Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-35/2020 04.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı oğlunun, Müdafiəçi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1986-cı ildə İsmayıllı rayonu Namazgah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, İsmayıllı rayonu Namazgah kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Şəki penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus “LADA 21214 Urban” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun yaşadığı İsmayıllı rayonu Namazgah kəndi ərazisində yerləşən evin yaxınlığında olduğunu görüb heç bir əsaslı səbəb olmadan evdə saxladığı 20 kalibrli, İjK modelli, çaxmaqlı, tək lüləli, L-38285 nömrəli, yivsiz, odlu ov silahını götürüb evin yanında yerləşən məktəbin həyətinə keçərək oradan ictimai yer hesab olunan küçədə insanların olmasına əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs avtomobilin içərisində olduğunu yəqin etdikdən sonra ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək əlində olan ov silahından Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsinə üç dəfə atəş açaraq avtomobilə 360 (üç yüz altmış) manat məbləğində ziyan vurmaqla Zərərçəkmiş şəxs qarşı silahdan istifadə etməklə zor tətbiq edilməsi hədəsi, habelə silahdan istifadə etməklə sonuncunun əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2019-cu ilin yayında yaşadığı kənddə qohumu Zərərçəkmiş şəxs ilə mübahisəsi olmuşdur. Həmin vaxtdan sonra hər dəfə Fərmanla rastlaşdıqda Fərman onu təhqir etmişdir. Fərmanın hərəkətləri onda Fərmana qarşı pis münasibət yaratmışdır. xx xxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Fərmanın “Niva” markalı avtomobilinin yaşadığı evə gedən yolda dayandığını görmüşdür. Fərmanın dəfələrlə onu təhqir etməsini xatırlayaraq evdəki çarpayının altında qeydiyyatsız saxladığı ov silahını və dörd ədəd patronu götürərək yaşadığı evə bitişik kənd məktəbinin həyətyanı sahəsinə keçmiş və oradan Fərmanın avtomobildə oturduğunu görmüşdür. Təxminən 40-50 metr məsafədən tüfəngi ilə Fərmanın avtomobilinin ön buferini nişan alaraq bir dəfə atəş açmışdır. Fərman avtomobilə nəyinsə dəydiyini hiss edib kənara baxmış, lakin onu görməmiş və avtomobilini geri çevirməyə başlamışdır. O ayağa qalxıb özünü Fərmana göstərmişdir. Fərman isə ona əhəmiyyət verməyərək hərəkətini davam etdirmişdir. Fərmanın dayanmadığını görüb ikinci dəfə avtomobilin sağ yan hissəsinə atəş açmışdır. Fərman onun avtomobilə atəş açdığını bilmiş, lakin yenə dayanmamışdır. Bundan daha da əsəbiləşmiş və üçüncü dəfə avtomobilin arxa hissəsini nişan alaraq atəş açmışdır. Bu zaman Fərman avtomobilini yolun kənarında saxlamış və düşmüşdür. Fərman ona tərəf gəlmək istəmiş, lakin qohumu Etiraf Fərmanı tutaraq saxlamışdır. O, yüksək səslə Fərmanı çağıra-çağıra evə qayıdaraq ov silahını pəncərənin yanına qoymuş və yenidən küçəyə çıxaraq uca səslə Fərmanı söhbət etmək üçün çağırmışdır. Fərmanın gəlmədiyini görüb cibində olan dördüncü patronu dərəyə atmış və evə qayıtmışdır. Onun Fərmana xəsarət yetirmək niyyəti olmamış, buna görə də atəşi Fərmanın avtomobildə oturduğu hissəsinə deyil, digər hissələrinə açmışdır. Niyyəti Fərmanla əvvəllər aralarında baş verən mübahisəyə aydınlıq gətirmək və gələcəkdə ona qarşı təhqiramiz hərəkətlərindən çəkindirmək olmuşdur. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmiş və barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Ailəsində ondan başqa əmək qabiliyyətli olan şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 2019-cu ilin yayında Teymur adlı uzaq qohumu ilə mübahisəsi yaranmış və həmin vaxt Teymurun oğlu Qalib ona qarşı nalayiq ifadələr işlətmiş, o da sonuncuya qarşı söyüş söymüşdür. Bundan sonra Qalibin ona qarşı kin bəslədiyini hiss etmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Namazgah kəndində yaşayan qardaşına ərzaq məhsulları çatdırmaq üçün həmin kəndə getmişdir. Gətirdiyi ərzağı qardaşına çatdırmaq üçün bibisinin əri Etiraf Mirzəyevə vermişdir. Bundan sonra avtomobilinə oturmuşdur. Bu zaman avtomobilin xaricində səs eşitmişdir. Avtomobilin sağ yan pəncərəsini aşağı salaraq Etirafdan səsin hardan gəldiyini soruşmuşdur. Etiraf ona səsin uzaqdan gəldiyini demişdir. O avtomobilini geri çevirərək yoluna davam etmək istəyərkən təxminən 40-50 metrdən Qalibin ov tüfəngi ilə avtomobilə tərəf atəş açdığını görmüşdür. Qalib ikinci dəfə atəş açarkən qırmalar avtomobilin sağ yan tərəfinə dəymişdir. O, avtomobilini sola tərəf döndərmiş və həmin vaxt Qalib üçüncü dəfə də atəş açmışdır. Atəş nəticəsində qırmalar avtomobilin arxa hissəsinə dəymişlər. O avtomobilini geri çevirərək yolun ehtiyyat hissəsində saxlamışdır. Avtomobildən düşərək Qalibə tərəf getməyə başlamış, lakin Etiraf onu tutaraq getməyinə imkan verməmişdir. Həmin vaxt kənd sakinləri səs eşidib ora gəlmişlər. Qalib uzaq məsafədən ona “gəl evə söhbət edək” demişdir. Etiraf onu tutaraq Qalibin yanına getməyinə imkan verməmiş və öz evinə aparmışdır. Təqsirləndirilən şəxsla barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. X10 Bəhlul оğlu ifadə verərək göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Fərman onun yaşadığı İsmayıllı rayonu Namazgah kəndindəki təndirxanasının yanına gəlmiş və özü ilə gətirdiyi ərzaq məhsullarını qardaşının götürəcəyini bildirmişdir. Fərman onunla sağollaşaraq avtomobilinə əyləşən zaman kənardan səs gəlmiş, səs bir anlıq olduğu üçün haradan gəldiyini təyin edə bilməmişdir. Fərman avtomobilini çevirmək istəyərkən yenidən səs gəlmiş və bu zaman maşına tərəf atəş açıldığını bilmişlər. Atəşin Qalibin evi istiqamətindən açıldığına əmin olmuş və həmin tərəfə baxdıqda Qalibin kənd məktəbinin həyətində əlində tüfəng dayandığını görmüşdür. Qalibin təkrar atəş açacağından qorxmuş və Fərmana avtomobildən düşməməyi bildirmişdir. Fərman avtomobilini geri çevirməyə davam etmiş, həmin vaxt Qalib üçüncü dəfə atəş açmışdır. Fərman avtomobilini yolun digər tərəfində saxladıqdan sonra avtomobildən enmiş və Qalibin olduğu yerə tərəf qaçmağa başlamışdır. O, Fərmanın qolundan tutaraq təndirxanaya tərəf çəkmiş və Qalibin yanına getməməyi bildirmişdir. Fərman onu buraxmağını bildirsə də o, Fərmanı buraxmamışdır. Bu zaman Qalib küçəyə çıxmış və Fərmana “gəl söhbət edək” demişdir. Sonradan ora gələn bir neçə kənd sakini ilə Fərmanı sakitləşdirmiş və o, Fərmanı öz evinə aparmışdır. X11 Qulamirzə оğlu ifadə verərək göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə günorta satlarında küçədə iki dəfə səs eşitmişdir. İkinci səsdən sonra səsin atəş səsi olduğunu bilmiş və küçəyə çıxmışdır. O küçəyə çıxarkən artıq üçüncü dəfə atəş açılmışdır. Küçəyə çıxarkən Qalibin küçə ilə getdiyini və əlində tüfəng olduğunu görmüşdür. Sonradan Etirafın təndirxanasının yanında bir neçə nəfərin olduğunu görüb ora getmiş və orada olanlardan öyrənmişdir ki, Qalib tüfəngi ilə avtomobilə atəş açmış, baş vermiş hadisə zamanı heç kim xəsarət almamışdır. Üzürlu səbəblərdən məhkəmə baxışı iclasına gələ bilməmiş cinayət işi üzrə şahid X2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə iclasında oxunub elan olunmuşdur. X8 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki,o, xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında azyaşlı uşaqları ilə birlikdə evdə olduğu zaman küçədə atəş səsi eşitmişdir. Həyətə çıxmış və bu vaxt ikinci dəfə atəş səsi eşitmişdir. Həmin vaxt qayını Qalibin əlində tüfəng evin yanındakı kənd məktəbinin həyətindən küçədə hərəkətdə olan “Niva” markalı avtomobilə atəş açmaq istədiyini görmüşdür. Qalib avtomobilə tərəf atəş açmışdır. Bundan sonra Qalib küçəyə, oradan da kəndin aşağısına doğru getmişdir. X1 tərəfindən aparılmış məhkəmə-balistik ekspertizasının xx xxxxx 2020-ci il tarixli 20/214R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Л-38285 nömrəli silah, keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 20 kalibrli İjK modelli, çaxmağlı, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd giliz zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 20x70 kalibrli ov patronunun bir hissəsidir-boş atılmış gilizləridir. Hal-hazırda atəş üçün yararsızdırlar. Həmin gilizlər tədqiqata təqdim edilmiş 20 kalibrli Л-38285 nömrəli İjK modelli ov tüfəngdən atılmışdır. Tədqiqata təqdim edilmiş 02 ədəd əşya ov silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 20x70 kalibrli ov patronunun bir hissəsidir, yəni mərmi hissəsi atılmış pijdir. İsmayıllı rayon X3 hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 616 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs x xxxx 2010-cu il tarixdən “şəxsiyyətin kəskin tipli pozuntusu, dekompensasiya mərhələsində” diaqnozu ilə RMP-nın ruhi-əsəb kabinetində qeydiyyatdadır. Gəncə şəhər Səhiyyə İdarəsi rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş məhkəmə-psixiatrik ekspertizasının x xxx 2020-ci il tarixli 220 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs özünükəsmələrlə müşayət olunan emosional davamsız şəxsiyyət pozuntusu xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/951 nömrəli rəyindən görünür ki, mərkəz tərəfindən verilmiş vəsatətə cavab olaraq istintaqdan təqdim edilmiş İsmayıllı filialı “Xəzər Lada” cəmiyyəti tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 17 nömrəli qüsur aktından göründüyü kimi, xx xxxxx 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində, “Lada 21214 Urban minik” markalı, **-TE-*** dövlət nömrə nişanlı tədqiq edilən zədələnmiş, yəni 5-8 mm enində dəliklərin açıldığ və kobud əziklərin olduğu, avtomobilin 4 adda ehtiyyat hissələrinin, yəni arxa kapot, sol arxa qanad, alın şüşəsi, üzlüyün küncü və təmir bərpa işlərinin dəyəri 340,00-360,00 manat məbləğində olması müəyyən edilmişdir. Lakin həmin zədələrin xarakteri, yəni zədələnmiş arxa kapot, sol arxa qanad və üzlüyün küncü olan hansı zədələnmiş hissələrin dəyişilməli, hansı zədələnmiş hissələrin təmirə ehtiyacı olması barədə məlumat həmin qüsur aktında göstərilmədiyindən tədqiqat və qiymətləndirmə aparılmadı. Aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən avtomobil ehtiyyat hissələrinin satışı məntəqələrində mövcüd olan qiymətlərə əsasən, tədqiq edilən 2019-cu il buraxılışlı “Lada 21214 Urban minik” markalı avtomobilin alın şüşəsinin, xx xxxxx 2020-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 120,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1, 186.1, 228.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx xxxxx 2020-ci iltarixlitələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müstəntiqin “Maddi sübut kimi tanınma haqqında” 22 aprel 2020-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə ov tüfəngi, 3 ədəd giliz və 2 ədəd atılmış pij maddi sübut qismində tanınaraq İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş, “LADA 21214 Urban” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi – Zərərçəkmiş şəxs saxlancına verilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı rayonu Lahıc qəsəbə X9 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 176 və 177 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Namazgah kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 1963-cü il təvıəllüdlü anası X5 və 1985-ci il təvəllüdlü qardaşı Xamisdən ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxx 2020-ci il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 19:20-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 4(037)-10/2020 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu andan, yəni xx xxxxx 2020-ci il tarixdən saat 19:20-dən hesablanmışdır. Tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsə təyin edilən cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il müddətə müəyyən edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 16 (on altı) gün müddət ona təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və probasiya şöbəsinə gəlməsi vəzifəsi tapşırılmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan ov tüfəngi, 3 ədəd giliz və 2 ədəd atılmış pij hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, Zərərçəkmiş şəxsin saxlancına verilmiş “LADA 21214 Urban” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğ hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 16 (on altı) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökmün təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və onun üzərində saxlanılmış 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və probasiya şöbəsinə gəlsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan ov tüfəngi, 3 ədəd giliz və 2 ədəd atılmış pij hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut – Zərərçəkmiş şəxs saxlancına verilmiş “LADA 21214 Urban” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. - İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğ hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-35/2020
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-35/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver