Məhkəmə qərarları › İş №1(037)-34/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-34/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-34/2020 22.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı oğlunun, Müdafiəçi Müdafiəçi Babaxan oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, x1 və Zərərçəkmiş şəxs4 iştirakı ilə 22 iyul 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1978-ci ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Quşencə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi ev 1 mənzil 4-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 02 dekabr 2019-cu il tarixdə saat 19:00 radələrində etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs4 məxsus “VAZ-21074” markalı **-KT- *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolu ilə Şəki rayonu istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən həmin yolun 24-cü kilometrliyində, yolun İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsindən keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri yerinə yetirməyib yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz 190” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxmış və avtomobillər toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “Mercedes Benz 190” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, həmin avtomobilin qabaq oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid, həmin avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs3 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətlərinin almasına, eləcə də “Mercedes Benz 190” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs2 4400 (dörd min dörd yüz) manat məbləğində maddi ziyan vurulmasına və “VAZ- 21074” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək istismar üçün yararsız vəziyyətə gətirməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs4 6800 (altı min səkkiz yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, etibarnamə əsasında onunla qeyri-rəsmi nikahda olan arvadı Zərərçəkmiş şəxs4 məxsus "VAZ-21074 markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 02 dekabr 2019-cu il tarixdə saat 19:00 radələrində idarə etdiyi həmin avtomaşınla İsmayıllı rayonu Quşencə kəndindən İsmayıllı şəhəri istiqamətində hərəkətə başlamışdır. İsmayıllı şəhərindəki "Abu petrol" adlı yanacaq doldurma məntəqəsini keçdikdən sonra yolun özünə aid hissəsi ilə 70-80 km/saat sürətlə hərəkətdə olmuşdur. Təxminən 60-70 metr məsafədə qarşı əks hərəkət zolağında tanımadığı şəxsin idarə etdiyi yük avtomobilin hərəkətdə olduğunu görmüşdür. Hava qaranlıq olmuş, narın yağış yağmışdır. Həmin avtomobilin arxa tərəfindən bir minik avtomobili ötmə əməliyyatı həyata keçirmək istəmiş, bu zaman məsafə yaxın olduğundan əyləci basa, yaxud da avtomobilinin hərəkətini istiqamətləndirib yayındıra bilməmişdir. Nəticədə həmin avtomobillə toqquşmuşdur. Aldığı xəsarətlərdən huşunu itirmiş, bir gün sonra Bakı şəhəri x5 ayılmışdır. Sonradan bilmişdir ki, onunla toqquşan "Mersedes" markalı avtomobili idarə edən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs2 olmuş və Fuadın idarə etdiyi avtomobildə olan sərnişinlər də müxtəlif bədən xəsarətləri almışlar. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və onlara dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, özünə məxsus “Mersedes Benz 190” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 2 dekabr 2019-cu il tarixdə saat 19:00 radələrində Bakı şəhərindən gələn qayınanası Zərərçəkmiş şəxs3 yaşadığı Quşencə kəndinə aparmaq üçün Kəpənək adlanan dayanacağa getmişdir. Orada qayınanasını avtomobilinə mindirmiş və həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs1 onu da kəndə aparmağını xahiş etmişdir. Ramil avtomobilin qabaq tərəfindəki sərnişin yerində, qaynınası Dürriyyə isə arxada sol tərəfdə əyləşmişdir. İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsindən İsmayıllı rayonu Quşencə kəndi istiqamətində təxminən 40-50 km\saat sürətlə hərəkət etməyə başlamış, hava qaranlıq, yol isə yağışlı olmuşdur. Bu zaman təxminən 20 metr məsafədən “Vaz-21074” markalı avtomobilin öz hərəkət zolağından onun hərəkət zolağına keçdiyini görmüşdür. O, sürətini azaltmış, lakin məsafə yaxın olduğundan onun avtomobili hərəkət yolunda olan həmin avtomobillə toqquşmuşdur. Bir qədər sonra hadisə yerinə təcilli tibbi yardım avtomobili gəlmiş və onları xəstəxanaya aparmışdır. Orada məlum olmuşdur ki, onunla toqquşan sürücü həmkəndlisi Təqsirləndirilən şəxsdur və hadisə nəticəsində sürücü Təqsirləndirilən şəxs da ağır bədən xəsarətləri almışdır. O, təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Ona görə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qarşı verdiyi iddia ərizəsini geri götürür. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, 02 dekabr 2019-cu il tarixdə saat 19:00 radələrində İsmayıllı şəhərinin “Kəpənək” adlanan yerində kürəkəni Zərərçəkmiş şəxs2 onu qarşılamış və o, Fuadın idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Həmin vaxt İsmayıllı rayonu Quşencə kənd sakini Zərərçəkmiş şəxs1 onu da Quşencə kəndinə aparmağını xahiş etmiş, Ramil avtomobilin qabaq sərnişin oturacağına əyləşmişdir. Hava qaranlıq və həm də yağışlı olduğu üçün Fuad avtomobilini ehtiyatla idarə etmişdir. Bu zaman təxminən 15-20 metr məsafədən bir avtomobilin sürətlə Fuadın hərəkət zolağına keçdiyini görmüş və məsafə az olduğundan Fuad hadisənin qarşısını almaq üçün sükanını sol tərəfə istiqamətləndirib hadisənin qarşısını almaq istəmişdir. Buna baxmayaraq avtomobillər toqquşmuş və onlar xəsarət almışlar. Hadisə yerinə çağırılmış təcili tibbi yardım avtomaşını onları xəstəxanaya aparmışdır. Orada məlum olmuşdur ki, qəzaya uğramış digər avtomobilin sürücü həmkəndlisi Təqsirləndirilən şəxsdur. Hadisə nəticəsində sürücü Təqsirləndirilən şəxs da ağır bədən xəsarətləri almışdır. O, təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 02 dekabr 2019-cu il tarixdə saat 19:00 radələrində “Kəpənək” adlanan yerdə olarkən həmkəndlisi Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomaşınla orada dayandığını görmüşdür. O, Fuaddan onu da kəndə aparmağını xahiş edərək avtomobilin qabaq oturacağında əyləşmiş və Quşencə kəndi istiqamətində yola düşmüşlər. Hava qaranlıq və yağışlı olmuşdur. Fuad hərəkətdə olduğu vaxt qarşıdan qısa məsafədə adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21074” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil Fuadın hərəkət yoluna çıxmışdır. Fuad məsafə yaxın olduğundan hadisənin qarşısını almaq üçün avtomobilin sükanını öz hərəkət yolunda sola istiqamətləndirmiş, buna baxmayaraq avtomobillər toqquşmuşdur. Sifət nahiyyəsi avtomobilin alın şüşəsinə dəymiş və xəsarət almışdır. Daha sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmış və ona ilkin tibbi yardım göstərilmişdir. Orada məlum olmuşdur ki, qəzaya uğramış digər avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da ağır bədən xəsarətləri almışdır. O, təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 ifadə verərək göstərdi ki, onunla qeyri-rəsmi nikahda olan əri Təqsirləndirilən şəxs idarə etdiyi "VAZ-21074 markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili ona məxsus olmuşdur. Əri Qismət 02 dekabr 2019-cu il tarixdə İsmayıllı rayonu Quşencə kəndindən Bakı şəhərinə qayıdarkən İsmayıllı əhəri ərazisində qəzaya uğramışdır. Baş vermiş hadisə nəticəsində ona məxsus avtomobil tamamilə yararsız vəziyyətə düşmüşdür. Təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə-tibbi ekspertizasının 29 dekabr 2019-cu il tarixli 499 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- soldan İV-V-Vİ-Vİİ qabırğaların az yerdəyişən sınıqları, alının, alt dodağın sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir, 02 dekabr 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2019-cu il tarixli 498 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- qapalı kəllə-beyin travması ilə müşayət olunan təpə nahiyəsinin yarası, sağ gözaltının və sağ baldırıb səthi yaraları, sağ baldırın şişkinlik fonunda qançırı küt əşya (alət) təsirindən törənmişdir, 02 dekabr 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 26 dekabr 2019-cu il tarixli 522 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ göz qapağının və üzün sağ yarısının yaraları küt əşya (alət) təsirindən törənmişdir, 02 dekabr 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 mart 2020-ci il tarixli 5202 nömrəli rəyindən müəyyən olunur ki, “Vaz-21074” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində yol hərəkəti iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaları, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçılarına zərər vurmamaları, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğuna dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs yaşayış məntəqəsinə aid olan yol sahəsində avtomobili 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində nəqliyyat vasitəsinin yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməsinə dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən - hərəkət üçün təhlükə yaranan anda “Mercedes Benz 190” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 28,4-39.4 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “Mercedes Benz 190” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 28,4-39.4 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 iyun 2020-ci il tarixli 9/952 nömrəli rəyindən müəyyən olunur ki, 1990-cı il buraxılışlı “Mercedes Benz 190” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2 dekabr 2019-cu il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 5500,00 manat salamat qalan hissələr çıxdıqda zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir bərpa işlərinin dəyəri) nəzəri hesablama yolu ilə təxminən 4400,00 manat, təqdim edilmiş İsmayıllı filialı “Xəzər Lada” cəmiyyəti tərəfindən 09 yanvar 2020-ci il tarixdə verilmiş 03 №li iki qüsur aktında olan məlumatlara əsasən, tədqiq edilən, hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, 2011-ci il buraxılışlı “VAZ-21074” markalı **- KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 9 il istismar müddətini nəzərə alaraq, 02 dekabr 2019-cu il tarixə, respublikadaxili orta pərakəndə satış qiyməti təxminən 6800,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Təqsirləndirilən şəxs 21 avqust 2019-cu il tarixdə verilmiş və 21 avqust 2029-cu ilədək etibarlılıq müddəti olan AE 968396 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. AB 607915 nömrəli nəqliyyat vasitəsinin texniki qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21074” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs4 adınadır. AD 212994 nömrəli nəqliyyat vasitəsinin texniki qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz190” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 adınadır. “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsinə dair” 2 dekabr 2019-cu il tarixli 642 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs 2 dekabr 2019-cu il tarixdə sərxoş vəziyyətdə olmamışdır. 22 yanvar 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İsmayıllı rayon x2 x3 şöbəsi tərəfindən verilmiş 03 mart 2020-ci il tarixli 96 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin “Ruhi-Əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqin 18 mart 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 263-cü mаddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəхslərlə bаrışdığı və оnlarа dəymiş ziyаnı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü mаddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlama duracağına yerləşdirilmiş “VAZ-21074” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil qərar qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmiş “Mersedes Benz 190” markalı **-DH- *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün qərarın surəti İsmayıllı rayon prokurorluğuna göndərilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü mаddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ( keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab – AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut –İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlama duracağına yerləşdirilmiş “VAZ-21074” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil qərar qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut – saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmiş “Mersedes Benz 190” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün qərarın surəti İsmayıllı rayon prokurorluğuna göndərilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar