təvəllüdlü Usubov X4 mərkəzi rayon xəstəxanasının Poliklinika şöbəsinin “Narkoloji”, “Nevroloji” və “Ruhi-Əsəb” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 201-ci vərəqində olan İsmayıllı Mərkəzi Rayon Xəstəxanasından alınmış xx.xx.2022-ci il tarixli 02-02-124/22 nömrəli məktubda göstərilmişdir ki, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1993-cü il təvəllüdlü Mirzəyev X2 mərkəzi rayon xəstəxanasının Poliklinika şöbəsinin “Narkoloji”, “Nevroloji” və “Ruhi-Əsəb” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 22 aprel 2022-ci il tarixli qərarından görünür ki, Şahid1 və Şahid5 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Həmin qərardan görünür ki, Şahid10, X17, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, X3 və Şahid11 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin “Məhkəmə psixiatrik ekspertizasının təyin edilməsi haqqında” 26 may 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və məhkəmə psixiatriya ekspertizasının qarşısında həll edilməsi üçün aşağıdakı suallar qoyulmuşdur: 1.Təqsirləndirilən şəxs2 psixi vəziyyətinə görə hansı fərdi-psixi xüsusiyyətlərə malikdir? 2.Təqsirləndirilən şəxs2 öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarındadırmı? 3.Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşürmü? 4.Təqsirləndirilən şəxs2 psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsinə ehtiyac varmı? 5.Təqsirləndirilən şəxs2 hal-hazırda da hansısa bir psixi xəstəlikdən əziyyət çəkirmi? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 21 iyun 2022-ci il tarixli 1617 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək , habelə onları ölçübbiçmək və idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Raquf Usubov və Təqsirləndirilən şəxs2 tərəfindən bir qrup şəxs halında xuliqanlıq cinayətinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə hadisə yerinə baxış zamanı Şahid8 məxsus mağazada olan kameraya baxış keçirmiş, baxış zamanı sözügedən kamera görüntülərinin yaddaş sisteminin bir ay qeydiyyat apardığını, həmin vaxtdan sonra sistemdə video görüntülərin qalamadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 sözügedən əmələ görə özünü təqsirli bilməməsi barədə gətirdikləri əsaslar məhkəmə iclasında sübuta yetirilməmiş, həmin ifadələr təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq mahiyyəti daşıyır. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri, ekspert rəyləri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirlərinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Beləliklə, təqsirləndirilən şəxslər Raquf Usubov və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törətmələri məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Raquf Usubov və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Raquf Usubov və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin 189-190-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Mirzəyev X2 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 221.2.1 və 68.1.3-cü maddələri ilə 01 (bir) il 03 (üç) ay islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinə əsasən məhkumluğu yoxdur. Cinayət işinin 193-194-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin İsmayıllı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 221.2.1, 221.2.2, 127.2.3, 221.3, 66.3, 70 və 69.3-cü maddələri ilə 03 (üç) il şərti sınaq müddəti təyin edilməklə 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. Məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan İsmayıllı RİHB-nin Kürdmaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədə göstərilmişdir ki, Usubov X4 rayon Kürdmaşı kəndində qeydiyyatdadır və yaşayır, evlidir, himayəsində 3 övladı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHB-nin Kürdmaşı kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan İsmayıllı RİHB-nin Kürdmaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədə göstərilmişdir ki, Mirzəyev X2 rayon Kürdmaşı kəndində qeydiyyatdadır və yaşayır, evlidir, himayəsində 1 övladı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHB-nin Kürdmaşı kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşiman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslər Raquf Usubov və Təqsirləndirilən şəxs2 əməllərində cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmadığını, hər birinin baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onların özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 da cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 221.2.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübutlar yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar