Məhkəmə qərarları › İş №1(037)-33/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-33/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-33/2023 18.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs hüquqi varisi (atası) X2, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 18 may 2023-cü il tarixdə saat 16:55-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2000-ci il tarixdə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkum olunmamış, İsmayıllı rayonu, Qurbanəfəndi kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 03 aprel 2023cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi Vaz-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 07 noyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu, Topçu kənd ərazisindən keçən 44-cü kilometrliyində, Qəbələ rayon istiqamətində hərəkətdə olan zaman yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin tələblərə riayət etməyib “X14” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq hərəkət istiqamətində yolda dayanmış vəziyyətində olan piyada Zərərçəkmiş şəxs və X4 idarə etdiyi avtomobil ilə vurması nəticəsində Dilarə Hacıyevaya huşun koma tipli pozulması və hipovolemik şok ilə müşayiət edilən açıq kəllə-beyin travması və kəllə əsasının sınığı, travmatik hemopnevmotoraks, soldan İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınığı, üzün yarası və sol göz qapağının qançırı kimi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid xəsarət və Zərərçəkmiş şəxs başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, alın, təpə va əsası sümüyünün xətti sınıqları, sağ- İV, V,Vİ, Vİİ, sol İİİ, İV-V-Vİ qabırğalanın ve sol bud sümüyünün qapalı yerdəyişən sınıqları, daxili qanaxma ilə müşayiət edilən ağciyərin hər iki payının cırılması, başın əzilmiş yaraları, başın və bədənin sıyrıq və qançırları kimi həyati və ölümlə birbaşa səbəbli əlaqəli olan, bunlardan ölümünə səbəb almış olduğu travma nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. 20 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə ürəkdayanmadan qəfil ölməsi barədə ölüm şəhadətnaməsi təqdim edilmişdir. Həmin tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs valideyni (atası) X5 mərhum oğlu, cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmaq istəyinin olubolmaması barədə bildiriş təqdim edilmiş, eyni zamanda ona şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi izah edilmişdir. Mərhum Təqsirləndirilən şəxs atası X7 məhkəməyə vəsatət təqdim edərək 03 aprel 2023-cü il tarixdə vəfat etmiş oğlu Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İsmаyıllı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə 03 aprel 2023-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs atası X7 təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi Vaz-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 07 noyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu, Topçu kənd ərazisindən keçən 44-cü kilometrliyində, Qəbələ rayon istiqamətində hərəkətdə olan zaman yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin tələblərə riayət etməyib “X14” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq hərəkət istiqamətində yolda dayanmış vəziyyətində olan piyada Zərərçəkmiş şəxs və X4 idarə etdiyi avtomobil ilə vurması nəticəsində Dilarə Hacıyevaya huşun koma tipli pozulması və hipovolemik şok ilə müşayiət edilən açıq kəllə-beyin travması və kəllə əsasının sınığı, travmatik hemopnevmotoraks, soldan İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınığı, üzün yarası və sol göz qapağının qançırı kimi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid xəsarət və Zərərçəkmiş şəxs başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, alın, təpə va əsası sümüyünün xətti sınıqları, sağ- İV, V,Vİ, Vİİ, sol İİİ, İV-V-Vİ qabırğalanın ve sol bud sümüyünün qapalı yerdəyişən sınıqları, daxili qanaxma ilə müşayiət edilən ağciyərin hər iki payının cırılması, başın əzilmiş yaraları, başın və bədənin sıyrıq və qançırları kimi həyati və ölümlə birbaşa səbəbli əlaqəli olan, bunlardan ölümünə səbəb almış olduğu travma nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş mərhum Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan edilən ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, İsmayıllı rayon ərazisində yerləşən “Bax Belə” restoranında ofisiant işləyir. Vaz-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi var. Lakin avtomobili yeni aldığına görə avtomobili öz adına keçirməmiş və avtomobili etibarnamə əsasında idarə edir. 07 noyabr 2022-ci il tarixdə həmşəki kimi işlədiyi restoranında olmuşdur. Həmin restoranda müştərilərə spirtli içki satılmır və əgər müştəri spirtli içki içmək istəsə ya onu özü ilə gətirməli, ya da aldırmalıdır. Həmin gün təxminən 21 radələrində işlədiyi zaman tanımadığı və masalarına baxdığı müştəri onu çağırıb spirtli içki istədiklərini, yaxındakı hər hansı marketlərdən istənilən markada 700 ml araq almağını, pulunu sonra verəcəylərini xahiş etmişdir. Bundan sonra isə həmin restorandan çıxıb yaxınlıqdakı Rəsul marketə gedib araq almaq qərarına gəlmişdir. Restorandan çıxıb restoranın yanında saxladığı özünə məxsus Vaz 2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib yaxınlıqdakı Rəsul marketə getmişdir. Həmin marketə getməkdən ötrü restorandan çıxıb geriyə dönərək İsmayıllı rayonu, Topçu kəndinə getmişdir. Həmin marketə getdikdən sonra satıcıya istənilən markada 700 ml araq verməsini xahiş etmiş və satıcı Organik markalı 700 ml araq vermiş və satıcıya təxminən 12.50 manat vermişdir. Bundan sonra isə idarə etdiyi avtomobilə yenidən əyləşib avtomobil yoluna çıxaraq işlədiyi restoran istiqamətində, yəni Qəbələ rayon istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt avtomobili özü idarə etmiş və avtomobildə ondan başqa heç kim olmamışdır. Həmin vaxt hava çiskinli olmuşdur. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, yaxın və uzaq işıqlarında heç bir nasazlıq olmamışdır. Həmin vaxt hava çiskinli olsa da yol görünən olmuşdur. Həmin avtomobili təxminən 60-70 km/saat sürətlə idarə etmişdir. Hərəkətdə olan zaman qarşısında təxminən 40-50 metr məsafədə qızılı rəngli, Vaz-2109 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət etmişdir. Lakin həmin avtomobilin sürücüsünü tanımır. Onunla aralarında ədavət və düşmənçiliyi yoxdur. Həmin avtomobilin sürücüsü də ondan əvvəl araq almaq üçün yaxınlaşdığı mağazada saxlayıb siqaretin olub olmamasını soruşduqda sonra siqaret olmamasına görə çıxıb qabaqdakı digər marketə girib siqaret aldıqdan sonra yoluna, yəni Qəbələ istiqamətində hərəkətinə davam etmişdir. O, bunları hadisə baş verdikdən sonra eşitmişdir. Qeyd etdiyi kimi qarşısında Vaz-2109 markalı **- LD-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edən zaman aralarında 40-50 metr məsafə olmuşdur. Onlar hərəkətdə olan zaman həmin avtomobil qəflətən yolun sağ çiyninə çıxmışdır. Lakin avtomobil yolun sağ çiyninə tam formada deyil yarımçıq formada çıxmışdı və avtomobilin sol tərəfinin bir hissəsi avtomobil yolunda idi. Lakin həmin vaxt avtomobilin dönmə işığını yandırıb yandırmamasını görməmiş və xatırlamır. Həmin avtomobilin yolun sağ çiyninə çıxmasını görüb avtomobili bir qədər sola istiqamətləndirmiş və həmin avtomobili ötüb keçmək istəmişdir. Həmin vaxt avtomobilin sol hissəsi bir qədər qarşı hərəkət zolağına da keçmişdir. Həmin avtomobili ötüb keçən zaman qəflətən avtomobil ilə nəsə vurmağını və möhkəm səs gəlməyini eşitmişdir. Bundan sonra idarəetməni itirib, yəni sükanı əlindən buraxmış və avtomobil sol tərəfə istiqamətlənmiş və sol tərəfdəki ağaca dəymişdir. Daha sonra isə avtomobildən düşüb nəyi vurmağına baxmağa getmişdir. Həmin yerə çatdıqda yolun orta hissəsinə baş hissəsi İsmayıllı rayonu tərəf olmaqla əyri formada uzanmış cavan xanım görmüş və ətrafı isə qan olmuşdur. Həmin qadını vurduğunu başa düşüb özünü itirərək qışqırmağa başlamışdır. Həmin vaxt ətrafda heç kim olmamışdır. Bundan sonra isə səs küyünə ətrafdakı adamları gəlmişlər. Daha sonra isə həmin adamlar 103-ə zəng etməklərini bildirmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları və İsmayıllı RMX-dan TTY gəlmişdir. Onlar yoldakı qızı götürüb getmək istəyən zaman ətrafdakı adamları bir nəfər xanımında sol tərəfdə ağaclıqda olmasını və pis vəziyətdə olmasını demişlər. Bundan sonra isə onlara həmin xanımı da aparmaq üçün TTY-a zəng etməklərini demişdir. Həmin vaxt həmin xanımların yaxınlıqdakı Topçu Restoranından çıxdıqlarını, onların orada tanışları ilə yeyib içdiklərini eşitmişdir. Bundan sonra isə İsmayıllı RMX-na getmişdir. Orada birinci gördüyü xanımın vəziyyətinin ağır olmasının, ikinci xanımın isə hadisə yerində ölməsini eşitmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən sərxoşluğu yoxlanılmış və ayıq olduğu müəyyən edilmişdir. Bundan sonra isə ekspertizaya təqdim olunmasından öz razılığı ilə qan nümunəsi götürülmüşdür. Bundan başqa ifadəsində hadisənin xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində X9 avtomobil yolunun İsmayıllı rayonu, Topçu kəndindən keçən 44-cü kilometrliyində baş verdiyini, əlim və ayağı əzildiyini, avtomobili təxminən 60-70 km saat sürətlə idarə etdiyini, hava açıq, yol yaş olduğunu, avtomobildən qarşını görmək mümkün olduğunu, qarşısındakı Vaz-2109 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ kənarına çıxmasından sonra onu ötüb keçən zaman hadisənin baş verdiyini, həmin vaxt fikri həmin avtomobildə olduğuna görə yolda xanımları görmədiyini, diqqət etmədiyini, hərəkəti üçün təhlükə Vaz-2109 markalı avtomobilin yolun sağ kənarına çıxması anı ilə olduğunu, həmin anda qarşısındakı avtomobil ilə aralarında 50 metr məsafə olduğunu, avtomobili tam saz vəziyyətdə olduğunu, heç bir maddənin və spirtli içkinin təsiri altında olmadığını bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qızıdır. Ləman onun ilə birlikdə yaşamışdır. 07 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Ləmanın rəfiqəsi Dilarə onların evinə gəlmiş, geyinməkdən ötrü götürmüş olduğu Ləmanın gödəkcəsini qızına qaytarmışdır. Dilarə Ləmana onunla birlikdə İsmayıllı rayonuna getməyi xahiş etmişdir. Ləman əvvəl getmək istəməmiş, Dilarə təkid etdikdən sonra Ləman onunla razılaşmışdır. Bundan sonra isə onlar geyinib İsmayıllı rayonuna getmişlər. 08 noyabr 2022-ci il tarixdə ona Ləmanın İsmayıllı rayonuna avtoqəzada öldüyü, Dilarənin isə vəziyyətinin ağır olmasını barədə məlumat verilmişdir. O, dərhal İsmayıllı rayonuna gəlmiş və qızının cənazəsini Bakı şəhərinə gətirib dəfn etmişlər. Qəza törədən sürücü Dağlar Əsgərov barəsində şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs Dilarə Hacıyevanın qanuni nümayəndəsi (atası) qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Dilarə Hacıyeva onun qızıdır. 07 noyabr 2023-cü il tarixdə Dilarə evdən çıxaraq qızlarla İsmayıllı rayonuna istirahətə getdiyini demişdir. Dilarənin həmin gün İsmayıllı rayonunda qalacağını bilmişlər. 08 noyabr 2023-cü il tarixdə evdə olan zaman polis əməkdaşları onun evinə gələrək Dilarənin qəza zamanı ağır xəsarət almasını və hazırda İsmayıllı RMX-da olmasını demişlər. O, dərhal İsmayıllı RMX-na getmiş və Dilarənin vəziyyətinin ağır olmasını görmüşdür. Daha sonra isə təcili yardım avtomobili ilə Dilarəni İsmayıllı RMX-dan Bakı şəhərində yerləşən City Hospitala aparmışlar. Dilarə orada əməliyyat olduqdan sonra 3 gün orada qalmış və sonra Dilarəni 1 nömrəli X10 Reanimasiya Şöbəsinə köçülürmüşdür. Təxminən 2023-cü ilin yanvar ayının sonlarında Dilarəni xəstəxanadan çıxarıb yaşadığı evə gətirmişlər. Hazırda Dilarə yataq rejimində olmaqla ağır xəstədir. Dilarə hazırda sağalmamışdır. Ekspertiza rəyinə əsasən isə onunla istintaq hərəkətləri keçirilməsi mümkün deyildir. Hazırda Dilarə onun və arvadının himayəsindədir. Hazırda Dilarəyə uzun müddətli müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs isə vəfat etdiyi üçün ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Şahid3 ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu Topçu kəndində yerləşən “Topçu” kafesində ofisiant olaraq işləyir. 07 noyabr 2022-ci il tarixdə kafedə olan zaman təxminən səhər saat 11-12 radələrində tanımadığı 6 nəfər oğlan kafeyə gəlmişlər. Onlar kafenin bir kabinetində əyləşib səhər yeməyi yemişlər. Bundan sonra isə hesabı ödəyib onun mobil nömrəsini götürmüşlər və axşam təxminən 18:30 radələrində yenidən gəlib yeyib içəcəklərini, həmin kabineti onlara saxlamağı xahiş etmişlər. Bundan sonra isə onlar çıxıb getmişlər. Həmin gün axşam 19 radələrində həmin oğlanlar yenə gəlmişlər. Bu dəfə onlarla daha üç nəfər qızın da olmasını görmüşdür. Onlar yemək sifariş vermişlər. Qısa müddət sonra isə yeməkləri və arağı onların oturduqları otağa aparmışdır. Otaqla olan on nəfərdən biri araq içməmiş, qalan doqquz nəfər isə araq içmişlər. Bi müddət sonra qızlardan birinin vəziyyəti dəyişilmiş və otaqdan çıxaraq yay söhbətgahında oturmuşdur. Başqa bir qız isə onun yanında olmuşdur. Həmin qız Bakıya qayıtmaq istədiyini demiş, bu zaman oğlanlardan biri ondan taksi olub olmamasını soruşmuşdur. O, tanışı olan Topçu kənd sakini Mehman adlı şəxsə zəng edib Bakıya müştəri olduğunu demişdir. Daha sonra isə o öz iləri ilə məşğul olmaqda davam etmişdir. Bu zaman oğlanlardan biri çölə çıxan qızın yerini soruşmuş və o, qızın yerini göstərmişdir. Oğlan həmin yerə gedib qayıtdıqdan sonra qızın orada olmadığını bildirmişdir. O, həmin oğlanla birlikdə kafedən meşəyə tərəf gedən qapının yanına getmiş və qapının bağlı olmasını görmüşdür. Bundan sonra isə oğlanla kafenin ərazisini gəzmiş, lakin qızı tapmamışlar. Ərazini gəzən zaman qarşı tərəfdə olan kafenin işıqlarından qızın ətrafdan keçən magistral yolun ortasında olmasını gormüşlər. Onlar tez qızın yanına getmişlər və həmin oğlan qızı geri qaytarmaq üçün təkid etmişdir. Qız isə Bakıya gedəcəyini demiş, oğlan isə artıq taksi sifariş etdiyini, onu Bakı şəhərinə göndərəcəyini demişdir. Həmin vaxt yoldan avtomobillər keçmiş və o, telefonun işığı ilə yoldan keçən avtomobillərə xəbərdarlıq etmişdir. Sonra isə o kafeyə qayıtmış, həmin ərəfədə taksi sürücüsü Mehman da artıq kafeyə gəlmişdir. Bundan sonra isə onlar hesabı ödəmişlər. Onlar kafenin içərisində, avtomobil dayanacaq tərəfində olmuşlar. Bir neçə dəqiqə sonra əvvəllər tanıdığı qonşu kafedə ofisiant işləyən Dağların yaxınlıqdakı marketdən avtomobil yoluna çıxdığını və Qəbələ rayon istiqamətində hərəkət etməsini görmüşdür. Dağlar kafenin yanından keçib gedəndə yolda qızın hələ də qaldığını ehtimal edərək “yavaş, yavaş” deyə qışqırmışdır. Dağlar onu eşitməmiş və öz yoluna davam etmişdir. Bir dəqiqədən sonra qızların olduğunu yerdən möhkəm səs gəlmiş, bir neçə saniyə sonradan ikinci dəfə möhkəm səs gəlmişdir. Bu zaman artıq Dağların qızları vurmasını başa düşmüş və həmin yerə tərəf qaçmışlar. Dağların artıq qızları vurduğunu, avtomobilin isə meşə tərəfə gedib ağaca dəydikdən sonra dayanmasını görmüşlər. Onlar qızlardan birinin yolun ortasında qalmasını, vəziyyətinin ağır olmasını görüb təcili tibbi yardıma zəng etmişlər. Dağlar özü də avtomobildən düşərək ora gəlmişdir. Bir qədər sonra təcili tibb yardım maşını gəlib yaralı qızı götürüb aparmışdır. Təxminən 20 dəqiqə sonra orada olan tanımadığı adamlardan biri meşəlikdə, ağacın yanında bir nəfər qızın da olmasını demişdir. Onlar təkrar təcili tibbi yardıma zəng edib xəsarət alan olmasını demiş və həmin qızın yanına getmişlər. Qızın artıq dünyasını dəyişdiyini görmüşdür. Az sonra təcili tibbi yardım avtomobili gələrək həmin qızı da aparmışlar. Şahid X8 ifadəsində göstərmişdir ki, 07 noyabr 2022-ci il tarixdə saat 19 radələrində dostu və həmkəndlisi Şahid1 ilə birlikdə İsmayıllı rayonuna gedib çay içib istirahət etmək qərarına gəlmişlər. Onlar bu məqsədlə Əhmədə məxsus olan Vaz-21093 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonuna gəlmişlər. Onlar çay içdikdən sonra birlikdə geriyə Qəbələ rayonuna qayıtmışlar. Həmin vaxt avtomobili Əhməd idarə etmiş, özü isə ön sərnişin oturacağında əyləşmişdir. Yolun İsmayıllı rayonunun Topçu kəndindən keçən hissəsində Əhməd avtomobili saxlayaraq oradakı mağazaya girmişdir. Oradan siqaret alaraq yoluna davam etmişdir. Yenidən hərəkətə başlayıb Qəbələ rayon istiqamətində olan zaman təxminən 60-70 metr məsafə, qarşı hərəkət zolağında hərəkət edən tanımadığı Mersedes markalı avtomobilin gəlməsini görmüşlər. Həmin Mersedes markalı avtomobilin qəflətən onların zolağa çıxıb nəyisə vurmamaqdan ötrü manevr etdiyini və yenidən öz yoluna geri qayıdıb hərəkətə davam etdiyini görmüşlər. Mersedesin manevr etməsini gördükdən sonra yolda iki nəfər qızın olmasını, onların sol tərəfdən meşədən çıxdıqlarını, birinin avtomobil yoluna çıxmasını, digərinin isə onun qolundan tutub geri qaytarmaq istədiyini görmüşlər. Əhməd dönmə işığını yandırıb avtomobili yolun sağ çiynində saxlamış və qəza işıqlarını yandırmışdır. Avtomobili saxladıqdan sonra qızın birinin yolun ortasında uzandığını, digərinin isə onun qolundan tutub yoldan çıxarmaq qaldırdığını görmüşlər. Həmin vaxt hərəkət zolağında arxadan gələn Vaz-2101 markalı avtomobil qəflətən hər iki qızı vurmuşdur. Bundan sonra isə oturmuş vəziyyətdə olan qız yerdə qalmış, digər qız isə avtomobilin qarşısında sol tərəfdəki meşəyə getmişdir. Bir müddət gözlədikdən sonra oradan uzaqlaşaraq getmişlər. Məhkəmə baxışı iclasına çağırılmış Şahid1 məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə iclasına gələ bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən məhkəmə iclasında Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində şahid X3 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, mərhum Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi Vaz-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 07 noyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu, Topçu kənd ərazisindən keçən 44-cü kilometrliyində, Qəbələ rayon istiqamətində hərəkətdə olan zaman yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin tələblərə riayət etməyib “X14” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq hərəkət istiqamətində yolda dayanmış vəziyyətində olan piyada Zərərçəkmiş şəxs və X4 idarə etdiyi avtomobil ilə vurması nəticəsində Dilarə Hacıyevaya huşun koma tipli pozulması və hipovolemik şok ilə müşayiət edilən açıq kəllə-beyin travması və kəllə əsasının sınığı, travmatik hemopnevmotoraks, soldan İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınığı, üzün yarası və sol göz qapağının qançırı kimi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid xəsarət və Zərərçəkmiş şəxs başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, alın, təpə va əsası sümüyünün xətti sınıqları, sağ- İV, V,Vİ, Vİİ, sol İİİ, İV-V-Vİ qabırğalanın ve sol bud sümüyünün qapalı yerdəyişən sınıqları, daxili qanaxma ilə müşayiət edilən ağciyərin hər iki payının cırılması, başın əzilmiş yaraları, başın və bədənin sıyrıq və qançırları kimi həyati və ölümlə birbaşa səbəbli əlaqəli olan, bunlardan ölümünə səbəb almış olduğu travma nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmala Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə ürəkdayanmadan qəfil ölmüşdür. Cinayət işi materiallarında olan arayışdan müəyyən olunur ki, X7 mərhum Təqsirləndirilən şəxs atasıdır. Məhkəmə baxışı zamanı mərhum təqsirləndirilən şəxsin hüquqi varisi (atası) X1 Ələsgərovun vəfat etməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı mərhum Təqsirləndirilən şəxs ölməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Məhkəmə hesab edir ki, cinayət prosessual qanunvericiliyinin istinad edilmiş normaları əsas götürülərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - Vaz-2101 markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobil və mərhum Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının qanuni sahiblərinə qaytarılması nəzərə alınmalı, Vaz-2101 markalı avtomobildən götürülmüş lif nümunələri və hadisə yerindən götürülmüş qan nümunələri isə qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 196-198-ci maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, mərhum Təqsirləndirilən şəxs hüquqi varisi (atası) X7 məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımadığından o, iş üzrə ekspertiza xərcinin ödənilməsindən azad edilməlidir. İş üzrə ekspertiza xərci olan 156 (bir yüz əlli altı) manat 94 (doxsan dörd) qəpik Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 43.3, 106-1.3, 106-1.4, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübut olan Vaz-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil və mərhum Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan Vaz-2101 markalı avtomobildən götürülmüş lif nümunələri və hadisə yerindən götürülmüş qan nümunələri isə qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 156 (bir yüz əlli altı) manat 94 (doxsan dörd) qəpik Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar