Məhkəmə qərarları › İş №1(037)-34/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-34/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-34/2022 09.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 09 iyun 2022-ci il tarixdə saat 15:50-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 06 avqust 1987-ci ildə İsmayıllı rayonunun 2-ci Cülyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Cülyan kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkian tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində İsmayılllı rayonunun Cülyan kəndində qonşusu X4 məxsus evin giriş qapısının qarşısındakı küçədə qardaşı X15 ilə birlikdə onlara məxsus qoyunları örüşə aparmaq üçün ayırarkən, özünə məxsus avtomobili həyətindən sürüb çıxartmaq istəyən Adil Əliyevin ona qoyunları hansı səbəbdən qapısının qarşısında ayırmasına irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, əsəbiləşərək hər iki əli ilə Adil Əliyevin sinə nahiyəsindən qəsdən vurub itələmiş, təxminən 10-15 dəqiqə sonra X16 Əliyev həmin yerə gələrək ona yaxınlaşıb mübahisəyə aydınlıq gətirmək istədikdə aralarında bu səbəbdən şəxsi münasibətlər zəminində davam edən mübahisə zamanı o, təpiklə bir dəfə qəsdən Zərərçəkmiş şəxs sağ əlindən, habelə yumruqla bir dəfə qəsdən sifət nahiyəsindən vuraraq sonuncuya sağ əlin İİ barmağının dırnaq falanqa sümüyünün qapalı sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid və sol almacıq nahiyəsinin qançırı kimi qəsdən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, İsmayıllı rayonunun Cülyan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. X5 uzaq qohumudur, onunla üzbəüz qonşuluqda yaşayır. O, qoyunlarını yaylaq və qışlağa aparıb otarır. Hava şəraitindən asılı olaraq oktyabr ayında və bəzən isə noyabr ayında təxminən 200 baş qoyunları Kürdəmir rayonuna qışlağa aparır. Hər ilin may ayında isə qoyunları İsmayıllı rayonu Cülyan kəndinə yaşadığı evin həyətinə gətirir. Heyvanları tövlədə saxlayır. 4 oktyabr 2021-ci il tarixdə 15 radələrində özünə məxsus olmayan 50-60 baş qoyunları həyətdən küçəyə çıxartmış ki, qardaşı Dilqəm özünə məxsus qoyunları həmin heyvanların arasından ayırsın, o isə qoyunların digər hissəsini ayırsın. Səhəri gün isə qoyunları qışlağa Kürdəmir rayonuna aparacaqmış. Həmin vaxt Adil Əliyev küçəyə çıxaraq ona və qardaşı Dilqəmə “sizin əlinizdən hara gedək, bu qırılmış heyvanlarınızı aparın burdan, iydən dayanmaq olmur” deyə bildirmiş, yanında həmin vaxt Şahlar, Coşqun, Kənan adlı şəxslər də olmuşdur. Adilə “sən hər işə qarışırsan, nə ediriy narazılıq edirsən” deyə bildirdikdə Adillə aralarında söz mübahisəsi baş vermiş, lakin bir-birilərini təhqir etməmişlər. Adilin yaşadığı evdən arvadı Xavər və qızı Elnarə də çölə çıxmış, Adilə çox baş qoşmadan qoyunları qarşısında dağa tərəf otarmaq üçün istiqamələndirmişdir. Qardaşı Dilqəm qoyunları otarmaq üçün dağa tərəf aparmış, o isə yaşadığı evin həyətinə keçmişdir, bundan təxminən 15 dəqiqə sonra Adilin oğlu Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlmiş və onu həyətdən küçəyə çağırmışdır. O küçəyə çıxmış, Əli ona “bu heyvanı rədd edin burdan burda saxlamayın, sən kimsən atama cavab qaytarırsan?”. Bu zaman aralarında mübahisə yaranmış, Əli təpiklə ayaq nahiyəsindən, sillə ilə sifət nahiyəsindən 1 dəfə vurmuş, o da qarşılıqlı olaraq Əlinin ayaq nahiyəsində təpik, sifət və bədən nahiyəsinə isə yumruq zərbələri atmışdır. Əli də ona yumruq atdığı üçün o yerə yıxılmış, Əli onu vurub yıxması nəticəsində sol əli yerdə olan daşlara dəymiş və sol əlinin orta barmağı, yəni üçüncü barmağı qanamış və xəsarət almışdır. Həmin vaxt Dilqəm, Şahlar, Kənan və Coşqun, Əlinin atası Adil onları ayırmışlar. Əlinin bacısı oğlu İzzət də yaxınlıqda olmuşdur. Bununla belə o, cinayətin zərərli nəticələrinin aradan qaldırılması istiqamətində öz hərəkətlərini davam etdirərək, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsinə çalışır, ılakin zərərçəkənin məqsədi ondan pul almaqdır, o isə pul verməyəcək çünki heç kimə zərər vurmamışdır. O, yaşadığı ərazidə qonşular arasında həmişə mehribançılığın tərəfdarı olmuşdur. Odur ki, məhkəmədən ifadəsində göstərilən halları nəzərə alaraq, barəsində yüngül cəza verilməsini və mülki iddianın rədd edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində, həm də mülki iddiaçı kimi dindirilmiş Zərərçəkmiş şəxs mülki iddianı müdafiə edərək ifadəsində göstərdi ki, Füzuli rayonunun Horadiz qəsəbəsində qeydiyyatda olmaqla, İsmayıllı rayonu Cülyan kəndində yaşayır, evlidir, 2 uşağı vardır. Təqsirləndirilən şəxs atasının dayısı nəvəsidir. Qurban onun evinin alt hissəsində yaşayır. Qurban, qardaşları Dilqəm, Tamerlan və Telman həmin evdə yaşayırlar. Onlar çoxlu sayda, təxminən 1000 başa yaxın xırda buynuzlu heyvan olan qoyun saxlayırlar, həmçinin qoyunların qorunması üçün 5-6 baş itləri də vardır. Yaşadıqları evlə həmin qoyun ferması yaxın məsafədədir. Hava şəraitindən asılı olaraq Qurbangil heyvanları payız ayında Kürdəmir və Hacıqabul rayonlarında qışlağa aparırlar. Yay ayında isə heyvanları İsmayıllı rayonu Cülyan kəndinə gətirirlər. 24 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində mərkəzi bazarda ayaqqabı mağazasında olduğu vaxt atası Adil Əliyev ailə üzvləri ilə birlikdə xəstəxanaya getməli olduğundan atası Adil Əliyev VAZ-21015 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu bazarın qarşısından götürəcəkmiş. X22 zəng edərək atasının evdən çıxıb-çıxmadığını soruşmuş, anasının səs tonundan narahat və həyəcanlı olduğunu hiss edib nə baş verdiyini soruşduqda anası ona qonşu Qurbanın atası Adillə mübahisə edib dalaşdığını bildirmişdir. O, bazarın qarşısından tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə İsmayıllı rayonu Cülyan kəndinə getmiş, evin qarşısına gələndə atası Adilin qapının qarşısında olduğunu, Qurbanın isə ünvanlarına nalayiq ifadələr işlədə-işlədə qarşısındakı qoyunları dağa tərəf sürüb apardığını görmüşdür. Atası Adildən nə baş verdiyini soruşduqda atası Qurbanın sinə nahiyəsindən yumruqla qəsdən vurduğunu demiş, özü Qurbana tərəf gedib nə baş verdiyini soruşmaq istədikdə Qurban üstünə hücum çəkərək onu da təhqir edib yumruqla vurmaq istədikdə ilk olaraq zərbədən yayınmışdır. Qurban ikinci dəfə ona yumruq zərbəsi atmış və atdığı yumruq alın nahiyəsindən dəymişdir. Qurbanı sakitləşdirmək istədikdə Qurban əli ilə sağ əlinin barmaqlarını tutub qatlamış, həmin vaxt səsə Qurbanın qardaşları Dilqəm, Tamerlan, həmkəndliləri Kənan, Qurbanın həyətində usta kimi işləyən Şahlar səs-küyü eşidib yanlarına gəlmişlər. Həmin vaxt yanlarına gəlmiş atası Adil və bacısı oğlu İzzət Qurbanı sakitləşdirmək istəsələr də Qurban onun üzərinə gələrək təpik atmağa başlamış, Qurban ona tərəf təpik atmış, atdığı təpik sağ əlinin barmağına dəymiş və sağ əlinin ikinci barmağının sındığını hiss etmişdir. Orada olan şəxslər onları aralaşdırmağa çalışmış, həmin vaxt o, yerə yıxılmış və Qurban hücum çəkərək onun sifət nahiyəsinə yumruq zərbəsi endirmişdir. Atası Adil ona yaxınlaşıb onu yerdən ayağa qaldırmaq istədikdə Qurban atasının sifət nahiyəsinə 1 dəfə də yumruq zərbəsi endirmişdir. Qurban atasını vurduqdan sonra isə bacısı oğlu İzzətin sifət nahiyəsinə də yumruq zərbəsi endirmişdir. Qurbanın sakitləşmədiyini görüb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini 102 xidmətinə zəng edərək polisin gəlməsini bildirmiş, həmin vaxt Qurban oradan uzaqlaşmışdır. Əlavə olaraq bildirir ki, onun xəsarətlərinin ciddi fəsadları olduğuna görə müalicə və müayinə olunmaq məcburiyyətində qalmışdır. Həmin xəstəxana isə özəl olduğuna görə müalicə və müayinə zamanı kifayət qədər vəsait xərcləmişdir. Belə ki, onun sağ əlin İİ barmağının dırnaq falanqa sümüyünün qapalı sınığı, sol almacıq nahiyəsinin qançırı, həmçinin bədəninin müxtəlif yerlərində gematomalar olduğuna görə həkim tərəfindən ona komplek müalicə yazılmışdır. Həmin müayinə və müalicəyə 500 manatdan çox vəsait sərf etmişdir. Lakin təqsirləndirilən şəxs ona bir dəfə də olsun yardım etməmişdir. O, bir neçə dəfə xəstəxanaya getmiş, müxtəlif dərmanlar almış, eyni zamanda fiziki ağrılar keçirmiş və mənəvi iztirab çəkmişdir. Bu səbəbdən o işləyə bilməmiş və əldə edəcəyi qazancından məhrum olmuşdur. Dəfələrlə dəymiş ziyanın ödənilməsini tələb etsə də, təqsirləndirilən şəxs ona heç bir vəsait ödəməmiş, ödəməkdən imtina etmişdir. Halbuki, o, xəsarətləri təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində almışdır. Eyni zamanda Ona görə də aralarında barışıq olmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Hesab edir ki, onun sağlamlığına vurulan xəsarətə görə məruz qaldığı maddi, mənəvi zərər və əıldən çıxmış fayda təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməlidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada daha ciddi cəza verilməsi, həmçinin ondan maddi ziyana görə 500 manat, mənəvi zərər görə də 3.000 manat, əldən çıxmış faydaya görə 2000 manat olmaqla, ümumilikdə 5500 manat məbləğində pulun alınıb ona verilməsi haqda hökm çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu Cülyan kəndində yaşayır, evlidir, 4 övladı vardır. Təqsirləndirilən şəxs dayısı nəvəsidir. Qurban onların evinin aşağı hissəsində qardaşları Dilqəm, Tamerlan və Telmanla birlikdə yaşayırlar. Çoxlu sayda təxminən 1000 başa yaxın xırda buynuzlu qoyun saxlayırlar, həmçinin qoyunların qorunması üçün 5-6 baş itləri var. Onların yaşadığı evlə həmin qoyun fermasının yaxınlığında 10-15 metr məsafə var. Hava şəraitindən asılı olaraq Qurbangil heyvanları payız ayında Kürdəmir və Hacıqabul rayonlarında qışlağa aparırlar. Yay ayında isə heyvanları İsmayıllı rayonu Cülyan kəndinə gətirirlər. xx.xx.2021-ci il tarixdə saat 15:40 radələrində yaşadığı həyətin qapısını açıb avtomobilini həyətdən küçəyə çıxarmaq istədiyində qapısının qarşısında xırdabuynuzlu heyvanların olduğunu görmüşdür. Küçədə olan qonşusu Dilqəmə “işiniz çoxdur?” sualını vermiş, Dilqəm ona “heyvanları ayırırıq, 20-25 dəqiqə çəkər” deyə cavab vermiş, Dilqəmə “eybi yox, gözləyərəm” bildirdiyində yaxınlıqda olan Dilqəmin qardaşı Qurban onun üzərinə gələrək əlləri ilə sinəsindən qəsdən itələyib vuraraq “sən narahat adamsan” deyə ona bildirmiş, onu nalayiq ifadələrlə təhqir etmişdir. Qurban onun üzərinə gəlib yenidən onu vurmağa çalışsa da, qardaşı Dilqəm araya girərək Qurbanı ondan aralamış, həmin vaxt Qurban onu nalayiq ifadələrlə təhqir etməyə davam etmiş, yaranmış səs-küyə nəvəsi X1 çıxıb yanlarına gəldikdə Qurban İzzəti də nalayiq ifadələrlə təhqir etmişdir. Dilqəm onlara “baş qoşmayın” deyərək Qurbanı aralamış, bundan sonra İzzətlə o həyətə girmişlər. Həyətdə olduqları vaxt oğlu Zərərçəkmiş şəxs saat 15:55 radələrində həyətə gələrək nə baş verdiyini soruşmuş, o da oğlu Əliyə baş verənləri danışmış, həmin vaxt Qurban küçədə uca səslə onları söyməyə davam etdiyindən, Əli küçəyə çıxaraq Qurbanla söhbət etmək istədiyində Qurban Əlinin üzərinə gedərək Əliyə yumruq atmış, Əli Qurbanın yumruq zərbəsindən yayınsa da Qurban 2-ci dəfə Əliyə tərəf yumruq atdığında yumruq zərbəsi Əlinin baş nahiyəsinə dəymişdir. Əli Qurbanın qollarından tutub sakiləşdirmək istədiyində Qurban Əlinin sağ əl barmaqlarındən qəsdən tutaraq güc tətbiq edib qatlamış və atdığı təpiklərdən biri də Əlinin sağ əlinə dəymişdir. Həmin vaxt o və nəvəsi İzzət Qurbanı sakitləşdirmək istəsə də, Qurban Əlinin üzərinə gedərək təpik atmış, Qurbanın qardaşları Tamerlan, Dilqəm, həmkəndliləri Kənan, Qurbanın həyətində usta kimi işləyən Şahlar səsküyü eşidib onların yanına gəlmişlər. Qurbanın qardaşları ilə birlikdə Qurbanı Əlidən ayırmağa çalışmışlar. Həmin vaxt Əli yerə yıxılmış və Qurban hücum çəkərək Əlinin sifət nahiyəsinə yumruq zərbəsi endirmişdir. Əlini yerdən ayağa qaldırmaq üçün kömək etmək istədikdə Qurban onun sol gözaltı nahiyəsinə 1 dəfə yumruq zərbəsi endirmiş, Qurban onu vurduqdan sonra isə nəvəsi İzzətin də sağ gicgah nahiyəsinə 1 dəfə yumruq zərbəsi endirmişdir. Əli ayağa qalxdıqdan sonra “102-yə zəng edirəm” deyə bildirdiyində Qurban oradan uzaqlaşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 şahid X2 ifadəsinə uyğun ifadə verdi və onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu Cülyan kəndində yaşayır, evlidir, 3 övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmaqla dolanır. Təqsirləndirilən şəxs həm qonşusudur, həm də uzaq qohumudur. Qurbanla münasibəti həmişə yaxşı olmuşdur. X5 və Zərərçəkmiş şəxs da uzaq qohumlarıdır, həm də qonşularıdır. Həmin şəxslərlə münasibətim həmişə yaxşı olmuş və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 24 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Qurbanın yaşadığı evin həyətinə getmiş, Qurbanın həyətində Şahlar adlı usta suvaq işi görmüş, Coşqun adlı şəxs isə fəhləlik etmişdir. Qurbanın qardaşı Dilqəm küçədə Adilin evinin qarşısında ümumi qoyunlarından arasından özünə məxsus qoyunları ayırmışdır. Qurban və o, da küçəyə çıxmış, Adil adlı şəxs qapını açıb “Vaz-21115” markalı avtomobilini həyətdən küçəə çıxartmaq istəmiş, Adil Dilqəmə işiniz çoxdur? deyə bildirdikdə Dilqəm qoyunları ayırdığını 5-10 dəqiqə vaxt aparacağını bildirmişdir. Qurbanla Adil arasında söz mübahisəsi yaranmış, Adil Qurban istiqamətində gedəndə Qurban Adilin sinə nahiyəsindən itələmiş. bu zaman Qurbanın qardaşı Dilqəm onların arasında girərək onları aralaşdırmış, Adil həyətə girmişdir. Qurban qoyunları qabaq tərəfə aparmış, təxminən 15-20 dəqiqə sonra Adilin oğlu Əli tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə gəlmiş və maşından düşüb əynindəki gödəkçəni çıxarıb Qurban istiqamətində gedərək onu nalayiq ifadələrlə təhqir etmiş və onlar bir-biri ilə əlbəyaxa olub yumruq və təpik atmışlar. Əli yerə yıxılmış, bu zaman Adil və Adilin nəvəsi X10 da küçədə olmuşlar. Şahlar, Coşqun, Dilqəm, Tamerlan, Tehran da küçədə olmuş, o, mübahisə yerinə yaxınlaşmamışdır. Əli və Qurban bir-birinin ünvanına nalayiq ifadələr işlətmiş və sonra bir-birindən aralaşmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, İsmayıllı rayonunun Cülyan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə uzaq qohumudur. Onlar qoyunçuluqla məşğul olaraq ailələrini dolandırırlar. Hər ilin may ayında qoyunları İsmayıllı rayonu Cülyan kəndinə yaşadıqları evin həyətinə gətirərək tövlədə saxlayırlar. 4 oktyabr 2021-ci il tarixdə 15 radələrində özünə məxsus olmayan 50-60 baş qoyunları həyətdən küçəyə çıxartmış ki, qardaşı Dilqəm onlar öz qoyunlarını ayırarkən Əlinin atası Adil küçəyə çıxaraq ona və qardaşı Qurbana “sizin əlinizdən hara gedək, bu qırılmış heyvanlarınızı aparın burdan, iydən dayanmaq olmur” deyə irad bildirmişdir. Bu zaman onların yanında qardaşı Qurbanın evində usta işləyən Şahlar, Coşqun və həmkəndliləri Kənan adlı şəxslər də olmuşlar. Qurban Adilə onların bütün işlərinə qarışdığına görə narazılığını bildirmiş, bu zaman onların aralarında söz mübahisəsi yaranmışdır. Qonşuluqda yerləşən Adilin yaşadığı evdən sonuncunun arvadı Xavər və qızı Elnarə çölə çıxmışlar. O isə Adilə baş qoşmadan qoyunları dağa tərəf istiqamələndirmişdir. Qurban isə yaşadığı evin həyətinə keçmişdir. Təxminən 10-15 dəqiqədən sonra Adilin oğlu Əli avtomobillə hardansa gəlmiş və onların yaşadıqları evin qapısına gedərək Qurbanı səsləmişdir. O, “çölə çıx, qoçu çıxmısan” deyərək Qurbanın ünvanına nalayiq ifadələr işlətmiş və Qurban bu zaman küçəyə çıxmışdır. Qurban küçəyə çıxan kimi Əli onun yaxasından yapışmış və ona yumruq və təpik zərbələri endirməyə başlamışdır. Qurban da qarşılıqlı olaraq Əlinin ayaq nahiyəsində təpik, sifət və bədən nahiyəsinə isə yumruq zərbələri atmışdır. Əli Qurbana yumruq atdığı üçün yerə yıxılmış, bu zaman Qurbanın barmağı qanamış və xəsarət almışdır. Qurbanın Əlinin əlini vurmasını görməmişdir. Həmin vaxt o, Şahlar, Kənan və Coşqun, Əlinin atası Adil onları ayırmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 və X12 şahid X6 ifadəsinə uyğun ifadələr verərək onların göstərdikləri xüsusatları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB-nin X27 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının 26 oktyabr 2021-ci il tarixli 503 nömrəli ekspert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ əlin İİ barmağının dırnaq falanqa sümüyünün qapalı sınığı, sol almacıq nahiyəsinin qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə ayrı-ayrılıqda sol almacıq nahiyəsinin qançırı sağlamlığa zərəvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir, sağ əlin İİ barmağının dırnaq falanqa sümüyünün qapalı sınığı isə sağlamlığa qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan 30 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarın 2-ci bəndindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə onlar barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərarın 5-ci bəndindən görünür ki, Təqsirləndirilən şəxs X7 və X9 döydüyünə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış material İsmayıllı RPŞ-nin İTB-nə göndərilmişdir. Həmçinin həmin qərarın 6-cı bəndindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs döydüyünə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış material İsmayıllı RPŞ-nin İTB-nə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 3(037)-208/2022 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqında iş üzrə icraata inzibatı xətanı törətmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığından xitam verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 3(037)-209/2022 qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqında iş üzrə icraata inzibatı xətanı törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barışdığından xitam verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxsin sözügedən əmələ görə özünü təqsirli bilməməsi barədə gətirdikləri əsaslar məhkəmə iclasında sübuta yetirilməmi, həmin ifadələr təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq mahiyyəti daşıyır. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri, ekspert rəyləri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində İsmayılllı rayonunun Cülyan kəndində qonşusu X4 məxsus evin giriş qapısının qarşısındakı küçədə qardaşı X15 ilə birlikdə onlara məxsus qoyunları örüşə aparmaq üçün ayırarkən, özünə məxsus avtomobili həyətindən sürüb çıxartmaq istəyən Adil Əliyevin ona qoyunları hansı səbəbdən qapısının qarşısında ayırmasına irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, əsəbiləşərək hər iki əli ilə Adil Əliyevin sinə nahiyəsindən qəsdən vurub itələmiş, təxminən 10-15 dəqiqə sonra X16 Əliyev həmin yerə gələrək ona yaxınlaşıb mübahisəyə aydınlıq gətirmək istədikdə aralarında bu səbəbdən şəxsi münasibətlər zəminində davam edən mübahisə zamanı o, təpiklə bir dəfə qəsdən Zərərçəkmiş şəxs sağ əlindən, habelə yumruqla bir dəfə qəsdən sifət nahiyəsindən vuraraq sonuncuya sağ əlin İİ barmağının dırnaq falanqa sümüyünün qapalı sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid və sol almacıq nahiyəsinin qançırı kimi qəsdən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələsidə nəzərdə tutulmuş həddə cəza təyin olunmalıdır Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətr olmaqla, sağlamlığa yüngül zərər vurulmaqla əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hall kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan İcbari Tibbi Sığorta üzrə X18 Ərazi bölmələrini İdarəetmə Birliyi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X27ndən alınmış xx.xx.2022-ci il tarixli 02-02-21/22 nömrəli arayışdan görünür ki, ismayılllı rayonunun Cülyan kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın PHŞ-nin Poliklinika şöbəsinin “Narkoloji”, “Nevroloji” və “Ruhi-əsəb” kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X27n X19 filialının İsmayıllı rayon qəbul şöbəsindən alınmış xx.xx.2022-ci il tarixli **********2 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Nazirlik tabeliyində DSMF-nin X27n X19 filialından heç bir növ əmək pensiyası, sosial müavinət və təqaüd almır. Cinayət işinin materiallarında olan İsmayıllı RİHB-nın İsmayıllı rayonu Cülyan kəndi üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayı və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi və yaşayış yeri üzrə müsbət xarakteriza olunması törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Nəzərə alınmalıdır ki, cinayət hadisəsi baş verməmişdən əvvəl zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxsin yaxın qohumları arasında münaqişə olmuş və münaqişə nəticəsində bir neçə dəfə aralarında narazılıqlar yaranmışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə məxusu qoyunlarn onun evinin önünün kirlətməsini, eyni zamanda çoban itlərinin onun uşaqqlarına xəsarət yetirəbilmə ehtimalına əsas gətirərərk etirazını bildirmiş və bu zaman aralarında mübahisə baş vermiş və həmin mübahisə zəminində cinayət hadisəsini törətmişdir. Bu hal isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olmamış və həmin cinayətləri hadisələrin təsadüfi axarı zəminində törətmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs oğlunun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Ona görə də məhkəmə, cinayət işi üzrə zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs təqqsirləndirilən şəxs Təqsirləndirilən şəxs maddi ziyana görə 500 manat, mənəvi zərər görə 3.000 manat və əldən çıxmış gəlirə görə 2.000 manat olmaqla, ümumilikdə 5500 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia təqsirləndirilən şəxsə münasibətdə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə mülki iddianın Təqsirləndirilən şəxs qarşı verilməsi ilə bağlı qeyd edir ki, məhkəmə istintaqında sübuta yetirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarətlər yetirilmişdir. Belə olan halda zərərçəkmiş şəxsin öz sağlamlığını bərpa etmək üçün məruz qaldığı maddi ziyana görə Təqsirləndirilən şəxs cinayət məsuliyyəti ilə yanaşı, həm də mülki məsuliyyət daşıyır. Ona görə də hazırkı mülki iddia üzrə mülki cavabdeh qismində Təqsirləndirilən şəxs tanınmışdır. Zərərçəkmiş şəxs isə ona qarşı mülki iddia verməkdə haqlı olmuşdur. Məhkəmə, həmçinin mülki iddianın sübut və həll edilməsi üçün tələbin hüquqi əsasının təşkil edən maddi hüquq normasının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisə cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəalarının müvafiq olaraq tətbiq edilməsi yolu ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə sadalanan mülki hüquq normalarının tələbləri baxımından bir daha qeyd edir ki, məhkəmə istintaqında sübuta yerilimiş cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli bilindiyindən, zərərçəkmiş şəxsin sağlamlığına vurduğu maddi zərərin əvəzi onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə, zərərçəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, zərərçəkmiş şəxsə maddi ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Ona görə də zərərçəkmiş şəxsin sağlamlığının pozulması, yəni vacib bədən üzvü olan sağ əlin İİ barmağının dırnaq falanqa sümüyünün qapalı sınığı, sol almacıq nahiyəsinin qançırı ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına çəkdiyi xərclərinin əvəzi ödənilməlidir. Məhkəmə təqdim edilmiş sübutların məhkəmə istintaqında tədqiqi nəticəsində müəyyən etdi ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar yüngül xəsarət aldığına görə müalicə olunması, dərman alınması ilə bağlı 300 manat məbləğində maddi zərərə məruz qalmışdır. Məhkəmə maddi ziyanın məbləğini müəyyənləşdirərkən, xəstəxana, müalicə və müayinə eyni zamanda dərman alınması ilə bağlı xərcləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, Zərərçəkmiş şəxs sağ əlin İİ barmağının dırnaq falanqa sümüyünün qapalı sınığının müalicə olunması, həmçinin dava-dərman alınması ödənişli olmuşdur. Onun həmin xidmətlərin göstərilməsindən pulsuz istifadə etmək hüququ olmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, mülki iddiaçının sağlamlığının pozulması ilə bağlı 500 manat məbləğində maddi zərərə məruz qalması, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə mülki iddia tələbini iddiaçının tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuş, yəni 300 manat məbləğində əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Beləliklə məhkəmə istintaqında müəyyən edildi ki, cinayət qanunda nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği 300 manatdır. Ona görə də mülki iddia maddi ziyana aid hissədə qismən əsaslı olduğundan qismən təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs Əli oğlundan 300 manat məbləğində pul alınıb mülki iddiaçıya verilməlidir. Məhkəmə mülki iddianın mənəvi zərərə aid hissəsi ilə bağlı qeyd edir ki, mülki iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanuni ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində sağ əlin İİ barmağının dırnaq falanqa sümüyünün qapalı sınığının bərpası üçün uzun müddət müalicə və müayinə olunmuşdur. Nəzərə alsaq ki, zərərçəkmiş şəxs yüngül xəsarət alan zaman əmək qabiliyyətinin bir hissəsini müvəqqəti itirmişdir. Hazırda da onun da sağlam və fəal həyat tərzi keçirmək kimi təbii hüquqları vardır. Lakin o, yüngül xəsarət aldığına və sağ əlin İİ barmağının dırnaq falanqa sümüyü sındığına görə həmin təbii hüquqlarından istədiyi kimi istifadə etmək imkanından məhrum olmuş, həmçinin dözülməz ağrılar keçirməklə fiziki əzab çəkmişdir. Eyni zamanda azyaşlı uşaqları və ailəsi yanında bir növü döyüldüyü üçün mənəvi əzab çəkmişdir. Bütün bunlar isə zərərçəkmiş şəxsin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olan mənəvi sarsıntı keçirməsinə, həmçinin sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkdiyinə görə iztirab keçirməsinə səbəb olmuşdur. Bütün bunlar da onu deməyə əsas verir ki, zərərçəkmiş-mülki iddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində mənəvi zərərə məruz qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”mn müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7-ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10-cü bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə mülki iddianın mənəvi zərərə görə 3.000 manat məbləğində pul tələbinə dair hissəsinə münasibətdə o qənaətdədir ki, cinayət qanunu ilə nərzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin sağ əlin İİ barmağının dırnaq falanqa sümüyü sınmış, şübhəsiz ki, hazırda mülki iddiaçının çəkdiyi fiziki əzab nəticəsində keçirdyi iztirab və sarsıntı onun yaşı, ailə və sosial vəziyyəti ilə bir araya sığmadığına görə onun şüurunda mənfi reaksiyaya səbəb olmuşdur. Mülki iddiaçı bir müddət müddət müalicə və müayinə olunsa da, yenə də sağ əlinin İİ barmağını tam şəkildə bərpa etmək mümkün olmamışdır. Ona görə də o, yaşıdları arasında əvvəlki fəal həyat tərzindən məhrum olmuşdur. Həmin yüngül xəsarəti aldığına görə mülki iddiaçı mənəvi zərərə məruz qalmışdır. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, mülki iddiaçının yüngül xəsarət almasını, həmçinin mülki cavabdehin maddi, əmlak vəziyyətini, yəni onun da hazırda heyvandarlıqla məşğul olmasını və digər diqqətə layiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin 1.000 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı, ədalətli və işin həqiqi hallarına uyğundur. Məhkəmə hesab edir ki, mənəvi zərərin məbləği müəyyən edilərkən, mütənasiblik prinsipi əsas götürülməli, ödəniləcək məbləğ ödəyicini maddi cəhətdən əlverişsiz vəziyyətə düşürməməklə, ödənildiyi şəxsi isə varlandırmamalıdır. Eyni zamanda məhkəmə mənəvi ziyanın məbləğini müəyyən edərkən, mülki iddiaçının sayını, onun keçirdiyi sarsıntının təsir dərəcəsini, şəxslərin maddi vəziyyətini və yaşam minimumlarını nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, mülki iddianın, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində ödənilməsinə dair hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməli və vurulmuş mənəvi zərərə görə mülki cavabdehdən 1.000 manat məbləğində pul alınıb mülki iddiaçıya verilməlidir. Məhkəmə mülki iddianın əldən çıxmış faydaya aid hissəsi ilə bağlı qeyd edir ki, mülki iddia həmin hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilənlərə əsaəsn məhkəmə hesab edir ki, mülki iddiaçı əldən çıxmış gəlirlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə mülki iddianın qanuni həll edilməsi ilə bağlı cinayət işin materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar sağlamlığa vurulmuş zərərə görə mülki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 300 manat, mənəvi zərərə görə 1.000 manat olmaqla, ümumilidə 1300 manat məbləğində pul alınıb mülki iddiaçı X23 verilməlidir. Mülki iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə İsmayıllı rayonunun hüdudlarını tərk etməmək, İsmayıllı rayonu, Cülyan kəndində yerləşən yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyana görə mülki cavabdeh Təqsirləndirilən şəxs 300 (üç yüz) manat, mənəvi zərərə görə 1.000 (bir min) manat, ümumilikdə 1300 (bir min üç yaz) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar